Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-124/2023 05.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 06 aprel 2015-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X7 oğlunun və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 108,00 (bir yüz səkkiz) manat olmaqla, ümumilikdə 216,00 (iki yüz on altı) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Qubadlı Rayon Məhkəməsinin 2(028)-269/2015 saylı, xx.xx.2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 23 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 19 may 2022-ci il tarixə kimi qətnamə üzrə ümumilikdə 17310,00 (on yeddi min üç yüz on) manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır, sonuncu ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahdan Ayaz və Dibər adlı övladları olmuş, arvadı ilə münasibətləri pozulduğundan 2015-ci ildə ayrılmışdır. Zərərçəkmiş şəxs övladlarının saxlanmasına görə aliment tələbinə və nikahın pozulmasına dair Qubadlı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin 2(028)-269/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən ondan 06 aprel 2015-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X7 oğlunun və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 108,00 (bir yüz səkkiz) manat olmaqla, ümumilikdə 216,00 (iki yüz on altı) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, həmin vaxt daimi iş yeri olmamış, yalnız vaxtaşırı işəmuzd müxtəlif sahələrdə işləmiş, icra məmuru tərəfindən barəsində iki dəfə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və sonuncu protokol üzrə Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətində inzibati qaydada həbs seçilmişdir. İnzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin aliment üzrə uzun müddət ərzində cuzi məbləğdə ödəniş etmiş, icra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 17310,00 (on yeddi min üç yüz on) manat təşkil etmişdir. Özü yaşadığı ərazidə işəmuzd fəhlə kimi işləyir, gündəlik gəliri 15-20 manat təşkil etməsinə baxmayaraq aliment borcunu tam ödəməyə imkanı yoxdur, lakin hazırda hissəhissə borcunu ödəməyə hazırdır. Bundan başqa o verilən suallara cavab olaraq bildirmişdir ki, alimentin icra olunmamasının səbəbini keçmiş arvadı Zərərçəkmiş şəxs uşaqlarla görüşməsinə icazə verilməməsidir. Bundan başqa digər səbəb yığılmış aliment borcunun yüksək olmasıdır, lakin özü fərdi əmək fəaliyyəti ilə məşğul olsa da, aylıq 50-100 manat arası məbləğdə alimentin ödənilməsinə imkanın olmasını təsdiqləmişdir. Həmçinin icra zamanı icra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinin filialına işlə təmin olunmaq üçün müraciət etməmişdir. Hazırda aliment borcunu Zərərçəkmiş şəxs tam ödəmişdir. Bunları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs 17310,00 (on yeddi min üç yüz on) manat məbləğində aliment borcunu tam ödəmişdir. Ona görə də, barəsində olan cinayət işinin bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 269/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 06 aprel 2015-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X7 oğlunun və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 108,00 (bir yüz səkkiz) manat olmaqla, ümumilikdə 216,00 (iki yüz on altı) manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmiş, qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, icra idarəsinin icra məmuru tərəfindən icra işi xx.xx.2015-ci il tarixdə başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən iki dəfə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, sonuncu protokol üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək aliment üzrə cuzi məbləğdə ödəniş aparmış, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 18360,00 (on səkkiz min üç yüz altmış) manat ödənilməli olan aliment pulundan cəmi 1050,00 (bir min əlli) manat ödəniş etmiş və 17310,00 (on yeddi min üç yüz on) manat aliment borcu isə ödənilməmiş qaımışdır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, yaşadığı Sumqayıt şəhərində təmir-tikinti sahəsində işəmuzd usta kimi çalışır, qazanc əldə etməsinə baxmayaraq aliment borcunun ödənilməsindən yayınır, icra müddəti ərzində icra məmurunun çağırışlarına gəlməmiş və məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən aliment borcu tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan 17310,00 (on yeddi min üç yüz on) manat məbləğində aliment borcunu tam ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 269/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X7 oğlunun və xx.xx.2009cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 108,00 (bir yüz səkkiz) manat olmaqla, ümumilikdə 216,00 (iki yüz on altı) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə verilməlidir. İcra sənədi xx.xx.2015-ci il tarixdə idarənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya göndərilmiş, lakin tələb könüllü icra müddəti ərzində icra edilməmiş, borclu çağırışlara dəfələrlə xəbərdarlıq edilmiş, lakin alimenti ödəməkdən yayınaraq çağırışlara gəlməmiş, bu səbəbdən təqdimat əsasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərardadı qəbul olunaraq icra olunması üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmişdir. Sonradan borclu Təqsirləndirilən şəxs icra sənədində qeyd olunan ünvanda yaşamadığı müəyyən olunmuş, barəsində axtarış qərarı qəbul olunmuş, borclu xx.xx.2018-ci il tarixdə polis əməkdaşları tərəfindən idarəyə təhvil verilərək izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə borclu 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-364/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borclu qərəzli hərəkətlərini davam etdirdiyindən yenidən onun barəsində axtarış qərarı qəbul olunaraq icra olunması üçün polis orqanlarına göndərilmiş, borclu xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı tərəfindən idarəyə təhvil verilmiş və həmin tarixdə yenidən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuş, məhkəmənin həmin tarixli qərarı ilə borclu inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra borcluya cinayət məsuliyyəti haqqında bildiriş təqdim olunmuş, məhkəmə qərarının icrası üçün əlavə müddət təyin edilmiş, həmçinin Sumqayıt Şəhər Məşğulluq Mərkəzinə Təqsirləndirilən şəxs qeydiyyatda olub-olmaması ilə bağlı müraciət edilmiş, həmin mərkəzin cavab məktubuna əsasən Təqsirləndirilən şəxs “Məşğulluq” altsistemində qeydiyyatda olsa da, lakin işlə təmin olunmaq üçün mərkəzə müraciət etməmişdir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ərizə ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək borclu Təqsirləndirilən şəxs borcunu tam ödəmədiyini əsas gətirərək onun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq istintaq idarəsinə təqdimat verilməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs tərəfindən icra müddətində cəmi 1050,00 (bir min əlli) manat ödəniş aparmış və 17310,00 (on yeddi min üç yüz on) manat aliment borcu yaranmışdır. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi, məhkəmə qərarının icrasının məcburiliyi dəfələrlə borclu Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, iş üzrə tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-837/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx/xx-6002 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(060)-269/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2015-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X7 oğlunun və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 108,00 (bir yüz səkkiz) manat olmaqla, ümumilikdə 216,00 (iki yüz on altı) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Sumqayıt Şəhər Məhkəməsinin inzibati xəta haqqında xx.xx.2020-ci il və 23 sentyabr 2021-ci il tarixli qərarlarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Qubadlı Rayon Məhkəməsinin 2(028)-269/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-266/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3154/2021 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarında olan 21 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə aliment borcunu tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə ümumillikdə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aliment borcunu tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməklə, məhkəmə iclas zalında dərhal azad edilməlidir. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməklə, məhkəmə iclas zalında dərhal azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-124/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-124/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver