Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-124/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Azərbaycan X8 Agentliyinin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 22 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi H.Kərimov küçəsində M-l Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 39.5-ci kilometrliyinə gələrək, həmin yerdə Azərbaycan X8 Agentliyi tərəfindən avtomobil yolunun sağ və sol kənarlarına quraşdırılmış hərəkətin təhlükəsizliyini təmin edən və yol qurğularına aid 3844 manat 98 qəpik dəyərində qalınlığı 3 millimetr, uzunluğu 4 metr olan 20 ədəd metal səddləri gizli talayıb, zərərçəkmiş Azərbaycan X8 Agentliyinə 3.844 manat 98 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində qonşuluqda yaşayan tanışı Babək Nəsirovla söhbət əsnasında metal olduğunu, onu açıb oğurlamaq istədiyini, birlikdə bu oğurluğu etməyi təklif etmişdir. Babək Nəsirov da onunla razılaşmışdır. O, Babəkə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, K.Kərimov küçəsi ərazisində Bakı-Quba yolunun kənarında, avtomobil yolunun kənarına bərkidilmiş məhəccərlərin olduğunu demişdir. Babək də onunla razılaşmışdır. O, Babəklə birlikdə həmin yerə getmiş və özü ilə apardığı 24-lük açarla dəmir məhəccərlərin arxasından boltları açmışlar. Həmin dəmir məhəccərlərin yolun həm kənarlarında həm də ortasında bərkidildiyini bilmişlər. Onlardan 6 ədədini bir tərəfdən, 10 ədədini bir tərəfdən, 4 ədədini isə orta tərəfdən açmaqla Bakı-Quba yolunun Bakı istiqamətində yolun kənarına yığmışlar. Gecə maşın olmadığı üçün səhər aparmağı qərarlaşdırmışlar. Saat təxminən 19 radələrində o, Babəklə birlikdə Şahid işlətdiyi metal qəbulu məntəqəsinə gəlmişlər. Metal qəbulu məntəqəsində Rinata metal aldıqlarını və onu satmaq istədiklərini bildirmişlər, lakin ağır olduğu üçün qazellə aparmaq lazım olduğunu demişlər. Rinat bununla razılaşmışdır. Beləcə Rinatın idarə etdiyi “Qazel” markalı yük maşını ilə K.Kərimov küçəsi ərazisinə getmişlər və orada olan məhəcərlərin 6 ədədini avtomobilə yüklədikdən sonra Rinatın metal qəbulu sexinə gəlmişlər. Dəmir məhəccərlərə görə Şahid onlara 60 manat pul vermişdir. Rinata məhəccərlərin oğurluq olduğunu deməmişlər, sonuncuya onların istifadəyə yararsız olduğunu və yol idarəsindən aldıqlarını demişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ilkin olaraq özünü qismən təqsirli bilərək cəmi 06 ədəd metal məhəcər oğlurladığını bildirsə də, məhkəmə istintaqının sonrakı mərhələsində özünü tam təqsirli bilərək oğurlanmış məhəcərlərin həqiqətən də 20 ədəd olmasını, aradan uzun müddət keçdiyi üçün əvvəlki ifadəsində dəqiq demədiyini bildirmişdir. Bundan əlavə əməlindən peşman olmasını, evli olmaqla iki azyaşlı uşağının olmasını, dəymiş zərərin aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə M-l Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 39.5-ci kilometrliyinə əməkdaşlar tərəfindən baxış keçirilən zaman 20 ədəd hərəkətin təhlükəsizliyini təmin edən və yol qurğularına aid olan təhlükəsizlik çəpərlərin naməlum şəxs və ya şəxslər tərəfindən açılaraq oğurlanması aşkar edilmişdir. Baş vermiş oğurluq nəticəsində Azərbaycan X8 Agentliyinə 4.272 manat 20 qəpik maddi ziyan vurulmuşdur. Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı hər hansı bir məlumatları olmamışdır. Belə ki, hadisə baş verən ərazidə isə müşahidə kameraları yoxdur. Bununla bağlı Sumqayıt şəhər polis İdarəsinə müraciət olunmuşdur. Araşdırma nəticəsində hadisəni törədən şəxslər müəyyən edilmişdir. Həmçinin bildirmişdir ki, hadisə zamanı ərazidən götürülmüş 20 ədəd metal arakəsmə çəpəri onlara qaytaılmışdır. Hazırda həmin bu əməli törətmiş şəxslər Təqsirləndirilən şəxs və X2 qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o, 2022-ci ilin yanvar ayından etibarən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində Bazarın yaxınlığında qara və əlvan metal qəbulu məntəqəsi işlədir. Qara metal və əlvan metal qəbul edir. xx.xx.2023-cü il tarixdə Babək adlı qəsəbə adamı kimi tanıdığı Fariz adlı şəxs ona yaxınlaşaraq metal olduğunu, yolun kənarına yığıldığını və onları götürmək lazım olduğunu demişdir. O da özünə məxsus Qazel markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə lazım olanda vətəndaşların dediyi yerdən metalları götürür. Yenə də özünə məxsus “Qazel” markalı yük maşını ilə Fariz və Babək adlı şəxslərin dediyi ünvana getmişdir. Ünvan ünvan 4 Bakı-Quba yolunun kənarı olmuşdur. O, həmin yerə gəlmiş və həmin şəxslər metalların onlara məxsus olduğunu demişlər. Həmin metallar magistral yolun kənarlarına bərkidilmiş dəmir məhəccərlər olmuşdur. O, onlara bu metalların avtomobil yollarına məxsus olduğunu demişdir. Onlar isə təkidlə həmin metalları “X8 Agentliyi” işçilərindən aldıqlarını, istifadəyə yararsız olduğunu, yenisi ilə əvəz olunacağından tullantı kimi aldıqlarını demişlər. O da yolun kənarında insanların çox olduğu yerdə onların oğurluq etməyəcəklərini düşünüb inanmışdır. Daha sonra onlar həmin məhəccərləri ona məxsus yük maşınına yükləmişlər. O, yük maşını ilə həmin məhəccərləri metal qəbulu məntəqəsinə gətirmişdir. Biri təxminən 4.5 metr olan, ümumi 20 ədəd dəmir məhəccərlərin çəkisi 280 kiloqram olmuşdur. O, bir kiloqramına 0.30 manat pul ödəməklə ümumi 80 manat pul ödəyərək həmin metalları almışdır. O, 80 manat pulu Fariz adlı şəxsə ödəmişdir. O, Babək və Fariz kimi tanıdığı şəxslərin çağırışı ilə onların yığdığı dəmir məhəccərləri Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, K.Kərimov küçəsi istiqamətdində Bakı-Quba yolunun kənarından götürmüşdür. O, həmin əmlakların oğurluq olduğunu bilməmiş, həmin iki nəfər Babək və Fariz adlı şəxslər dəmirlərin onlara aid olduğunu, həmin metalların “X8 Agentliyi”nə məxsus olduğunu, lakin istifadəyə yararsız olduğu üçün işçilərdən aldıqlarını demişlər. Sadəcə ağır olduğu üçün yolun kənarına yığdıqlarını demişlər. Həmin dəmir məhəccərlərin AAY-na aid olduğunu, onların yolun kənarına bərkidildiyini bilmiş, lakin həmin şəxslərin insanların çox olduğu yerdən, magistral yolun kənarından oğurluq edəcəklərini düşünməmiş, onların agentliyin işçilərindən aldıqlarına və istifadəyə yararsız olduğuna inanmışdır. Cinayət işinin 84-86-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli, 9/798 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Azərbaycan X8 Agentliyi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli məktubdan istifadə edilməklə ekspertiza tədqiqatına təqdim edilmiş nümunəyə əsasən 20 ədəd qalınlığı 3 mm, hər birinin uzunluğu 4 metr olan metal təhlükəsizlik səddlərinin 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4272 manat, 2010-cu il tarixdə quraşdırılması nəzərə alınaraq 3844,98 manat müəyyən edilir. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 62-63-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Avtomobil Yolları Dövlt Agentliyi “1 №-li X5” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X6 tərəfindən oğurlanmış 20 (iyirmi) ədəd metal maneə çəpəri, xx.xx.2025-ci il Sumqayıt ŞPİ-in 2-ci Polis Bölməsindən təhvil alınmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs və X6 tərəfindən yol təsərrüfatına vurulan ziyan ödənildiyindən həmin cinayət işi üzrə iddia və tələbləri yoxdur. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhəri 21 saylı MKS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla iki azyaşlı uşağı var. Uşaqların təvəllüdləri müvafiq olaraq xx.xx.2018-ci il və xx.xx.2020-ci il. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətini törətməsi tam sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, ilk dəfə məhkum edilməsini, evli olmaqla iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, ilk dəfə məhkum edilməsini, evli olmaqla iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 96, mənzil 28 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 96, mənzil 28 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-124/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-124/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver