Məhkəmə qərarları › İş №1(060)-125/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-125/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-125/2021 05.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs, Onun vəkili və nümayəndəsi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1983-cü il tarixdə Zəngilan rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, Zəngilan rayonu Cahangirbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri Səbayıl rayonu Səlyan şossesi dalan 2, ev 69-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Dövlət Təlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək 24.05.2019-cu il tarixdə X1 etibarından sui-istifadə edərək oğlu Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına tələbə olaraq düzəldəcəyinə yalan vəd verib aldadaraq ilkin olaraq həkim komisiyyasından tibbi yoxlamadan uğurlu keçməsi üçün həkimlərə şirinlik verməsi üçün Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndam küçəsində yerləşən Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin qarşısında 700 (yeddi yüz) manat, 26.05.2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin nəzdində olan “Polis Akademiyası”-nin qarşısında akademiyada olan polis nəfərlərinə şirinlik vermək üçün 300 (üç yüz) manat, 27.05.2019-cu il tarixdə Təhsil Nazirliyində olan vəzifəli şəxsə Şahid1 imtahanadək olan prosesslərini həll etməsı adı altında Sumqayıt şəhəri 29-cu məhəllə ev 7/22-in yanında 5000(beş min manat), 07.06.2019-cu il tarixdə Şahid1 qəbul imtahanını verdikdən sonra Polis Akademiyasında işləyən yüksək rütbəli məmura şirinlik verməsini bəhanə edərək Sumqayıt şəhəri 29-cu məhəllə ev 7/22-in yanında 12700(on iki min yeddi yüz) manat pulunu alıb vahid qəsdlə ələ keçirməklə ümumilikdə zərərçəkmiş Minayə Seydiovaya xeyli miqdarda yəni 18700 (on səkkzi min yeddi yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun barəsində “Baş Prokurorluqda” istintaq olunan cinayət işi ilə əlaqədar sonuncuya məxsus olan 5900(beş min doqquz yüz) manat dəyərində ‟Mitsubişi Pajero İO” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtmobili Baş prokurorluğa məxsus dayanacaqa yerləşdirəcəyini yalan vəd verib aldadaraq etibarnamə ilə Sumqayıt şəhəri 3cü mikrorayon ərazisində ələ keçirməklə zərərçəkmiş Minayə Seydiovaya xeyli miqdarda yəni 5900 (beş min doqquz yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 06.10.2019-cu il tarixdə X1 etibarından sui-istifadə edərək onun barəsində “Baş Prokurorluqda” istintaq olunan cinayət işinin icraatına xitam verilməsini yalan vəd verib aldadaraq Sumqayıt şəhəri 29-cu məhəllə ev 7/22-in yanında 6000(altı min) manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş Minayə Seydiovaya xeyli miqdarda yəni 6000 (altı min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək və mülki iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, *6688 taksi xidmətində fəaliyyət göstərirdi. 24 may 2019-cu ildə *6555 taksi xidmətindən 20 yanvar dairəsindən İnsan Alverinə qarşı baş Mübarizə İdarəsinin inzibati binasınin qarşısına sifariş qəbul etmiş, özünə məxsus olan **-GR-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobillə həmin əraziyə getmiş, sonradan adının Minayə olduğunu bildiyi qadını oğlu ilə birlikdə görmüşdür. Onları sifariş etdikləri ünvana aparmağa hazırlaşarkən yolda oğlunun Polis Akademiyasına qəbul olunması üçün hazırlaşdığını bilmiş, onlara müdaxilə edərək özünü DTX-in rəhbər heyyətindən birinin sürücüsü olduğunu və arada taksi kimi fəaliyyət göstərdiyini deyib onlara kömək etmək qərarına gəldiyini demişdir. İnsan Alverinə qarşı mübarizə idarəsinin qarşısına çatdıqda onlara avtomobildə gözləmələrini və idarənin tibb şöbəsinə girib çixdıqdan sonra onlara olanları izah edəcəyini deyib içəri daxil olmuş, qayıdaraq onlardan rüsum kimi həkim komisiyasından keçməkdən ötrü 147 manat şirinlik vermək üçün isə 700 manat pul almış, Aqil Seydiovla birlikdə içəri daxil olub 147 manatı ödəyib çekini aldıqdan onra Şahid1 komisyadan keçmiş, 700 manatı özünə saxlamışdır. Lakin avtomobilə əyləşərkən Minayəyə pulun bir qismini şirinlik kimi verdiyini qalan qismini isə DİN-in Hospitalında verəcəyini demişdir. Minayə ona inanmış və növbəti gün DİN-in hospitalına gedərək Şahid1 hospitaldan uğurla keçdiyi üçün pulun qalan hissəsinidə xərcləmişdir. 26 may 2019-cu ildə, onlarla birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Daxili İşlər Nazirliyinin nəzdində olan Polis Akademiyasına getmiş və içəri daxil olaraq bir neçə dəqiqədən sonra çölə çıxıb orada olan qadın polislərə 300 manat hörmət etdiyini deyərək Minayədən əlavə 300 manat almış və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən bir nəfərə 5000 AZN pul verməli olacağıni demişdir. 27 may 2019-ci il tarixdə Aqilin Akademiyaya daxil olması üçün Təhsil Nazirliyindəki adama pul verilməli olduğunu onlara deyərək 5000 manat pulu ondan Sumqayıt şəhəri 29-cu məhəllə, ev 7-nin arxa hissəsində almış, pulu alan zaman Aqilin doğum haqqında şəhadətnaməsinin olunmuş sürətini, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş sürətini sənədləri ilə birlikdə Təhsil Nazirliyindəki səlahiyyətli adama çatacağını deyərək sənədləri almışdır. O, həmin pulu heç kimə verməmişdir. 28 may 2019-cu il tarixində ona zəng edərək yenidən pul istəmək qərarına gəlmiş və ona zəng edərək əlavə 5000 AZN pulu Şahid1 07.06.2019-cu il tarixdə imtahan verdikdən sonra Polis Akademiyasındakı serjanta verməli olacağını bildirərək aldatmışdır. Şahid1 07.06.2019-cu il tarixində Qəbul imtahanını verdikdən dərhal sonra ona zəng edərək Polis Akademiyasındakı polis serjantına 5000 manat verməyi üçün görüşməyimin vacibliyini demişdir. Bundan sonra onunla görüşərək 5000 manat pulu Sumqayıt şəhəri 29-cu məhəllə, ev 7-nin arxasında almışdır. Bundan sonra onlardan almış olduğu pulu öz ehtiyaclarıma xərcləmiş, lakin onlara zəng edərək pulu lazımı şəxslərə verdiyini demişdir. 2019-cu ilin avqust ayında Minayət ona avtomobil almaq istəyini demiş və kömək istəmiş və Minayəyə uyğun 6700 manata ‟Mitsubişi Pajero İO” markalı atomobil tapdığını və maşının 400 manatlıq təmirə ehtiyacı olsa da məsləhətli maşın olduğunu demiş və onlar razılaşmışdırlar. Beləliklə Mİnayədən 3300 manat alaraq avtomobili etibarnamə vasitəsi ilə ona vermişdir. Ona qalan pulu isə cibindən qoyayaraq verdiyini deməklə Minayəniun ona 3400 manat birclu olduğunu bildirmişdir. Bir neçə dəfə ondan avtomobili sürmək üçün istədikdə o, avtomobili verməmişdir. Bir müddət sonra avtomobili Ruslan adlı tanışına verdiyini bildikdə pis olmuş və Ruslandan avtomobili almaqdan ötrü Ruslan narkoman olduğunu deyərək avtomobili Ruslandan almışdır. Bundan sonra ona yalandan onun barəsində Baş prokurorluqda cinayət işi açıldiğim və avtomobil ora dayanacaqa verilməli olduğunu deyərək avtomobili etibarnamə ilə alaraq dayanacaqa qoymaq adı ilə 6500 manat satmış və pulunu xərcləmişdir. Yenidən ondan pul almaq qərarına gələrək Baş prokurorluqda olan cinayət işinin xitam olunması üçün ondan 15000 manat istəsədə, Minayə bacısından 6000 manat alaraq ona vermişdir. O, alımış olduğu pulları özünə xərcləmişdir. Əməlindəndən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyandan 5000 manat məbləğində pulu qaytarmışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 24 may 2019-cu ildə *6555 taksi xidmətindən istifadə edərək 20 yanvar ərazisinə taksi sifariş etmiş, bir neçə dəqiqədən sonra sürücüsünü sonradan tanıdığı Təqsirləndirilən şəxs özünə məxsus **-GR-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobillə yaxınlaşmış, o, sürücüdən oğlunun həkim komissiyasından keçmək üçün İnsan Alverinə qarşı baş Mübarizə İdarəsinin inzibati binasına aparmasını xahiş etmiş, yol boyu o, həmin idarəyə nə məqsədlə getməyi öyrənməyə çalışmış, oğlunun polis akademiyasına qəbul olmaq üçün namizəd olduğunu və həkim komissiyasından keçirtmək üçün getdiyini bilmiş, Ramil həmin idarədə komissiyadan keçirtməyi ancaq pul ilə başa gələcəyini deyərək, qadın olduğunu və ondan istifadə edəcəklərini bildirərək onun yaxınlarından kişi cinsi olan şəxslə ora getməyinmi məsləhət görmüş, o, isə heçkiminin olmadığını demişdir. O, Ramildən bu məsələləri hardan bildiyi ilə maraqlandıqda, Ramil DTX-da Eyvaz adlı şəxsin rəis olduğunu və o, həmin şəxsin sürücüsü olduğunu, eyni zamanda boş vaxtlarında və məzuniyyətdə olduğundan taksi fəaliyyət ilə məşğul olduğunu bildirərək, onun etibarını qazanmağa çalışmışdır. Ramil hətta DTX-da işlədiyini sübut etmək üçün 32641 rəqəmlərdən ibarət iş nömrəsini də bildirmişdir. Onlar yuxarıda göstərilən ünvana yaxınlaşdıqda Ramil oğlu Şahid1 sənədlərini götürərək, onu aldatmasınlar deyə şəxsən köməklik edəcəyini bildirərək maşından düşüb idarəyə girmiş, Ramil maşından düşərkən komissiyalara 147 manat dövlət rüsumu, yerdə qalan pulun komissiya üzvlərinə görüm baxım etmək üçün ümumilikdə 700 manat pul almış, idarədən maşına qayıtdıqda işlərin yarımçıq qaldığını, tamamlanması üçün yenidən səhər yəni 25 may 2019-cu il tarixdə həmin idarəyə gəlməli olacağımı demiş və 147 manatı dövlət rüsümü qəbzini onlara təqdim etmişdir. Qalan pulu isə həkimlərə götüb baxım etmək üçün onda qalmışdır. O, oğlu ilə birlikdə ikinci dəfə DİNnin hospitalına getmiş. Ramil oğlu ilə birlikdə hospitala daxil olmuş və guya həkimlərdən keçən zaman onlara görüm baxım etmək üçün həmin 700 manatın qalan hissəsini isə hospitalda xərclədiyini çıxdıqdan sonra demişdir. 26 may 2019-cu il də oğlu Aqil və Ramil birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Daxili İşlər Nazirliyinin nəzdində olan Polis Akademiyasına getmiş, Ramil akademiyaya daxil olmuş, maşına qayıtdıqda isə orada bir nəfər polis serjantı ilə danışdığı və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən bir nəfərə 5000 AZN pul verməli olacağıni öytrəndiyini demiş, hətta həmin serjanta və onun yanında oturan polis qadınlara şirinlik adı ilə 300 manat pul verdiyini deyərək ondan 300 manat pul almışdır. 27 may 2019-ci il də işdə olan zaman Ramil zəng edib Təhsil Nazirliyinə gedib pul vermək lazım olduğunu deyərək pulu ondan istəmiş və o, qızı Şahid2 yanında evdən pulu götürüb, Sumqayıt şəhəri 29-cu məhəllə ərazisində 5000 manat pul götürüb ona vermiş, Ramil pulla yanaşı Aqilin doğum haqqında şəhadətnamənin olunmuş sürətini, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş sürətini sənədləri ilə birlikdə Təhsil Nazirliyindəki səlahiyyətli adama çatacağını deyərək oradan çıxıb getmidir. Ramil 28 may 2019-cu il tarixində zəng edərək əlavə 5000 AZN pulu oğlu Şahid1 07.06.2019-cu il tarixdə imtahan verdikdən sonra Polis Akademiyasındakı serjanta verməli olacağını demiş, oğlu Aql Seyidov 07.06.2019-cu il tarixində Qəbul imtahanını verdikdən dərhal sonra Ramil telefonla zəng edərək Polis Akademiyasındakı polis serjantına 5000 manat verməyi deyərək görüşüb Polis Akademiyasının inzibati binasına getmiş, Ramil ona maşında gözləməyi və özünün gedib həmin polis serjantı ilə danışıb, pulu verəcəyini söyləyərək çıxıb akademiyayay getmiş, yarım saat sonra geri qayıdaraq məbləği artıraraq 15000 manat tələb etdiklərini demiş, o, buna etiraz edərək o qədər pulunun olmadığını demiş, Ramil əsəbləşərək təkidlə “bu işə başlamışıqsa bitirməyimizi, oğlumun gələcəyini həll etmək üçün bu qədər pulun təcili tapılmasının” vacibliyini bildirdi. Hətta Ramil 1000- 2000 manat əksikliyim olacağı halda özünün düzəldəcəyini demiş, daha sonra evə qayıtdıqda ABŞ dolları ilə birlikdə ümumilikdə 12700 manat pulu yaşadığı Sumqayıt şəhəri 29-cu məhəllə, ev 7-nin arxasında vermiş, Pulu verən zaman qızı Günel Seydiova yanılnda olmuşdur. Həmin günü saat 7-də Ramil vatçap vasitəsil ilə mesaj yazaraq pulu təhvil verdiyini, bundan sonra yalnız oğlunun Polis Akademiyasından çağırmaqlarını gözləməli olmağı bildirmişdir. Avqust ayında X5 universitetlərə qəbul olan abituriyentlərin adlarını elan edən zaman oğlunun Polis Akademiyasına qəbul olunan abituriyentlərin siyahısında adının olmadığını məlum olmuş, o, Ramilə zəng edərək nə üçün oğlunun qəbul olmadığını soruşduqda Ramil, oğlunun qəbulu üçün pul verdiyindən onu ayrıca çağıracaqlarını deyərək onu aldatmağa çalışmışdır. 2019-cu ilin avqust ayında Ramil onun avtomobil almaq istəyinin olduğundan xəbər tutmuş və istədiklərinə uyğun 9000 manata ‟Mitsubişi Pajero İO” markalı atomobil tapdığını və maşının 400 manatlıq təmirə ehtiyacı olsa da məsləhətli maşın olduğunu onlara inandırmışdir. O, oğlu Aqilin təkidi ilə həmin maşını almış, maşını alarkən Ramilə 5500 manat məbləğində pulu vermiş qalan 3500 manat pulu isə sonra verəcəyini deyərək ona borclu qalmış, 400 manat isə təmirə görə Ramilə vermişdir. O, müntəzəm maşın sürmədiyindən və həmçinin oğlumun sənədsiz və icazəsiz maşını istifadə etməməsi üçün maşını tanışı iş yoldaşı Ruslana vermiş, Ruslana maşını verərkən maşını yalnız onun işi ilə əlaqədar lazım olduqda istifadə etməsini xahiş etmiş, Ramil bir müddət sonra maşının Ruslanda olduğunu bildikdə, zəng edib Ruslanın narkotik vasitələrin aludəçisi olduğunu və hər gün narkoman dostları ilə birlikdə mənim maşından istifadə etdiyini tezliklə onu Ruslana görə polis tərəfindən həbs oluncağımı deyərək qorxutmağa başlamış, bundan sonra Ramil ona yalançı ərizə yazdıraraq Ruslana göstərmiş və maşını ondan almışdır. Bir neçə gündən sonra Ramil zəng edərək Ruslanın anasının ondan Prokurorluğa şikayət etdiyini söylərək onunla görüşmək istədiyini demiş və onlar görüşmüş, görüşən zaman maşını təcili satıb maşınla əlaqənin olmadığını prokurorluqda göstərmək üçün ona verməyi tələb etmiş, lakin sonra Ramil, Sumqayıt şəhərinə gəlmiş maşını ondan alaraq maşını prokurorluğa təhvil verəcəyini demişdir. 1 ay sonra Ramil ona dedi ki, prokurorluq bu işə görə 15000 manat pul tələb edir və eyni zamanda bu işin arxacıyca onun getməsi üçün maşını onun adına keçirməyə inandırmış və notariat vasitəsi ilə ondan etibarmnamə almışdır. Eyni zamanda maşın Ramildə olduğu halda prokurorluğun dayanacaqında olduğunu demişdir. Ramil prokorurluqda işi bağlamaq üçün ondan 6000 manat da pul istəmiş, onun pulu qalmadığından bacısından borc alıb ona yaşadığı evin arxasında vermişdir. Ramil onun etibarından sui-istifadə edərək, oğlun polis akademiyasına düzəltmək adı ilə 18,700 manat baş prokurorluqda olan işinin həll olunmasını bəhanə edərək isə 11,900 olmaqla ümumilikdə 30600 manat məbləğində pulunu ələ keçirmişdir. Ona dəymiş 30600 manat ziyandan təqsirləndirilən şəxs tərəfindən 5000 ödənilmişdir. Hazırda ödənilməmiş qalan 25600 manat ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada cəza verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, universitetə daxil olmaq məqsədi ilə hazırlıqlara gedir və hədəfi Daxili İşlər Nazirliyinin Polis Akademiyasının məzunu olmaq imiş, bu məqsədlə sənədlərini toplayaraq Daxili İşlər Nazirliyinə təqdim etmiş, həkim Komisiyyasından keçməkdən ötrü anası Zərərçəkmiş şəxs Abduəvvəl qızı ilə 24 may 2019-cu ildə *6555 taksi xidmətindən istifadə edərək 20 yanvar ərazisinə taksi sifariş etmiş, bir neçə dəqiqədən sonra sürücüsünü sonradan tanıdığı Təqsirləndirilən şəxs özünə məxsus **-GR-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobillə onlara yaxınlaşmış, anası Minayə sürücüdən həkim komissiyasından keçmək üçün İnsan Alverinə qarşı baş Mübarizə İdarəsinin inzibati binasına aparmasını xahiş etmiş, sürücü yola düşmüş, yol boyu o anasından həmin idarəyə nə məqsədlə getməyi öyrənməyə çalışmış, anası onun polis akademiyasına qəbul olmaq üçün namizəd olduğumu və həkim komissiyasından keçirtmək üçün getdiyi demiş, Ramil isə özünü DTXin əməkdaşı olduğunu deyərək işi barədə məlumat verməyə başlamışdır. Ramil həkim komissiyadan keçirtməyin ancaq pul ilə başa gələcəyini izah etməyə başlamış, və ilkin olaraq o, içəri daxil olub, çıxdıqdan sonra anasından 147 manat dövlət rüsümü və həkimlərə rüşvət verilməsindən ötrü 700 manat pul istəmiş, Anası yanında Ramilə 147 manatdan əlavə 700 manat pul vermiş, onunla birlikdə maşından düşsədə sonradan içəri daxil olmuş, 147 manat pulu vermiş, içəridə pulu rüsum formasında ödəmiş, çeki isə çıxanda Ramilə vermiş, bundan sonra yenidən onlar DİN-in hospitalında keçmək lazım olduğunu demiş, səhəri gün yenidən Ramillə Bakıda görüşmüş, hospitaldan keçmək lazım gəlmiş, hospitaldan keçmiş, onun yanında anasına həkim komisyasından keçidinin uğurlu olduğunu bildirdi. 26 may 2019-cu il də o, anası və Ramil birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Daxili İşlər Nazirliyinin nəzdində olan Polis Akademiyasına getmiş, Ramil içəri özünü işi düzüb qoşacaq kimi göstərərək içəri daxil olmuş və maşına qayıtdıqda isə orada bir nəfər polis serjantı ilə danışdığını və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən bir nəfərə 5000 AZN pul verməli olacaqları barədə demiş, hətta həmin serjanta və onun yanında oturan polis qadınlara şirinlik adı ilə 300 manat pul verdiyini deyərək anasından 300 manat pul almışdır. Onlar həmin gün ayrılarkən 27 may 2019-ci il tarixdə oğlunun akademiyaya daxil olması üçün Təhsil Nazirliyindəki adama pul verilməli olduğunu bir daha xatırlatmışdır. 27 may 2019-ci il də anası evdən 5000 manat pul götürərək evinin həyətinə düşərək ona vermişdir. 28 may 2019-cu il tarixdə anası imtahan verdikdən sonra əlavə olaraq Ramilə 5000 AZN pul verməli olduğunu demişdir. O, 07.06.2019-cu il tarixdə qəbul imtahanını verdikdən dərhal sonra anasına zəng edərək 5000 manatın əvəzinə 15000 manat pul istədiyini demiş, anası isə pulunun olmadığını ona dedikdə o anasından pulun məcbur lazım olduğunu deyərək özünü inandırmışdır. Bundan sonra anası 12700 manat pulu götürərək bacısı Günellə birlikdə evin arxasına düşüb vermişdir. Anası ev gəldikdən sonra Ramilə 2300 manat borclu qaldıqlarını demiş, 2019-cu ilin Avqust ayında X5 universitetlərə qəbul olan abituriyentlərin adlarını elan edən zaman adının Polis Akademiyasına qəbul olunan abituriyentlərin siyahısında olmadığını məlum olarkən, anası Ramilə zəng edərək baş verənlər barəsində soruşmuş Ramil isə yaxşı olacaqını demişdir. 2019-cu ilin avqust ayında anası ona avtomobil almaq istəmiş və Ramil bundan xəbər tutaraq anasına dəyəri 9000 manata ‟Mitsubişi Pajero İO” markalı **-KH-*** d.q.n-lı avtomobil tapdığını və maşının 400 manatlıq təmirə ehtiyacı olsa da məsləhətli maşın olduğunu demişdir. Anası onun təkidi ilə həmin maşını 5500 manat məbləğində almış, 3500 manat borclu qalmış, 400 manat isə təmirə görə Ramilə vermişdir. Beləliklə anası Minayənin Ramilə 5800 manat borcu yaranmışdır. Avtomobili anasının işlərini görməkdən ötrü iş yoldaşı Ruslana vermişdir. Ramil bir müddət sonra maşının onda olmadığını Ruslanda olduğunu bildikdə, zəng edib Ruslanın narkotik vasitələrin aludəçisi olduğunu və hər gün narkoman dostları ilə birlikdə maşını istifadə etdiyini tezliklə Ruslana görə polis tərəfindən anası həbs oluncağını demiş, anası buna görə Ruslandan maşını almış, sonra Ramil anasının baş prokurorluqda barəsində cinayət işi olduğunu deyərək avtomobilin dayacaqa yerləşdirmək lazım olduğunu deyərək etibarnamə ilə avtombili almış, sonra isə anası barəsində olan cinayət işinin xitam olunması üçün əlavə 15.000 manat istəsədə anası xalası Azadədən 6000 manat borca pul alaraq 06.10.2019-cu il tarixdə yaşadığımlız Sumqayıt şəhəri 29-cu məhəllə ev 7/22 in qarşısında Ramilə vermişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun qeyd etdiklərini təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21.10.2020-ci il tarixdə tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 22.10.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 25.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 3 epizod üzrə əməlində Azərbaycan Respublikası CM-nin 32, 312.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən və Bakı Hərbi Məhkəməsinin 28.04.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3500 manat cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yoli ilə Təqsirləndirilən şəxs qəti olaraq 4000 manat cərimə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23.11.2016-cı il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 28.04.2016-cı il tarixli hökmü ilə təyin 4000 manat cərimə cəzası 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19.02.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi xaric edilmiş və Təqsirləndirilən şəxs üzərində 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs 08.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il qərarına əsasən Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanin çəkilib qurtarmasi və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. İş materiallarında olan Zərərçəkmiş şəxs 17.03.2021-ci il tarixli iddia ərizəsindən görünür ki, cinayət nəticəsində vurulmuş maddi ziyanın, yəni 30600 manat məbləğində pulun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs tutulub ona ödənilməsinə dair iddianın tam təmin edilməsi məhkəmədən xahiş olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs 05.05.2021-ci il tarixli iddia həcminin azaldılmasına dair ərizəsindən görünür ki, cinayət nəticəsində vurulmuş maddi ziyanın, yəni 25600 manat məbləğində pulun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs tutulub ona ödənilməsinə dair iddianın tam təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş 05.05.2021-ci il tarixli iddia ərizəsi tam təmin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs 25600 manat ziyan vurmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu çəkilmiş məhkəmə xərclərini təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət əməli nəticəsində 25600 manat və Zərərçəkmiş şəxs tərəfindən çəkilmiş məhkəmə xərcləri 30,40 manat pul Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 21.10.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia tam təmin olunmalı, cinayət əməli nəticəsində 25600 manat və Zərərçəkmiş şəxs tərəfindən çəkilmiş məhkəmə xərci 30,40 manat pul təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21.10.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia tam təmin olunsun. Cinayət əməli nəticəsində 25600 manat və Zərərçəkmiş şəxs tərəfindən çəkilmiş məhkəmə xərci 30,40 manat pul təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar