Məhkəmə qərarları › İş №1(060)-125/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-125/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-125/2022 26.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə və xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və bakı şəhəri, ünvan 3aşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10.06.2021-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri Novxanı bağlar massivi ərazisində olarkən həmin ərazidə sifariş verdiyi evin tikintisinin dayandırılmasını Zərərçəkmiş şəxs2 irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq niyyəti ilə bir neçə dəfə sillə ilə sifət nahiyəsinə, silah qismində istifadə etdiyi taxta parçası ilə 2-3 dəfə sağ ayağına, Təqsirləndirilən şəxs2 taxta parçası ilə sifət nahiyəsinə vurmaqla alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, daha sonra hadisə yerinə gələn Zərərçəkmiş şəxs1 əlindəki taxta parçası ilə bədəninin kürək, bel, ayaq və digər nahiyələrinə vuraraq ona sol ayağın bayır-topuq nahiyyəsinə əhatə edən hematoması, kubabənzər sümüyün qopma xarakterli sınığından (çatından) ibarət xəsarətlər yetirməklə dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10.06.2021-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri Novxanı bağlar massivi ərazisində olarkən həmin ərazidə Təqsirləndirilən şəxs1 sifariş verdiyi evin tikintisinin dayandırılmasını Zərərçəkmiş şəxs2 irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi taxta parçası ilə sonuncunun sifət nahiyəsinə vurmaqla alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2020-ci ilin sentyabr ayında qərara almışlar ki, özləri Sumqayıt şəhəri Novxanı bağlar massivi ərazisində 1 mərtəbəli fərdi yaşayış evi tikdirsinlər. Həmin evin tikinti işlərinin aparılması məqsədi ilə atası Allahverdi sosial şəbəkədə tikinti şirkətləri ilə maraqlanmağa başlamışdır. Həmin vaxt atası Allahverdi sosial şəbəkədə baxdığı zaman tikinti şirkəti olan Samir Plaza ilə maraqlanmağa başlamış və 28.09.2020-ci il tarixdə atası Allahverdi ilə birlikdə həmin tikinti şirkətinin yerləşdiyi Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmli 26 B-də olan ofisinə getmişlər. Ofisdə adını Aysel kimi təqdim edən sonradan adının Sura olduğunu bildiyi bir nəfər xanım onları qarşılamış və tikinti şirkətinin rəhbəri kimi tanıdığı Elmirin iş otağına aparmışdır. O atası Allahverdi və Elmir ilə birlikdə oturub söhbət etməyə başlamışlar və söhbət əsnasında onlar özləri üçün bir mərtəbəli ev tikdirmək istədiklərini Elmirə bildirmişlər. Elmirlə aralarında razılaşmaya gəlmişlər ki, onlara təqdim olunan 4 sot torpaq sahəsində bir mərtəbəli olmaqla 3 otaqlı və cəmi sahəsi 120 kv.metr olan evin tikilməsini sifariş etmişlər. Həmin evin torpaqla birlikdə tikilməsi 66.000 manat təşkil etmiş, pulun 22.000 manatı 4 sot torpaq sahəsinin alınmasına, 44.000 manatı isə evin tikintisi üçün nəzərdə tutulmuşdur. X1 Elmirin arasında olan razılaşmaya əsasən o ilkin ödəniş kimi 10.000 manat ödəmiş, 16.11.2020-ci il tarixdə 2000 manat, 20.12.2020-ci il tarixdə isə 8000 manat ödəmişlər. Atası ilə Elmirin arasında olan razılaşmaya əsasən Elmir tikinti işlərinə başlamazdan əvvəl torpaq üçün nəzərdə tutulan 22.000 manatı iklin ödəniş kimi onlara ödəməli olmuşlar. Onlar Elmirlə razılaşmışlar ki, torpaq üçün ona borclu qaldıqları 2000 manat borcu ev tikilib onlara təhvil verilənə kimi ona ödəyəcəklər. Tikinti üçün nəzərdə tutulan 44.000 manat pulu isə hər ay ***-**** manatdan az olmayaraq tikinti işləri bitənədək tikinti şirkətinə ödəməli olmuşdur. X2 Zərərçəkmiş şəxs1lə həmin tikinti işlərinin baş tutması üçün aralarında 30.09.2020-ci il tarixdə podrat müqaviləsi bağlamışlar. Aralarında olan razılaşmaya əsasən Elmir tikinti işlərinə 05.01.2021-ci il tarixdə başlamalı 2021-ci ilin mart ayının sonuna kimi tam tikib onlara təhvil verməli olmuşdur. Lakin müqavilə şərtlərinə əsasən Elmir tikinti işlərinə söz verdiyi vaxtda başlamamış, həmin tikinti işlərinə təxminən 2021-ci ilin fevral ayının ortalarında başlamışdır. Qeyd etdiyi kimi müqavilə şərtlərinə əməl etmədiyi üçün mütəmadi Elmirlə telefon əlaqəsi saxlayıb tikintinin vəziyyəti ilə maraqlanmaq istəsələr də nə ona, nə də ki, atasının telefonlarına cavab verməmişdir. 2021-ci ilin fevral ayının ortalarında Elmirin işlədiyi tikinti şirkətinin ofisinə atası Allahverdi ilə birlikdə getmişlər və ofisdə Elmirlə görüşüb söhbət etmişlər, tikintinin aparılmamasının səbəbini ondan soruşduqda, Elmir onlara müxtəlif bəhanələr gətirərək bir həftə ərzində tikinti işlərinə başlayacağını bildirmişdir. O və atası Elmirin problemləri olduğunu fikirləşib ona bir həftə vaxt vermişlər. Bir müddətdən sonra Elmir qeyd olunan tikintiyə başlamışdır. Təxminən qeyd olunan tikintidə 3 gün iş getdikdən sonra həmin tikinti Elmir tərəfindən dayandırılmışdır. Həmin tikinti 1,4 metr hündürlükdə (7 daş qaldırılmışdır) tikilmişdir. Lakin həmin vaxtdan tikinti Elmir tərəfindən dayandırılmışdır. O tikinti işlərinin aparılmamasından narahat olduğu üçün Elmirlə əlaqə saxlayıb tikintinin dayanmasının səbəbini soruşduqda Elmir ona bildirmişdir ki, tikinti işləri İcra Hakimiyyətinin əməkdaşları tərəfindən dayandırılmışdır. Hətta bildirilmişdir ki, tikinti işlərinin davam etdirilməsi üçün Sumqayıt şəhər Bələdiyyəsinə və Sumqayıt şəhər İcra Hakimiyyətinə tikintinin davam etdirilməsi məqsədi ilə gedir. Bir neçə gün gözlədikdən sonra təkrarən Elmirlə əlaqə saxlayıb tikinti barədə maraqlandıqda Elmir ona bildirmişdir ki, onların ona verdikləri pulları tikintinin icazəsi üçün İcra Hakimiyyətinə və Bələdiyyəyə verib və maddi sıxıntısı olduğu üçün tikinti işlərini apara bilmir. Təxminən 2 ay gözləmişdir ki, Elmirin maddi vəziyyəti düzələr və tikinti başa çatdırılar. Lakin gözləməsi heç bir nəticə verməmiş və təkrar Elmirlə əlaqə saxladıqda tikintinin dayandırılmasının səbəbini soruşduqda Elmir bildirmişdir ki, Bələdiyyə tikintini saxlayıb və bələdiyyədə tanışı varsa icazə alsın tikintini davam etdirsinlər. O hansı səbəbdən işin dayandırılmasını soruşduqda Elmir ona bildirmişdir ki, tikintinin davam etdirilməsi üçün Bələdiyyə ondan pul istəyir. Elmirlə danışan zaman tikintini saxlayan Bələdiyyə əməkdaşlarını tikinti işlərini aparan icraçısı Razinin tanıdığını deyib onun Razinin yanına getməyini bildirmişdir. O həmin tarixdə yəni 10.06.2021-ci il tarixdə saat 15 radələrində yaxın dostu Tural, onun dostu Elvin və idarə etdiyi «Hyundai Elantra» markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə sözügedən tikinti işləri aparılan əraziyə, yəni Sumqayıt şəhəri Novxanı bağlar massivinə getmişlər və orada iş icraçısı kimi tanıdığı Razi ilə həmin ərazidə raslaşdıqda ondan soruşmuşdur ki, onlara məxsus tikinti işləri Bələdiyyənin hansı əməkdaşı tərəfindən saxlanılmışdır. Razi ona tikintinin kim tərəfindən saxlanılmasını bilmədiyini demişdir. O Raziyə bildirmişdir ki, onun yanına tikinti şirkətinin rəhbəri Elmir göndərib və Elmir deyir ki, tikinti saxlayan Bələdiyyənin əməkdaşlarını o tanıyır və mobil nömrəsi də onda var. Razi ona bildirmişdir ki, tikinti işləri İcra hakimiyyətinin rəhbərliyi tərəfindən dayandırılmışdır. Tural Raziyə bildirmişdir ki, İcra Hakimiyyəti tikinti işlərinin saxlanılmasında iştirak etmir. Onlar təkrar Razidən Bələdiyyə əməkdaşlarının nömrəsini onlara verməsini tələb etdikdə Razi səs-küy salmağa başlamış və onlarla yüksək səslə danışmağa davam etmişdir. Həmin vaxt orada işləyən usta və fəhlələr Razinin səsinə gəlmişlər və nə baş verməsini soruşmuşlar, Razini sakitləşdirməyə çalışmışlar. Daha sonra Razi telefonu ilə Elmirə zəng vurub demişdir ki, «tökülün bura». Təxminən 10 dəqiqə keçdikdən sonra həmin yerə Elmir «Niva» markalı avtomobillə gəlmiş və onun yanında Sura və bir nəfər adını Atabəy kimi tanıdığı şəxslər olmuşdur. Elmir həmin yerə gəlib çatan kimi avtomobildən düşər-düşməz əmisi oğlu kimi təqdim etdiyi Razini kimin döyməsini onlardan soruşmuşdur. O və onunla birlikdə gələn Tural və Elvin Elmirə bildirmişlər ki, Razini heç kim döyməmişdir. Həmçinin o Elmirə bildirmişdir ki, o onun sözü ilə həmin tikinti gedən sahəyə gəlib tikinti saxlayan bələdiyyə əməkdaşları barədə Razidən maraqlanmışdır. Daha sonra Elmir bildirmişdir ki, polisə zəng vurub əmisi oğlunu guya döymələri ilə bağlı şikayət edəcək. Elmir bu sözü dedikdən sonra bir az kənarlaşıb bir nəfər şəxsə zəng vurub onların orada olmalarını ona demişdir. Daha sonra onlar gəldikləri avtomobilə əyləşərək oradan çıxıb getmişlər. Hadisə vaxtı o və yanında olan Təqsirləndirilən şəxs2 və Elvin Həmidov ümumiyyətlə heç kimi vurmamışlar, döyməmişlər. Orada səs-küyü Razi özü yaratmışdır. Təqsirləndirilən şəxs1 heç bir cinayət əməli törətmədiyini, heç kimi vurmadığını və heç kimə heç bir xəsarət yetirmədiyini bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs1 və X4 onun dostlarıdır. 2020-ci ilin oktyabr ayında dostu Əli ona bildirmişdir ki, atası Allahverdinin adına Sumqayıt şəhəri Novxanı bağlar massivi ərazisində 4 sot torpaq sahəsi almışdır və tikinti işlərini "xxxx" MMC şirkəti həyata keçirəcəkdir. Onlar onunla birlikdə qeyd olunan torpaq sahəsinə gəlib baxdıqda sözügedən tikinti şirkətinin sahibinin düzgün insan olmadığını hesab etdiyi üçün dostu Əliyə bu barədə bildirmişdir. Onlar Əli ilə mütəmadi olaraq görüşüb söhbət edən zaman tikintinin hansı vəziyyətdə olmasını ondan soruşduqda Əli ona bir müddət karantin olması səbəbi ilə, bir müddət valideyinlərinin xəstəliyi ilə bağlı, bir müddət isə tikinti rəhbərinin öz valideyinin xəstəliyi səbəbindən işin dayandığını demişdir. Həmişəki kimi dostları Əli və Elvinlə 10.06.2021-ci il tarixdə Bakı şəhəri Sovetski adlanan yerdə kafedə görüşüb söhbət edərkən Əlidən tikintinin vəziyyəti barədə maraqlandıqda Əli ona bildirmişdir ki, onun atasına məxsus tikinti Bələdiyyə əməkdaşları tərəfindən dayandırılmışdır. O Əlidən torpağın çıxarışının olub-olmamasını soruşduqda Əli bildirmişdir ki, torpaq çıxarışlıdır. O Əliyə bildirmişdir ki, torpağın çıxarışı vardırsa tikinti bələdiyyə tərəfindən dayandırıla bilməz tikintiyə Memarlıqdan icazəniz yoxdursa tikinti Memarlıq əməkdaşları tərəfindən dayandırıla bilər. Əli ona bildirmişdir ki, Memarlıqdan sənəd alınmışdır. O tikintinin dayandırılma səbəbini aydınlaşdırmaq üçün Əliyə bildirmişdir ki, tikinti şirkətinin rəhbəri ilə telefon əlaqəsi saxlasın. Əli tikinti şirkətinin rəhbəri olan Elmir adlı şəxslə telefon əlaqəsi saxlamış və o Elmirlə danışan zaman Əlinin atasına məxsus tikintinin dayandırılma səbəbini soruşmuş, tikintinin kim tərəfindən dayandırılmasını soruşmuş, Elmir bildirmişdir ki, tikinti Bələdiyyə əməkdaşları tərəfindən dayandırılıbdır. O tikintinin kim tərəfindən saxlanılmasını ondan soruşduqda o müdür olduğunu və tikintinin dayandırılmasını iş icraçısı olan Razinin bildiyini deyib tikinti gedən yerə yaxınlaşaraq Razidən öyrənməsini ona bildirmişdir. O, Əli və Elvin Əlinin idarə etdiyi «Hyundai Elantra» markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10.06.2021-ci il tarixdə saat 15 radələrində sözügedən tikinti işləri aparılan əraziyə, yəni Sumqayıt şəhəri Novxanı bağlar massivinə getmişlər və orada iş icraçısı kimi tanıdığı Razi ilə həmin ərazidə raslaşmışlar. Orada olan Raziyə bildirmişdir ki, onları Elmir onun yanına göndərmişdir ki, tikinti saxlayan Bələdiyyə əməkdaşlarının onun tanıdığını və mobil nömrəsinin onda olduğunu bilir. Razi ona bildirmişdir ki, tikinti işlərini saxlayan əməkdaşlarının kimliyi barədə ona heç bir söz deyə bilməz. O yenidən ondan soruşmuşdur ki, tikinti kim tərəfindən saxlanılmışdır. Razi ona bildirmişdir ki, İcra Hakimiyyəti tikintini saxlamışdır. O Raziyə bildirmişdir ki, İcra Hakimiyyəti tikinti işlərinin saxlanılmasında iştirak etmir, yalan danışır. O təkrar Razidən Bələdiyyə əməkdaşlarının nömrəsini onlara verməsini tələb etdikdə o səs-küy salmağa başlamış və onlarla yüksək səslə danışmağa davam etmişdir. Həmin vaxt orada işləyən usta və fəhlələr Razinin səsinə gəlib nə baş verməsini soruşub, Razini sakitləşdirməyə çalışmışlar. Daha sonra Razi telefonu ilə Elmirə zəng vurub demişdir ki, «tökülün bura». Təxminən 10 dəqiqə keçdikdən sonra həmin yerə Elmir «Niva» markalı avtomobillə gəlmiş və onun yanında Sura və bir nəfər adını Atabəy kimi tanıdığı şəxslər olmuşdur. Elmir həmin yerə gəlib çatan kimi avtomobildən düşər-düşməz əmisi oğlu kimi təqdim etdiyi Razini kimin döyməsini onlardan soruşmuşdur. O və onunla birlikdə gələn Əli və Elvin Elmirə bildirmişlər ki, Razini heç kim döyməmişdir. O Elmirə bildirmişdir ki, bələdiyyənin nömrəsini istəyir Razi ona nömrə vermir. O, Elmirə demişdir ki, onları Razinin yanına o, göndərmişdir. X3 nömrəsini niyə onlara vermədiyini soruşmuş, Razi də bildirmişdir ki, bələdiyyənin nömrəsi onda yoxdur. O Elmirə və Raziyə yalançı olduqlarını demişdir. O Elmirdən təkrar bələdiyyənin telefon nömrəsini tələb etmiş, Elmir müxtəlif bəhanələr gətirərək yayınmağa başlamış, daha sonra bildirmişdir ki, polisə zəng vurub əmisi oğlunu döymələri ilə bağlı şikayət edəcəkdir. Elmir bu sözü dedikdən sonra bir az kənarlaşıb bir nəfər şəxsə zəng vurub onların orada olmalarını ona demişdir. Daha sonra onlar gəldikləri avtomobilə əyləşərək oradan çıxıb getmişlər. Hadisə vaxtı o və yanında olan Əli, Elvin ümumiyyətlə heç kimi vurmamışlar, döyməmişlər. Təqsirləndirilən şəxs2 heç bir cinayət əməli törətmədiyin, heç ikimi vurmadığını və heç kimə heç bir xəsarət yetirmədiyini bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır, onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs1 da tanıyır, onunla da qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. O, Zərərçəkmiş şəxs1 sədri olduğu "xxxx" MMC-nin Sumqayıt şəhərinin Novxanı bağ massivi ərazisində apardığı fərdi yaşayış evlərinin tikintisində nəzarətçi işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 atası Allahverdiyev Allahverdi Əlibaba oğlu Sumqayıt şəhəri Novxanı bağ massivi ərazisində, 4 sot torpaq sahəsində ona bir mərtəbəli olmaqla, 3 otaqlı və cəmi sahəsi 120 kv metr olan evin tikilməsini sifariş etmişdir. O Təqsirləndirilən şəxs1 həmin vaxtdan tanımış, lakin Allahverdi Allahverdiyev həmin evə görə ilkin ödəniş etsə də, qalan pulu vermədiyinə görə evin tikintisi Zərərçəkmiş şəxs1 tapşırığı ilə dayandırılmışdır. 10 iyun 2021-ci il tarixdə saat 18 radələrində o Sumqayıt şəhəri Novxanı bağ massivində tikintisi aparılan yaşayış evlərinin yerləşdiyi ərazidə olmuş, həmin vaxtı Təqsirləndirilən şəxs1 və yanında olan Təqsirləndirilən şəxs2, Elvin Həmidov ona yaxınlaşmışlar, Əli ondan nəyə görə atası Allahverdinin sifariş etdiyi evin tikintisinin dayandırılmasını soruşmuş, o Əliyə bələdiyyənin tikintini dayandırmasını demişdir. Əli ondan bələdiyyənin mobil telefon nömrəsini deməyisini tələb etmiş, o Əliyə bələdiyyənin mobil telefon nömrəsini bilmədiyini demişdir. Həmin vaxt Əli və onun yanında olan Təqsirləndirilən şəxs2 onun ünvanına nəlayiq söyüşlər söymüşlər. Sonra Əli və yanında olan Təqsirləndirilən şəxs2 hucum çəkərək hər ikisi ağac parçası ilə onun bədəninin müxtəlif nahiyyələrinə vurmağa başlamışdır. Əli sillə ilə sifət nahiyəsinə bir neçə dəfə, taxta parçası ilə sağ ayağına 2-3 dəfə vurmuş, Təqsirləndirilən şəxs2 isə taxta parçası ilə onun sifət nahiyəsinə vurarkən, onun dodağı partlamışdır. Onların yanında olan Elvin Həmidov onları sakitləşdirməyə çalışmışdır. Həmin vaxtı səs-küyə oraya xeyli sayda tanımadığı şəxslər, o cümlədən Ağabba və İmran gəlmişdilər. O onların əlindən çıxıb qaçaraq bir qədər aralaşmış və istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək iki nəfərin onu döydüklərini bildirmişdir. Aradan 20-25 dəqiqə keçdikdən sonra Elmirin idarə etdiyi avtomaşınla hadisə yerinə gəldiyini görmüşdür. Həmin vaxtı Əli və onun yanında olan Təqsirləndirilən şəxs2 onu buraxıb söyüş söyə-söyə Elmirin avtomaşını saxladığı istiqamətdə qaçıb yaxınlaşmışlar. Elmir avtomaşından yerə düşən kimi Əli əlindəki ağacla Elmirin bədəninin kürək, bel, ayaq və digər nahiyələrindən vurmağa başlamış, Elmir yerə yıxılmışdır. Avtomaşında olan Atabəy və X6 aralaşdırmağa çalışsalar da, Əli Elmiri vurmaqda davam etmişdir. Həmin vaxtı Sura mobil telefonla DİNnin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Əli və onun yanında olan Təqsirləndirilən şəxs2 təxminən 15-20 dəqiqə həmin hərəkətlərini davam etdirib səsküy salaraq onların ünvanına nəlayiq söyüşlər söymüşlər. Sonra isə polisə zəng edildiyini və polis əməkdaşlarının gələcəklərini bilib, gəldikləri avtomaşına minib hadisə yerindən uzaqlaşmışlar. Hadisə vaxtı onu Əli və Təqsirləndirilən şəxs2 vurmuş, Elvin Həmidov isə onu döyməmiş, o aranı sakitləşdirməyə çalışmış, onun şikayəti Əli və Turaldan olmuşdur. Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. O "xxxx" MMC-nin sədri olmaqla, Sumqayıt şəhər Novxanı bağ massivi ərazisində fərdi yaşayış evinin tikintisi ilə məşgul olur və həmin evləri ayrı-ayrı şəxslərin sifarişi ilə tikir. Zərərçəkmiş şəxs2 onun tikinti işlərində nəzarətçi işləyir. 2020-ci ilin sentyabr ayında Bakı şəhər sakini Əlinin atası Allahverdiyev Allahverdi Əlibaba oğlu Sumqayıt şəhəri Novxanı bağ massivi ərazisində təqdim olunan 4 sot torpaq sahəsində ona bir mərtəbəli olmaqla, 3 otaqlı və cəmi sahəsi 120 kv metr olan evin tikilməsini sifariş etmişdir. O Təqsirləndirilən şəxs1 elə həmin vaxtdan tanımış, həmin evin torpaqla birlikdə tikilməsi 66.000 manat təşkil etmiş, pulun 22.000 manatı 4 sot torpaq sahəsinin alınmasına, 44.000 manatı isə evin tikintisi üçün nəzərdə tutulmuşdur. Allahverdi Allahverdiyevlə aralarında olan razılaşmaya əsasən o, ilkin ödəniş kimi 10.000 manat ödəməli, qalan 56.000 manat pulu isə hər ay ***-**** manatdan az olmayaraq 33 ay müddətində ödəməli olmuşdur. Allahverdi Allahverdiyevlə aralarında 30.09.2020-cu il tarixdə podrat müqaviləsi bağlanılmış, Allahverdi Allahverdiyev ilkin olaraq ödəməli olduğu 10.000 manat pulu vermişdir. O həmin evin tikintisinə başlasa da Allahverdi Allahverdiyev həmin evə görə hər ay ödəməli olduğu puldan cəmi 10.000 manatını ödəsə də, qalan pulu verməmişdir. O dəfələrlə Allahverdi Allahverdiyevlə görüşüb ondan həmin evə görə qalan ödənişi tələb etsə də, o hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməmişdir. Nəticədə o məcbur olub tikintini dayandırmalı olmuşdur. 10 iyun 2021-ci il tarixdə saat 18 radələrində o Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmli 26 B ünvanında yerləşən MMC-nin ofisində olarkən Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək üç nəfərin onu tikinti apardığı Novxanı bağ massivində döydüklərini, təcili oraya gəlməsini bildirmişdir. Həmin vaxt Razinin səsindən onun təlaş içində olmasını və kimlərinsə Razini nalayiq söyüşlərlə söymələrini eşitmişdir. O bu barədə ofisdə olan Suraya və Atabəyə bildirib ofisdən çıxaraq şəxsi VAZ-2121 markalı avtomaşınına əyləşib hadisə yerinə yola düşməyə hazırlaşmışdır. Həmin vaxtı Sura və Atabəy ondan onları da həmin yerə aparmasını xahiş edib avtomaşına əyləşmişlər. O təxminən 25 dəqiqə keçdikdən sonra hadisə yerinə çatmış, ətrafda xeyli sayda tanımadığı şəxslər toplaşmışdır. O idarə etdiyi avtomaşını dava-dalaş olan yerdən təxminən 20 metr aralıda saxlamışdır. Razi ilə mübahisə edən Əli və tanımadığı 2 nəfər şəxs artıq sakitləşmişdir. Həmin şəxslər onu görən kimi Əlinin göstərişi ilə qaça-qaça avtomaşını saxladığı istiqamətdə gəlməyə başlamışlar. Onlar ucadan onun ünvanına nəlayiq söyüşlər söymüşlər. O avtomaşından düşüb istəmişdir ki, onları sakitləşdirsin, həmin vaxt Əli əlindəki ağacla bədəninin kürək, bel, ayaq və digər nahiyələrindən vurmağa başlamışdır. O həmin vaxt yerə yıxılmışdır. Avtomaşında olan Atabəy Əlini ondan aralaşdırmağa çalışsa da, Əli ona məhəl qoymadan onu vurmaqda davam etmişdir. Həmin vaxtı Sura mobil telefonla DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Əli və onun yanında olan digər şəxs təxminən 15-20 dəqiqə həmin hərəkətlərini davam etdirib səs-küy salaraq onların ünvanlarına nalayiq söyüşlər söymüşlər. Üçüncü şəxs isə yalnız sözlə mübahisəni sakitləşdirməyə çalışmışdır. Sonra isə polisə zəng edildiyini və polis əməkdaşlarının gələcəklərini bilib, gəldikləri “Hyundai Elantra” markalı avtomaşına minib hadisə yerindən uzaqlaşmışlar. Bundan sonra o Razi ilə Sumqayıt şəhər 1 saylı polis bölməsinə dəvət edilərək, orada izahat yazmışlar. İlkin izahatında təhqiqatçı tərəfindən onun fikirləri düzgün başa düşülmədiyi üçün hadisə vaxtı onun Təqsirləndirilən şəxs1 və tanımadıqları iki nəfərin Razini nalayiq söyüşlərlə söyüb təhqir etdiklərini, onlardan birinin Razini ağac parçası ilə bədəninin müxtəlif nahiyələrinə vurduğunu gördüyünü qeyd etmişdir. Əsl həqiqətdə isə o Razini kimin döydüyünü görməmiş, Razinin sonradan ona danışmasından bilmişdir ki, Raziyə sarışın oğlan, yəni Təqsirləndirilən şəxs2 ağac parçası ilə xəsarət yetirmişdir. Hadisə vaxtı onu ancaq Əli taxta parçası ilə bədəninin müxtəlif nahiyələrinə vurub xəsarət yetirmişdir. Digər 2 nəfər şəxs isə onu vurmamışlar. Həmin dava-dalaş 10 iyun 2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri Novxanı bağ massivində, tikinti apardığı ərazidə baş vermişdir. Hadisə yerinə gələndə orada təxminən 15-20 nəfər tanımadığı şəxslərin toplaşdığını görmüş, həmin şəxslərdən tanıdığı Şahid2 Qurban oğlu və İmran olmuşlar. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 5-6 ildir ki, tanıyır, onunla qonşuluqda yaşayır, birlikdə ev tikinti işlərində işləyirlər. Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri Novxanı bağlar massivi ərazisində fərdi yaşayış evinin tikintisi ilə məşgul olur. Zərərçəkmiş şəxs1 həmin evləri ayrı-ayrı şəxslərin sifarişi ilə tikir. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 apardığı tikinti işlərində nəzarətçi işləyir. 2020-ci ilin sentyabr ayında Bakı şəhər sakini Əlinin atası Allahverdiyev Allahverdi Əlibaba oğlu Sumqayıt şəhəri Novxanı bağ massivi ərazisində, təqdim olunan 4 sot torpaq sahəsində ona bir mərtəbəli olmaqla, 3 otaqlı və cəmi sahəsi 120 kv metr olan evin tikilməsini sifariş etmişdir. O Təqsirləndirilən şəxs1 həmin vaxtdan tanımışdır. Həmin evin torpaqla birlikdə tikilməsi 66.000 manat təşkil etmiş, həmin pulun 22.000 manatı 4 sot torpaq sahəsinin alınmasına, 44.000 manatı isə evin tikintisi üçün nəzərdə tutulmuşdur. Allahverdi Allahverdiyev razılaşmaya əsasən ilkin ödəniş kimi 10.000 manat ödəməli, qalan 56.000 manat pulu isə hər ay ***-**** manatdan az olmayaraq 33 ay müddətində ödəməli idi. Allahverdi Allahverdiyevlə 30.09.2020-cu il tarixdə podrat müqaviləsi bağlanmışdır. Allahverdi Allahverdiyev ilkin olaraq ödəməli olduğu 10.000 manat pulu vermişdir. Zərərçəkmiş şəxs1 həmin evin tikintisinə başlasa da Allahverdi Allahverdiyev həmin evə görə hər ay ödəməli olduğu puldan cəmi 10.000 manatını ödəsədə, qalan pulu verməmişdir. Zərərçəkmiş şəxs1 dəfələrlə Allahverdi Allahverdiyevlə görüşüb ondan həmin evə görə qalan ödənişi tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirərək ödəməmişdir. Nəticədə Zərərçəkmiş şəxs1 məcbur olub tikintini dayandırmışdır. 10 iyun 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs1 məxsus Nəsimi rayonu, Asif Məhərrəmli 26 B ünvanında yerləşən ofisdə olmuşdur. Həmin vaxtı Elmirin mobil telefonuna zəng gəlmişdir. Elmir telefonla danışdıqdan sonra ona və ofisdə olan Atabəyə demişdir ki, tikinti apardığı ərazidə Razini iki nəfər döyür. Sonra isə Zərərçəkmiş şəxs1 həmin yerə getdiyini deyərək ofisdən çıxaraq şəxsi VAZ-2121 markalı avtomaşınına əyləşmişdir. Həmin vaxtı o və Atabəy Elmirdən onları da özü ilə aparmasını xahiş edib avtomaşına əyləşmişlər. Təxminən 20-25 dəqiqə keçdikdən sonra onlar hadisə yerinə çatmışlar. Həmin vaxt ara sakitləşmişdir. Ətrafa xeyli sayda tanımadığı şəxslər toplaşmışdır. Elmir idarə etdiyi avtomaşını dava-dalaş olan yerdən təxminən 20 metrlikdə saxlamışdır. Razi ilə bir az əvvəl mübahisə edən Əli və onun yanında olan tanımadığı şəxslər qaça-qaça Elmirin avtomaşını saxladığı istiqamətdə gəlməyə başlamışlar. Əli və yanında olan sarışın oğlan ucadan Elmirin ünvanına nalayiq söyüşlər söymüşlər. Elmir avtomaşından düşüb istəmişdir ki, onları sakitləşdirsin. Həmin vaxtı Əli ağac parçası ilə Elmirin kürək, bel, ayaq nahiyələrindən vurmağa başlamış, həmin vaxt Elmir yerə yıxılmışdır. O və Atabəy avtomaşından yerə düşüb onları aralaşdırmağa çalışsalar da, Əli Elmiri vurmaqda davam etmişdir. O bundan sonra mobil telefonla DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Əli və onun yanında olan sarışın oğlan təxminən 15-20 dəqiqə həmin hərəkətlərini davam etdirib səs-küy salaraq nalayiq söyüşlər söymüşlər. Sonra isə onlar polisə zəng etdiyini və polis əməkdaşlarının gələcəklərini bilib, gəldikləri “Hyundai Elantra” markalı avtomaşına minib hadisə yerindən uzaqlaşmışlar. Həmin dava-dalaş 10 iyun 2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri Novxanı bağ massivində baş vermişdir. O həmin dava-dalaşın əvvəlcə hansı səbəbdən baş verməsini bilməmiş, sonradan Razi danışmışdır ki, həmin gün Zərərçəkmiş şəxs1 tikinti apardığı Novxanı bağ massivi ərazisində olarkən Əli və yanında olan iki nəfər ona yaxınlaşmış və Razidən nəyə görə atası Allahverdinin sifariş etdiyi evin tikintisini dayandırılmasını soruşmuş, Razi ona bələdiyyənin tikintini dayandırmasını bildirmiş, Əli Razidən bələdiyyənin mobil telefon nömrəsini deməsini tələb etmiş, Razi onlara bələdiyyənin mobil telefon nömrəsini bilmədiyini bildirmiş, bundan sonra Əli və onun yanında olan sarışın oğlan taxta parçası ilə onu vurmuşlar. Həmin şəxslərin yanında olan qarayanız, fiziki qüsurlu oğlan isə aranı sakitləşdirməyə çalışmış, hadisə vaxtı o heç kimi vurmamış, döyməmişdir. İlkin izahatında hadisəni ümumi göstərdiyindən, təhqiqatçı izahatında guya Razi və Elmiri 3 nəfər şəxsin döydüyünü göstərmişdir. Onlar hadisə yerinə gələndə orada təxminən 15-20 nəfər tanımadığı şəxslərin toplaşdığını görmüş, hadisə yerinə çatdıqdan sonra dava-dalaş təxminən 25-30 dəqiqə davam etmişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. O Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla da qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs1 ilə uzun illərdir ki, dostluq edir. 10 iyun 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs1 məxsus Nəsimi rayonu, Asif Məhərrəmli 26 B ünvanında yerləşən ofisdə, Elmirlə söhbət edərkən, Elmirin mobil telefonuna zəng gəlmişdir. Elmir telefonla danışdıqdan sonra ona və ofisdə olan Suraya, tikinti apardığı ərazidə Razini iki nəfərin döydüklərini bildirib, həmin yerə getdiyini deyərək ofisdən çıxaraq şəxsi VAZ-2121 markalı avtomaşınına əyləşmişdir. Həmin vaxtı o və Sura Elmirdən onları özü ilə aparmasını xahiş edib avtomaşına əyləşmişlər. Təxminən 20-25 dəqiqə keçdikdən sonra onlar hadisə yerinə çatmışlar. Həmin vaxtı ara sakitləşmiş, ətrafda xeyli sayda tanımadığı şəxslər toplaşmışdır. Elmir idarə etdiyi avtomaşını dava-dalaş olan yerdən təxminən 20 metrlik məsafədə saxlamışdır. Razi ilə mübahisə edən şəxslər qaça-qaça Elmirin avtomaşını saxladığı istiqamətdə gəlməyə başlamışlar. Onlar 2-si ucadan Elmirin ünvanına nəlayiq söyüşlər söymüşdür. Elmir avtomaşından düşüb istəmişdir ki, onları sakitləşdirsin, həmin vaxtı Əli taxta parçası ilə Elmiri vurub yerə yıxmışdır. O avtomaşından yerə düşüb onu aralaşdırmağa çalışsa da, Əli ona məhəl qoymadan Elmiri vurmaqda davam etmişdir. Həmin vaxt Sura mobil telefonla DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Əli və onun yanında olan sarışın oğlan isə təxminən 15-20 dəqiqə həmin hərəkətlərini davam etdirib onları səs-küy salaraq nalayiq söyüşlər söymüşlər. Sonra isə polisə zəng edildiyini və polis əməkdaşlarının gələcəklərini bilib, gəldikləri “Hyundai Elantra” markalı avtomaşına minib hadisə yerindən uzaqlaşmışlar. Həmin dava-dalaş 10 iyun 2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri Novxanı bağ massivində baş vermişdir. O həmin davadalaşın əvvəlcə hansı səbəbdən baş verməsini bilməmişdir. Sonradan Razi danışmışdır ki, həmin gün Elmirin tikinti apardığı Novxanı bağ massivi ərazisində olarkən Əli və yanında olan iki nəfər ona yaxınlaşmış və Razidən nəyə görə atası Allahverdinin sifariş etdiyi evin tikintisini dayandırılmasını soruşmuş, Razi ona bələdiyyənin tikintini dayandırmasını bildirmiş, Əli Razidən bələdiyyənin mobil telefon nömrəsini deməsini tələb etmiş, Razi onlara bələdiyyənin mobil telefon nömrəsini bilmədiyini bildirmiş, bundan sonra Əli və yanında olan sarışın oğlan onu taxta parçası ilə döyüb xəsarət yetirmişlər. Onların yanında olan qarayanız fiziki qüsurlu oğlan isə aranı sakitləşdirməyə çalışmış, hadisə vaxtı o heç kimi vurmamışdır. Onlar hadisə yerinə gələndə orada təxminən 15-20 nəfər tanımadığı şəxslərin toplaşdığını görmüş, onlar hadisə yerinə çatdıqdan sonra dava-dalaş təxminən 25-30 dəqiqə davam etmişdir. Şahid2 teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 10 iyun 2021-ci il tarixdə saat 18 radələrində o Sumqayıt şəhəri Novxanı bağ massivində tikintisi aparılan yaşayış evlərinin yerləşdiyi ərazidə olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 və yanında olan iki nəfərin Raziyə yaxınlaşdıqlarını görmüşdür. Onlar nəsə barədə söhbət etmişlər. Sonra görmüşdür ki, həmin vaxt Əli və onun yanında olan 01 nəfər tanımadığı sarışın oğlan Razinin ünvanına nəlayiq söyüşlər söymüşlər. Sonra Əli və həmin sarışın oğlan hucum çəkərək hər iki ağac parçası ilə Razinin bədəninin müxtəlif nahiyyələrinə vurmağa başlamışdır. Əli Razinin ayaq nahiyəsinə, sarışın oğlan isə onun sifət nahiyəsinə vurmuş, onun dodağı partlamışdır. O onlara yaxınlaşıb aralamağa çalışmış, Əlinin yanında olan qarayanız, fiziki qüsurlu oğlan da onları sakitləşdirməyə çalışmışdır. Həmin vaxtı səs-küyə oraya xeyli sayda tanımadığı şəxslər, o cümlədən İmran da gəlmişdir. Əli onların əlindən çıxıb qaçaraq Elmirə zəng etmişdir. Aradan 20-25 dəqiqə keçdikdən sonra Elmirin idarə etdiyi avtomaşınla hadisə yerinə gəldiyini görmüşdür. Həmin vaxtı Əli və onun yanında olan sarışın oğlan Razini buraxıb söyüş söyə-söyə Elmirin avtomaşını saxladığı istiqamətdə qaçıb yaxınlaşmışlar. Elmir avtomaşından yerə düşən kimi Əli əlindəki ağacla Elmirin bədəninin kürək,bel, ayaq və digər nahiyələrindən vurmağa başlamış, Elmir yerə yıxılmışdır. Avtomaşında olan Atabəy və Sura, eləcə də Əlini Elmirdən aralaşdırmağa çalışsalar da, Əli Elmiri vurmaqda davam etmişdir. Həmin vaxtı Sura mobil telefonla DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Əli və onun yanında olan sarışın oğlan təxminən 15-20 dəqiqə həmin hərəkətlərini davam etdirib səs-küy salaraq onların ünvanına nəlayiq söyüşlər söymüşlər. Sonra isə polisə zəng edildiyini və polis əməkdaşlarının gələcəklərini bilib,gəldikləri avtomaşına minib hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə-tibbi ekspertizasının 11.06.2021-ci il tarixli 665 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarasından ibarət xəsarət aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən 10.06.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 11.06.2021-ci il tarixli 666 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol ayağın bayır-topuq nahiyəsinə əhatə edən hematoması, kubabənzər sümiüyün qopma xarakterli sınığından (çatından) ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bər küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən 10.06.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamılığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarına əlavə olunmuş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, sonuncu da onun dediklərini təkzib etmişdir. İş materiallarına əlavə olunmuş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş, sonuncu da onun dediklərini təkzib etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilməmələri barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özlərini müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdiyi xüsusatlar oz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxslər törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə ibtidai istintaq zamanı və məhkəmə iclaslarında səmimi olmamış, törətdikləri cinayət əməlini etiraf etməmişlər. Məhkəmə bir daha qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdiyi cinayətə görə cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni Məcəllənin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəməyə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 notarial qaydada ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını və onlara qarşı heç bir şikayətlərinin və ya tələblərinin olmadığını bildirdilər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmçinin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, həmin Sərəncamın 10.4-cü bəndinə əsasən şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi tövsiyə edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışmaları və zərərçəkmiş şəxslərin onlardan şikayətçi olmaması onların törətdikləri cinayətin ictimai təhlukəliliyini dərk etməklə islah yolunda olmasına dəlalət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmalı və onun cəzasını yüngülləşdirən halları, yəni zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını, törətdiyi cinayət əməlinin xarakterini, onun ailə şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkmədən islah olunması mümkündür. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edib, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən etməklə təyin edilmiş cəzanı şərti hesab edilməsini qanuni, ədalətli və şəxsiyyətinə uyğun hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 14.10.2021-ci il tarixdə hazırki cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər prokurorunun 16.10.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuş və ibtidai istintaq orqanının həmin tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onun cəzasını yüngülləşdirən halları, yəni zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını, törətdiyi cinayət əməlinin xarakterini, onun ailə şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunması mümkündür. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edib, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən etməklə təyin edilmiş cəzanı şərti hesab edilməsini qanuni, ədalətli və şəxsiyyətinə uyğun hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 14.10.2021-ci il tarixdə hazırki cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər prokurorunun 16.10.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuş və ibtidai istintaq orqanının həmin tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli (iş № 1(060)-761/2021) qərarını icra edərək, 16.11.2021-ci il tarixli 1401 saylı orderlərə əsasən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs2 vəkilləri təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanmaqla ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, ona qəti olaraq təyin edilmiş 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay sınaq müddəti ilə şərti tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə vəzifə qoyulsun ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, ona qəti olaraq təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti ilə şərti tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə vəzifə qoyulsun ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 müdafiəçi Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar