Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-125/2023 15.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1986-cı ildə Rusiya Federasiyası, Tuva MR, Kızıl şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və ünvan 2-da yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, cavabdeh kimi ondan 25 noyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3269/2019 saylı, həmçinin Təqsirləndirilən şəxs dəyəri 232,80 manat olan 750 rus əyarı, çəkisi 4 qram brilyant qaşlı nişan üzüyü, dəyəri 412,80 manat olan 750 rus əyarı, çəkisi 8,6 qram cüt sırğa, dəyəri 201,60 manat olan 750 rus əyarı, çəkisi 4,2 qram üzük, dəyəri 326,40 manat olan 750 rus əyarı, çəkisi 6,8 qram qolbağ, dəyəri 787,20 manat olan 750 rus əyarı, çəkisi 16,4 qram sep alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2670/2019 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 29 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2022-ci il tarixdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 13 may 2022-ci il tarixə kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3269/2019 saylı qətnaməsi üzrə 4080,00 manat aliment borcunu, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(105)-2670/2019 saylı qətnaməsi üzrə isə qızıl-zinət əşyalarının ümumi dəyərindən 1660,00 manat, cəmi 5740,00 manat məbləğində borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş aktlarını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2016-cı il tarixdə X6 ilə faktiki nikaha daxil olmaqla ailə qurmuş, həmin nikah xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmiş, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü Məşuqə, xx.xx.2018-ci il təvəllüdlü Amil və xx.xx.2021-ci il tavəllüldlü İzzət adlı övladları dünyaya gəlmiş, hazırda hər üç uşaq onun himayəsindədir, hazırda bir-iki gündür ki, sürücü kimi işə düzəlmişdir. Özü 2020-ci ilin Vətən müharibəsi iştirakçısıdır, həmin ilin sentyabr ayının 29-dan 3 aylıq döyüş bölgəsinə səfərbər olunmuş, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikası Prezidenti tərəfindən medallarla təltif olunmuş, həmçinin əlavə olaraq müharibə iştirakçısı olduğundan aylıq 80,00 manat məbləğində pensiya alır, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3269/2019 saylı qətnaməsinə əsasən, ondan 25 noyabr 2019-cu il tarixdən başlayaraq qızı xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2670/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən qızıl-zinnət əşyaları alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Qətnamələr icra ilə bağlı qeyd edə bilər ki, daimi iş yeri olmamış, yalnız vaxtaşırı işəmuzd müxtəlif sahələrdə işləmiş, icra məmuru tərəfindən barəsində iki dəfə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və birinci dəfə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmuş, ikinci protokol üzrə 500,00 manat məbləğində cərimə edilmişdir. İcra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 4080,00 manat, qızıl-zinət əşyaların qaytarılmasına dair qətnamə üzrə qalıq borcu 1660,00 manat təşkil etmişdir. İkinci dəfə ailə həyatı qurduğundan və himayəsində 3 azyaşlı övladı olduğundan ödəniş etməkdə çətinlik çəkir. İstintaq zamanı 660 manat ödəmişdir, həyat yoldaşı yeni işə düzəldiyindən 6 ay keçməlidir ki, onun adına kredit götürərək borcu ödəsin. Törətdiyi əməlin cinayət olmasını başa düşür və əməlindən peşmandır. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2015ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatını qurmuş, həmin nikahdan Məryəm adlı övladı dünyaya gəlmişdir. 2016-cı ildə Təqsirləndirilən şəxslə ayrılaraq uşaqla birlikdə valideynlərinin evinə köçmüş və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli tarixli qətnaməsi üzrə uşağın saxlanılamsı üçün 117,00 manat sabit pul məbləğində aliment kəsilmiş, 2019-cu ildə aliment miqdarının artırılması ilə bağlı yenidən məhkəməyə müraciət etmiş və nəticədə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Eyni zamanda həmin ərəfədə qızıl-zinət əşyalarının Təqsirləndirilən şəxs tələb edərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs dəyəri 232,80 manat olan 750 rus əyarı, çəkisi 4 qram brilyant qaşlı nişan üzüyü, dəyəri 412,80 manat olan 750 rus əyarı, çəkisi 8,6 qram cüt sırğa, dəyəri 201,60 manat olan 750 rus əyarı, çəkisi 4,2 qram üzük, dəyəri 326,40 manat olan 750 rus əyarı, çəkisi 6,8 qram qolbağ, dəyəri 787,20 manat olan 750 rus əyarı, çəkisi 16,4 qram sep alınaraq ona qaytarılmalıdır. Məhkəmə qətnamələri icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra idarəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamələr üzrə qət edilmiş aliment pulu və qızıl-zinət əşyaların tələbi ilə bağlı borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilmədiyindən icra məmuru tərəfindən iki dəfə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib birinci dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmuş, ikinci dəfə isə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, daha sonra icra məmuru tərəfindən qətnamələri icra etmək üçün borcluya yenidən müddət verilməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək qətnamələr üzrə cuzi ödəniş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən 4080,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, qızıl-zinət əşyaların tələbi ilə bağlı qətnamə üzrə isə 1660,00 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs uzun illərdi fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, kifayət gədər maddi imkanı vardır, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs qərəzli olaraq aliment borcunu və zinət əşyaların dəyərini ödəməkdən yayınır. Təqsirləndirilən şəxs bir ata kimi öz övladı ilə maraqlanmır və evə heç bir köməklik göstərmir. Qətnamələr üzrə yaranmış borcu keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş edir. Əvvəlki məhkəmə prosesində şəxsə vaxt verilmiş, lakin ödəniş etməmişdir. İstintaq zamanı 560 manat ödəmiş, qalan yüz manatı almamışdır. Hazırda ona vaxt verilməsinə razı deyil. Borcun ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş dindirilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3269/19 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə verilmiş icra vərəqəsi üzrə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 160,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2670/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs dəyəri 232,80 manat olan 750 rus əyarı, çəkisi 4.85 qram brilliant qaşlı nişan üzüyü, dəyəri 412,80 manat olan 750 rus əyarı, çəkisi 8.6 qram cüt sırğa, dəyəri 201,60 manat olan 750 rus əyarı, çəkisi 4.2 qram üzük, dəyəri 326,40 manat olan 750 rus əyarı, çəkisi 6.8 qram qolbağ, dəyəri 787,20 manat olan 750 rus əyarı, çəkisi 16.4 qram sep alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədilə borcluya bildirişlər göndərilmiş, lakin tələblər yerinə yetirilməmiş, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamələrdəki tələbləri icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində inzibati protokol tərtib edilərək aidiyyəti məhkəməyə göndərilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(060)-1253/2020 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək 08 gün inzibati qaydada həbs edilmiş, yenidən icra vərəqələri üzrə tələbləri yerinə yetirməyən borclu Təqsirləndirilən şəxs barəsində inzibati protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2857/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təqsirli bilinərək 500,00 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs sonradan qərəzli hərəkətlərini davam etdirərək icra sənədləri üzrə müəyyən olunmuş tələbləri yerinə yetirməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasını təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2670/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə ödənilməli olan 1960,00 manat puldan 1660,00 manat, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3269/19 saylı, xx.xx.2019- cu il tarixli icra vərəqəsi üzrə isə 4080,00 manat olmaqla, cəmi 5740,00 manat ödənilməyən borcu qalmışdır. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnamələri qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3269/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs 25 yanvar 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə icraya yönəldilərək, icra vərəqəsi xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 07 yanvar 2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3269/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Bundan başqa Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2670/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs dəyəri 232,80 manat olan 750 rus əyarı, çəkisi 4 qram brilyant qaşlı nişan üzüyü, dəyəri 412,80 manat olan 750 rus əyarı, çəkisi 8,6 qram cüt sırğa, dəyəri 201,60 manat olan 750 rus əyarı, çəkisi 4,2 qram üzük, dəyəri 326,40 manat olan 750 əyarı, çəkisi 6,8 qram qolbaq, dəyəri 787,20 manat olan 750 rus əyarı çəkisi 16,4 sep alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə icraya yönəldilərək, icra vərəqəsi xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 27 fevral 2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2670/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-123 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 75683/2017 saylı xx.xx.2017-ci il tarixli icra işi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2670/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə 12*93/2020 saylı xx.xx.2020-ci il tarixli icra işi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3269/19 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə 32202/2020 saylı xx.xx.2020-ci il tarixli icra işi ümumi icraatda 75683/2017 saylı xx.xx.2017-ci il tarixli icra işində birləşdirilmiş, həmin icra işinin icrası Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Zeynəb Məstəliyevaya həvalə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 3(060)-1253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 123-34968-1220 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Pİ-si tərəfindən xx.xx.2020-ci il tarixdə 731640 saylı axtarış işi açılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilmiş 653 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3269/19 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3269/19 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X8 7 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən verilmiş 21230/52811 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X1 Sisteminin “Məşğulluq” altsistemində xx.xx.2019-cu il tarixdən işsiz kimi qeydiyyatdadır və işlə təmin olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 6 saylı MKS tərəfindən verilmiş 156 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamır, mənzil satılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2857/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardaına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ünvanına xəbərdarlıqlar göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsi ilə xitam edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin 1204 saylı, xx.xx.2022-ci il tarixli məktub, “axtarışda olanın tutulması” protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:10-da Sumqayıt şəhər ərazisində tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hesabına ümumilikdə 660 manat pul köçürmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə X6 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü Ağayeva Məşuqə, xx.xx.2018-ci il təvəllüdlü Ağayev Amil və xx.xx.2021-ci il təvəllüdlü Ağayev İzzət adlı övladları vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif olunmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materialları ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında verilən ifadələrdən, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmir, aliment ödənilməsindən yayınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsaən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsinə dair belə nəticəyə gəlir ki, onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə təqsirləndirilən şəxsin maddi, ailə vəziyyətini, aliment ödənilməsi qət edilən uşaqdan başqa himayəsində üç azyaşlı övladının olmasını, yeni işlə təmin olunması cəhdini nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs “X9” iştirakçısıdır. Borcun bir qismi müharibədə iştirak etdiyi dövrdə yığılmışdır. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın təyin edilməsi uşaqların mənafeyinə də xidmət etmir və gələcəkdə icra sənədlərinin icrasız qalması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Bu zaman da Təqsirləndirilən şəxs azadlığı 01 gün məhdudlaşdırılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı 01 gün müddət ona cəza təyin olunarkən nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışı üzrə qeyd olunur ki, həm obyektiv - hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması və əlavə subyektiv element - həmin şəxsin sözügedən azadlıqdan məhrum edilməyə qanuni razılıq verməməsi daxildir (Ştork Almaniyaya qarşı, Stanev Bolqarıstana qarşı). Faktlar 5-ci maddənin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum edilməyə dəlalət edirsə, həbsin nisbətən qısa müddətli olması bu qənaətə təsir etmir (Rantsev Kipr və Rusiyaya qarşı, İskəndərov Rusiyaya qarşı ). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)- 838/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1732 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi vəkil Müdafiəçi2 həvalə edilmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 9 (doqquz) saat, Müdafiəçi2 06 (altı) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 54 (əlli dörd) manat və 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat, Müdafiəçi2 göstərdiyi 06 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-125/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-125/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver