Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-125/2024 07.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi “As Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Fizuli rayonu, Mahmudlu 1 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin professoru və Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü - elmi katibi vəzifələrində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda faktiki yaşayan, barəsində “ev dustaqlığı” növündə əsas, “vəzifədən kənarlaşdırma” növündə əlavə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyası üzrə 30 sentyabr 2020-ci il tarixli F-120 nömrəli və 01 fevral 2021-ci il tarixli F-23 nömrəli əmrlərə əsasən Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü - elmi katibi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Milli Elmlər X1 nəzdində FD 1.09 Dissertasiya şurasının 24 iyun 2022-ci il tarixli 34-0/141 nömrəli vəsatətinə əsasən Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasında “Kürətrafı göllərin iynəcə (Odonata) sürfələri (növ tərkibi, miqdarı, biologiyası və ekologiyası)” mövzusunda Zoologiya ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə baxılan Şahid3 həmin məsələnin müsbət həll edilməsi, yəni ona iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə bağlı 2022-ci ilin sonlarında özünə müraciəti ilə əlaqədar 2022-ci ilin dekabr ayında istintaqla dəqiq müəyyən edilməyən gündə telefon danışıqları zamanı sonuncuya özünün Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının təşkilatisərəncamverici səlahiyyətlərə malik səlahiyyətli rəhbər vəzifəli şəxsi və X2 üzvləri İlə yaxın münasibətlərinin olmasını bildirib sonuncular ilə aralarındakı münasibətə əsasən, güman edilən təsir imkanlarından istifadə edərək qeyd edilən Komissiyanın həmin rəhbər vəzifəli şəxsinin Şahid3 biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının Biologiya və aqrar elmlər üzrə Ekspert şurasının iclasında baxılaraq müsbət tövsiyyələrin verilməsini təşkil etməklə X2 ona biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsinə dair qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla 11.000 manat məbləğdə pul vəsaitini maddi nemət qismində şəxsən istəyib, Şahid3 razılığını alaraq 2022-ci ilin dekabr ayında istintaqla dəqiq müəyyən edilməyən gündə ünvan 2 ünvanında özü üçün birbaşa yolla 10.000 manat məbləğdə pul vəsaitini maddi nemət qismində şəxsən almaqla Şahid3 biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının Biologiya və aqrar elmlər üzrə Ekspert şurasının iclasında 16 dekabr 2022-ci il tarixdə yenidən baxılmasına nail olduqdan sonra öz cinayətkar niyyətini davam etdirərək Şahid3 cinayətdən xəbərsiz olan əri X16 məxsus 4***-*******1-1463 nömrəli plastik bank kartından özünün təqdim etdiyi cinayətdən xəbərsiz olan Şahid17 məxsus 5402-6919-5186-2464 nömrəli plastik bank kartına 05 yanvar 2023cü il tarixdə köçürdüyü 500 manat məbləğdə pul vəsaitini Şahid17 özünə təqdim etdikdən sonra, Komissiyanın Kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarına əsasən Şahid3 biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsinə nail olmaqla öz cinayətkar niyyətini davam etdirərək Şahid3 cinayətdən xəbərsiz olan əri X16 məxsus 4127-2081-3471-1463 nömrəli plastik bank kartından özünün təqdim etdiyi cinayətdən xəbərsiz olan Şahid17 məxsus 5***-*******6-2464 nömrəli plastik bank kartına 06 fevral 2023-cü il tarixdə köçürdüyü 500 manat məbləğdə pul vəsaitini Şahid17 özünə təqdim etməsi ilə, ümumilikdə Şahid3 özü üçün birbaşa yolla vahid niyyətlə 11.000 manat məbləğdə pul vəsaitini maddi nemət qismində şəxsən və Şahid17 vasitəsilə alaraq, qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, həmin vəzifədə işləyərkən, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində X12-Tədqiqat İnstitutunda fəaliyyət göstərmiş Dissertasiya şurasının 03 noyabr 2022-ci il tarixli 010-073-17xx/xx/2022 nömrəli vəsatətinə əsasən Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasında “Qlobal maliyyə böhranı dövründə (1998-2010) X10 inkişaf etməkdə olan ölkələrlə əlaqələri" mövzusunda Dünya iqtisadiyyatı ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə baxılan Şahid1 həmin məsələnin müsbət həll edilməsi, yəni ona iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə bağlı 06 mart 2023-cü il tarixdə özünə müraciəti ilə əlaqədar elə həmin gün ünvan 2 ünvanında görüşləri zamanı sonuncuya özünün Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının təşkilatisərəncamverici səlahiyyətlərə malik səlahiyyətli rəhbər vəzifəli şəxsi və X2 üzvləri ilə yaxın münasibətlərinin olmasını bildirib sonuncular ilə aralarındakı münasibətə əsasən, güman edilən təsir imkanlarından istifadə edərək qeyd edilən Komissiyanın həmin rəhbər vəzifəli şəxsinin Şahid1 iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının iclasında baxılaraq müsbət tövsiyyələrin verilməsini təşkil etməklə X2 ona iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsinə dair qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla 10.000 manat məbləğdə pul vəsaitini maddi nemət qismində şəxsən istəmiş, qeyd edilən təkliflə razılaşmayan Şahid1 X2 17 mart 2023-cü il tarixli qərarına əsasən “Qlobal maliyyə böhranı dövründə (1998-2010) X10 inkişaf etməkdə olan ölkələrlə əlaqələri” mövzusunda Dünya iqtisadiyyatı ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edildikdən sonra sonuncunun həmin məsələyə yenidən baxılmaqla müsbət həll edilməsi, yəni ona iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar 07 aprel 2023-cü il tarixdə özünə müraciəti ilə əlaqədar 11 aprel 2023-cü il tarixdə telefon danışıqları zamanı sonuncuya təkrarən özünün Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının təşkilati-sərəncamverici səlahiyyətlərə malik səlahiyyətli rəhbər vəzifəli şəxsi və X2 üzvləri ilə yaxın münasibətlərinin olmasını bildirib sonuncular ilə aralarındakı münasibətə əsasən, güman edilən təsir imkanlarından istifadə edərək qeyd edilən Komissiyanın həmin rəhbər vəzifəli şəxsinin Şahid1 iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının iclasında yenidən baxılaraq müsbət tövsiyyələrin verilməsini təşkil etməklə X2 ona iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsinə dair qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla ilkin olaraq 15.000 ABŞ dolları, məsələnin müsbət həllindən sonra isə 3.000 manat məbləğdə pul vəsaitini maddi nemət qismində şəxsən istəyib, Şahid1 razılığını alaraq 18 aprel 2023-cü il tarixdə ünvan 2 ünvanında 23.300 manat və həmin dövrün məzənnəsi ilə 2.210 manat təşkil edən 1.300 ABŞ dolları olmaqla özü üçün birbaşa yolla cəmi 25.510 manat məbləğdə pul vəsaitini maddi nemət qismində şəxsən almaqla Şahid1 iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının iclasında 15 may 2023-cü il tarixdə yenidən baxılmasına və Komissiyanın Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarına əsasən Şahid1 iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsinə nail olduqdan sonra öz cinayətkar niyyətini davam etdirərək 06 iyul 2023-cü il tarixdə Şahid1la ünvan 2 ünvanında görüşüb 3.000 manat məbləğdə pul vəsaitini almaqla ümumilikdə Şahid1 özü üçün birbaşa yolla vahid niyyətlə 28.510 manat məbləğdə pul vəsaitini maddi nemət qismində şəxsən alaraq qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının qərarına təkrarən qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, cinayət işi başlananadək Azərbaycan Respublikası X23 Attestasiya Komissiyasının İqtisadiyyat üzrə Ekspert Şurasının üzvü - Elmi katib vəzifəsində işləmişdir. Şuranın üzvü - Elmi Katib kimi vəzifələrinə Şuranın iclas və müzakirələrində iştirak etmək, müxtəlif tədqiqat işlərinə rəylər vermək və iclasların protokollarını hazırlamaq daxildir. Ekspert Şurasının özü ilə birlikdə 11 üzvü vardır. 2023-cü ilin mart ayında dəqiq xatırlamadığı tarixdə elmi tədbirlərdən tanıdığı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat fakültəsində müəllim işləyən soyadını bilmədiyi Sədaqət adlı xanım onun mobil nömrəsinə zəng edərək Şahid1 adlı tanışını tərifləyərək, onun iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün Azərbaycan Respublikası X23 Attestasiya Komissiyasının İqtisadiyyat üzrə Ekspert Şurasından bir dəfə keçə bilmədiyindən, onun növbəti dəfə Şuradan keçirilməsi və elmi adı almasında köməklik göstərməyini xahiş etmişdir. Şura bu kimi namizədlərin işinə baxarkən namizədin Ali Attestasiya Komissiyasının Kollegiyasına tövsiyə olunub-olunmaması barədə qərar qəbul edir. Namizəd Şura tərəfindən tövsiyə olunduqdan sonra isə Kollegiyada namizədin təsdiq edilməsi məsələsinə baxılır. Sədaqət xanımın təkidindən və onun Şahid1 haqqında müsbət fikirlərindən sonra sonuncunu qəbul edə biləcəyini bildirmişdir. O, Şahid1 qəbul edərək ona məsləhətlər vermiş, kömək etmişdir. Şahid1 söhbət zamanı özü təhrikedici şəkildə danışmış, pulun özü ona təklif etmiş, diplomu tez almaq istədiyini, xaricə gedəcəyini bildirmişdir. O, Şahid1 15.000 dollar, manat ekvivalenti ilə isə 25.500 manat təşkil edən pulu hörmət xatirinə qəbul etmişdir. Şahid1 2023-cü ilin aprel-may ayında Şuradan keçib, Kollegiyada təsdiq olunmaqla iqtisad elmləri üzrə fəlsəfə doktoru diplomunu almışdır. Bununla bağlı Şahid1 ona zəng edib təşəkkürünü bildirib, əlavə olaraq gəlib görüşəcəyini bildirmişdir. 06 iyul 2023-cü il tarixdə Şahid1 onun ünvan 2 ünvanında yerləşən kitabxanasına gələrək 3.000 manat məbləğdə pul vəsaitini ona təqdim etmiş və o, həmin pul vəsaitini qəbul etmişdir. Bundan başqa həmçinin 2022-ci ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə İqtisad Universitetinin müəllimi Sənubər xanım onunla telefon əlaqəsi saxlayıb görüşmək istədiyini bildirmişdir. Elə həmin ərəfədə sonuncu öz həyat yoldaşı Əli adlı şəxslə birlikdə onun kitabxanasına gəlmiş və söhbət zamanı texnika elmləri üzrə fəlsəfə doktoru diplomunu ala bilməsi üçün köməklik göstərməsini xahiş etmişdir. Həmin vaxt onlar bunun müqabilində 10.000 manat məbləğində pul vəsaiti verə biləcəklərini demişlər. Sonuncuların xahişini nəzərə alıb ona köməklik etmişdir. Təxminən 2 ay ərzində Sənubər Şuradan keçib, Kollegiyada təsdiq olunmaqla texnika elmləri üzrə fəlsəfə doktoru diplomunu almışdır. Bununla bağlı Sənubər xanım və Əli adlı şəxs 1.000 və 1.000 manat olmaqla ümumilikdə 2.000 manat pul vəsaiti gətirib həmin yerdə özünə vermişlər. O, nüfuz alveri etməmişdir. Şahid1 və Şahid3 onlara elmi dərəcə verilməsi üçün hər hansı vəzifəli şəxsin və ya kollegial orqanın qərarına təsir göstərmək məqsədilə pul almamışdır. Sonunculardan aldığı pul vəsaitlərini heç bir vəzifəli şəxsə verməmiş, pul vəsaitini özündə saxlayaraq sonuncuların qanuni əsasla həmin elmi dərəcəni almalarını gözləmişdir. Əgər sonunculara elmi dərəcə verilməsindən imtina edilsə idi, aldığı pul vəsaitlərini özlərinə qaytaracaqdı. Həmin pulları öz şəxsi ehtiyacları üçün sərf etmişdir. Əməlindən peşmandır. Bu hadisə baş verdiyi vaxtdan mənəvi iztirab keçirmişdir. 42 illik fəaliyyətində qüsur olmamışdır. Hər zaman dövlətə sədaqətli olmuşdur. Ölkədə öz sahəsi üzrə ilk elmlər doktoru olmuşdur. Belə bir hadisənin baş verməsindən çox təəssüflənir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2005-2009-cu illərdə Azərbaycan Universitetinin Beynəlxalq münasibətlər fakültəsində bakalavr pilləsində, 2010-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində magistr pilləsində, 2012-2016-cı illərdə Azərbaycan Universitetində doktorantura pilləsində təhsil almışdır. İqsadi elmlər üzrə doktorantura pilləsində təhsil aldığına görə 14 oktyabr 2022-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində disertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri iqtisad elmləri doktoru, professor Rövşən Quliyev olmuşdur. 03 noyabr 2022-ci il tarixdə ona iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən ötrü dissertasiya şurası tərəfindən vəsatət Azərbaycan Respublikası X23 Attestasiya Komissiyasına göndərilmişdir. Həmin Komissiyadan istifadəsində olan mobil telefon nömrəsinə daxil olmuş sms çağırışa əsasən 27 fevral 2023-cü il tarixdə Komissiyanın İqtisad elmləri üzrə Ekspert Şurasının iclasına dəvət olunmuşdur. Həmin gün iclasa həmin Şuranın sədri Şahid4 rəhbərlik etmiş, Şuranın elmi katibi Təqsirləndirilən şəxs olmuş, habelə 7-8 nəfər Şura üzvü iclasda iştirak etmişdir. İclasda dissertasiya işi üzrə gizli rəyçinin iradları elan edilmiş, təxminən 12 ədəd irad üzrə dinlənilmişdir. Bir müddət sonra narahat olduğuna görə Azərbaycan Dövlət Neft Sənayesi Universitetində işləyən Sədaqət adlı tanışı ilə bu barədə danışdıqda Azərbaycan Respublikası X23 Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının elmi katibi Təqsirləndirilən şəxs məsləhət aldıqda sonuncu üzbəüz görüşərək onunla söhbət edib, məsləhət verə biləcəyini demişdir. 04 mart 2023-cü il tarixdə Sədaqət xanım Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsini təqdim etmiş və 08 mart 2023-cü il tarixə görüş təyin etmişdir. Görüşdən bir neçə gün əvvəl Təqsirləndirilən şəxslə əlaqə saxladıqda sonuncu ona şəxsi tərcümeyi-halını göndərməsini xahiş etmişdir. Elə həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yerləşən ofisinə gedərək onunla görüşdükdə sonuncu qeyd edilən məsələnin müsbət həll edilməsi, yəni ona iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi üçün 10.000 manat məbləğdə pul vəsaitini sonuncu vasitəsilə qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxslərə verməli olduğunu, qeyd edilən elmi dərəcənin ona verilməsindən imtina ediləcəyi halda həmin məsələni daha çox məbləğə həll edə biləcəyini demişdir. Elə həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs "Whatsapp” vasitəsilə 10.000 manat pul tapa bilməyəcəyini, maksimum 5.000 manat verə biləcəyini dedikdə, sonuncu qeyd edilən vəsaitlə məsələni həll etməyin mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikası X23 Attestasiya Komissiyasından ona ünvanlanmış məktubdan məlum olmuşdur ki, İqtisad elmləri üzrə Ekspert Şurasının tövsiyəsi nəzərə alınmaqla 17 mart 2023-cü il tarixli qərarla ona iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilmişdir. 07 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs müraciət edərək işini, yəni fəlsəfə doktoru elmi dərəcəsi almasını əvvəlki, görüşləri əsnasında olan razılıqlarına əsasən həll etməyin mümkün olub-olmamasını soruşduqda, imtina edildikdən sonra məsələnin həllinin çətin olduğunu, ilkin olaraq səlahiyyətli şəxslə razılaşdığını, lakin imtina etdikdən sonra sonuncunun qeyd edilən məsələni bağlamağı tapşırdığını, bir neçə gün sonra Komissiyaya gedərək rəhbər şəxslə görüşəcəyini, məsələnin tək rüşvətlə həll edilmədiyini, əsas xahiş edən şəxsin kimliyi olduğunu, apellyasiyaya müraciət qaydasını öyrənərək müraciət etməsini bildirmişdir. 11 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxslə təkrarən əlaqə saxladıqda məsələnin həlli ilə əlaqədar səlahiyyətli şəxslə əlaqə saxlayacağını, imtina edildiyinə görə artıq pul tələb edildiyini, təxminən 15.000 ABŞ dolları pul istənildiyini, məsələnin həllinə görə ona 3.000 manat hörmət etməsini, məsələni tam razılaşdırdıqdan sonra məlumat verəcəyini bildirmişdir. 14 aprel 2023-cü il tarixdə təxminən saat 22 radələrində sonuncu ilə əlaqə saxladıqda səlahiyyətli şəxslə görüşdüyünü, razılıq aldığını, apelyasiyaya müraciət etməsini, səhəri gün onunla görüşərək pul vəsaitini özünə verməsini bildirmişdir. Təqsirləndirilən şəxs İlkin qanunsuz tələbini icra etmədiyinə görə ona qarşı Azərbaycan Respublikası X23 Attestasiya Komissiyasının Kollegiyası tərəfindən ədalətsiz qərar qəbul edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə müraciət etmişdir. 18 aprel 2023-cü il tarixdə Baş İdarəyə özünə məxsus Azərbaycan manatı və ABŞ dolları əskinaslarından ibarət cəmi 25.510 manat dəyərində pul vəsaitini əməliyyat tədbirində istifadə edilməsi üçün təqdim etmiş, qeyd edilən vəsaitlər nömrələndikdən sonra ona xüsusi vasitə təqdim edilmiş, o, Təqsirləndirilən şəxs ofisinə gedərək həmin vəsaiti sonuncuya vermiş, sonuncu həmin vaxt məsələnin təxminən bir ay müddətinə öz həllini tapacağını bildirmiş, sonuncuya diplomu Famil müəllimin imzalayacağını soruşduqda Famil Mustafayevin adını heç yerdə çəkməməsini demişdir. 26 aprel 2023-cü il tarixdə apellyasiya ərizəsinin qəbul edilməsi barədə xəbər almışdır. 15 may 2023-cü il tarixə yenidən Komissiyanın İqtisad elmləri üzrə Ekspert Şurasının iclasına dəvət olunmuşdur. Həmin gün iclasa həmin Şuranın sədri Şahid4 rəhbərlik etmiş, Şuranın katibi Təqsirləndirilən şəxs olmuş, habelə 7-8 nəfər Şura üzvü iclasda iştirak etmişdir, iclas qısa keçirilmiş, yenidən ona bəzi suallar verilmiş, o, isə öz növbəsində sualları yüksək səviyyədə cavablandırmışdır. Azərbaycan Respublikası X23 Attestasiya Komissiyasından istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 15 iyun 2023-cü il tarixdə daxil olmuş sms çağırışa əsasən X2 07 iyun 2023-cü il tarixli qərarı ilə ona fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir və diplomun təqdimatı üçün 16 iyun 2023-cü il tarixdə Komissiyaya dəvət edilmişdir. 15 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 5103 0714 6532 5856 nömrəli plastik bank kartını ona göndərərək hörmət kimi verəcəyi vəsaiti həmin karta köçürməsini tapşırmışdır. 06 iyul 2023-cü il tarixdə Baş İdarəyə özünə məxsus 3.000 manat məbləğində pul vəsaitini əməliyyat tədbirində istifadə edilməsi üçün təqdim etmiş, qeyd edilən vəsaitlər nömrələndikdən sonra ona xüsusi vasitə təqdim edilmiş, o, Təqsirləndirilən şəxs ofisinə gedərək həmin vəsaiti sonuncuya vermişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur, onunla barışmışdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarında olan zərərçəkmiş şəxs Şahid1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs bağışlayır, onunla barışmışdır, ona qarşı heç bir şikayət, tələbi və iddiası yoxdur. Təqsirləndirilən şəxs maddi ziyanı istəmir, ziyanın tam ödənilmiş kimi məhkəmədən qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1994- 1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ərzaq malları əmtəəşünaslığı fakültəsində bakalavr pilləsində, 1999-2001-ci illərdə həmin fakültədə magistr pilləsində, 2012-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya institutunda disertantura pilləsində təhsil almışdır. 03 iyun 2022-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya institutunda disertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri təbiət elmləri üzrə fəlsəfə doktoru Aqil Əliyev olmuşdur. 30 iyun 2022-ci il tarixdə ona təbiət elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən ötrü dissertasiya şurası tərəfindən vəsatət Azərbaycan Respublikası X23 Attestasiya Komissiyasına göndərilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı kimi tanımışdır. Sonradan Təqsirləndirilən şəxs eyni zamanda Azərbaycan Respublikası X23 Attestasiya Komissiyasında işləməsi məlum olduğundan ümumi məsləhət almaq məqsədilə 2022-ci ilin sonlarında, hazırda xatırlamadığı tarixdə onunla əlaqə saxlayaraq disertasiyasını özünün yazdığını, plagiat yoxlamasından keçdiyini, bütün tələbləri icra etdiyini bildirib fəlsəfə doktoru elmi dərəcəsi verilməsi ilə əlaqədar məsləhət aldıqda, sonuncu dissertasiya və digər sənədlərin qaydasında olmasının heç bir əhəmiyyətinin olmadığını, Ekspert şurasından müsbət tövsiyə alaraq Kollegiyanın qərarı ilə qeyd edilən elmi dərəcənin verilməsi üçün 11.000 manat məbləğdə rüşvət verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs danışdıqdan sonra həmin vəsaiti vermək qərarına gəlmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhərindəki ofisinə gedərək sonuncuya 10.000 manat məbləğdə pul vəsaitini əlbəəl vermiş, sonuncu narahat olmamasını, Azərbaycan Respublikası X23 Attestasiya Komissiyası tərəfindən heç bir problem yaradılmadan ona elmi dərəcə veriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan aldığı pul vəsaitlərini kimə verdiyini deməmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs özünə məxsus deyil, hazırda xatırlamadığı qadının adına olan plastik bank kartının fotoşəklini göndərmiş və o, əri Əli Quliyevin mobil telefonunda olan “ABB Mobile” mobil bankçılıq tətbiqi vasitəsilə sonuncuya məxsus "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartından Təqsirləndirilən şəxs göndərdiyi qeyd edilən plastik bank kartına iki dəfə 500 manat olmaqla cəmi 1.000 manat məbləğdə pul göndərmişdir. 12 dekabr 2022-ci il tarixdə Komissiyanın Təbiət elmləri üzrə Ekspert Şurasının iclasına dəvət olunmuşdur. Həmin gün iclasda təxminən 10-15 nəfər Şura üzvü iştirak etmişdir. İclasda dissertasiyası elan edilmiş, rəy oxunmuş və suallar verilmişdir. Azərbaycan Respublikası X23 Attestasiya Komissiyasından istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 2023-cü ilin fevral ayında daxil olmuş sms çağırışa əsasən məlum olmuşdur ki, X2 qərarı ilə ona fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2008-ci ildən tanıyır. Təqsirləndirilən şəxs elmi işlərində ona köməklik etmiş, onunla birlikdə elmi araşdırmalarla məşğul olmuşdur. 05 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ünvan 2 ünvandakı ofisinə gedərkən sonuncu əlaqə saxlayaraq özünə kiminsə pul göndərməli olduğunu, bunun üçün ona məxsus plastik bank kartının fotoşəklini özünə göndərməsini, həmin karta göndəriləcək pul vəsaitini nağdlaşdıraraq gətirməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs etibar etdiyinə görə öz istifadəsində olan və "xxxx" ASC tərəfindən adına verilmiş plastik bank kartının fotoşəklini “Whatsapp” internet telefoniya və ani mətn mübadiləsi mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Elə həmin gün saat 13 radələrində “Abb Mobile” tətbiqi vasitəsilə plastik bank kartına 500 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. Qeyd edilən pul vəsaitini Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomat terminalında nağdlaşdıraraq Təqsirləndirilən şəxs ünvan 2 ünvandakı ofisində özünə təqdim etmişdir. Təxminən bir ay sonra “Abb Mobile” tətbiqi vasitəsilə həmin plastik bank kartına yenidən 500 manat məbləğdə pul vəsaiti köçürüldüyünə görə Təqsirləndirilən şəxs bu barədə məlumat vermiş və sonuncu bu barədə məlumatının olduğunu, həmin vəsaitin özünə göndərildiyini, nağdlaşdıraraq özünə təqdim etməsini xahiş etmişdir. Həmin vəsaiti "xxxx" ASC-yə məxsus bankomat terminalında nağdlaşdıraraq Təqsirləndirilən şəxs ofisində özünə təqdim etmişdir. Təqsirləndirilən şəxs barəsində 2023-cü ilin iyul ayında cinayət işi başlanıldıqdan sonra sonuncu həmin vəsaitin Şahid3 adlı şəxs tərəfindən özünə göndərildiyini və qeyd edilən məsələnin hüquq mühafizə orqanları tərəfindən araşdırıldığını bildirmişdir. Buna qədər həmin vəsaitin kimin tərəfindən və hansı məqsədlə Təqsirləndirilən şəxs xahişi ilə onun plastik bank kartına göndərilməsi barədə məlumatı olmamışdır və həmin vəsaitdən Təqsirləndirilən şəxs ona heç bir məbləğ verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Azərbaycan Dövlət İqtisad Universitetinin professorudur. 2021-ci ildən Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının iqtisad elmləri üzrə Ekspert şurasının sədri vəzifəsində işləmiş, hazırda Komissiyanın üzvüdür. İqtisad elmləri üzrə ekspert şurasının 11 üzvü var. Təqsirləndirilən şəxs həmin şuranın elmi katibi olmuşdur. Şahid1 adını xatırlayır. Belə ki, “Qlobal maliyyə böhranı dövründə X10 inkişaf etməkdə olan ölkələrlə əlaqələri" mövzusunda Dünya iqtisadiyyatı ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə İqtisad elmləri üzrə ekspert şurasında baxılmışdır. İlkin iclasda Şahid1 elmi dərəcə verilməsi tövsiyə edilməmişdir. Lakin 2023-cü ilin iyun ayında Şahid1 apelyasiya müraciəti əsasında onun işinə yenidən ekspert şurasında baxılmış, iradlara cavabı qənaətbəxş olduğundan səs çoxluğuna əsasən ona elmi dərəcə verilməsi ekspert şurası tərəfindən tövsiyə edilmişdir. Təqsirləndirilən şəxs Şahid1 pul alması barədə məlumatı olmamışdır. Ekspert şurasının sədri olaraq ona Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının heç bir vəzifəli şəxsi qanunsuz göstəriş verməmişdir. Habelə qanunsuz göstəriş verilərsə, gərək bütün şura üzvlərinə deyilsin ona görə ki, tövsiyə səsçoxluğu ilə verilir. Şahid3 tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, ictimai əsaslarla Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının iqtisad elmləri üzrə Ekspert şurasının üzvü vəzifəsində işləyir. Şahid1 təxminən 4-5 ildir ki, tanıyır. Şahid1 onun işlədiyi Azərbaycan Universitetində doktorant olmuşdur. Eyni zamanda Şahid1 həm də onun müqavilə əsasında işlədiyi Qərb Universitetinin Menecment kafedrasında dərs deyir. Sonuncunun elmi rəhbəri dostluq münasibətləri olan Rövşən Quliyevdir və o, Şahid1 dissertasiya işinin ilkin ekspertizadan keçməsi İlə əlaqədar rəy verilməsi üçün müraciət etsə də, Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının iqtisad elmləri üzrə Ekspert şurasının üzvü olduğuna görə imtina etmişdir. Şahid1 kifayət qədər savadlı iqtisadçıdır. Ona fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar ekspert şurasının iclasında özü də, iştirak etmişdir. Rəydə qeyd edilən iradlara və şura üzvlərinin suallarına Şahid1 tərəfindən qənaetedici cavab verilmədiyinə görə sonuncu kifayət qədər səs toplaya bilməmiş və Kollegiyanın qərarı ilə ona fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilmişdir. Ekspert şurasında səsvermənin nəticələri şura üzvlərinə elan edilmir. Qeyd edilən qərar barədə Şahid1 məlumat məktubu daxil olduqdan sonra sonuncu ona müraciət edərək şikayət qaydasını dəqiqləşdirdikdə, o, apellyasiya müraciəti etməsini, təkrar ekspert şurasının iclasına qədər dissertasiya işi üzrə hazırlaşmasını məsləhət görmüşdür. Bir müddət sonra yenidən ekspert şurasının iclası keçirilmiş, Şahid1 suallara qənaətbəxş cavab verdiyinə görə 2/3 səs çoxluğunu toplamış və bununla əlaqədar ekspert şurası tərəfindən ona fəlsəfə doktoru elmi dərəcəsi verilməsi tövsiyə edilmişdir. Təqsirləndirilən şəxs Şahid1 pul alması barədə məlumatı olmamışdır. Ona Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının rəhbər şəxsləri müsbət rəy yazması və ya kiməsə səs verməsi barədə hər hansı qanunsuz göstəriş verməmiş, xahiş etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının elm sahələri üzrə 3-cü şöbəsinin müdiri vəzifəsində işləyir. Həmin şöbə iqtisad, hüquq, fəlsəfə, psixologiya, sosiologiya və siyasi elmlər sahələri üzrə attestasiyanı həyata keçirir. Təqsirləndirilən şəxsanı 2018-ci ildən tanıyır. Şahid1 adını xatırlayır. Belə ki, ekspert şurasının iclasında Şahid1 dissertasiya işində müsbət rəy verilmiş və ona fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Adətən birinci dəfə ekspert şurasının iclasında suallara yetərincə cavab verə bilmədiyinə görə üzvlərin səsçoxluğunu əldə edə bilmədikdə namizədə elmi dərəcə verilməməsi tövsiyə edilir. Sonradan ikinci dəfə apelyasiya müraciəti əsasında ekspert şurasının iclasında suallara cavabları qənaətbəxş olduqda namizədə səs verilir və tövsiyə edilir. Təqsirləndirilən şəxs Şahid1 pul alması barədə məlumatı olmamışdır. Şöbə müdiri kimi ona Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının rəhbər şəxsləri hər hansı qanunsuz göstəriş verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, Şahid3 xatırlamır. Təqsirləndirilən şəxs Şahid3 pul alması barədə məlumatı yoxdur, habelə ekspert şurasının üzvü olaraq ona Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının rəhbər şəxslərinin, yəni nə Komissiya sədri, nə şöbə müdiri, nə də şura sədrinin kiməsə müsbət rəy yazması və ya kiməsə səs verməsi barədə heç bir xahiş etməmiş və qanunsuz göstəriş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının ekspertidir. Təqsirləndirilən şəxs tanımır, işlə bağlı ümumiyyətlə məlumatı yoxdur. Ekspert şurasının üzvü olaraq ona Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının rəhbər şəxslərinin, yəni nə Komissiya sədri, nə şöbə müdiri, nə də şura sədrinin kiməsə müsbət rəy yazması və ya kiməsə səs verməsi barədə heç bir xahiş etməmiş və qanunsuz göstəriş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Bəhmən qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs elmi işləri ilə əlaqədar arabir onun yazılarında köməklik göstərir. Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən kitabxana kimi istifadə etdiyi ofisi vardır və o, adətən orada onun yazı işlərini icra edir. Təqsirləndirilən şəxs adətən tələbələrini, tanışlarını da orada qəbul edir. Sonuncunun yanına kimsə gəldikdə o, ofisin digər otağında olur. 06 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yazı işlərini görmək məqsədilə qeyd olunan ofisində olarkən Təqsirləndirilən şəxs yanına Elşən adlı şəxs gəlmişdir. Həmin şəxsi bundan əvvəl bir dəfə də həmin ofisdə Təqsirləndirilən şəxs yanında olanda görmüşdür. Sonuncunun hansı səbəbdən Təqsirləndirilən şəxs yanına gedib-gəlməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2018-ci ildən Ekspert Şurasından tanıyır. Ekspert şurasının üzvü olaraq ona Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının rəhbər şəxslərinin, yəni nə Komissiya sədri, nə şöbə müdiri, nə də şura sədrinin kiməsə müsbət rəy yazması və ya kiməsə səs verməsi barədə heç bir xahiş etməmiş və qanunsuz göstəriş verməmişdir. Şahid1 təxmini xatırlayır. Şahid1 disertasiya müdafiəsi zamanı necə cavab verməsini, ona hansı rəy verdiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsanı tanıyır. Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının rəhbər şəxslərinin, yəni nə Komissiya sədri, nə şöbə müdiri, nə də şura sədrinin kiməsə müsbət rəy yazması və ya kiməsə səs verməsi barədə heç bir xahiş etməmiş və qanunsuz göstəriş verməmişdir. Şahid1 təxmini tanıyır. Şahid1 disertasiya müdafiəsi zamanı müsbət və ya yaxud mənfi rəy verilməsi ilə bağlı ona müraciət edilməmiş, qanunsuz göstəriş verilməmişdir. Təqsirləndirilən şəxs ona kiməsə müsbət rəy verilməsi ilə bağlı xahiş və müraciət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsanı tanıyır. Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının iqtisad elmləri üzrə Ekspert şurasının üzvüdür. Təqsirləndirilən şəxs tərəfindən kiməsə güzəşt edilməsi ilə bağlı ona müraciət və xahiş edilməmişdir. Şahid1 bir dəfə görmüşdür. Şahid1 müsbət yaxud mənfi rəy verilməsini deyə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsanı və Şahid3 tanımır. Ekspert şurasının üzvü olaraq ona Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının rəhbər şəxslərinin, yəni nə Komissiya sədri, nə şöbə müdiri, nə də şura sədrinin kiməsə müsbət rəy yazmaları və ya kiməsə səs vermələri barədə heç bir xahiş etməmiş və qanunsuz göstəriş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Menecment kafedrasının dosenti olmaqla yanaşı, Qərbi Kaspi Universitetinin Maliyyə və mühasibatlıq kafedrasında saat hesabı dərs deyir. Təqsirləndirilən şəxs ilə 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilmiş elmi tədbirlər çərçivəsində tanış olmuşdur. Təqsirləndirilən şəxslə ümumilikdə bir dəfə görüşsə də, elmi konfransla əlaqədar sənədlərə görə telefon vasitəsilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxslə qeyd edilən görüş əsnasında həm də Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının iqtisad elmləri üzrə Ekspert şurasının üzvü, elmi katibi olmasını bildirmişdir. 2023-cü ilin mart ayında Qərbi Kaspi Universitetində saat hesabı dərs deyən Şahid1 iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün sənədlərinin Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasına göndərildiyini, iclasa dəvət edilərkən dissertasiya işinə mənfi rəy verildiyini bildirmişdir. Şahid1 Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının iqtisad elmləri üzrə Ekspert şurasının üzvü, elmi katibi Təqsirləndirilən şəxs tanıdığını, sonuncunun nüfuzlu alim olduğunu, qeyd edilən məsələlərlə bağlı ondan məsləhət almağın mümkün olduğunu bildirərək Təqsirləndirilən şəxslə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs Şahid1 barədə məlumat verdikdə sonuncu, Şahid1 özünün əlaqə nömrəsini verməsini, onunla danışıb məsləhət verəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsini Şahid1 təqdim etmişdir. Təqsirləndirilən şəxs ona Şahid1 hansı qaydada köməklik edəcəyini deməmiş, sadəcə məsləhət verə biləcəyini demişdir. Habelə Şahid1 Təqsirləndirilən şəxs hər hansı maddi nemət verməklə məsələni həll etmək barədə ona heçnə deməmişdir. Şahid1 dissertasiya işinin qaydasında olduğunu, bununla əlaqədar Təqsirləndirilən şəxs məsləhət almaq istədiyini bildirmişdir. Sonra nə baş verməsindən məlumatı olmamışdır. Sonradan Şahid1 Təqsirləndirilən şəxs barəsində şikayət etdiyini öyrənmişdir və Şahid1 bunun səbəbini soruşduqda Elşən ona aid məsələ olmadığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid15 elan edilmiş ifadəsindən görünür ki, 2013-cü ildən ictimai əsaslarla Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının iqtisad elmləri üzrə Ekspert şurasının üzvü vəzifəsində işləyir. Şahid1la heç bir şəxsi tanışlığı olmamışdır. Lakin Şahid1 iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi ilə əlaqədar dissertasiya işinin ekspertizası onun tərəfindən aparılmış və mənfi rəy tərtib edilmişdir. Onun dissertasiya işi Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi normativ hüquqi aktlara cavab vermədiyinə görə hər iki iclasda Şahid1 əleyhinə səs vermişdir. 15 may 2023-cü il tarixli iclasda da Şahid1 sual vermiş və sonuncunun cavabları onu qane etməmişdir. Bu səbəbdən həmin iclasda da, Şahid1 əleyhinə səs vermişdir. Lakin digər üzvlər onun lehinə səs verdiklərinə görə Şahid1 elmi dərəcə verilməsi tövsiyə edilmişdir. Təqsirləndirilən şəxs Şahid1 pul alması barədə məlumatı olmamışdır. Ekspert şurasının üzvü kimi ona Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının rəhbər şəxsləri kiməsə müsbət rəy yazması və ya kiməsə səs verməsi barədə heç bir xahiş etməmişlər. Şahid15 tərəfindən məhkəmə ünvanlanmış müraciətdən görünür ki, səhhətində olan problemə görə məhkəməyə gələ bilmir. Korrupsiyaya qarşı mübarizə idarəsində verdiyi ifadəsi qüvvədə qalır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid10 elan edilmiş ifadəsindən görünür ki, 2018-ci ildən Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının Biologiya və aqrar elmlər üzrə Ekspert şurasının sədri vəzifəsində işləyir. İddiaçı Şahid3 xatırlamır. Təqsirləndirilən şəxs Şahid3 pul alması barədə məlumatı olmamışdır. Ekspert şurasının sədri olaraq ona Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının heç bir vəzifəli şəxsi kiməsə müsbət rəy yazması və ya kiməsə səs verməsi barədə heç bir xahiş etməmişlər. Şahid10 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid14 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Şahid1 pul alması barədə məlumatının olmadığını, habelə ekspert şurasının üzvü olaraq ona Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının rəhbər şəxslərinin, yəni nə Komissiya sədri, nə şöbə müdiri, nə də şura sədrinin kiməsə müsbət rəy yazması və ya kiməsə səs verməsi barədə heç bir xahiş etmədiklərini və qanunsuz göstəriş vermədiklərini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 308.1 və 312-1.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “pul əskinazlarının və xüsusi texnikanın təqdim edilməsi haqqında” protokoldan görünür ki, AR X23 Attestasiya Komissiyasının iqtisad elmləri üzrə ekspert şurasının katibi Təqsirləndirilən şəxs vətəndaş Şahid1 iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini təsdiq edən diplomun verilməsi müqabilində sonuncudan ilkin olaraq 15.000 ABŞ dolları, məsələnin müsbət həllindən sonra isə 3.000 manat məbləğdə pul vəsaitini tələb etməsi ilə bağlı Baş İdarənin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən Azərbaycan Respublikası vətəndaşı Şahid1 əməliyyat-axtarış tədbirinin keçırilməsi məqsədilə 61 (altmış bir) ədəd 200 manatlıq, 103 (yüz üç) ədəd 100 manatlıq, 16 (on altı) ədəd 50 manatlıq, 13 (on üç) ədəd 100 ABŞ dolları pul əskinazını cəmi manat ekvivalentində 23.300 (iyirmi üç min üç yüz ) manat və 1.300 ABŞ dolları (min üç yüz) məbləğində pul vəsaitini Baş İdarəyə təqdim etmişdir. Vətəndaş Şahid1 tərəfindən təqdim edilmiş 61 (altmış bir) ədəd 200 manatlıq, 103 (yüz üç) ədəd 100 manatlıq, 16 (on altı) ədəd 50 manatlıq, 13 (on üç) ədəd 100 ABŞ dolları pul əskinazının seriya və nömrəsi olan hissəsinin kserosurətləri çıxarılaraq protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “pul əskinazlarının və xüsusi texnikanın təqdim edilməsi haqqında” protokoldan görünür ki, AR X23 Attestasiya Komissiyasının iqtisad elmləri üzrə ekspert şurasının katibi Təqsirləndirilən şəxs vətəndaş Şahid1 iqtisad elmləri üzrə fəlsəfə doktoru dərəcəsini təsdiq edən diplomun verilməsi müqabilində sonuncudan ilkin olaraq 15.000 ABŞ dolları, məsələnin müsbət həllindən sonra isə 3.000 manat məbləğdə pul vəsaitini tələb etməsi ilə bağlı Baş İdarənin Əməliyyat İdarəsinə daxil olmuş məlumat əsasında 18 aprel 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri Şahid1 Təqsirləndirilən şəxs 15.000 ABŞ dollarının manat ekvivalentində 23.300 (iyirmi üç min üç yüz) manat və 1.300 ABŞ dolları (min üç yüz) məbləğində pul vəsaitini vermişdir. Şahid1 07 iyun 2023-cü il tarixdə fəlsəfə doktoru elmi dərəcəsinin verildiyindən Təqsirləndirilən şəxs işin müsbət həllindən sonra tələb etdiyi 3.000 manat pul vəsaitinin ona təqdim edilməsi ilə əlaqədar əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Şahid1 30 (otuz) ədəd 100 manatlıq pul əskinazını cəmi 3.000 (üç min) manat məbləğində pul vəsaitini Baş İdarəyə təqdim etmişdir. Vətəndaş Şahid1 tərəfindən təqdim edilmiş 30 (otuz) ədəd 100 manatlıq pul əskinazının seriya və nömrəsi olan hissəsinin kserosurətləri çıxarılaraq protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntülərə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 00:01:46-da Şahid1 Təqsirləndirilən şəxs ünvan 2 ünvanında ofis kimi istifadə etdiyi otağına daxil olur. 00:02:11-00:03:19 aralığında aparılan danışıqların mətni: Təqsirləndirilən şəxs: nə oldu məndən sonra haralara getdin? O sualı verəcəklər, ona görə mən sizə verirəm. Əsas informasiya sızmasın. Sızanda heç nə eləmirlər. Şahid1: Hə, düzü. Yo təbii. Baxın siz o vaxtı əslində dediniz, yəni mən sadəcə. Hə dediniz ki, aşağı məbləğlə, on min səhv etmirəmsə... Təqsirləndirilən şəxs: hə on minə həll edə bilərdik imtina olmasaydı. Həmin o xahiş eləyən adam da heyfsləndi. Dedi sənə pulunu bir dəfə demişdim də. Şahid1: Mən əslində düşündüm ki, bu mərhələdə, düşündüm ki, verdiyim cavablar, onlar filan, düşündüm ki, yetərli ola bilər. Sonra da elmi rəhbərimlə ancaq bir dənə məsləhətləşdim ki, budu proses daha, yəni bizdə mənfi rəydir, budu, bu oldu keçdi, dedi gözləyək nəticəni ona uyğun da, yəni cavab çıxsın. Başqa heçnə, dedi mütləq gözləməliyik dedi. Elmi rəhbərdi deyənə onu. Təqsirləndirilən şəxs: Niyəsə, elə bil sənin elmi rəhbərin neçə nəfəri gəlib soruşub hamısı ilişib. Daha sonra Şahid1la Təqsirləndirilən şəxs elmi rəhbəri, apelyasiya müraciəti və aralarında olan razılıq barədə məlumatların kənara sızmaması, məsələnin həllinin gedişatı haqqında söhbətlər etmişlər. 00:09:43-00:10:46 aralığında aparılan danışıqların mətni: Təqsirləndirilən şəxs: Başqa bir sözün var? Şahid1: Yox. Əslində bir dənə müəllim mən istəyərdim biraz şeydi, (00:09:50-də Şahid1 pul vəsaitlərini çıxarır) bu həm dollardı... Təqsirləndirilən şəxs: Onun mənimçün mənası yoxdur. Şahid1: Müəllim, baxın, nəyi demək istəyirəm Təqsirləndirilən şəxs: Hamısı bir yerdə on beş min dollardır? Şahid1: Sayardıq, baxın, məni düzgün başa düşün Təqsirləndirilən şəxs: Yox. On beş min dollar eləyir hamısı bir yerdə? Şahid1: Bəli. Baxın nəyi demək istəyirəm. Baxın müəllim burda... (00:10:03-də Şahid1 pul vəsaitlərini nümayiş etdirir və 50, 100, 200 Azərbaycan manatı nominallı və 100 ABŞ dolları nominallı əskinaslar aydın görünür) Təqsirləndirilən şəxs: Ver mənə... (00:10:07-də Təqsirləndirilən şəxs pul vəsaitlərini Şahid1 alır və iş masasının üzərinə qoyur. Şahid1: Baxın çox xahiş edirəm, yəni sayasınız. Çünki burda, indi bir dənə deyim onları. Ümumilikdə on beş min dollardı. Sadəcə... Təqsirləndirilən şəxs: Dincəl, dincəl Şahid1: on üç min manatdır, min üç yüz dollardır. Siz özünüz saysaz daha rahat olar. Təqsirləndirilən şəxs: Dincəl. Yadından çıxarma ki, qarşındakı adam uzun illər maliyyə şöbəsinin rəisi işləyib... (00:10:25-də Təqsirləndirilən şəxs pul vəsaitlərini masadan götürüb əlində dəstələyir) Şahid1: on min üç yüz ordadır. Təqsirləndirilən şəxs: Maliyyə şöbəsinin rəisi işləyib. Şahid1: Çox gözəl. Təqsirləndirilən şəxs: Sintez-kauçuk Azərkimya dövlət şirkətinin maliyyələrinə rəhbərlik etmişəm. Ən azından oxu da, bir dəfə. Vikipediyada bax. Şahid1: Hə baxmışdım. Təqsirləndirilən şəxs: Kiminlə üzbəüzsən bilirsən dəl? 00:10:46-00:16:00 aralığında Təqsirləndirilən şəxs pul vəsaitlərini sayır, arada Şahid1 əskinaslar və təqdim edilən pul vəsaitinin ABŞ dolları barədə ekvivalenti barədə danışmaq istəsə də, Təqsirləndirilən şəxs ona susmasını bildirir, Yekunda Təqsirləndirilən şəxs masada olan kalkulyator vasitəsilə pul vəsaitlərinin ekvivalentini hesablayaraq Şahid1 ona 15.000 ABŞ dolları ekvivalentində pul verdiyini təsdiq edir. Daha sonra Təqsirləndirilən şəxs işin gedişatı barədə Şahid1 məlumat verir, pul verməsi barədə heç kimə heç nə deməməsini tapşırır və diplomunu aldıqdan sonra ona da pul verməsini deyir. 00:17:55-də Şahid1 görüş keçirilən ünvanı tərk edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntülərə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Şahid1 Təqsirləndirilən şəxs ünvan 4 ünvanında ofis kimi istifadə etdiyi otağına daxil olduqda onu X9 qarşılayaraq Təqsirləndirilən şəxs yanına yola alır. Şahid1 Təqsirləndirilən şəxslə görüşərək təşəkkür etdikdən sonra ümumi işlər barədə söhbət edir. 00:03:14-də Şahid1 “Hə müəllim, mən o məbləği də verim, üç nin dediyimiz kimi. Özünüz saysaz yaxşı olardı” deyir. 00:03:23-00:03:40 aralığında Şahid1 pul vəsaitlərini sayır və Təqsirləndirilən şəxs təqdim edir. 00:03:43-də Təqsirləndirilən şəxs pul vəsaitlərini qəbul edib rezin qaytanla bağlayıb masasının sol tərəfindəki dolaba qoyduqdan sonra Şahid1 təşəkkür edir. Daha sonra onlar ümumi işləri barədə söhbəti davam etdirirlər. Qeyd edilən videogörüntülərdə iş üçün əhəmiyyət kəsb edən başqa hal müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 308 və 312-1.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə ittiham elan edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-714/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində əsas qətimkan tədbiri qismində 06 oktyabr 2023-cü il tarixədək “ev dustaqlığı”, əlavə qətimkan tədbiri qismində “vəzifədən kənarlaşdırma” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-1008/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılması müddəti 06 dekabr 2023-cü il tarixədək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-1155/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə 06 yanvar 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxslə üzləşdirilərkən ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə deməklə bir daha təsdiq edərək ona fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən ötrü ilkin olaraq 2023-cü ilin mart ayında 10.000 manat pul tələb etdiyini, 2023-cü ilin aprel ayında isə 15.000 ABŞ dolları və 3.000 manat pul vəsaiti tələb edərək 18 aprel 2023-cü il və 06 iyul 2023-cü il tarixlərdə ondan həmin pul vəsaitlərini aldığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin kompakt disk ağ mirvari rəngli olmaqla “HP” şirkətinin əmtəə nişanı, DVD-R, 16x, 4.7 GB Data, 120 min Video sözləri parlaq rənglə çap edilmişdir. Kompakt diski kompüter dəstinin sistem blokuna daxil etdikdə “səs 1, “səs 2”, “səs 3” və “səs 4” adlı “MP4” formatlı faylların olması müəyyən edilmişdir. Şahid1 ilkin izahatında həmin faylların Təqsirləndirilən şəxs ilə aralarında aparılmış telefon danışıqlarının audio yazılarını əks etdirdiyini bildirmişdir. “səs 1’ adlı audio yazıya baxış keçirilərkən aşağıdakı məzmunda danışıq aparılması müəyyən edilmişdir: Şahid1: Alo Şəfa müəllim salam, hər vaxtınız xeyir Təqsirləndirilən şəxs: Salam Şahid1: Şahid1dur sizi narahat edən. Bilmirəm, xatırlayırsız məni? Mən o vaxtı gəlmişdim, doktorant Təqsirləndirilən şəxs: Şahid1? Hə yadıma düşdü. Şahid1: Dünya iqtisadiyyatı üzrə, bəli,bəli Təqsirləndirilən şəxs: Sədaqət xanım zəng eləmişdi Şahid1: bəli, bəli Təqsirləndirilən şəxs: Gəldiniz biz burda xeyli söhbət elədik sonra nəsə geri çəkildiniz Şahid1: Bəli, biraz. Və məndə müəllim, cavab gəldi,dünən gəlib mənə cavab. Yəni imtina verilib də, belə deyək. Təqsirləndirilən şəxs: Sizdə o vaxtı nə idi vəziyyət? Mənim yadıma salız. Şahid1: Məndə, belə deyim, mənfi rəy verilmişdi, amma səsdə nəsə verilmişdi. Təqsirləndirilən şəxs: səs nə qədər toplamışdız? Şahid1: Onu mən bilmədim də yəni necə topladığımı. Təqsirləndirilən şəxs: Hə. Yəni keçməmişdizdə, aydındır. Şahid1: hə. Amma plagiat, flan belə, məndə yəni heç bir şey, belə şeylər yox idi də, normal, yəni hər şey qaydasında idi düzü. Təqsirləndirilən şəxs: İndi var ki, plagiat Şahid1: Yoxdu. Yəni heç bir şey orda heç nə də yazılmayıb nə ilə bağlı olduğu ilə bağlı Təqsirləndirilən şəxs: A, mənim yadıma düşdü siz şeydən. Başa düşdüm Şahid1: Elmlər akademiyasından da keçmişəm, Sizə göndərmişəm hələ lap ilkin variantda Təqsirləndirilən şəxs: Nə əcəb siz deyilən məsləhətə getmədiniz? Bilirsiz necə istəyirdim siz keçəsiniz. İmtina, Bəs sən bilmirsən ki, imtina olandan sonra nə qədər çətin olur. Şahid1: İndi onunla bağlı dedim sizinlə məsləhət alım yəni. Təqsirləndirilən şəxs: Sözün düzü açıq deyim sənə Şahid1: aha Təqsirləndirilən şəxs: Səni qorxutmaq da istəmirəm Şahid1: aha Təqsirləndirilən şəxs: Biraz məsləhəti gecikdirdin Şahid1: aha, aha Təqsirləndirilən şəxs: O vaxtı eləsəydin, sən imtina olunmamışdan yenə bir təhər nəsə eləmək olardı. İndi imtina olunmuş işə o vaxt tem bolee sizin... Mənim yadımdadır xanim bizə deyəndən sonra, mən də sizinlə danışandan sonra biz demişdik bizim lazımi adam onu desin ki, belə bir namizədimiz var, ona kömək. Şahid1: Aha bəs indi? Təqsirləndirilən şəxs: o adam sonra siz deyəndə ki, cavab, onun səhərisi günü yazanda ki, yox bu qalsın bu məsələ, biz də ona deyəndə, hə uje o daha dedi ki, necə məsləhətdir, daha bir də bu məsələyə qayıtmayağın Şahid1: aha Təqsirləndirilən şəxs: İndi mən bilmirəm nə dərəcədə biz qayıda bilərik Şahid1: İndi yəni bir imkanlarını araşdırmaq olar, yəni nə qədər indi bu dəfə artıq daha neynəyək, məcburuq Təqsirləndirilən şəxs: Nə bilim vallah. İndi birinci gün... Mən indi birinci gün Bakıya gedəcəm. Birinci gün görüşlərim var. Bizim VAK-ın iclası var. Ondan qabaq bir-iki, elə dediyim adamla görüşümüz olacaq Şahid1: indi daha məcburdu da, neynəyək daha. Təqsirləndirilən şəxs: Amma siz niyə bəs... Sizi tem bolee mənim yanıma göndərmişdilər. Niyə məsləhətə getmirsiniz? Görürsüz necə çətin vəziyyətdi, rəyin mənfidir. Nə əcəb getmədiz məsləhətə? Şahid1: Bəli, bəli Təqsirləndirilən şəxs: Öz işini özün çətinləşdirdin qoydun ora. Belə deyək də, açıq deyək. Düzələ biləcək bir işi sən artıq saldın quyunun dibinə. Görək onu ordan çıxarmaq olarmıl? Şahid1: indi hə, görün bizə nə köməklik edə bilərsiniz? İndi o, konkret o, elə olsun ki, o məsələn, konkret olsaydı, məbləğ də danışılsaydı ki, mən elə düşünürəm ki, bu dəfə, bu dəfə gedəcəyik də inşallah. Təqsirləndirilən şəxs: Daha uje burda məbləğ söhbəti deyil. Burda əsas o idi ki, yaxın buraxırlarını. Yəni səni xahiş eləyən varmıl? Bu söhbət idi. O vaxtı sizi xahiş eləməyə razılıq var idi. Xahiş olunurdu. O məbləğ ikinci məsələ idi. Yəni necə, orda məbləğ söhbəti var. İndi ən çətini, məbləğdən çox ən çətini kiminsə xahiş eləmək, düzgün adamın xahiş eləməsidir bu dəqiqə. Ən çətini odur. O qədər adam əlində məbləğ ortalıqda qalıb, işini həll eləyə bilmir axı. Ora yaxın buraxmırlar, orda elə şey yoxdur. Yəni onun içinə girmək olmur. Hamısı kənardan olan, gücü, əli çatan adam həll eləyir bu məsələni. Yəni orda gedib kiminlə sən nə danışa bilərsən axı. Adamı topa tuturlar. Şahid1: Aha. İndi yəni, biz... Təqsirləndirilən şəxs: Özümüz çətinləşdirdik də işimizi çətinləşdirmişik. İndi bilmirəm. Görək nə deyəcəklər. Birinci gün bir də xahiş eləyərəm ki, həmin an kimsə onu arxayın salıb çaşdırıb. Belə bir söz işlətmək Şahid1: Aha. Olar. Yaxşı olar Təqsirləndirilən şəxs: Mən elə hesab edirəm ki, səni doğrudan da kimsə çaşdırıb. Həqiqətən bu fikirdəyəm. Yəkin ki, sənə başqa adam söz verdi, səni çaşdırdı. Eləmi? Açıq de görək sonra... Şahid1: yox. Həqiqətən biraz bilmirəm nəsə. Təqsirləndirilən şəxs: De, de, hamısını mənə de, görüm... Şahid1: Yox. Həqiqətən kimsə söz vermədi. Həqiqətən söz vermədilər. Sadəcə... Təqsirləndirilən şəxs: Amma dedin də, orda-burda dedin Şahid1: Yo, düşündüm kü, yəni həll olar da. Belə fikirləşdim ki, problem... Təqsirləndirilən şəxs: Hə, prosto özün düşündün ki, bəlkə həll olar, hə? Şahid1: elə fikirləşdim. Təqsirləndirilən şəxs: Sən bilirdin ki, rəyin mənfidir. Nəyə ümid eləyirdin? Şahid1: Belə bilmədim yəni ki, belə imtina verilər hər halda. İndi siz həm prosedurda ki, yəni necə, indi apelyasiya... Təqsirləndirilən şəxs: Elmi rəhbərin sənə məsləhət görmədiki necə eləmək olar? Şahid1: kim, üzr istəyirəm? Təqsirləndirilən şəxs: Elmi rəhbərin... Şahid1: Elmi rəhbərim də elə dedi ki gəl gözləyək nəticəni. Mən düzdü elə-belə ümumi dedim ki, belədi də, neynəyək? Dedi gözləyək nəticəni. Təqsirləndirilən şəxs: Hə. Dedi hə. Şahid1: Yəni amma başqa heç nəyi danışmamışam da təbii onunla Təqsirləndirilən şəxs: Ümumiyyətlə məsələsini həll eləmək istəyən, eşidirsənmi? Şahid1: Bəli Təqsirləndirilən şəxs: Daha çox özünə güvənməlidir, bir də hansı, üzr istəyirəm, o, kimin üstünə çıxıb da bu məsələdə, kimə yaxınlaşıb. Bir də ona güvənməlidir ki, bu aldanacaq, aldanmayacaq. Şahid1: Aydındır. Təqsirləndirilən şəxs: Bu da çox vacibdir də. Bəzən görürsən ki, adam aldanır da. Xahiş eləyirsən, yüz bəhanə gətirirlər, yüz bəhanə gətirir. Amma mənə elə gəlir ki, biz danışanda heç bir bəhanə demədik, dedik ki, əgər məsələ həll olunarsa, düzdü? Şahid1: Bəli, bəli. Bir xahiş eləyirəm yenə də təkrar, indi inşallah daha neynəyək, daha məcburuq da. Təqsirləndirilən şəxs: Biz indi yaxşı vəziyyətdə deyilik. Yəni sən də, mən də. Biz təzədən elə bil eyni şeyə ağız açırıq. Əgər hə desələr, danışığa başlayacayıq. Şahid1: Hə olar. Tam artıq razıyam da, indi inşallah. Təqsirləndirilən şəxs: Amma sən yenə də deyirəm özün öz işini çətinləşdirmisən, yəni birə düzələn, yəni ki, bir dəfə xahişə düzələn işi biz iki eləmisən, üç eləmisən Şahid1: indi daha gəldik bura çatmışıq da Təqsirləndirilən şəxs: O biri tərəfdən də sənə zərər vuracaq. Başa düşdün nə deyirəm sənə Şahid1: Bəli, bəli başa düşdüm. Təqsirləndirilən şəxs: Zərər vuracaq təəssüf ki. Çünki imtina var ortada. Yaxşı Şahid1: Çox xahiş edirəm Təqsirləndirilən şəxs: Bir də xahiş eləyirəm heç bir yerdə ad tutmadan gözlə bir neçə gün Şahid1: Aha əlbəttlə. Başüstə Təqsirləndirilən şəxs: Bir neçə gün xəbər gözlə. Sənə hələ apelyasiya vermək lazımdır. Şahid1: Aha. Apelyasiya hazırlayım onda yoxsa necə? Onu... Təqsirləndirilən şəxs: Yox. Biz nə, onsuzda sən biz desək də, deməsək də apelyasiya eləməlisən də. Onu elə nəyə uzadırsan... Şahid1: Apelyasiya prosto qaydası necədi bəs onun? Davamında Təqsirləndirilən şəxs və Şahid1 apelyasiyanın verilməsi qaydaları barədə danışıq aparırlar. Qeyd edilən audio yazı 8 dəqiqə 27 saniyə davam edir. Şahid1 ifadəsində göstərdiyi xüsusatlarla qeyd edilən audio yazı qarşılıqlı təhlil edilərkən həmin telefon danışığının 07 aprel 2023-cü il tarixdə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında aparılması müəyyən edilmişdir. “səs 2” adlı audio yazıya baxış keçirilərkən aşağıdakı məzmunda danışıq aparılması müəyyən edilmişdir: Şahid1: Şəfa müəllim salam hər vaxtınız xeyir. Təqsirləndirilən şəxs: Salam Elşən salam Şahid1: Hə, Elşəndir sizi narahat eləyən. Necəsiz müəllim? İşləriniz necədir? Təqsirləndirilən şəxs: Sağol Şahid1: Yaxşılıq olsun. Mən bilmək istəyirdim, dünən mən rayonda idim. Biraz gecə gəlmişəm. Təqsirləndirilən şəxs: Hə dedim o, təzə, yəni ikinci kanala dedim. Onlar görək bugün boyunlarına götürüb mənə deməlidirlər. Əgər, saat beşdə bir də zəng vur. Əgər hə desələr sən axşam gəl bura deyilənlərin mən sənə deyim. Razısansa get elə sonra iki gün ərzində bizə hə-yox deyəcəklər. Şahid1: hə. Yəni nəyi demək istəyirəm. Belə bəlkə mən bir başa hazırlıqlı gəlim də. Yəni o nə desə. Elə əvvəlcədən mümkündürmü məbləğ? Yoxsa baxım. Təqsirləndirilən şəxs: Nəisə belə özümün də xoşuma gəlmir. Belə yüngül rəqəm deyil də ona görə. Çox kənara çıxdılar. Şahid1: Başa düşürəm, daha məcburuq. Təqsirləndirilən şəxs: İmtinalar olanda çıxırlar. İmtinalar olanda belə kənara çıxırlar. Şahid1: İndi ümumiyyətlə dedilər məbləğ yoxsa? Təqsirləndirilən şəxs: Bilirsən, belə bir şey var, on beş elə bil ki, obirisindən dedilər də onlar. Sözün düzü mən razılıq verməmişəm, dedim sənə deyim sonra. Şahid1: On beş çevirsək, mən gedim tapmayım da çevirməyə Təqsirləndirilən şəxs: Əvvəl bəlkə bunu biz onla elə belə adi ilə eləyib qurtaracaqdıq. Bəxtimiz gətirmədi ki, vaxtında biz onu tuta bilmədik Şahid1: Bəli, bəli. İndi daha artıq... Təqsirləndirilən şəxs: İmtina var ortada. Sənin bütün işlərini korlaya biləcək bir şeydir o. Şahid1: Bəli, bəli. Başa düşdüm. Təqsirləndirilən şəxs: Yeri gəlmişkən, yeri gəlmişkən, həm də plagiata yoxlanılır iş. Şahid1: Yəni. Yox orda çıxmayıb axı Təqsirləndirilən şəxs: Hamını yoxlayırlar, tək sən deyilsən Şahid1: Aha, bəli, bəli. Məndə yoxdu da bildiyim qədər yəni. Təqsirləndirilən şəxs: yox. Onu sən elə düşünürsən. Əvvəl səni kompüterdən keçirmişdilər, obirisi qaydada yoxlamamışdılar. Axırı biləsən də, sənin işin biraz sonra uzaq problemi də çıxa bilər. Mən səndən düşünürəm ki... Şahid1: Yox. İndi inşallah razılaşarıq da. Daha neynəyək Təqsirləndirilən şəxs: Düşünürəm ki, insan vəziyyətdən çıxış yolu üçün hə desən bəlkə həll edə bilər. Amma indi, indi də istəməsən, sonra bilmirəm kim sənə kömək edə bilər. Şahid1: Yox, əlbəttə indi daha çətinə düşmüşük onsuzda. Daha da çətinə düşməyək də Təqsirləndirilən şəxs: Hə. Bilirsən yenə deyirəm e, olur e insan bəzən özü də bilmədən düzələsi bir işi quyunun dibinə salır. Şahid1: Elədi elə. İndi son desə, mən də artıq daha məcburam da Təqsirləndirilən şəxs: Heç nə. Bir dənə onu dedilər, bir dənə onu dedilər, mən də dedim ki, bəs adamın özünə deyim, hə desə sizə mən hə deyərəm. Şahid1: İndi çevirsək belə konkret neçə olur yerli manatla? Təqsirləndirilən şəxs: Yəni orda mən, hələ orda biz heç bir şeyə qarışmırıq ki. Ona mən qarışmıram. Yəni indi sən, belə deyək də gedib gəlməyə, yol zad adam lazımdı, bir iki min, bir üç min manat elə-belə mənə hörmət eləyərsən ortada. Şahid1: Yo, əlbəttə. Təqsirləndirilən şəxs: Amma söhbət onların dediyi şeyə mən qarışmıram. Onu deyirəm, hə-yox, hə-yox. Şahid1: O iyirmi min eləyir, yoxsa iyirmi beş min? Neçə? Təqsirləndirilən şəxs: Nə bilim on beş dollarla nə qədər eləyir? Mən nə bilim. Şahid1: iyirmi beş min iki yüz deyən nəsə. Təqsirləndirilən şəxs: Ona sən özün bax da. Şahid1: Daha məcburuq da, neyləyək. Amma söz verir də hər şeyə? Təqsirləndirilən şəxs: Bir canım haqqı, üç övladımın canı üçün xanım mənə deyəndə, sən gələndə o bizim obirisi kanal özdə daha güclü kanal idi. O bir dəfə dedi ki, yaxşı, əgər sən məsləhət bilirsənsə, tanıyırsansa eləyək. Onda sənin məsələni yüngül keçirmək olardı da. Şahid1: İndi daha məcburuq da neyləyək. İyirmi beş min deyək də belə eləyir, hə? Təqsirləndirilən şəxs: Hə də, hə. Şahid1: iyirmi beş min. Onu tam bir dəfəyə verməliyəm, yoxsa necə eləyək? Təqsirləndirilən şəxs: Yox e, o bir dəfəlik qabaqcadan verilir. O da birdən. Mən onlara deyim sonra da. Deyim onlar razılaşsa sonra sən pul... Burda pul gətirməyin nə mənası var ki? Şahid1: Hə, əlbəttə. Onda bir dənə razılaşsın, görüm. Təqsirləndirilən şəxs: Sən hə de ki, mən ora deyim Şahid1: Hə deyirəm də, artıq daha neyləyək. Təqsirləndirilən şəxs: Onda mən onlara deyirəm, onlar bugün-sabah bizə cavab verəndən sonra pul ilə görüşərik. Yaxşı? Şahid1: Hə, hə, əlbəttə. Artıq daha tam dəqiq qəti qərardır da. Neyləyək!? Mən onda sizdən... sabah nə vaxt zəng eləyim sizə dediz? Davamında növbəti danışıqlarının vaxtını dəqiqləşdirmək ətrafında söhbət aparılır. Qeyd edilən audio yazı 5 dəqiqə 09 saniyə davam edir. Şahid1 ifadəsində göstərdiyi xüsusatlarla qeyd edilən audio yazı qarşılıqlı təhlil edilərkən həmin telefon danışığının 11 aprel 2023-cü il tarixdə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında aparılması müəyyən edilmişdir. “səs 3” adlı audio yazıya baxış keçirilərkən aşağıdakı məzmunda danışıq aparılması müəyyən edilmişdir: Şahid1: Salam. Axşamınız xeyir Şəfa müəllim. Təqsirləndirilən şəxs: Salam Şahid1: Mənəm Elşən, necəsiniz? Təqsirləndirilən şəxs: Sağol, sən necəsən? Şahid1: Yaxşılıqdır. Çox sağolun. Biraz gec zəng elədim üzrlü hesab eləyin. Biraz işlər, məşğul idik. Təqsirləndirilən şəxs: Eybi yoxdur Şahid1: Hə dedim dəqiqləşdirim bir daha. Necə oldu bizim bu iş nə yerdə qaldı? Təqsirləndirilən şəxs: Eşitdirmişik. İndi bugün-sabah danışıb bizə deməlidirlər. Mən sizə xəbər verəcəm. Sadəcə polnu hazır ol da. Dediyimiz kimi gərək onu dərhal eləyək. Çünki heç kəs demək istəmir e indi. Hamı çəkinir. Şahid1: Bəli, bəli. Başa düşürəm. Məbləği yəni elə olsun ki, mən üstünü tam da, problem yoxdu, düzəldim qoyum da. Təqsirləndirilən şəxs: Sənə dediyim kimi də. Demişəm də. Mən onu müzakirə eləməyəcəm. Şahid1: Hə. Odu da, yəni tam olaraq iyirmi beş mindir də. Yəni aşağı-yuxarı. Onu nəyi demək istəyirəm... Təqsirləndirilən şəxs: Yo onu heç kəs bölmür, elə nə var deyiblər. Mən onun üstünə heç nə düşünmürəm. Sonra indi... Şahid1: Yox. Aşağıynan o mənada demək istəmirəm.Yəni ki, mən daha onu hazırlayım da. Birdən biraz başını, biraz var, üstünü düzəldim yəni, onu demək istəyirəm. Təqsirləndirilən şəxs: on beş yaşıldır. Amma indi ortalıqda fırlanan bir-iki ayda mənə min, iki min, üç min lazım olacaq da. Şahid1: Əlavə də yəni? Təqsirləndirilən şəxs: Hə də yəni bizim gedib-gəlməyimizə, zada, görüşməyə, bir-iki adamla söhbət eləməyə. Hamısı puldur. Şahid1: Yo, təbii-təbii başa düşürəm. Yəni onları da nəzərə alım, mən tam toparlanım da, onları demək istəyirəm. Təqsirləndirilən şəxs: Vsyo da, on beş yaşıl, bir də bir üç əlavə elə. Maksimum. Şahid1: Aha-aha, bax belə Təqsirləndirilən şəxs: Ondan çox olmamalıdır. Yəni, bəlkə də heç ona ehtiyac yoxdur. Amma onu da eləməsən olmur. Təqsirləndirilən şəxs: Yox, təbii başa düşürəm. Daha sonra işin həlli, apelyasiya qaydası və gedişatı barədə ümumi söhbətlər edilir. Qeyd edilən audio yazı 3 dəqiqə 24 saniyə davam edir. Şahid1 ifadəsində göstərdiyi xüsusatlarla qeyd edilən audio yazı qarşılıqlı təhlil edilərkən həmin telefon danışığının 12 aprel 2023-cü il tarixdə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında aparılması müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3435 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan olan Sumqayıt Tibb Mərkəzi 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 284 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli şəhər poliklinikasının psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı MKS tərəfindən verilmiş 799,800 saylı, xx.xx.2023cü il tarixli arayışlardan və 801 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır, ailə tərkibi qızı-1984-cü il təvəllüdlü X22, nəvəsi-2011-ci il təvəllüdlü X18, nəvəsi-2014-cü il təvəllüdlü X25, nəvəsi-2008-ci il təvəllüdlü X5, nəvəsi-2019-cu il təvəllüdlü X6 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının X23 Attestasiya Komissiyasının 15 yanvar 2008-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs iqtisad elmləri namizədi alimlik dərəcəsi, 22 aprel 2013-cü il tarixli qərarı ilə dünya iqtisadiyyatı kafedrası üzrə dosent elmi adı, 26 may 2023-cü il tarixli qərarı ilə professor elmi adı verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Tərəqqi” medalı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş kompakt diskdə olan **********06” adlı “.txt” formatlı, “antenna2023” adlı “,xls” formatlı və Azerfon” MMC-dən daxil olmuş kompakt diskdə olan Zenglerin_Detallasmasi_**********4154 703110012” adlı “.pdf” formatlı fayllardakı məlumatların qarşılıqlı təhlili zamanı müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050- ***-**-** mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 11:20:29- da zəng edilərək 402 saniyə, saat 20:58:34-də zəng edilərək 21 saniyə, xx.xx.2023-cü il tarixdə saat 16:00:11-də zəng edilərək 16 saniyə, saat 16:32:26-da zəng edilərək 488 saniyə, 11,04.2023-cü il tarixdə saat 14:44:31-də zəng edilərək 296 saniyə, xx.xx.2023-cü il tarixdə saat 19:51:12-də zəng edilərək 182 saniyə, xx.xx.2023-cü il tarixdə saat 22:21:09-da zəng edilərək 373 saniyə, xx.xx.2023-cü il tarixdə saat 3:40:52-də zəng edilərək 107 saniyə, saat 17:10:12-də zəng edilərək 20 saniyə, xx.xx.2023-cü il tarixdə saat 17:58:47-də zəng edilərək 122 saniyə, xx.xx.2023-cü il tarixdə saat 17:52:44-də zəng edilərək 190 saniyə, xx.xx.2023-cü il tarixdə saat 19:37:34-də zəng edilərək 245 saniyə, xx.xx.2023-cü il tarixdə saat 19:45:14-də zəng edilərək 124 saniyə, xx.xx.2023-cü il tarixdə saat 10:33:03-də zəng edilərək 140 saniyə, xx.xx.2023-cü il tarixdə saat 09:07:26-da zəng edilərək 28 saniyə danışıq aparılmışdır. Bununla da Şahid1 şahid qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxslə əlaqə saxlamasına dair göstərdiyi xüsusatlar, tarixlər, habelə ilkin izahatına əlavə etdiyi kompakt diskə baxış keçirilərkən müəyyən edilmiş danışıqların aparılması bir daha öz təsdiqini tapmışdır. "xxxx" MMC-dən daxil olmuş kompakt diskdə olan “**********06” adlı “.txt” formatlı, “antenna2023” adlı “,xls” formatlı və "xxxx" MMC-dən daxil olmuş kompakt diskdə olan “Zenglerin_Detallasmasi_**********3013 555530513” və “Zenglerin_Detallasmasi_**********3038 556321766” adlı “.pdf’ formatlı fayllardakı məlumatların qarşılıqlı təhlili zamanı müəyyən edilmişdir ki, X13 istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050- ***-**-** mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə 13:01:19-da zəng edilərək 90 saniyə danışıq aparılmışdır. Şahid3 istintaqa təqdim etdiyi elektron qəbzdən görünür ki, məhz xx.xx.2023-cü il tarixdə saat 12:49-da Təqsirləndirilən şəxs təqdim etdiyi plastik bank kartına Əli Quliyevə məxsus plastik bank kartından 500 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. Lakin Şahid3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs stifadəsində olmuş mobil telefon nömrələri arasında mobil operatorların rabitə kanallarından istifadə edilməklə heç bir danışıq aparılmamışdır. Digər fayllarda iş üçün xüsusi əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, cinayət işi üzrə törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 308.1 və 312-1.1-ci maddələrindən həmin Məcəllənin 312-1.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan sənədlərin məhkəmə texniki ekspertizasının 5/1478 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 30 ədəd C29614597, A31448731, C74051327, C51464647, C00779033, 077941700, 042119427, 083098878, C52126485, C83453004, A51969142, A38344070, A76301790, A78116689, A66096909, A46227930, A87915550, C64448979, C29173974, A22670792, B06861294, A74357315, C60577383, A14762020, A80600998, 095691892, C45618808, A46746263, C39362951, A31978168 seriya və nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrilə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdırlar və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə törədilmiş əməlin Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsindən həmin Məcəllənin 178-ci maddəsinə tövsif edilməsi və Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edilməsi istisna edilmiş, Təqsirləndirilən şəxs rüşvət alma cinayətinin subyekti olmadığından onun əməlində Azərbaycan Respublikası CM-in 311-ci maddəsi ilə barəsində cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və ona həmin maddə ilə ittiham elan edilməsi istisna edilmiş, cinayət işi üzrə qəbul edilmiş 21 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, ona həmin maddə ilə ittiham elan olunması istisna edilməsi və cinayət işi üzrə törədilmiş əməl Azərbaycan Respublikası CM-in 308.1 və 312- 1.1-ci maddələrindən həmin Məcəllənin 312-1.1-ci maddəsinə tövsif edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs Çinarə İmamverdiyevaya iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən ötrü anası X3 pul tələb edərək alması faktı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən xitam verilmiş və qeyd edilən xüsusat üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməsi istisna olunmuş, X7, habelə Komissiyanın Kollegiyası və Ekspert şuralarının üzvlərinin əməlində hər hansı cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şahid17, Şahid16 əməlində hər hansı bir cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şahid1 və Şahid3 əməlində Azərbaycan Respublikası CM-in 312-1.2-ci maddəsinin tərkib əlamətləri olmadığında onların barələrində cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, iş materiallarında olan Şahid1 ilkin izahatına əlavə etdiyi 01 ədəd kompakt disk, 18 aprel 2023-cü il tarixli əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd kompakt disk, 06 iyul 2023-cü il tarixli əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd kompakt disk, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd kompakt disk, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd kompakt disk, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd kompakt disk, Şahid17 ifadəsinə əlavə etdiyi 5402-6919-5186-2464 nömrəli plastik bank kartının surəti, Şahid3 07 noyabr 2023-cü il tarixli ərizəsinə 05 yanvar 2023-cü il və 06 fevral 2023-cü il tarixli elektron qəbzlərin və əri Əli Quliyevə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4127-2081-3471-1463 nömrəli plastik bank kartının surəti, Şahid17 15 noyabr 2023-cü il tarixli ərizəsinə əlavə etdiyi bank hesabından çıxarış, 30 ədəd C29614597, A31448731, C74051327, C51464647, C00779033, C77941700, C42119427, C83098878, C52126485, C83453004, A51969142, A38344070, A76301790, A78116689, A66096909, A46227930, A87915550, C64448979, C29173974, A22670792, B06861294, A74357315, C60577383, A14762020, A80600998, C95691892, C45618808, A46746263, C39362951, A31978168 seriya və nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinasları istintaq zamanı sübut əhəmiyyəti kəsb etməklə üzərində cinayətin əlamətlərini əks etdirdiyindən maddi sübut kimi tanınmış, 30 ədəd C29614597, A31448731, C74051327, C51464647, C00779033, C77941700, C42119427, C83098878, C52126485, C83453004, A51969142, A38344070, A76301790, A78116689, A66096909, A46227930, A87915550, C64448979, C29173974, A22670792, B06861294, A74357315, C60577383, A14762020, A80600998, C95691892, C45618808, A46746263, C39362951, A31978168 seriya və nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinaslarının cinayət işi üzrə məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək saxlanılması üçün Şahid1 təhvil verilməsinə dair müvafiq qərar qəbul edilsin və digər maddi sübutlar iş materiallarına əlavə edilmiş, 06 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol ilə Təqsirləndirilən şəxs götürülmüş 01 “Nokia” markalı ədəd mobil telefon, 13 ədəd kitab və qeydiyyat dəftəri, 3 topa açar iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmış, iş üzrə Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixli ifadəsində 06 iyul 2023-cü il tarixdə Şahid1 öz təşəbbüsü ilə ona 3.000 manat məbləğdə pul vəsaitini verməsi, sonuncudan aldığı pul vəsaitinin cəmi 5.500 manat hissəsini özündə saxlayaraq 20.000 manat hissəsini Famil Mustafayevə verməsi, Şahid3 fəlsəfə doktoru elmi dərəcəsi almasında köməklik göstərilməsi müqabilində sonuncunun öz təşəbbüsü ilə ona 10.000 manat məbləğində pul vəsaitini təklif etməsi, Şahid3 aldığı pul vəsaitinin 10.000 manat hissəsini Falim Mustafayevə verməsi, Şahid3 könüllü olaraq öz təşəbbüsü ilə 10.000 manatdan əlavə pul vəsaitini ona göndərməsi barədə, habelə Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM- in 312-1.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməməsi, həmin tarixdə istintaqa verdiyi ifadəsində əvvəlki ifadəsində göstərdiyi xüsusatları tam təkzib edib nüfuz alveri etməməsi, Şahid1 və Şahid3 onlara elmi dərəcə verilməsi üçün hər hansı vəzifəli şəxsin və ya kollegial orqanın qərarına təsir göstərmək məqsədilə pul almaması, sonunculardan aldığı pul vəsaitlərini özündə saxlayaraq onların qanuni əsasla həmin elmi dərəcəni almalarını gözləməsi, əks təqdirdə aldığı pul vəsaitlərini geri qaytarmaq niyyətinin olması barədə, bundan başqa 06 iyul 2023-cü il tarixdə baxış istintaq hərəkətinin gedişatını əks etdirən videogörüntülər lentə alınarkən Şahid1 savadlı gənc olduğu üçün özünün kənar təsir olmadan elmi dərəcə almasının mümkün olmasını bildirsə də, sonuncunun təkidlə “hörmət” etmək istədiyini, bu qayda ilə özünü sığortalaması barədə göstərdiyi özünümüdafiə xarakterli xüsusatlar ibtidai istintaq zamanı yuxarıda sadalanmış şahid ifadələri, üzləşdirmə protokolu və sair istintaq hərəkətlərinin protokolları, ekspert rəyi, verilmiş sorğulara alınmış cavablar və toplanılmış digər sübutlarla qarşılıqlı təhlil edilib yoxlanıldığında həqiqətə uyğun olmadığı müəyyən edildiyindən, bu vasitə ilə cinayət məsuliyyətindən yayınmağa çalışdığından həmin dəlillər tam təkzib olunmaqla sübut kimi qəbul olunmadan rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış C29614597, A31448731, C74051327, C51464647, C00779033, C77941700, C42119427, C83098878, C52126485, C83453004, A51969142, A38344070, A76301790, A78116689, A66096909, A46227930, A87915550, C64448979, C29173974, A22670792, B06861294, A74357315, C60577383, A14762020, A80600998, C95691892, C45618808, A46746263, C39362951, A31978168 seriya və nömrəli 30 ədəd 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinaslarının cinayət işi üzrə məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək saxlanılması üçün Şahid1 təhvil verilmiş, digər maddi sübutlar isə cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə 06 iyul 2023-cü il tarixdə ünvan 2 ünvanında ofis kimi istifadə etdiyi otağa baxış keçirilərkən götürülmüş 01 ədəd “Nokia” markalı mobil telefon, 13 ədəd kitab və qeydiyyat dəftəri, 3 topa açarı təhvil almışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhəri Məhkəməsinin 1(060)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şahid1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, “Tərəqqi” medalı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs cərimə cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşını, şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdən ev dustaqlığında olduğu müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə əsas qətimkan tədbiri ləğv edilməli, “vəzifədən kənarlaşdırma” növündə əlavə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 06 (altı) ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 30 ədəd C29614597, A31448731, C74051327, C51464647, C00779033, C77941700, C42119427, C83098878, C52126485, C83453004, A51969142, A38344070, A76301790, A78116689, A66096909, A46227930, A87915550, C64448979, C29173974, A22670792, B06861294, A74357315, C60577383, A14762020, A80600998, C95691892, C45618808, A46746263, C39362951, A31978168 seriya və nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinaslarının zərərçəkmiş şəxs Şahid1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung” markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 62,00 (altmış iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-958/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 2002 saylı orderə əsasən vəkil X14 onun vəkili təyin etmişdir. xx.xx.2023-cü il traixdə Təqsirləndirilən şəxs “As Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi ilə müqavilə bağlamışdır. X19 məhkəmə iclasında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 03 (üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9000 (doqquz min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdən hazırki tarixədək ev dustaqlığında olduğu müddət nəzərə alınsın və üzərində qəti olaraq 5000 manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə əsas qətimkan tədbiri ləğv edilsin, “vəzifədən kənarlaşdırma” növündə əlavə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 06 (altı) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 30 ədəd C29614597, A31448731, C74051327, C51464647, C00779033, C77941700, C42119427, C83098878, C52126485, C83453004, A51969142, A38344070, A76301790, A78116689, A66096909, A46227930, A87915550, C64448979, C29173974, A22670792, B06861294, A74357315, C60577383, A14762020, A80600998, C95691892, C45618808, A46746263, C39362951, A31978168 seriya və nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinaslarının zərərçəkmiş şəxs Şahid1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung” markalı telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 62,00 (altmış iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X11 göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-125/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-125/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver