Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-126/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayit şəhəri H.Tağıyev qəsəbəsi, Perekeşkül küçəsi ev 6da qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində“polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz yolla əldə etdiyi 1 ədəd Q-57721 nömrəli Zlataust maşınqayırma zavodunda 1961-ci ildə istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz, odlu yivsiz silah olan lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş və 20 kalibrli ov patronları ilə atəş açmaq üçün yararlı vəziyyətə gətirilmiş ov tüfənginin kəsiyi-obrezini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 18.09.2020-ci il tarixdə, saat 21:30 radələrində Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Xətai küçəsi ərazisində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb üzərinə şəxsi axtarış aparılarkən sağ əlində olan qəhvəyi rəngli uzunqol pencəyin sağ qolunda saxladığı həmin 1 ədəd Q-57721 nömrəli Zlataust maşınqayırma zavodunda 1961-ci ildə istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz, odlu yivsiz silah olan lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş və 20 kalibrli ov patronları ilə atəş açmaq üçün yararlı vəziyyətə gətirilmiş ov tüfənginin kəsiyi-obrezi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qimsmində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, cinayət işində qeyd edilən silah əvvəllər onun atasına məxsus olmuşdur. Belə ki, atası o vaxtı kənd təsərrüfatında coban kimi işləyirmiş və bir dəfə atası qoyunları örüşə aparkən oğrular onun əl-qolunu bağlamışlar və qoyunları oğurlayıb aparmışlar. Daha sonra adı yadında qalmayan hansısa huquq mühafizə orqanın vəzifəli şəxsi atasına o silahı vermişdir ki, əgər bir daha oğurluq hadisəsi olarsa o silahla qoyunları, fermanı müdafiə edə bilsin. Həmin o silah atasının evində olmuşdur. Həmin silahın evdə olmasından xəbəri olmuşdur.Atası və anası öldükdən sonra H.Z.Tağıyev qəsəbəsi Periküşkül qəsəbəsi 6 saylı fərdi evdə yaşamasa da həmin evdə qeydiyyatdadır. Həmin evdən biraz aralıda tikilmiş ünvansız fərdi evdə yaşayır. Lakin 6 saylı fərdi evin açarları ondadır və həmin evdə olan əşyalar üçün də o cavabdehdir. Ev onun sahibliyindədir. Ara-sıra evə gələrək orada təmizlik işləri görür. Həmin evdə o və ailə üzvləri qeydiyyatdadır. X15 də həmin evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və 30 ildən artıqdır ki, Rusiya Federasiyasında yaşayır. 18.09.2021-ci il tarixində ad günü olduğundan 1 dənə spirtli içki alaraq tanışı Romanla dədə baba evinə yəni,həmin 6 saylı evə getmək istəyirmiş, lakin daha sonra kafeyə getmək qərarına gəlmişlər. Təxminən saat 15:00,16:00 radələrində bir ağ maşın gələrək onların yanında saxlamış, polis əməkdaşı olan Ayaz ona svarka və moyka aparatının oğurlandığını demiş və guya narkomanların həmin aparatları ona satdığını bildirmişdir.O, Ayaza svarka aparatı yaxud moyka aparatının ona lazım olmadığını bildirmiş, Ayaz adlı polis əməkdaşı ata evinin istiqamətində dön gedək ora baxaq demiş, içəri girən kimi, həmin silahı və patronları müəyyən edərək götürmüşlər. Polis əmədakdaşı silahı əl-üz yuyulan yerin altından götürmüşlər.Həmin silah onun ata evindən çıxmışdır. Saat təxminən 16:00 radələrində 2-ci Polis Bölməsinə gətirilmiş, həmin bölmənin rəisi onu qəbul etmədiyindən orada rəis mavini onu qəbul etmiş, rəis müavini onun ad günü olduğunu bilərək polis əməkdaşlarından birinə 20 manat verərəkona kabab və 0,500 litr spirtli içki alıb verilməsini tapşırmış. O, da yeyib içdikdən sonra polisin yazdığı sənədlərə imza atmış, iki gün müvəqqəti saxlama yerində qaldıqdan sonra buraxılmışdır.Evində axtarış aparılması ilə bağlı ona heçnə deməmişlər,həmdə qərar təqdim etməmişlər.Cinayət işinin materiallarında olan güya onun videokamera ilə çəkilməsinə dair görüntülər əslində telefon vasitəsi ilə sonradan çəkilmişdir.Çəkiliş vaxtı ətraf qaranlıq olduğundan çəkiliş 2-3 dəfə aparılmışdır.Törətdiyi əməldən peşmandır. Yəni, məsuliyyətə səbəb olacağını bilsəydi həmin silahı evdə saxlamazdı. Könüllü olaraq polis orqanlarına təhvil verərdi.Məhkəmədən onun törətdiyi əməldən peşman olmasını, yaşını nəzərə alaraq azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaqda vermiş olduğu elan olunmuş ifadəsindən görünür ki, sonuncu ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 18.09.2020-ci il tarixdə axşam saat 21:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi ərazisində gəzən zaman mülki və polis geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin həmin vaxt onların yanında olan polis geyim formasında digər bir polis əməkdaşı da əlində olan video kamera ilə orada çəkiliş aparmışdır. Həmin əməkdaşlardan özünü ona Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı kimi təqdim edən şəxs ona qanunsuz olaraq odlu silah saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək, üzərində videoçəkilişlə şəxsi axtarış aparacağını bildirmişdir. O da etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etmişlər. O da sağ əlində olan qəhvəyi rəngli uzunqol pencəyin sağ qolundan 01 ədəd qundağı və lüləsi kəsilmiş tüfəngi, eləcə də 03 ədəd ona məxsus patronu çıxararaq onlara təqdim etmişdir. Ondan həmin əşyanın nə olduğu soruşulduqda, o da bildirmişdir ki, həmin əşya odlu silah olan tüfəngdir, onu təxminən 30 il bundan əvvəl Xızı rayonu, Şorabad kəndi ərazisində tapmış və düşməni çox olması səbəbindən onları qorxutmaq məqsədi ilə üzərində gəzdirmiş, başqa məqsədi olmamışdır. Daha sonra həmin yerdə sənədləşdirmənin aparılması mümkün olmadığından, sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılaraq, onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. O da buna etiraz etməyərək, həmin bölməyə getmişdir. Üzərindən aşkar olunan həmin tüfəng və patronlar bölmənin xidməti otaqlarının birində qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. O, hüquqlarını bilmiş, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Odlu silah və ya soyuq silahın alqı-satqısı ilə ümumiyyətlə məşğul olmamışdır. Məhkəmədə cinayət işi üzrə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PBnin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz silah gəzdirməsini yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin KTB-nin inspektoru, polis mayoru Şahid4, 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, həmin bölmənin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu təşkil emişlər. Əldə olan məlumat əsasında 18.09.2020-ci il tarixdə saat 21:30 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi ərazisinə getmişlər. Orada kriminalist “Panasonik” markalı videokameranı işə salmışdır. Təxminən bir neçə dəqiqədən sonra bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq onu saxlamışlar və özlərini də təqdim edərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra bölmənin təhqiqatçısı, polis baş leytenantı Pərvin Allahverdiyev də onlara yaxınlaşaraq özünü təqdim etmiş və saxlanılan şəxsə də özünü təqdim etməsini bildirmişdir. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını söyləmişdir. Ondan sonra təhqiqatçı ona üzərində şəxsi axtarış keçiriləcəyini demiş və onu hüquq və vəzifələri barədə bildirişlə tanış edərək hüquqlarını Sumqayıt şəhər 1 saylı Vəkil Bürosundan dəvət olunmuş vəkilin müdafiə edəcəyini bildirmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni nə olduğunu deyərək təqdim etməsini bildirmiş və Təqsirləndirilən şəxs da üzərində qanunsuz silah olduğunu deyərək, sağ əlində tutduğu qəhvəyi rəngli uzunqol pencəyin sağ qolunda saxladığı 01 ədəd silahı və 03 ədəd həmin silaha məxsus patronları çıxardaraq təqdim etmiş və üzərində başqa heçnə olmadığını bildirmişdir. Təhqiqatçı ona silahı haradan əldə etdiyini soruşmuş və o da silahı təxminən 30 il bundan qabaq Xızı raonu, Şurabad kəndində qoyun otarmağa getdiyi zaman dəniz kənarından tapdığını demişdir. Təhqiqatçı ona silahı üzərində gəzdirməkdə məqsədinin nə olduğunu soruşduqda o, düşmənli olduğunu, adam öldürməklə cəza çəkdiyini, ona görə üstündə gəzdirdiyini, işlək vəziyyətdə olduğunu, heç vaxt istifadə etmədiyini bildirmişdir. Ondan sonra onlar onun üzərinə şəxsi axtarış keçirtmişlər və onun üzərindən başqa heçnə çıxmamışdır. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs mövcud şəraitdə sənədləşdirmə aparmağın mövcud olmadığını, ona görə də sənədləşdirmənin davam etdirilməsi üçün 2-ci Polis Bölməsinə getməyi təklif etmiş və Təqsirləndirilən şəxs da etiraz etməmişdir. Sonra onlar müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə getmişlər. Orada xidməti otaqların birində silah və patronlar qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, onlar da həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs onları təxminən 30 il bundan qabaq Xızı rayonu, Şurabad kəndinə qoyun otarmağa getdikdə dəniz kənarından tapdığını, düşmənli olduğunu, ona görə üzərində gəzdirdiyini, heç vaxt istifadə etmədiyini bildirmişdir. Məhkəmədə iş üzrə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Zelabdin oğlu, kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti polis mayoru Şahid4 ifadəsində göstərdi ki,istintaqa əvvəl verdiyi ifadəsini təsdiq edir.Təqsirləndirilən şəxs 1 dəfə görmüşdür. Təqsirləndirilən şəxsin narkotik vasitələrdən istifadə edilməsi və üzərində gəzdirilməsinə görə saxlanıldığını bildirmiş.İfadəsi elan olunduqdan sonra isə hadisəni hazırda xatırladığını və Sumqayıt şəhər, Tağıyev qəsəbəsində evlərin arasında video çəkiliş etdiyini, silahın həmin vaxtı təqsirləndirilən şəxsin paltarının iç cibində olduğunu,silahı özünümüdafiə məqsədi ilə saxladığını bildirdiyini, silahın köhnə ov silahına oxşadığını və daha 3 patronun da olduğunu bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsı çoxdandır tanıyır, 18 sentyabr tarixində Təqsirləndirilən şəxs Aydının ad günü olduğundan, əvvəlcədən mağazaya gedərək spirtli içki almağa razılaşmışlar,saat 16:00 17:00 radələrində Aydının “jiqili”-si ilə dəniz qırağı kafeyə gedərkən polislər gələrək onların qarşısını kəsmiş və polis əməkdaşlarından biri gələrək maşına oturmuş və ona “sən düş aşağı sənlik deyil” demiş. Söhbətdən belə başa düşmüş ki, guya Aydın oğurluq edib,həmin polis əməkdaşlarından birinin adını bilir,onun adı Ayazdır. Ayaz Aydınla birlikdə getmiş, daha sonra Aydına zəng etsədə Aydın telefonu açmamışdır. Aydının silah gəzdirməsini görməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində ifadə vermiş X14 oğlu ifadəsində göstərdi ki, təxmini axşam saat 16:00-17:00 radələrində onun istifadəsində olan mobil telefona polis əməkdaşları tərəfindən zəng gəlmş və zəng edən şəxsin ona atasının evlərinin həyətindən tutulduğunu bildirmişlər. Daha sonra polis əməkdaşları avtomobil ilə onun işlədiyi yerə gəlmişlər. Avtomobildə olan bir nəfər Elşən adlı polis əməkdaşı düşərək atasının silahagörə tutulduğunu demiş. onlara həmin silahın dədə-baba silahı olduğunu bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsı tanıyır, Aydın onun qaynatasının qonşusudur. 18.09.2020-ci il tarixdə, saat təxminən 15:00 ya 16:00 olardı radələrində o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Pereşükül küçəsində yaşayan qanatasıgilə gedərkən Aydının evinin qarşısından keçərkən qapıda bir ağ rəngli avtomobilin dayandığını görmüş və evin qarşısında polis əməkdaşları ilə aydının dayandığını görmüşdür. Aydından nə olduğunu soruşduqda Aydın ona atasının silahı olduğunu və həmin silahın polis əməkdaşları tərəfindən tapıldığını bildirmişdir. Öz ailəsi ilə oradan keçdiyindən orada cox qala bilməmiş və getmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminasliktik Tədqiqatlar İdarəsinin 19.09.2020-ci il tarixli 20/474R saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd Q-57721 saylı silah Zlatust maşınqayırma zavodunda 1961-ci ildə istehsal olunmuş 16 kalibrli ZK modeli, çaxmağlı, hamar tək lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş ov tünginin kəsiyidir-obrezidir. Yuxarıda göstərilən səbəbdən silah texniki cəhətdən sazdır və 20 kalibrli ov patronları ilə atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 20x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş ov sursatıdır və atəş üçün yararlıdır. Həmçinin cinayət işinin materiallarında olan əlavə məhkəmə-ballistik ekspertizasının 12.11.2020-ci il tarixli, 3/1333 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, “ZK” modelli, patronluğun unuzunluğu 70 mm olan, xarici çaxmaqlı, açıb-bağlamaq üçün nəzərdə tutulmuş kilid qolunun üzərində “Q 57721”, lülə altı qarmağın üzərində “L12783” lülə altıayataqda isə “A34323” nömrələri zavod işarələri qeydedilmiş, eyni modeldən olan silahlardan komplektləşdirilmiş, hamar təklüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasında uyğunlaşdırılmış, lüləsi daraldılmış, ilkin təyinatı dəyişdirilmiş, tüfəng kəsiyidir, odlu silah hesab edilir, 20 kalibrli ov patronlarından atəş açmaq üçün yararlıdır.Tədqiqata təqdim edilmiş 02 ədəd patron-zavod üsulu ilə istehsal edilmiş, 20 kalibrli olmaqla həmin kalibr əmalik hamar lüləli (yivsiz) odlu ov tüfənglərində, döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 18.09.2020-ci il tarixdə saat 21:30 da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs hərəkət edərkən ona üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq onu saxlayırlar, bir nəfər polis formasında olan şəxs də kənardan onların yanına gəlir. Polis formasında olan şəxs özünü təqdim edərək Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı Pərvin Allahverdiyev, mülki geyimli şəxslər də özlərini təqdim edərək 2-ci Polis Bölməsinin əməkdaşları Şahid2, Şahid1 və Şahid3 olduqlarını deyirlər. Təhqiqatçı saxlanılan şəxsə özünü təqdim etməyini və harada yaşamağını bildirir. Saxlanılan şəxs də özünü təqdim edərək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi, ev 6-da yaşadığını, Təqsirləndirilən şəxs olduğunu deyir. Təhqiqatçı ona üzərində odlu silah gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını bildirir. Ondan sonra təhqiqatçı ona üzərində şəxsi axtarış keçiriləcəyini deyir və onu hüquq və vəzifələri barədə bildirişlə tanış edərək hüquqlarını Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 müdafiə edəcəyini bildirir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni nə olduğunu deyərək təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs da üzərində qanunsuz silah olduğunu deyir. Təhqiqatçı ona təqdim etməsini dedikdə o, sağ əlində tutduğu qəhvəyi rəngli uzunqol pencəyin sağ qolunda saxladığı 01 ədəd silahı və 03 ədəd həmin silaha məxsus patronları çıxardaraq təqdim edir və üzərində başqa heçnə olmadığını deyir. Təhqiqatçı ona silahı hardan əldə etdiyini deyir və o da silahı Xızı rayonu, Şurabad kəndində qoyun otarmağa getdiyi zaman dəniz kənarından tapdığını deyir. Təhqiqatçı ona silahı üzərində gəzdirməkdə məqsədinin nə olduğunu soruşduqda o, düşmənli olduğunu, adam öldürməylə cəza çəkdiyini, ona görə üstündə gəzdirdiyini, təxminən 30 il bundan qabaq tapdığını, işlək vəziyyətdə olduğunu, heç vaxt istifadə etmədiyini deyir. Ondan sonra onun üzərinə şəxsi axtarış keçirirlər və onun üzərindən başqa heçnə çıxmır. Təhqiqatçı Təqsirləndirilən şəxs mövcud şəraitdə sənədləşdirmə aparmağın mövcud olmadığını, ona görə də sənədləşdirmənin davam etdirilməsi üçün 2-ci Polis Bölməsinə getməyi təklif edir və Təqsirləndirilən şəxs da etiraz etmir. Həmin DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayətişinin materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 16 kalibrli ZK modelli silah və 01 ədəd 20x70 kalibrli patron saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt şəhər məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 18.03.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 27.05.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o məhkumluğu olmayan və məhkumuluğu ödənilmiş şəxs hesab edilir. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi 19 sentyabr 2020ci il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-nın müstəntiqi Emil Həsənli tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin materiallarında olan 18 sentyabr 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki,Təqsirləndirilən şəxs 18 sentyabr 2020-ci il tarixdə saat 21:30-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis başleytenantıPərvin Allahverdiyev tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavvə edilmiş yaşayış yeri haqqında arayışdan görünür ki,Təqsirləndirilən şəxs H.Zeynəlabdin qəsəbəsi K.Pereküşkül küçəsi ev 6 ünvanında qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə olunmuş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan 26 noyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 229-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysestri Xidmətinin 2 saylı Sumqayıt ərazi İdarəsi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli arayışdan görünür ki,ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinə dair X4 adına Azərbaycan SSRi Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 26.12.1966-cı il tarixində 245 nömrəli texniki passport verilmişdir. Sonradan Sumqayıt şəhər Texniki İnventarlaşdırma bürosu tərəfindən sözügedən daşınmaz əmlaka dair 1987-ci ilin aprel ayında X3 adına təkrar texniki passport tərtib olunsa da əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmamış və bu barədə məlumatlar müvafiq reyestr kitablarında aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsi tərəfindən verilmiş 04.11.2021-ci il tarixli arayışdan görünür ki, Kərimov Hüseynbala Baləhməd oğlunun və X1 adlarına vərəsəlik işi açılmamışdır. Sumqayıt şəhər Qeydiyyat şöbəsindən daxil olmuş 19.10.2005-ci il tarixli 1327 saylı və 03.03.2004-cü il tarixli 320 saylı ölüm haqqında akt qeydinin təsdiq olunmasına surətlərindən görünür ki, Kərimov Hüseynbala Balaəhməd oğlu 13.09.2005-ci il tarixində, X5 isə 26 fevral 2004-cü il tarixində ölmüşlər. Sumqayıt şhər İcra hakimiyyəti Başçısının Hacı Zeynəlabdin qəsəbəsində nümayəndəliyi tərəfindən verilmiş 640 saylı 20.09.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs və onun ailə üzvləri ünvan 1 6 saylı fərdi evdə qeydiyyatdadırlar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, məhkəmə-ballistik ekspertizasının rəyi, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulmasına dair protokolda göstərildiyi kimi 18 sentyabr 2020-ci il tarixində saat 21:35 radələrində deyil, həmin tarixdə saat 16 radələrində H.Z.Tağıyev qəsəbəsi ərazisində 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və saxlanılarkən onun üzərində 01 ədəd Q-57721 nömrəli Zlataust maşınqayırma zavodunda 1961-ci ildə istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz, odlu yivsiz silah olan lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş obrez və 20 kalibrli ov patronları olmamışdır. Qeyd olunan silah və ov patronları Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və faktiki sahibliyində olan Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi K.Pereküşkül küçəsi 6 saylı fərdi evdən aşkar edilərək götürülmüş və daha sonra Təqsirləndirilən şəxs saxlanılarkən həmin silahın və müvafiq patronların üzərində aşkar olunaraq götürülməsin əks etdirən rəsmiləşdirmə aparılmış və şəxsə həmin silahın və müvafiq patronların daşıyaraq üzərində saxlanılması ilə bağlı ittiham elan edilmişdir. Qeyd olunan silahın və müvafiq patronların Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən deyil, onun qeydiyyatda olduğu və sahibliyində olan evdən aşkar edilərək götürülməsi müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dinilirmiş şahidlər X6, X7 və X14 oğlunun ifadələri ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində 01 ədəd Q-57721 nömrəli Zlataust maşınqayırma zavodunda 1961-ci ildə istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz, odlu yivsiz silah olan lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş obrez və 03 ədəd 20 kalibrli ov patronlarının onun atası Kərimov Hüseynbala Balaəhməd oğluna məxsus olduğunu, atası öldükdən sonra onun yaşadığı H.Z.Tağıyev qəsəbəsi Pereküşkül küçəsi 6 saylı fərdi evin hazırda onun sahibliyində olmasını, evin açarlarının onda olmasını, evdəki əşyalara onun nəzarət etməsini və ona məxsus olmasını və həmçinin evdəki əşyalardan onun cavabdehlik daşıdığını bildirmişdir. Beləlkilə də aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilərək sübuta yetirildi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz yolla əldə etdiyi 1 ədəd Q-57721 nömrəli Zlataust maşınqayırma zavodunda 1961-ci ildə istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz, odlu yivsiz silah olan lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş və 20 kalibrli ov patronları ilə atəş açmaq üçün yararlı vəziyyətə gətirilmiş ov tüfənginin kəsiyi-obrezini və 03 ədəd 20 kalibrli patronu qanunsuz olaraq əldə edib qeydiyyatda olduğu və sahibliyində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi K.Pereküşkül küçəsi 6 saylı fərdi evdə saxlamış və 18.09.2020-ci ildə polis əməkdaşları tərəfindən 1 ədəd Q-57721 nömrəli Zlataust maşınqayırma zavodunda 1961-ci ildə istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz, odlu yivsiz silah olan lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş və 03 ədəd 20 kalibrli ov patronları aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1) Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Odur ki, cinayət işi üzrə şübhəli şəxsin tutulmasına dair 18 sentyabr 2020-ci il tarixli protokol,həmçinin şübhəli şəxsin üzərində axtarış keçirilməsinə dair 18.09.2020-ci il tarixli protokol və diskə baxışın keçirilməsinə dair protokol sübut qismində qiymətləndirilməməli, işin halları ilə bağlı şahidlər X6, X7 və X14 oğlunun ifadələri sübut qismində qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Hüysenbala oğlunun cəzasını yüngülləşdirən hal onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması və törətdiyi əməldən səmimi peşmançılığıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə həvalə edilməli və cəzçəkmə müddətinin əvvəli Sumqayıt şəhəri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır.Azərbaycan Respublikası CM-nin 69.3-cü madldəsinə əsasən Təqsirləndirilən şəxs 18-20 sentyabr 2020-ci il tarixlərində tutulduğu 02 gün ona təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti cəza təyin olunmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 01 ədəd 16 kalibrli ZK modelli silah və ekspertiza tədqiqatından sonra qalmış 01 ədəd 20x70 kalibrli patronAzərbaycan Respublikası DİN-ə təhvil verilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Cinayət işinin məhkəmə araşdırması zamanı aşkar edilmiş və ibtidai araşdırma zamanı yol verilmiş cinayət prosessual qanunvericiliyinin kobud pozulması halları ilə bağlı Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Pərvin Allahverdiyev, 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 İbrahim oğlu, bölmənin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3, Sumqayıt ŞPİ-nin KTB-nin inspektor –kriminalisti polis mayoru Şahid4 barəsində xüsusi qərar çıxarılmalı və araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11dekabr 2020-ci il tarixli (iş № 1(060)-562/2020) qərarını icra edərək, 12 dekabr 2020-ci il tarixli 1216 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 40 (qırx) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhəri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı, Sumqayit şəhəri H.Tağıyevqəsəbəsi, Perekeşkül küçəsi ev 6 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 01 ədəd 16 kalibrli ZK modelli silah və ekspertiza tədqiqatından sonra qalmış 01 ədəd 20x70 kalibrli patron Azərbaycan Respublikası DİN-ə təhvil verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Cinayət işinin məhkəmə araşdırması zamanı aşkar edilmiş və ibtidai araşdırma zamanı yol verilmiş cinayət prosessual qanunvericiliyinin kobud pozulması halları ilə bağlı Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Pərvin Allahverdiyev, 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 İbrahim oğlu, bölmənin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3, Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti polis mayoru Şahid4 barəsində xüsusi qərar çıxarılsın və araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 40 (qırx) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-126/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-126/2021
05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver