Məhkəmə qərarları › İş №1(060)-126/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-126/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-126/2023 26.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Quba Rayon Məhkəməsinin 1(027)- 43/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, 3-cü məhəllə, nömrəsiz fərdi yaşayış evinin həyətinə açıq qapıdan qanunsuz daxil olmaqla həyətdə olan kilidsiz əl damından 01 (bir) ədəd cəmi dəyəri 150 (bir yüz əlli) manat olan “Bosch” markalı, böyük ölçülü perforatoru, 01 (bir) ədəd dəyəri 80 (səksən) manat olan “Интер” markalı, kiçik ölçülü perforatoru, 01 (bir) ədəd dəyəri 40 (qırx) manat olan “Bosch” markalı, kiçik ölçülü, yaşıl rəngli elektrik mişarını, 01 (bir) ədəd dəyəri 70 (yetmiş) manat olan “De Walt” markalı, orta ölçülü elektrik mişarını, 01 (bir) ədəd dəyri 30 (otuz) manat olan “Candan” markalı, plastik boru yapışdırıcı ütünü, 01 (bir) ədəd dəyəri 120 (bir yüz iyirmi) manat olan markalanmasına dair heç bir məlumat olmayan 300-lük qaynaq aparatını, 01 (bir) ədəd metrəsi 02 (iki) manat olan 30 (otuz) metrlik cəmi dəyəri 60 (altmış) manat olan diametri 2,5 mm, 03 (üç) qatlı elektrik naqilini, 02 (iki) ədəd hər birinin dəyəri 03 (üç) manat, cəmi dəyəri 06 (altı) manat olan elektrik uzadıcısım gizli yolla talayıb, zərərçəkmiş Seymur Məhərrəmova ümumilikdə 556,00 (beş yüz əlli altı) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 03:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan tullanmaqla qanunsuz daxil olaraq həyətdə olan kilidi olmayan quş damından 30 (otuz) baş hər birinin dəyəri 25,00 (iyirmi beş) manat, cəmi dəyəri 750,00 (yeddi yüz əlli) manat olan heyratı toyuqlarını, 04 (dörd) baş hər birinin dəyəri 04 (dörd) manat cəmi dəyəri 16 (on altı) manat olan yerli toyuq balalarını və 01 (bir) baş dəyəri 15,00 (on beş) manat olan ana toyuqları gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 781,00 (yeddi yüz səksən bir) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayon, Novxanı qəsəbəsində nömrəsiz fərdi evdə yaşayır. Sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respubliksı CM-nin 185.1-ci maddəsi ilə təqsiri bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş, belə ki, özünə məxsus idarə etdiyi “VAZ” 21063 markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə səhər saat 06:00 radələrində Sumqayıt şəhərində Yaşıldərə bağlar ərazisindən keçən zaman asfalt yolun sol tərəfində dəmirdən qırmızı rəngli darvazalı həyət görmüş və həmin həyətə oğurluq məqsədilə daxil olmaq qərarına gəlmişdir. Maşını həyətdən təxminən 50 (əlli) metr aralı məsafədə asfalt yolun kənarında saxlamış, həmin həyətə yaxınlaşmış, qapının açıq olub-olmadığını yoxlamış, qapının kilidi açıq olmuş, ətrafa baxmış və həmin qapını açıb sakitcə həyətə daxil olmuşdur. Həyətə girən kimi sağ tərəfdə toyuq hini və əl damı olmuşdur. Əl damının qapısının kilidi olmamış, açıq olmuş, o əl damını açmış, oradan 01 (bir) ədəd “Bosch” markalı direl perefarator, 01 (bir) ədəd “ИНТЕР” markalı direl perefarator, 01 (bir) ədəd “Bosch” markalı elektrik mişarı, 01 (bir) ədəd “De Walt” markalı elektrik mişarı, 01 (bir) ədəd “Candan” markalı plastik boru yapışdırıcı aparatı, 01 (bir) ədəd qaynaq aparatı, diametri 2,5 mm olan 03 (üç) qatlı 30 (otuz) metr uzunluğunda elektrik naqili və 02 (iki) ədəd elektrik uzadıcısını götürüb həyətdən tapdığı 03 (üç) ədəd ağ rəngli kisələrə yığaraq, həmin kisələri həyətdən çıxıb maşının arxa yük yerinə qoymuşdur. Məqsədi həmin alətləri dəyər dəyməzinə satıb pul əldə etmək olmuşdur. Həmin həyətdə təxminən 20 dəqiqə olmuşdur. Sonra maşının benzini azaldığı üçün təxminən 200 (iki yüz) metr qabaqda elə Yaşıldərə yaşayış massivində yol kənarında maşını saxlayıb özü ilə benzin tökmək üçün 01 (bir) ədəd baçok və şlank götürmüş, yaxınlıqda bir həyət evinin qarşısındakı “VAZ” 2106 markalı maşından benzin çəkmək istəmişdir. Həmin vaxt sifəti görünməsin deyə özünə məxsus papaqdan maska kimi düzəltdiyi papaqla üzünü örtmüşdür. Həmin maşına yaxınlaşmaq istəyəndə maşının sahibi onu gördüyü üçün özünü itirmiş, tez qaçaraq həmin ərazidən uzaqlaşmış, öz maşını da küçədə saxladığı yerdə qalmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 03:00 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində tanımadığı bir şəxsin həyətinə hasardan daxil olmaqla həyətdəki toyuq damından ev quşları oğurlamışdır. Toyuq damından 07 (yeddi) ədəd heyratı cinsindən bala heyratı, 01 (bir) ədəd ana heyratı, 06 (altı) ədəd adi cücə oğurlayaraq özü ilə gətirdiyi kisəyə yığmışdır. Həmin həyətə oğurluq məqsədilə daxil olanda sifətini görüb tanıyan olmasın deyə başına özünə məxsus papaqdan düzəltdiyi maskanı taxmışdır. Hadisədən sonra həmin maskanı zibilliyə tullamışdır, amma harada tulladığını da xatırlamır. Əldə etdiyi quşları Sumqayıtda quş bazarına çıxarmışdır ki, satıb pul əldə etsin, lakin bazarda tanımadığı bir qadın ondan həmin quşları istəmiş, quşları tanımadığı həmin qadına pulsuz vermişdir. xx.xx.2022-ci il tarixdə səhər radələrində Sumqayıt Şəhər Məhkəmənin həyətində polis əməkdaşları tərəfindən saxlanmış, Polis Bölməsinə dəvət edilmiş, orada etdiyi oğurluq hadisələrini səmimi olaraq etiraf etmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs1 vurduğu ziyanı ödəmiş və onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Digər Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı isə gələcəkdə ödəyəcəyini bildirdi. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hal hazırda Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, 3-cü məhəllə, nömrəsiz fərdi evdə yaşayır. O, ev təmiri ustasıdır və təmir işlərində istifadə etdiyi təmir alətlərini yaşadığı evin həyətində olan əl damında saxlayır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə təxminən saat 00.30 radələrində evdə olmuş, yatmış və səhər saatlarında həyətdə olan əl damına baxan zaman oradan təmir alətlərinin oğurlandığını aşkar etmişdir. Belə ki, həmin gecə naməlum şəxslər hasardan həyətinə keçib, həyətdəki qapısı kilidsiz olan əl damından təmir alətlərini gizli olaraq oğurlamışdır. O, həmin gün işləri olduğu üçün Şirvan şəhərinə getmiş, bu barədə polisə müraciət etməmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərinə gəlmiş və xx.xx.2022-ci il tarixdə bu barədə polisə ərizə ilə müraciət etmişdir. Onun əl damından 01 (bir) ədəd işlənmiş vəziyyətdə 300 (üç yüz) manat dəyərində “Bosch” markalı direl perefarator, 01 (bir) ədəd işlənmiş vəziyyətdə 40 (qırx) manat dəyərində “ИНТЕР” markalı direl perefarator, 01 (bir) ədəd işlənmiş vəziyyətdə 30 (otuz) manat dəyərində “Bosch” markalı elektrik mişarı, 01 (bir) ədəd işlənmiş vəziyyətdə 30 (otuz) manat dəyərində “De Walt” markalı elektrik mişarı, 01 (bir) ədəd işlənmiş vəziyyətdə 20 (iyirmi) manat dəyərində “Candan” markalı plastik boru yapışdırıcı aparatı, 01 (bir) ədəd işlənmiş vəziyyətdə 20 (iyirmi) manat dəyərində markasını bilmədiyi qaynaq aparatı, diametri 2,5 mm olan 03 (üç) qatlı 30 (otuz) metr uzunluğunda elektrik naqili (30x1,10=33 manat) və hər birinin dəyəri 03 (üç) manat olan 02 (iki) ədəd elektrik uzadıcısı oğurlanmışdır. Adlarını göstərdiyi oğurlanmış əşyalar onun özünə məxsusdur, ümumilikdə oğurluq hadisəsi nəticəsində ona cəmi 479 (dörd yüz yetmiş doqquz) manat maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxs ona dəyən maddi ziyanı ödəmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş zərəri ödəmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Laçın rayonu, Qarakeş kəndində qeydiyyatda olmaqla hal hazırda Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayır. xx.xx.2022ci il tarixdə gecə saat 03.45 radələrində həyətində olan itin hürməsini eşidib həyətə çıxmış, lakin ətrafda heç kimi görməmişdir. Səhər saatlarında isə həyətdə olan hinə baxan zaman toyuqların oğurlandığını aşkar etmişdir. Buna görə həyətində quraşdırdığı müşahidə kameralarında olan görüntüyə baxan zaman məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə gecə saat 03.42 radələrindən təxminən 25-30 yaşlarında tanımadığı oğlan üzündə maska ilə hasardan həyətinə keçib hinin kilidsiz qapısını açaraq oradan 30 (otuz) ədəd heyratı cinsli toyuq, 04 (dörd) ədəd yerli cins toyuq balası və 01 (bir) ədəd ana toyuğu özü ilə gətirdiyi kisəyə yığaraq oğurlayıb aparmışdır. O da buna görə polisə müraciət etmişdir. Oğurlanmış 30 (otuz) ədəd heyratı toyuğun 01 (bir) ədədi 25 (iyirmi beş) manatdan olmaqla cəmi 750 (yeddi yüz əlli) manat, 04 (dörd) ədəd yerli toyuq balasının 01 (bir) ədədi 04 (dörd) manat olmaqla 16 (on altı) manat və 01 (bir) ədəd ana toyuğun dəyəri 15 (on beş) manat olmaqla ümumilikdə ona 781 (yeddi yüz səksən bir) manat dəyərində maddi ziyan dəymişdir. Ona dəyən maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödnilməmişdir. Ona görə də, onun barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6475 saylı rəyindən göründüyü kimi, ev quşlarının 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 781,00 manat müəyyən edilir. O cümlədən 30 baş heyratı toyuq - 750,00 (30 baş x 25,00 manat) manat, 04 baş yerli toyuq balası -16,00 (04 baş x 4,00 manat), 01 baş ana toyuq-15,00 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6477 saylı rəyindən göründüyü kimi, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 556,00 manat müəyyən edilir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X2 tərtib etdiyi xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhər, St.Sumqayıt qəsəbəsi, nömrəsiz fərdi evin həyətində olan quş damından ev quşları oğurlanmışdır. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Eyni zamanda hadisəni törədən şəxsin görüntülərini əks etdirən videogörüntü diskə köçürülərək protokola əlavə edildi. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus təmir alətləri Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yol kənarında sahibi olmayan “VAZ” 21063 markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən 03 (üç) ədəd ağ rəngli torbaya yığılmış halda tapılmış, həmin əşyalar avtomobilin yük yerindən götürülmüş, eyni zamanda avtomobilin sahibinin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Baxış zamanı avtomobilin qabaq sağ qanadının əzik vəziyyətdə olması, arxa sol stopunun şüşəsi və arxa buferinin yerində olmaması, avtomobilin açarı və avtomobilə aid sənədlərin avtomobildə olması müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X2 tərtib etdiyi xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Yaşıldərə massivi, 3-cü məhəllədə yerləşən nömrəsiz fərdi evin həyətində kilidi olmayan əl damından Zərərçəkmiş şəxs1 məxsus təmir alətləri oğurlanmışdır. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 03:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan tullanmaqla daxil olaraq həyətdə kilidi olmayan quş damından ev quşlarını oğurlamış, eyni zamanda xx.xx.2022-ci il tarixdə saat 06:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, 3-cü məhəllə, nömrəsiz fərdi yaşayış evinin həyətinə açıq qapıdan daxil olmaqla həyətdə olan kilidsiz əl damından tikinti təmir alətlərini oğurlamışdır. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan videodiskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 03:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan tullanmaqla daxil olaraq həyətdə kilidi olmayan quş damından ev quşlarını oğurlamışdır. Bu barədə protokol tərtib edilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan üzləşmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus həyətdəki quş damından 07 (yeddi) ədəd heyratı cinsindən bala heyratı, 01 (bir) ədəd ana heyratı, 06 (altı) ədəd adi cücə oğurladığını bildirsə də, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə ona məxsus həyətdə olan quş damından 30 (otuz) ədəd heyratı cinsli toyuğun, 04 (dörd) ədəd yerli cins toyuq balasının və 01 (bir) ədəd ana toyuğun oğurlandığını Təqsirləndirilən şəxs üzünə bildirmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulnası haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-846/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxış iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 123-50099-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilərək ********* saylı cinayət işi üzrə Quba Rayon Məhkəməsinin 4(027)-102/2022 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və saxlanılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilmişdir. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-846/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı icra olunmadan geri qaytarılır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 1(027)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Novxanı kənd ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Bosch” markalı, böyük ölçülü perforator, 01 (bir) ədəd “Интер” markalı, kiçik ölçülü perforator, 01 (bir) ədəd “Bosch” markalı, kiçik ölçülü, yaşıl rəngli elektrik mişar, 01 (bir) ədəd “De Walt” markalı, orta ölçülü elektrik mişarı, 01 (bir) ədəd “Candan” markalı, plastik boru yapışdırıcı ütü, bir ədəd 300-lük qaynaq aparatı, 30 (otuz) metrəlik diametri 2,5 mm, 03 (üç) qatlı elektrik naqili və 02(iki) ədəd elektrik uzadıcısı ona qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Quba Rayon Məhkəməsinin 1(027)-43/2023 saylı, xx.xx.2023-cü il taixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O məkmumluğu olan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Quba Rayon Məhkəməsinin 1(027)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və Quba Rayon Məhkəməsinin 1(027)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəzərə alınmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Bosch” markalı, böyük ölçülü perforatorun, 01 (bir) ədəd “Интер” markalı, kiçik ölçülü perforatorun, 01 (bir) ədəd “Bosch” markalı, kiçik ölçülü, yaşıl rəngli elektrik mişarın, 01 (bir) ədəd “De Walt” markalı, orta ölçülü elektrik mişarın, 01 (bir) ədəd “Candan” markalı, plastik boru yapışdırıcı ütünün, bir ədəd 300-lük qaynaq aparatının, 30 (otuz) metrəlik diametri 2,5 mm, 03 (üç) qatlı elektrik naqilinin və 02(iki) ədəd elektrik uzadıcısının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, Zərərçəkmiş şəxs2 dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 100,00 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Quba Rayon Məhkəməsinin 1(027)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və Quba Rayon Məhkəməsinin 1(027)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Bosch” markalı, böyük ölçülü perforatorun, 01 (bir) ədəd “Интер” markalı, kiçik ölçülü perforatorun, 01 (bir) ədəd “Bosch” markalı, kiçik ölçülü, yaşıl rəngli elektrik mişarın, 01 (bir) ədəd “De Walt” markalı, orta ölçülü elektrik mişarın, 01 (bir) ədəd “Candan” markalı, plastik boru yapışdırıcı ütünün, bir ədəd 300-lük qaynaq aparatının, 30 (otuz) metrəlik diametri 2,5 mm, 03 (üç) qatlı elektrik naqilinin və 02(iki) ədəd elektrik uzadıcısının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs2 dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100,00 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar