Məhkəmə qərarları › İş №1(060)-126/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-126/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-126/2025 20.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X4, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-37/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.4-cü və 320.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs özünü dövlət orqanlarında yüksək vəzifədə çalışan şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edərək, həmin şəxslərin vasitəsi ilə onun oğlunu işə düzəldə biləcəyi və həyat yoldaşının işdə qalma müddətini artıra biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumat verməklə Zərərçəkmiş şəxs oğlu Rövşən İsmayılovu Sumqayıt şəhəri TTY-da sürücü vəzifəsinə qəbul etdirəcəyi və məktəbdə müəllimə işləyən pensiya yaşına çatmış həyat yoldaşı X2 işdə qalma müddətinin bir il də artırılmasında köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq,həmin işlərin görülməsi müqabilində Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən "Elmar" marketdə quraşdırılmış "Milliön" terminalından onun 4127 2093 0860 1274 nömrəli kart hesabına göndərdiyi 2000 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri,18-ci mikrorayon ərazisində yerləşən "Elmar" marketdə quraşdırılmış "Milliön" terminalından həmin kart hesabına göndərdiyi 1000 manat, xx.xx.2023-cli il tarixdə Sumqayıt şəhəri 18ci mikrorayon ərazisində yerləşən "Ən ucuz Ticarət" marketdə quraşdırılmış "Milliön" terminalından həmin kart hesabına göndərdiyi 2000 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri,18-ci mikrorayon ərazisində yerləşən "Elmar" marketdə quraşdırılmış "Milliön" terminalından həmin kart hesabına göndərdiyi 1000 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən "Elmar" marketdə quraşdırılmış "MilliOn" terminalından həmin kart hesabına göndərdivi 2000 manat pulu nağdlaşdıraraq ümumilikdə 8000 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb ələ keçirməklə zərərçəkıniş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs 2023-cü ilin sentyabr ayından Veysəl adlı tanışının vasitəsi ilə tanımış, həmin vaxt o, Gülağa ilə Sumqayıt şəhərində "Elmar" marketin yanında görüşmüşlər. Söhbət əsnasında Gülağaya Prezident aparatında işlədiyini bildirmiş, Gülağa ona oğlu Rövşəni təcili tibbi yardımda sürücü və ya SOCAR-da bir yerə işçi kimi düzəlməsinə köməklik etməsini, bundan başqa məktəbdə müəllimə işləyən həyat yoldaşı Nəsibənin pensiya yaşı tamam olduğu üçün iş müddətini bir il də artırılmasında köməklik etməsini xahiş etmişdir. O, Gülağaya bu işdə köməklik edə biləcəyini demiş və bildirmişdir ki, oğlunu Sumqayıt şəhərində TTY-da sürücü kimi işə düzəldə bilər və əmək haqqısı 800 manat olacaqdır. Bunun üçün lazımı şəxslərə verilməsi üçün 6000 manat pul lazım olduğunu demişdir. Həyat yoldaşı Nəsibənin işlədiyi Sumqayıt şəhəri 29 saylı məktəbdə əlavə 1 il işləməsi üçün 2000 manat pul istəmişdir ki, guya həmin pulu Sumqayıt Regional Təhsil şöbəsində İlhamə adlı qadına verəcəkdir ki, işi həll etsin. Gülağa ona inanmış, İlhamə adlı qadını tanımamış, həmin şəxsin adını özündən uydurmuşdur. Gülağa onunla razılaşaraq ümumilikdə 8000 manat pulu hissə-hissə onun hesabına göndərmişdir. 26 sentyabr 2023cü il tarixdə o, Gülağaya oğlunun işə qəbul olduğunu, guya oğlunun xx.xx.2020-cü il tarixdən 03 ay müddətinə əmək müqaviləsi əsasında 1 ştat vahidi üzrə sürücü vəzifəsinə işə qəbul edildiyini bildirmiş, onlara gözləmələrini, zəng gələndən sonra işə çaxacağını demişdir. Yoldaşının iş məsələsi də sentyabr ayının sonuna kimi həllini tapacağını bildirmişdir. Bir müddət sonra Gülağa işlərinin həll olunmadığını anladıqda, pulunu geri tələb etməyə başlamışdır. Gülağadan aldığı 8000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Gülağanın oğlunun işə düzəlməsi və həyat yoldaşının iş müddətinin bir il artırılması ilə bağlı faktiki olaraq hər hansı hərəkət etməmiş,götürdüyü pullardan kiməsə hər hansı məbləğlərdə pul verməmiş, cinayət əməlini tək törətmiş, törətdiyi əməldən peşmandır. Əməlindən peşmandır. Hazırda dəymiş ziyanı ödəmək imkanı yoxdur. Qeyd olunanlara əsasən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxsin ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında Veysəl adlı tanışının vasitəsilə tanımış, 2023-cii ilin sentyabr ayında o, Elbrusla Sumqayıt şəhərində "Elmar" marketin yanında görüşmüşlər. Söhbət əsnasında Elbrus ona Sumqayıt şəhərində yaşadığını, Prezident aparatında işlədiyini bildirmişdir. O, Elbrusa oğlu Rövşəni təcili tibbi yardımda sürücü və ya SOCAR-da bir yerə işə kimi düzəlməsinə köməklik etməsini, bundan başqa məktəbdə müəllimə işləyən həyat yoldaşı Nəsibənin pensiya yaşı tamam olduğu üçün iş müddətini bir il də artırılmasında köməklik etməsini xahiş etmişdir. Elbrus ona bu işdə köməklik edə biləcəyini demiş və bildirmişdir ki, oğlunu Sumqayıt şəhərində TTY-da sürücü kimi işə düzəldə bilər və əmək haqqı da 800 manat olacaqdır. Bunun üçün lazımı şəxslərə verilməsi üçün 6000 manat pul lazım olduğunu demiş, Hhəyat yoldaşı Nəsibənin işlədiyi Sumqayıt şəhəri 29 saylı məktəbdə əlavə 1 il işləməsi üçün 2000 manat pul istəmişdir. Pulu Sumqayıt Regional Tədris şöbəsində İlhamə adlı qadına verəcəyini bildirimşdir. O, Elbrusun vəzifəsinə və onunla inandırıcı danışığına inanmışdır. İlhamə adlı qadın tanımamışdır. O, ümumilikdə 8.000 manat pulu Elbrusun ona göndərdiyi bank kartına göndərmişdir. 26 sentyabr 2023-cü il tarixdə Elbrus ona oğlunun işə qəbul olduğunu, guya oğlunun xx.xx.2023-cü il tarixdən 03 ay müddətinə əmək müqaviləsi əsasında 1.0 ştat vahidi üzrə sürücü vəzifəsinə işə qəbul edildiyini demiş, daha sonra onlara gözləmələrini, zəng gələndən sonra işə çıxacağını demişdir. Yoldaşının iş məsələsinin sentyabr ayının sonuna kimi həllini tapmalı olmasına baxmayaraq, sentyabr ayının sonunda dərslər tam başlayandan sonra Elbrusun vədlərinin yalan olduğunu görmüşlər. Bundan sonra aldadıldığını anlayıb verdiyi pulları tələb etməyə başlamışdır. Lakin Elbrus müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işi başlanılması haqqında” 27 avqust 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. (i.v.1); cinayət işinin materiallarında olan 01 oktyabr 2024-eii il tarixli qəbzlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki. El*** Sə*** El*** og** (Təqsirləndirilən şəxs) adına olan "xxxx" ASC-yə aid kart hesabına xx.xx.2023-cü il tarixdə saat 14:53 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən "Elmar” marketdə qoyıılumş MilliÖn ödəmə aparalı vasitəsi 2000 manatın, xx.xx.2023-cü il tarixdə 14:42 radələrində Sumqayıt şəhəri,18-ci mikrorayon ərazisində yerləşən "Elmar" marketdə qoyıılumş MilliÖn ödəmə aparalı vasitəsi 1000 manatın, xx.xx.2023-cü il tarixdə saat 16:23 radələrində Sumqayıt şəhəri. 18-ci mikrorayon ərazisində yerləşən "Ən ucuz Ticarət" marketdə qoyulumş MilliÖn ödəmə aparalı vasitəsi 2000 manatın, xx.xx.2023-cü il tarixdə saat 14:53 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən "Elmar" marketdə qoyulumuş MilliÖn ödəmə aparatı vasitəsi 1000 manatın, xx.xx.2023-cü il tarixdə saat 09:50 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən "Elmar" marketdə qoyulumş MilliÖn ödəmə aparatı vasitəsi 2000 manatın köçürülməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qəbzlərdə göstərilən ümumilikdə 8000 manat məbləğində köçürmələrin Zərərçəkmiş şəxs tərəfindən ona məxsus 412" 2093 0860 1274 nömrəli "xxxx" ASC'-vəaid kart hesabına köçürüldüyünü bildirmişdir. (i.v. 7, 38) “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nomrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.18); Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 47-48); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v. 54-56 ); “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyi üçün sonuncunun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. (i.v. 57-58); İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2013-cü il təvəllüdlü Eldar Səlimzadə və xx.xx.2018-ci il təvəllüdlü Leyla Səlimzadə adlı övladları var. DİN-nin BƏSİİ-dən alınan xx.xx.2024-cü il tarixli tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 1(060)-37/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4-cü və 320.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, cəzasının əvvəli 14 may 2024-cü il tarixdən hesablanmışdır. (i.v.60-61); “sübutların qiymətləndirilməsi barədə” 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan olunan ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır və barəsində həbs qətimkan tədbiri seçildiyi üçün sonuncunun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır.Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1. 178.2.2 312.1 32.4 -cü maddələrinin tərkibi olmadığından barəsində həmin maddələr ilə cinayət işinin başlanılması rədd edilmişdir.Veysəl adlı şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1.-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v.62-67); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətinin aparılması haqqında protokollar, o cümlədən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM144-146). CM-nin 178.2.4-cü maddəsinə əsasən Dələduzluq yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədilməni nəzərdə tutur. Həmin məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli” miqdar dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum 11 iyun 2015-ci il tarixli qərarına görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərara əsasən şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin Qərara əsasən Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını olmasını, himayəsində biri azyaşlı olmaqla iki övladının olmasının CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə həmin məcəllənin 66.5-ci maddəsinin tələbinə görə, şəxs hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2024-cü il tarixlərdə törətmiş olduğu cinayət əməllərinə görə xx.xx.2025-ci il tarixdə barəsində ittiham hökmü çıxarılmış, hazırkı cinayət əməlini isə xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığında törətmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyanın ödənilməməsini, zərəçəkmiş şəxsin şikayətçi olmaqla mövqeyini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir, ona ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 178.2.4-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 il 06 ay azadlıqdan məhrumetmə cəzası bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalı, cəzasının əvvəli 14 may 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.12.), barəsində “həbs” qətimkan tədbiri seçilməli, digər cinayət işi üzrə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, sonuncunun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 32 (otuz iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 212 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut- ödəniş qəbzləri iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 14 may 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, digər cinayət işi üzrə cəza çəkməsi nəzərə alısın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 212 (iki yüz on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar