Məhkəmə qərarları › İş №1(060)-127/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-127/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-127/2022 16.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 77/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 660/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2, 29,177.2.2 və 29, 177.2.3-2 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vahid qəsdlə əhatə olunmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev dəmir yolu stansiyasında 36, 40 və 42 sayla yoldəyişənlərdən dəmir yol xətlərinə aid ümumi dəyərləri 196,00 (bir yüz doxsan altı) manat təşkil edən kabelləri oğurlamaq niyyəti ilə xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində 46 (qırx altı) manat dəyərində, 05 metr uzunluğunda, 38x1 tipli "xxxx" markalı kabeli söküb aparmaqla, xx.xx.2021-ci il tarixdə saat 05:00 radələrində həmin ərazidən 150 (bir yüz əlli) manat dəyərində, 20 metr uzunluğunda, “SBPU 28x1” markalı kabeli söküb aparmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Bundan əlavə o, xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev dəmir yolu stansiyasının inzibati binasının qarşısından dəmir yol xətlərinə aid 252 (iki yüz əlli iki) manat dəyərində, 30 metr uzunluğunda, “SBZPU 33x1” markalı kabeli söküb aparmaq istəyərkən, H.Z.Tağıyev dəmir yolu stansiyasının ərazisində Baş Sumqayıt st.X3 polis nəfəri, polis baş serjantı X1 tərəfindən aşkar edilməsi səbəbindən bilavasitə oğurluğa yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək təkrar dəmir yolu xətlərinə münasibətdə oğurluğa, yəni təkrar dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2, 29,177.2.2 və 29, 177.2.3-2 maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3- 2, 29,177.2.2 və 29, 177.2.3-2 maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15 may 2021-ci il tarixdə H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində keçərkən orada dəmir yolu xətlərinə aid olan təxminən 25 metr uzunluğunda kabel hissələri görmüş, həmin vaxt cibində bir qəpikdə olsa cib xərci olmadığı üçün kabellərdən gizli olaraq aparıb metal qəbulu məntəqələrinə sataraq pul əldə etmək qərarına gəlmişdir. Buna görə həmin tarixdə saat 16:00 radələrində əvvəl o, ətrafa baxmış, hər hansı bir şəxsin onu görməməsindən əmin olmuş, sonra kabelin 05 metr hissəsini kəsərək həmin yerdən kabellə birlikdə uzağlaşmışdır. Bundan bir neçə gün müddətində o, qalan kabelləridə aparmaq üçün fürsət axtarmış, 28 may 2021-ci il tarixdə saat 05:00 radələrində H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisinə gələrək oradan qalan 20 metr uzunluğunda olan kabeli aparmışdır. Həmin günü o, kabelləri qəsəbəyə çıxarkən səyyar xidmət göstərən metal qəbul edən tanımadığı şəxsə satmışdır. Satdığı kabellərə görə o, aldığı pulları həmin günü xərcləmiş, buna görə də, 29 may 2021-ci il tarixdə saat 17:00 radələrində H.Z.Tağıyev dəmir yolu stansiya ərazisindən keçərkən stansiya ərazisində dəmir yolu xətlərinə aid olan kebelləri görmüş, bu vaxt o, həmin kabelləri təkrar oğurlayaraq metal qəbulu məntəqəsinə təhvil verib pul əldə etmək qərarına gəlmişdir. Buna görə də, bu dəfə o, kabellərin tam 30 metr hissəsini bir dəfəyə aparmaq istəmiş, kabelləri yerindən çıxarıb aparmaq istəyərkən ərazidə xidmətdə olan polis əməkdaşı tərəfindən aşkar olunmuş, hərəkətini dayandırmışdır. Həmin vaxt polis əməkdaşı ona yaxınlaşmış, nə etdiyini, həmin kabeli hara aparmaq istədiyini, kabeli aparmaq üçün icazə alıb-almadığını ondan soruşmuş, o da cavab olaraq hər şeyi olduğu kimi demişdir. Bundan sonra polis əməkdaşı rəhbərliyinə bu barədə məlumat vermiş, onu Bölməyə dəvət etmiş, Bölmədə təhqiqatçı Elməddin adlı polis kapitanı izahatını alaraq oğurlamaq istədiyi kabelə baxış keçirmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Azərbaycan Dəmir Yolları QSCnin 1 №-li H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinin böyük elektrik mexaniki vəzifəsində işləyir. ********* saylı cinayət işində zərər çəkmiş şəxsın, yəni Azərbaycan Dəmir Yolları QSC-nin 1 №-li H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinin nümayəndəsi kimi iştirak edir. 15 may 2021-ci, 28 may 2021-ci və 29 may 2021-ci il tarixlərində ADY QSC-nin 1 saylı İşarəvermə və rabitə sahəsinə məxsus 05 və 20 metr uzunluğunda kabellər H.Z.Tağıyev stansiyasında 36, 40 və 42 saylı yol dəyişənlərdən oğurlanmış və 29 may 2021-ci il tarixdə isə 30 metr uzunluğunda kabel H.Z.Tağıyev stansiyasının inzibati binasının qarşısından oğurlanmağa cəhd edilməsi ilə bağlı Təqsirləndirilən şəxs ADY QSC-nin 1 №-li H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinə vurulmuş maddi ziyanın ümumilikdə 448 (dörd yüz qırx səkkiz) manat dəyərində hesablanması ilə tam razıdır və hər hansı əlavəsi yoxdur. İş materiallarında olan “Azərbaycan Dəmir Yolları№ Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamentinin 1 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə Sahəsi tərəfindən məkkəməyə daxil olmuş 234 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclaslarını onların iştirakı olmadan baxılmasını və hər hansı bir cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 29 may 2021-ci il tarixdə tərtib edilmiş cədvələ əsasən H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində xidmətdə olan zaman saat 17:00 radələrində bir nəfər şəxsin stansiyanın inzibati binasının yaxınlığında yerləşən dəmir yolu xətlərinə məxsus kabelləri yerindən qıraraq aparmaq istədiyini görmüş, dərhal o, həmin şəxsə yaxınlaşmış, özünü təqdim etmiş, həmin şəxs polis əməkdaşı tərəfindən aşkar olunduğunu görüb yerində durmuşdur. Bu vaxt o, kabelləri aparmaq istəyən şəxsi qanunsuz əməlinə görə Baş Sumqayıt st. XPBnə dəvət etmiş, həmin şəxs etiraz etmədən gizli aparmaq istədiyi kabellərlə birlikdə onunla Bölməyə getmişdir. Bölmədə həmin şəxsin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Bölmədə təhqiqatçı tərəfindən kabellərə baxış keçirilmiş, həmin kabellərin uzunluğunun 30 metr olması müəyyən edilmiş, baxış zamanı həmin kabellər maddi sübut kimi təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 iyun 2021-ci il tarixli 9/4051 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən kabellərin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 448,00 manat müəyyən edilir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi barəfə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-127/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-si tərəfindən verilmiş 125-4803- 1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-660/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarı ilə onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs tapılanadək iş üzrə icraat dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli xx/xx-4302 №-li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün Penitensiar Xidmətin 3 saylı istintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3513 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il tarixdən “narkomaniya” diaqnozu ilə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər 3 nömrəli Xəstəxana tərəfindən verilmiş 714 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 nömrəli Xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur. İş materiallarında olan 21 saylı MKS tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 01 (bir) azyaşlı uşağı vardır. İş materiallarında olan 21 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Azərbaycan Dəmir Yolları QSC-nin “1 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinə məxsus bir ədəd 30 metr "xxxx" 33 X 1 markalı kabel xx.xx.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilmişdir. İşmateriallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-77/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 77/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə cəzasının 06 (altı) ay 06 (altı) gün hissəsini qanuna müvafiq qaydada çəkmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-77/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum məhkum olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2, 29,177.2.2 və 29, 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2, 29,177.2.2 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-77/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 01 (bir) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-660/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Xaçmaz st. XPŞ-nin anbarında saxlanılan Azərbaycan Dəmir Yolları QSCnin “1 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinə məxsus bir ədəd 30 metr "xxxx" 33 X 1 markalı kabel Azərbaycan Dəmir Yolları QSC-nin “1 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinə qaytarılmalı və iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 50.00 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2, 29,177.2.2 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-77/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 01 (bir) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-660/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz st. XPŞ-nin anbarında saxlanılan Azərbaycan Dəmir Yolları QSC-nin “1 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinə məxsus bir ədəd 30 metr "xxxx" 33 X 1 markalı kabel Azərbaycan Dəmir Yolları QSC-nin “1 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar