Məhkəmə qərarları › İş №1(060)-127/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-127/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-127/2023 15.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1979-cu ildə Dəvəçi rayonu, Zarat kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Xızı Rayon Məhkəməsinin 1(068)-36/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-969/2021 saylı, xx.xx.2021ciil tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 08 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış və cəzasını çəkib qurtardıqdan sonra azad olunmuş, məhkumluğu olan, Xızı rayonu, Sitalçay Ə/D, Sitalçay kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,737 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 20:20 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi ərazisində yerləşən 3 nömrəli avtobus dayanacağında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt 2-ci PB-yə aparılıb xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,737 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 il olar ki, narkotik vasitə istifadəçilərinin “kakos” adlandırdığı narkotik vasitə heroin istifadə edir. Heroini qızdırıb iniyeksiya yolu ilə damarına vurmaqla qəbul etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:20 radələridə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivi, 3 saylı xətt avtobusunun dayanacağında həmkəndlisi Gülağa ilə birlikdə olan zaman narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindikləri üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt Şpi-nin 2-ci PB-yə dəvət edilmişlər. PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etmədiyini, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər Regional Vəkil Bürosunun vəkili X1 təqdim olunduğunu bildirmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynində olan göy rəngli şalvarın sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd ağ rəngli siqaret kağızı bükümü təqdim etdiyini bildirmişdir. Həmin büküm açılan zaman bükümün içərisindən narkotik vasitə heroinin aşkar edildiyini göstərmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin “kakos” olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manat pul ödəməklə şəxsi istifadəsi üçün aldığını demişdir. Həmin vaxt üzərindən aşkar olunmuş heroin tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin 0,73 qram olmasının müəyyən olunduğunu və həmin maddənin qablaşdırılaraq götürüldüyünü qeyd etmişdir. Lakin o, tutulduğu zaman üzərində olan narkotik vasitənin miqdarının az olduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-də kiçik inspektor kimi xidmət edir, rütbəsi polis baş serjantıdır. xx.xx.2022ci il tarixində Xızı rayonu, Sitlçay kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1979-ctı ıl təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliiyyat müvəkkili, polis mayoru Şahid3 və polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Saat 20:10 radələrındə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryol yaşayış massivi, 3 saylı avtobusunun dayanacağında olması barədə təkrar məlumat daxıl olmuş, məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryol yaşayış massivi, 3 saylı xətt avtobusunun dayanacğının yaxınlığına gəlmişlər. Onlar Təqsirləndirilən şəxs və yanında bir nəfər şəxsin yaxınlaşdığnı görüb onlara yaxınlaşıb özlərini təqdim eldikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdi. Təqsirləndirilən şəxs yanında olan şəxsdən özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs özünü təqdim edərək X2 olduğunu bildirdi. X9suz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdırılməsində şübhəli bilindiyini demişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Gülağa İmanbaxşova şərait olmadığı uçun PB-nə orada üzərilərinə şəxsi axtarış keçiriləcəyi bildirildi. Bundan sonra Təqsirləndirilən şəxs və Gülağa İmanbaxşov onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişlər. Gülağa İmanbaxşovun üzərinə öz razılığı ilə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Sonra PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkılışlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra ona hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı hər hansı predmet və ya əşya varsa qoymasını xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman əynindəki göy rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd ağ rəngli siqaret kağızı bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik kütlənin olduğu aşkar olunmuşdur. Həmin bükümün içərisində nə olduğu soruşuluqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində “Kakos", yəni narkotik vasitə olan «heroin» olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirdi ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroindir, adını bilmədiyi şəxsdən 20 (iyirmi) manat pul ödəməklə Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 0.73 qram olması müəyyən olunmuş həmin kütlə qablaşdırılaraq möhürlənmişdir. Gülağa İmanbaxşovun üzərinə öz razılığı ilə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektoru Şahid2 Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən görünür ki, polis formasında olan şəxs özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X7 olduğunu bildirir. Sonra qarşısında duran şəxsə müraciət edərək özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra əməliyyat tədbirində iştirak edən şəxslər özlərini təqdim edərək, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2, PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və PBnin kiçik inspektoru polis baş serjantı Şahid1 olduqlarını bildirdilər. X8 Təqsirləndirilən şəxs vəkillərin növbətçilik cədvəli üzrə siyahıdan Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 hüquqlarını müdafiəsi üçün seçdiyini bildirərək təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və üzərində gəzdirilməsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryol yaşayış massivi, 3 saylı xətt avtobusunun dayanacağında saxlanılması və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsindən ötrü Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilməsi bildirilir. Videoçəkilişə etirazının olmadığını bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək bununla bildiriş təqdim edir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağıan olunmuş hər hansı bir əşyanın və ya predmetin olub olmaması ilə bağlı sual verilir və əgər belə bir şey vardırsa təqdim etməyi xahiş edilir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd ağ rəngli siqaret kağızı bükümü təqdim etdi. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nəyin olduğunu soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitə “Kakos” olduğunu bildirdi. Həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli kütlənin olduğu müşahidə olunur. Təhqiqatçı üzərində başqa nəyin var soruşduqda Təqsirləndirilən şəxs heçnə yoxdur deyə cavab verdi. Sonra Təqsirləndirilən şəxs götürülmüş kütlə elektron tərəzidə çəkildi və çəkisinin 0,73 qram olduğu müəyyyən edildi. Təqsirləndirilən şəxs həmin kütləni Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən 20 (iyirmi) manata aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə protokol tərtib olunması üçün həmin kütlələr götürüldü, aşkar olunmuş kütlə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5456 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün №126” möhür əksi, '"Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,737qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 0,737 qram, tədqiqata sərf edildi: ümumi 0,05 qram, qalıq 0,687 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5587 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,687 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Xızı Rayon Məhkəməsinin 1(068)-36/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-969/2021 saylı, xx.xx.2021-ciil tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin 1(068)-36/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-969/2021 saylı, xx.xx.2021-ciil tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 08 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış və cəzasını çəkib qurtardıqdan sonra azad olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,687 qram narkotik vasitə heroin məhv edilməli, işüzrəmaddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 110,00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,687 qram narkotik vasitə heroin məhv edilsin. İşüzrəmaddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 110,00 (bir yüz on) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar