Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-127/2024 13.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.2, 177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi ilə tətbiq edilməklə 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 11 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 26 sentyabr 2023-cü il tarixdə, saat 14 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsində yerləşən 534 nömrəli evin qarşısında saxlanılıb 1-ci polis bölməsinə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,337 qram narkotik vasitə olan heroin əynindəki qara rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, sonuncu dəfə 2020-ci il tarixdə CM-nin 315 və 177-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2023cü ilin avqustun 8-də vaxtından əvvəl şərti azad olunmuşdur. Atası rəhmətə getmişdir, bacısı ilə yaşayır. Bacısı epilepsiya xəstəsidir və münasibətləri yaxşı deyildir. Bacısı dəfələrlə onu DİN-nin 102 xidmətinə şikayət edir, polislər ona izah edir, o da polislərlə əlbir olub onun barəsində anonim şikayətlər yazır. xx.xx.2023-cü il tarixdə 1-ci PB-nin əməkdaşı Güloğlan adlı şəxs ona 20 manat pul və bir balaca büküm verib götürməsini demiş, o, atasının öldüyünü, müalicə aldığını bildirərək bükümü götürməkdən imtina etmiş, lakin Güloğlanın təkidindən sonra qorxaraq bükümü götürmüşdür. Həmin bükümü papağın içinə qoyaraq evdə asmış, həmin vaxt bacısı bunu görmüşdür. xx.xx.2023-cü il tarixdə xəstəxanaya getmiş, sənədlərini götürmək üçün yenidən evə qayıtmış, sənədləri götürüb evdən çıxan zaman 4-5 polis avtomobilinin olduğunu görmüş, Güloğlan, Şahin adlı və digər tanımadığı polis əməkdaşları özlərini təqdim etmədən onun üzərinə axtarış keçirib sənədlərini götürmüşlər. Güloğlan və Şahin adlı şəxslər evin yanında qalmış, digər polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Avtomobildə onu döyə-döyə polis bölməsinə aparmışlar. Onu saat 14:00-da tutmuşlar, təxminən saat 17:30 radələrində çəkiliş zamanı vəkil gəlmişdir. Həmin müddət ərzində ona işgəncələr vermişlər. Polis bölməsində Güloğlan papağı ona göstərib “bu sənin deyil?” deyə bildirmiş, o, ilk öncə boynuna almamış, ona bildirmişlər ki, “bacın yazıq deyil? Evindən mal çıxacaq”. Daha sonra bölmənin rəisi onu qəbul etmiş və bildirmişdir ki, onu buraxa bilməz, barəsində anonim şikayət vardır. O, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilən zaman bildirmişlər ki, barəsində olan şikayət onun ailə üzvlərindən olmuşdur. O da həmin şikayəti bacısının etdiyini anlamış və narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Həmin narkotik vasitə ona məxsusdur, lakin üzərində deyil evində olmuşdur. Həmin narkotik vasitəni polis əməkdaşlarının evindən girərək götürməsini, yaxud bacısının onlara təqdim etməsini bilmir. Prokurorluq orqanına şikayətlə müraciət etmiş və kamera görüntülərini istəmişdir. Lakin ona gecikdiyini, kamera görüntülərinin artıq silindiyini bildirmişlər. 3,4 gündən sonra o, artıq şikayətlər yazmağa başlamışdır. Müstəntiq ona hədə-qorxu gələrək onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu, bacısının bu barədə şikayəti olduğunu və onu şahid kimi dəvət edib üzləşdirmə aparacaqlarını bildirmişdir. O isə həbsdən yeni çıxdığını, bu əməli ümumiyyətlə törətmədiyini bildirmişdir. Onu döyən polis əməkdaşları Güloğlan və Alpər olmuşdur. Alpər ona yalnız şillə ilə vurmuş, Güloğlan və digərləri onun ayaqlarına vuraraq xəsarət yetirmişlər. Narkotik vasitə üzərində deyil, evində olmuş, lakin evində olsa belə ona məxsus olmamış, Güloğlan həmin narkotik vasitəni ona vermiş, o da qorxduğundan götürmüşdür. Həmin narkotik avsitənin kütləsi ekspertiza tədqiqatından sonra 0,3 qram olmuşdur. 2015-ci ildən indiyədək narkotik avsitə istifadə etmir. Bu günədək 5 dəfə məhkum olunmuş, narkotiklə bağlı sonuncu dəfə 2015-ci ildə məhkumluğu olmuşdur. Narkotik vasitəni məqsədsiz evində saxlamış, ya istifadə edəcəyini, ya da atacağını bildirmişdir. Döyülmə faktı ilə bağlı prokurorluq orqanında araşdırmada iştirak etmiş, onun izahatını almışlar, lakin yekun qərarla tanış deyildir. İstinatq zamanı ifadəsi yazılmış, o imza etmişdir, lakin elə ifadə verməmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, ona elan edilmiş ittihamın mahiyyəti və mənası ona tam aydındır. ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olub, heç bir psixi xəstəliyi yoxdur, daimi olaraq heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata bir büküm kakos adlandırdığı narkotik vasitə heroin alıb. Sonra həmin heroini əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlayıb, həmin vaxt şalvarının sol yan cibində 1 ədəd Redmi markalı mobil telefon və 196 manat pul olmuşdur. Həmin gün saat 14 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşadığı evin qarşısında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ona üzərində narkotik vasitə saxlamasında şübhəli bilindiyi deyilərək onlarla bir yerdə bölməyə getməsini təklif etmişlər. O həmin polis əməkdaşları ilə bir yerdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildi. Bölmənin inzibati binasında bir otaqda ona təqdim olunan müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olundu, bu barədə tərtib olunmuş bildiriş ona verildi. Sonra ona təklif olundu ki, üzərində hər hansı bir qanunsuz əşya və narkotik vasitə vardırsa könüllü təqdim etsin. O da əynində olan qara rəngli cinsi şalvarının sağ yan cibində saxladığı içərisində kakos adlandırdığı narkotik vasitə olan heroin olan 1 ədəd bükümü cibindən çıxarıb masanın üzərinə qoydu və həmin bükümü saxlanıldığı gün səhər tezdən Sumqayıt şəhəri, Corat qəsəbəsindən tanımadığı şəxsdən 10 manata aldığını bildirdi. Sonra ona üzərində başqa qanunsuz əşya və narkotik vasitə vardırsa könüllü təqdim etməsi təklif olundu, o da üzərində qanunsuz əşya və narkotik vasitə olmadığını dedi. Sonra üzərində şəxsi axtarış aparmışlar, həmin vaxt şalvarının sol yan cibindən 1 ədəd Redmi markalı mobil telefon va 196 manat pul aşkar olunub götürülmüş, pul özünə qaytarılmışdır. Bundan sonra üzərindən aşkar olunan kütlə 1 ədəd ağ rəngli zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənib və götürülmüşdür. Eyni zamanda üzərindən aşkar olunan 1 ədəd Redmi markalı mobil telefon da 1 ədəd ağ rəngli zərfə qablaşdırılıb üzəri Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənib və götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkliş aparılmış, aşkar olunmuş kütlənin və telefonun qablaşdırılmış qabın üzərinə imza atmışdır. Protokol tərtib olunmuş, doğruluğunu o da imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu və üzərində gəzdirməsi ilə məşğul olması barədə daxil olmuş məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 26 sentyabr 2023-cü il tarixdə təxminən saat 14 radələrində əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri,Corat qəsəbəsi, Səttar Əliyev küçəsində yerləşən 534 nömrəli evin qarşısında onlar tərəfindən saxlanılaraq 1-ci PB-nə gətirilmişdir. Ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə videokamera vasitəsilə çəkiliş etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, təhqiqatçı ona üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə könüllü sürətdə verməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümü təqdim etmiş və həmin bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli, toz şəkilli narkotik vasitə olan heroin aşkar olunmuşdur. Sonra üzərində şəxsi axtarış aparılmış, şalvarının cibindən 1 ədəd Redmi markalı mobil telefon va 196 manat pul aşkar olunub götürülmüş, pul özünə qaytarılmışdır. Bundan sonra üzərindən aşkar olunan kütlə 1 ədəd zərfə qablaşdırılmışdır. Eyni zamanda üzərindən aşkar olunan 1 ədəd Redmi markalı mobil telefon da 1 ədəd ağ rəngli zərfə qablaşdırılıb götürülmüşdür.Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi təxminən yarım qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini Sumqayıt şəhəri, Corat qəsəbəsində bir nəfər tanımadığı şəxsdən bir bükümünü 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Ona məlumat daxil olmamışdan öncə də məlumat var idi, həmçinin bacısı da dəfələrlə DİN-nin 102 xidmətinə zəng edərək şikayətlər etmişdir. Təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmişdir. Güloğlan 1-ci PB-nin əməkdaşıdır, lakin bu işlə onun heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs hazırda yalan ifadə verir, dedikləri özünümüdafiə xarakterid aşıyır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CA üzrə kiçik inspektoru, polis baş leytenantı X3 ifadəsində göstərdi ki, hadisə ilə bağlı məlumatı olmadığından heç bir söz deyə bilmir. Sadəcə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmuş, lakin onun narkotik vasitə istifadə etməsi sübut olunduğundan istifadəçi kimi tutulmuşdur. Bacısı da bu barədə şikayətlər etmişdir. Təqsirləndirilən şəxs yalan ifadə verir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsində yerləşən 534 nömrəli evin qarşısında xx.xx.2023-cü il tarixdə saat 14:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-370/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və vəkili X5 təqdim olundu, daha sonra isə vidoçəkilış vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd şəffaf selefon büküm çıxarıb masanın üzərinə qoydu və həmin bükümün içrəisində kakos adlandırdığı narkotik vasitə olan heroin olduğunu, bu gün səhər tezdən Sumqayıt şəhəri Corat qəsəbəsindən 10 manata tanımadığı şəxsdən aldığını, üzərində özü istifadə etməsi üçün saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub olmaması vardırsə təqdim etməsini bildirldi Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və narkotik vasitə olmadığını dedi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirildi. Həmin vaxt əynində olan olan qara rəngli cinsi şalvarının sol yan cibindən 1 ədəd Redmi markalı mobil telefon 196 manat pul aşkar olundu, aşkar olunmuş pul Təqsirləndirilən şəxs qaytarıldı. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmaş büküm elektron tərəzidə çəkildikdə bükümlə bir yerdə çəkisi 0,54 qram olduğu müəyyən olundu. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm 1 ədəd ağ rəngli zərfə qablaşdırılıb üzəri Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİNnin 125 saylı möhürü ilə möhürləndi və mzalarla təsdiq olundu. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 ədəd Redmi markalı mobil telefon sübuti əhəmiyyət kəsb etdiyindən 1 ədəd ağ rəngli zərfə qablaşdırılıb üzəri Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürləndi və imzalarla təsdiq olundu. Vəkil Günay Cəfərova saxlanılan şəxs Təqsirləndirilən şəxs nə vaxt saxlanıldığını soruşulduqda səhər saxlanıldığını bildirdi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/5089 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “.... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış bir ədəd bükümdə təmiz çəkisi 0.337 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra 0,287 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin telefon “Redmi” markalı olmaqla qara rəngli mobil telefondur. Mobil telefonun ekranın şüşəsi hal-hazırda sınıq vəziyyətdədir. Mobil telefonun yaddaşına daxil olduqda telefonun yaddaşında iş üçün əhəmiyyət kəsb edən mətnlər, fotoşəkil və ya videogörüntülər müəyyən olunmadı. Baxış keçirildikdən sonra mobil telefon saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlancına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs əvvəlcə özünü təqdim edir. Sonra təhqiqatçı X12 Musayevə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildiyini bildirir. Həmin vaxt Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim edilir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selefon bükümü stolun üzərinə qoydu və həmin bükümün içərisində kakos adlandırdığı narkotik vasitə olan heroini təqdim etdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin heroin olduğunu, heroini həmin gün səhər tezdən Sumqayıt şəhər, Corat qəsəbəsindən bir nəfər tanımadığı şəxsdən 10 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Bundan sonra üzərində şəxsi axtarış aparıldı, həmin vaxt şalvarının sol yan cibindən 1 ədəd Redmi markalı mobil telefon va 196 manat pul aşkar olunub götürüldü, pul özünə qaytarıldı. Təqsirləndirilən şəxsnin üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilir, bükümlə bir yerdə çəkisi 0,54 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxsnin üzərindən aşkar olunmuş büküm 1 ədəd ağ rəngli zərfə qablaşdırılıb üzəri Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin 125 saylı möhürü ilə möhürləndi və imzalarla təsdiq olundu. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 ədəd Redmi markalı mobil telefon maddi sübuti əhəmiyyət kəsb etdiyindən 1 ədəd ağ rəngli zərfə qablaşdırılıb üzəri Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürləndi və imzalarla təsdiq olundu. Bu barədə videogörüntü keçirilməsinə dair 1 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 7452 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1626, 1627 saylı, xx.xx.2023cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, 534 nömrəli evdə yaşayır, ailə tərkibi bacısı-xx.xx.1988-ci il təvəllüdlü X6, qardaşı-xx.xx.1972-ci il təvəllüdlü X7, qardaşı oğlu-xx.xx.2010-cu il təvəllüdlü X1 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X8 tərəfindən xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs işgəncə və təhiqrə məruz qalması, üzərinə narkotik maddənin qoyulması barədə müraciəti üzrə toplanmış 664C-23 nömrəli yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1, 177.2.2, 326.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 177.2.1, 177.2.2, 234.1-ci maddələri ilə CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə 01 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.2, 177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi ilə tətbiq edilməklə 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-344/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroin sonuncunun satış məqsədi ilə üzərində saxlamaqla daşımasına dəlalət edən hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibindən imtina edilmiş, Sumqayıt şəhər prokrorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən götürülmüş 0,337 qram çəkidə heroin maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,287 qram heroinin iş üzrə saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 128 və 135-ci maddələrinə əsasən maddi sübut qismində tanınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində müşahidə kamerasının qeydiyyat aparılıbaparılmaması, qeydiyyatı aparıldığı halda 27 sentyabr 2023-cü il tarixdə olan görüntülərin məhkəməyə təqdim edilməsi üçün xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə sorğu verilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-də olan görüntülərin müşahidə kameralarının yaddaş kartında qalmadığından təqdim etmək mümkün olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin saxlanılarkən üzərində olmadığı, həmin vaxt narkotik vasitənin evində olduğuna dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsində təzyiqə məruz qalması və döyülməsi ilə bağlı ifadəsi öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs təzyiqə məruz qalması barədə Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılmış, keçirilmiş məhkəmə tibbi ekspertizasında Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamış və qeyd olunan xüsusatlar digər sübutlarla da təkzib olunduğundan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.2, 177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi ilə tətbiq edilməklə 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,287 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı telefon sahibinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertizasının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-960/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 2000 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,287 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı telefon sahibinə qaytarılsın. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertizasının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-127/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-127/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver