Məhkəmə qərarları › İş №1(060)-128/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-128/2021

28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-128/2021 28.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 2/29, mənzil 35-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 10.09.2020-ci il tarixdə saat 18:30 radələrində “B” kateqoriyalı, AC-231502 nömrəli sürücülük vəsiqəsi ilə baş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X16-Prado” markalı, 99CJ085 dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 22A saylı binanın qarşısında avtomobillər üçün nəzərdə tutulmuş yolda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsiliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, yəni mövcud şəraitdə hərəkətin təhlükəsizliyinin təmin olunması və hadisənin qarşısının alınması məqsədi ilə avtomobilin idarə olunma prosesinə nəzarət etməli, avtomobilin təhlükəsiz idarə olunmasını təmin etməli və qarşıda piyadanın yolun hərəkət hissəsində dayanmasını nəzərə alaraq piyada ilə təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli olduğu halda bunları etməyərək, eləcə də hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək yolun hərəkət hissəsində dayanmış piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ yan hissəsi ilə ehtiyatsızlıqdan vurmuş və sonuncunun “Başın küt travması, subdural hematoma, sağ gicgah və təpə nahiyyəsinin dərialtı hematoması, sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ gicgah-alın nahiyyəsinin və sol budun sıyrığı” kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri alması nəticəsinə “ Başın küt travma alması nəticəsində sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı” xəsarətlərindən həmin tarixdə Sumqayıt Şəhər Təcili X7 ölməsi ilə bağlı yol hərəkəti qydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Toyota Land-Cruıser-Prado” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil AD N 000333 nömrəli qeydiyyat şəhadətnaməsi ilə həyat yoldaşı X3 adınadır və həmin avtomobili 2017-ci ildən baş etibarnamə ilə “B” kateqoriyalı AC 231502 nömrəli sürücülük vəsiqəsi ilə idarə edir. 10.09.2020-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi saz vəziyyətdə olan “Toyota Land-Cruıser-Prado” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri Koroğlu prospekti ilə hərəkətdə olarkən Sumqayıt şəhəri 8ci mikrorayon ərazisində yerləşən yeni tikili binanın yanına getmək üçün sola M.Ə.Sabir küçəsinə dönmüş və təxminən 15-20 metr hərəkət edikdən sonra sağa dönərək 8-ci mikrorayon ərazisinə daxil olmuş, nömrəsini bilmədiyi binanın qarşısı ilə avtomobillər üçün nəzərdə tutulmuş yol ilə hərəkət edib digər binanın qarşısına çatmış və nömrəsini bilmədiyi həmin binanın qarşısından sağa dönərək təxminən 10 metr məsafə qət etdikdən sonra yolun hərəkət hissəsinin sol tərəfində bir neçə piyadanın dayanıb söhbət etdiyini görüb sükanı sağa döndərib avtomobili təxminən 30 dərəcə bucaq altında sağa tərəf istiqamətləndirib hərəkətini davam etdirmişdir. Təxminən 6-7 metr məsafə qət etdikdən sonra ətrafda olan adamların səs-küyünü eşidib avtomobili dərhal saxlayıb yerə düşmüş və avtomobili saxladığı yerdən təxminən 6-7 metr geridə bir nəfər azyaşlı uşağın baş nahiyyəsindən xəsarət aldığını və qanın içində olduğunu görüb orada olan qadınlardan uşağa nə olduğunu soruşmuş, onlar həmin uşağın qaçarkən onun avtomobilinin arxa qapısına dəydiyini söyləmiş, o dərhal xəsarət alan uşağa yaxınlaşmışdır. Həmin vaxt orada olan iki nəfər qadın uşağı yerdən qaldırmış, o, həmin qadınlara dərhal uşağı avtomobilinə mindirməsini söyləmiş və həmin qadınlar uşağı qucaqlarına alıb onun avtomobilinə əyləşmişlər. O, oradan xəstəxanaya gedən zaman avtomobil sürətlə idarə etdiyindən, eləcə də çox həyacanlı olduğu üçün 8-ci mikrorayon ərazisindən Koroğlu prospektinə çıxan zaman onun avtomobilinin qabağı qarşısında hərəkətdə olan “Ford Transıt” markalı avtomobilin yan tərəfinə çırpılmış, o, xəsarət alan uşağı xəstəxanaya təcili çatdırmaq üçün saxlamadan hərəkətinə davam edərək Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasına getmişdir. Xəsarət alan uşaq dərhal reanimasiyaya yerləşdirilmiş, lakin uşağın aldığı xəsarətlər ağır olduğundan təxminən xəstəxanaya çatdıqdan 15-20 dəqiqə sonra vəfat etmişdir. Daha sonra polis əməkdaşlarının dəvəti ilə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə getmişdir. Həmin vaxt idarə etdiyi avtomobilin sürəti təxminən 20 km/saat olmuş, hadisə baş verərkən piyadanı (uşağı) görməmişdir, hadisə baş verdiyi yerdən təxminən 6-7 metr uzaqlaşdıqdan sonra ətrafda olan adamların səsküyünü eşidib avtomobili dərhal saxlayıb yerə düşdükdə avtomobili saxladığı yerdən təxminən 6-7 metr geridə azyaşlı uşağın xəsarət almasını görüb oraya yaxınlaşmış və orada olan qadınlar ona həmin uşağı avtomobil ilə vurduğunu söyləmişlər. Yolun hərəkət hissəsinin sol tərəfində dayanan bir neçə piyadanın yanından sağa tərəf manevr edən zaman avtomobilin sağ tərəfi ilə həmin piyadanı vurması sonradan ona məlum olmuşdur. Hadisə vaxtı avtomobilində sərnişin və ya yük olmamış, eləcə də özü heç bir xəsarət almamış, hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Özünü təqsirli bilməsə də zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş və ona dəymiş ziyanı ödəmişdir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 göstərdi ki, xx.xx.2018-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs onun doğma oğludur. 10.09.2020-ci il tarixdə, saat təxminən 18:45 radələrində işdə olan zaman qohumu Qafur ona zəng vuraraq oğlu Rəvana nə olmasını ondan soruşmuş, o işdə olduğunu, heç nə bilmədiyini ona bildirmişdir. Sonra arvadı Səminəyə zəng vuraraq nə baş verdiyini soruşmuş, yoldaşı “Travmatologiyaya” gəlməyini bildirmişdir. O, dərhal “Travmatologiyaya” getmiş və orada ona məlum olmuşdur ki, oğlu Rəvanı həyətdə oynayan zaman saat təxminən 18:30 radələrində “Prado” markalı avtomobil vurmuş və onu xəstəxanaya gətirmişlər, lakin xəstəxanaya çatdıqdan təxminən 15-20 dəqiqə sonra xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs qarşı iddiası və tələbi yoxdur, cəza təyini zamanı nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 22.06.2021-ci ildə verdiyi ərizəsində Təqsirləndirilən şəxs ən yüngül həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. O, 10.09.2020-ci il tarixdə, saat təxminən 18:30 radələrində övladları Rəhman və Rəvanı yaşadıqları binanın həyətində gəzdirən zaman böyük oğlu Rəhman əlindən çıxaraq qaçdığı üçün onun ardınca gedib əlindən tutub kiçik oğlu Rəvana tərəf gəlmiş, həmin vaxt Rəvan yaşadıqları 1/21 saylı binanın yan tərəfi ilə 22 A saylı binanın qarşısından keçən yolun mərkəzindən təxminən 1 metr yaşadığı 1/21 saylı binaya tərəf olan hissəsində aşağı əyilmiş vəziyyətdə əlində olan kağızdan düzəlmiş oyuncaq quş ilə oynamışdır. Həmin vaxt yaşadığı binanın qarşısı ilə üzü 22 A saylı binaya tərəf hərəkət edərək sağa dönən ağ rəngli “Prado” markalı avtomobilin hərəkət etdiyini görüb oğlu Rəvanı yoldan çəkmək üçün ona tərəf qaçmış, o həmin avtomobilin arxa tərəfinə çatana yaxın “Prado” markalı həmin avtomobil sürücüsü hərəkətinə davam edərək avtomobilin sağ tərəfi ilə oğlu Rəvanın baş nahiyyəsindən vurmuş və Rəvan yerə çırpılmış, avtomobilin sürücüsü isə hərəkətinə davam etmişdir. O, oğlu Rəvanın yıxıldığı yerə çatanda özünü itirdiyi üçün ayağı dolaşaraq yerə yıxılmış, hadisəni görən qonşular qışqıraraq Rəvana tərəf qaçmış, həmin avtomobilin sürücüsü Rəvanı vurduğu yerdən təxminən 6-7 metr aralandıqdan sonra avtomobili saxlayıb düşərək onlara tərəf gəlmiş və onlardan nə baş verdiyini soruşmuş, həmin vaxt qonşular sürücüyə uşağı vurduğunu söyləmişdir. Bundan sonra o, oğlunun başından qan axdığını görüb özünü itirdiyi üçün onu yerdən qaldıra bilməmiş, onunla qonşuluqda yaşayan Ruqiyyə adlı qadın Rəvanı qucağına alaraq “Prado” markalı həmin avtomobilə əyləşmiş və xəstəxanaya getmişlər, lakin xəstəxanaya çatdıqdan təxminən 5-10 dəqiqə sonra oğlu Rəvan orada vəfat etmişdir. “Prado” markalı avtomobilin qabaq sağ qapısının aşağı tərəfində olan pilləkən Rəvanın baş nahiyyəsinə dəymiş və Rəvan zərbənin təsirindən asfalta çırpılmışdır. Həmin vaxt avtomobilin sürəti yüksək olmamış, lakin sürücü Rəvanı görməmişdir, sürücü hətta avtomobildən düşüb onlara yaxınlaşanda nə baş verdiyini onlardan soruşmuşdur. Həmin vaxt onun yanında azyaşlı oğlu Rəhmandan başqa heç kim olmamış, hadisə baş verdikdən sonra qonşular oraya toplaşmışlar, amma çox həyacanlı olduğu üçün oraya toplaşan qonşularının adlarını xatırlamır. Xəstəxanaya gedən zaman Prado” markalı həmin avtomobillin sürücüsü özünü itirdiyi üçün 8-ci mikrorayondan Koroğlu prospektinə çıxan zaman “Ford” markalı avtomobili vurmuş, saxlamamış, hərəkətlərinə davam edərək xəstəxanaya getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ DYPŞ-nin YPX inspektoru, polis baş serjantı Şahid3 göstərdi ki, 10.09.2020-ci il tarixdə saat 18:30 radələrində xidmətdə olduğu vaxt Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində 22A saylı binanın qarşısında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuş, dərhal xidməti yoldaşı YPX inspektoru Şahid4 ilə birlikdə hadisə yerinə yaxınlaşmışlar. Hadisə yerinə gedəndən sonra məlum olmuşdur ki, “Toyota Land-Cruıser-Prado” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 8-ci mikrorayonda yerləşən 22A saylı binanın qarşısında avtomobillər üçün nəzərdə tutulmuş yolda azyaşlı piyada Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmiş və onu avtomobili ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparmış, lakin xəsarət alan şəxs Zərərçəkmiş şəxs xəstəxanada aldığı ağır dərəcəli xəsarətlərdən vəfat etmişdir. Həmin vaxt hadisə yeri “Toyota Land-Cruıser-Prado” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə müayinə olunmuş, hadisə yerinin foto şəkilləri və sxemi çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Onlar həmin vaxt “Toyota Land-Cruıser-Prado” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müayinəsi üçün müvafiq tibb müəsissəsinə apararaq tibbi müayinədən keçirilməsini təmin etmişlər, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra sürücünün hadisə yerindən qaçması halları baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ DYPŞ-nin YPX inspektoru, polis baş serjantı Cəfərov X4 Fikrət Natiq oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Şahid2 ifadəsində göstərmişdir ki, 10.09.2020-ci il tarixdə, saat təxminən 18:30 radələrində yaşadığı mənzilin yataq otağının pəncərəsindən həyətə baxan zaman qonşusu Səminənin uşaqları ilə həyətdə olduğunu görmüş, bundan bir neçə dəqiqə sonra qonşusu Səminənin qışqırmağını eşidib dərhal həyətə qaçmışdır, həmin vaxt 22A saylı binanın qarşısından keçən yolda Rəvanı qanın içində anası Səminənin yanında görüb dərhal onlara yaxınlaşıb Rəvanı qucağına alaraq ağ rəngli “Prado” markalı avtomobilə əyləşib xəstəxanaya aparmışlar, lakin xəstəxanaya çatdıqdan bir neçə dəqiqə sonra Rəvan orada vəfat etmişdir. Xəstəxanaya gedən zaman Prado” markalı həmin avtomobilin sürücüsü çox həyacanlı və təşviş içində olduğuna görə yolda avtomobillə “Ford” markalı avtomobilə çırpılmış və hər iki avtomobilə ziyan dəymişdir. İstintaq zamanı şahid X5 ifadəsində göstərmişdir ki, “Ford Transıt” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil 2014-cü ildən qeydiyyat şəhadətnaməsi ilə ona məxsusdur və həmin avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 10.09.2020-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi “Ford Transit” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri Koroğlu prospekti ilə hərəkətdə olarkən “Toyota Land-Cruıser-Prado” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisindən Koroğlu prospektinə saxlamadan çıxaraq onun avtomobilinin sağ yan tərəfinə çırpılmış, o dərhal avtomobilini saxlayıb yerə düşmüş, lakin həmin “Toyota Land-Cruıser-Prado” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü saxlamadan öz hərəkətinə davam etmişdir. Bundan sonra o öz avtomobili ilə Sumqayıt şəhər Polis İdarəsinə gəlmiş və hadisə barədə məlumat vermiş, Polis İdarəsində həmin “Toyota Land-Cruıser-Prado” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 8-ci mikrorayon ərazisinə azyaşlı uşağı vurduğu üçün həmin vaxt xəstəxanaya aparması ona məlum olmuşdur. Hadisə nəticəsində onun avtomobilinin sağ yan tərəfi əzilmiş və təxminən avtomobilə 300 manat məbləğində maddi ziyan dəymişdir, həmin vaxt “Toyota Land-Cruıser-Prado” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfi əzilmiş və həmin avtomobilin bufer hissəsi yararsız vəziyyətə düşmüşdür, avtomobildə tək olmuş və heç bir xəsarət almamışdır. “Toyota Land-Cruıser-Prado” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsünə qarşı şikayət və tələbi yoxdur və dəymiş maddi ziyan ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v. 115-117) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10.09.2020-ci tarixli, 100 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın küt travması. Subdural hematoma. Sag gicgah və təpə nahiyəsinin dərialtı hematoması. Sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı. Sağ gicgah-alın nahiyəsinin və sol budun sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən 10.09.2020-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində sağ gicgah-təpə nahiyyəsinin subdural hematoması və sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı olmuşdur. Zərərçəkmiş şəxs ölümü Sumqayıt şəhər TTYX-da 10.09.2020-ci il tarixdə saat 19:05-də baş vermişdir.(i.v 71-76) İş materiallarında olan məhkəmə yol-nəqliyyat ekspertizasının 27.10.2020-ci il tarixli, 8/1740 saylı rəyindən görünür ki, “Toyota Land-Cruıser-Prado” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.(i.v 77-80) İş materiallarında olan 10.09.2020-ci il tarixli 5113 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti aşkar olunmamışdır.(i.v 15) İş materiallarında olan Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 30.10.2020-ci il tarixli 016-302-4094-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 27.04.2017-ci il tarixdə AC-231502 saylı «B» kateqoriyalı on illik sürücülük vəsiqəsi almışdır. Kompüter bazasına əsasən sürücülükdən məhrum edilənlər sırasında yoxdur.(i.v 70) İş materiallarında olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, 2012-ci il buraxılışlı “Toyota Land-Cruıser-Prado” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. (i.v. 17) İş materiallarında olan notarial qaydada verilmiş 27.10.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, X9 “Toyota Land-Cruıser-Prado” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 27.04.2027-ci ilədək Təqsirləndirilən şəxs etibarnamə vermişdir. (i.v.18) İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 57) İş materiallarında olan “İfadənin yerində yoxlanılması barədə” 14.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, 10.09.2020-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi saz vəziyyətdı olan “X16-Prado” markalı 99CJ085 dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən yeni tikili binanın qarşısı ilə avtomobillər üçün nəzədə tutulmuş yol ilə hərəkət edib, 22A saylı binanın qarşısından sağa dönərək təxminən 10 metr məsafə qət etdikdən sonra yolun hərəkət hissəsinin sol tərəfində bir neçə piyadanın dayanıb söhbət etdiyini görüb sükanı sağa döndərib avtomobili təxminən 30 dərəcə bucaq altında sağa tərəf istiqamətləndirib hərəkətini davam etdirmişdir. Təxminən 6-7 metr məsafə qət etdikdən sonra ətrafda olan adamların səs-küyünü eşidib avtomobili dərhal saxlayıb yerə düşmüş, avtomobili saxladığı yerdən təxminən 6-7 metr geridə bir nəfər azyaşlı uşağın baş nahiyyəsindən xəsarət aldığını və qanın içində olduğunu görüb dərhal xəsarət alan uşağa yaxınlaşmışdır. Həmin vaxt orada olan 2 nəfər qadın uşağı yerdən qaldırmış, o, həmin şağı avtomobilinə əyləşdirərək xəstəxanaya aparmışdır.(i.v 26) İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs 29 avqust 2018-ci ildə anadan olmuşdur, atası X2, anası X6r. (i.v 36) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2903 saylı 12.10.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 58) İş materiallarında olan Sumqayıt şəhər 2 saylı polikliniksının 572 nömrəli 15.10.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 2 saylı poliklinikasının psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur.(i.v 59) İş materiallarında olan 15.10.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayə daxil olmamışdır.(i.v 61) İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 3 uşağı (2005-ci il təvəllüdlü İbrahimov Barat İbrahim oğlu, 2007-ci il təvəllüdlü X14 oğlu və 2010-cu il təvəllüdlü X10 oğlu) vardır. (i.v 62-64) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 23.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 264, 186.1 və 187.1-ci maddələrinin tərkibi olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmişdir.(i.v 88-94) İş materiallarında olan 8/2322 saylı, 15.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən X16 Prado markalı 99CJ085 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə düz yolda hərəkət zamanı hərəkət hissəsində əyilmiş vəziyyətdə olan piyadanın avtomobilin sağ yan hissəsi ilə vurulması mümkündür. Hərəkət hissəsində əyilmiş vəziyyətdə olan piyadanın avtomobilin arxa sağ hissəsi ilə vurulması zamanı piyadaya avtomobilin hərəkət istiqamətində sağa doğru bucaq altında qüvvə təsir edir. Həmin qüvvənin təsiri nəticəsində piyadanın avtomobilin hərəkəti istiqamətində müəyyən bucaq altında sağa doğru atılması baş verir. Hadisənin piyadanın əlindəki uçurtmanı uçurtması nəticəsində uçurtmanın arxasınca qaçaraq avtomobilə dəyərək yerə yıxılması şəraitində baş verməsi ekspertiza yolu ilə deyil istintaq və ya məhkəmə tərəfindən müəyyən edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İşə baxılarkən hadisənin baş vermə şəraiti ilə müdafiə tərəfinin göstərdiyi xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmış, hətta məhkəmənin tapşırığı ilə məhkəmə eksperimenti keçirilmişdir. Hadisənin piyadanın əlindəki uçurtmanı uçurtması nəticəsində uçurtmanın arxasınca qaçaraq avtomobilə dəyərək yerə yıxılması şəraitində baş verməsi müəyyən edilməmişdir. Bu müdafiə tərəfinin fərziyyəsidir və bununla bağlı heç bir sübut əldə etmək mümkün olmamışdır. Aparılmış araşdırma ilə bir daha hadisənin istintaq orqanının müəyyən etdiyi qaydada baş verməsi təsdiq edilmişdir. Toplanmış sübutlar da qanuni yolla əldə edilmişdir, onların mötəbərliyi heç bir şübhə doğurmur. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmişşəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar