Məhkəmə qərarları › İş №1(060)-128/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-128/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-128/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1978-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27.10.2021-ci il tarixdə, təxminən saat 17:30 radələrində Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində yerləşən “Meqa Hand” qeyim mağazasında olarkən Zərərçəkmiş şəxs məxsus 950 (doqquz yüz əlli) manat dəyərində olan 01 ədəd qara rəngli “İPHONE-11” markalı mobil telefonu kassanın qarşısında olan piştaxtanın üzərindən gizli yolla oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 27.10.2021-ci il tarixdə təxminən saat 18 radələrində o Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində yerləşən “Meqa Hand” geyim mağazasına özü üçün idman ayaqqabısı almaq üçün daxil olmuş və bir az mağazanın içərisində gəzib ayaqqabılara və geyimlərə baxdıqdan sonra 1 cüt bəyəndiyi idman ayaqqabısını seçib kassaya ödəniş etmək üçün yaxınlaşmışdır. Bu zaman onun qarşısında tanımadığı bir qadın əlində mağazadan seçdiyi paltarı kassada əyləşən satıcıya vermiş, sonra həmin satıcı onun qarşısında olan qadının seçdiyi paltarı kassaya vurub hesablayaraq pulunu özünə qaytarmışdır. Həmin tanımadığı qadın aldığı paltarı qara rəngli sumkasına qoyub gedərkən mobil telefonu yadından çıxıb kassanın qarşısında olan piştaxtada qalmışdır. Həmin mobil telefonu sahibinə qaytarmaq üçün cibinə qoyaraq onun arxasınca çıxmış, lakin onu tapa bilməmişdir. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 27.10.2021-ci il tarixdə təxminən saat 18 radələrində o Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində yerləşən “Meqa Hand” geyim mağazasına özü üçün idman ayaqqabısı almaq üçün daxil olmuş və bir az mağazanın içərisində gəzib ayaqqabılara və geyimlərə baxdıqdan sonra 1 cüt bəyəndiyi idman ayaqqabısını seçib kassaya ödəniş etmək üçün yaxınlaşmışdır. Bu zaman onun qarşısında tanımadığı bir qadın əlində mağazadan seçdiyi paltarı kassada əyləşən satıcıya vermiş, sonra həmin satıcı onun qarşısında olan qadının seçdiyi paltarı kassaya vurub hesablayaraq pulunu özünə qaytarmışdır. Həmin tanımadığı qadın aldığı paltarı qara rəngli sumkasına qoyub gedərkən mobil telefonu yadından çıxıb kassanın qarşısında olan piştaxtada qalmışdır. Bu zaman o ətrafa və kassanın qarşısında dayanmış satıcı qıza baxıb onun mobil telefonu götürməyini heç kimin görməyəcəyinə əmin olduqdan sonra cəld bir şəkildə həmin mobil telefonu kənara itələyib sonra idman ayaqqabısını kassada vurdurub mobil telefonu götürüb əynində olan boz rəngli idman paltarının sol yan cibinə qoymuş və tez mağazadən çıxmışdır. Bundan sonra o Sumqayıt şəhəri, 9-cu mikrorayon, ərazisində yerləşən Heydər Əliyev adına olan istirahət parkına getmişdir. Parkda o oğurladığı mobil telefonu cibindən çıxarıb baxarkən həmin mobil telefonun qara rəngli “İPHONE-11” markalı olduğunu və telefonu açmaq istəyərkən kodda olduğunu görmüşdür. O parkda biraz gəzişərək hava qaralandan sonra yaşadığı evə getmiş və evə girərkən anası ona demişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları yaşadıqları mənzilə gələrək onu axtardıqlarını və evə gələn kimi Polis Bölməsinə gəlməsini bildirmişlər. O da polislərin nə üçün onu axtardığını bildiyi üçün oğurladığı mobil telefonu özü ilə götürərək 3-cü Polis Bölməsinə gəlib etdiyi əməli səmimi olaraq etiraf edərək mobil telefonu təhvil vermişdir. Məhkəmə iclasında ifadəsi elan edimiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 27.10.2021-ci il tarixdə təxminən saat 17:30 radələrində Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində yerləşən “Meqa Hand” geyim mağazasına gedib özü üçün paltar alıb bir az mağazanın içərisində gəzişdikdən sonra kassaya yaxınlaşıb seçdiyi paltarın pulunu kassaya ödəmiş və aldığı paltarı da götürüb mağazadan çıxmışdır. Sonra o 7 saylı sərnişin avtobusuna əyləşib yaşadığı evə gedən zaman yolda əl çantasını açıb içərisindən “İPHONE-11” markalı mobil telefonunu götürmək istəyən zaman görmüşdür ki, mobil telefonu əl çantasında yoxdur. O bu zaman mobil telefonunun yadından çıxaraq “Meqa Hand” geyim mağazasında qaldığını bilib marşurutdan düşərək həmin paltar mağazasına qayıtmışdır. Mağazaya daxil olduqdan sonra o kassada əyləşmiş kassir qızlara yaxınlaşmış və onlara bir neçə dəqiqə əvvəl mağazadan alış-veriş edib çıxarkən özünə məxsus “İPHONE-11” markalı mobil telefonunun yadından çıxaraq kassa aparatının qarşısındakı piştaxtanın üzərində qalıb-qalmadığını soruşmuşdur. Bu zaman kassada əyləşmiş qız kassa aparatının yanından 02 ədəd mobil telefonu çıxarıb ona göstərərək mobil telefonunun onların içərisində olub-olmadığını soruşmuşdur. O isə ona məxsus mobil telefonun onların içərisində olmadığını bildirmişdir. Bundan sonra o mağazanın işçisi olan cavan oğlandan xahiş etmişdir ki, içəridə olan video görüntüyə birlikdə baxsınlar və onun mobil telefonunun kim tərəfindən oğurlandığını bilsinlər. O mağazanın işçiləri ilə birlikdə video görüntüyə baxdıqda ona məxsus “İPHONE-11” markalı mobil telefonunun mağazadan çıxarkən yadından çıxıb kassanın qarşısında olan piştaxtanın üzərində qaldığını və həmin zaman kassanın qarşısında olan bir nəfər təxminən 35-40 yaşlarında əynində boz rəngli idman paltarı olan şəxs tərəfindən oğurlandığını görmüşdür. Bu zaman mağazanın işçiləri olan qızlar onun mobil telefonunu oğurlayan şəxsi tanıyaraq onun Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yaşadığını və həmin ərazidə gəzdiyini bildirmişlər. Sonra o geyim mağazasının işçisi olan adını bilmədiyi qızla 45-ci məhəllə ərazisinə getmiş və satıcı qızın mobil telefonuna köçürülmüş video görüntünü orada olan sakinlərə göstərdikdə, bir nəfər vətəndaş video görüntüyə baxaraq mobil telefonunu oğurlayan şəxsi tanımış, həmin şəxsin adının Vladislov olduğunu, həmçinin yaşadığı binanı və mənzili onlara göstərmişdir. Bundan sonra o yanında olan satıcı qızın mobil telefonu ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək özünə məxsus mobil telefonunun Vladislov adlı şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə göndərilmiş 22.11.2021-ci il tarixli teleqramnan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus “İPHONE-11” markalı mobil telefon geri qaytarıldığından ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş materiallarında olan 27.10.2021-ci il tarixli təqdim etmə və ya götürmə haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs “İPHONE-11” markalı mobil telefonu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 noyabr 2021-ci il tarixli 9/7807 №-li rəyində görünür ki, “İPHONE-11” markalı mobil telefonun orta bazar qiyməti 950 (doqquz əlli) manat müəyyən edilmişdir. İş materiallarında olan 10.11.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus “İPHONE-11” markalı mobil telefonu Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X1 təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Sumqayıt şəhəri Narkoloji Dispanserin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər 1 nömrəli xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosununhesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 05 (beş) saat sərf etmişdir. Ona görə də, 30 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosununhesabına köçürülməlidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası daxilində ictimai işlər cəzası təyin olunmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut olan “İPHONE-11” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 360 (üç yüz altımış) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan “İPHONE-11” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar