Məhkəmə qərarları › İş №1(060)-128/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-128/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-128/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsili, fərdi işlə məşğul olan Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 233/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Çerekassi küçəsində köhnə yarımtikilidə yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində Sumqayıt şəhəri, Beton zavodu ərazisində 508 saylı yaşayış binasının yanında yerləşən Zərərçəkmiş şəxs məxsus “MİNİ” market adlı mağazasının qarşısına gələrək pəncərənin şüşəsini daş parçası ilə vurub sındırmaqla içəri qanunsuz daxil olaraq oradan hər biri 2.8 manat olmaqla, cəmi 56 manat dəyərində 02 blok LD markalı siqareti, hər biri 2.6 manat olmaqla, cəmi 26 manat dəyərində 01 blok ROTHMANS markalı siqareti, hər biri 2,2 manat olmaqla, cəmi 44 manat dəyərində 02 blok Palmall markalı siqareti, hər biri 3.7 manat olmaqla, cəmi 18,5 manat dəyərində 05 qutu KENT-4 markalı siqareti, hər biri 2.5 manat olmaqla, cəmi 25 manat dəyərində 01 blok VİNÇESTR nazik markalı siqareti, hər biri 2.5 manat olmaqla, cəmi 10 manat dəyərində 04 qutu VİNÇESTR kompakt markalı siqareti, hər biri 1,90 manat olmaqla, cəmi 19 manat dəyərində 01 blok ARQO markalı siqareti, hər biri 2.1 manat olmaqla, cəmi 6.3 manat dəyərində 03 qutu MAGNA markalı siqareti, hər biri 2.3 manat olmaqla, cəmi 23 manat dəyərində 01 blok Want markalı siqareti, hər biri 3.4 manat olmaqla, cəmi 17 manat dəyərində 05 qutu Winston markalı siqareti, 50 manat dəyərində 30 ədəd “XRUSTİN” kartof cipsiləri və 100 (bir yüz manat) məbləğində nağd pulu gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 394,80 (üç yüz doxsna dörd manat səksən) manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 02:00 radələrində Sumqayıt şəhəri, Beton zavod ərazisində yerləşən üzərində “Mini Market” yazısı olan bir mağazanın qarşısına gəlmiş, mağazanın pəncərəsindən içəri baxmış pəncərənin qarşısında xeyli sayda müxtəlif markalı siqaretlərin yığıldığını görmüş, həmin siqaretləri oğurlamaq üçün yerdən daş parçası götürmüş və şüşəni sındırmış, ancaq pəncərədə dəmir barmaqlıq olduğundan içəri daxil ola bilməmiş, əlini pəncərədən içəri salaraq bacardığı qədər siqaretləri, eləcə də, “Xrustin” kartof çipsilərini və suxariləri içəridən çıxarmış özü ilə götürdüyü torbaya yığmışdır. Bundan sonra ordan uzaqlaşmış, sonradan mağazadan oğurladığı siqaretlərin sayını dəqiqləşdirdikdə, mağazadan təxminən 50 qutu müxtəlif markalı siqaret, təxminən 30 ədəd sellofan paketdə kartof cipsisi və suxarik oğurladığını müəyyən etmiş, həmin siqaretləri, kartof cipsisi və suxarikləri isə özü istifadə etmiş və heç kəsə satmamışdır. Pəncərəni əli ilə vurub sındırdığı zaman sağ əlini şüşə kəsmiş və qanı ora yayılmışdır. Tötətdiyi oğulruq əməli zamanı ona heç kəs kömək etməmiş, oğurladığım vaxt mənimlə heç kim olmamış və ona heç kim kömək etməmişdir. Həmçinin istintaq zamanı ona verilmiş dəqiqləşdirici suallara cavab olaraq bildirmişdir ki, o həmin mağazadan: 02 blok LD markalı siqareti, 01 blok ROTHMANS markalı siqareti, 02 blok Palmall markalı siqareti, 05 qutu KENT-4 markalı siqareti, 01 blok VİNÇESTR nazik və 04 qutu VİNÇESTR kompakt markalı siqareti, 01 blok ARQO markalı siqareti, 03 qutu MAGNA markalı siqareti, 01 blok Want markalı siqareti, 05 qutu Winston markalı siqareti, 100 manat məbləğində nağd pulu və təxmini 30 ədəd “XRUSTİN” markalı kartof cipsiləri və suxariləri oğurlamışdır. Vurduğu maddi ziyanı qaytarmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Beton zavod ərazisində yerləşən “Mini” adlı market özünə məxsudur, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində o mağazasnı bağlayıb evə getmiş, növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə saat 06:00 radələrində mağazaya çörəyi qəbul etməyə gəlmiş, həmin vaxt mağazanın pəncərəsi sındırıldığını və pəncərənin lap yaxınlığında olan vitrinə qoyulmuş tütün məmulatlarının oğurlandığını görmüş, daha sonra mağazaya diqqətlə baxdıqda oradan 02 blok LD markalı siqareti, 01 blok ROTHMANS markalı siqareti, 02 blok Palmall markalı siqareti, 05 qutu KENT-4 markalı siqareti, 01 blok VİNÇESTR nazik və 04 qutu VİNÇESTR kompakt markalı siqareti, 01 blok ARQO markalı siqareti, 03 qutu MAGNA markalı siqareti, 01 blok Want markalı siqareti, 05 qutu Winston markalı siqareti, 100 manat məbləğində nağd pulu və təxmini 30 ədəd 50 manat dəyərində “XRUSTİN” markalı kartof cipsilərin oğurlandığını aşkar etmişdir. Həmçinin orada oğurluq edən şəxs ona məxsus 150 manat dəyərində və 50 manat dəyərində pəncərənin şüşəsini sındırıdığını bildirmişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı Sumqayıt ŞPİ-nin 4-cü PBnə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilməmişdir. Ona görə də, təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/596R saylı rəyindən görünür ki, 11 03.2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X2 məxsus “ Mersedes GL-450” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş 02 ədəd qan nümunəsi və xx.xx.2022-ci il tarixdə Suqmqayıt şəhəri, Betanzavod ərazisi, ev 508 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus evin həyətində yerləşən marketdə baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş qan nümunəsi Təqsirləndirilən şəxs məxsusudur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 iyun 2022-ci il tarixli 9/3884 saylı rəyindən görünür ki, eksprtiza təyini haqqında qərarın təsviri hissəində götərilən 10 adda malların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 244,80 manat müəyyən edilri. Digər “Xrusitin” kartof cipslər və suxarlar haqqında kifayət qədər məlumat (istehsal yeri, çəkisi, saylı və s) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılmadı. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elanedilmiş və tutulduqda Sumqayıt ŞPİ_nin İŞnə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin 18597-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180, 181 və 186-cı maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmiş, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınaraq azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-434/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-233/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-47/2017 saylı, xx.xx.2017-ci tarixli, 1(060)-500/2022 saylı, xx.xx.2022-ci tarixli, 1(060)-223/2023 saylı, xx.xx.2023-cü tarixli hökmlərinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-47/2017 saylı, xx.xx.2017-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-500/2022 saylı, xx.xx.2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 01 (bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin1(060)- 223/2023 saylı, xx.xx.2023-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən cəzanı çəkdikdən sonra 02 (iki) il keçdikdə məhkulmuq götürülə bilər, lakin Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq edərək cinayət əməlini törətmişdir və ona görə də, Təqsirləndirilən şəxs məhkmumluğu olan şəxs kimi hesab edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-233/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 01 (bir) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-233/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəzərə alınmalı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-233/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 01 (bir) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-233/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəzərə alınsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar