Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-129/2022 27.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaqda elan edilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,680 qram olan olan narkotik vasitə heroini əldə edib üzərində saxlamış, 30 iyul 2021-ci il tarixdə saat 15:20-də Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşlarının Sumqayıt şəhər, Corat qəsəbəsində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb Sumqayıt şəhər Pİnin 1-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,050 qr., 0,128 qr., 0,143., 0,162., 0,112 qr. və 0,085 qr olan 6 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi-1,163 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, 14 avqust 2021-ci il tarixdə, saat 15 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PBnə gətirilib üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroin onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında yaşayır. Əvvəllər balıq işi ilə məşğul olsa da, sonralar heç yerdə işləməmiş və heç bir məşğuliyyəti olmamışdır. Təxminən tutulmamışdan 2 il əvvəl olardı ki, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 30 iyul 2021-ci il tarixdə yaşadığı ünvan 2-də tək olmuş və həmin gün günorta vaxtlarında Azər, Güloğlan və Şahin adlı polis əməkdaşları onun yaşadığı evə gələrək ondan özündə saxladığı narkotik maddəni təqdim etməsini tələb etmişlər. O, isə onda heç bir narkotik maddə olmadığını polis əməkdaşlarına bildirmiş, lakin polis əməkdaşları onlarla birlikdə 1-ci PB-nə getməli olduğunu demişlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə getmiş və orada Azər və Güloğlan adlı polis əməkdaşları ona hədə-qorxu gələrək ona narkotik maddə vermişlər və həmin narkotik maddəni üzərində saxlamasını və çəkiliş zamanı üzərindən çıxarıb təqdim etməsini bildirmişlər. O, da qorxduğu üçün həmin polis əməkdaşları ilə razılaşaraq həmin narkotik maddəni üzərində saxlamış və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman üzərindəki narkotiki təqdim etmişdir. Bundan başqa o, 14 avqust 2021-ci il tarixdə ünvan 2də tək olmuş və həmin gün saat 15 radələrində yenə də həmin polis əməkdaşları, yəni Azər, Güloğlan və Şahin adlı polis əməkdaşları onun yaşadığı evə gələrək ondan özündə saxladığı narkotik maddəni təqdim etməsini tələb etmişlər. O, isə onda heç bir narkotik maddə olmadığını polis əməkdaşlarına bildirmiş, lakin polis əməkdaşları onlarla birlikdə 1-ci PB-nə getməli olduğunu demişlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə getmiş və orada Azər adlı rəis müavini vəzifəsində işləyn polis əməkdaşı ona hədə-qorxu gələrək ona narkotik maddə vermiş və həmin narkotik maddəni üzərində saxlamasını və çəkiliş zamanı üzərindən çıxarıb təqdim etməsini bildirmişdir. O, da qorxduğu üçün həmin polis əməkdaşı ilə razılaşaraq həmin narkotik maddəni üzərində saxlamış və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman üzərindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Hər iki videoçəkliş zamanı həmin narkotik maddələrin ona məxsus olduğunu bildirmiş və bu barədə ona təqdim olunmuş müdafiəçilərin suallarına cavab olaraq həmin narkotik maddələrin ona məxsus olduğunu demişdir. O, həmin narkotik maddələrin ona polis əməkdaşları tərəfindən verilməsi ilə bağlı, nə müstəntiqə, nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora nə də ki, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə işə baxan hakimə bu barədə deməmiş və heç bir orqana bu barədə şikayət etməmişdir. Adlarını qeyd etdiyi polis əməkdaşları onu döyməmiş, yalnız sözlə hədə qorxu gəlmişdir. O narkotik istifadəçisi olmuş və heroindən istifadə etmiş, narkotiki tanımadığı şəxslərdən əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə etməsinə görə peşman olduğunu, lakin heç bir vaxt narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. Heç yerdə işləmir və heç bir məşğuliyyəti yoxdur. Təxminən 2 il olar ki, narkotik vasitələrdən istifadə edir. Polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 2-3 gün öncə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, 3-cü mikrorayon dairəsində olduğu zaman üzdən tanıdığı lakin, adını bilmədiyi bir nəfərlə rastlaşmışdır. Söhbət zamanı həmin şəxs üzərində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni satmaq istədiyini bildirmişdir. O narkotik vasitə istifadəçisi olduğuna görə həmin narkotik vasitəni almaq qərarına gəlib həmin şəxsdən narkotik vasitəni neçəyə satmasını soruşmuşdur. Həmin şəxs isə cavabında “kakos” kimi tanınan təxminən bir qrama yaxın narkotik vasitə heroini 30 manat satdığını bildirmişdir. O həmin şəxslə razılaşıb narkotik vasitələri bir neçə büküm halında ondan almışdır. Həmin şəxsdən aldığı narkotik vasitədən bir neçə bükümünü istifadə etmiş, qalan 6 bükümünü isə üzərində gəzdirmişdir. 30 iyul 2021-ci il tarixdə, saat 15:18-də yaşadığı ünvan 2 ünvanının yaxınlığında olan zaman ona polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim edib ondan da özünü təqdim etməsini xahiş etmişlər. O özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğun üçün saxlanıldığı izah edilmiş, daha sonra saxlanıldığı yerdə müvafiq şərait olmadığından sənədləşməni davam etdirmək və üzərində şəxsi axtarış keçirmək üçün ərazi aidiyyəti üzrə Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsinə dəvət olunmuş və o buna etirazının olmadığını bildirmişdir. Bundan sonra o xidməti avtomobilə əyləşdirilmiş və polis əməkdaşlarının müşayəti ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Bölmədə xidməti otaqların birində Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 və polis əməkdaşlarının iştirakları ilə üzərində qanunsuz saxladığı əşyaları təqdim etmək təklif olunmuşdur. Bundan sonra o sağ əli ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 6 (altı) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan “kakos”u, yəni heroini çıxardaraq təqdim etmişdir. Ondan qeyd edilən narkotik vasitəyə bənzər kütlənin nə olduğunu, haradan, kim və ya kimlərdən əldə etdiyi və həmin kütlələrin müqabilində nə qədər ödəniş etdiyi, hansı məqsədlə üzərində gəzdirdiyi soruşulduqda o, həmin kütlənin narkotik vasitə olan “kakos” olduğunu, Bakı şəhəri, 3-cü mikrorayon dairəsində tanımadığı şəxsdən 30 (otuz) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və ümumi sayı 6(altı) büküm olmaqla, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 1-ci bükümün 0,24 qram, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 2-ci bükümün 0,26 qram, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 3-cü bükümün 0,30 qram, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 4-cü bükümün 0,26 qram, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 5-ci bükümün 0,30 qram və 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 6-cı bükümün 0,19 qram olması müəyyən olunmuşdur. Daha sonra vəkili X2 iştirakı ilə üzərindən aşkar edilərək götürülmüş 6 ədəd qeyd etdiyi bükümlər qablaşdırılaraq götürülmüşdür. Bundan başqa 14 avqust 2021-ci il tarixdə bədənində ağrılar olduğu üçün narkotik vasitə heroin almaq qərarına gəlmiş və bu məqsədlə Bakı şəhərinə getmişdir. Orada üzdən tanıdığı, lakin adını və şəxsiyyəti barədə digər məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsı üçün 30 manat müqabilində 1 büküm narkotik vasitə heroin almışdır. Aldığı heroini ürəyi istədiyi vaxt istifadə edə bilməsi üçün üzərində gəzdirməyə başlamışdır. Həmin gün yəni 14 avqust 2021-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməsini xahiş etmişlər. O polis əməkdaşlarının dəvəti ilə 1-ci PB-nə gəlmişdir. Orada ona hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçi seçmək üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O həmin siyahıda olan müdafiəçi X4 hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Müdafiəçi Qoşqar Abbasov ona təqdim olunduqdan sonra ona üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyduğu 1 ədəd bükümdə narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan bükümün içərisində nə olduğunu soruşduqda o həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin heroini 14 avqust 2021-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitə heroin ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin, 1-ci PBnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə düşmənçilik və ya ədavət münasibəti olmamışdır. 14.08.2021-ci il tarixdə ona Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 303 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuşdur. Məlumat raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyi üçün o da əlavə edilmişdir. Odur ki, həmin gün yəni 14.08.2021-ci il tarixdə saat 15:40 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerdə yəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində pusqu qurmuşlar. Müşahidə zamanı Təqsirləndirilən şəxs əlamətlərinə oxşar bir nəfər şəxsin gəldiyini görüb yaxınlaşıb və saat 15:55-də həmin şəxsi saxlamışlar. Onlar özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib həmin şəxsdən özünü təqdim etməsini tələb etmişdirlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olacağlarını bildirib, həmin şəxsə etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşdirmişdirlər. Bir neçə dəqiqəyə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının həyətinə çatmışlar. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də təhqiqatçı Elşad Məmmədov xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 1-ci PB-nə gətirildiyini demişdir. Daha sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişdir. Azərbaycan Respublikası CPM-nin 90cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 təyin olunduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd polietilen sellofanda olan bükümü çıxardaraq təqdim etmişdir. Təhqiqatçının müvafiq suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə “kakos”olduğunu, 14.08.2021-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən 30 manata aldığını, və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni tərəziyə qoyub çəkən zaman həmin maddənin polietilen sellofan ilə birlikdə çəkisinin 1,27 qram olduğu müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs vəkili Qoşqar Məmmədov sonuncudan saxlanılarkən hər hansı bir fiziki zor tətbiq olunması və həmin bükümün nə üçün olduğu barədə soruşduqda Təqsirləndirilən şəxs heç bir fiziki zor tətbiq olunmadıqını və şəxsi istifadəsi üçün aldğını bildirmişdir. Bundan sonra sonuncunun üzərindən aşkar olunmuş bükümləri Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Bununla bağlı protokolllar tərtib olunub, protokollar o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Eləcə də o, ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə əməliyyat məlumatları daxil olduğunu, lakin keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı həmin şəxsin kimə hansı miqdarda nəyin qarşılığında narkotik vasitə satmasını müəyyən etmək mümkün olmadığını, əgər narkotik vasitə satdığı şəxs müəyyən edilərsə dərhal bu barədə istintaqa məlumat verəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs kiməsə narkotik satması müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə baxışında göstərdikləri həqiqəti əks etdirməmiş və özünü müdafiə xarakterli olmuş, sonuncuya o və digər polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq, qeyri insani rəftar olmamış, təqsirləndirilən şəxs istər saxlanılan zaman, istərsə də üzərinə şəxsi axtarış keçirilən zaman əməlini etiraf etmişdir. Məhkəmədə şahidlər Sumqayıt ŞPİ-nin, 1-ci PB-nin əməkdaşları Şahid5 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxsiə düşmənçilik və ya ədavət münasibəti olmamışdır. 30.07.2021-ci il tarixdə ona Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 303 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuşdur. Məlumat raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyi üçün o da əlavə edilmidir. Odur ki, həmin gün yəni 30.07.2021-ci il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerdə yəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində pusqu qurub və ətrafı müşahidə etməyə başlamışdırlar. Müşahidə zamanı 30.07.2021-ci il tarixdə saat 15:18-də Təqsirləndirilən şəxs əlamətlərinə oxşar bir nəfər şəxsin gəldiyini görüb yaxınlaşıb və saat 15:20-də həmin şəxsi saxlamışdırlar. Onlar özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib həmin şəxsdən özünü təqdim etməsini tələb etmişdirlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olacağlarını bildirib, həmin şəxsə etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşdirmişdirlər. Bir neçə dəqiqəyə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının həyətinə çatmışlar. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də təhqiqatçı Elvin Allahquliyev xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 1-ci PB-nə gətirildiyini demişdir. Daha sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişdirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər Regioanl Vəkil Bürosunun vəkili X2 təyin olunduğunu bildirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs vəkili Fərhad Məmmədov sonuncudan saxlanılarkən hər hansı bir fiziki zor tətbiq olunması barədə soruşduqda Təqsirləndirilən şəxs heç bir fiziki zor zor tətbiq olunmadıqını bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini bildirib və Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 06 ədəd gümüşü rəngli siqaret kağızında olan bükümləri çıxardaraq təqdim etmişdir. Təhqiqatçının müvafiq suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitənin “kakos”olduğunu, Bakı şəhəri, 3-cü mikrorayon dairəsində tanımadığı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər bükümləri ardıcıllıqla tərəziyə qoyulub çəkilən zaman həmin bükümlərin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisinin, 1-ci büküm 0,24 qram, 2-ci büküm 0,26 qram, 3-cü büküm 0,30 qram, 4-cü büküm 0,26 qram, 5-ci büküm 0,30 qram, 6-cı büküm isə 0,19 qram olduğu müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirib və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra sonuncunun üzərindən aşkar olunmuş bükümləri Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Bununla bağlı protokolllar tərtib olunub protokollar o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə əməliyyat məlumatları olsa da, lakin keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı həmin şəxsin kimə hansı miqdarda nəyin qarşılığında narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə baxışında göstərdikləri həqiqəti əks etdirməmiş, həmin ifadə özünü müdafiə xarakterli olmuş, sonuncuya o və digər polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq, qeyri insani rəftar olmamış, təqsirləndirilən şəxs istər saxlanılan zaman, istərsə də üzərinə şəxsi axtarış keçirilən zaman əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxsi evində deyil, Corat qəsəbəsi ərazisində saxlamışlar. Məhkəmədə şahidlər Sumqayıt ŞPİ-nin, 1-ci PB-nin əməkdaş Şahid5 Şahid3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dəvət olunaraq dindirilmiş X6 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində göstərdi ki, o, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsində rəis müavini vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Lakin, Təqsirləndirilən şəxs və onun Ruslan adlı qardaşının narkotik maddələrin qanunsuz dövrüyyəsi, əldə etmələri və üzərlərində saxlamaları barədə xidmət etdiyi polis bölməsinə məlumatlar daxil olmuşdur. Lakin, dəqiq fakt olmadığı üçün əməliyyat tədbir həmin vaxt keçirilməmişdir. Aparılan proflaktiki söhbətlər zamanı, dəqiq tarixni xatırlamır o, Təqsirləndirilən şəxs bununla bağlı söhbət etmiş və ona qanunsuz əməllərdən əl çəkməsini, normal həyat yaşamasını izah etmişdir. Dəqiq tarixi xatırlamır, Təqsirləndirilən şəxs polis əməkdaşları saxlayaraq polis bölməsinə gətirəndə onu bölmədə görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində narkotik maddə olan heroin aşkar olunmuşdur. Lakin, o, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində və ya onun saxlanılması üçün keçirilmiş əməliyyat tədbirində iştirak etməmiş, bu barədə ona həmin vaxt bölmə rəisini əvəz etdiyi üçün polis əməkdaşları ona məruzə etmişlər. Onun tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir təzyiq və ya təsir göstərilməmiş və yaxud ona hər hansı bir narkotik maddə verməmişdir. Təqsirləndirilən şəxs bu barədə dedikləri özünü müdafiə xarakteri daşıyır, həqiqəti əks etdirmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 30.07.2021 və 14.08.2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid5 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.08.2021-ci il tarixli, 6/3517 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş .....” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,163 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir. (heroinin ümumi təmiz çəkisi-1,163 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,113 qram). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02.11.2021-ci il tarixli, 6/4479 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş .....” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,163 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə üzərində “Azərbaycan Resublikasl Daxili İşlər Nazirliyi Zərflər üçün № 125” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış altı ədəd bükümdə ümumi təmiz çəkisi 0,680 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər eyni tərkiblidirlər. (1№li zərfdəki heroinin təmiz çəkisi-1,113 qram, tədqiqata sərf olundu-0,050 qram, qalıq-1,063 qram, 2№li zərfdəki heroinin təmiz çəkisi-0,560 qram, tədqiqata sərf olundu-0,120 qram, qalıq-0,440 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 09.10.2021-ci il tarixli, 3864 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindorumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün 06 bükümdə olmasından başqa onun aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni və psixotrop maddəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız onun özünün etirafına və narkotik vasitənin 6 bükümdə olmasına istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəsini əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmiş, məhkəmə iclasında isə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni həm satış, həm də istifadə etmə məqsədi ilə əldə etməsini təkzib etməklə yanaşı, həmin narkotik vasitəni ona polis əməkdaşları Şahid2 və A.Şahbazov tərəfindən verilməsini bildirmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədi ilə onun tərəfindən 6 ədəd ayrı-ayrı bükümlərə yerləşdirilməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir. Çünki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü ümumiyyətlə təqsirli bilməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışındakı ifadəsinə tənqidi yanaşmaqla ibtidai istintaqda vermiş olduğu ifadəsini daha inandırıcı hesab etməklə işin faktiki hallarına uyğun olduğu fikrinə gəlir və onu sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, onun narkotik maddələrin istifadəçisi olmasını bir daha möhkəmləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar kimi cinayətlərin təkrar törədilməsi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 17.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 30.07.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2021-ci il tarixli 4(060)-375/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş, 01.08.2021-ci il tarixdə ibtidai istintaq orqanının qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, ********* nömrəli cinayət işi üzrə 14.08.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 16.08.2021-ci il tarixli ibtidai istintaq orqanının cinayət işinin bir icraatda birləşdirilməsi və törədilməsi müəyyən edilən cinayət əməllərinin hüquqi tövsifi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə ilə istintaq davam etdirilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 4(060)-406/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 14 avqust 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətində, yəni 14.11.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 10.11.2021ci il tarixli 4(060)-597/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün, yəni 14 noyabr 2021-ci il tarixdən hesablanmaqla 29.11.2021-ci il tarixədək uzadılmış, eyni məhkəmənin 25.11.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 14 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 1,673 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 211 (iki yüz on bir) manat, 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli (iş № 1(060)-766/2021) qərarını icra edərək, 22 noyabr 2021-ci il tarixli 1448/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 14 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 1,673 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 211 (iki yüz on bir) manat, 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-129/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-129/2022
27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver