Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-129/2024 25.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Ukrayna Respublikasının Lvov şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum edilməmiş, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, Yataqxana 15, məhəllə 15, ev 42, otaq 111-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 07 dekabr 2020-ci il tarixdən başlayaraq 13 dekabr 2010-cu il tarixdə anadan olmuş X2, 03 sentyabr 2012-ci il tarixdə anadan olmuş X3 və 01 fevral 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 150,00 manat, ümumilikdə cəmi 450,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(060)-1452/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 3(060)-1931/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 01 avqust 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 02 oktyabr 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 13.240,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, yaşadığı Sumqayıt şəhərinin müxtəlif yerlərində fərdi olaraq ev tikinti təmiri işləri ilə məşğul olur və gündəlik gəliri orta hesabla 15,00 - 20,00 manat müqabilində təşkil edir. 2010-cu ilin mart ayının 8-də Zərərçəkmiş şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 2011-ci ildə rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 13 dekabr 2010-cu il tarixdə Şahanə adlı, 03 sentyabr 2012-ci il tarixdə Adəm adlı və 01 fevral 2016-cı il tarixdə Əli adlı üç övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2021-ci ilin əvvəllərində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs üç azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan az müddət keçməsinə baxmayaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ondan boşanmağa görə və üç azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün 2021-ci ilin yay aylarında aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə qətnaməsi nikahları pozulmuş, həmşinin 07 dekabr 2020-ci il tarixdən başlayaraq 13 dekabr 2010-cu il təvəllüdlü Şahanə Şükürzadənin, 03 sentyabr 2012-ci il təvəllüdlü Adəm Şükürzadənin və 01 fevral 2016-cı il təvəllüdlü Əli Şükürzadənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 150,00 manat, ümumilikdə cəmi 450,00 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 09 iyun 2021-ci il tarixli 2(060)-1452/2021 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün barəsində icra məmuru tərəfindən müxtəlif vaxtlarda inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərarı ilə o, 500,00 manat məbləğində inzibati qaydada cərimə və 22 iyul 2022-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. O, məhkəmə qətnaməsi üzrə 1.610 manat məbləğində ödəniş etmişdir. Qalan 13240,00 manat borcu isə maddi vəziyyəti imkan vermədiyi üçün ödəyə bilməmişdir. Ödənişi həmçinin ona görə etməmiş ki, keçmiş həyat yoldaşı uşaqlaral onun görüşünə imkan verməmişdir. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi Sumqayıt şəhəri, 3-cü mkr ərazisində yerləşən kişi bərbərxanası ona məxsus deyil, anası Almaz Şükürovaya məxsusdur və anası həmin yeri icarəyə vermişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında 300 manat ödəniş etməsini və bundan sonra da hər ay 300 manat ödəniş edəcəyini bildirirək qeyd edilən halların nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyni qeyd etsə də, onun təqsirli olması həm öz ifadəsinin məzmunu, həmçinin zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2010-cu ilin mart ayının 8-də Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşlar və nikahları 2011-ci ildə rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlardan 13 dekabr 2010-cu il tarixdə Şahanə adlı, 03 sentyabr 2012-ci il tarixdə Adəm adlı və 01 fevral 2016-cı il tarixdə Əli adlı üç övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamalarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması, həmçinin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığı üçün məcburiyyət qarşısında qalaraq 2021-ci ilin əvvəllərində üç azyaşlı uşaqlarını götürərək valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra üç maddi cəhətdən çətinlik çəkdiyinə görə nikahın pozulması və aliment puluna görə 2021-ci ilin yay aylarında Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəməsi tərəfindən nikahları ləğv olunaraq 07 dekabr 2020-ci il tarixdən başlayaraq 13 dekabr 2010-cu il təvəllüdlü X2, 03 sentyabr 2012-ci il təvəllüdlü X3 və 01 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 150,00 manat, ümumilikdə cəmi 450,00 manat məbləğində pulun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 09 iyun 2021-ci il tarixli, 2(060)-1452/2021 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ona ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində bir neçə dəfə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə və 22 iyul 2022-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin edilmişdir. Məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə ona 1.610 manat məbləğində ödəniş etmiş və 03 oktyabr 2023-cü il tarixədək 13.240,00 manat məbləğində qalıq borcu qaldığını bildirmişdir. Göstərilən halları nəzərə alaraq aliment pulunun ödənilməsi üçün tədbirlər görülməsini və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(060)-1452/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən verilmiş 10 iyun 2021-ci il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs 07 dekabr 2020-ci il tarixdən başlayaraq 13 dekabr 2010-cu il təvəllüdlü X2, 03 sentyabr 2012-ci il təvəllüdlü X3 və 01 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər uşağa görə 150,00 manat, ümumilikdə 450,00 manat sabit pul məbləğində aliment tutulaqraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra vərəqəsi 14 iyun 2021-ci il tarixdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və həmin tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilərək müvafiq icra hərəkətlərinə başlanılmış və borcluya 16 iyun 2021-ci il tarixdə müvafiq bildiriş təqdim edilmişdir. 26 iyul 2021-ci il tarixdə tələbkar Zərərçəkmiş şəxs İdarəyə ərizə ilə müraciət edərək həmin tarixə qədər toplanmış 3600,00 manat aliment üzrə borcun ödənilməsi istiqamətində zəruri icra tədbirlərinin görülməsini xahiş etmişdir. İcra məmurunun çağırışı ilə 05 avqust 2021-ci il tarixdə alimentə görə toplanmış borcun İdarəyə gələn borclu Təqsirləndirilən şəxs ödənilməsi tələb edilmiş, lakin o, maddi durumunun çətin olduğunu, borcu ödəməyə imkanı olmadığını, qısa müddət ərzində ödəniş etməyə başlayacağını bildirmişdir. Toplanmış borcun ödənilməsi tələbi üzürlü səbəb olmadan yerinə yetirilmədiyi səbəbindən icra məmuru tərəfindən 05 avqust 2021-ci il tarixdə borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edimiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 3(060)-2635/2021 saylı qərarı ilə inzibati xəta tərkibi olmadığından protokol təmin edilməmişdir. Sonrakı müddət ərzində toplanmış borc və aylıq aliment ödənilmədiyinə görə icra məmuru tərəfindən 10 sentyabr 2021-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması məqsədilə müvafiq təqdimat tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 8(060)-611/2021 saylı qərardadı ilə təqdimat təmin edilmiş və qüvvəyə mindikdən sonra 27 dekabr 2021-ci il tarixdə İcra Baş İdarəsinə bu barədə müvafiq məlumat vərəqəsi göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun növbəti çağırışlarına gəlmədiyinə və qeydiyatda olduğu ünvanda yaşamadığına görə icra məmuru tərəfindən 29 sentyabr 2021-ci il tarixdə barəsində axtarış qərarı qəbul edilmiş və icra olunması üçün polis orqanlarına göndərilmişdir. 11 noyabr 2021-ci il tarixdə polis orqanları tərəfindən İdarəyə gətirilmiş borclu Təqsirləndirilən şəxs həmin tarixə toplanmış 4950,00 manat aliment borcunun ödənilməsi tələb edilmiş, lakin o, ilk izahatında qeyd etdiyi ifadələrdən istifadə edərək, maddi durumu çətin olduğundan borcu ödəməyə imkanının olmadığını, qısa müddət ərzində ödəniş etməyə başlayacağını bildirmişdir. Belə olan halda 11 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində yenidən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edimiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola baxılan proses zamanı Təqsirləndirilən şəxs tərəfindən tələbkarın xeyrinə 800,00 manat ödəniş etsədə Sumqayıt Şəhər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 3(060)- 3613/2021 saylı qərarı ilə protokol təmin edilərək o, 500,00 manat məbləğində cərimə edilmişdir. Növbəti çağırışlardan yayınan borclu Təqsirləndirilən şəxs barəsində 08 fevral 2022-ci il tarixdə icra məmuru tərəfndən borclunun məcburi gətirilməsi barədə təqdimat tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmiş, həmin təqdimat Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 8(060)-172/2022 saylı qərardadı ilə təmin edilmiş və icra olunması üçün aidiyyəti üzrə polis orqanlarına göndərilmişdir. 22 iyul 2022ci il tarixdə Təqsirləndirilən şəxs polis orqanları tərəfində İdarəyə təhvil verilmiş, ondan izahatı alınaraq həmin tarixə kimi toplanmış borcun ödənilməsi tələb edilmişdir. İcra məmurunun borcun ödənilməsi tələbinə münasibət bildirərək, Təqsirləndirilən şəxs borcunu birdəfəyə ödəyə bilməyəcəyini, hər ay 400,00 - 500,00 manat ödəniş edə biləcəyini qeyd etmişdir. İcra sənədi ilə müəyyən edilmiş tələbin üzürsüz səbəbdən icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində 22 iyul 2022-ci il tarixdə yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 3(060)-1931/2022 saylı qərarı ilə inzibati xəta haqqında protokol təmin edilmiş və borclu Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbs müddəti başa çatdıqdan sonra borclu icra məmurunun çağırışı ilə darəyə gəlmiş və ondan borcun ödənilməsi bir daha tələb edilmişdir. Borclu Təqsirləndirilən şəxs tələbkarın iştirakı ilə icra məmurunun xidməti otağında keçirilən icra tədbiri zamanı o, vəd vermişdir ki, tələbkar alimentdən və toplanmış borcdan imtina etdiyi təqdirdə əvəzində istifadəsində olan əmlakı (yataqxanada adına olan otağı) tələbkarın adına keçirəcəkdir. Tələbkar təklif olunan əmlakın satış qiymətinin toplanmış borcdan və uşaqların 18 yaşı tamam olanadək ödənilməli olduğu alimentdən dəfələrlə az olduğunu əsas tutaraq, borclunun təklifindən imtina etmiş, ödənişlərin aparılmasını tələb etmişdir. Borclu tərəfindən tələb könüllü təmin edilmədiyindən məcburi icra tədbirlərinin davamı olaraq, onun əmlak və gəlirlərinin müəyyən edilməsi məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmiş, lakin adına tələbin yönəldilməsi mümkün olan hər hansı qiymətli əmlak və gəlir aşkar edilməmişdir. İstifadəsində olan əmlak (yataqxanada adına olan otaq) isə mülkiyyətində olmadığına görə tələbin həmin əmlaka yönləndirilməsi mümkün olmamışdır. Görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi yerinə yetirməməklə yanaşı, tələbkarın qanunla qorunan və məhkəmə qərarı ilə bərpa edilən hüquqlarının pozulmasına səbəb olan əməl törətmişdir. O, icra sənədi üzrə tələbin təmin edilməsi üçün bu və ya digər hərəkətləri etməli olduğu halda, qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməmiş və buna təşəbbüs belə göstərməmişdir. Onun bu cür hərəkət və hərəkətsizliyi məhkəmə qətnaməsi ilə müəyyən edilən tələbləri tələbkarın xeyrinə qərəzli olaraq icra etməməkdə ifadə olunur (məsələn istifadəsində olan yataqxanadakı otağın satışını təşkil edib əldə edə biləcəyi vəsaiti aliment üzrə toplanmış borca yönəldə bilərdi). Borclunun qərəzli hərəkət və ya hərəkətsizliyi nəticəsində qətnamə üzrə öhdəlik yerinə yetirilmədiyinə görə tələbkar 12 yanvar 2023-cü il tarixdə ərizə ilə İdarəyə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlərin görülməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs dəfələrlə inzibati məsuliyyətə cəlb olunmasına, tələbin təmin edilməsi üçün ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onun təqdimat verilən 02 oktyabr 2023-cü il tarixədək 13.240 manat borc yaranmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədinə münasibətdə onun davam edən hərəkətsizliyi, barəsində edilən inzibati tədbirdən heç bir nəticə çıxartmaması, məhkəmə qərarının icrasına düzgün münasibət göstərməməsi, onun qərəzli olmasına dəlalət edən haldır. Borclu məsuliyyəti elan olunmaqla rəsmi xəbərdar edilməsinə baxmayaraq icra sənədini icra etməməkdə davam edərək faktiki imkanlarından istifadə etməmişdir. Borclu icra işinin icrası zamanı qərəzli mövqeyini nümayiş etdirmiş, hətta bunları öz yazdığı izahatlarında da qeyd etmişdir. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, nəvəsi Zərərçəkmiş şəxs 2010- cu ilin mart ayının 8-də Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur və onların nikahları 2011-ci ildə rəsmiləşdirilmişdir. X8 birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 13 dekabr 2010-cu il tarixdə Şəhanə adlı, 03 sentyabr 2012-ci il tarixdə Adəm adlı və 01 fevral 2016-cı il tarixdə Əli adlı üç övladları dünyaya gəlmişdir. Onlar bir müddət mehriban yaşamalarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində nəvəsi Zərərçəkmiş şəxs məcburiyyət qarşısında qalaraq 2021-ci ilin əvvəllərində üç azyaşlı uşaqlarını götürərək gəlin getdiyi evdən çıxaraq onun yaşadığı ünvana gələrək himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra nəvəsi Zərərçəkmiş şəxs üç azyaşlı uşaqlarını böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə məcburiyyət qarşısında qalaraq Təqsirləndirilən şəxs boşanmağa görə və üç azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən onların nikahları pozulmuş uşaqlar görə aliment təyin edilmişdir. Lakin, Təqsirləndirilən şəxs alimenti ödəməmişdir. Maddi imkanı olsa da qərəzli olaraq ödəniş etmədiyi üçün bu hal uşaqların da maddi təminatına təsir göstərmişdir. Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 3-cü mkr ərazisində özlərinə məxsus kişi bərbərxanasında bərbərliklə məşğul olur, normal gəliri də var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, səhhəti ilə əlaqədar heç bir yerdə işləmir, dövlət tərəfindən şəhid ailəsi olduğu üçün ona verilən 600,00 manat məbləğində təqaüdlə dolanır. Təqsirləndirilən şəxs onun oğludur və oğlu Təqsirləndirilən şəxs fərdi işlərlə məşöul olaraq gündəlik təxmini 15-20 manat qazanır. Oğlu Təqsirləndirilən şəxs 2010-cu ildə Zərərçəkmiş şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və onların nikahları 2011-ci ildə rəsmiləşdirilmişdir. Onların birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından üç övladları dünyaya gəlmişdir. Oğlu Təqsirləndirilən şəxs ilə keçmiş gəlini Zərərçəkmiş şəxs bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində sonuncu 2021-ci ilin əvvəllərində üç azyaşlı uşaqlarını götürərək valideynlərinin yaşadığı ünvana getmişdir. Keçmiş gəlini daha sonra məhkəməyə müraciət etmiş, məhkəmə qərarı ilə nikahları pozulmuş və 3 uşağa görə aliment təyin edilmişdir. Aliment işi icrada lan zaman oğlu imkanı çatdığı qədər ödənişlər etmişdir, lakin maddi imkanı olmadığı üçün ödənişləri tam edə bilməmişdir. Həmçinin gəlini uşaqları da oğlu ilə görüşdürməməsi də ödənişlərin edilməsinə təsir etmişdir. O, Sumqayıt şəhərində yerləşən kişi bərbərxanasının isə oğlu Təqsirləndirilən şəxs heç bir aidiyyəti yoxdur, oğlu orada işləmir, həmin bərbərxana özünə məxsus olduğu üçün onu icarəyə vermişdir. Cinayət işinin 8-9 vərəqələrində olan 27 noyabr 2023-cü il tarixli təqdimatdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(060)-1452/2021 №-li icra sənədinə əsasən 13.240,00 manat aliment borcu üzrə ödəniş etməmişdir. Ona görə də borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məsələsi xahiş edilmişdir. Cinayət işinin 10-13-cü vərəqəsində olan Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(060)-1452/2021 saylı qətnaməsindən və 14-15-ci vərəqələrində olan eyni tarixli və nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 150 manat olmaqla ümumilikdə 450 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənillməlidir. Cinayət işinin 16-cı vərəqəsində olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İcraata başlamaq haqqında 14 iyun 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-1452/2021 №-li icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 17-ci vərəqəsində olan Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 14 iyun 2021-ci il tarixli bildirişdən görünür ki, həmin bildirişlə ona Sumqayıt şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-1452/2021 №-li icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmişdir. Qeyd edilən bildirişi Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə imzalamaqla rəsmi qaydada qəbul etmişdir. Cinayət işinin 26-cı vərəqəsində olan borclunun axtarılması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)- 1452/2021 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs axtarışı elan edilmişdir. Cinayət işinin 34-36-cı vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat inzibati cərimə olunmuşdur. Cinayət işinin 41-42-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-1452/2021 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 47-ci vərəqəsində olan Sumqayıt şəhər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-1452/2021 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs icra idarəsinə məcburi gətirilməsi qərara alınmışdır. Cinayət işinin 50-ci vərəqəsində olan borclunun axtarılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)- 1452/2021 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs axtarışı elan edilmişdir. Cinayət işinin 59-61-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada olunmuşdur. Cinayət işinin 62-ci vərəqəsində olan Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 01 avqust 2022-ci il tarixli yeni könüllü icra müddəti barədə bildirişdən görünür ki, həmin bildirişlə ona Sumqayıt şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-1452/2021 №-li icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmişdir. Könüllü icra müddəti ərzində tələbi yerinə yetirməyəcəyi halda müvafiq məsuliyyəti barədə xəbərdar edilmişdir. Cinayət işinin 20-ci vərəqəsində xx.xx.2021-ci il tarixli, 30-cu vərəqəsində xx.xx.2021-ci il tarixli, 53-55-ci vərəqələrində xx.xx.2022-ci il tarixli və 63-65-ci vərəqələrində xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsində verdiyi izahatların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-1452/2021 №-li icra sənədi üzrə qısa müddətə ödənişlər edəcəyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs kart hesabına 300 manat ödəniş edilmişdir. Cinayət işinin 138-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş İİ-ЖГ seriyalı 455357 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şükürov Camal (Təqsirləndirilən şəxs atası) xx.xx.1994-cü ildə Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsi haqqında” Qərarına əsasən ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs şəhid ailəsi üzvü olmasını və hazırki hökm qəbul edilən tarixdə 300 manat ödəniş etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə qeyd edur ki, Təqsirləndirilən şəxs şəhid ailəsi üzvü olması yüngülləşdirici hal kimi nəzərə alınsa da, eyni zamanda nəzərə almaq lazımdır ki, hazırki iş üzrə qərəzli icra edilməyən qətnamə son nəticədə üç az yaşlı uşağın hüquq və mənafelərinə toxunur, onların saxlanılmasına, maddi və digər zəruri təminatlarının lazımı qaydada təmin edilməsinə imkan vermir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və iş üzrə cəzanı yüngülləşdirən hallar azadlıqdan məhrum etmə növündə cəzanın həddi müəyyən edilərkən nəzərə alınmaldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 25 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-129/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-129/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver