Məhkəmə qərarları › İş №1(060)-129/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-129/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-129/2025 09.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X5, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 35 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1968-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni 06 (altı) ədəd şəffaf rəngli polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,268 qram, 0,181 qram, 0,175 qram, 0,157 qram, 0,209 qram, 0,179 qram və 02 (iki) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,030 qram və 0,011 qram, ümumi təmiz çəkisi 1,210 qram qəhvəyi rəngli tozşəkilli maddələr olan, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin, 03 (üç) ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,208 qram, 0,209 qram, 0,259 qram və 01 (bir) ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,202 qram, ümumi təmiz çəkisi 0,878 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış eyni tərkili psixotrop maddə - metamfetamin, o cümlədən, üzərində narkotik vasitə olan heroin izləri olan 01 (bir) ədəd ampul, 03 (üç) ədəd 2 ml-lik şpris, üzərində psixotrop maddə olan metamfetamin izləri olan 01 (bir) ədəd boru şəkilli formada bükülmüş ağ rəngli kağız parçası, həmçinin üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin izləri olan 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzini əldə edib daşıyaraq üzərində saxlamış, 26 avqust 2024-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda göstərilən tarixdə saat 12:30-da Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 4 nömrəli xəstəxananın yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasına gətirilib həmin tarixdə orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd qara rəngli cüzdanın içərisindən 05 (beş) ədəd şəffaf rəngli polietilen bükümdə, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan heroin və 02 (iki) ədəd şəffaf rəngli polietilen bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd açıq rəngli cüzdanın içərisindən 01 (bir) ədəd şəffaf rəngli polietilen bükümdə, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan heroin, 01 (bir) ədəd şəffaf rəngli polietilen bükümdə, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetamin, bundan başqa üzərində psixotrop maddə metamfetamin izləri olan 01 (bir) ədəd boru formalı ağ rəngli bükülmüş kağız parçası, üzərində narkotik vasitə heroin izləri olan 02 (iki) ədəd istifadə olunmuş tibbi şpris və 01 (bir) ədəd ampul, eləcə də, sağ əlində saxladığı üzərində “SOLİTON” sözləri yazılmış polietilen paketin içərisindən üzərində narkotik vasitə heroin izləri olan 01 (bir) ədəd istifadə olunmuş tibbi şpris və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 (bir) ədəd gümüşü rəngli üzərində heç bir marka və yazı olmayan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü narkotik vasitə istifadəçisi kimi CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. “X10” zamanı səhhətində yaranan problemlərlə bağlı narkotik vasitələr istifadə etmək məcburiyyətində qalmış və onda asılılıq yaranmışdır. Onu xəstəxananın qarşısında tutaraq polis idarəsinə gətirmişlər. Onun üzərində yalnız narkotik maddələr olmuş, tərəzi onun olmamışdır. Polis idarəsinə gətirdikdən sonra da çəkiliş olmuşdur. Üzərindən 6 büküm və 2 büküm heroin, 4 büküm də metamfetamin adlanan narkotik vasitələr aşkar olunmuşdur. Onu “bərpa” xəstəxanasının qarşısından aparmışlar. Həmin xəstəxanada başına görə müalicə alırmış, həmçinin əlilliyinin təsdiqi ilə bağlı komissiyadan keçməli idi. Həmin xəstəxanada qaldığı palata olmuş, ondan başqa bir nəfər də olmuşdur. Qaldığı palatada şpris, ampul olmuş, ampulun içərisində heroin olmuşdur. Şprisi də narkotik vastiəni qəbul etmək üçün istifadə etmişdir. Lakin nə onun üzərində, nə də palatada tərəzi olmamışdır. Narkotik vasitələri üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən əldə etmişdir. Heroini ağrılarına görə istifadə etmişdir, metamfetamini isə əvvəllər dəlixanada müalicə alarkən qəbul etdiyi dərmanların əvəzi kimi istifadə etmişdir. Onun üzərində yalnız narkotik maddələr olmuş, şpris və ampul qaldığı palatada olmuş, tərəzini isə polis əməkdaşları özləri qoymuşlar. İİİ dərəcə əlilliyi vardır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə iclasında elan edilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır, heç yerdə işləmir, hazırda barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. O, heç vaxt ruhi-əsəb xəstəliyi keçirtməmiş, bununla bağlı müalicə almamışdır. O, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bir dəfə məhkum olunmuşdur. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən 30 ilə yaxındır ki, çəkib tüstüsünü udma yolu ilə istifadə edir. О, İ Qarabağ müharibəsi iştirakçısı olmuş, müharibədən sonra kontuziya xəstəliyindən əziyyət çəkirmiş, İİ qrup əlil olmuşdur. Xəstəliyi ilə bağlı Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Xəzər bağları yaşayış massivində yerləşən 4 saylı xəstənanada müalicə almışdır. O, xx.xx.2024-cü il tarixdə səhər saat 8-9 radələrində xəstəxanadan çıxıb yaxınlıqda gəzişən zaman təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi kişi cinsindən olan şəxslə söhbət edərkən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etdiyini bildirmişdir. Bu zaman həmin şəxsə ona narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin verə biləcəyini demişdir. O, özü istifadə etmək məqsədi ilə həmin şəxsdən 130 (bir yüz otuz) manat pul müqabilində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin alıb öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin tarixdə saat 12:30 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, Xəzər bağları yaşayış massivində yerləşən 4 saylı xəstənanın yaxınlığında piyada hərəkət edən zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin X1 əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişdilər. Həmin şəxslər ondan adını və soyadını, eləcə də, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, yaxud, psixotrop maddə olub-olmadığını soruşmuşdular. O, üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin bükümləri olduğunu demişdir. Bu zaman polis əməkdaşları onlarla birlikdə Sumqayıt şəhəri Pİ-yə getməli olduğunu bildirmişdilər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Pİ-yə çatdıqdan sonra xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O, hüquqlarının, vəkil siyahısında adı olan X7 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X7 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X8 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin NMB-nın əməkdaşlarının onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlayıb avtomobilə əyləşdirərək Sumqayıt ŞPİ-nin Pİ-yə gətirdiklərini deyib üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edib, onu, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını və müdafiəçi X4 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etikdən sonra o, sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı, ondan üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə, yaxud, psixotrop maddə vardırsa təqdim etməyini xahiş etmişdir. Bu zaman o, sağ əlində saxlamış olduğu üzərində “SOLİTON” yazıları olan 01 (bir) ədəd sellofan paketi, əynində olan göy rəngli idman şalvarının sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd ağ rəngli, 01 (bir) ədəd qara rəngli cüzdanları, 01 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, həmin idman şalvarının sağ yan cibində saxlamış olduğum 01 (bir) ədəd Rotmans markalı siqaret qutusunu və 01(bir) ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim edilmiş qara rəngli pul kisəsi açılan zaman içərisində 05(beş) ədəd şəffaf sellofana, 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”-ə bənzər kütlənin, 02(iki) ədəd şəffaf sellofan bükümdə isə ağ rəngli kristal şəkilli psixtrop maddə olan “metamfetamin”ə bənzər kütlənin olduğu aşkar edilmişdir. Digər ağ rəngli cüzdan açılan zaman içərisində 01 (bir) ədəd şəffaf sellofana, 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”-ə bənzər kütlənin, 01 (bir) ədəd şəffaf sellofana, 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli psixtrop maddə olan “metamfetamin”-ə bənzər kütlənin, 01 (bir) ədəd boru formalı qatlanmış kağız parçasının, 02 (iki) ədəd istifadə olunmuş tibbi şprisin, 01 (bir) ədəd istifadə olunmuş dərman ampulasının, 01(bir) ədəd gümüşü rəngli falqanın olduğu müəyyən edilmişdir. Daha sonra üzərində “Soliton” yazıları olan sellofan paketin içərisinə baxış zamanı həmin sellofan pektin içərisində özünə məxsus olan şəxsiyyət vəsiqəsinin, 01 (bir) ədəd işləməyən “Huavei” markalı mobil telefonun, 01 (bir) ədəd göz eynəyinin, 01 (bir) ədəd paketdə limon duzu adlanan maddənin, 01 (bir) ədəd istifadə olunmuş, 05(beş) ədəd istifadə olunmamış tibbi şprislərin, 01 (bir) ədəd 5 ml həcmdə istifadə olunmamış “Novakain” məhlululunun, 01 (bir) ədəd markası olmayan işlək vəziyyətdə olan gümüşü rəngli elektron tərəzinin olduğu müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar olunmuş ümumilikdə 08(səkkiz) ədəd bükümdə olan qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “Heroin”ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf sellofan bükümlərdə olanların çəkisinin 0,39 qram, 0,39 qram, 0,53 qram, 0,37 qram, 0,38 qram, 0,42 qram, kağız bükümlərdə olan maddələrin çəkisinin 0,17 qram, 0,19 qram, həmin maddələrin birlikdə çəkisinin 2,85 qram, ümumilikdə 04(dörd) bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”-ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrdən şəffaf sellofan bükümdə olanlarının çəkisinin 0,47 qram, 0,41 qram, 0,41 qram, ağ rəngli kağız bükümdə olan maddənin çəkisinin 0,40 qram, həmin maddələrin ümumi çəkisinin 1,71 qram olduğu müəyyən edilmiş, aşkar edilmiş həmin maddələr, elektron tərəzi, istifadə olunmuş tibbi şprislər, limon duzu adlanan maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləyib qablaşdırılmış, qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələrin narkotik vasitə olan “Heroin”, ağ rəngli kristal şəkilli maddənin “metamfetamin” olduğunu, həmin maddələri tutulduğu gün xəstəxananın qarşısında tanımadığı şəxsdən 130(bir yüx otuz) manata şəxsi istifadəsi üçün aldığını, aldıqdan sonra bir qədərini istifadə etdiyini, üzərimdən aşkar olunmuş elektron tərəzini narkotik vasitəni alan zaman çəkisini müəyyən etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra o, təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bundan sonra video çəkliş dayandırılmışdır. O, üzərinizdən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə mefamfetamini aldığı şəxsi tanımamış, sonucunu ilk dəfə görmüş, həmin şəxs dolu bədən quruluşu, orta boylu, üzü saqqallı şəxs olmuşdur. Mobil nömrəsini bilməmişdir. O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. O, üzərindən aşkar olunan mobil telefonlarda olan mobil nömrələri bilməmişdir. O, aldğı narkotik vasitə olan heroini və psixotrop maddə mefamfetamini məhz siqaret kağızı və şəffaf rəngli sellofan bükümlərində ümumilikdə 12(on iki) ədəd bükümdə dozalara bölməyin, daha sonra onları elektron tərəzi ilə birlikdə üzərində saxlamağı öz istifadəsi ilə izah etmişdir. O, narkotik vasitələr qəbul etdiyini, məqsədinin həmin maddələrdən istifadə etmək olduğunu bildirmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid Sumqayıt ŞPİ-nin NBM-nın əməliyyat müvəkilli, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, şəxs 26 avqust 2024-cü il tarixdə tərəflərindən “bərpa” adlanan Sumqayıt şəhər 4 saylı xəstəxananın yanında saxlanılmışdır. Yerində baxış keçirmək imkanı olmadığından onu polis idarəsinə dəvət etmişlər və o da getmişdir. Polis idarəsində ona öz istəyi ilə vəkil də təyin olunmuşdur. Videoçəkilişlə üzərinə baxış keçirilmiş, üzərindən 8 büküm heroin, 4 büküm metamfetamin adlanan narkotik vasitələr və tərəzi aşkar edilmişdir. Bundan başqa üzərində həm istifadə olunmuş, həm də istifadə olunmamış şprislər də aşkar edilmişdir. Şəxs sorğu zamanı narkotik vasitələri 130 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Lakin əməliyyat məlumatı onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuşdur. Şəxsə qarşı heç bir təzyiq olmamışdır, çəkiliş zamanı etirazını bildirməmiş və özü bütün sənədlərə imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid Sumqayıt ŞPİ-nin NBM-nın əməliyyat müvəkilli, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 26 avqust 2024-cü il tarixdə İslam adlı şəxsin narkotik vasitələrin üzərində gəzidirilməsində, saxlanılmasında və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış, raportla rəhbərliyə məruzə olunmuşdur. Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 4 saylı xəstəxananın yaxınlığında piyada hərəkətdə olduğunu müşahidə edib yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Sağ əlində sellofan olduğunu və narkotik vasitəni üzərində daşıdığını qeyd etdi. Bu zaman onu Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmişlər və o da heç bir etiraz etmədən getmiş və narkotik vasitəni çoxdan istifadə etdiyini, aludəçisi olduğunu bildirdi. İdarədə xidməti otaqların birində çəkiliş zamanı üzərindən qablaşdırma ilə birlikdə 3 qrama yaxın heroin, 2 qrama yaxın metamfetamin, o cümlədə, şprislər, bir şprisdə məhlul formasında “novakain”, gümüşü rəngli tərəzi aşkar edilmişdir. Əməliyyat tədbirində o, Şahid2 və kömək məqsədi ilə Orxan Bayramov adlı əməkdaş iştirak etmişdir. Şahid3 xx.xx.2025-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs qarşı ifadə vermək istəmədiyindən iş üzrə şahid qismində iştirak etməyəcəkdir. Azərbaycan Respublikası CPM-nin 95.6.4-cü maddəsinə əsasən şahidin özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək hüququ vardır. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 4 saylı xəstəxananın yaxınlığında xx.xx.2024-cü il tarixdə saat 12:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 266/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - xx.xx.2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X7 təqdim olundu, daha sonra isə videoçəkilış vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü sağ əlində saxlamış olduğu üzərində “SOLİTON” yazıları olan sellofan paketi, əynində olan göy rəngli idman şalvarının sol an cibində saxlamış olduğu 1 ədəd ağ rəngli, 1 ədəd qara rəngli pul kisələrini, 1 ədəd Samsung markalı mobil telefonu, sağ yan cibində saxlamış olduğu 1 ədəd Rotmans markalı siqaret qutusunu və 1 ədəd alışqanı təqdim edərək masanın üzərinə qoydu. Təqdim edilmiş qara rəngli pul kisəsi açılan zaman içərisində 5 ədəd şəffaf sellofana, 1 ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin, 2 ədəd şəffaf sellofan bükümdə isə ağ rəngli kristal şəkilli psixtrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu aşkar edildi. Digər ağ rəngli pul kisəsi açılan zaman həmin pul kisəsinin içərisində 1 ədəd şəffaf sellofana, 1 ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin’ə bənzər maddənin, 1 ədəd şəffaf sellofana, 1 ədəd ağ rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli psixtrop maddə olan “metamfetamin”ə bənzər maddənin, 1 ədəd boru formalı qatlanmış kağız parçasının, 2 ədəd istifadə olunmuş tibbi şprisin, 1 ədəd istifadə olunmuş dərman ampulasının, 1 ədəd gümüşü rəngli falqanın olduğu müəyyən edildi. Daha sonra üzərində “Soliton” yazıları olan sellofan paketin içərisinə baxış zamanı həmin sellofan paketin içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin, 1 ədəd işləməyən “Huavei” markalı mobil telefonun, 1 ədəd göz eynəyinin, 1 ədəd paketdə limon duzu adlanan maddənin, 1 ədəd istifadə olunmuş, 5 ədəd istifadə olunmamış tibbi şprislərin, 1 ədəd 5 ml həcmdə istifadə olunmamış “Novakain” məhlulunun, 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzinin olduğu müəyyən edildi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumilikdə 8 bükümdə olan qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “Heroin”ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf sellofan bükümlərdə olanların çəkisinin 0,39 qram, 0,39 qram, 0,53 qram, 0,37 qram, 0,38 qram, 0,42 qram, kağız bükümlərdə olan maddələrin çəkisinin 0,17 qram, 0,19 qram, həmin maddələrin birlikdə çəkisinin 2,85 qram, ümumilikdə 4 bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetarnin"ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrdən şəffaf sellofan bükümdə olanlarının çəkisinin 0,47 qram, 0,41 qram, 0,41 qram, ağ rəngli kağız bükümdə olan maddənin çəkisinin 0,40 qram, həmin maddələrin ümumi çəkisinin 1,71 qram olduğu müəyyən edildi, aşkar edilmiş həmin maddələr, elektron tərəzi, istifadə olunmuş tibbi şprislər, limon duzu adlanan maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələrin narkotik vasitə olan “Heroin”, ağ rəngli kristal şəkilli maddənin “metamfetamin” olduğunu, həmin maddələri bu gün xəstəxananın qarşısında tanımadığı şəxsdən 130 manata aldığını, həmin maddələri şəxsi istifadəsi üçün aldığını, aldıqdan sonra bir qədərini istifadə eşdiyini, üzərindən aşkar olunmuş elektron tərəzini narkotik vasitəni alan zaman çəkisini müəyyən etmək üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonununcunun üzərindən aşkar edilmiş mobil telefonlar, istifadə olunmamış tibbi şprislər, “Novakain” məhlulu xüsusi qaydada qablaşdırıldı, 1 ədəd eynək, siqaret və alışqan özünə geri qaytarıldı. - Məhkəmə-kimyəvi ekspertizasının 6/4345 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 124” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan “metamfetamin”-ə, heroinə bənzər kütlələr; Təqsirləndirilən şəxs "imza” və digər ad, soyad və imzalar qeyd edilmiş 03(üç) №-li ədəd zərfdəki: 06(altı) ədəd şəffaf rəngli polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,268 qram, 0,181 qram, 0,175 qram, 0,157 qram, 0,209 qram, 0,179 qram və 02(iki) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,030 qram və 0,011 qram, ümumi təmiz çəkisi 1,210 qram qəhvəyi rəngli tozşəkilli maddələr olan, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 03 (üç) ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,208 qram, 0,209 qram, 0,259 qram və 01(bir) ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,202 qram, ümumi təmiz çəkisi 0,878 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış eyni tərkili psixotrop maddə - metamfetamindir; - 01(bir) ədəd ampul, 03(üç) ədəd 2 ml-lik şprisin içərisində heroin, 01(bir) ədəd boru şəkilli formada bükülmüş kağız parçasının içərisində metamfetamin və 01 (bir) ədəd elektron tərəzinin üzərində heroin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin və heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır; - 01 (bir) ədəd üzərində “Limon Salt” yazısı olan paketdəki ağ rəngli kristallar narkotik və psixotrop maddələrə aid olmayan - limon turşusudur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Tədqiqata ümumi 0,15 qram sərf edildikdən sonra 1,060 qram heroin, ümumi 0,12 qram sərf edildikdən sonra 0,758 qram metamfetamin qalıq qalmışdır. - Məhkəmə-tibbi ekspertizasının 1470 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. - xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, 26 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan 01 (bir) ədəd qızılı rəngli “HUAWEİ” markalı mobil telefonun zənglər və SMS-lər siyahısına, eləcə də, Qalereya bölməsinə baxış keçirən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat aşkar edilmədi. Həmçinin, mobil telefonun “Whatsapp” bölməsinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilmir. Baxış zamanı müəyyən olundu ki, həmin mobil telefon qızılı rəngli, smart ekranlı mobil telefondur. Həmin mobil telefonu açıb içərisinə daxil olduqda içərisində hər hansı mobil nömrə olmaması müəyyən edildi. Lakin “Kontakt” proqramına baxış zamanı mobil cihazın istifadəçisinin adına ***-***-**-** saylı mobil nömrə var. Bundan başqa, 26 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan 01 (bir) ədəd qara rəngli “SAMSUNG” markalı mobil telefonun zənglər və SMS-lər siyahısına, eləcə də, Qalereya bölməsinə baxış keçirən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat aşkar edilmədi. Həmçinin, mobil telefonun “Whatsapp” bölməsinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilmir. Baxış zamanı müəyyən olundu ki, həmin mobil telefon qara rəngli, smart ekranlı mobil telefondur. Həmin mobil telefonu açıb içərisinə daxil olduqda içərisində adi zənglər üçün ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin olması müəyyən edildi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir məlumat aşkar edilmədi. Bununla da baxış başa çatdı. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şahid3 qardaşı Təqsirləndirilən şəxs məxsus olmaqla istintaq zamanı sonuncunun üzərinə şəxsi axtarış aparılan zaman götürülmüş 01 (bir) ədəd yeni nəsil şəxsiyyət vəsiqəsini olduğu kimi salamat vəziyyətdə təhvil almışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli qərar ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən xx.xx.2021-ci il tarixli hökmü ləğv edilərək CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Azercell" MMC-dən daxil olmuş “CD” diskdəki Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı Azercell” mobil operatoruna məxsus mobil nömrənin ikinci “abuneciler.xlsx” adlı fayla daxil olduqda iş üçün əhəmiyyət kəsb edən hər hansı yazı, mətn, yaxud məlumat olması görsənmir. "xxxx" MMC-dən daxil olmuş "CD" diskdəki “antenna.xlsx” adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdə saat 12:17:47-də ünvan 4 ünvanında, həmçinin, xx.xx.2024-cü il tarixdə saat 11:19:22 və 11:20:54-də ünvan 5 ünvanında anten dairəsi görünür. Həmin qovluqda bundan başqa iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilmədi. - xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin video görüntüyə baxdıqda «Şəxsi axtarış və götürmə aparılması haqqında» 26 avqust 2024-cü il tarixli protokola əsasən, baxış zamanı həmin tarixdə saat 13:10-dan saat 13:38-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin X1 əməliyyat müvəkkili, polis mayoru Şahid1, həmin bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, video çəkilişi aparan Sumqayıt ŞPİ-nin KTB-nin inspektor- kriminalisti, polis mayoru X9 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxx 1968-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, evli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti otaqların birində şəxsi axtarış keçirilməsi müəyyən olunur. Çəkiliş idarənin baş təhqiqatçısı, polis mayoru X3 çıxışı ilə başlayır. Təhqiqatçı özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları və müdafiəçi özlərini təqdim edirlər. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını izah edir və ona hüquq və vəzifələri barədə bildirişi təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirişlə tanış olub heç bir etirazının olmadığını deyir. Bundan sonra təhqiqatçı vəkili təqdim edir, daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, yaxud narkotik vasitə vardırsa könüllü təqdim etməsini deyir, bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs sağ əlində saxlamış olduğu üzərində “SOLİTON” yazıları olan 01 (bir) ədəd sellofan paketi, əynində olan göy rəngli idman şalvarının sol yan cibində saxlamış olduğu O1(bir) ədəd ağ rəngli, 01 (bir) ədəd qara rəngli cüzdanları, 01 (bir) ədəd qara rəngli "Samsung markalı mobil telefonu, həmin idman şalvarının sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd Rotmans markalı siqaret qutusunu və 01 (bir) ədəd alışqanı təqdim edərək masanın üzərinə qoyur. Şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş qara rəngli pul kisəsi açılan zaman içərisində 05(beş) ədəd şəffaf sellofana, 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəng spesifik iyə malik narkotik vasitə olan “heroin”-ə bənzər kütlənin, 02(iki) ədəd şəffaf sellofan bükümdə isə ağ rəngli kristal şəkilli psixtrop maddə olan “metamfetamin”ə bənzər kütlər n olduğu aşkar edildi. Digər ağ rəngli cüzdan açılan zaman'içərisində 01(bir) ədəd şəffa* sellofana, 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkot < vasitə olan “heroin”-ə bənzər kütlənin, 01 (bir) ədəd şəffaf sellofana, 01 (bir) ədəd ağ rəng: kağıza bükülmüş ağ rəngli kristal şəkilli psixtrop maddə olan “metamfetamin”-ə bənzə kütlənin, 01 (bir) ədəd boru formalı qatlanmış kağız parçasının, 02(iki) ədəd istifadə olunmuş tibbi şprisin, 01 (bir) ədəd istifadə olunmuş dərman ampulasının, 01 (bir) ədəd gümüşü rəng falqanın olduğu müəyyən edilir. Daha sonra üzərində “Soliton” yazıları olan sellofan paket ” içərisinə baxış zamanı həmin sellofan pektin içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin, 01 (bir) ədəd işləməyən “Huavei” markalı mobil telefonun, 01 (bir) ədəc göz eynəyinin, 01 (bir) ədəd paketdə limon duzu adlanan maddənin, 01 (bir) ədəd istifadə olunmuş, 05(beş) ədəd istifadə olunmamış tibbi şprislərin, 01 (bir) ədəd 5 ml həcmdə istıfacə olunmamış “Novakain” məhlululunun, 01 (bir) ədəd markası olmayan gümüşü rəngli elektron tərəzinin olduğu müəyyən edilir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs isla' Vəliyevin üzərinə şəxsi axtarış davam etdirilir, lakin sonuncunun üzərindən əlavə qanun a qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmur. Daha sonra şübhəli şəxs İsla' Vəliyevin üzərindən aşkar olunmuş ümumilikdə 08(səkkiz) bükümdə olan qəhvəyi rəng:; spesifik iyə malik narkotik vasitə olan “Heroin”ə bənzər maddələr tərəziyə qoyulub çəki.ər zaman həmin maddələrin şəffaf sellofan bükümlərdə olanların çəkisinin 0,39 qram, 0,39 qram 0,53 qram, 0,37 qram, 0,38 qram, 0,42 qram, kağız bükümlərdə olan maddələrin çəkisinin 0.1~ qram, 0,19 qram, həmin maddələrin birlikdə çəkisinin 2,85 qram, ümumilikdə 04(dörd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”-ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrdən şəffaf sellofan bükümdə olanlarının çəkisinin 0,47 qram, 0,41 qram, 0,41 qram, ağ rəngli kağız bükümdə olan maddənin çəkisinin 0,40 qram, həmin maddələrin ümumi çəkisinin 1,71 qram olduğu müəyyən edildi, aşkar edilmiş həmin maddələr, elektron tərəzi, istifadə olunmuş tibbi şprislər, limon duzu adlanan maddə Azərbaycan Respublikası ƏN-nin MEMnə göndərilməsi üçün Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləyib xüsusi qaydada qablaşdırılır, qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qanunla qadağan olunmuş narkotik vasitə və psixotrop maddələri 26 avqust 2024-cü il tarixdə 4 saylı şəhər xəstəxanasının qarşısında tanımadığı şəxsdən 130(bir yüz otuz) manata şəxsi istifadəsi üçün aldığını, aldıqdan sonra bir qədərini istifadə etdiyini, üzərindən aşkar olunmuş elektron tərəzini narkotik vasitəni alan zaman çəkisini müəyyən etmək üçün üzərində saxladığını bildirir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirir. Bundan sonra video çəkliş dayandırıldı. - xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş “CD” diskdəki “Mexsusluq tarixchesi_OTHER_773160514" adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı “Nar” mobil operatoruna məxsus mobil nömrənin ünvan 1 ünvanında pasport qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs adına olması müəyyən olunmuşdur. "xxxx" MMC-dən daxil olmuş, “CD” diskdəki “Mexsusluq tarixchesi_OTHER_773604393" adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı “Nar" mobil operatoruna məxsus mobil nömrənin ünvan 7 ünvanında pasport qeydiyyatda olmaqla yaşayan ƏLİYEVA DÜRDANƏ ELBRUS qızının adına olması müəyyən olunmuşdur. "xxxx" MMC-dən daxil olmuş “CD” diskdəki “Mushteri zenglerinin detallashmasi_MSİSDN_773160514” adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024 tarixində saat 11:10:46-da Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 26-cı məhəllədə, həmin tarixdə saat 11:15:07-də Sumqayıt şəhəri, Azərbaycan prospekti, Sumqayıt ATS-nin yaxınlığında və həmin tarixdə saat 12:27:40-da ünvan 8 ünvanında anten dairəsi görünür. Həmin qovluqda bundan başqa iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilmədi. "xxxx" MMC-dən daxil olmuş “CD” diskdəki “Mushteri zenglerinin detallashmasi_MSİSDN_773604393” adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024 tarixində hər hansı anten dairəsinin olmaması müəyyən olundu. "xxxx" MMC-dən daxil olmuş “CD” diskdəki Təqsirləndirilən şəxs istifadəsində olan müvafiq olaraq ***-***-**-** və ***-***-**-** saylı "xxxx" mobı operatoruna məxsus mobil nömrələrin beşinci “SMS detallashmasi_MSİSDN_773160514'’ və altıncı “SMS detallashmasi_MSİSDN_773604393” adlı fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edən hər hansı yazı, mətn, yaxud məlumat olması görsənmir. "xxxx" MMC-dən daxil olmuş “CD” diskdəki Təqsirləndirilən şəxs istifadəsində olan müvafiq olaraq ***-***-**-** və ***-***- **-** saylı "xxxx" mob operatoruna məxsus mobil nömrələrin yeddinci “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_773160514” adlı və səkkizinci “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_773604393” adlı fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edən hə' hansı yazı, mətn, yaxud məlumat olması görsənmir. - Məhkəmə-narkoloji ekspertizasının 6084 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Sumqayıt şəhər Məhkəməsinin 4(060)-306/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi haqqında vəsatət təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)-113/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 4(060)-306/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. -xx.xx.2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin X1 əməliyyat müvəkkili, polis mayoru Şahid1 və həmin bölmənin digər əməliyyat müvəkkili, polis kapitanı Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı sonuncular bir daha ifadələrindəki xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdilər. - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,210 qram olan narkotik vasitə heroin, 0,878 qram psixotrop maddə olan “metamfetamin” cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxılmaqla təhqiqatdan sonrakı qalıq qalmış çəkisi 1,060 qram çəkidə narkotik vasitə olan heroin və psixotrop maddə olan “metamfetamin” saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, “şəxsi axtarış və götürmə haqqında'” 26 avqust 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 (bir) ədəd "DVD" disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının: - 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyriəmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. - 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma həmin Məcəllənin 234.2-ci maddəsinin tərkibini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (aşkar edilmiş tərəzinin, şprisin ona aidiyyətinin olmaması və heç vaxt narkotik vasitə satışı həyata keçirməməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə elektron tərəzinin ona məxsus olmasını etiraf edib, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər-hansı qanunsuz hərəkətlər edilməsi, Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiqlərə qalması halı da müəyyən edilməmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı qeydə alınmış video görüntülərdə də müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni və bir ədəd elektron tərəzini təqdim edərək ona məxsus olduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (aşkar edilmiş tərəzinin ona aidiyyətinin olmaması və heç vaxt psixotrop maddə satışı həyata keçirməməsi) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermiş, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən diskdən, məhkəmə-kimyəvi ekspertizasının rəyindən, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,060 qram çəkidə narkotik vasitə heroin, 0,758 qram psixotrop maddə “metamfetamin” və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs əlilliyi ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs əlilliyi ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,060 qram çəkidə narkotik vasitə heroin, 0,758 qram psixotrop maddə “metamfetamin” və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar