Məhkəmə qərarları › İş №1(060)-13/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-13/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-13/2024 17.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri 2-ci mikrorayon ev 17/21V, mənzil 47-də qeydiyyatda olmaqla, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Sevda adlı xalası qızının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləməsini və onun vasitəsi ilə müxtəlif şəxslərə pensiya və sosial yardım düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə Zərərçəkmiş şəxs1 anası Şahid1 dayandırılmış təqaüdünün bərpa olunmasını həll edəcəyinə, həmçinin digər tanışlarının vasitəsi ilə Zərərçəkmiş şəxs1 “B” kateqoriyalı sürücülük vəsiqəsi alınmasını həll edəcəyinə dair yalan vəd verib aldadaraq həmin işlərin görülməsi müqabilində Zərərçəkmiş şəxs1 anasının işinə görə 15 may 2021-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən “Nübar” gözəllik salonunun qarşısında 800 manat, sürücülük vəsiqəsinin alınmasına görə isə 2021-ci ilin iyun ayının əvvəllərində, günorta saatlarında Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən “Nübar” gözəllik salonunun qarşısında 50 manat, bir gün sonra həmin ünvanda 300 manat, bir gün sonra isə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Göyərçin” abidəsinin qarşısında 100 manat məbləğində nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1250 (min iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 Sevda adlı xalası qızının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləməsini və onun vasitəsi ilə müxtəlif şəxslərə pensiya və sosial yardım düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə Zərərçəkmiş şəxs2nm övladı X4 dayandırılmış təqaüdünün bərpa olunmasını həll edəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs2 15 may 2021-ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, 30-cu məhələ ərazisində yerləşən “Nübar” gözəllik salonunun qarşısında 800 manat məbləğində nağd pulu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 800 (səkkiz yüz ) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 qohumlarının yüksək vəzifədə işləməsini və onların vasitəsi ilə müxtəlif şəxslərə pensiya və sosial yardım düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncuya ünvanlı sosial yardım düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs3 2021ci ilin iyul ayının əvvəllərində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən Sumqayıt şəhər Təhsil Şöbəsinin qarşısında 500 manat, bir neçə gün sonra isə həmin ünvanda 500 manat məbləğində nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Şahid3 qohumlarının yüksək vəzifədə işləməsini və onların vasitəsi ilə müxtəlif şəxslərə pensiya və sosial yardım düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncunun əri Zərərçəkmiş şəxs4 ünvanlı sosial yardım düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs4 2021-ci ilin avqust ayının ortalarında Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Lider” kurslarının qarşısında 500 manat, bir neçə gün sonra həmin ünvanda 500 manat, 16 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “GoldQayalı” marketdə olan zaman özünə məxsus “Rabitə” bank tərəfindən emisiyya edilmiş kart hesabından Təqsirləndirilən şəxs ona göndərmiş olduğu Zakir Abuzərov adlı şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsə aid 5417 3548 0383 0642 sayh hesab nömrəsinə onlayn ödəmə üsulu ilə köçürtdüyü 100 manat məbləğində nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 1100 (min yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Sumqayıt şəhərində yerləşən “Nübar” gözəllik salonunda işləmişdir. 2021-ci ildə dəqiq tarix xatırlamadığı ayda Zeynəb adlı müştəri ilə söhbət zamanı ona yaxın qohumlarının vasitəsilə pensiya və sosial müavinət düzəltdirə bildiyini bildirərək əgər elə bir tanışları olsa ona xəbər etməsini demişdir. Həmin vaxtı Zeynəb ona anasının ağır xəstəliyi olduğuna görə bir neçə ildir ki, İİ qrup əlilliyə görə pensiya aldığını, lakin sonradan pensiyasının verilməsinin dayandırılmasını bildirərək ona köməklik edib edə bilməyəcəyini soruşmuşdur. Zeynəbə Sevda adlı şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işlədiyini və onun vasitəsilə anasının pensiyasını bərpa elətdirə biləcəyini bildirmişdir. Həmçinin Zeynəb xanım ona sürücülük vəsiqəsi alınmasına köməklik edib edə bilməyəcəyi ilə maraqlandıqda o, Zeynəbə sürücülük vəsiqəsinin də alınmasına köməklik edəcəyini və bildirmişdir. 2021-cı ilin təxminən may ayında Zeynəbdən hər iki iş üçün ümumilikdə 1250 manat pul almışdır. Həmin vaxtı Zeynəb ona bir nəfər Almaz adlı ailəvi dostlarının olduğunu və Almazın da oğlunun pensiyasının dayandırıldığını və ona köməklik etməyini xahiş etmişdir. Zeynəbə Almazın onunla əlaqə saxlamasını bildirmişdir. Almaz onunla əlaqə saxlayaraq, oğlunun dayandırılmış pensiyasının bərpa olunması məqsədilə 1500 manata, ilkin olaraq 800 manat, 3 ay sonra isə pensiya kartını alan zaman 700 manat pul verilməli olduğuna dair razılığa gəlmişlər. Bir neçə gün sonra işlədiyi “Nübar” gözəllik salonunda olan zaman Zeynəb, anası Şahid1, bacısı Şahid2 və Zərərçəkmiş şəxs2 ilə birlikdə gözəllik salonuna gəlmişlər və ona 800 manat pul vermişdir. Onlara 3 ay ərzində dayandırılmış pensiyaları bərpa elətdirəcəyini və pensiya kartlarını alacaqlarını bildirərək pensiya veriləcək plastik bank kartlarını Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən ƏƏSMN Sumqayıt şəhər Şöbəsindən götürəcəklərini bildirmişdir. Zeynəb və Almaza söz verdiyi vaxt tamam olduqdan sonra onlar zəng edərək işlə bağlı maraqlanmışdır. Onu da yalnız adını bildiyi Sevda xanım adlatdığından pulun qaytarılması məqsədi ilə Zeynəb və Almaza müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Bundan başqa 2021-ci ilin iyul ayının sonradan işlədiyi “Nübar” gözəllik salonuna gələn Səadətlə ünsiyyyət yaranmış və ona ailə üzvlərinin yüksək vəzifələrdə işlədiyini bildirərək vəzifəli şəxslərlə əlaqəli olduğunu, tanışları vasitəsilə sosial yardım və pensiya düzəldilməsinə köməklik edə biləcəyini demişdir. Səadət üç azyaşlı uşaqlarının olduğunu, özünün və ərinin heç bir yerdə işləmədiyini bildirmişdir. Səadətə köməklik edərək ünvanlı sosial yardım düzəldə biləcəyini demişdir. Bunun müqabilində Səadətə 1000 manat pul verməli olduğunu bildirmişdir. Səadətə də bu işi ƏƏSMN-də işləyən Sevda adlı şəxsin vasitəsilə düzəldəcəyini bildirmişdir. Səadətdən ona inanması üçün özünün, ərinin və uşaqlarının şəxsiyyət vəsiqələrinin, həmçinin nikah haqqında şəhadətnaməsinin surətini verməli olduğunu bildirmişdir. Bir neçə gün sonra Sumqayt şəhər Təhsil Şöbəsinin qarşısında Səadət ilə görüşmüş ondan 500 manat pul və dediyi sənədlərin surətlərini almışdır. Təxminən iki gün sonra Sumqayıt şəhər Təhsil şöbəsinin qarşısında Səadət ilə görüşərək ondan əlavə 500 manat da pul almışdır. 2021-ci ilin avqust ayının əvvəllərində Səadət ilə əlaqə saxlayıb uşağının xəstə olduğuna görə ona borc pul verməsini xahiş etmiş və Səadət ona 1000 manat borc pul vermişdir. Səadətə dediyi müddət başa çatdıqdan sonra o, sosial yardım ilə bağlı maraqlanmağa başlamışdır. Lakin hər dəfə ona müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Səadətdən iş düzəldilməsi üçün 1000 manat pul almışdır. Bundan başqa 2021-ci ilin avqust ayının ortalarında sonradan adını bildiyi Şahid3 adlı şəxs ona zəng edərək sosial yardım düzəltməyini xahiş etmişdir. Elnarə ona Aidə adlı qonşusundan nömrəni əldə etdiyini bildirmişdir. Aidə adlı qadını da gözəllik salonuna gələn zaman görmüş və özünü ona yüksək vəzifəli şəxslərin qohumu kimi tanıtmışdır. Elnarə ona iki azyaşlı uşaqlarının olduğunu, ərinin və özünün heç bir yerdə işləmədiyini bildirərək onlara sosial yardım düzəltməyini xahiş etmişdir. O da Elnarəyə sosial yardım düzəldə bilməsi üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. Elnarə onunla razılaşmış və 2021-ci ilin avqust ayının ortalarında Elnarənin əri Ruslan adlı şəxslə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Lider” kurslarının qarşısında görüşərək ondan 500 manat pul almışdır. Bundan bir neçə gün sonra Ruslan ilə həmin yerdə, yəni “Lider” kurslarının qarşısında görüşərək qalan 500 manatı pulu almışdır. 2021-ci ilin təxminən sentyabr ayında Elnarə ilə əlaqə saxlayaraq sənədləşmə işində problem yarandığı üçün 300 manat əlavə pul lazım olduğunu demiş, Elnarə əri ilə danışıb cəmi 100 manat pul verə biləcəyini bildirmişdir. Özündə olan tanışı Zakir Abuzarov adlı şəxsin adına olan hazırda xatırlamadığı nömrəli plastik kartın fotoşəkilini Elnarəyə göndərərək 100 manat pulu həmin karta göndərməyini bildirmişdir. Elnarə göndərdiyi kart hesabına 100 manat pul köçmüşdür. Hazırda Zərərçəkmiş şəxs1 600 manat, Zərərçəkmiş şəxs2 100 manat, X3 500 manat, Zərərçəkmiş şəxs4 550 manat borcu qalmışdır. Qalan borcları da hissə-hissə ödəyir. Himayəsində azyaşlı və körpə uşağı vardır. Əməlindən peşmandır. Məhkəmədən barəsində ən yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Günayı 2021-ci ilin may ayında Sumqayıt şəhəri ərazisində 30-cu məhəllədə yerləşən “Nübar” gözəllik salonunda olduğu zaman tanımışdır. Həmin vaxtı Günay həmin salonda gözəllik ustasının köməkçisi işləmişdir. Günay salondakı müştərilərə xidmət göstərən zaman özünün vəzifəli qohumlarının olduğunu və onların vasitəsilə pensiya, sosial müavinət, hətta sürücülük vəsiqəsi düzəldə biləcəyini bildirmişdir. Anası Şahid1 uzun illər əvvəl evdə olarkən yıxılmış və kəllə beyin travması almışdır. Anası xəstəliyinə görə əvvəllər pensiya alsa da sonradan pensiyası dayandırılmışdır. Bir neçə dəfə müraciət etsələr də anasının pensiyasının düzəlməsi mümkün olmamışdır. Günay ilə salonda söhbət edən zaman ona təklif etmişdir ki, əgər elə bir tanışları varsa onlara pensiya və sürücülük vəsiqəsi düzəltməsinə köməklik edə bilər. Günaya anasının kəllə beyin travması aldığını və bununla bağlı xəstəxanalarda müalicə oldunduğunu bildirmişdir. Günay anasının İİ qrup xəstəliyə görə pensiyasını bərpa elətdirəcəyini və anasının hər ay 250 manat pensiya alacağını demişdir. Günay bunun müqabilində ona 1500 manat pul verməli olduğunu demişdir. Günay ilə 800 manat pul müqabilində anasının pensiyasını bərpa elətdirəcəyi barədə razılığa gəlmişlər. Günay ona ilkin olaraq 800 manat ona verdikdən sonra 3 ay sonra pensiya kartını əldə etdikdə isə qalan 700 manat pulu ona verməli olduğunu bildirmişdir. Eyni zamanda ona sürücülük vəsiqəsi lazım olduğundan bu işdə köməklik edib edə bilməyəcəyini ondan soruşduqda Günay 450 manat pul qarşılığında ona “B” kateqoriyalı sürücülük vəsiqəsi düzəldə biləcəyini bildirmişdir. O da Günay ilə razılaşmışdır. Pensiya ilə bağlı Günay ilə danışan zaman o bu işi qohumu Sevda adlı qadının vasitəsilə həll edəcəyini bildirmişdir. Bu barədə ailəvi dostu olan Zərərçəkmiş şəxs2 ilə danışan zaman Günay adlı şəxsin pensiya və sosial yardım düzəldə biləcəyini barədə məlumat vermiş, Zərərçəkmiş şəxs2 X1 aldığı pensiya kəsildiyinə görə oğlunun pensiyasının bərpa olunması üçün Günay ilə danışmışdır. Günay Atlaza əvvəlcə 800 manat, pensiya kartını əldə etdikdən sonra əlavə olaraq 700 manat pul alacağını bildirmişdir. Atlaz da Günay ilə razılaşmışdır. 15 may 2021-ci il tarixdə saat 13 radələrində o, anası Şahid1, bacısı Şahid2 və Zərərçəkmiş şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən “Nübar” gözəllik salonunun qarşısına gəlib Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Həmin vaxt Günay gözəllik salonundan çıxıb onlarla birlikdə salonun kənarına çəkilmişdir. Həmin vaxt anası Şahid1 kəsilmiş pensiyasının bərpa olunması üçün, həmçinin, tanışları Zərərçəkmiş şəxs2 da oğlunun dayandırılmış pensiyasının bərpa olunmasından ötrü hər biri Günaya 800 manat pul vermişlər. Pulu Təqsirləndirilən şəxs götürdükdən sonra 3 ayın sonunda pensiyanı bərpa elətdirəcəyini və pensiya kartlarını alacaqlarını bildirmişdir. Günaya pensiya və sürücülük vəsiqəsinin alınması üçün ümumilikdə 1250 manat pul vermişdir. Günay aldığı pulları geri qaytarmadığına görə onun barəsində DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə şikayət ərizəsi yazmışdır. Hazırda təqsirləndirilən şəxsin ona 600 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmədən ərizənin nəzərə alınmasını xahiş edir. Ona 600 AZN borcu qalıb. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ailəvi dostu Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. X1 gözlərində zəiflik olduğuna görə İİİ qrup əlilliyə görə hər ay 200 manat aldığı pensiya 2021-ci ilin əvvəllərindən dayandırılmışdır. Bir neçə dəfə ƏƏSMN-nə müraciətlər etsə də oğlunun pensiyası bərpa olunmamışdır. 2021-ci ilin may ayının əvvəllərində Zeynəb onunla əlaqə saxlayaraq Günay adlı bir nəfər şəxslə tanışı olduğunu və həmin şəxsin kəsilmiş pensiyaları bərpa elətdirməklə məşğul olduğunu bildirmişdir. Zeynəbin anası Şahid1 xəstəliyə görə aldığı pensiya kəsildiyinə görə o da Günayın vasitəsilə anasının pensiyasının bərpa elətdirəcəyini bildirmişdir. Zeynəbin anası Şahid1 ilə telefon əlaqəsi zamanı o da özünün kəsilmiş pensiyasının bərpa olunmasından ötrü həmin qadına müraciət edəcəklərini demişdir. Zeynəbdən təqaüdün bərpası üçün Günayın nə qədər pul istədiyini soruşduqda Zeynəb Günayın 800 manatı ilkin olaraq aldığını, 3 ay sonra isə təqaüdün düzələcəyi və təqaüd kartını götürən zaman qalan 700 manat pul ödəməli olduğunu bildirmişdir. O da Zeynəbin təklifi ilə razılaşmış və oğlunun təqaüdünün bərpası üçün 800 manat pulu 15 may 2021-ci il tarixdə özünə məxsus olan qızıl-zinət əşyalarını lombarda girov qoyaraq 800 manat pul götürmüşdür. Həmin gün günorta saatlarında Zeynəb, onun anası Güllər, bacısı, Ülkər ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən “Nübar” gözəllik salonun qarşısında görüb bir daha X1 aldığı təqaüdün bərpa edilməsi ilə bağlı Günaya danışmışdır. Günay onu tam arxayın salaraq ilkin olaraq 800 manat pulu aldıqdan sonra 3 ay ərzində oğlunun pensiya kartının əldə edəcəyini və bundan sonra əlavə olaraq 700 manat da pul alacağını bildirmişdir. Günay oğlunun aldığı pensiyasının bərpasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən xalası qızının vasitəsilə edəcəyini, lakin xalası qızının kimliyi barədə onlara heç bir söz deməmişdir. Həmin vaxtı 800 manat pulu, oğlunun xəstəliklə bağlı bütün sənədlərinin surətini və şəxsiyyət vəsiqəsinin surətini Günaya vermişdir. Günay 3 ay sonra oğlunun aldığı pensiya kartlarını Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən ƏƏSMN Sumqayıt şəhər şöbəsindən götürəcəklərini demişdir. Günay ilə mütəmadi olaraq danışmışlar və Günayın onu aldatdığını düşünüb ondan pulunu tələb etməyə başladıqda Günay hər dəfə müxtəif bəhanələr gətirərək ondan aldığı pulu geri qaytarmamışdır. Bir neçə dəfə Günaydan pul tələb etdikdən sonra o hissə-hissə olmaqla 200 manat pul qaytarmışdır. Bundan sonra Günay ondan əlavə 100 manat borc pul istəmişdir ki, lombardda olan qızıllarını girovdan çıxarıb sataraq ona olan borcunu tam ödəsin. Günaya yenə də inanıb əlavə 100 manat da pul vermişdir. Lakin sonradan həmin pulu da ona geri qaytarmamışdır. Günay aldığı pulları geri qaytarmadığına görə onun barəsində Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə şikayət ərizəsi yazmışdır. Hazırda təqsirləndirilən şəxsin ona 100 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Ona 100 AZN borcu qalmışdır. Məhkəmədən ərizənin nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 2021-ci ilin yay aylarında Sumqayıt şəhərində yerləşən “Nübar” gözəllik salonunda bir neçə dəfə olduqdan sonra Günay ilə aralarında səmimi münasibət yaranmışdır. Günay ilə söhbət edən zaman üç azyaşlı övladı olduğunu özünün və ərinin hər hansı bir işlə məşğul olmadığını demişdir. Günay bu işdə ona köməklik edərək ünvanlı sosial yardımı 1000 manat pul müqabilində düzəldə biləcəyini demişdir. 2021-ci ilin iyul ayının əvvəllərində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən Sumqayt şəhər Təhsil Şöbəsinin qarşısında Günay ilə görüşüb ona 500 manat pul vermişdir. İki və ya üç gün sonra qalan 500 manat pulu Sumqayıt şəhər Təhsil Şöbəsinin qarşısında Günay ilə görüşərək ona vermişdir. Günay iki ay ərzində ona sosial yardım düzəldəcəyini, hər ay 400 manat məbləğində sosial yardım və sosial yardım almaq üçün kartı ona təqdim edəcəyini bildirmişdir. Günay ilə aralarında səmimi münasibət yaranmışdır. Təxminən 2021-ci ilin avqust ayının əvvəllərində Günay uşağı xəstə olduğuna görə ona pul lazım olduğunu bildirmişdir. Bu məqsədlə 2021-ci ilin avqust ayından sentyabr ayınadək olan müddət ərzində Günaya ümümulikdə 1350 manat pul vermişdir. Hər dəfə Günay ilə əlaqə saxladıqda müxtəlif yalanlar danışaraq onu aldatmış və ona görə də Sumqayıt ŞPİ-nin 4cü polis bölməsinə şikayət ərizəsi yazmışdır. Hazırda təqsirləndirilən şəxsin ona 500 manat borcu qalmışdır. Məhkəmədən təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini istəmir, sadəcə qalan borcun ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayında qonşuları Aidə adlı qadın arvadı Elnarə ilə söhbət edən zaman bir nəfər qadınla tanış olduğunu və həmin qadının müxtəlif vəzifələrdə işləyən yaxın qohumları vasitəsilə sosial yardım və pensiya düzəldilməsinə köməklik etdivini demişdir. Elnarə bu barədə ona danışdıqdan sonra Elnarəyə bildirmişdir ki, həmin qadınla söhbət eləsin və əgər alınsa onlar ünvanlı sosial yardım düzəltsinlər. Elnarə Aidədən həmin şəxsin nömrəsini götürüb onunla danışmışdır. Həmin vaxt həmin qadın Xəlili Günay Şahin qızı özünü Sumqayıt şəhər sakini kimi təqdim edərək yaxın qohumlarının yüksək vəzifələrdə işlədiyini və onların vasitəsilə sosial yardım və pensiya düzəltdiyini demişdir. Elnarə Günay ilə danışıqlarında iki azyaşlı uşaqlarının olduğunu və heç bir yerdə işləmədiklərinə görə onlara sosial yardım düzəltməsini xahiş etmişdir. Günay Elnarə ilə bununla bağlı danışan zaman bu 1000 manat müqabilində ünvanlı sosial yardım düzəldə biləcəyini demişdir. Elnarə ona dedikdən sonra Günay ilə danışaraq təklif ilə razılaşdığını qeyd etmişdir. 2021-ci ilin avqust ayının ortalarında özü Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Lider” kurslarının qarşısında Günay ilə görüşərək 500 manat pulu ona vermişdir. Pulu verdikdən iki və ya üç gün sonra eyni yerdə Günayla görüşərək qalan 500 manatı pulu ona vermişdir. 16 sentyabr 2021-ci il tarixdə Günay yenidən Elnarə ilə əlaqə saxlayaraq sənədləşmə işində problem yarandığını dediyinə görə lnarəyə göndərdiyi Zakir Abuzarov adlı şəxsin adına olan **********830642 saylı plastik 100 manat pulu göndərmişdir. Həmin vaxtı Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Gold Qayalı” marketdə olmuşdur. Özündə olan Rabitə banka məxsus kart hesabından onlayn köçürmə yolu ilə 100 manat pulu Günayın verdiyi hesab nömrəsinə göndərərək bu barədə Günaya məlumat vermişdir. X23 ilə əlaqə saxladıqda hər dəfə müxtəlif yalanlar danışaraq onları aldatmışdır. Buna görə də Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə şikayət ərizəsi yazmışdır. Hazırda təqsirləndirilən şəxsin ona 550 manat borcu qalmışdır. Məhkəmədən təqsirləndirilən şəxsin himayəsində körpə uşağı olduğuna görə ağır cəza təyin edilməsini istəmir, sadəcə qalan borcun ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş X9 zərərçəkmiş şəxs qismində dindirilmiş tanınan əri Zərərçəkmiş şəxs4 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin may ayının əvvəllərində bacısı Zeynəb Sumqayıt şəhəri ərazisində yerləşən “Nübar” gözəllik salonunda olduğu zaman orada gözəllik ustasının köməkçisi işləyən Günay adlı qızla tanış olmuşdur. Günay Zeynəbə özünün vəzifəli qohumlarının olduğunu və onların vasitəsilə pensiya, sosial müavinət, sürücülük vəsiqəsi düzəldə biləcəyini demişdir. Söhbət zamanı Günay Zeynəbə təklif eləmişdir ki, əgər elə bir tanışları varsa onlara pensiya və sürücülük vəsiqəsi düzəltməsinə köməklik edə bilər. Həmin vaxtı Günay ona anasının əvvəllər pensiya aldığını və pensiyasının bir neçə vaxtdır ki, kəsildiyini bildirərək anasının pensiyasının bərpa olunub-olunmamasını maraqlanmışdır. Günay Zeynəbə anasına İİ qrup xəstəliyə görə pensiyanı bərpa elətdirəcəyini və hər ay 250 manat pensiya alacağını demişdir Günay bunun müqabilində ona 1500 manat pul verilməli olduğunu demişdir. Zeynəb Günaya o məbləğdə pul verə bilməyəcəyini dedikdə Günay 800 manat müqabilində anasının pensiyasını bərpa elətdirəcəyi barədə razılığa gəlmişdir. Günay Zeynəbə ilkin olaraq 800 manat pulu ona verdikdən 3 ay sonra pensiya kartını əldə etdikdə isə qalan 700 manat pulu ona verilməli olduğunu demişdir. Bundan başqa Zeynəb Günaydan sürücülük vəsiqəsi almağına köməklik edib-edə bilməyəcəyini soruşduqda Günay 450 manat pul qarşılığında Zeynəbə “B” kateqoriyalı sürücülük vəsiqəsi düzəldə biləcəyini bildirmişdir. Zeynəb də Günay ilə razılaşmışdır. Zeynəb Günayla bu barədə danışdıqdan sonra evə gələrək onlara bu haqda danışmışdır. O və ailə üzləri də Günayın anasının pensiyasının bərpa olunmasına köməklik etməsinə razılıq vermişlər. Zeynəb evdə olduğu zaman Günay ona zəng edərək anasının pensiyasının bərpa olunmasını 800 manat pul qarşılığında həll edəcəyini bildirmişdir. Günay Zeynəbə qısa vaxt ərzində həmin pulu ona çatdırmağını və işi həll edəcəyini bildirmişdir. Zeynəb Günay ilə danışan zaman o, bu işi qohumu Sevda adlı qadının vasitəsilə həll edəcəyi bildirərək, anasının pensiyasının bərpa olunması ilə bağlı Sevdaya məlumat verdiyini və Sevdanın da razılığını aldığını bildirmişdir. Günay 10 may 2021-ci il tarixədək pulu ona çatdırmalı olduqlarını bildirmişdir. Həmin tarixədək 800 manat pulu düzəldə bilmədiklərinə görə Günay əlavə bir həftə də vaxt verərək 17 may 2021-ci il tarixədək pulu ona verməli olduqlarını bildirmişdir. Onlar bu barədə ailəvi dostu olan Zərərçəkmiş şəxs2 ilə danışan zaman ona Günay adlı şəxsin pensiya və sosial yardım düzəldə biləcəyi barədə məlumat vermişlər. Zərərçəkmiş şəxs2 X1 aldığı pensiya kəsildiyinə görə o da oğlunun pensiyasının bər olunması üçün Günay ilə danışacağını bildirmişdir. Atlaz Günay ilə danışdıqdan sonra Günay Atlaza da əvvəlcə 800 manat, pensiya kartını əldə etdikdən sonra isə əlavə olaraq 700 manat pul alacağını bildirmişdir. Atlaz da Günay ilə razılaşmışdır. 15 may 2021-ci il tarixdə saat 13 radələrində o, anası Güllər, bacısı Zeynəb, həmçinin Zərərçəkmiş şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi Sumqayıt şəhəri, 30-cı məhəllədə yerləşən “Nübar” gözəllik salonunun qarşısına gəlib Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Həmin vaxt Günay gözəllik salonundan çıxıb onlarla birlikdə salonun kənarına çəkilmişlər. Həmin vaxt Zeynəb anasının kəsilmiş pensiyasının bərpa olunması üçün həmçinin, tanışları Zərərçəkmiş şəxs2 da oğlunun kəsilmiş pensiyasının bərpa olunmasından ötrü hər biri Günaya 800 manat pul vermişlər. Pulu Təqsirləndirilən şəxs götürdükdən sonra 3 aym sonunda pensiyanı bərpa elətdirəcəyini və pensiya kartlarını alacaqlarını bildirmişdir. Günay pensiya veriləcək plastik bank kartlarını da Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən ƏƏSMN Sumqayıt şəhər Şöbəsindən götürəcəklərini bildirmişdir. Bundan sonra 2021-ci ilin iyun ayının əvvəllərində günorta saatlarında Zeynəb Günay ilə onun işlədiyi Sumqayıt şəhəri 30-cu məhəllədə yerləşən “Nübar” gözəllik salonunda qarşısında görüşüb özünə sürücülük vəsiqəsi düzəltdirməsi üçün əvvəlcə 50 manat, bir gün sonra həmin yerdə 300 manat pul vermişdir. Bundan bir gün sonra isə Zeynəb Günay ilə 1-ci mikrorayon ərazisində yerləşən Göyərçin abidəsinin qarşısında görüşərək ona 100 manat pul vermişdir. X14 anasının kəsilmiş pensiyasının bərpa olunması məqsədilə 800 manat və özünə sürücülük vəsiqəsi düzəltdirməyi üçün isə 450 manat olmaqla ümümilikdə 1250 manat pul vermişdir. Bundan sonra da Zeynəb Günay ilə mütəmadi olaraq danışaraq işin gedişatı ilə maraqlanırmış. Günay dediyi vaxt tamam olduqdan sonra nə anasının pensiyası bərpa olunmuş, nə də ki, Zeynəbin sürücülük vəsiqəsi düzəlməmişdir. Günayın onları aldatdığını başa düşdüklərinə görə Zeynəb ondan pulunu tələb etməyə başlamış, lakin Günay hər dəfə müxtəlif bəhanələr gətirərək Zeynəbdən aldığı pulu geri qaytarmamışdır. Günay aldığı pulları geri qaytarmadığına görə Zeynəb onun barəsində DİN-nin 102 xidmətinə zəng edərək məlumat verərək Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə şikayət ərizəsi yazmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2, zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan qərarlardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış, xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ibtidai araşdırması davam etdirilən 20730319 nömrəli cinayət işi icraatda olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədildiyi müəyyən edilmiş əməl Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan qərarlardan görünür ki, xx.xx.2022-ci il tarixldə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış, həmin tarixdə ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işi onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilmiş və istintaqı ********* saylı statistik nömrə altında bir icraatda davam etdirilmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2022-ci il tarixdə ona elan edilmiş ittihama əlavə və dəyişikliklər dedilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan RespublikasıCM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-510/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 32.4, 312.2-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs qabaqcadan Zərərçəkmiş şəxs1 1250 manat pul vəsaitini, Zərərçəkmiş şəxs3 1100 manat pul vəsaitini, Zərərçəkmiş şəxs4 1100 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirdiyindən barəsində həmin xüsusatlar üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 100 manat, Zərərçəkmiş şəxs3 1350 manat borc pul alması xüsusatı üzrə əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 həmin xüsusat üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən mülki qaydadada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 barəsində Cinayət Məcəlləsinin 312-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Zakir Abuzərov və qeyriləri barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı MKS tərəfindən verilmiş 313 saylı, xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında kirayəşin yaşamış, ailə tərkibi atası-1963-cü il təvəllüdlü X15, anası-1970-ci il təvəllüdlü X20, bacısı-1994-cü il təvəllüdlü X12, qardaşı-2000-ci il təvəllüdlü X16, 1993-cü il təvəllüdlü Xəlilli Gündüz, 2016-cı il təvəllüdlü X7 ibarətdir, ünvan üzrə müsbət xarakterizə olunur. Elektron Məhkəmə İnformasiya Sistemindən və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X17, xx.xx.2022-ci il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı övladları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.14cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində körpə və azyaşlı övladlarının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. Bununla da Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1.1-ci maddəsinə əsasən törədilmiş əməl böyük ictimai təhlükə törətməyən cinayət olduğu üçün və 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəza növündən nisbətən yüngül, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ cərimə cəzasına nisbətdə daha ağır cəza növü olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə, Əvvəllər Təqsirləndirilən şəxs eyni əmələ görə məhkum olunması və məhkumluğunun ödənilməməsi ona daha yüngül cəza təyin edilməsini məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, məhkumluğun olmasına baxmayaraq himayəsində 3 azyaşlı uşağı olan və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın böyük əksəriyyətini ödəyən Təqsirləndirilən şəxs cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalətli hesab edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Tovuz rayonunun hüdudları kimi müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Tovuz rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-535/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 670/2023 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Tovuz rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Tovuz rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Tovuz rayonu, Yuxarı Öysüzlü kəndini tərk etməmək, Tovuz rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 30 (otuz) saat hüquqi yardımın yardıma görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar