Məhkəmə qərarları › İş №1(060)-130/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-130/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-130/2021 14.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Nizami rayonu, K. Balakişiyev küçəsi, yataqxana 25, otaq 513Ada qeydiyyatda olan, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 sentyabr 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini 15 manata alaraq Sumqayıt şəhər 5-ci məhəllə ərazisində üzərində saxlayarkən saat 17:57-də Sumqayıt şəhər Pİ-in 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq orada onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,165 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5 ilə yaxındır ki, narkotik vasitədən istifadə edir. Həmin narkotik vasitəni o, Bakı şəhərinə və Abşeron rayonuna gedib sifətdən tanıdığı, lakin harada yaşamasını bilmədiyi şəxslərdən az miqdarda, yəni özü istifadə edəcəyi qədər alıb istifadə edir. 15.09.2020-ci il tarixdə səhər saatlarında şəxsi işləriylə əlaqədar olaraq Abşeron rayonu Novxanı qəsəbəsinə getmiş, orada işlərini görüb qurtardıqdan sonra yaşadığı Sumqayıt şəhərinə gəlmək üçün yolun kənarna çıxmış, yolun kənarında dayanıb gözləmiş ki, Sumqayıt şəhərinə gələn maşınların birinə əyləşsin. O, yolun kənarında dayanıb maşın gözləyən zaman bu vaxt sifətdən tanıdığı, lakin adını və harada qalmasını bilmədiyi bir nəfərdə onun yanına gələrək yolun kənarında dayanmış, həmin şəxslə biraz söhbət edən zaman həmin şəxs bildirmişdir ki, o da narkotik vasitə istifadə edəndir. Ona görə də həmin şəxs ona demiş ki, onda bir büküm narkotik vasitə olan kakos var. O da həmin heroinin qiymətini soruşanda həmin şəxs ona həmin heroini 15 manata satacağını demiş o da razılaşmış və həmin şəxsə 15 manat pul vermişdir. Həmin adını bilmədiyi şəxsdə ondan 15 manatı alıb harasa getmiş və təxminən 5 dəqiqədən sonra onun yanına gələrək siqaretin qara kağızına bükülmüş narkotik vasitə olan kakosu ona vermiş o da həmin kakosu alıb əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, Sumqayıt şəhərinə gəlib münasib yer tapan kimi həmin narkotiki istifadə etsin. O, yol maşınların biri ilə Sumqayıt şəhəri 15-ci məhəllə ərazisinə gəlib orada maşından saat təxminən 17 radələrində düşərək qarajların arasında münasib yer axtarırmış ki, həmin narkotiki qəbul etsin. Bu vaxt mülki geyimdə bir neçə nəfər şəxs ona yaxınlaşdılar, polis əməkdaşı olduqlarını bildirərək çəkiliş vasitəsi ilə ona digər polis formasında polis əməkdaşları yaxınlaşıb ondan adını soy adını soruşmuşlar, o da polislərə adını və soy adını deyəndən sonra polislər ondan narkotik vasitə gəzdirməkdə şübhələndiklərini bildirərək ondan üzərində narkotik vasitə varsa təqdim etməsini bildirmişlər. O da əynində olan cins şalvarının cibində saxladığı narkotik vasitə olan kakosu polis əməkdaşlarıına təqdim etmiş, ondan polis əməkdaşları həmin maddənin nə olmasını soruşanda o, təqdim etdiyi maddənin narkotik vasitə olan kakos olduğunu, Abşeron rayonu Novxanı qəsəbəsindən tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını və özündə saxladığını bildirmiş, sonra onu polis əməkdaşları Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə aparmış, bölmədə ondan aşkar edilərək götürülmüş narkotik vasitəni protokollaşdıraraq ekspertizaya göndərilməsi üçün imzası ilə təstiq etmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 15.09.2020-ci il tarixdə Sumqayıt şəhəri Polis İdarəsinin 4-cü PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlama, daşıma, əldə etmə və qəbul etməsi ilə bağlı məlumat daxil olmuş, həmin məlumata əsasən Zamiq Rzayev Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində olduğu bildirilmişdir. Daxil olmuş əməliyyat məlumatlarını yoxlanması ilə əlaqədar olaraq Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1, Şahid2, bölmənin təhqiqatçısı polis baş leytenantı Səyyad Hacıəhmədov və Pİ-nin inispektor-kriminalisti polis mayoru Elnur Qocayevlə birlikdə Təqsirləndirilən şəxs əməlinin ifşa olunması ilə əlaqədar saat təxminən 17 radələrində Sumqayıt şəhəri 5-ci məhllə ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Zamirə narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadə edilməsində şübhəli olduğunu bildirərək həmin yerdə Zamirin hüquq və vəzifələrini izah etdikdən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı siqaretin qara kağızına bükülmüş içərisində narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan və nə məqsədlə əldə etməsini soruşanda Zamir onlara bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotiki Novxanı qəsəbəsində üzdən tanıdığı lakin harada qalmasnı bilmədiyi şəxsdən 15 manata özü istifadəsi üçün almışdır. Bundan sonra Zamiri Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə gətirmişlər və orada üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılıb ekspertiza təyin etmək üçün MEM-nə göndərilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16.09.2020-ci il tarixli, 6/1889 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 128» möhürü əksi, «Vət. Təqsirləndirilən şəxs üzərindən…» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi -0,165 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin təmiz çəkisi- 0,165 qram, təqdiqata sərf olundu- 0,04 qram, qalıq- 0,125 qramdır. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 05.11.2020-ci il tarixli 3136 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloitlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetğamindən sui-istifadə edilməsi nəticəsində asilliliq (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkaloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd SD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,125 qram narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15.09.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 17.09.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29.10.2020-ci il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-245/2020 saylı, 30.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal həbsdən azad olunmuşdur. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-86/2021 saylı, 06.03.2021-ci il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və təqsirini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 15.09.2020-ci il tarixdən 17.09.2020-ci il tarixədək və 29.10.2020-ci il tarixdən 30.10.2020-ci il tarixədək həbsdə olduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 14.04.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,125 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd SD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 15.09.2020-ci il tarixdən 17.09.2020-ci il tarixədək və 29.10.2020-ci il tarixdən 30.10.2020-ci il tarixədək həbsdə olduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14.04.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,125 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd SD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar