Məhkəmə qərarları › İş №1(060)-130/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-130/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-130/2023 29.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə günorta saatlarında tanışı Ağayev Şahid4 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək daşıyaraq üzərində saxlamış, həmin gün saat 21:50- də Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, “SKZ 3” nömrəli yataqxananın yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə, hər biri ayrıayrılıqda 0,118 qram və 0,089 qram, ümumi çəkisi 0,207 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsində Şahid4 adlı tanışından öz şəxsi istifadəsi üçün 10 manat müqabilində 02 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Şahid4 ondan həmin narkotik vasitəyə görə pul istəməmiş, yalnız narkotik vasitəni Bakı şəhərindən alıb gəldiyi üçün öz dəyəri olan 10 manat pul vermişdir. Həmin gün axşam saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən SKZ 3 nömrəli yataqxananın yaxınlığında olan zaman mülki geyimli bir neçə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirib onlarla birlikdə polis bölməsinə getməli olduğunu demişlər. Polis bölməsində müdafiəçi ilə təmin olunduqdan sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. O, özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı iki ədəd bükümü təqdim edib həmin bükümdə narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni Şahid4 adlı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat müqabilində aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroini ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və bununla bağlı müvafiq protokol tərtib edilmişdir. Əməlindən peşmandır. Xəstə anası vardır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi, polis leytenantı Şahid3 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SKZ 3 nömrəli yataqxanın yaxınlığında Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında həmin gün saat 21 radələrində SKZ 3 nömrəli yataqxananın yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Saxlanılan şəxsə istintaq hərəkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2ci PB-nə getməli olacaqlarını bildirib, avtomobilə əyləşdirib Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirmişlər. PB-də xidməti otaqlardan birində təhqiqatçı Taleh Abdullayev özünü təqdim edərək Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil təqdim etmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxsə tutulmasının səbəbləri izah edib, videoçəkiliş aparılmaqla təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd gümüşü rəngli bükümləri təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə ölçülən zaman ümumi çəkisinin 0,31 qram olduğu müəyyən edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin heroin olduğunu, saxlanıldığı gün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, Azadlıq küçəsində Şahid4 adlı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və üzəri möhürlə möhürlənmişdir. xx.xx.2022-ci il tarixdə Ağayev Şahid4 tərəflərindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsi, yaşadığı 15В saylı evin qarşısında saxlanılaraq 2-ci PB-nə gətirilmişdir. Şahid4 Ağayev Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 02 ədəd bükümdə narkotik vasitə heroin verdiyini etiraf etmiş və həmin narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs ona taksi sürücüsünə verməsi üçün 10 manat pul da verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CA üzrə kiçik inspektoru Şahid2 Şahid3 ifadəsində göstərdiyi xüsusatları tərkarlayaraq sonuncunun ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona dair düşmənçilik və ədavət münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SKZ 3 nömrəli yataqxanın yaxınlığında Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat raport vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o da əlavə edilmişdir. Həmin gün saat 21 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SKZ 3 nömrəli yataqxananın yaxınlığında Təqsirləndirilən şəxs gördükləri üçün ona yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib ondan özünü təqdim etməsini tələb etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməli olacaqlarını bildirib, ondan etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirmişlər. PB-də xidməti otaqlardan birində təhqiqatçı Taleh Abdullayev özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs yenidən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı şübhəli şəxsə hüquqlarını müdafiə etməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxsə tutulmasının səbəbləri izah edib, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyini bildirib Təqsirləndirilən şəxs videoçəkilişin aparılmasına etirazının olub-olmadığını soruşmuşdur. Həmçinin təhqiqatçı şübhəli şəxsə hüquq vəzifələrini izah edərək hüquq və vəzifələrin əks olunduğu bildirişi Təqsirləndirilən şəxs təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd gümüşü rəngli bükümləri təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, lakin saxlanılan şəxsin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə ölçülən zaman ümumi çəkisinin 0,31 qram olduğu müəyyən edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin heroin olduğunu, saxlanıldığı gün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, Azadlıq küçəsində Şahid4 adlı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və üzəri möhürlə möhürlənmişdir. 2 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Ağayev Şahid4 tərəflərindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsi, yaşadığı 15В saylı evin qarşısında saxlanılaraq 2-ci PB-nə gətirilmişdir. Şahid4 Ağayev Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 02 ədəd bükümdə narkotik vasitə heroin verdiyini etiraf etmiş və həmin narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs ona taksi sürücüsünə verməsi üçün 10 manat pul da verdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Ağayev Şahid4 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs xeyli müddətdir tanıyır. Onun kimi Fuad da narkomaniya xəstəliyindən əziyyət çəkir. Hər ikisi narkotik vasitə heroindən istifadə edir. 2022-ci ilin iyul ayının 10-da Bakı şəhəri, 20 Yanvar Dairəsi adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manat müqabilində narkotik vasitə heroin almışdır. 17 iyul 2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsində Təqsirləndirilən şəxslə görüşən zaman Fuad ondan narkotik vasitə heroin istəmişdir. O öz şəxsi istifadəsi üçün almış olduğu narkotik vasitə heroindən 2 bükümünü Fuada vermişdir. Fuad həmin narkotik vasitəyə görə ona hansı məbləğdə pul ödəməli olduğunu soruşduqda o Fuada narkotik üçün hər hansı pul istəmədiyini, yalnız Bakı şəhərinə narkotik vasitə almaq üçün taksi ilə getdiyini və həmin taksiyə ödədiyi 10 manat pulu ondan istəmişdir. Fuad da həmin pulu ona vermişdir. 22 iyul 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsində olduğu zaman mülki geyimli bir neçə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirib onlarla birlikdə polis bölməsinə getməli olduğunu demişlər. O polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada ona növbədə olan vəkillərin siyahısı təqdim olunmuş və o həmin siyahıda adı qeyd olunmuş Nigar Hüseynovanın hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O özü əynində olan qara rəngli idman şalvarın sağ yan cibində saxladığı bükümü təqdim edib həmin bükümdə narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni təxminən 1 həftə əvvəl Bakı şəhəri, 20 Yanvar Dairəsi adlanan ərazidə tanımadığım şəxsdən 50 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını, həmin narkotik vasitədən 2 bükümünü tanışı Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış aparmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və bununla bağlı müvafiq protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istntaqı aparılmışdır. İş materiallarında olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SKZ yat 3 arxa hissəsində xx.xx.2022-ci il tarixdə saat 21:50-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və özünün seçdiyi hüquqlarının müdafiəsini təmin edəcək vəkili Müdafiəçi təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli büküm təqdim etdi. Həmin büküm açıldı, bükümün içərisində 02 ədəd gümüşü rəngli bükümlərin olduğu müəyyən edildi. Həmin bükümlər açılan zaman bükümlərin birinin içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan qəhvəyi rəngli, spesifik iyə malik maddənin «kakos» olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə, Sumqayıt şəhərində, H.Z.Tağıyev qəsəbəsində yaşayan Şahid4 adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər tərəziyə qoyulub çəkilən zaman 1-ci bükümün içərsindəki maddə ilə birlikdə çəkisinin 0,13 qram, 2-ci büküm tərəziyə qoyulub çəkilən zaman 0,17 qram olduğu müəyyən edildi. Hər iki büküm birlikdə tərəziyə qoyulıub çəkilən zaman birlikdə çəkisinin 0,31 qram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/3871 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 126”-li dairəvi möhür əksi, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qr və 0,089 qr, ümumi təmiz çəkisi 0,207 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Tədqiqata tədqiqata 0,06 qram sərf edildikdən sonra 0,147 qram heroin qalıq qalmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS tərəfindən verilmiş 986 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və qeydiyyatdadır, ailə tərkibi anası-1953-cü il təvəllüdlü Mənzər Əliyevadan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən 00012 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 09 dəqiqə 05 saniyədən ibarətdir. Görüntünün əvvəlində Sumqayıt ŞPİ-nin 2-ci PBnin təhqiqatçısı Taleh Abdullayev özünü təqdim edib saxlanılan şəxsə də özünü təqdim etməsini bildirir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilir. Şəxsi axtarışda iştirak edən polis əməkdaşları özlərini təqdim edir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəçisi, Sumqayıt regional vəkil bürosunun vəkili Müdafiəçi təqdim edilir. Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet varsa təqdim etməyi təklif edilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim edir. Həmin büküm açıldıqda içərisindən 2 ədəd bükümdə narkotik vasitə-heroinə bənzər maddə kütləsi aşkar edilir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq təqdim etdiyi bükümlərin içərisindəkinin "kakos” olduğunu, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsində yaşayan Şahid4 adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını, aradabir həmin şəxsdən aldığını bildirir. Həmin 2 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkilərinin ayrı-ayrılıqda 0,13 qram və 0,17 qram, ümumilikdə isə 0,31 qram olması müəyyən olunur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin üzərindən hər hansı qanunsuz əşya, predmet aşkar edilmir. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təziqlərə məruz qalmadığını, bükümlərin ona məxsus olduğunu bildirir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülür. Videoçəkiliş yekunlaşır.. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübutun tanıması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə aşkar olunaraq götürülmüş 0,207 qram narkotik vasitə heroin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı təmiz qalıq çəkisi 0,147 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş, “Şəxsi axtarış keçirilməsi” barədə 17 iyul 2022-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “CD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-251/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 3944 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı iş üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,207 qram narkotik vasitə heroinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla müvafiq olaraq ümumi qalıq çəkisi 0,147 qram narkotik vasitə heroinin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilməsi nəzərə alınmış, “Şəxsi axtarış keçirilməsi” barədə 17 iyul 2022-ci il tarixli tarixli istintaq hərəkətinin videogörüntüsü əks etdirilmiş 01 ədəd “DVD” formatlı disk is üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,207 qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq xalis çəkisi 0,147 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-855/2022) qərarını icra edərək, xx.xx.2022-cü il tarixli 1645 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,207 qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq xalis çəkisi 0,147 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 on (səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar