Məhkəmə qərarları › İş №1(060)-130/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-130/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-130/2024 24.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2, 228.4, 317-2.1-ci maddələri ilə təqsirli bilinərək 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 120.2.2-ci maddəsindən CM-nin 120.1-ci maddəsinə tövsif edilərək üzərində 10 (on) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli qərar ləğv edilib cinayət işi Apellyasiya Məhkəməsinə qaytarılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci tarixli qərarı ilə 11 (on bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli qərarı ləğv edilərək iş yeni Apellyasiya baxışma təyin edilmiş, 7(103)-309/2020 saylı, xx.xx.2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinn qərarı ilə xx.xx.2020-ci il tarixli Qanunu tətbiq edilərək cəzası 09 (doqquz) il 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 02 (iki) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,704 qram və 0,429 qram ümumi təmiz çəkisi 1,133 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 457 ünvanda saxlamış, 26 may 2023-cü il tarixdə saat 09:20 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 457 ünvanda saxlanılmış və özünün iştirakı ilə evində keçirilən baxış zamanı yataq otağında güzgülü dolabın üzərindən 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 1,133 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ildir narkotik və psixotrop maddələr qəbul edir. 25 may 2023-cü il tarixdə, səhər saatlarında Sumqayıt şəhərində dəniz kənarında tək gəzdiyi vaxt yerdə 01 (bir) ədəd sellofan bükülünü görüb götürmüş, həmin bükülünün içərisinə baxanda isə içərisində 02 (iki) ədəd qızılı rəngli siqaret kağızı bükümü olmasını görmüş və açıb içərisinə baxanda həmin bükümlərdə narkotik vasitə olan heroin olmasını bilmişdir. Həmin bükümləri şalvarının cibinə qoyaraq yaşadığı evə gəlmişdir. Bükümün birini açıb bir hissəsini istifadə etmiş, bir hissəsini isə daha sonra yenədə istifadə etməsi üçün yenidən büküb yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 546 nömrəli evin yataq otağındakı dolabın üzərinə qoymuşdur. Həmin 02 (iki) ədəd bükümdə heroini şəffaf sellofanın içərisinə qoyub saxlamışdır. Corat qəsəbə sakini X5 onun tanışıdır, münasibətləri yaxşıdır, Qurbanın narkotik və psixotrop maddələr qəbul etdiyini bilir, həmçinin Qurban da onun narkotik və psixotrop maddələr qəbul etdiyini bilir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Qurban onun yaşadığı evə gəlmişdir. Belə ki, o, Qurbandan həyətində təmir işləri görməsini xahiş etmişdir. Həmin gecəni Qurban onun evində qalıb gecələmişdir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 09:20 radələrində yaşadığı evdə olan zaman yaşadığı ünvanın qapısı döyülmüşdür. O, qapını açan zaman qapını döyən şəxslər polis əməkdaşları olduğunu demişlər və polis işçiləri özlərini təqdim edərək ona tanışı Şahid5 yaşadığı ünvanda axtarış keçirildiyi, oradan narkotik və psixotrop maddələr aşkar olunduğunu və sonuncunun hazırda onun yaşadığı ünvanda olması barədə məlumatın daxil olduğunu bildirərək yaşadığı ünvana baxış keçirilməsi ilə bağlı qərarla tanış etmişlər. O da yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə də təqdim etmiş və Qurbanın da hazırda onun yaşadığı ünvanda olduğunu, onun yaşadığı ünvana təmir işləri aparmaq üçün gəldiyini bildirmişdir. İştirakçılar ilə birlikdə polis əməkdaşları onun razılığı ilə evinə daxil olmuşlar. Evin dəhlizin sol tərəfində qonaq otağında Şahid5 əyləşdiyi aşkar olunmuş və polislər tərəfindən saxlanılmışdır. Ona videoçəkilişlə yaşadığı ünvana baxış keçiriləcəyi bildirilərək yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edildikdə evin dəhlizində sağ tərəfdə yerləşən yataq otağında dolabın üzərində saxladığı 01 (bir) ədəd şəffaf sellofan torbanı təqdim etmişdir. Həmin sellofan açılan zaman içərisində 02 (iki) ədəd qızılı rəngli siqaret kağızı bükümlərin, həmin bükümlərin hər birinin içərisində heroin aşkar edilmişdir. Sorğu zamanı yaşadığı ünvandan aşkar edilmiş heroini Sumqayıt şəhərində dəniz kənarından tapdığını, narkotik vasitə istifadəçisi olduğu üçün həmin maddələri yaşadığı ünvana gətirib saxladığını və üzərindən bir qədər istifadə etdiyini bildirmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş 02 (iki) ədəd bükümdə olan heroin ayrı ayrılıqda tərəziyə qoyulub çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Evinə baxış zamanı 02 (iki) ədəd heroindən başqa cinayət xarakterli heç bir əşya aşkar olunmamış və götürülməmişdir. Daha sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis idarəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunaraq ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzəridə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. O, narkotik vasitə istifadə etsə də, heç vaxt satışı ilə məşğul olmamış, heç kimə də narkotik vasitə verməmişdir. Qurbanın narkotik vasitə istifadəçisi olduğunu bilsə də heç vaxt ondan narkotik vasitə almamış və Qurbanın narkotik vasitə satması barədə məlumatı olmamışdır. Qurbanın haradan və kimdən narkotik maddələr əldə etdiyi barədə heç bir məlumatı yoxdur. Məhkəmədə ona elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini düzgün olaraq bildirmiş, həmçinin həbs olunmamaq üçün məhkəmədə polislərin onu döydüklərini və narkotik maddələrin satışı ilə məşğul olmağını etiraf etməyə tələb etdiklərini bildirmiş, düşünmüşdür ki, belə desə onu buraxarlar. Onu heç kim döyməmiş və heç bir şeyə məcbur olunmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman və saxlanıldıqdan sonra ona kim fiziki və ya psixi zor tətbiq etməmiş, həmçinin ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmiş, heç kimdən şikayət və tələbi yoxdur. Qurbana heç vaxtı narkotik və psixotrop maddələr verməmiş və Qurbandan da heç vaxtı həmin maddələrdən almamış, Qurbanın törətdiyi cinayətin onunla heç bir əlaqəsi, Qurbanla heç bir şeylə bağlı əlbirliyi və sövdələşməsi yoxdur və olmamışdır. Qurban onun evinə fəhlə işləmək və təmir işləri görmək üçün gəlmişdir. Evindən aşkar olunmuş 02 (iki) bükümdə heroini dəniz kənarınqda tapmış və özünə qəbul etmək üçün evində saxlamış, bundan heç kimin xəbəri olmamış və heç kimə də deməmişdir, həmçinin Qurbanın onun evində narkotik maddələr olmasından məlumatı olmamış və Qurbana bu barədə bildirməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin Cinayət Axtarışı Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. ünvan 3 ünvanda yaşayan Şahid5 külli miqdarda narkotik vasitə əldə edərək yaşadığı ünvanında saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı Sumqayıt ŞPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(060)-376/2023 saylı qərarına əsasən Şahid5 evində axtarış keçirilərək külli miqdarda narkotik və psixotrop maddələr aşkar edilərək götürülmüş, axtarış zamanı sonuncunun yaşadığı ünvanda olan xalası oğlu X6 və dostu X2 Yusifovun tanışı Ağakərim adlı şəxsin evində olduğunu bildirmiş, Şahid5 müəyyən edilib cinayət əməlinin ifşa edilməsi məqsədilə daxil olmuş məlumat əsasında Ağakərim adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1988-ci il təvəllüdlü ünvan 1 ünvanda yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, Şahid5 külli miqdarda narkotik və psixotrop maddələrin realizə olunacağı, gizlədəcəyi və ya məhv edə biləcəyini nəzərə alaraq, həmçinin cinayətin izlərini vaxtında aşkar edilərək götürülməsi məqsədilə bununla bağl idarə rəisinə raportla məruzə olunaraq təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Şahid5 cinayət əməllərinin ifşa edilməsi üçün ətrafında və olduğu yerdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Qeyd edilən məlumat əsasında əməliyyat qrupu ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 09:20 radələrində ünvan 4 ünvanın qarşısına fərdi yaşayış evinin qarşısına gəlmişlər, videoçəkiliş işə salınmış və həyət darvazası döyülmüş, bir qədər sonra həyət darvazası açılmış, həyətə daxil olub özlərini təqdim etmişlər və darvazanı açan şəxsə özünü təqdim etməsini dedikdə, həmin şəxs özünü Təqsirləndirilən şəxs olduğunu və həmin ünvanın ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin qərarı əsasında Qurbanın evində narkotik və psixotrop maddələrlə bağlı axtarış keçirildiyi və orada Qurban müəyyən olunmadığı, orada olmuş Azad və Novruzun demələrinə görə Qurbanın Ağakərimin evində olduğu, ona görə də onun yaşadığı ünvanda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirildiyi bildirilərək qərarla tanış olunmuş və ünvanında Qurbanın olduğu soruşulduqda, Ağakərim Qurbanın onun evində olduğunu, təmir işləri üçün ona köməkliyə gəldiyini bildirmiş və onları evinə dəvət etmişdir. Onlar evə qaxlmış, girişdən sol tərəfdə otaqda Qurbanın divanda oturmuş vəziyyətdə olması müəyyən olunmuş və tərəflərindən saxlanılmışdır. Qurbana yaşadığı ünvanda məhkəmə qərarı əsasında axtarışın keçirildiyi bildirilmiş, Qurban demişdir ki, dünən gecədən Ağakərimin evinə gəlmiş, bu barədə Azad və Novruza demiş, Qurbanın evində həyətdə daş sökəcəkdir. Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə yaşadığı ünvana baxış keçiriləcəyi bildirilərək sonuncuya yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunmuş, Ağakərimdən narkotik qəbul etdiyi və evdə narkotik vasitə olduğunu bildirərək evdə yataq otağına onları dəvət etmiş və narkotik vasitəni saxladığı yeri, yəni yataq otağında girişdən sol tərəflə divara bitişik güzgülü trümonun üzərini göstərmişdir. Trümonun üzərində şəffaf sellofanda 02 (iki) büküm müəyyən olunmuş, sorğu zamanı Ağakərim həmi 02 (iki) ədəd bükümdə heroin olduğunu, 02 (iki) gün əvvəl səhər saatlarında dəniz kənarında tapdığını və həmin heroindən bir qədər istifadə etdiyini, həmin heroin barədə Qurbanın məlumatı olmadığını bildirmişdir. Həmin selofanın içərisindəki 02 (iki) ədəd qızılı rəngli siqaret kağızı bükümlərin hər birinin içərisində narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı cinayət xarakterli heç bir əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 02 (iki) ədəd bükümdə heroinə bənzər maddələr elektron tərəzidə çəkilmiş və həmin maddələr ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə Şahid5 və Təqsirləndirilən şəxslə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Şahid5 və Təqsirləndirilən şəxslə hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdan özünə vəkil Müdafiəçi1, Şahid5 isə X1 müdafiəçi kimi seçmişlər. Müdafiəçinin iştirakı təmin edildikdən sonra ilk olaraq videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərində cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Şahid5 üzərində şəxsi axtarış keçirilmiş və üzərində cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunmuş. Şahid5 özü əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 02 (iki) ədəd qızılı rəngli siqaret kağızı bükümlərini təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu aşkar edilmişdir. Sorğu zamanı Şahid5 üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olan kakos, yəni heroin olduğunu, həmin maddələri bir həftədir ki, İran vətəndaşının hesabına 160 (bir yüz altmış) manat pul ödədikdən sonra Bakı şəhəri, Ramana qəsəbəsi ərazisindən İran vətəndaşının göndərdiyi məkan yeri əsasında götürdüyünü, narkotik vasitələri həm istifadə etdiyini, həm də arabir satdığını, üzərində narkotik maddə saxlamasından Ağakərimin məlumatı olmadığını və bu barədə Ağakərimə bildirmədiyini bildirmişdir. Şahid5 üzərindən aşkar olunmuş 02 (iki) ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr tərəziyə qoyulub çəkilmiş və aşkar olunmuş həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və CAŞ-ın kiçik inspektoru polis serjntı X4 Şahid2 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, 26 may 2023-cü il tarixdə saat 09:20 radələrində ünvan 4 ünvanın qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları və baş təhqiqatçı Elsevər Quliyevin olduğu və fərdi yaşayış evinin qarşısında videoçəkilişlə həyət darvazası döyüldüyü, bir qədər sonra həyət darvazası açıldığı, polis işçilərin həyətə daxil olub özlərini təqdim etdiyi və darvazanı açan şəxsə özünü təqdim etməsini dedikdə, həmin şəxs özünü Təqsirləndirilən şəxs olduğunu və həmin ünvanın ona məxsus olduğunu bildirdiyi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin qərarı əsasında Qurbanın evində narkotik və psixotrop maddələrlə bağlı axtarış keçirildiyi və orada Qurban müəyyən olunmadığı, orada olmuş Azad və Novruzun demələrinə görə Qurbanın Ağakərimin evində olduğu, ona görə də onun yaşadığı ünvanda təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirildiyi bildirilərək ünvanında Qurbanın olduğu soruşulduqda, Ağakərim Qurbanın onun evində olduğunu, təmir işləri üçün ona köməkliyə gəldiyini bildirdiyi və polisləri evinə dəvət etdiyi, evə girişdən sol tərəfdə otaqda Qurbanın divanda oturmuş vəziyyətdə olması müəyyən olunduğu və tərəflərindən saxlanıldığı, Qurbana yaşadığı ünvanda məhkəmə qərarı əsasında axtarışın keçirildiyi bildirildiyi, Qurban dünən gecədən Ağakərimin evinə gəldiyi, bu barədə Azad və Novruza dediyi, Qurbanın evində həyətdə daş sökəcəkdir dediyi, sonra Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə yaşadığı ünvana baxış keçiriləcəyi bildirilərək sonuncuya yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunduğu, Ağakərim narkotik qəbul etdiyi və evdə narkotik vasitə olduğunu bildirərək evdə yataq otağına onları dəvət etdiyi və narkotik vasitəni saxladığı yeri - yataq otağında girişdən sol tərəflə divara bitişik güzgülü trümonun üzərini göstərdiyi, trümonun üzərində şəffaf selofanda 02 (iki) ədəd büküm müəyyən olunduğu, sorğu zamanı Ağakərim həmin 02 (iki) ədəd bükümdə heroin olduğunu, 02 (iki) gün əvvəl səhər saatlarında dəniz kənarında tapdığını və həmin heroindən bir qədər istifadə etdiyini, həmin heroin barədə Qurbanın məlumatı olmadığını bildirdiyi, həmin selofanın içərisindəki 02 (iki) ədəd qızıl rəngli siqaret kağızı bükümlərin hər birinin içərisində narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu müəyyən edildiyi, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı cinayət xarakterli heç bir əşya aşkar olunmadığı, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 02 (iki) bükümdə heroinə bənzər maddələr elektron tərəzidə çəkilərək 0,83 və 0,60 qram, birlikdə isə 1,44 olduğu və həmin maddələr ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürləndiyi, qonaq otağında masanın üzərindən aşkar olunmuş 01 (bir) ədəd Lenovo və 01 (bir) ədəd Samsunq markalı mobil telefonlar baş təhqiqatçı tərəfindən götürüldüyü müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 27 may 2023-cü il tarixli 6/3039 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, 1)Tədqiqata təqdim edilmiş üzərində “... imza Təqsirləndirilən şəxs..." sözləri və imzalar qeyd edilmiş kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,704qr, 0,429qr, ümumi təmiz çəkisi 1,133 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkibli narkotik vasitə olan heroindir. 2) Tədqiqata təqdim edilmiş üzərində “... imza Təqsirləndirilən şəxs..." sözləri və imzalar qeyd edilmiş kağız paketdə olan 02 (iki) ədəd şprisin və 01 (bir) ədəd şüşə ampulanın içərisində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddə nümunələri ilə eyni tərkibli olubolmadığını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 1,133 qram, tədqiqata istifadə edildi - 0,10 qram (hər obyektə - 0,05 qram), qalıq - 1,033 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3334 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,133 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,033 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qimsində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-219/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 785 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol kürək nahiyyənin, sağ əlin arxa səthində İİ-İİİ əldaraq sümüyü proyeksiyasının, sol əlin İ barmağının əsas falanqasının arxa səthinin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 5-7 gün əvvəl olmaqla ənələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan cinayət işinin rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş sol kürək nahiyyənin, sağ əlin arxa səthində İİ-İİİ əl-daraq sümüyü proyeksiyasının, sol əlin İ barmağının əsas falanqasının arxa səthinin sıyrıqların hər hansı bir şəxsin ictimai təhlükəli əməlinin – hərəkət və ya hərəkətsizliyinin nəticəsində baş verməsi halı müəyyən edilmədiyindən və cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Şahid5 narkotik və psixotrop maddələrin əldə etməkdə Təqsirləndirilən şəxs hər hansı bir rolunun olması, Təqsirləndirilən şəxs Şahid5 üzərində narkotik maddələr saxlamasından məlumatının olması barədə məlumatlar daxil olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik maddələrin istifadəçisi olsa da, satışı ilə bağlı hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Bakı Apellyasiya Məhkəməsinin 7(103)-309/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2, 228.4, 317-2.1ci maddələri ilə təqsirli bilinərək 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 120.2.2ci maddəsindən CM-nin 120.1-ci maddəsinə tövsif edilərək üzərində 10 (on) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli qərar ləğv edilib cinayət işi Apellyasiya Məhkəməsinə qaytarılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci tarixli qərarı ilə 11 (on bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli qərarı ləğv edilərək iş yeni Apellyasiya baxışma təyin edilmiş, 7(103)-309/2020 saylı, xx.xx.2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinn qərarı ilə xx.xx.2020-ci il tarixli Qanunu tətbiq edilərək cəzası 09 (doqquz) il 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl özünün etirafedici və şahid ifadələri, iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ağırlaşdırıcı halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 1,133 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,033 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 55,00 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,033 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 55,00 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar