Məhkəmə qərarları › İş №1(060)-130/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-130/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-130/2025 18.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X4, X2, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, məhkumluğu olan, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi yaşayış evində yaşamış, hazırda Sumqayıt şəhər məhkəməsinin 1(060)-18/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə 02 il 04 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində “Həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda iki ədəd kibrit qutularda ayrı-ayrılıqda təmiz çəkiləri 2,28 qram və 1,88 qram, həmçinin ümumi sayı 14 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,52 qram, 0,27 qram, 0,27 qram, 0,70 qram, 0,50 qram, 0,24 qram, 0,45 qram, 0,54 qram, 0,32 qram, 0,39 qram, 0,23 qram, 0,47 qram, 0,70 qram, 0,59 qram, ümumi çəkisi 10,35 qram tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanamın əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 18:35də yaşadığı Sumqayıt şəhəri 76-cı məhəllə, ev 93-ün yaxınlığında Sumqayıt ŞPİ-nin NMBnin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu iki ədəd kibrit qutuların içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 2,28 qram və 1,88 qram, həmçinin bir ədəd üzərində «Vinston» sözləri yazılmış siqaret qutusunun içərisindən ümumi sayı 14 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,52 qram, 0,27 qram, 0,27 qram, 0,70 qram, 0,50 qram, 0,24 qram, 0,45 qram, 0,54 qram, 0,32 qram, 0,39 qram, 0,23 qram, 0,47 qram, 0,70 qram, 0,59 qram, ümumi çəkisi 10,35 qram tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, şalvarının arxa sol cibindən 01 ədəd qara rəngli eletron tərəzi aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18:35 radələrində yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən evdən küçəyə çıxarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ona nədə şübhəli olduğunu bildirərək onu araşdırma aparılmasından ötrü Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, etiraz etməmiş, birlikdə İdarəyə getmişdir. İdarədə xidməti otaqların birində ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim edilmişdir. Bildirir ki, onun üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə, o cümlədən elektron tərəzi olmamışdır. Pİ-də şəxsi axtarış zamanı polis əməkdaşları ona təqdim edilən natkorikin ona məxsus olmasını boyununa götürməsini tələb etmiş, əks halda daha artıq çəkidə narktiklə məsuliyyətə cəlb ediləcəyi ilə onu hədələmişlər. Bu səbəbdən o, çarəsiz qalıb həmin maddənin və elektron tərəzinin ona məxsus olduğunu etiraf etmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunanlar ona məxsus olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir, əvvəllər bir neçə dəfə CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. O, saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməmiş, ona qarşı fiziki ağrı və ya qeyri insani hərəkət edilməmiş, polis əməkdaşları ona hazırki əməli boynuna almayacağı təqdirdə daha artıq çəkidə narkotiklə məsuliyyətə cəlb ediləcəyini bildirmişlər. Bu səbəbdən o, bu əməli boynuna götürmüşdür. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18:35 radələrində yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən evin yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vastələrin, psixotrop maddələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu ŞPİ-nə dəvət etmişlər. O etiraz etmədən onlarla birlikdə həmin İdarəyə getmişdir. İdarədə xidməti otaqların birində ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuş, təqdim edilmiş vəkilə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olub-olmaması olduğu təqdirdə onu təqdim etməsi təklif olunmuş, o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd üzərində «Viniston» sözləri yazılmış siqaret qutusunu, iki ədəd kibrit qutusunu, həmin şalvarın sol yan cibindən bir ədəd özünə məxsus Redmi markalı mobil telefonu, şalvarın arxa sol cibindən bir ədəd qara rəngli elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusu açıldıqda içərisində 14 ədəd hər biri ağ kağıza bükülmüş halda olan bükümlər aşkar edilmiş, bükümlər hər biri açılaraq içərisinə baxıldıqda hər birinin içərisində narkotik vasitə «marixuana»ya bənzər yaşıl rəngli bitki mənşəli ot kütlələri aşkar edilmişdir. Həmin maddələrin hər biri açılaraq hər bininin içərisində narkotik vasitə “marixuana”ya bənzər yaşıl rəngli bitki mənşəli ot kütlələri aşkar edilmişdir. Təqdim etdiyi bir ədəd elektron tərəzi yoxlanıldıqda həmin tərəzinin işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Sorğu zamanı təqdim etdiyi maddələrin nəşə olduğunu və xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 (yüz) manata aldığını və üzərində gəzdirdiyini, elektron tərəzini narkotik maddə aldıqda aldadılmasın deyərək, həmin narkotik maddələri həmin tərəzi ilə çəkmək məqsədilə əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş həmin maddələr ümumilikdə elektron tərəzidə çəkilən zaman çəkisinin 19 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEMnə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş və təhqiqatçı tərəfindən götürülmüşdür. Təqdim etdiyi özümə məxsus «Redmi» markalı mobil telefon cihazı iş üçün əhəmiyyət kəsb etdiyindən xüsusi qaydada qablaşdırılaraq möhürləndikdən sonra götürülmüşdür. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Sumqayıt şəhər məhkəməsinin iclasında iştirak edərkən üzərindən aşkar olunmuş narkotik vasitənin və elektron tərəzinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməsini təkzib edərək, cinayət məsuliyyətindən yaxa qurtarmaqdan ötrü o cür yalandan bildirmiş, həmin narkotik vasitə olan qurudulmuş marixuana və elektron tərəzi ona məxsus olmuş, onu da heç kim döyməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Pİ-nə gətirilərkən, habelə Pİ-də olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmiş, barəsində aparılan araşdırma ilə bağlı heç bir şikayət və tələbi olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, sözügedən narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə edərək, üzərində daşımışdır. Elektron tərəzidən narkotik maddələr aldığı zaman çəkmək üçün istifadə etmişdir ki, aldadılmasın. Qeyd edilən narkotik vasitəni aldığı zaman həmin şəkildə olmuş, onları bükümlərə ayırmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi ibitdai istintaq zamanı verdiyi qismn ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində Elmar adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin üzərində gəzdirməsi, saxlaması, qəbulu və satması barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında həmin gün saat 18:35-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 76- cı məhəllə, 93 saylı evinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirmiş, xidməti otaqların birində videokamera ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər. Ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, o, əynində olan şalvarın cibində saxladığı bir ədəd siqaret qutusunu, iki ədəd kibrit qutusunu, bir ədəd mobil telefonu və bir ədəd qara rəngli elektron tərəzini çıxardıb təqdim etmişdir. Siqaret qutusunun içərisində 14 ədəd içərisində narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli bitki mənşəli ot kütlələri olan kağız bükümlər aşkar edilmişdir. Elmarın üzərindən aşkar olunmuş 14 büküm və iki ədəd kibrit qutusunda olan maddələr ümumilikdə elektron tərəzidə çəkilmiş, daha sonra xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında Şahid1 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, nə o, nə də qrupun digər üzvü tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və ya İdarəyə gətirilərkən döyülməmiş, ona qarşı qeyri insani hərəkətə yol verilməmiş və ya hədələnməmişdir. Təqsirləndirilən şəxs ününü müdafiə etmək və məsuliyyətdən yayınmaq məqsədilə bu məzmunda ifadə vermişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə və elektron tərəzi onun özünə məxsus məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 avqust 2024-cü il tarixdə (saat 15:00) toplanmış təhqiqat materialı üzrə Təqsirləndirilən şəxs barəsində CMnin 234.2-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 21 avqust 2024-cü il tarixdə, saat 18:35 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.18); Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il tarixdə CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 58-59); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 23 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.69-70); Sumqayıt şəhər məhkəməsinin 4(060)-263)/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 21 avqust 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 76-80); “şəxsi axtarışın keçirilməsi haqqında” 21 avqust 2024-cü il tarixli protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində Elmar adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin üzərində gəzdirməsi, saxlaması, qəbulu və satması barədə daxil olmuş məlumat əsasında həmin şəxs həmin gün saat 18:35-də Sumqayıt şəhəri, 76-cı məhəllə, 93 saylı evinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPl-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilişdir. Həmin vaxt təhqiqatçısı özünü təqdim edərək, həmin şəxsə saxlanılma səbəbini bir daha izah edərək, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili təqdim edir. Bundan sonra şübhəli şəxsə üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu təqdirdə həmin əşyanı təqdim edilməsi təklif olunur. Elmar əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd üzərində «Viniston» sözləri yazılmış siqaret qutusunu, iki ədəd kibrit qutusunu, həmin şalvarın sol yan cibindən bir ədəd özünə məxsus Redmi markalı mobil telefon cihazını, həmin şalvarın arxa sol cibindən bir ədəd qara rəngli elektron tərəzini çıxardıb təqdim edir. Həmin siqaret qutusu açıldıqda içərisində 14 ədəd hər biri ağ kağıza bükülmüş halda olan bükümlər aşkar edilir. Həmin bükümlər açılaraq içərisinə baxıldıqda hər birinin içərisində narkotik vasitə “marixuana”-ya bənzər yaşıl rəngli bitki mənşəli ot kütlələri aşkar edilir. Aşkar edilmiş iki ədəd kibrit qutusu açıldıqda hər bininin içərisində narkotik vasitə “marixuana”-ya bənzər yaşıl rəngli bitki mənşəli ot kütlələri aşkar edilir. Elmarın təqdim etdiyi bir ədəd elektron tərəzi yoxlanıldıqda həmin tərəzinin işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Elmar təqdim etdiyi maddələrin nəşə olduğunu və onları xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata aldığını və üzərində gəzdirdiyini, aşkar edilmiş elektron tərəzini narkotik maddə aldıqda aldadılmasın deyə həmin narkotik maddələri həmin tərəzi ilə çəkmək məqsədilə əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 14 büküm və iki ədəd kibrit qutusunda olan maddələr ümumilikdə elektron tərəzidə çəkilir, büküldüyü kağız və kibrit qutuları ilə birlikdə çəkisinin 19 qram olduğu müəyyən edilir. Həmin maddələr ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİNnin 124 saylı möhürü ilə möhürlənir. Elmarın təqdim etdiyi «Redmi» markalı mobil telefon cihazı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülür. Bundan sonra videoçəkiliş dayandırılır. (i.v 26-27); AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1463 nömrəli 12 mart 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə iki ədəd kibrit qutularda ayrı-ayrılıqda təmiz çəkiləri 2,28 qram və 1,88 qram və ümumi sayı 14 ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,52 qram, 0,27 qram, 0,27 qram, 0,70 qram, 0,50 qram, 0,24 qram, 0,45 qram, 0,54 qram, 0,32 qram, 0,39 qram, 0,23 qram, 0,47 qram, 0,70 qram, 0,59 qram, ümumi çəkisi 10,35 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr ola çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Təqdim edilmiş marixunalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş bir ədəd elektron tərəzidə narkotik maddələrin qalıqları yoxdur. (i.v 45-49); AR Səhiyyə Nazirliyi Respublika X6 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə ekspertizanın xx.xx.2024-cü il tarixli 6885 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.99-100); AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyi X7 təqəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1449 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. (i.v.53-55); Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və elektron tərəzini daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN BƏSİİ alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-cü il Bakı şəhəri, Surxanı rayonu məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya haqqında qərarın 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş 06 ay hissəsi azaldılmış, xx.xx.2023cü ildə cəzasının sonu ilə azad edilmişdir, bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 08 ay azadlıqdan məhrumetmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmış və ona 02 il 04 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu müddət nəzərə alınaraq cəzanını əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla ona qəti olaraq 02 il 03 ay 26 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (i.v.120-121); CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilsə də, məhkumluğu ödənilmədən yenidən yəni 21 avqust 2024-cü il tarixdə cinayət əməli törətmişdir. Onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. “sübutların qiymətləndirilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış və barəsində Sumqayıt şəhər məhkəməsi tərəfindən seçilmiş “Həbs” qətimkan tədbiri nəzərə alınmış, 7/1402 nömrəli 22 avqust 2024-cü məhkəməbioloji ekspertizasının, 1684 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmiş, aşkar olunmuş və kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 10.03 qram narkotik vasitə qurudulmuş marexuana və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd Redmi markalı mobil telefon sübut əhəmiyyəti heab edilmədiyindən onun ailə üzvlərinə qaytarılmışdır. (i.v.126-131-85); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 16 və 75-cimaddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla özünü qismən yəni narkotik vasitəni qanunsuz istifadə etməkdə təqsirli bilməsi, üzərindən həmin bükümlərin və elektron tərəzinin aşkar edilməməsi və narkotik vasitənin satışı ilə məşğul olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-ci il tarixli, 8 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən narkomaniya xəstəliyindən əziyyət çəkdiyini bildirsə də, saxlanılarkən üzərində narkotik vasitə və elektron tərəzi olmadığını, saxlanılarkən və Pİ-nə gətirilərkən polis əməkdaşları tərəfindən döyülmədiyini, lakin polis əməkdaşları tərəfindən bu əməli boynuna almayacağı təqdirdə onu daha ağır çəkidə narkotiklə məsuliyyətə cəlb ediləcəyi ilə hədələndiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilərkən o, həmin iclasda polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda müxtəlif məzmunlu ifadələr verərək qeyri-səmimilik nümayiş etdirmişdir. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də, məhkəmə tibbi ekpertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ötən dövr ərzində qeyd etdiyi hallarla bağlı hər hansı orqana və ya məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hər bir hal məhkəmə tərəfindən yoxlanılsa da, öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibitdai istintaq zaman verdiyi qismən etirafedici ifadəsi, şəxsi axtarış və və götümə protokolu, şahid ifadələri ittihamın əsasını təşkil edən sübut növlərindən biri kimi qəbul edilməlidir. CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. İşə baxılarkən cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə həmin məcəllənin 66.5-ci maddəsinin tələbinə görə, şəxshökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə törətmiş olduğu cinayət əməli ilə bağlı xx.xx.2025-ci il tarixdə ittiham hökmü çıxarılmış, hazırkı cinayət əməlini isə 21 avqust 2024-cü il tarixdə törətmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halı, əvvələr də dəfələrlə narkotik vasitələrdən və psixotrop maddələrdən qanunsuz istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb edildiyini, lakin islah olunmayaraq yenidən cinayət əməli törətməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, həmin məcəllənin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə sonuncuya təyin olunmuş 02 il 04 ay müddətə müddətə azadlıqdan məhrumetmə cəzası bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalı, hər iki cinayət işi üzrə məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu müddət cəzaçəkmə müddətinə hesablanaraq ona qəti cəza təyin edilməli, cəzasının əvvəli 21 avqust 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə bioloji ekspertizasının keçirilməsi ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 10.35 qram narkotik vasitə qurudulmuş marexuana və 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 72 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və ona 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu cəmi 04 gün müddət cəzaçəkmə müdddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 21 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 10.35 qram narkotik vasitə qurudulmuş marexuana və 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar