Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-131/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1, Müdafiəçisi - Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Gəncədə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, subay, işsiz, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və hazırda ünvan 4da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndinin inzibati ərazisində yerləşən “heyvan bazarı” adlanan ərazidə yerləşən dayanacaqda Elmir İsmayılov gözətçi mövqeyində dayanıb ətrafa nəzarət etmiş, özü isə Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2107” markalı, **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapılarının kilidli olmamasından istifadə edərək avtomobilin salonundan 150 (bir yüz əlli) manat dəyərində 01 (bir) ədəd “Pioneer 7150” markalı maqnitafonu və sürətlər qutusunun yanında olan 60 (altmış) manat nağd pulu gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 210 (iki yüz on) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 16 mart 2021-ci il tarixdə, saat 09:00 radələrindən 18:00 radələrinədək olan müddət ərzində Göygöl rayonu, Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyatyanı sahəsinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub, oradan da mətbəxin açıq formada olan qapısından yaşayış evinə daxil olub evin yataq otağında divara bərkidilmiş 220 (iki yüz iyirmi) manat dəyərində olan 01 (bir) ədəd “LG” markalı, “32LH510U” model, 32 düymlü, 81 dioqanallı istifadə olumuş televizoru gizli talayaraq Zərərçəkmiş şəxs2 220 (iki yüz iyirmi) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 17 mart 2021-ci il tarixdə saat 15-16 radələrində Samux rayonu, Sərkar kəndi ərazisində Zərərçəkmiş şəxs3 məxsus “Ford Transit” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinin açıq olmasından istifadə edib oradan 36 manat dəyərində 20 ədəd “Kingston” qalın, 50 manat dəyərində 20 ədəd “West” qalın, 72 manat dəyərində 20 ədəd “Kent” nazik qara, 44 manat dəyərində 20 ədəd “Want” nazik boz, 22 manat dəyərində 10 ədəd “Want” nazik qara, 50 manat dəyərində 20 ədəd “Pall Mall” nazik boz, 25 manat dəyərində 10 ədəd “LD” nazik qara, 18 manat dəyərində 10 ədəd “Maqna” boz, 18 manat dəyərində 10 ədəd “Arqo” qalın qırmızı, 20 manat dəyərində 08 ədəd “Vinçester” qalın boz, 10 manat dəyərində 04 ədəd “Vinçester” qalın göy, 17,50 manat dəyərində 07 ədəd “Rothmans” qalın boz, 50 manat dəyərində 20 ədəd “Rothmans” qalın boz, 50 manat dəyərində 20 ədəd “LD” kompakt ağ, 72 manat dəyərində 20 ədəd “Kent 4” nazik qara, 72 manat dəyərində 20 ədəd “Kent 8” siqaretləri gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 658,50 (altı yüz əlli səkkiz manat əlli qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakı talama məqsədilə tanışı X3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 5 ünvanında yerləşən evinin qarşısında saxladığı “VAZ 2107” markalı, **-VN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının yanında Elmir İsmayılov gözətçi mövqeyində dayanıb ətrafa nəzarət etmiş, o isə avtomobilin qapılarının kilidli olmamasından istifadə edərək avtomobilin salonundan 150 (bir yüz əlli) manat dəyərində 01 (bir) ədəd “Pioneer” markalı, “Mixtrax DEH-X9550” modelli maqnitafonu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs4 150 (bir yüz əlli) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021ci il tarixdə gecə saatlarında Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs5 məxsus “Mersedes” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin qismində əyləşərək avtomiblin sahibi Zərərçəkmiş şəxs5 məxsus içərisində şəxsiyyət və sürücülük vəsiqələri, hərbi bilet, nəqliyyat vasitəsinin uçot kartoçkası, «Nikoil Bank», «Beynəlxalq Bank»lara aid bank kartları, «Kapital Bank»a aid «Bir kart» olan 30 (otuz) manat dəyərində olan 01 (bir) ədəd “Neri Karra” markalı, qara rəngli, dəri materiallardan olan, 14x10 sm ölçülü pul kisəsini gizli talayaraq, həmin pul kisəsinin içərisində olan elektron məlumat daşıyıcısı hesab olunan ,,BirKart” hesab kartından istifadə etməklə Sumqayıt şəhəri ərazisində yerləşən müxtəlif bankların bankomatlarından həmin gün gecə saat 01:43-də 100 (bir yüz) manat, saat 01:44-də 150 manat, saat 01:49-da 250 (iki yüz əlli) manat, saat 01:55-də 100 (bir yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat pul çıxardaraq, Zərərçəkmiş şəxs5 ümumilikdə 630 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs5 məxsus ,,Mersedes” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin qismində əyləşərək avtomiblin sahibi Zərərçəkmiş şəxs5 məxsus içərisində şəxsiyyət və sürücülük vəsiqələri, hərbi bilet, nəqliyyat vasitəsinin uçot kartoçkası, «Nikoil Bank», «Beynəlxalq Bank»lara aid bank kartları, «Kapital Bank»a aid «Bir kart» olan 30 (otuz) manat dəyərində olan 01 (bir) ədəd “Neri Karra” markalı, qara rəngli, dəri materiallardan olan, 14x10 sm ölçülü pul kisəsini gizli talayaraq, həmin pul kisəsinin içərisində olan elektron məlumat daşıyıcısı hesab olunan ,,BirKart” hesab kartından istifadə etməklə Sumqayıt şəhəri ərazisində yerləşən müxtəlif bankların bankomatlarından həmin gün gecə saat 01:43-də 100 (bir yüz) manat, saat 01:44-də 150 (bir yüz əlli) manat, saat 01:49-da 250 (iki yüz əlli) manat, saat 01:55-də 100 (bir yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat pul çıxardaraq, Zərərçəkmiş şəxs5 ümumilikdə ümumilikdə 630 (altı yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respubliksı CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən avtoyuma sexində qalır və həmçinin orada işləyir. Bundan əvvəl Sumqayıt şəhər Narkoloji Dispanser ilə üzbəüz olan məhəllədə tək kirayə yaşamışdır. xx.xx.2021-ci il tarixdə, saat təxminən 22:00 radələrində o, işlədiyi Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən avtoyuma sexində olarkən həmin zaman Eldar, Vaqif və Vüsal da orda olmuşlar. Vüsal avtoyumanı icarəyə götürüb işlədən şəxsdir. Vaqif və Eldarı isə təxminən 1-2 ay olar ki, tanıdığını bildirmişdir. Avtoyuma sexində olan zaman ona məxsus mobil telefonda kontur olmadığı üçün Vüsaldan Vaqifə məxsus mobil telefonla Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivinə getmək üçün taksi sifariş verməsini xahiş etmişdir. Vaqifin özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə *6688” operatoruna zəng edərək taksi sifariş etmişdir. Təxminən 10-15 dəqiqə sonra boz rəngli “Mercedes-Benz” markalı avtomobil gəlmiş, amma həmin maşının dövlət nömrə nişanı yadında qalmamışdır. O, Eldardan onunla birgə gəlməsini xahiş etmişdir. O, qabaq sərnişin oturacağında, Eldar isə arxa oturacaqda ortada əyləşmiş, o, avtomobilə əyləşən zaman əyləşdiyi oturacağın üzərində qara rəngli pul kisəsi görmüş və həmin pul kisəsinə toxunmadan üzərində oturmuşdur. Yaşıl dərədə tuneldən keçərək 10 nömrəli marşrut avtobusunun sonuncu dayanacağına getmişlər. Orada maşından düşməmişdən əvvəl 05 (beş) manat gediş haqqını vermiş və düşərkən oturduğu oturacağın üzərindən qara rəngli pul kisəsini də sağ əli ilə götürərək əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Maşından düşən kimi pul kisəsini yerdə otların arasına atmış və Eldara maşından pul kisəsini oğurladığını, pul kisəsini atdığı yeri göstərib kisəni oradan götürməsini demişdir. Pul kisəsini götürüb cibinə qoymuşdur. Sonra pul kisəsini açmış və Eldarla birlikdə pul kisəsinin içinə baxmışlar. Pul kisəsinin içərisində nağd pul olmamışdır, ancaq rəsmi sənədlər və bank kartları olmuşdur. Daha sonra həmin kartlarda pul olubolmamasını yoxlamaq üçün Yaşıl dərədə dayanmış yol taksisinə əyləşib Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində taksidən düşmüşlər. Həmin ərazidə yerləşən adını bilmədiyi bankomata yaxınlaşmışlar və pul kisəsinin içərisindən götürdüyü “Birbank” kartını bankomata daxil etmişdir. Pul kisəsinin içərisində sahibinə aid şəxsiyyət vəsiqəsində təvəllüdünə baxaraq kodun “1991” olduğunu zənn edib həmin rəqəmi kartın şifrəsi kimi daxil etmiş və kodun düzgün olduğunu görmüşdür. Daha sonra kartda 716 (yeddi yüz on altı) manat pulun olduğunu görmüşlər və həmin vaxt kartdan 100 (bir yüz) manat çıxartmış, sonra pulu üzərində saxlasın deyə pulu Eldara vermişdir. Təkrarən həmin bankomatdan 150 (bir yüz əlli) manat da çıxartmış və yenidən saxlaması üçün Eldara vermişdir. Bildirmişdir ki, Yaşıl dərədən “Kapital Bank”-ın bankomatına gəldikləri taksi onları gözləyir və elə həmin taksi ilə də Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən, lakin hansı banka aid olduğunu dəqiq bilmədiyi bankomatın qarşısında taksidən düşmüşlər. Orada olan bankomatda həmin oğurladığı “Birkartdan” 250 (iki yüz əlli) manat pul çıxartmış və həmin pulu saxlaması üçün Eldara vermişdir. Sonra yenə həmin taksiyə əyləşərək Sumqayıt şəhəri, 5-ci mikrorayonda “Çörəkçi” dükanının yanında olan “Kapital bank”-a aid olan bankomatdan isə həmin kartla 100 (bir yüz) manat pul çıxartmış və həmin pulu da Eldara vermişdir. Həmin taksiyə 08 (səkkiz) manat verərək yola salmışlar. O, ümumilikdə oğurladığı “Birkart” vasitəsilə bankomatlardan 600 (altı yüz) manat puldan çıxartmış və saxlaması üçün hamısını Eldara vermişdir. Həmin günü təxminən saat 03:00 radələrində Bakı-Sumqayıt yolunun kənarında yerləşən kafelərdən birinə gecələmək üçün getmişlər. Kartdan çıxartdıqları 600 (altı yüz) manat puldan həmin kafedə xərclədikdən sonra Eldardan yerdə qalan 450 (dörd yüz əlli) manat pulu götürmüş və həmin puldan 100 (bir yüz) manatı Eldara vermişdir. Qalan 350 (üç yüz əlli) manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 14:30 radələrində o, Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən avtoyuma sexində olarkən mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis olduqlarını demişlər və onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, də polis əməkdaşları ilə birlikdə 1-ci Polis Bölməsinə getmişdir. Polislər onu saxlayan zaman o, pul kisəsinin Vüsalda olduğunu demiş və Vüsaldan həmin pul kisəsini də götürmüşlər. Həmin pul kisəsini Polis Bölməsində izahat yazarkən polis əməkdaşlarına təqdim etmişdir. Eləcə də, o, ifadəsində oğurluğu törədərkən taksi sürücüsünün həmin pul kisəsini oğurlayan zaman onu görmədiyini, oğurladığı “Birbank”dan çıxartdığı 600 (altı yüz) manat puldan tanışları Vaqif və Vüsala vermədiyini göstərmişdir. Bundan başqa o, 14 mart 2021-ci il tarixdə saat 09:00 radələrində Gəncə şəhərində Elmir İsmayılov ilə görüşərək birlikdə özünə məxsus “VAZ 2107” minik markalı, **-DH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində yerləşən heyvan bazarına getmişlər. Heyvan bazarında dəmir materialdan olan it zəncirini satmışdır. Onlar birlikdə heyvan bazarından çıxarkən o bazarın avtomobil dayanacağında dayanmış “VAZ 2107” markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobilin yanında heç kəsin olmadığını görmüşdür. Öz avtomobilini yaxınlıqda saxlamışdır. O, Elmirə ətrafa baxmasını və həmin avtomobildən maqnitafonu oğurlayacağını demişdir. Elmirə ətrafa nəzər yetirməsini və kimsə gələrsə ona xəbər etməsini demişdir. Elmir də razılaşmışdır. Elmir ona məxsus avtomobilin içərisindən düşmədən ətrafa nəzarət etməyə başlamışdır. O, avtomobildən düşərək “VAZ 2107” markalı avtomobilə yaxınlaşmışdır. Özünə məxsus avtomobilin açarını həmin avtomobilin qapısının kilidinə salmış və qapını açmışdır. Avtomobilin salonuna girərək 01 (bir) ədəd “Pioneer” markalı maqnitafonu yerindən söküb çıxararaq oğurlayıb öz avtomobilinə tərəf gəlmişdir. Öz avtomobili ilə Gəncə şəhərinə getmişlər. Elmiri yaşadığı ünvana düşürdükdən sonra Yeni Gəncə qəsəbəsinə getmişdir. Maqnitafonu orada üzdən tanıdığı şəxsə 40 (qırx) manata satmışdır. Həmin gün axşam saatlarında Elmir ilə görüşərək həmin pulu siqaret və kontura xərcləmişlər. 22 mart 2021-ci il tarixdə isə günorta saatlarında Elmir ilə görüşmüşlər. Yenə də maqnitafon oğurlamaq qərarına gəlmişlər. Bir müddət Gəncə şəhərində gəzsələr də, heçnə edə bilməmişlər. Göygöl şəhərinə getmək qərarını vermişlər. Birlikdə ona məxsus “VAZ 2107” minik markalı, **-DH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhərindən Göygöl rayonu, Hacıkənd qəsəbəsi istiqamətində getmişlər. Saat 15:00 radələrində Gəncə şəhərinə qayıdarkən Göygöl şəhəri ərazisində olan zaman avtomobili Göygöl şəhəri, Nizami küçəsinə sürüb yaşayış evlərinin qarşısında oğurluq edə biləcəkləri avtomobil olub-olmamasına baxmışlar. Nizami küçəsində yerləşən evlərdən birinin qarşısında “VAZ 2107” minik markalı, **-VN-*** dövlət nömrə nişanlı avtomobilin dayandığını görmüşlər, avtomobilin sürətini azaldaraq həmin avtomobilin içərisinə baxan zaman qapılarının kilidli olmadığını bilmişdir. Avtomobili saxlayaraq bir qədər arxaya vermiş və “VAZ 2107” minik markalı, **-VN-*** dövlət nömrə nişanlı avtomobildən bir neçə metr aralıda yolun ortasında avtomobili saxlamışdır. Elmirə ətrafa baxmasını, kimsə gəlsə xəbər etməsini, avtomobilin içərəsindən maqnitafonu oğurlayacağını demişdir. Avtomobildən düşüb “VAZ 2107” minik markalı, **-VN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yaxınlaşaraq qapısını açıb içərisinə daxil olmuş və 01 (bir) ədəd “Pioneer” markalı maqnitafonu yerindən sökərək oğurlamışdır. Elmir ilə birlikdə Gəncə şəhərinə gəlmişlər, həmin gün avtomobilin içərisindən götürdükləri maqintofunu Gəncə şəhəri, İ.Qayıbov küçəsində tanışı Məhəmməd adlı şəxsə 30 (otuz) manata satmışlar, pulu isə hər ikisi birlikdə siqaret və kontur almaq üçün xərcləmişlər. Oğurluq edəcəklərinə Elmir ilə birlikdə qərar vermişlər və pula ehtiyacları olduğu üçün onunla razılaşaraq oğurluq etmişlər. Bu barədə başqa heç kəsin məlumatı olmamışdır. O, həmin şəxsləri tanımamışdır. Avtomobillərdən oğurluğu o etmiş, Elmir isə gözətçilik etmişdir. Heyvan bazarından oğurladıqları maqnitafonu satdığı adamı üzdən tanımış, kim olmasını və harada yaşadığını bilməmişdir. Göygöl şəhəri, Nizami küçəsindən oğurladıqları maqnitafonu isə Gəncə şəhərində Məhəmməd adlı tanışına 30 (otuz) manata satmışdır. Həmin pulu da Elmir ilə birlikdə siqaret və kontura xərcləmişlər. Bundan başqa o, Göygöl rayonu, Üçtəpə kəndində tanımadığı şəxsə məxsus 01 (bir) ədəd “LG” markalı televizor oğurladığı evin ətrafı dəmir materialdan olan dam örtüyü ilə hasara alınmışdır. O, hasarın üzərindən evin həyətinə daxil olmuş, həmin vaxtı dəmirdən olan hasar bir qədər əzilmişdir. O, həyətə daxil olduqda yanaşı 02 (iki) qapı olduğunu görmüşdür. Qapılardan biri açıq olmuş və o, içəri daxil olmuşdur. Həmin yer mətbəx olmuş və masanın üzərində 01 (bir) ədəd açar olmuşdur. Açarı götürüb digər otağın qapısına salmış və qapını açaraq içəri daxil olmuşdur. Divarda “LG” markalı televizor olduğunu görüb onu yerindən çıxararaq gəldiyi yer ilə də çıxıb getmişdir. Həmin gün televizoru Gəncə şəhər Univermağında telefon satışı ilə məşğul olan Pərviz adlı şəxsə 60 (altmış) manata satmışdır. O, həmin vaxtı tək olmuşdur. Yanında heç kəs olmamışdır. Bundan başqa o, 17 mart 2021-ci il tarixdə Gəncə şəhərində özünə məxsus “VAZ 2107” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti göstərdiyi zaman bir nəfər müştərini Samux rayonu, Sərkar kəndindən gətirməklə bağlı sifariş götürmüşdür. Həmin müştərini Samux rayonu, Sərkar kəndinə düşürərək Gəncə şəhərinə qayıtmaq istədiyi zaman müştərini düşürtdüyü yerdən təxminən 1-2 dəqiqəlik məsafədə yolun kənarında ağ rəngli “Ford” Tranzit markalı avtomobilin dayandığını görmüşdür. Həmin vaxt qeyd etdiyi avtomobilin əsasən firmalar tərəfindən istifadə edildiyini fikirləşib avtomobildə pulun və yaxud pula gedəsi nə isə olacağını ehtimal etmişdir. Bu məqsədlə idarə etdiyi avtomobili təxminən 15-20 metr aralıda saxlayıb ətrafa nəzər yetirdikdən sonra qeyd etdiyi avtomobilin qabaq sərnişin oturacağı tərəfdən yaxınlaşaraq qapısının açıq olub-olmadığını yoxlamış, qapısının açıq olduğunu gördüyü zaman salonda pulun və yaxud pula gedəsi nəisə olacağına ehtimal etməmiş və qapını bağlayıb avtomobilin arxa hissəsinə keçmişdir. Bu zaman yenidən ətrafa nəzər yetirib avtomobilin arka yük yerini açmış və orada həqiqətən də müxtəlif cür yüklərin, həmçinin içərisində müxtəlif cür siqaretlərin olduğu iki yekə qutunun (karobka) olduğunu görmüşdür. Digər əşyalara fikir vermədən siqaretlərlə dolu olan qutuları oğurlayaraq özünə məxsus avtomobilin arxa sərnişin oturacağına qoyub, oradan uzaqlaşaraq Gəncə şəhərinə getmişdir. Gəncə şəhərində bir müddət özünə məxsus avtomobil ilə gəzdikdən sonra oğurladığı siqaretlərin bir hissəsini Gəncə şəhərində "univermaq" deyilən yerin ətrafında tanımadığı şəxslərə müxtəlif qiymətlərə satıb ümumillikdə dəqiq xatırlamadığı təxminən 350-400 manat pul əldə etmişdir. Oğurladığı siqaretlərin bir hissəsi isə özünə məxsus avtomobildə qalmışdır. Əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. 19 mart 2021-ci il tarixdə Samux RPŞ-nin əməkdaşları onu saxlayaraq Polis Şöbəsinə gətirmişlər və Polis Şöbəsində o, oğurluq etdiyini səmimi olaraq etiraf etmişdir. Həmçinin oğurladığı siqaretlərin bir hissəsini isə polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşman olduğunu və yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respubliksı CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində xeyli müddətdir tanıdığı Vüsalın icarəyə işlətdiyi avtoyuma məntəqəsində olur. Mehranı təxminən 02 (iki) aya yaxındır ki, həmin avtoyuma məntəqəsində olan və orada qalan Gəncə şəhərindən olan Mehranı tanıdığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində həmin avtoyuma sexində Mehran, Mehranın tanışı Vaqif və Vüsal da orada olmuşdur. Sexdə olarkən Mehran ona Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivinə getməyi xahiş etmiş və taksi sifarişi vermişdir. Təxminən 10-15 dəqiqə sonra boz rəngli “Mercedes-Benz” markalı avtomobil gəlmişdir. Mehran qabaq sərnişin oturacağında, o, isə arxa sağ oturacaqda əyləşmişdir. Yaşıl dərədə tuneldən keçərək 10 saylı marşrut avtobusunun axırıncı dayanacağına getmişlər. Mehran taksinin gediş haqqı olan 05 (beş) manatı vermiş və onlar taksidən enmişlər. Bundan 2-3 dəqiqə sonra Mehran ona taksidə qabaq oturacaqdan pul kisəsi oğurladığını və düşən kimi yerə atdığını demişdir. Onlar Mehranın pul kisəsini atdığı yerə yaxınlaşmışlar və Mehran pul kisəsini götürüb açmış, içərisinə baxdıqda nəğd pulun olmadığını, ancaq bank kartları və rəsmi sənədlər olduğunu görmüşlər. Daha sonra həmin kartlarda pul olubolmamasını yoxlamaq üçün Yaşıldərədə dayanmış yol taksisinə əyləşərək Sumqayıt şəhəri, 18-ci mikrorayonun ərazisində düşmüşlər. Həmin ərazidə yerləşən adını bilmədiyi bankomata yaxınlaşmışlar və Mehran pul kisəsinin içərisindən götürdüyü “Birkart” bank kartını bankomata daxil etmişdir. Mehran pul kisəsində olan şəxsiyyət vəsiqəsinə kartın sahibinin təvəllüdünə baxaraq kodun “1991” olduğunu zənn edib həmin kodu yığmış və kodun düzgün olduğunu bilmişlər. Sonra kartda 716 (yeddi yüz on altı) manat pulun olduğunu görmüşlər və Mehran həmin vaxt kartdan 100 (bir yüz) manat çıxartmış, sonra pulu cibinə qoyub saxlaması üçün ona vermişdir. Həmçinin Yaşıl dərədən gəldikləri taksi də onları gözləmişdir və həmin taksi ilə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən, lakin hansı banka aid olduğunu dəqiq bilmədiyi bankomatın qarşısında taksidən enmişlər. Orada da oğurladıqları kartdan 250 (iki yüz əlli) manat pul çıxartmışlar və həmin pulu da saxlamaq üçün ona vermişdir. Sonra yenidən həmin taksiyə əyləşərək Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən “Çörəkçi” dükanının yanında olan “Kapital Bank”-a aid bankomatdan 100 (bir yüz) manat pul çıxartmış və həmin pulu da Mehman ona vermişdir. Daha sonra takksiyə 08 (səkkiz) manat verərək yola salmışlar. Ümumilikdə 600 (altı yüz) manat pul çıxardıb hamısını saxlamaq üçün ona vermişdir. Həmin günü təxminən saat 03:00 radələrində Bakı-Sumqayıt yolunda yerləşən “Elşad” kafesinin yanında adını bilmədikləri kafeyə getmişlər. Həmin gecə kafedə qalmışlar və orada yemək yemişlər. Kartdan çıxartdıqları 600 (altı yüz) manat puldan həmin kafedə xərclədikdən sonra Mehran yerdə qalan 450 (dörd yüz əlli) manat pulu ondan almış və o, həmin puldan 100 (bir yüz) manat ona vermişdir. Qalan 300 (üç yüz) manat pulu isə cibinə qoymuşdur. O, həmin vaxtdan sonra Mehranı görməmiş və pul kisəsini nə etdiyini bilməmişdir. Əməlindən peşmandır. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, "Mercedes Benz" markalı, **-LS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur və onun şəxsi istifadəsindədir. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və bu üsulla ailəsinin xərclərini ödəyir. xx.xx.2021-ci il tarixdə, saat 23:48 radələrində Sumqayit şəhəri, 6-cı mikrorayon ərazisindən Yaşıl Dərə bağlar massivi arazisinə sifariş qabul etmişdir. Deyilən yerdə 02 (iki) nəfər tanımadığı şəxsi götürərək Yaşıl Dərə bağlar massivi ərazisinə aparmışdır. Sifarişi yerinə yetirdikdən sonra yaşadığı evə getmişdir. Evə çatdıqdan sonra saat 01:45 radələrində sms vasitəsilə ona mesaj gəlmiş və sms-də ona məxsus “Birkartdan” 600 (altıyüz) manat pulun çıxarılması qeyd olunmuşdur. O, dərhal avtomobilə yaxınlaşmış və avtomobildə sürət qutusunun yanına qoyduğu ona maxsus pul kisəsinin yerində olmadığını müəyyən etmişdir. Artıq müştəri kimi avtomobilə əyləşən həmin 02 (iki) nəfər şəxsin ona məxsus içərisində şəxsi sənədlər və “Birkart” olan pul qabını oğurladığı məlum olmuşdur. Ertəsi gün "Kapital Bank”-a yaxınlaşmış və oradan aldığı çixarış vərəqəsindən sonuncu dəfə həmin kartdan 100 (bir yüz) manat pulun Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisindən çıxarılması məlum olmuşdur. Eləcə də, o, ifadəsində baş vermiş oğurluq hadisəsi ilə bağlı konkret olaraq har hansı bir şəxsdən şübhələnmədiyini, ona ümumilikdə 600 (altı yüz) manat məbləğində maddi ziyan dəydiyini göstərmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəyən maddi ziyan ödənilməmişdir, ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 14 mart 2021-ci il tarixdə saat 07:00 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “heyvan bazarı”na kəsmək üçün xırda buynuzlu heyvan almağa gəlmişdir. Özünə məxsus etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” markalı, **- DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili bazarın içərisində olan duracaqda saxlayaraq qapılarını bağlayıb heyvan almaq məqsədilə bazara getmişdir. Bazara gedərkən üzərində olan 200 (iki yüz) manat pulun 60 (altmış) manatını da sonradan lazım olacağı üçün avtomobilin sürətlər qutusunun yanına qoymuşdur. Saat 09:00 radələrində 120 (bir yüz iyirmi) manata 01 (bir) baş xırda buynuzlu heyvan alaraq duracaqda olan avtomobilinin yanına gəlmişdir. Avtomobilin qapısı açarla açıldığından cibindən açarı çıxarıb avtomobilin qapısına saldıqda qapının açıq olduğunu görmüşdür. Qapını açaraq içərisinə əyləşdikdə avtomobildə olan “Pioneer 7150” markalı maqnitafonun yerindən söküldüyünü görmüşdür. Bu zaman avtomobildən naməlum şəxs və ya şəxslərin maqnitafonu söküb oğurladıqlarını başa düşmüşdür. Avtomobilin sürətlər qutusunun yanında olan 60 (altmış) manat pulun da götürüldüyünü müəyyən etmişdir. Bundan sonra isə bazarda xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq məlumat vermişdir. Onlar da onu Göygöl rayon Polis Şöbəsinə dəvət edərək ərizəsini almışlar. Əlavə olaraq qeyd etmişdir ki, hadisə konkret olaraq 14 mart 2021-ci il tarixdə saat 07:00 radələrindən 09:00 radələrinədək olan zaman ərzində baş vermişdir. Ona məxsus avtomobildən yalnız 01 (bir) ədəd “Pioneer 9550” markalı maqnitafon və 60 (altmış) manat nağd pul oğurlanmışdır, başqa heç bir əşya oğurlanmamışdır. Maqnitafonun dəyəri isə təxminən 200 (iki yüz) manat olmuşdur. Avtomobilin qapısını açaraq içərisindən maqnitafonu sökmüş və pulu götürüb aparmışlar, avtomobilə başqa hər hansı ziyan dəyməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “İmperial” yanacaq doldurma məntəqəsində direktor vəzifəsində işləyir, həmçinin təqaüd alır. Göygöl rayonu, Üçtəpə kəndində uzun illər əvvəl 0,06 hektar torpaq sahəsi almışdır. 01 (bir) il bundan əvvəl həmin torpaq sahəsində yanaşı şəkildə olan 01 (bir) yataq otağı və 01 (bir) mətbəxdən ibarət ev tikdirmişdir. Bəzi zamanlarda həmin evdə qalmış, əksər vaxtlarda isə Gəncə şəhərində yerləşən evdə yaşayır. Göygöl rayonu. Üçtəpə kəndində yerləşən evin həyətində ev quşları (toyuq cücə) saxladığı üçün orada qalmadığı zamanlarda da hər gün həmin evə gedərək həm evə nəzarət etmiş, həm də ev quşlarına yem vermişdir. 16 mart 2021-ci il tarixdə saat 08:00 radələrində evə getmişdir. Ev quşlarına yem verdikdən sonra təxminən 01 (bir) saat evdə vaxt keçirib işə getmişdir. Yataq otağının açarını isə həmişəki kimi mətbəxdə olan masanın üzərinə qoymuşdur. Axşam saat 19:00 radələrində evə gələrkən həyətin giriş qapısını açıb həyətə daxil olduqda evin otağının açıq olduğunu görmüşdür. Mətbəxə daxil olan zaman otağın açarının masanın üzərində olmadığını görüb yataq otağına keçmişdir. Yataq otağında divardan asılmış televizorun yerində olmadığını aşkar etmişdir. Evə naməlum şəxs və ya şəxslərin girərək televizou oğurladıqlarını başa düşərək Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, oğurluq hadisəsi 16 mart 2021-ci il tarixdə saat 09:00 radələrindən 19:00 radələrinədək olan zaman kəsiyində baş vermişdir. Naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus evdən 550 (beş yüz əlli) manat dəyərində 01 (bir) ədəd “LG” markalı televizor oğurlanmışdır. Başqa hər hansı bir əşya oğurlanmamışdır. Oğurluq hadisəsində heç kəsdən şübhələnməmişdir. Evin həyətyanı sahəsi dəmir materialdan olan dam örtükləri ilə hasarlandığını, naməlum şəxs(lər) hasarın üzərinə keçərək həyətə daxil olduğunu, dəmirdən olan hasarın həmin hissəsinin də əyildiyini, daha sonra mətbəxin qapısını hər zaman açıq saxlayıb və yataq otağının açarını da mətbəxdə olan masanın üzərinə qoyduqları üçün oğurluq edən şəxs(lər)in mətbəxə daxil olan zaman masanın üzərindən yataq otağının açarını götürüb açarla qapını açaraq içəri daxil olub televizoru yerindən sökərək oğurladıqlarını bildirmişdir. 01 (bir) il olar ki həmin evi tikdirmiş və hər zaman da açarı mətbəxdə masanın üzərinə qoymuş, heç vaxt evdən oğurluq ediləcəyini düşünmədiyi üçün belə etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli teleqramından görünür ki, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 18 mart 2021-ci il tarixdə Samux RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsus avtomobildən oğurluq olması barədə məlumat vermişdir. Belə ki, o, müxtəlif firmalardan müxtəlif cür siqaretlər götürərək əsasən kəndlərdə yerləşən maqazinlərə satmaqla məşğul olur. Bu işdə ona tanışı Samir Rəhimov da köməklik etmişdir. 17 mart 2021-ci il tarixdə o, firmalardan götürdüyü siqaretlərin bir hissəsini müxtəlif maqazinlərə satdıqdan sonra dostu Samir Rahimovla birlikdə Samux rayonu, Sərkar kəndi ərazisində yerləşən kafedə nahar etmək qərarına gəlmişlər. Bu məqsədlə özünə məxsus avtomobili kafenin qarşısında saxlayıb Samir Rahimovla birlikdə kafeyə girmişlər, lakin avtomobilin qapılarını kilidləməmişdir. Təxminan 18:00 radələrində kafedən çıxdıqları zaman hər ehtimala qarşı avtomobilin yük yerinə nəzər yetirdiyi zaman iki böyük qutuda olan siqaretlərinin yerində olmadığını görmüşdür. Həmin vaxt avtomobildə olan digər yüklərinin arasına baxdığı zaman bir daha əmin olmuşdur ki, avtomobildən 20 ədəd "Kingston" qalın, 20 ədəd "West" qalın, 20 ədəd "Kent" nazik qara, 20 ədəd “Want" nazik boz, 10 ədəd "Want" nazik qara, 20 ədəd "Pall Mall" nazik boz, 10 ədəd "LD" nazik qara, 10 ədəd "Maqna" boz, 10 ədəd "Argo" qalın qırmızı, 10 ədəd "Prima" qalın göy, 6 ədəd "Prima" qalın sarı, 08 ədəd "Vinçester" qalın boz, 04 ədəd "Vinçester" qalin göy, 07 ədəd "Rothmans" qalın boz, 20 ədəd "Rothmans" qalın boz, 20 ədəd “LD" kompakt ağ, 20 ədəd "Kent 4" nazik qara, 20 ədəd "Kent 8" siqaretlər oğurlanmışdır. Oğurlanmış müxtəlif cür siqaretlər ilə əlaqadar ona təxminən 1000-1300 manat miqdarında maddi ziyan dəymişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də 4 saylı briqadanın briqadiri vəzifəsində çalışır. X13 hazırda hərbi xidmətdə olduğundan o, ona məxsus “VAZ 2107” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobil ilə hər gün səhər saatlarında üzüm bağlarına işə gedir. Gün ərzində avtomobili özü idarə edir. 22 mart 2021-ci il tarixdə vəfat etmiş qaynı Əlican İsayevin ailə üzvlərinin ünvanına bayram təbriki üçün getmişdir. Saat təxminən 14:00 radələrində oradan yaşadığı ünvana qayıtmışdır. Avtomobili evin qarşısında hər zaman saxladığı yerdə saxlamışdır. Hər zaman evin qarşısında saxladığı üçün avtomobilin qapılarını bağlamamışdır. Saat təxminən 17:00 radələrində saçını kəsdirmək üçün bərbərxanaya getmək məqsədilə evdən çıxıb avtomobilə əyləşmişdir. Avtomobildə olan “Pioneer 9550” markalı maqnitafonun yerindən söküldüyünü aşkar etmişdir. Bu barədə ailə üzvlərinə demiş, lakin onların məlumatı olmamışdır. Maqnitafonun oğurlandığını başa düşərək qonşulardan maraqlanmış, lakin oğurluq hadisəsini törətmiş şəxs və ya şəxsləri görən kimsə olmamışdır. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Əlavə olaraq göstərmişdir ki, hadisə konkret olaraq xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrindən 17:00 radələrinədək olan zaman ərzində baş vermişdir. Ona məxsus avtomobildən yalnız 01 (bir) ədəd “Pioneer 9550” markalı maqnitafon oğurlanmışdır, başqa heç bir əşya oğurlanmamışdır. Maqnitafonun dəyəri isə təxminən 300 (üç yüz) manat olmuşdur. Avtomobilin qapıları kilidli olmadığından qapını açaraq içərisinə daxil olmuş və maqnitafonu söküb aparmışlar, avtomobilə başqa hər hansı ziyan dəyməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, təxminən 03 (üç) aydır Sumqayıt şəhəri, 6-cı mikrorayon dairəsinin yanında yerləşən avtoyuma sexini işlədir. Mehranı 02 (iki) ay olar ki tanıyır. xx.xx.2021-ci il tarixdə təxminən saat 23:30 radələrində Mehran 01 (bir) ədəd qara rəngli pul kisəsini sahibinə qaytaracağı üçün sexdə saxlamasına görə ona vermişdir. O da həmin pul kisəsini götürüb avtoyuma sexində köhnə paltarların arasına atmışdır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında polis əməkdaşları avtoyuma sexinə gələrək X11 aparmışlar və təxminən 15 dəqiqə sonra Mehran polis əməkdaşları ilə birlikdə sexə qayıtmış və ona pul kisəsini gətirməsini demişdir. O da pul kisəsini gətirib polis əməkdaşlarına vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmtəəşünaslıq ekspertizasının 05 aprel 2021-ci il tarixli 9/1911 nömrəli ekspert rəyindən görünür ki, tədqiq edilən maddi sübutların orta qiymətlərinin müəyyən edilməsi zamanı, respublikada yerləşən ticarət mərkəzlərində, mağazalarda mövcud olmuş qiymətlərdən, Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Yekun qiymətlərin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış bazarlarında sabitliyi, toplam stabil qiymət ortalaşdırılması təşkil etmişdir. Həmin meyarlar əsasında qərarda göstərilən əlamətlərinə tədqiq edilən tütün məmulatlarının, 17 mart 2021-ci il tarixə, respublikadaxili orta bazar qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir. 20 ədəd qalın “Kingston” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 36,00 manat, 20 ədəd qalın “West” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 50,00 manat, 20 ədəd nazik qara “Kent” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 72,00 manat, 20 ədəd nazik boz “Want” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 44,00 manat, 10 ədəd nazik qara “Want” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 22,00 manat, 20 ədəd nazik boz “Pall Mall” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 50,00 manat, 10 ədəd nazik qara “LD” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 25,00 manat, 10 ədəd boz “Manqa” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 18,00 manat, 10 ədəd qalın qırmızı “Arqo” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 18,00 manat, 10 ədəd qalın göy “Prima” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 20,00 manat, 6 ədəd qalın sarı “Prima” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 12,00 manat, 8 ədəd qalın boz “Vinçester” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 20,00 manat, 04 ədəd qalın göy “Vinçester” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 10,00 manat, 07 ədəd qalın boz “Rothmans” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 17,50 manat. Nəzəri hesablama yolu ilə; 20 ədəd qalın boz “Rothmans” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 50,00 manat, 20 ədəd “LD” ağ (kompakt) markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 50,00 manat, 20 ədəd nazik qara “Kent” 4 markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 72,00 manat, 20 ədəd “Kent N8” markalı, müvafiq aksis markası ilə markalanmış filtirli siqaretlər 72,00 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 iyun 2021-ci il tarixli 9/3446 nömrəli ekspert rəyindən görünür ki, 01 (bir) ədəd “LG” markalı, “32LH510U” model, 32 düymlü, 81 dioqanallı istifadə olumuş televizor 220 (iki yüz iyirmi) manat, “VAZ 2107” markalı avtomobilə məxsus 01 (bir) ədəd “Pioneer” markalı, “Mixtrax DEH-X9550” model maqnitafon 150 (bir yüz əlli) manat, 01 (bir) ədəd “Pioneer 7150” markalı maqnitafon 150 (bir yüz əlli) manat olmaqla istifadədə olması nəzərə alınaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 520,00 (beş yüz iyirmi) manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 oktyabr 2021-ci il tarixli 9/7005 nömrəli ekspert rəyindən məlum olur ki, təqdimata təqdim edilmiş 01 (bir) ədəd “Neri Karra” markalı, qara rəngli, dəri materiallardan olan, 14x10 sm ölçülü pul kisəsinin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 30,00 (otuz) manat müəyyən edilir. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə Göygöl RPŞ-nin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Göygöl RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-415/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la birlikdə oğurladıqları “BirKart” hesab kartından istifadə etməklə Sumqayıt şəhəri ərazisində yerləşən müxtəlif bankların bankomatlarından xx.xx.2021-ci il tarixdə gecə saat 01:43-də 100 (bir yüz) manat, saat 01:44-də 150 (bir yüz əlli) manat, saat 01:49-da 250 (iki yüz əlli) manat, saat 01:55-də 100 (bir yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat pulu çıxartmışlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurladığı Zərərçəkmiş şəxs5 məxsus içərisində şəxsiyyət və sürücülük vəsiqələri, hərbi bilet, nəqliyyat vasitəsinin uçot kartoçkası, «Nikoil Bank», «Beynəlxalq Bank»lara aid bank kartları, «Kapital Bank»a aid «Bir kart»ı qara rəngli pul kisəsini Sumqayıt ŞPİ-nin 1-ci PB-nə təqdim etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs1 Elmir İsmayılovla birlikdə Zərərçəkmiş şəxs4 məxsus oğurlayaraq ona satdıqları 01 (bir) ədəd «Pioneer» markalı maqnitofonu istintaqa təqdim etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Hacıyev X5 Əhmədovun istintaqa təqdim etdiyi 01 (bir) ədəd «Pioneer» markalı maqnitofonu tanıyaraq, ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 məxsus oğurlayaraq ona satdığı 01 (bir) ədəd «LG» markalı televizoru istintaqa təqdim etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il taixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Şahid1 istintaqa təqdim etdiyi 01 (bir) ədəd «LG» markalı televizoru tanıyaraq, ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 avtomobilindən oğurlayaraq, idarə etdiyi «VAZ-2106» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında 01 (bir) ədəd karton qutunun içərisində gizlətdiyi 20 ədəd “Kingston”, 20 ədəd “West”, 20 ədəd “Kent”, 20 ədəd nazik boz “Want”, 10 ədəd nazik qara “Want”, 20 ədəd nazik boz “Pall Mall”, 10 ədəd nazik qara” LD”, 10 ədəd boz “Manqa”, 10 ədəd qalın qırmızı “Arqo”, 10 ədəd qalın göy “Prima”, 06 ədəd qalın sarı “Prima”, 08 ədəd qalın boz “Vinçester”, 04 ədəd qalın göy “Vinçester”, 07 ədəd qalın boz “Rothmans” markalı siqaretlər götürülmüşdür. İş materiallarında olan qəbzdən görünür ki, içərisində şəxsiyyət və sürücülük vəsiqələri, hərbi bilet, nəqliyyat vasitəsinin uçot kartoçkası, «Nikoil Bank», «Beynəlxalq Bank»lara aid bank kartları, «Kapital Bank»a aid «Birkart» olan qara rəngli pul kisəsi saxlanılması üçün Zərərçəkmiş şəxs5 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 01 (bir) ədəd «Pioneer 9550» markalı maqnitofon saxlanılması üçün Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 01 (bir) ədəd «LG» markalı televizor saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, 20 ədəd “Kingston”, 20 ədəd “West”, 20 ədəd “Kent”, 20 ədəd nazik boz “Want”, 10 ədəd nazik qara “Want”, 20 ədəd nazik boz “Pall Mall”, 10 ədəd nazik qara “LD”, 10 ədəd boz “Manqa”, 10 ədəd qalın qırmızı “Arqo”, 10 ədəd qalın göy “Prima”, 06 ədəd qalın sarı “Prima”, 08 ədəd qalın boz “Vinçester”, 04 ədəd qalın göy “Vinçester”, 07 ədəd qalın boz “Rothmans” markalı siqaretlər saxlanılması üçün Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İş materiallarında olan 14 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 1(044)-42/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 1(044)-42/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.5, 29,177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.5, 29,177.2.2 və 177.2.3 maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin ediləcək cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın 06 (altı) ay 05 (beş) gün çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddətinin sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilməmiş hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 180-cı maddəsinin, Şahid1 və Şahid2 əməllərində isə Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından onların barələrində cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, 210 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, 210 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, onlar həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tarixdə tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaslı və ekspertiza tədqiqatının dəyəri olaraq 125.00 (bir yüz iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutulub dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 25.00 (iyirmi beş) manat məbləğində pul X1 tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə iş üzrə maddi sübutlar olan içərisində şəxsiyyət və sürücülük vəsiqələrinin, hərbi biletin, nəqliyyat vasitəsinin uçot kartoçkasının, «Nikoil Bank», «Beynəlxalq Bank»lara aid bank kartlarının, «Kapital Bank»a aid «Birkart» olan qara rəngli pul kisəsinin Zərərçəkmiş şəxs5, 01 (bir) ədəd «Pioneer 9550» markalı maqnitofonun Zərərçəkmiş şəxs4, 01 (bir) ədəd «LG» markalı televizorun Zərərçəkmiş şəxs2 və 20 ədəd “Kingston”, 20 ədəd “West”, 20 ədəd “Kent”, 20 ədəd nazik boz “Want”, 10 ədəd nazik qara “Want”, 20 ədəd nazik boz “Pall Mall”, 10 ədəd nazik qara “LD”, 10 ədəd boz “Manqa”, 10 ədəd qalın qırmızı “Arqo”, 10 ədəd qalın göy “Prima”, 06 ədəd qalın sarı “Prima”, 08 ədəd qalın boz “Vinçester”, 04 ədəd qalın göy “Vinçester”, 07 ədəd qalın boz “Rothmans” markalı siqaretlərin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı həbsdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 125.00 (bir yüz iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı həbsdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 25.0 (iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübutlar olan içərisində şəxsiyyət və sürücülük vəsiqələrinin, hərbi biletin, nəqliyyat vasitəsinin uçot kartoçkasının, «Nikoil Bank», «Beynəlxalq Bank»lara aid bank kartlarının, «Kapital Bank»a aid «Bir kart» olan qara rəngli pul kisəsinin Zərərçəkmiş şəxs5, 01 (bir) ədəd «Pioneer 9550» markalı maqnitofonun Zərərçəkmiş şəxs4, 01 (bir) ədəd «LG» markalı televizorun Zərərçəkmiş şəxs2 və 20 ədəd “Kingston”, 20 ədəd “West”, 20 ədəd “Kent”, 20 ədəd nazik boz “Want”, 10 ədəd nazik qara “Want”, 20 ədəd nazik boz “Pall Mall”, 10 ədəd nazik qara “LD”, 10 ədəd boz “Manqa”, 10 ədəd qalın qırmızı “Arqo”, 10 ədəd qalın göy “Prima”, 06 ədəd qalın sarı “Prima”, 08 ədəd qalın boz “Vinçester”, 04 ədəd qalın göy “Vinçester”, 07 ədəd qalın boz “Rothmans” markalı siqaretlərin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ013501**********6944 VÖEN: **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-131/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-131/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver