Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-131/2023 14.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən “Araz” marketin qarşısında, qapıları açıq vəziyyətdə saxlanılmış X5 markalı, Xetçbek, mühərrik nömrəsi X16SZR02LV3021, ban nömrəsi W0İ0TGF48Y6115211 olan, **-NR-*** dövlət nömrə nişanlı avtomobilin açarının üzərində olmasından istifadə edərək həmin avtomaşını idarə edib saxlandığı yerdən uzaqlaşdıraraq gizli talamaqla Zərərçəkmiş şəxs 7500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20.00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, “Qarabağ” kinoteatrının yaxınlığında yerləşən kafedə əyləşib spirtli içki olan “pivə” içmişdir. Təxminən saat 01 radələrində kafedən çıxaraq bir qədər piyada hərəkət etmiş və Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində “Araz” marketin yaxınlığında evə getmək üçün taksi saxlamaq istəsə də taksi tapa bilmədiyi üçün ətrafa baxdıqda “Araz” marketin qarşısında göy rəngli Opel Astra markalı avtomaşının dayandığını görmüş və həmin avtomaşına yaxınlaşdıqda şüşəsinin açıq olduğunu, avtomaşında heç kim olmadığını və açarların avtomaşının üzərində olduğunu görmüşdür. Bu zaman düşünmüşdür ki, həmin avtomaşını qaçırıb özü idarə etsin və evə getsin. Ətrafa baxıb heç kimin olmadığına əmin olub əyləşmiş və sürüb oradan uzaqlaşaraq öz yaşadığı Yaşıldərə yaşayış massivinə getmişdir. Evə düşməmiş, evlərinin yaxınlığında saxlamış, bir saatdan sonra avtomaşınla yenidən geri qayıtmış və bir qədər özünə gəldiyi üçün düşünmüşdür ki, gedib avtomaşını yerinə qaytarsın. Yol ilə hərəkət etdiyi zaman polis əməkdaşları onu saxlayaraq Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə aparmış, orada törətdiyi cinayət əməlini etiraf etmişdir. Həmin vaxt tək olmuş, avtomaşını tək qaçırmış, bundan başqa cinayət hadisəsi törətməmişdir. Avtomaşına heç bir zərər vurmamış, sahibini tanımamış, təsadüfən avtomaşını görüb yaxınlaşmışdır. Qaşırdığı avtomobillə Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi 49-cu məhəllə ərazisində öz yaşadığı ev istiqamətində getmiş və həmin vaxt körpünün digər tərəfi Saray qəsəbəsi olduğundan düşünür ki, GPS sistemi ona görə Saray qəsəbəsinin ərazisini göstərmişdir. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə zəzərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “Opel-Astra” markalı **-NR-*** dövlət nömrə nişanlı avtomaşını sürmək üçün etibarnamə ilə Şahid1 almış və ona bunun müqabilində aylıq pul ödəyir və sonda avtomobil ona qalacaqdır. Həmin avtomaşınla taksi kimi fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində işdə olduğu zaman idarə etdiyi avtomaşınla Sumqayıt şəhəri, 41A məhəlləsi ərazisində yerləşən “Araz” marketə getmiş, avtomaşının mühərrikini söndürsə də açarı üzərində qalmış və mağazaya daxil olmuşdur. Təxminən 5-6 dəqiqədən sonra marketdən çıxmış və avtomaşının mağazanın qarşısında olmadığını görüb DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Eyni zamanda avtomaşını aldığı şəxs Şahid1 da zəng edərək, avtomaşının qaçırıldığını bildirmiş, Ramil ilə telefonda danışdıqda o, telefonunda GPS olduğunu və hal-hazırda Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə Saray qəsəbəsinə gedərək, Ramil ilə orada görüşmüş və Ramil GPS vasitəsilə baxdıqda avtomaşının Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivi ərazisində hərəkətdə olduğunu görmüşdür. Dərhal polis əməkdaşları ilə həmin istiqamətdə getmiş və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində 10A nömrəli marşrut avtobusunun yolu ilə hərəkətdə olduğunu görmüşlər. Polis əməkdaşları ilə birlikdə həmin avtomaşını ilə qarşılaşmış və sükan arxasında tanımadığı bir nəfər şəxs olmuşdur. Polis əməkdaşları onu avtomaşından düşürərək saxlayıb polis maşınına mindirmiş, o, isə öz avtomaşını ilə Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə getmişdir. Avtomaşından heç nə oğurlanmamış, avtomaşına heç bir zərər yetirilməmişdir. Avtomaşınını qaçırmış Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində vətəndaşa məxsus olan avtomaşının qaçırılması barədə DİN-nin 102 xidmətindən daxil olmuş məlumat əsasında polis əməkdaşı olaraq Saray körpüsü adlanan əraziyə getmişlər, orada bir nəfər şəxslə görüşmüşlər və həmin şəxs Zərərçəkmiş şəxs olduğunu, ona məxsus avtomaşının Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində “Araz” marketin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığını bildirmişdir. O, avtomaşını aldığı şəxsin də gələcəyini demiş, həmin şəxs də gəlmiş və həmin avtomaşını Nicata onun satdığını, adının Ramil olduğunu və qeyd olunan avtomaşında GPS sistemi qoşulduğunu, telefonu vasitəsilə avtomaşını izləmək olduğunu demişdir. Bundan sonra həmin sistem vasitəsilə baxdıqları zaman avtomaşının hərəkətdə olduğunu və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində hərəkət etdiyini görmüş və xidməti avtomaşınla həmin şəxslərlə birlikdə avtomaşının olduğu istiqamətdə getmişlər. Bu zaman ara məhəllədə evlərin arası ilə hərəkət etdikləri zaman diqqət çəkməsin deyə işıqları söndürmüş və həmin “Opel Astra” markalı, **-NR-*** dövlət nömrə nişanlı avtomaşının gəldiyini görüb avtomaşınla qarşısını kəsmiş və həmin avtomaşın dayandıqda sükanda arıq bədən quruluşlu, balacaboy bir nəfərin olduğunu görüb avtomaşından onu düşürərək NH-nin xidməti avtomaşınına mindirmiş, Zərərçəkmiş şəxs isə özü Opel Astra markalı, **-NR-*** nömrə nişanlı avtomaşına əyləşib Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəlmişlər. PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Üz-üzə gəldikləri zaman xidməti avtomaşınla onun qarşısını kəsmiş və idarə etdiyi xidməti avtomaşından düşərək, ona yaxınlaşıb avtomaşından düşürmüş, açarı özü ilə götürmüş və sürücünü xidməti avtomaşına əyləşdirmiş, həmin şəxs müqavimət göstərməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, oxşar ifadə verərək Şahid3 ifadəsində qeyd etdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, özünə məxsus olan “Opel Astra” markalı **-NR-*** dövlət nömrə nişanlı avtomaşınını aralarında olan şifahi razılıq əsasında tanışı Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayından satmış və o, aylıq kimi hər ay 200 manat alır və avtomaşının pulu tam ödənilənədək ona sürmək üçün etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə saat 02:02 radələrində Nicat ona zəng edərək, qeyd olunan avtomaşının qaçırıldığını bildirmiş və xahiş etmişdir ki, GPS sistemi vasitəsilə həmin avtomaşının olduğu yerin müəyyən edilməsində ona köməklik etsin. Ona dərhal polisə bu barədə məlumat verməsini bildirmişdir. O, yaşadığı evdən çıxmış və Saray qəsəbəsi ərazisində polis əməkdaşları və Zərərçəkmiş şəxsla görüşmüş və onlarla birlikdə GPS sistemi vasitəsilə avtomaşının harada olduğuna necə hərəkət etdiyinə baxmışlar. Bu zaman avtomaşının Saray qəsəbəsi ərazisində hərəkət etdiyini görmüş və həmin istiqamətdə hərəkət etmişlər və körpüdən keçərək Sumqayıt şəhəri ərazisinə daxil olub və polis əməkdaşları həmin sistemə baxaraq avtomaşının hansı istiqamətdə hərəkət etdiyini müəyyən etmiş və birlikdə həmin istiqamətdə, yəni sonradan Yaşıldərə adlanan yer olduğunu öyrəndiyi əraziyə getmişlər. Polis əməkdaşları avtomaşınlarını elə idarə etmişlər ki, Nicatın avtomaşını ilə üz-üzə gəlmişlər və yolunu bağlamışlar. Polis əməkdaşları onu Nicatın avtomaşınından düşürüb xidməti avtomaşına mindirmiş, Nicat isə öz maşınını idarə edərək birlikdə Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə gəlmişlər. Orada həmin şəxsin Asəf adlı şəxs olması müəyyən edilmişdir. Həmin şəxsi ilk dəfə idi ki, görürdü, Zərərçəkmiş şəxs avtomaşını satmağı ilə bağlı rəsmi sənədi yoxdur, belə ki, aralarında olan şifahi razılığa əsasən avtomaşınını Nicata təhvil vermiş , o, ümumilikdə 7000 (yeddi min) manat pulu hissə-hissə ona verir, avtomaşını onun adına keçirəcəkdir. GPS sistemi ilə bağlı həmin vaxta dair təsvirləri təqdim edə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarxdə Zərərçəkmiş şəxs məxsus Opel Astra markalı **-NR-*** dövlət nömrə nişanlı avtomaşının oğurlandığı yerə və avtomaşın tapıldıqdan sonra avtomaşına hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. İş materiallarında olan A/1111 saylı, xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:35-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5526 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Respublika şəhərində yerləşən avtobazarlarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə qərarda və fotoşəkillərdə göstərilən 2001-ci il buraxılışlı, X5 markalı, Xetçbek, mühərrik nömrəsi X16SZR02LV3021, ban nömrəsi W0İ0TGF48Y6115211 olan nişanlı avtomobilin normal vəziyyətdə 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 7500,0 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin məktubundan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmiş və ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsindən həmin məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarından görünür ki, Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanovun xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1567 saylı, xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, yaşamır, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü Allahverdiyeva Şəhrəbanu adlı qız övladı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci i tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 02 il şərti sınaq müddəti təyin edilməklə 02 il 06 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-775/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, “X6” markalı **-NR-*** dövlət nömrə nişanlı avtomaşın maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış, qərarın surəti Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunaraq barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin məktubundan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 76cı məhəllə ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-131/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 01 (bir) ay 02 (iki) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış “X5” markalı **-NR-*** dövlət nömrə nişanlı avtomaşının zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-856/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 1646/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 01 (bir) ay 02 (iki) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “X5” markalı **-NR-*** dövlət nömrə nişanlı avtomaşının zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-131/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-131/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver