Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-132/2023 05.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1963-cü ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının əvvəllərində yaşadığı Sumqayıt şəhəri, «Qurd Dərəsi» yaşayış massivi, 4279 saylı evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan 13 (on üç) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq xeyli miqdarda kultivasiya edib, əkib becərərək yetişdirmiş və həmin çətənə kollarından qurudub əldə eldiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 90,0 qram olan qurudulmuş marixuananı yaşadığı evin həyətyanı sahəsində saxlamış, 19 avqust 2022-ci il tarixdə saat 17:27 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın və NMB-nin əməkdaşları tərəfindən həmin evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman xeyli miqdarda 13 (on üç) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 23590.0 qram (23 kiloqram 590 qram) olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və həmin çətənə kollarından əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 90.0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün bir dəfə məhkum olunmuş və 2009-cu ildə cəzanın sonu ilə azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 17:27 radələrində yaşadığı evin həyətində olduğu zaman evin qapısının döyüldüyünü eşitmiş və qapıya tərəf gəlib qapını açdıqda gələn şəxslər özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Onlar özlərini təqdim edərək yaşadığı evin həyətyanı sahəsində qanunsuz narkotik tərkibli bitkiləri əkib becərməkdə şübhələndiklərinə görə yaşıdığı evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər və ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə evinin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilərək həyətyanı sahəsində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın, peredmetin və maddənin olub-olmaması, həyətyanı sahəni onlara göstərməsini və həmin sahəyə baxış keçirilməsinə etiraz edib-etməməsini soruşmuşlar. O, polis əməkdaşlarının həyətyanı sahəyə baxış keçirmələrinə etirazının olmadığını söyləyib onları özü həyətə dəvət etmiş və həyətyanı sahədə özü əkdiyi 13 (on üç) ədəd narkotik tərkibli çətənə kollarını onlara göstərmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin çətənə kollarını dörd ay bundan əvvəl özü həmin həyətyanı sahəyə əkmiş və şəxsi istifadəsi üçün onları quluq edib becərmişdir. Həmçinin o, narkotik maddələrin xəstəsidir və uzun illərdir narkotik maddələrdən istifadə edir. Bundan sonra polis əməkdaşları tərəfindən onlara göstərdiyi 13 (üç) ədəd bitki kollarını onların iştirakı ilə torpaq qatından kökü ilə birlikdə ayrı-ayrılıqda çıxarılmış, ayrı-ayrılıqda ölçülərək sayılmış və 06 (altı) ədəd kisəyə qablaşdırılaraq hər bir kisə asma tərəzidə çəkilmişdir. Bundan əlavə həyətyanı sahədən aşkar edilmiş özünün bitki kollarından yığdığı və qurutduğu narkotik vasitə olan marixuanaya bənzər bitki mənşəli ol kütləsi aşkar edilərək ağ rəngli sellofana qabşlaşdırılmış, baxış keçirilən zaman əlverişli şərait olmadığından sonradan Pİ-də xidməti otaqda elektron tərəzidə çəkilmişdir. Yaşıdığı evin həyətyanı sahəsindən aşkar edilmiş həmin bitki kolları və aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər bitki mənşəli ot kütləsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada kisələrə və 01 (bir) bir ədəd zərfə qablaşdırıldıqdan sonra möhürlənmişdir. Yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı başqa hər hansı saxlanması qadağan olunmuş maddə və əşya aşkar edilməmişdir. Polis İdarəsində olarkən onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Həyətyanı sahədən aşkar edilmiş 13 (on üç) ədəd bitki kolları və bitki mənşəli ot kütləsi ona məxsusdur, həmin bitki kolları narkotik tərkibli maddələrdir, dörd ay bundan əvvəl özü həyətində əkmiş və bu vaxta kimi də qulluq edib becərmişdir. Aşkar edilmiş quru halda olan ot kütləsi isə bitki kollarından yığdığı yarpaqlardır, özü istifadə etmək üçün həyətində saxlamışdır. Onun bədən nahiyyəsində hər hansı xəsarət və xəsarət izləri yoxdur. O, heç vaxt heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin sabiq əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 19 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə kollarını əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqavıl ŞPİ-nin NMB-nin əməliwat müvəkkili, polis leytenantı Şahid2, CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3, Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis mayoru X2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilən tədbirdə aqronom X3 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 da iştirak elmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, «Qurd Dərəsi» yaşayış massivi, ev 4279 ünvanına getmişlər. X4 videokameranı işə salıb çəkilişə başlamışdır. Sonra təhqiqatçı Zaur Cəfərov evin qapısını döymüş və qapını Təqsirləndirilən şəxs açmışdır. Təhqiqatçı ona yaşadığı evin həyətyanı torpaq sahəsində narkolik tərkibli çətənə kollarını əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə gəldiklərini izah etmiş və ona hüquq və vəzifələri ilə bağlı bildirişi təqdim etmişdir. Onlar özlərini təqdim etdikdən sonra ünvana videoçəkilişlə baxış keçiriləcəyi izah olunmuşdur. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvanının həyətyanı sahəsində hər hansı narkotik tərkibli bitki olub olmaması, əgər varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı həyətdəki mənzilin sağ tərəfində hasarın yanındakı 02 (iki) ədəd, həmin yerdə taxta ilə hasarlanmış boş sahədə olan 06 (altı) altı ədəd, həmin ərazinin sol tərəfində boş sahədə olan 05 (beş) ədəd əkilmiş vəziyyətdə ümumilikdə 13 (on üç) ədəd çətənə kolunu göstərib təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu kollar narkotik tərkibli çətənə kollarıdır, bu kolları təxminən dörd ay əvvəl əkmiş və mütəmadi olaraq qulluq etmişdir. O, bu kolları özü istifadə elmək üçün əkib becərmişdir. Bundan sonra evin sağ tərəfində həmin bitki kollarının yarpaqlarından qurudulmaq üçün kisənin üzərində yığldığı aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom da həmin bitkilərin çətənə koluna bənzədiyini və onlara xüsusi qulluq göstərildiyini təsdiq etmişdir. Həmin aşkar olunmuş kollar torpaqdan çıxarılmış və sayılaraq ayrı-ayrılıqda ölçülmüşdür. Bundan sonra 13 (on üç) ədəd kol 06 (altı) ədəd kisəyə yığılmaqla ekspertızaya göndərilməsi uçun qablaşdırılmışdır. Daha sonra evin həyətyanı sahəsinə baxış keçirilsə də, əlavə qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Baxış və götürmə bildikdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs çətənə kollarını hansı məqsədlə əkib becərməsi barədə ondan soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsindəki çətənə kollarını özü istifadə elmək üçün əkib becərmişdir. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 da ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunmuş kolların və marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, 19 avqust 2022-ci il tarixdə saat 17:27 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin və NMB-nin əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, «Qurd Dərəsi» yaşayış massivi, ev 4279 ünvanına gəlirlər. Sonra təhqiqatçı Zaur Cəfərov evin qapısını döyür və qapını Təqsirləndirilən şəxs açır. Təhqiqatçı ona yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə kollarını əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə gəldiklərini izah edir və ona hüquq və vəzifələri ilə bağlı bildirişi təqdim edir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ünvana videoçəkilişlə baxış keçiriləcəyi izah olunur. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsində hər hansı narkotik tərkibli bitki olub olmaması, əgər varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs yaşadığı həyətdəki mənzilin sağ tərəfində hasarın yanındakı 02 (iki) ədəd, həmin yerdə taxla ilə hasarlanmış boş sahədə olan 06 (altı) ədəd, həmin ərazinin sol tərəfində boş sahədə olan 05 (beş) ədəd əkilmiş vəziyyətdə ümumilikdə 13 (on üç) ədəd çətənə kolunu göstərib təqdim edir. Təqsirləndirilən şəxs bildirir ki, bu kollar narkotik tərkibli çətənə kollarıdır və bu kolları təxminən 04 (dörd) ay əvvəl əkmiş və mütəmadi olaraq qulluq etmişdir. O. bu kolları özə istifadə elmək üçün əkib becərmişdir. Bundan sonra evin sağ tərəfində həmin bitki kollarının yarpaqlarından qurudulmaq üçün kisənin üzərində yığdığı aşkar olunur. Baxışda iştirak edən aqronom da həmin bitkilərin çətənə koluna bənzədiyini və onlara xüsusi qulluq göstərildiyini təsdiq edir. Həmin aşkar olunmuş kollar torpaqdan çıxarılır və sayılaraq ayrı-ayrılıqda ölçülür. Bundan sonra 13 (on üç) ədəd kol 06 (altı) ədəd kisəyə yığılmaqla eksprtizaya göndərilməsi üçün qablaşdırılır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/918 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ rəngli kağız paketdə 01 ədəd ağ rəngli sellofan lorbada təmiz çəkisi - 90,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudıılmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 06 ədəd ağ rəngi isinlelik torbalarda yaş vəziyyətdə, ümumi sayı 13 (on üç) ədəd, ümumi çəkisi 23590,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Qeyd: Marixuananın təmiz çəkisi – 90,0 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 89,95 qram. Çətənə bitkilərinin ümumi çəkisi – 23590,0 qram, tədqiqata sərf edildi - 0,65 qram, qalıq – 23589,35 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X7" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2022-ci il tarixli, 5987 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 90,0 qram narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 89,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 23590,0 qram olan narkotik tərkibli çətənə bitkilərindən tədqiqatdan sonra qalıq qalmış 23589,35 qram narkotik tərkibli çətənə bitkiləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin 1242 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Saray Bağlar massivi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 90,0 qram narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 89,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və təmiz çəkisi 23590,0 qram olan narkotik tərkibli çətənə bitkilərindən tədqiqatdan sonra qalıq qalmış 23589,35 qram narkotik tərkibli çətənə bitkiləri məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 72,0 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkiləri 89,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 23589,35 qram narkotik tərkibli çətənə bitkiləri məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 72,0 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-132/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-132/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver