Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-133/2022 16.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 10-cu mikrorayon, Kristal ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə 35 (otuz beş) manat müqabilində 0,601 kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 18 avqust 2021-ci il tarixdə saat 17:45 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 28 nömrəli məktəbin yaxınlığında keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən kiçik ölçülü ağ sellofanda olan siqaretin qırmızı kağızına bükülmüş 04 (dörd) ədəd və 05 (beş) ədəd siqaretin göy rəngli kağızına bükülmüş, ayrı ayrılıqda çəkiləri 0,053 qram, 0,044 qram, 0,044 qram, 0,064 qram, 0,129 qram, 0,105 qram, 0,039 qram, 0,053 qram və 0, 070 qram olmaqla ümumi təmiz çəkisi 0,601 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin və üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadə edir, lakin narkotik vasitələrin satışı ilə məşğul deyildir. Üzərində olan bir büküm 0,6 qram olan narkotik vasitəni şəxsi istifadəsi üçün 30 (otuz) manata almışdır. O səhər tezdən 09:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır və həmin vaxt onun üzərində mobil telefon olmamışdır. Polis əməkdaşları onu saxladıqdan sonra 02 (iki) dəfə yaşadığı evə aparmışlar, evə baxış keçirmişlər, lakin heç bir şey aşkar etməmişlər. Elektron tərəzi onun üzərində olmamış, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. O, tərəzinin onun olmadığını polis əməkdaşlarına bildirdikdə onlar ona hədə qorxu gəlmişlər və fiziki zor tətbiq etmişlər. Ona görə də, məcbur olub narkotik vasitənin və tərəzinin onun olmasını etraf etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2021-ci il tarixdə şəxsi işi ilə əlaqədər olaraq Bakı şəhərinə getmişdir. «20 Yanvar» metrostansiyasının yaxınlığında olarkən təsadüfən rastlaşdığı, tanımadığı bir şəxslə söhbət edərkən onda narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, həmin şəxsdən özü istifadə etmək və satmaq üçün 35 (otuz beş) manata 09 (doqquz) bükümdə narkotik vasitə olan heroin almış və Sumqayıt şəhərinə qayıtmışdır. xx.xx.2021-ci il tarixdə saat 17:45 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilindiyini bildirmişlər. Buna görə də, onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş, bundan sonra avtomobilə əyləşmiş və bir başa Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişlər. Polis Bölməsində xidməti otaqların birində ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən kiçik ölçülü sellofanın içərisində olan siqaretin qırmızı rəngli kağızına bükülmüş 04 (dörd) ədəd, siqaretin göy rəngli kağızına bükülmüş 05 (beş) ədəd ümumilikdə 09 (doqquz) ədəd bükümləri və 01 (bir) ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, bükümlərin içərisindəki kütlə narkotik vasitə olan heroindir və onu xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, «20 Yanvar» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 35 (otuz beş) manata özü istifadə etmək, satmaq üçün almış və üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroin olan 09 (doqquz) ədəd bükümlər ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilmiş, daha sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. O, saxlanılarkən və Polis Bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. O, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Mehman Hüseyovun və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı Müsabi Cabbarovun iştirakları ilə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Kristal ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsinə, saxlamasına və satmasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə günün ikinci yarısında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 28 nömrəli məktəbin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra, ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli olduğunu, buna görə də, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət olunduğunu demişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Bundan sonra avtomobilə əyləşib Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişlər, Polis Bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən kiçik ölçülü sellofanın içərisində olan siqaretin qırmızı rəngli kağızına bükülmüş 04 (dörd) ədəd, siqaretin göy rəngli kağızına bükülmüş 05 (beş) ədəd, ümumilikdə 09 (doqquz) ədəd bükümləri və 01 (bir) ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Bükümlərdəki kütlələrin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümlərin içərisindəki kütlə narkotik vasitə olan heroindir və onu xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, «20 Yanvar» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 35 (otuz beş) manata özü istifadə etmək və satmaq üçün almış və üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 09 (doqquz) ədəd bükümlər ayrıayrılıqda elektron tərəziyə qoyulub çəkilmiş, bundan sonra isə həmin kütlələr qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Həmin kütlələr Azərbaycan Respublikasın Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün onlar tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs tanımamış, onu ilk dəfə idi ki, görmüş, aralarında düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə onlara əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onlar tərəfindən ona fiziki və ya psixi təzyiq göstərilməmişdir. Həmçinin 4, 9 və 10-cu mikrorayonların bir-birinə yaxın olduğunu və bir neçə dəqiqəyə avtomobil ilə həmin ərazilərdən keçmək mümkün olduğunu bildirmişdir. Məhkəmə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı Müsabi Cabbarov da X4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 10-a qalmış polis əməkdaşları Azərin qoluna girərək bloka daxil oldular. Bir müddət sonta o evdən çıxdıqda polis əməkdaşlarının blokun yanında olduğunu görmüşdür. Binanın həyətində birinci dəfə polis əməkdaşları mülki geyimdə olduqlarını, ikinci dəfə isə polis geyimində olan 04 (dörd) polis əməkdaşı görmüş, lakin maşın görməmişdir. Həyətdə qonşularla oturanda onlar bildirdilər ki, oğlanı narkotik vasitə qəbul edən kimi aparmışlar. Lakin həmin qonşuların adlarını bilmədiyini demişdir. Polis əməkdaşları Azəri ikinci dəfə saat günorta ikidə aparmışlar. Azəri yaxşı uşaq kimi tanıdığını və narkotik vasitə istifadəçisi olduğunu bilmədiyini demişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin və elektron tərəzinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 17:45 radələrində Sumqayit şəhəri, 10-cu mikrorayon ərazisində saxlanılaraq aidiyyatı üzrə Sumqayit ŞPİ-nin 1-ci PBnə gətirilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra xidməti otaqların birində saat 18:06-da inspektor Kriminalist rəqəmsal tipli "Panasonic" markalı videokameranı işə saldı. Təqsirləndirilən şəxs bildirildi ki, siz qanunsuz olaraq narkotik vasitə əldə ətmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli bilinirsiniz, ona görə də, tərəfimizdən videoçəkilişlə üzərinizə şəxsi axtarış aparılacaqdır, şəxsi axtarışa başlamadan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, daha sonra hüquqlarının müdafiəsini təmin edəcək Sumqayit şəhəri 1 saylı Vəkİİ Bürosunun vəkili X3 təqdim olundu və o etiraz etmədi, eləcə də şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video çəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub olmamasını soruşuldu və o heç bir etirazının olmadığını bildirdi. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı, ondan üzərində olan əşyaları təqdim eyməyi bildirərkən Təqsirləndirilən şəxs özü sağ əli ilə əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən kİçİk ölçülü ağ sellofanda olan siqaretin qırmizı kağızına bükülmüş 04 (dörd) ədəd siqaretin göy kağızına büküİmüş 05 (beş) ədəd bükümləri və bir ədəd gümüşü rəngdə elektron tərəzini təqdim etdi. Ondan təqdim etdiyi siqaretin qırmizı kağızına bükülmüş 04 (dörd) ədəd və siqaretin göy kağızına bükülmüş 05 (beş) ədəd bükümlərin içərisində nə olduğu soruşuldu, o həmin bükümlərin hər birinin içərisində narkotik vasitə olan «heroin» olduğunu bildirdi, həmİn siqaretin qırmizı kağızına bükülmüş 04 (dörd) ədəd və siqaretin göy kağızına büküİmüş 05 (beş) ədəd bükümlərin içərisinə baxarkən hər birinin içərisində açıq qəhvəyi rəngli narkotik vasitələrə bənzər kütlələr aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin nə olduğunu və haradan əldə edib, nə məqsədlə üzərində saxlaması suallarına cavab olaraq bildirdi ki, üzərindən aşkar olunmuş kütlələr narkotik vasitə olan heroindir, həmin narkotik vasitələri xx.xx.2021-ci il tarixdə 20 Yanvar Metrosunun yanından tanıdimağı bir nəfər şəxsdən 35 (otuz beş) manata özü istifadə etmək və satmaq üçün aldığını, aldığı narkotik vasitəni üzərində saxlayaraq istifadə etmək və satmaq üçün üzərində gəzdirdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaretin qırmizı kağızına bükülmüş 04 (dörd) ədəd və siqaretin göy kağızına bükülmüş 05 (beş) ədəd bükümlərdəki narkotik vasitəyə bənzər kütlələrin çəkisini müəyyən etmək məqsədi ilə aşkar edilərək götürülmüş kütlələr «AOSAİ POCKET SCALE» markalı eleKtron tərəzi vasitəsi ilə çəkildikdə həmin kütlələrdən siqaretin göy kağızına büküİmüş 05 (beş) ədəd bükümlərin ayrı-ayrılıqda ’0,24","0,26","0,14","0,13","0,13" siqaretin qırmizı kağızına bükülmüş 04 (dörd) ədəd bükümlərin ayrı-ayrılıqda "0,10","0,10","0,09","0,06" olması müəyyən olunaraq “panasonik” markalı video kamera ilə görüntüsü qeydə alındı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, içərisində narkotik maddəyə bənzər kütlələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırıldı və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 avqust 2021-ci il tarixli 6/3597 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 125” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən....” yazı və imzalar olan zərfdə 09 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,053 qr, 0,044 qr, 0, 044 qr, 0,064 qr, 0,129 qr, 0,105 qr, 0,039 qr, 0,053 qr və 0,070 qr olmaqla, ümumi təmiz çəkisi 0,601 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 125” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs .... bir ədəd elektron tərəzi...” yazı və imzalar olan zərfdə 01 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini təyin etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,601 qram, tədqiqata sərf edilən miqdar - 0,06 qram (hər bir obyektdən 0,01 qram olmaqla), qalıq - 0,511 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2021-ci il tarixli 4067 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, 0,601 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,511 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(060)-418/2021saylı qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3850 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 01 azyaşlı uşağı vardır (xx.xx.2016-cı il təvəllüdlü X11 oğlu). İş materiallarında olan Sumqayıt 2 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt filalı tərəfindən verilmiş 254 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti bina 4-ün müşahidə kameralarında olan giriş-çıxış görüntülətinin verilməsi mümkün olmamışdır. Çünki "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin müşahidə kameraları görüntüləri yaddaşda yalnız 30 (otuz) gün müddətdə saxlayır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri üzrə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhətə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazın istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü əsasən, əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, 210 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərək narkotik vasitə istifadə etdiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını və üzərində olan bir büküm 0,6 qram olan narkotik vasitəni şəxsi istifadəsi üçün 30 (otuz) manata aldığını bildirmişdir. O səhər tezdən 09:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır və həmin vaxt onun üzərində mobil telefon olmamışdır. Polis əməkdaşları onu saxladıqdan sonra 02 (iki) dəfə yaşadığı evə aparmışlar, evə baxış keçirmişlər, lakin heç bir şey aşkar etməmişlər. Elektron tərəzi onun üzərində olmamış, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. O, tərəzinin onun olmadığını polis əməkdaşlarına bildirdikdə onlar ona hədə qorxu gəlmişlər və fiziki zor tətbiq etmişlər. Onun səhər tezdən tutulması, tərəzinin ona məxsus olmaması və narkotik vasitələrinin satışı ilə məşğul olmaması məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı X4 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı Müsabi Cabbarovun ifadələri ilə təkzib olunmuşdur. Həmçinin əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qonşusu Şahid4 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 10-a qalmış polis əməkdaşları Azərin qoluna girərək bloka daxil oldular. Bir müddət sonta o evdən çıxdıqda polis əməkdaşlarının blokun yanında olduğunu görmüşdür. Binanın həyətində birinci dəfə polis əməkdaşları mülki geyimdə olduqlarını, ikinci dəfə isə polis geyimində olan 04 (dörd) polis əməkdaşı görmüş, lakin maşın görməmişdir. Həyətdə qonşularla oturanda onlar bildirdilər ki, oğlanı narkotik vasitə qəbul edən kimi aparmışlar. Lakin həmin qonşuların adlarını bilmədiyini demişdir. Polis əməkdaşları Azəri ikinci dəfə saat günorta ikidə aparmışlar. Azəri yaxşı uşaq kimi tanıdığını və narkotik vasitə istifadəçisi olduğunu bilmədiyini demişdir. Lakin məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə edilmiş CD formatlı diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşlarından biri mülki geyimdə, biri isə polis geyimində olduqları müəyyən olunmuşdur. Həmçinin polis əməkdaşlarının ifadələrindən 4, 9 və 10-cu mikrorayonların bir-birinə yaxın olduğu və bir neçə dəqiqəyə avtomobil ilə həmin ərazilərdən keçmək mümkün olduğu müəyyən edlmişdir. Eyni zamanda "xxxx" MMC-nin məktubundan görünür ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri üzrə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhətə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazın istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,601 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,511 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,511 qram heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-133/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-133/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver