Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-133/2023 15.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orla təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-221/2019 saylı, xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus qeyri yaşayış binasına qanunsuz daxil olaraq, binanın 1-ci mərtəbəsindən 02 (iki) ədəd 192 (yüz doxsan iki) manat dəyərində aliminium qapını (2X0,80), 9,60 kv/m 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat dəyərində arxiv otağının lambirini, 01 (bir) ədəd 81 (səksən bir) manat dəyərində aliminium qapını (1.70X0.80), 4,10 kv/m 28 (iyirmi səkkiz) manat dəyərində dəhlizin lambirinini, 12,10 kv/m 84 (səksən dörd) manat dəyərində mətbəxin lambirinini, 50 (əlli) metr uzunluğunda 200 (iki yüz) manat dəyərində 10-luq mis naqili, 30 (otuz) ədəd 270 (iki yüz yelmiş) manat dəyərində elektrik şiti üçün avtomatları, 03 (üç) ədəd 330 (üç yüz otuz) manat dəyərində plastik qapını, 50 k\/m 550 (beş yüz əlli) manat dəyərində arakəsmələr üçün plastik panelləri, binanın 2-ci mərtəbəsindən 08 (səkkiz) ədəd 1544 (bir min beş yüz qırx dörd) manat dəyərində aliminium pəncərəni (1,70X1.90), 15 (on beş) ədəd 1695 (bir min altı yüz doxsan beş) manat dəyərində aliminium qapıları (2.10X0.90), 13 (on üç) ədəd 559 (beş yüz əlli doqquz) manat dəyərində aliminium pəncərə içliyini (1.25X0.58), 13 (on üç) ədəd 221 (iki yüz iyirmi bir) manat dəyərində aliminium pəncərə içliyini (O.5OXO.58), 01 (bir) ədəd 56 (əlli altı) manat dəyərində aliminium pəncərəni (2.İOXU.45), 54 (əlli dörd) ədəd 972 (doqquz yüz yetmiş iki) manat dəyərində pəncərə üçün paket şüşəni (1.20X0.50), 54 (əlli dörd) ədəd 324 (üç yüz iyirmi dörd) manat dəyərində pəncərə üçün paket şüşəni (0.50X0.40) gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 7173,20 (yeddi min yüz yetmiş üç manat iyirmi qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq elmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək və mülki iddianı qismən qəbul edərək ifadəsində göstərdi ki, o, bir müddətdir narkotik vasitələrdən istifadə edir. Eyni zamanda heç bir yerdə işləmir. Narkotik vasitə almaq üçün və öz ehtiyaclarını təmin elmək üçün pul tapa bilmədiyinə görə oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saal 13:00 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən istifadəsiz və yaşayış olmayan binanın qarşısında gəzmişdir. O, binada heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan keçib binanın həyətinə girmiş, binanın həyətində dəmir-metal tullantıları yığmaq istəmişdir. Lakin metal tullantı tapmadığı üçün orada olan aliminium qapı-pəncərə və digər əşyaları oğurlamaq qərarına gəlmişdir. O, binaya daxil olub 05 (beş) ədəd aliminium qapını, 7-8 ədəb plastik pəncərəni və elektrik naqillərini oğurlamışdır. Həmin əşyaları satmış və pulu öz ehtiyacları üçün xərcləmişdir. Vurduğu maddi ziyanı qaytarmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq eldiyi uçun və narkotik vasitələrdən istifadə eldiyi və qanunsuz üzərində gəzdirdiyi üçün Azərbaycan Respubilkası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddəimə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci ildə cəzanın sonu ilə azad edilmişdir. O, bir müddətdir narkotik vasitələrdən istifadə edir. Eyni zamanda heç bir yerdə işləmir. Narkotik vasitə almaq üçün və öz ehtiyaclarını təmin elmək üçün pul tapa bilmədiyinə görə oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saal 13:00 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən istifadəsiz və yaşayış olmayan binanın qarşısında gəzmişdir. Binada heç kimin olmadığını dəqiqləşdirdikdən sonra hasardan keçib binanın həyətinə girmiş, binanın həyətində dəmir-metal tullantılar yığmaq istəmişdir. Lakin metal tullantı tapmadığı üçün orada olan aliminium qapı-pəncərə və digər əşyaları oğurlamaq qərarına gəlmişdir. O, binaya daxil olub 2-ci mərtəbədən 15 (on beş) ədəd aliminium qapını, 05 (beş) ədəd aliminium pəncərəni, 1-ci mərtəbədən 03 (üç) ədəd aliminium qapı və plastik arakəsmələri, elektrik naqillərini, elektrik şitini, lambir və digər plastik və mis meterialları binanın həyətinə çıxarmışdır. Sonra o, küçədən keçən tanımadığı bır laksi saxladıb həmin qapı, pəncərə və digər əşyaları həmin maşına yığmış və özünə məxsus olduğunu bildirmiş, həmin əşyaları aliminium zavod ərazisində tanımadığı metal qəbulu məntəqəsinə aparıb orada 100 (bir yüz) manata satmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həmin ərazidə olan zibillikdən “Hell” içki qabları yığmaq üçün gəzmişdir. Buna görə yenə həmin binanın həyətinə girmişdir. Orada bir az gəzişdikdən sonra orada olan köhnə aliminium parçalarını götürmək qərarına gəlmişdir. Bu vaxt həmin əraziyə gələn polis əməkdaşları onun oğurluq etməkdə şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə dəvət elmişlər. O, Polis Bölməsinə getmiş və orada xx.xx.2022-ci il tarixdə həmin binadan oğurluq eldiyini etiraf elmiş və bu barədə izahat vermişdir. Oğurladığı əşyaları satarkən əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin şəxsi tanımır, oğurluğu tək etmiş, bu işdə ona heç kim kömək etməmişdir. O, binanın ərazisindən çıxarkən onu heç kim görməmişdir. Nihad adlı şəxsi tanımır və onun onu 2-ci mərtəbədə gördüyünü görməmişdir. Həyətdən bir şey tapmadıqdan sonra yararsız aliminium parçaları götürmək istəmişdir. Lakin 2-ci mərtəbədən heç bir şey götürməyə cəhd elməmişdir. Polislərin gəldiyini gördükdən sonra isə oranı tərk edib getmək işləmiş, lakin biraz getdikdən sonra polis əməkdaşları onu tutmuşlar. Məhkəmədə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ASC-də hüquqşünas vəzifəsində çalışır. ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binası Zərərçəkmiş şəxs ASC-yə məxsusdur. Həmin qeyri-yaşayış binası hal-hazırda istifadəsiz olduğu üçün əməkdaşlar tərəfindən mütəmadi olaraq yoxlanılır. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-nin əməkdaşı Nihad Vəliyev qeyd edilən ünvana baş çəkmək üçün gedərkən binanın giriş qapısının arxasına daş qoyulduğunu və içəridən səslər gəldiyini eşitmişdir. O, binaya kimsə kənar şəxsin daxil olduğunu hiss edərək DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları həmin ünvana gələrək həmin şəxsi oradan uzaqlaşmamış saxlamışlar. Bundan sonra onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Sonradan həmin binaya baxış keçirilərkən məlum olmuşdur ki, binadan Zərərçəkmiş şəxs ASC-yə məxsus 7199.46 (yeddi min yüz doxsan doqquz manat qırx altı qəpik) manat dəyərində müxtəlif tikinti materialları oğurlanmışdır. Həmin şəxs də binadan oğurluq etdiyini etiraf elmişdir. O, izahat verən zaman dəymiş maddı ziyan dəqiq hesablanmamışdır. Sonradan onlar dəymiş maddi ziyanı dəqiq hesablamış və məbləğinin 7199.46 (yeddi min yüz doxsan doqquz manat qırx altı qəpik) manat olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ASC-yə dəyən maddi ziyan ödənilməmişdir. Ona görə də, mülki iddianın təmin edilməsini və Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, hal-hazırda Zərərçəkmiş şəxs ASC-nin baş ofisində Nəzarət Şöbəsinin müdür müavini vəzifəsində çalışır. ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binası Zərərçəkmiş şəxs ASC-yə məxsusdur. Həmin qeyri-yaşayış binası hal-hazırda istifadəsiz olduğu üçün əməkdaşlar tərəfindən mütəmadi olaraq yoxlanılır. xx.xx.2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs ASC-nin qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış binasına gözətçi axtarmaq üçün oraya getmişdir. O, obyektin qarşısında dayanıb bir nəfərlə söhbət edərkən binanın ikinci mərtəbəsindən səs gəldiyini eşitmişdir. Binaya tərəf baxanda bir nəfər tanımadığı şəxsin orada aliminium pəncərəni sökdüyünü görmüşdür. Özü həmin əraziyə daxil olmamışdır, çünki həmin şəxsin təhlükəli ola biləcəyini ehtimal etmişdir. Buna görə də, dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təxminən 10-15 dəqiqədən sonra oraya polis əməkdaşları gəlmişlər. Binanın giriş qapısı bağlı olduğu üçün digər tərəfdən həmin əraziyə daxil olmuşlar. Həmin şəxs polis əməkdaşlarının gəldiyini görüb ikinci mərtəbədən tullanaraq oradan uzaqlaşmaq istəsə də, polis əməkdaşları onu saxladaraq polis maşınının yanına gətirmişlər və onu Polis Bölməsinə aparmışlar. Ona sonradan məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və o, xx.xx.2022-ci il tarixdə həmin obyektə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs ASC-yə məxsus binadan təxminən 6000 (altı min) manat dəyərində elektrik naqillərini, elektrik şitini, lambir və digər plastik və mis metalları oğurlamışdır. Polis əməkdaşları onu saxlayıb gətirərkən onun əlində heç bir şey olmamişdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5958 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyil ayına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 7173,20 (yeddi min yüz yetmiş üç manat iyirmi qəpik) manat müəyyən edilir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-859/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx/xx-6284 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ASC tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ASC-yə dəymiş 7173,20 (yeddi min yüz yetmiş üç manat iyirmi qəpik) manat məbləğində maddi ziyan və ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumu, ümumilikdə 7265 (yeddi min iki yüz altmış beş) manatın tutularaq mülki iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 158, 177.2.1, 177.2.2, 29,177.2.3, 180.2.1, 180.2.4 və 181-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılmasırədd edilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-221/2019 saylı, xx.xx.2019-cu tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-221/2019 saylı, xx.xx.2019-cu tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ASC tərəfindən verilmiş mülki iddia tam təmin edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ASC tərəfindən verilmiş mülki iddia tam təmin olunsun. Cinayət əməli nəticəsində 7173,20 (yeddi min yüz yetmiş üç manat iyirmi qəpik) manat məbləğində maddi ziyan və ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumu, ümumilikdə 7265 (yeddi min iki yüz altmış beş) manat təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-133/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-133/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver