Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-133/2025 24.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X4, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhər məhkəməsinin 1(060)-663/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Şahid7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 15 yanvar 2024-cü il tarixdə saat 03 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi X10 pansionatının qarşısına gələrək həmin vaxt yolun kənarında dayanmış Zərərçəkmiş şəxs məxsus **-SN-*** dövlət nömrə nişanlı, “Hunday 62 H” markalı yük avtomobilinə yaxınlaşıb, cinayətkar niyyətini həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən özü həmin avtomobilin yük hissəsində olan bir ədədinin dəyəri 0,15 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 200 ədəd 10 sm-lik, bir ədədinin dəyəri 0,20 manat olmaqla, ümumilikdə 60 manat dəyərində 300 ədəd 12 sm-lik və bir ədədinin dəyəri 0,23 manat olmaqla, ümumilikdə 92 manat dəyərində 400 ədəd 25 sm-lik tikinti üçün istifadə olunan “əqrəb” adlı dəmir bağlayıcıları, cinayətkar qrupun digər üzvü Şahid7 isə həmin avtomobildə quraşdırılmış işlək vəziyyətdə olan 01 ədəd 100 manat dəyərində “Varta” G14 12 V95Ah 580 markalı və 01 ədəd 80 manat dəyərində “Forse” 100Ah, 180 min, 12 B, 26,5 kq markalı akkumlyatorları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 362,0 (üç yüz altmış iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, xeyli miqdarda 07 ədəd bükümdə ümumi təmiz çəkisi 0,563 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və xeyli miqdarda 04 ədəd bükümdə ümumi təmiz çəkisi 0,344 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin izləri olan elektron tərəzini əldə edib üzərində saxlayaraq daşımış, 15 avqust 2024-cü il tarixdə saat 20:05 radələrində Sumqayıt ŞPİ-nin, 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən “AL Market”-in yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin, 3-cü PB-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı xeyli miqdarda 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,060 qram, 0,110 qram, 0,097 qram, 0,096 qram, 0,046 qram, 0,063 qram, 0,091 qram ümumi təmiz çəkisi 0,563 qram kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin və xeyli miqdarda 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,018 qram, 0,012 qram, 0,013 qram, 0,301 qram ümumi təmiz çəkisi 0,344 qram kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə heroin əynindəki şortun sol yan cibində olan pul kisəsinin içərisindən və 01 ədəd üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin izləri olan elektron tərəzi əynindəki şortun sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 177.2.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməmiş, yalnız həmin məcəllənin 234.1-cü maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisəni necə var elə də danışacaqdır. Belə ki, bir dəfə əvvəldən tanıdığı Bəhlul adlı tanışı ona zəng edərək “ağrı çəkdiyini, imkanı varsa nə isə düzüb qoşmağı və bir yedə istifadə etməyi” ona təklif etmişdir. O, Bəhlula onda narkotik olduğunu bildirmiş, Bəhlul öz növbəsində ona yerini bildirməsini demişdir. O, Bəhlula yaşadığı məhəlləyə gəlmisini dedikdən sonra sonuncu onun dediyi “Nənəmin Təndiri” eyni zamanda “Al Market”-in yanına gələrək ona zəng etmiş, o, bu zəngdən sonra evdən çıxmış, lakin Bəhlulu görüşəcəkləri yerdə tapa bilməmişdir. Həmin vaxt üzərində iki növdə yəni 03 bükümdə metafetamin, 04 bükümdə heroin olmaqla cəmi 07 büküm narkotik olmuşdur. Lakin üzərində elektron tərəzi olmamışdır. Elə həmin vaxt yəni 15 avqust 2024-cü il tarixdə polis əməkdaşları onu saxlamış, PB-nə gətirmişlər. Polis əməkdaşları əvvəlcə onu CM-nin 234.1-ci maddəsi ilə məsuliyyət gözlədiyini bildirsə də, sonradan elektron tərəzi təqdim edərək tərəzinin ona aid olmasını üzərinə götürməyi tələb etmişlər. O, elektron tərəzinin ona məxsusluğunu boynuna götürmək istəməsə də, təhdid edildiyi üçün tərəzinin ona aid olduğunu bildirmişdir. Belə ki, o, Sumqayıt şəhəri 2-ci mkr ərazisində əvvəldən tanıdığı bir nəfər qadınla kirayədə yaşamış, polis əməkdaşları ona yaşadığı ünvandan 1 kq narkotik vasitə aşkar edəcəklərini, həmin qadının da onunla birlikdə cinayət məsuliyyyətinə cəlb edəcəklərini ona bildirmişlər. Bu səbəbdən polislərin dediklərini edə biləcəklərindən ehtiyat etmiş, nəticədə elektron tərəzinin də özünə məxsus olmasını etiraf etmişdir. Qeyd edir ki, üzərindən aşkar edilmiş narkotiki tutulmamışdan bir gün öncə 20 Yanvar metrostansiyası yaxınlığından 1 bükümü 5 manata 7 ayr-ayrı bükümlər şəklində öz şəxsi istifadəsi üçün almışdır. Belə ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini qarışdıraraq gündə 1 və ya 2 dəfə olmaqla daxilə inyeksiya etmək üsulu ilə istifadə etmişdir. Davam edən məhkəmə prosesində ifadəsində bildirmişdir ki, şəxsi axtarış keçirilərkən üzərindən eyni zamanda mobil telefon aşkar edilmişdir. Özünə məxsus mobil telefon lombardda girovda olduğundan o, Səxavət adlı tanışına məxsus mobil telefondan istifadə etmişdir. Belə ki, həmin şəxs də onun istifadə qaydalarına uyğun olaraq olaraq narkotikdən istifadə etmişdir. Bundan başqa bildirir ki, Vüsal adlı şəxsi əvvəldən tanımış, bir məhəllədə yaşamışlar. Onunla dəfələrlə birlikdə narkotikdən istifadə etmişlər. Belə ki, onun narkotikə ehtiyacı olduğu təqdirdə Vüsal onun üçün, Vüsalın narkotikə ehtiyacı olduğu təqdirdə isə o, Vüsal üçün narkotik təşkil etmişdir. Onlar heroin və metamfetamini qarışdıraraq istifadə etmişlər. Qeyd edir ki, Vüsal müəyyən vaxtlarda ona zəng edərək “qardaşım əlim çatan yer yoxdur, hardasa bildiyin yer var götürə bilərsən?” dedikdə o, Vüsala “hə” demiş, bundan sonra Vüsal ona 20 manat o, isə 15 manat qoymaqla özü tanıdığı şəxslərdən narkotik əldə edib Vüsalla bir yerdə istifadə etmişlər. Qeyd edir ki, Vüsal ondan lazım olanda həm metamfetamin, həm də heroin istəmişdir. O, da öz növbəsində narkotiki Bakı şəhəri 20 Yanvar metrostansiyası yaxınlığında tanıdığı bir nəfər şəxsdən götürmüş və daha sonra Vüsalla bir yerdə istifadə etmişlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında üzərindən aşkar edilən narkotik vasitənin əslində 1 büküm, psixotrop madənin isə 3 büküm olduğunu bildirmişdir. Qeyd edir ki, əslində narkotik vasitə heroin polis əməkdaşları tərəfindən ondan götürülmüş, bükümlərə ayırılaraq sonradan ona təqdim edilmişdir. Elektron tərəzini üzərinə götürmədiyi üçün polis əməkdaşları onu döymüş, keçirilmiş məhkəmə tibb ekspertizası rəyində üzərində hər hansı xəsarətin izi aşkar edilmədiyi göstərilsə də, 3 saylı istintaq təcridxanasına daxil olarkən onun qolunda, qabırğasında xəsarətlər aşkar edildiyini bildirmişdir. Bununla bağlı prokurorluğa məlumat verilmiş, araşdırma aparılmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Şahid4 qazi kimi tanımış, Nurlan Sumqayıt şəhəri “Loğman” aptekin yanında ona yaxınlaşaraq onun üçün narkotik vasitə təşkil etməsini xahiş etmiş, o, da sadəcə kömək məqsədilə Nurlana 10 manata psixotrop maddə “patı” alıb vermişdir. Bundan başqa bildirir ki, indiyədək oğurluq cinayəti törətməmişdir. Şükür adlı şəxsi tanımış, soyadını isə bilməmişdir. Belə ki, Şükürlə Sumqayıt şəhəri ərazisində “Araz” supemarketin yaxınlığında görüşmüş, dəfələrlə kafelərdə oturaraq pivə içib, çörək yemişlər. Şükürlə münasibəti normal olmuşdur. Şükür də narkotik istifadəçisi olmuş, narkotikdən çəkmək üsulu ilə istifadə etmişdir. Şükürün narkotik istifadəçəsi olmasından sonuncunun daim narkotik axtardığı və gəlib aldığı üçün bilmişdir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixə dəqiq harda olduğunu xatırlamır, o, yük maşınından oğurluq etməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikdən sonra Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ifadəsində bildirmişdir ki, **-SN-*** dövlət qeydiyyat nömrə nişanlı “Hyundai 62 H” markalı yük avtomobilini etibarnamə ilə idarə etmişdir. Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivində yerləşən sexdə çalışmış, həmin sexə məxsus olan tikinti materiallarını alaraq bir qədər baha qiymətə müştərilərə satmışdır. xx.xx.2024-cü il tarixdə sexdən bir qədər “alçipan” və “əqrəb profilləri”-ni yük avtomobilinə yükləmiş, məhsulların bir qismini satdıqdan sonra axşam saat təxminən 23 radələrində yaşadığı Əlvan Metallar pansionatına gəlmişdir. Yük avtomobilini yaşadığı ünvanın qarşısında saxlamış, avtomobilin yük bölməsində bir qədər material qalmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında işə getmək üçün yük avtomobilinə yaxınlaşdıqda avtomobilin yan hissəsində akkumlyator qoyulan hissənin qapısının açıq olduğunu görmüş, orada olan 02 ədəd akkumlyatorun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Daha sonra o, avtomobilin yük bölməsinə baxdıqda orada olan kiçik ölçülü “əqrəb” qutularının bir neçəsinin oğurlandığını aşkar etmiş, bu səbəbdən o, dərhal DİN- in “102” xidməti-zəng mərkəzinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı rəhbərliyə raportla müraciət etmiş, raport əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:05-də Sumqayıt şəhəri, “Al market”-in yaxınlığında saxlanılmış, onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək, ona nədə şübhəli olduğunu deyib 3-cü PB-nə dəvət etmişlər. Səxavət etiraz etməyərək onlarla birlikdə PB-nə gəlmişdir. PB-də Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuş, ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla istifadəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o, əynində olan şalvarın cibində saxladığı 01 ədəd pul kisəsini, 01 ədəd elektron tərəzini, 01 ədəd mobil telefonu təqdim etmişdir. Pul kisəsinə baxış keçirildikdə orada xatırladığı qədərilə 02 ədəd kağıza bükülmüş bükülü, 01 ədəd sellofana bükülmüş bükülü, 01 ədəd bank kartı və əskinasların olduğu müəyyən edilmişdir. Bükümlərdə psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə bənzər kütlələr olmuşdur. Bükümlər elektron tərəzidə çəkilərək qablaşdırılmış, mobil telefon və bank kartı maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Pul vəsaiti Rəşidovun özünə geri qaytarılmışdır. Məhkəmə iclasında Şahid2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı qeyd etdiyi xüsusatlar şər və böhtandır, belə ki, Rəşidov özünü müdafiə etmək məqsədilə bu məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin kiçik inspektoru Şahid3 Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında tərəflərin fikri öyrənildikdən sonra ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilməklə tədqiq edilmiş, məlum olmuşdur ki, o, Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 07 saylı yataqxanada qeydiyyatda olmaqla, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yaşayır. Əvvəllər narkotik maddələrdən istifadə etsə də, hazırda istifadə etmir. Qeyd edir ki, Vətən Müharibəsi iştirakçısıdır. Psixotrop maddə olan metamfetamini bir-iki dəfə Səxavətdən almışdır. Şahid4 məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Səxavətdən aldığı narkotikə görə pulu ona əlbəəl verməklə, narkotik vasitəni 5-10 manata almışdır. Səxavəti onunla kimin tanış etdiyini xatırlamır, lakin Səxavətlə “whatsapp” proqramı vasitəsilə əlaqə yaratmış, ondan narkotik vasitələri almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Səxavətlə heç bir münasibəti olmamışdır. Belə ki, o, bazarda çayxanada olarkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq kimləsə danışmaq üçün telefonunu istəmiş, o, telefonunu həmin şəxsə vermiş, lakin həmin şəxsin kiminlə danışması barədə məlumatı olmamışdır. Qeyd edir ki, Səxavətlə yalnız Sumqayıt şəhərində 9-cu mikrorayonda yaşadığı binanın həyətində rastlaşmışlar, onu üzdən tanıyır. Səxavətdən heç vaxt narkotik almamışam. Şahid5 məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində valideynləri ilə birlikdə yaşayır. Əvvəllər narkotik vasitələrdən istifadə etmiş, ciyərlərində xəstəlik əmələ gələndən sonra istifadə etməmişdir. Narkotik maddə olan “nəşə”ni və “patı”nı tanımadığı şəxslərdən alıb istifadə etmiş, lakin Səxavətdən narkotik almamışdır. İbtidai istintintaq zamanı verdiyi ifadəsini xatırlamadığını, Səxavətin mobil nömrəsini bilmədiyini qeyd etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 329.1-ci maddəsinə əsasən şahid sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilən Şahid5 həmin ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, ağ ciyər xəstəliyindən əziyyət çəkir. 2018-ci il tarixdə həyat yoldaşından boşanmış, hazırda atası ilə eyni ünvanda yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Səxavət onunla eyni mikrorayonda yəni, 9-cu mikrorayonda yaşayır. O, Səxavəti narkotik vasitə satışı ilə məşğul olan şəxs kimi tanımış, bir neçə dəfə Səxavətdən “patı”, yəni psixotrop maddə metamfetamin almışdır. O, Səxavətlə əlaqə saxlayaraq narkotik vasitə istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona görüşəcəkləri vaxtı, zamanı və yeri bildirmişdir. O, sonuncu dəfə Səxavətdən 2024-cü ilin may-iyun aylarında psixotrop maddə metamfetamin almışdır. Növbəti dəfə o, avqust ayında Səxavətlə əlaqə saxlayıb Səxavətdən psixotrop maddə metamfetamin istədiyini bildirmişdir. 11 avqust 2024-cü il tarixdə o, anasına məxsus (055) ***-**-** saylı mobil nömrənin “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə Səxavətlə əlaqə saxlamış və onda “patı” olub-olmadığını soruşmuş, Səxavət ona hər cür mal olduğunu bildirmişdir. O, Səxavətdən bir ədəd “patı” və “kola” istəmişdir. Lakin, həmin vaxt onun üzərində pul olmamışdır. Səxavət ona nisyə mal vermədiyini, pulu nağd şəkildə gətirməyini bildirmişdir. Belə olduqda o, həmin gün Səxavətdən narkotik vasitə ala bilməmiş, növbəti günlərdə avqust ayının 15, 16 və 17-də o, Səxavətin “Whatsapp” nömrəsinə mesaj yazaraq təkrarən mal istəmişdir. Lakin, Səxavət mesajlarına cavab verməmiş, sonradan ona məlum olmuşdur ki, o, polis əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində iştirakı təmin edilərək dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Səxavətlə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində “Araz” Supermarket ərazisində tanış olmuş, orada kafedə birlikdə oturub yeyib-içmişlər. Qeyd edir ki, polis əməkdaşları Səxavəti tutmaq üçün bəhanə axtarmış və Səxavəti onun işi ilə əlaqədar saxlamışlar. Qeyd edir ki, Səxavət onunla birlikdə heç bir oğurluqda iştirak etməmişdir. Belə ki, oğurluq hadisəsi 2023-cü ilin yanvar ayında baş vermişdir və mən həmin gün Səxavətlə görüşməmişdir. Səxavətlə sonuncu dəfə dekabr ayında “Topaz”-dan çıxandan sonra kafedə görüşmüşlər. Qeyd edir ki, oğurladığı əşyalar 2 ədəd akkumlyator və alçıpan əqrəbləri olmuşdur. Həmin əşyaları aparıb dəniz kənarında zibilliyə atmışdır. Qeyd edir ki, əvvəllər narkotik maddə istifadə etmiş, lakin Səxavət ona narkotik maddə verməmişdir. Əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini xatırlamır belə ki, istintaqda verdiyi ifadəni oxumamışdır. Qeyd edir ki, barəsində olan cinayət işinin məhkəmə istintaqında da Səxavətin onunla birlikdə oğurluq hadisəsində iştirak etmədiyini bildirdiyini qeyd edir. Şahid7 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, məhkəməyə gətirilərkən o, Səxavətlə eyni avtomobildə və eyni kabinədə olmuşlar. Bundan sonra dövlət ittihamçısının vəsatəti əsasında cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə təqsirləndirilən şəxs qismində ifadə vermiş və hazırki məhkəmə iclasında əlavə şahid qismində ifadə verən Şahid7 həmin məhkəmə iclasında verdiyi ifadəsi elan edilmişdir. Əlavə Şahid7 məhkəmə iclasında verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, heç bir dövlət işində işləmir, fərdi əməklə məşğul olur. O, xx.xx.2024-cü il tarixdə gecə radələrində Təqsirləndirilən şəxsla yeyib içən zaman spirtli içki qəbul etmişdir. Sərxoş vəziyyətdə Səxavət ona bildirmişdir ki, "nə isə əlimizə keçsə idi götürərdik və spirtli içki alardıq”. O, Səxavətin fikri ilə razılaşmış, birlikdə Novxanı qəsəbəsində yerləşən X5rşısına çatdıqda həmin zavodun yaxınlığında yerləşən yaşayış massivinin qarşısında “Hundai” markalı, nömrəsini dəqiq xatırlamadığı yük avtomobilinin dayandığını görmüşlər. Ətrafı müşahidə etdikdən sonra onlar ytik avtomobilinə yaxınlaşmış, yük avtomobilinin sağ yan hissəsinə quraşdırılmış 02 ədəd akkumlyatoru sökmüşlər. Həmin vaxt Səxavət avtomobilin arxa hissəsinə keçərək yük bölməsindən bir neçə paçqa dəmir bağlayıcıları çıxarmışdır. Sonra Səxavət yaxınlıqdakı zibilxanadan iki ədəd çuval tapmış və onlar həmin akkumlyatorları və dəmir bağlayıcıları çuvala qoymuşlar. Götürdükləri akkumlyatorları və dəmir məmulatlarını bir neçə gün sonra satmaq üçün dənizin sahilinə apararaq kolluq ərazidə gizlətmişlər. Daha sonra Səxavətlə bir neçə gün sonra yenidən görüşərək gizlətdikləri əşyaları sataraq spirtli içki almaq barədə razılaşaraq ayrılmışlar. Lakin, xx.xx.2024-cii il tarixdə axşam radələrində polis əməkdaşları onu saxlayaraq bölməyə gətirmiş və oğurluq cinayətində şübhəli olduğunu bildirmişlər. O, əməlini səmimi etiraf edərək törətdikləri əməl barədə məlumat vermişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyan tərəfindən ödənilmiş, zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəsində yaşlı valideynlərinin olduğunu, bir daha belə əməllərə yol verməyəcəyinə söz verərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaqı aparılmışdır. (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:05-də Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 20); Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdə CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 54-55); “Təqsirləndirilən şəxsin dindirilməsi” 17 avqust 2024-cü il tarixli haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı müdafiəçisi X3 iştirakı ilə ifadəsi alınmışdır (i.v. 64-66); “Şəxsi axtarışın keçirilməsi haqqında” 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, 15 avqust 2024-cü il tarixdə saat 20:05-də Sumqayıt şəhəri 2-ci mikr ərazisində “Al market”-in yaxınlığında 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlama daşıma gəzdirmə və satışında şübhəli bilindiyi üçün saxlanılaraq həmin PB-nə gətirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o, əynində olan qara rəngli qısa şalvarın sol yan cibindən 01 ədəd qara rəngli pul kisəsini və 01 ədəd elektron tərəzini, sağ yan cibindən isə 01 ədəd “Redmi” markalı mobil telefonu təqdim etmişdor. Pul kisəsi açılan zaman içərisində 02 ədəd qırmızı rəngli kağız parçasına bükülmüş büküm və 01 ədəd sellofan kəsiyinə bükülmüş bükülü, 01 ədəd “Leobank”a məxsus bank kartı və 160 manat pul olması müəyyən olunmuşdur. Qırmızı rəngli böyük kağız bükümlərdən biri açıldıqda içərisində 02 ədəd qızılı rəngli, 03 ədəd qara rəngli və 02 ədəd qızılı rəngli bükümlər olması müəyyən olunmuşdur. Qara rəngli bükümlər açıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə çəkilərinin 0,11 qram, 0,17 qram və 0,5 qram olması müəyyən olunur. Qızılı rəngli bükümlər açıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuş, onlar ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə çəkilərinin 0,11 qram, 0,07 qram olması müəyyən olunmuşdur. Qırmızı rəngli bükümlər açıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Onlar ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə çəkilərinin 0,05 qram, 0,12 qram olması müəyyən olunmuşdur. Qırmızı rəngli digər böyük büküm açıldıqda isə içərisində 02 ədəd qızılı, 01 ədəd qırmızı rəngli kağız bükümlər olması müəyyən olunmuşdur.Həmin bükümlər açıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə olması aşkar edilmişdir. Qızılı rəngli bükümlər elektron tərəzidə çəkildikdə çəkilərinin 0,05 qram, 0,06 qram, qırmızı rəngli bükümün çəkisinin isə 0,05 qram olması müəyyən olunmuşdur. Sellofan kəsiyində olan bükülü açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə olması, elektron tərəzidə çəkildikdə isə çəkisinin 0,37 qram olması müəyyən olunmuşdur. Ümumilikdə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildikdə çəkilərinin 0,85 qram, heroinə bənzər kütlələrin ümumi çəkisinin isə 0,53 qram olması müəyyən olunmuşdur. Elektron tərəzinin üzərində isə ağ rəngli kristalşəkilli maddələr olması müşahidə edilmişdir.(i.v.28-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2024-cü il tarixli 3-16-16/2-6/4191 nömrəli ekspert rəyinə əsasən 07 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.060 qram, 0.110 qram, 0.097 qram, 0.096 qram, 0.046 qram, 0.063 qram, 0.091 qram, ümumi təmiz çəkisi 0.563 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponenet tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 03 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.018 qram, 0.012 qram, 0.013 qram və 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0.301 qram, ümumi təmiz çəkisi 0.344 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponenet tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 ədəd elektron tərəzinin üzərində metamfetaminin və heroinin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin və heroinin təmiz çəkisini və bükümlərdəki metamfetaminlə və heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümükün deyildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi- 0,258 qr, tədqiqata sərf edildi 0,100 qr, qalıq - 0,158 qram. Metamfetaminin ümumi təmiz çəkisi- 0,262 qram, tədqiqata sərf edildi 0,100 qr, qalıq - 0,162 qramdır. (i.v.49-52); Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2024-cü il tarixli 4(060)-258/2024 nömrəli qərarına əsasən ********* saylı cinayət işi üzrə CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində, yəni xx.xx.2024-cü ilədək həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (i.v.77-80); “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli qərara əsasən CM-nin 177.2.1 -ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi ilə CM-nin 234.2-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən qeyd olunan cinayət işləri xx.xx.2024-cü il tarixdə bir icraatda birləşdirilərək ********* saylı statistik nömrə altında ibtidai istintaqı davam etdirilmişdir. (i.v.82-83); “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 17 yanvar 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs və Şahid7 barəsində fakta görə CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v.92); “Baxış keçirilməsi haqqında” protokola əsasən Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Əlvan Metal pansionatına baxış keçirilmişdir. Baxış zamanı **-SN-*** dövlət nömrə nişanlı, “Hunday 62 H” markalı yük avtomobilinin Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Əlvan Metal pansionatının həyətində olması müəyyən edilmişdir. (i.v.96-99) “Maddi sübut kimi tanıma haqqında” 19 yanvar 2024-cü il tarixli qərara əsasən iş üzrə hadisə yerindən polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş 02 ədəd akkumulyator və 06 blok dəmir tərkibli inşaat materialı maddi sübut kimi tanınmış, saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (i.v.147); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2024-cü il tarixli 9/1257 nömrəli ekspert rəyinə əsasən ekspertiza təyini haqqına qərarda göstərilən malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 362,00 manat müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd:tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. (i.v.159-160); “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 27 avqust 2024-cü il tarixli qərara əsasən ********* saylı cinayət işi üzrə əməl CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. (i.v.169-170); “Təqsirləndirilən şəxsi dindirmə haqqında” 29 avqust 2024-cü il tarixli protokola əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həmin tarixdə 10:30-da CM-nin 177.2.1 və 234.2-ci maddələri ilə dindirilmişdir. (i.v.191-194); DİN-nin BƏSİİ-dən alınmış 27 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki Təqsirləndirilən şəxs RF Sankt-Peterburq şəhəri Nevski rayon məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə 01 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, RF CM-nin 69-cü maddəsinin 5-ci hissəsi əsasında Krasnodar diyarı, Novorossiysk şəhəri, Oktyabr rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli (RF 111 M.4-cü hissəsi 10 il azadlıqdan məhrumetmə cəzası) qərarı ilə birləşdirilərək 11 il azadlıqdan məhrumetmə cəzası verilmişdir. (ciddi rejim) xx.xx.2022-ci il tarixli RF Rostov vilayəti 4 saylı cəzaçəkmə müəssisəsəsindən cəzanın sonu ilə azad edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünü təsviri hissəsində qeyd edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 31/95 saylı məktubundan Təqsirləndirilən şəxs barəsində RF Sankt-Peterburq şəhəri, Nevsk rayon məhkəməsinin hökmü ilə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair və RF krasnodar diyarı Novorossiysk şəhəri, Oktyabr rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli höknünün tanınmasına dair material Bakı Ağır cinayətlər məhkəməsinə daxil olmadığı müəyyən edilmişdir. (i.v.226-227); Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 663/2024 saylı, 26 avqust 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı tutulduğu iki gün təyin edilən cəzadan çıxılmış, onun üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə-Tibbi ekspertiza və Patoloji anatomiya X7 şəxsi tərəfindən verilmiş 1408 saylı, 15 avqust 2024-cü il tarixli rəyindən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izinin aşkar edilmədiyi müəyyən edilmişdir. (i.v.68-70); Məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2024-cü il tarixli, 6665 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN VƏ PSİXOSTİMULYATORLARİN birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v.255-256); “Sübutların qiymətləndirilməsi haqqında” 02 noyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 30 avqust 2024-cü il tarixdə CM-nin 177.2.1 və 234.2-ci maddələri ilə yenidən elan olunmuş ittiham düzgün və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmış və barəsində Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-258/2024 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməllərində CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 180.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması CPM-nin 39.1.20-ci maddəsinə əsasən rədd edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkiş şəxsin və şahidlərin ifadələri baxış, şəxsi axtarış və götürmə protokolları, məhkəmə kimyəvi və məhkəmə narkoloji ekspertizasının rəyləri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla qismən razılaşması, göstərdiyi dəlillərin məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakteri daşıması kimi tənqidi qiymətləndirməklə rədd edilməsi və ifadələrinin həmin hissələrinin iş materiallarına uyğun olmadığından sübut kimi qəbul edilməməsi nəzərə alınmışdır. (i.v.260-271); Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş məktuba cavabında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təcridxanaya daxil olarkən ilkin tibbi baxış zamanı sonuncunun zədə aldığını bildirdiyi, bundan sonra onun bədən səthinin müayinəsi zamanı sol bazu nahiyyəsinin ön səthinin aşağı üçdə birində bənövşəyi rəngli qançır aşkar edildiyi göstərilmişdir. Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Zaur Əliyevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli qərarına əsasən toplanmış material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid və əlavə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla barabər özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, saxlanılarkən üzərində elektron tərəzinin olmadığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, eyni zamanda Şahid7lə oğurluq cinayətni törətmədiyini bildirmişdir. Belə ki, döyüldüyü üçün elektron tərəzinin ona məxsusluğunu ilkin izahatında etiraf etmişdir. Məhkəmə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs bu məzmunda verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, bu məzmunda ifadə vermək Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. Məhkəmə belə olan halda həm ibtidai istintaq və həm də məhkəmə iclasında əldə edilmiş sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində elektron tərəzinin olmadığını israrla bildirməklə, narkotik vasitə və ya psixotrop maddələri əvəzli qaydada deyil, ehtiyacı olan şəxslərə yalnız təmənnasız, yəni pay olaraq verdiyini bildirməklə törətmiş olduğu cinayət əməlinin CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-cü maddəsinə hüquqi tövsifinə nail olmağa çalışmışdır. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 07 ədəd bükümdə psixotrop maddə metamfetamin və 04 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğunu bildirsə də, məhkəmə iclasında isə polis əməkdaşları tərəfindən saxlanılarkən ümumilikdə 7 bükümdə narkotik vasitə və psixotrop maddə oduğunu etiraf etmiş, bükümlərdən birini 5 manat olmaqla cəmi 35 manat pul verməklə əldə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında üzərindən aşkar edilmiş bükümlərin sayını qəsdən azaltmağa çalışmış, halbuki, o, üzərindən aşkar edilmiş narkotik vasitə və ya psixotrop maddələrin sayı və ya əlavə bükümlərdə narkotikin üzərinə götürməsi ilə bağlı polis əməkdaşları tərəfindən təzyiq və təsirə məruz qalmadığını bildirmişdir. Məhkəmə bükümlərin sayının təqsirləndirilən şəxs tərəfindən təhrif edilmiş şəkildə təqdim edilməsini onun törətmiş olduğu cinayət əmələnin hüquqi tövsifinə nail olmağa doğru atılmış cəhd kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində elektron tərəzi olmadığını bildirsə də, o məhkəmə iclasında sərbəst ifadə verərkən və verilmiş suallara cavab olaraq yuxarıda adları çəkilən Bəhlul adlı tanışına, Vüsal (Mirzəliyev) adlı qonşusuna, qazi kimi tanıdığı Şahid4, o cümlədən əvvəldən tanıdığı Şahid7 ehtiyacları olduğu vaxtlarda və təqdirdə narkotik vasitə və ya psixotrop maddə təşkil etdiyini bildirməklə etmiş olduğu cinayət əməlini dolayısı ilə tam etiraf etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin Bəhlul adlı tanışı və qazi Şahid4 kimi tanıdığı şahidə münasibətdə verdiyi ifadələrinin təhlilinə zərurət olmadığı qənaətinə gəlsə də, Şahid5 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, sonuncu Təqsirləndirilən şəxs müdafiə etmək məqsədilə ondan narkotik vasitə və ya psixotrop maddə almadığını bildirmişdir. Halbuki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində Səxavətdən bir neçə dəfə “patı” aldığını bildirmişdir. Məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs Şahid5 məhkəmə iclasında ifadə verməmişdən bir neçə iclas öncə sərbəst ifadə verərkən özü səmimi olaraq Şahid5 qonşusu və narkotik istifadəçisi kimi tanıdığını, bir-digərinə ehtiyacları olduğu təqdirdə narkotik vasitə və ya psixotrop maddə təşkil etdiklərini, o cümlədən dəfələrlə bir yerdə narkotikdən istifadə etdiklərini səmimi olaraq etiraf etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şahid7 də narkotik istifadəçisi olduğundan məlumatlı olmuş, o, bunu sonuncunun daim narkotik axtarması və gəlib alması ilə izah etmişdir. Belə olan halda məkəmə hesab edir Şahid7 narkotik vasitəyə ehtiyacı olduğu vaxt Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə alması istisna edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində elektron tərəzinin olmaması barədə həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə etmək məqsədilə atılmış addım kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elektron tərəzinin ona məxsus olmaması barədə ifadəsi özünün uydurma mexanizm əsasında qurduğu təxəyyülünün məhsuludur. Belə ki, o ona narkotik vasitə və ya psixotrop maddə əldə etmək üçün müraciət edən şəxslərə həmin maddələrdən satarkən elektron tərəzidən istifadə etdiyi istisna edilməməlidir. Məhkəmə daha bir halı vurğulamağı zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlərin olduğunu, bu faktın həmin vaxt onu yoxlayan şəxs tərəfindən qeydə alındığını bildirmiş, bu səbəbdən məhkəmə bu xüsusatla bağlı aidiyyatı üzrə sorğular vermiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş məktuba cavabda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təcridxanaya daxil olarkən ilkin tibbi baxış zamanı sonuncunun zədə aldığını bildirdiyi, bundan sonra onun bədən səthinin müayinəsi zamanı sol bazu nahiyyəsinin ön səthinin aşağı üçdə birində bənövşəyi rəngli qançır aşkar edildiyi göstərilmişdir. Sumqayıt şəhər Prokurorunun sorğuya cavabında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Zaur Əliyevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli qərarı əlavə edilmiş, həmin qərara əsasən toplanmış material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildiyi müəyyən edilmişdir. Bundan başqa ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə tibbi ekspertizası ilə bağlı Məhkəmə-Tibbi ekspertiza və Patoloji anatomiya X7 şəxsi tərəfindən verilmiş 1408 saylı, 15 avqust 2024-cü il tarixli rəyindən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izinin aşkar edilmədiyi müəyyən edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində bu hissədə göstərdiyi xüsusatlar da araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 8-ci bəndinə görə Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, Təqsirləndirilən şəxs müxtəlif şəxsi xarakterli maraqlar və ya maddi xarakterli müəyyən öhdəliklərdən azad olunması məqsədi ilə narkotik vasitəni yuxarıda adları çəkilən tanışlarına vermiş, eyni zamanda satmışdır. Həmin Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı elektron tərəzi aşkar edilərək götürülmüşdür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən heroinin, həm də metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyl miqdarın minimum hədindən artıq miqdar hesab edilir Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hər xüsusat ayrı-ayrılıqda araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. İşin tədqiq edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamış, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsinə münasibətdə də özünü təqsirli bilməməsinə tənqidi yanaşır, hesab edir ki, sonuncu bu hissədə də məsuliyyətdən yayınmağa cəhd etmişdir. Belə ki, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 oğurluq cinayət əməlini Səxavətlə bir yerdə törətmədiyini bildirsə də, ittiham tərəfinin vəsatəti əsasında onun özünün təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə baxışı zamanı verdiyi ifadəsi, o cümlədən məhkəmə iclasının videosuna baxış keçirilmiş, müəyən edilmişdir ki, o, həmin vaxt sərbəst ifadə verərkən törətmiş olduğu cinayət əməlini səmimi olaraq etiraf etmiş, həmin cinayət əməlini tanışı Təqsirləndirilən şəxsla birlikdə törətdiyini bildirmişdir. Məhkəmə Şahid7 bu məzmunda ifadəsini sonuncunun Təqsirləndirilən şəxs müdafiə etmək məqsədilə atılmış addım kimi qiymətləndirir. Belə ki, Şahid7 barəsində çıxarılmış həmin hökmdən şikayət verməmiş, hökm qanuni qüvvəsini almış və sonuncu hazırda təyin edilmiş cəzasını çəkir. Məhkəmə vurğulayır ki, hər iki şəxsin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsini, Təqsirləndirilən şəxs hətta narkomaniya xəstəliyindən əziyyət çəkdiyi nəzərə alınarsa sonuncunun oğurluq əməlini törətdiyi və ya kiminlə törətdiyi 15 yanvar 2024-cü il tarixini unutması istisna edilməmidir. Belə ki, Təqsirləndirilən şəxs Şahid7lə birlikdə daim spirtli içki və pivə içdiyini, Şahid7 narkotik axtardığını, hətta gəlib aldığı üçün onun narkotik istifadəçisi olduğunu bildiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şahid7 15 yanvar 2024-cü il tarixdə törətmiş olduğu oğurluq cinayətini Təqsirləndirilən şəxsla birlikdə deyil, tək törətməsi barədə ifadəsi özünün uydurma mexanizm əsasında qurduğu təxəyyülünün məhsuludur. Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsində nəzardə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında tam subuta yetirilmişdir. CM-nin 177.2.1-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı zərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, vurulmuş ziyanın ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə törətmiş olduğu cinayət əməlinə görə xx.xx.2024-cü il tarixdə barəsində ittiham hökmü çıxarılmış, hazırkı cinayət əməllərindən sonuncusunu 15 avqust 2024-cü il tarixdə törətmişdir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs tərəfindən törədilən hər bir əmələ fərdi yanaşaraq sonuncunun cəzasının yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcələrini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, CM-in 66.2 və 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu növdə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun olduğunu hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci və 234.2-ci maddələri təqsirli bilinərək hər bir əmələ görə maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar cinayətlərin məcmusu qaydasında qismən toplanılmalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmalı, təqsirləndirilən şəxsin 24 may 2024-cü il tarixdən 26 may 2024-cü il tarixədək tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmaqla qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “Həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın əvvəli 15 avqust 2024-cü il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul CPMnin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0.174 qram narkotik vasitə heroin, 0.353 qram psixotrop maddə metamfetamin və 01 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 36 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 216 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəlləsinin 177.2.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 234.2-ci maddələri təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 may 2024-cü il tarixdən 26 may 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 15 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış qalıq, təmiz çəkisi 0.174 qram narkotik vasitə heroin, 0.353 qram psixotrop maddə metamfetamin və 01 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-133/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-133/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver