Məhkəmə qərarları › İş №1(060)-134/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-134/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-134/2025 05.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə, 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd ayaqqabı fırçasının içinə yerləşdirilmiş xeyli miqdarda 03 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.554 qram və 0.665 qram qəhvəyi rəngli, 0.109 qram tünd qəhvəyi rəngli olmaqla ümumi təmiz çəkisi 1.328 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədədi sellofan bükümdə, 01 ədədi gümüşü rəngli kağız bükümdə olan ümumilikdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.148 qram və 0.487 qram olmaqla ümumi təmiz çəkisi 0.635 qram olan ağ rəngli, kristallik, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd konvalyul kəsiyində, üzərində “Methadone 40” əmtəə göstərcisi olan F/M 40 yazısı həkk olunmuş həbdə 0.04 qram narkotik vasitə metadon əldə edib üzərində saxlayaraq daşımış, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 05 avqust 2024-cü il tarixdə, saat 23:50 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivində yerləşən “Esmira” şadlıq sarayının yaxınlığında olduğu zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirtərkən əynindəki şalvarın sağ yan cibindən həmin çəkidə və bükümlərdə olan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə metadon 01 ədəd ayaqqabı fırçasının içində aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə ittihamda qeyd olunduğu kimi olmuşdur, üzərindən metamfetamin, metadon hibi və heroin adlanan narkotik vasitələr aşkar olunmuşdur. Həmin narkotik vasitələri anket məlumatlarını bilmədiyi tanışından almışdır. Hansı məbləğdə aldığını və ümumiyyətlə hadisəni tam xatırlamır. İttihamda qeyd olunanlar hamısı doğrudur. Saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, 1993-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuşdur, Abşeron rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bəzi müddətlər taksi fəaliyyəti ilə məşğul olub qazanc əldə etmişdir. Narkotik vasitə və psixotrop maddə alüdəçisidir. Narkotik vasitələri və psixotrop maddələri Bakı, Sumqayıt şəhərində və Abşeron rayonunda tanımadığı şəxslərdən bəzən əlbəəl olaraq, bəzən isə narkotikin olduğu məkan göndərilərək əldə etmişdir. X9 Respublikası vətəndaşı kimi özünü təqdim etmiş, sosial şəbəkələrdə tapıb əlaqə saxladığı şəxslərdən də narkotik vasitə və psixotrop maddə əldə etmişdir. Gün ərzində istifadə dozası çox olmuşdur. Bu səbəblə də, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərdən narkotik vasitə və ya psixotrop maddəni bir bükümdə deyil, bir neçə bükümdə almışdır. Həmçinin əldə etdiyi kütlələrdən istifadə edib qurtarmamış satışını həyata keçirən şəxslərdən yenidən alıb üzərində saxlamışdır. Həmin kütlələri ayaqqabı fırçasının içində gizlədərək üzərində daşımışdır. 05 iyul 2024-cü il tarixdə, saat 23 radələrində saxlanılıb Sumqayıt ŞPİ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman təqdim etdiyi narkotik vasitələri və psixotrop maddəni müxtəlif şəxslərdən əldə etmişdir. Belə ki, üzərindən aşkar olunmuş 02 ədəd siqaret kağızı bükümündə olan narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd siqaret kağızı bükümündə və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, 02 ədəd şəffaf rəngli, 01 ədəd qara rəngli olmaqla ümumilikdə 03 ədəd sellofan bükümdə narkotik vasitə heroini və 01 ədəd metadon həbini 2024-cü ilin avqust ayında Bakı şəhəri ərazisində müxtəlif şəxslərdən əldə etmişdir. Həmin kütlələrin hər biri üçün dəqiq olaraq nə qədər pul verdiyini xatırlamasa da, təxminən ümumilikdə 200 manat pul vermişdir. Həmin təqdi etdiyim kütlələrdən 01 ədəd qara rəngli sellofan bükümündə olan narkotik vasitə heroini 05 avqust 2024-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində 20 manata əldə etmişdir. Əldə etdiyi narkotik vasitə bükümünü üzərində gəzdirdiyi ayaqqabı fırçasının içinə qoyub digər bükümlərlə birlikdə üzərində saxlayıb daşımışdır. Həmin şəxsdən psixotrop maddə metamfetamin də istəmiş, lakin üzərində olmadığını demiş, o da Bakı şəhərində tapa bilmədiyi üçün metamfetamin tapmaqdan ötrü axşam saatlarında Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivinə getmişdir. Saat 23 radələrində Sumqayıt şəhəri. Xəzər Bağları yaşayış massivində yerləşən “Esmira” şadlıq sarayının yaxınlığında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyib polis idarəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən və qarşılıq vermədən polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman içində narkotik vasitələr və psixotrop maddə olan ayaqqabı fırçasını üzərindən atmağa imkan tapa bilməmişdir. Sumqayıt ŞPİ-nin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş və o, tanımadığı şəxslərdən alıb üzərində saxlayaraq daşıdığı narkotik vasitə və psixotrop maddə bükümlərini içində saxladığı 01 ədəd ayaqqabı fırçasını əynindəki şalvarın sağ yan cibindən çıxardaraq təqdim elmişdir. Həmçinin əynindəki şalvarın sol yan cibindən 02 ədəd mobil telefon, şalvarının sağ arxa cibindən 01 ədəd siqaret qutusu çıxardaraq təqdim etmişdir. Ayaqqabı fırçasının üst hissəsi açılıb içinə baxıldıqda 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümü, 01 ədəd qara rəngli, 03 ədəd şəffaf rəngli olmaqla 04 ədəd sellofan büküm, 01 ədəd həb aşkar edilmişdir. Həmin bükümlərin içində nə olduğu soruşulduqda 02 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün içində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana, digər 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə və 01 ədəd şəffaf rəngli sellofan bükümdə metamfetamin, 01 ədədi qara rəngli, 02 ədədi şəffaf rəngli olmaqla 03 ədəd sellofan bükümün içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu, 01 ədəd üzərində “M40” yazılmış həbin isə metadon olduğunu demişdir. Sözügedən kütlələr təhqiqatçı tərəfindən də aşkar edildikdən sonra həmin kütlələr bükümləri ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Çəkilən zaman narkotik vasitə qurudulmuş marixuana kütlələrinin çəkisi 0.74 qram və 0.73 qram, psixotrop maddə metamfetamin kütlələrinin çəkisi 0.61 qram və 0.38 qram, narkotik vasitə heroin kütlələrinin çəkisi 0.62 qram, 0.15 qram, 0.82 qram olaraq müəyyənləşmişdir. Həmin kütlələr, həmçinin 01 ədəd metadon həbi ekspertiza rəy əldə olunmasından ötrü qablaşdırılaraq götürülmüşdür. 01 ədəd siqaret qutusu ona geri qaytarılmış, 02 ədəd mobil telefon isə araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. O, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir, satışı ilə məşğul olmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən nə fiziki, nə də psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, şəxsi əvvəllər tanımamışdır. Şahid1 narkotik vasitələrin üzərində gəzdirilməsi, istifadə olunması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçən ilin avqust ayında axşam radələrində “Esmira” şadlıq evinin yaxınlığında şəxsi saxlamışlar, polis idarəsinə dəvət etmişlər, idarədə xidməti otaqların birində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə şəxsin üzərində baxış keçirilmiş, üzərindən şotka, telefonlar və siqaret aşkar olunmuşdur. Şotkanın içindən narkotik vasitələr aşkar olundu. Narkotik vasitələr müxtəlif növdə, yəni “metamfetamin”, “M40”, “nəşə” olmuşdur. Haradan əldə etdiyini deməmişdir. Özünə məxsus olduğunu, xəstə olduğu üçün qəbul etdiyini bildirmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatları yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 elan edilmiş ifadəsindən görünür ki, icraatına Abşeron rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasdından ötrü tərəfindən idarə rəhbərliyinə raportla məruzə edilərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razıhq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o da daxil olmuşdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, 05 avqust 2024-cü il tarixdə, saat 23:50 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən Esmira şadlıq sarayının yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğundan, üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, sonuncuya təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təki il olunmuş, o da əynindəki şalvarın sağ yan cibindən 01 ədəd ayaqqabı fırçası, həmçinin əynindəki şalvarın sol yan cibindən 02 ədəd mobil telefon, şalvarının sağ arxa cibindən 01 ədəd siqaret qutusu çıxardaraq təqdim etmişdir. Ayaqqabı fırçasının üst hissəsi açılıb içinə baxıldıqda 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümü, 01 ədəd qara rəngli, 03 ədəd şəffaf rəngli olmaqla ümumilikdə 04 ədəd sellofan büküm, 01 ədəd həb aşkar edilmişdir. Təqsirləndirilən şəxs 02 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün içində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün və 01 ədəd şəffaf rəngli sellofan bükümün içində metamfetamin, 01 ədədi qara rəngli, 02 ədədi şəffaf rəngli olmaqla 03 ədəd sellofan bükümün içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu. 01 ədəd üzərində “M40” yazılmış həbin isə metadon olduğunu bildirmişdir. Sözügedən kütlələr bükümləri ilə birlikdə elektron tərəzidə çəkilən zaman narkotik vasitə qurudulmuş marixuana kütlələrinin çəkisi 0.74 qram və 0.73 qram, psixotrop maddə metamfetamin kütlələrinin çəkisi 0.61 qram və 0.38 qram, narkotik vasitə heroin kütlələrinin çəkisi 0.62 qram, 0.15 qram, 0.82 qram olaraq müəyyənləşmişdir. Həmin kütlələr, həmçinin 01 ədəd metadon həbi ekspertiza rəyi əldə olunmasından ötrü qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş kütlələrinin özünə məxsus olduğunu, ona qarşı zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olsa da, sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olunmamış, üzərindən aşkar olunmuş kütlələri konkret olaraq haradan və ya kimdən əldə etməsi barədə məlumat əldə olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Esmira” şadlıq sarayının yaxınlığında xx.xx.2024-cü il tarixdə saat 23:50-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X5 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd yaşıl rəngli ayaqqabı süngərini, sol yan cibində saxlamış olduğu 2 ədəd mobil telefonu, sağ arxa cibində saxlamış olduğu 1 ədəd “Prima” markalı siqaret qutusunu təqdim edərək ayaqqabı süngərinin içərisində narkotik vasitə olduğunu bildirdi. Həmin ayaqqabı süngəri açılan zaman qapaq hissəsində 3 ədəd gümüşü siqaret kağızı bükümlərinin, 3 ədəd şəffaf və 1 ədəd qara rəngli sellofan bükümlərin, 1 ədəd həbin olduğu görüldü. Həmin bükümlər açılan zaman 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərinin hər birinin içərisində spesifik iyə malik qurudulmuş bitki kütləsinin, digər 1 ədəd gümüşü rəngli siqaret kağızı və 1 ədəd şəffaf sellofan bükümlərin hər birinin içərisində ağ kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələrin qalan 2 ədəd şəffaf və 1 ədəd qara rəngli sellofan bükümlərin hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin'ə bənzər maddələrin, qəhvəyi rəngli konvalidin içərisində 1 ədəd üzərində 40" yazıları olan həbin olduğu aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs Vidadı oğlu üzərindən aşkar olunmuş spesifik iyə malik qurudulmuş bitki kütləsinin "həşiş-nəşə”, ağ rəngli kristal şəkilli maddələrin “metamfetamin”, qəhvəyi rəngli maddənin “kakos”, 1 ədəd həbin "metadon” həbi olduğunu, üzərindən aşkar edilmiş maddələri mobil telefon vasitəsilə əlaqə saxladığı İran vətəndaşının kart hesabına 200 manat pul yolladıqdan sonra əvvəlcədən ona deyilən Mərdəkan qəsəbəsi ərazisindən götürdüyünü, Sumqayıt şəhəri S.Vurğun küçəsində yerləşən «Esmira» şadlıq sarayının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin İran vətəndaşından əvvəllər 2-3 dəfə narkotik vasitə aldığını, narkotik vasitələri həm satış həm də ki şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs Vidadı oğlunun üzərindən aşkar olunmuş 2 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş spesifik iyə malik qurudulmuş bitki kütlələri tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin hər birinin çəkisinin 0,74 qram, 0,73 qram, ikisi birlikdə elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 1.46 qram, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə və 1 ədəd şəffaf sellofanda olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər ayrı-ayrılıqda elektron tərəzidə çəkilən zaman kağız bükümdəki maddənin 0,61 qram, sellofan bükümdəki maddənin 0,38 qram, həmin maddələr birlikdə elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 1,0 qram, 2 ədəd şəffaf və 1 ədəd qara rəngli sellofan bükümlərdə olan qəhvəyi rəngli narkotik vasitə olan “heroinə’ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddələrdən şəffaf sellofan bükümlərdəki maddələrin çəkisinin müvafiq olaraq 0,62 qram, 0,15 qram, qara rəngli sellofan bükümdəki maddənin çəkisinin 0,82 qram, həmin 3 ədəd bükümdəki maddələr birlikdə elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 1.61 qram olduğu müəyyən edildi, aşkar olunmuş həmin maddələr və qəhvəyi rəngli 1 ədəd həb Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs Vidadı oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş üzərində sim kart olmayan Samsung markalı mobil telefon və ***- ***-**-** nömrə ilə işləyən 1 ədəd Honor markalı mobil telefon əhəmiyyət kəsb edəcəyindən götürüldü, xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİNnin 124 saylı möhürü ilə möhürləndi, 1 ədəd Prima markalı siqaret qutusu isə əhəmiyyət kəsb yındən özünə geri qaytarıldı. - xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda, orada «00070» adlı fayl olduğu müəyyən edilir. Həmin faylda 19 dəqiqə 37 saniyə müddətində olan videogörüntü vardır. Həmin videogörüntüdə 05 avqust 2024-cü il tarixdə, saat 23:50 dəqiqədə Sumqayıt şəhəri. Xəzər bağları yaşayış massivində yerləşən "Esmira" şadlıq sarayının yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis mayoru Elsevər Quliyev tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 və Sumqavıt ''Pİ-nin CAŞnin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilir. Videogörüntüdən müəyyən edilir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd ayaqqabı fırçası, həmçinin əynindəki şalvarın sol yan cibindən 02 ədəd mobil telefon, şalvarının sağ arxa cibindən 01 ədəd siqaret qutusu çıxardaraq təqdim etmişdir. Ayaqqabı fırçasının üst hissəsi açılıb içinə baxıldıqda 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümü, 01 ədəd qara rəngli, 03 ədəd şəffaf rəngli olmaqla ümumilikdə 04 ədəd sellofan büküm, 01 ədəd həb aşkar edilmişdir. Təqsirləndirilən şəxs 02 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün içində "nəşə", yəni narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün və 01 ədəd şəffaf rəngli sellofan bükümün içində metamfetamin, 01 ədədi qara rəngli, 02 ədədi şəffaf rəngli olmaqla 03 ədəd sellofan bükümün içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu demiş, 1 ədəd üzərində “M40” yazılmış həbin isə metadon olduğunu bildirmişdir. Sözügedən kütlələr bükümləri ilə birrlikdə elektron tərəzidə çəkilən zaman narkotik vasitə qurudulmuş marixuana kütlələrinin çəkisi 0,74 qram və 0,73 qram, psixotrop maddə metamfetamin kütlələrinin çəkisi 0,61 qram və 0.38 qram, narkotik vasitə heroin kütlələrinin çəkisi 0,62 qram, 0,15 qram, 0,82 qram olaraq müəyyənləşdirilmişdir. Həmin kütlələr, həmçinin 01 ədəd metadon həbi ekspertiza rəyi əldə olunmasından ötrü qablaşdırılaraq götürülmüş, həmçinin təqdim etdiyi 02 ədəd mobil telefon qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs mobil telefonlardan Samsung markalı mobil telefonun daxilində nömrə olmadığını, Honor markalı mobil telefonun daxilində “sim” və "cin” olmaqla 02 ədəd nömrə olduğunu, "sim” nömrəni xatırlamadığını, digərinin '' ***-***-**-** saylı nömrə olduğunu, aşkar olunmuş kütlələri İran vətəndaşından əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunmadığını bildirdiyi müəyyən edilmişdir. Diskə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə qeyd olunanların həqiqəti əks etdirdiyini, həmin videogörüntünün üzərinə şəxsi axtarış və götürmə keçirilməsindən ibarət olduğunu, heç bir fiziki və ya psixi zorakılığa məruz qalmadan həmin prosessual hərəkətin keçirildiyini, təqdim etdiyi içində narkotik vasitə və psixotrop maddə kütlələrinin özünə məxsus olduğunu, lakin İran vətəndaşından deyil, 2024-cü ilin avqust ayı ərzində Bakı şəhərində müxtəlif şəxslərdən əldə etdiyini, Honor markalı mobil telefonunda yalnız bir sim kartın olduğunu, həmin telefonu nasaz olduğundan daxilindəki ***-***-**-** saylı mobil nömrədən istifadə etmədiyini, narkotik vasitə və psixotrop maddə alüdəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirdi. - Məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/1295 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd gümüşü rəngli kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,62 qram və 0,58 qram, ümumi təmiz çəkisi 1,2 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata 0,04 qram (hər obyektdən 0,02 qram) sərf edildikdən sonra 1,16 qram marixuana qalıq qalmışdır. - Məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/4001 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124 dairəvi möhürü əksi, “Saxlanılan şəxs ’’imza” Təqsirləndirilən şəxs; “imza” Əmirov K.; Tərtib etdi “imza” E. Quliyev yazıları qeyd edilmiş zərfdəki: 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,554 qram, 0,665 qram olan qəyvəyi rəngli və 0,109 qram olan tünd qəhvəyi rəngli; ümumi təmiz çəkisi 1,328 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin bu 03 ədəd bükümdəki heroinlərdən 02 ədəd bükümdə təmiz çəkiləri 0,554 qram və 0,665 qram olan heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər, digər 01 ədəd bükümdə təmiz çəkisi 0,109 qram olan heroin isə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə yuxarıda qeyd edilən heroinlər ilə eynilik təşkil etmir; 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,148 qram və 0.487 qram, ümumi təmiz çəkisi 0,635 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin bu 02 ədəd bükümdə olan metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər; 01 ədəd konvalyut kəsiyində üzərində “Methadone 40” əmtəə göstəricisi olan, F/M 40 yazısı həkk olunmuş 01 ədəd dərman həbinin əsas təsiredici maddəsi metadondur, həmin həbin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir. (Üzərində qeyd edilmiş göstəriciyə əsas 01 ədəd həbdə 0,04 qram metadon olmaqla). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (siyahı İİ) daxildir. Tədqiqata cəmi 0,090 qram (hər obyektdən 0,03 qram olmaqla) sərf edildikdən sonra 1,238 qram heroin, tədqiqata 0,060 qram (hər obyektdən 0,03 qram olmaqla) sərf edildikdən sonra 0,575 qram metamfetamin, 0,5 ədəd həb sərf edildikdən sonra 0,5 ədəd metadon həbi qalıq qalmışdır. - xx.xx.2024-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən olundu ki, təqdim edilmiş 02 ədəd telefon 01 ədədi göy rəngli, ağıllı telefon kateqoriyalı, “Samsung” markalıdır. Mobil telefonun daxilində sim kart yoxdur, işlək vəziyyətdədir, telefonun daxilində, o cümlədən proqramlarda, kontaklar, zənglər və mesajlar bölməsində cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Digər 01 ədəd mobil telefon isə qara rəngli, ağıllı telefon kateqoriyalı, "Honor” markalıdı. Daxilində 01 ədəd sim kart vardır. Telefon işlək vəziyyətdə deyildir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd qara rəngli, “Honor” markalı və 01 ədəd göy rəngli “Samsung” markalı mobil telefonu tam saz vəziyyətdə müstəntiqdən təhvil almışdır. Bu barədə heç bir şikayət və tələbi yoxdur. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edirərək götürülmüş 03 ədəd bükümdə ümumi təmiz çəkisi 1,328 qram (qalıq 1.238 qram) olan narkotik vasitə heroin, 02 ədəd bükümdə təmiz çəkisi 0.635 qram (qalıq 0.575 qram) psixotrop maddə metamfetamin, 01 ədəd (qalıq 0.5) təsiredici maddəsinin ümumi miqdarı 0.04 qram təşkil edən narkotik vasitə metadon həbi, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1.2 qram (qalıq 1.16) qram narkotik vasitə qurudulmuş marixuana və şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntü maddi sübut hesab edilmişdir. - məhkəmə-narkoloji ekspertizasının 5932 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata zərərçəkmiş şəxslə barışdığından xitam verilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 7(011)-700/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs tərəfindən 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1.2 qram olan narkotik vasitə qurudulmuş marixuananın əldə edilərək üzərində saxlayıb daşınması inzibati xəta əməli cinayət əməli ilə əhatə oluduğundan faktla bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmiş, istintaq zamanı təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd bükümdə ümumi təmiz çəkisi 1.328 qram (qalıq 1.238 qram) narkotik vasitə heroin, 02 ədəd bükümdə təmiz çəkisi 0.635 qram (qalıq 0.575 qram) psixotrop maddə metamfetamin, 01 ədəd (qalıq 0.5) təsiredici maddəsinin ümumi miqdarı 0.04 qram təşkil edən narkotik vasitə metadon həbi, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1.2 qram (qalıq 1.16 qram) narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxsm üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntünün maddi sübut hesab edilməsi nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış 1.238 qram narkotik vasitə heroin, 0.575 qram psixotrop maddə metamfetamin, 0.5 həb narkotik vasitə metadon, 1.16 qram narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videgörüntü cinayət işinin materiallarında saxlanılmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-134/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunaraq barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. - xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:50-də Abşeron rayon ərazisində saxlanılaraq MSY-nə təhvil verilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-134/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən cinayət işi üzrə icraat təzələnmişdir. - xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ və İİ Siyahı), narkotik vasitə olan heroin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması, marixuananın (qurudulmuş) xeyli miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması, metadonun xeyli miqdarı təmiz halda 0,02 qramdan artıq olması, külli miqdarı isə 1,6 qramdan artıq miqdarda olması, psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroin, metadon və psixotrop maddə olan metamfetamin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivini müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin: - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1.238 qram narkotik vasitə heroin, 0.575 qram psixotrop maddə metamfetamin, 0.5 ədəd narkotik vasitə metadon həbi, 1.16 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 161,00 (bir yüz altmış bir) (məhkəmə-bioloji ekspertizası 72 manat, məhkəmə-kimyəvi ekspertizası 89 manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-913/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 2057/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1.238 qram narkotik vasitə heroin, 0.575 qram psixotrop maddə metamfetamin, 0.5 ədəd narkotik vasitə metadon həbi, 1.16 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 161,00 (bir yüz altmış bir) manat (məhkəmə-bioloji ekspertizası 72 manat, məhkəmə-kimyəvi ekspertizası 89 manat) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar