Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-135/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 8, mənzil 15-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 20-21 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Şirvan D/Y, Y/massivi, 5 nömrəli binanın saxlanc yeri hesab edilən zirzəmisinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus dəyəri 140 manat olan, 3 il bundan qabaq alınmış, istifadədə olmuş, saz vəziyyətdə olan “Dewalt” markalı, 180 dərəcəli laqonda aparatını, dəyəri 70 manat olan, 1 il bundan qabaq alınmış, istifadədə olmuş, saz vəziyyətdə olan “BOSCH” markalı, 115 dərəcəli laqonda aparatını, dəyəri 30 manat olan, 1 il bundan qabaq alınmış “BOSCH” markalı, 700 vatt gücündə olan direl aparatını, dəyəri 40 manat olan, 4 il bundan qabaq alınmış, Rusiya istehsalı olan laqonda aparatını, dəyəri 24 manat olan, 1 il bundan qabaq alınmış, uzunluğu 80 metr olan, 4 mm-lik mis elektrik naqilini, dəyəri 60 manat olan, 1 ədəd 2020-ci ilin iyul ayında alınmış 20 metrlik mis elektrik uzadıcısını, dəyəri 12 manat olan, 1 ədəd 2020-ci ilin iyul ayında alınmış 8 metr uzunluğu olan mis elektrik uzadıcısını, dəyəri 14 manat olan, 1 ədəd 2020-ci ilin iyul ayında alınmış 10 metr uzunluğu olan mis elektrik uzadıcısını, həmin binanın yanında olan saxlanc yerinin qıfılını sındıraraq qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus dəyəri 120 manat olan, 1 il bundan qabaq alınmış, istifadədə olmuş, saz vəziyyətdə olan “BOSCH” markalı, 180 dərəcəli laqonda aparatını, hər birinin ayrı-ayrılıqda dəyərləri 15 manat olan, markaları bilinməyən, təmirə ehtiyacı olan 3 ədəd direl aparatlarını, dəyəri 60 manat olan, 2 il bundan qabaq alınmış, “BOSCH” markalı plastik boru qaynaq aparatını, dəyəri 15 manat olan, 2020-ci ilin may ayında alınmış “LG” markalı, 102 düyümlük televizor üçün nəzərdə tutulan televizor asmaq üçün dəmir aləti, dəyəri 5 manat olan, 2020-ci ilin may ayında alınmış mikrosxema üçün ütü(payalnik) aparatını, dəyəri 2 manat olan, 2020-ci ilin iyun ayında alınmış elektrik kley tapançasını, dəyəri 165 manat olan, təxminən 1 il bundan qabaq alınmış içərisində indikator, 3 ədəd kəlbətin, müxtəlif ölçülü 4 ədəd sverlo, ştekerlərdən ibarət olan “Force” markalı alətlər dəstini, dəyəri 21 manat olan 2020-ci ilin iyul ayının sonlarında alınmış 30 metr uzunluğu olan 4-lük, təzə vəziyyətdə mis naqili, dəyəri 8 manat olan, 2020-ci ilin iyul ayının sonlarında alınmış naqilləri sıxmaq üçün 200 ədəd zajimi, dəyəri 64 manat olan, təxminən 8 kq çəkisi olan mis naqilləri(qırıntı kimi), dəyəri 6 manat olan 2019cu ilin may ayında alınmış stepleri gizli talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 901(doqquz yüz bir) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmir, buna görə də maddi vəziyyəti yaxşı deyil. Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxs də Şirvan D/Y, Y/Mda qonşu binada yaşayır, Zərərçəkmiş şəxslə normal qonşuluq münasibətləri var, düşmənçilik ədavətləri yoxdur. Zərərçəkmiş şəxs binanın 1-ci mərtəbəsində yaşayır və binanın arxasında dəmir setka hasarlı bağı var. xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus bağın həyətində aliminium ləyən görüb həmin ləyəni oğurlayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin gün saat 20-21 radələrində Zərərçəkmiş şəxs yaşadığı binanın arxa hissəsində olan Zərərçəkmiş şəxslə məxsus bağın açıq olan qapısından daxil olarkən bağın içərisində olan binanın zirzəmisinin giriş qapısının açıq vəziyyətdə olmasını görüb zirzəmiyə daxil olmasını, orada mütləq qiymətli metal olacağını götürüb satıb pul əldə etməsini fikirləşmişdir. Bu məqsədlə həmin zirzəmiyə daxil olduqda zirzəminin girişində 1 ədəd direl aparatı, 1 ədəd laqonda aparatı, zirzəminin digər tərəfində isə bir ədəd dəmir qutu və qutunun içərisində isə başqa 1 ədəd laqonda və 1 ədəd direl aparatı və bir neçə açarlar olduğunu görmüşdür. O, zirzəminin girişində olan 1 ədəd direl aparatı, 1 ədəd laqonda aparatını, dəmir qutunun içərisində olan laqonda və 1 ədəd direl aparatını götürüb zirzəmidən çıxmış və öz bağına getmişdir. Bağda dəmir qutunun içərisindən götürdüyü direl və laqonda apartının elektrik naqillərinin olmadığını görüb həmin aparatların işləmədiyini bilmişdir. Ona görə həmin aparatları öz həyətində sökmüşdür ki, içərisində olan mis naqilləri götürüb sataraq pul əldə etsin. Lakin, sökdükdən sonra aparatlardan çıxan misin təxminən 0,5 kq çəkisi olduğunu görüb həmin direl və laqonda aparatının sökülmüş hissələrini və içərisindən çıxan misi bağından çölə tullamışdır. Lakin işlək vəziyyətdə olan direl aparatını H.Z.Tağıyev qəsəbəsində yaşayan Şahid1 15 (on beş) manata öz aparatı adı ilə satmış və əldə etdiyi pulu öz tələbatı üçün xərcləmişdir. Digər kiçik ölçülü laqonda aparatını isə nə etdiyini xatırlamır. xx.xx.2020-ci il tarixdə yaşadığı evin yaxınlığında olarkən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək oğurluq etməkdə şübhəli olduğunu bildirib onu PB-yə dəvət etmişlər. O, etiraz etməyib PB-yə getmiş, orada olarkən onun Zərərçəkmiş şəxs məxsus əmlakları oğurlamaqda şübhəli olduğunu bildirmişlər. O da Zərərçəkmiş şəxs məxsus əşyaları oğurladığını etiraf etmiş və yaşadığı binanın həyətində yerləşən bağ sahəsində gizlədiyi laqonda aparatını təqdim etmişdir. Həqiqətdə isə həmin laqonda aparatı ona məxsusdur, Zərərçəkmiş şəxs məxsus laqonda aparatını nə etdiyini xatırlamadığı üçün həmin laqonda aparatını 2-ci PB-nə təqdim edib Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir, sonradan həmin laqonda qaytarılmışdır. Göstərilən əşyalardan başqa Zərərçəkmiş şəxs məxsus heç bir əşya oğurlamamışdır. Zərərçəkmiş şəxs məxsus əşyaların saxlandığı zirzəmiyə qanunsuz daxil olmasını, oradan öz ifadəsində göstərdiyi əşyaları oğurlamasını qəbul edir, bu hissədə özünü təqsirli bilir, digər əşyaları oğurlaması ilə bağlı verilən ittihamı qəbul etmir. Bununla belə, zərərçəkmiş şəxsə dəymiş ziyanı tutulduğu və imkanı olmadığı üçün ödəməmişdir, amma ailə üzvləri və özü tərəfindən imkan olan kimi ödəniləcəkdir. Ailə vəziyyəti ağırdır, ata-anası ilə birgə yaşayır, onlar hər ikisi 1949-cü il təvəllüdlüdürlər, hər ikisi təqaüdçü və xəstədirlər, qulluğa ehtiyacları var, onlara o baxır, onlara başqa baxan və kömək edən yoxdur, əməlindən peşmandır. Məhkəmədən olduqca ağır ailə vəziyyətini, peşman olmasını, qarşıdan “Novruz” bayramı gəlməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməllərini törətməsi özünün ifadəsinin etirafedici hissəsi ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mərhum atası elektrik işləyib, o da atasının sənətini davam etdirir. O, Heydər Əliyev adına neft Emalı zavodunda boruçu işləyir, işi ilə bağlı olan alət və ləvazimatlarını yaşadığı binanın zirzəmisində və binanın yanında mərhum atasının düzəltdirdiyi saxlanc yerində saxlayır. Zirzəmi və saxlanc yerinin qapısını həmişə açarla bağlayır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 15 radələrində ona kəlbətin və vintaçan, eləcə də digər ləvazimatlar lazım olduğu üçün zirzəmiyə və saxlanc yerinə daxil olmuşdur. İşlərini qurtardıqdan sonra isə zirzəmi və saxlanc yerinin qapısını qıfılla bağlamışdır. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində paltar asanın rolikinin ipini bərkitmək üçün ona kəlbətin və yapışqan lazım olduğu üçün zirzəmiyə düşüb zirzəminin qıfılını açdıqda 1 ədəd "Dewalt" markalı 180 dərəcəli laqonda aparatının, 1 ədəd "BOSCH" markalı, 115 dərəcəli laqonda aparatının, 1 ədəd "BOSCH" markalı kiçik ölçülü direl aparatının, 1 ədəd RF istehsalı olan laqonda aparatının, 1 qutu içərisində 80 metr uzunluğu olan mis elektrik naqilinin, 1 ədəd 20 metr, 1 ədəd 8 metr, 1 ədəd 10 metr uzunluğu olan mis elektrik uzadıcısının yerində olmadığını görmüşdür. O, həmin alət və ləvazimatlarının oğurlandığını başa düşüb dərhal saxlanc yerinə baxdıqda qapının petlə ilə birlikdə qıfılının yerində olmadığını aşkar etmişdir. Sonra saxlanc yerinə daxil olduqda oradan ona məxsus olan 1 ədəd "BOSCH" markalı 180 dərəcəli laqonda aparatının, 3 ədəd təmirə ehtiyacı olan direl aparatının, 1 ədəd plastik boru qaynaq aparatının, 1 ədəd televizor asmaq üçün dəmir alətinin, 1 ədəd mikrosxema üçün ütü (payalnik) aparatının, 1 ədəd elektrik kley tapançasının, içərisində indikator, böyük ölçülü kəlbətin, naqilləri sıxmaq üçün 200 ədəd zajim, açarlar, sverlolar, ştekerlərdən ibarət olan dəstin, 30 metr uzunluğu olan mis naqil və.s) olan torbasının və təxminən 7-8 kq çəkisi olan mis kabelinin və Stepler aparatının da oğurlandığını aşkar etmişdir. Buna görə də DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Oğurluq hadisəsi xx.xx.2020-ci il saat 15 radələrindən xx.xx.2020-ci il saat 11 radələrinədək olan müddət ərzində baş vermişdir. O, binanın zirzəmisinin qapısını bağladığı üçün oğurluq etmiş şəxs və ya şəxslər həmin qapıdan daxil olmamış, binanın zirzəmisinin digər girişindən daxil olmuşdur. Oğurluq etmiş şəxs və ya şəxslər saxlanc yerinin qapısının qıfılını petlə ilə birlikdə qırıb saxlanc yerinə daxil olmuşdur. Konkret olaraq 1 ədəd 3 il əvvəl 300 manata aldığı və işlətdiyi, saz vəziyyətdə olan "Dewalt" markalı, 180 dərəcəli laqonda aparatı oğurlanmış, nəticədə ona 300 manat maddi ziyan dəymişdir, 1 ədəd 1 il bundan qabaq 120 manata aldığı və işlətdiyi, saz vəziyyətdə olan "BOSCH" markalı 115 dərəcəli laqonda aparatı oğurlanmış, nəticədə ona 120 manat maddi ziyan dəymiş, 1 ədəd 1 il bundan qabaq 60 manata aldığı "BOSCH" markalı, 700 vaat gücündə olan direl aparatı oğurlanmış, nəticədə ona 60 manat maddi ziyan dəymiş, 1 ədəd 4 il bundan qabaq 90 manata aldığı Rusiya istehsalı olan laqonda aparatı oğurlanmış, nəticədə ona 90 manat maddi ziyan dəymiş, təxminən 1 il bundan qabaq qutusunu 32 manata aldığı uzunluğu 100 metr, 4 mm-lik mis elektrik naqilinin qalan 80 metri oğurlanmış, nəticədə ona 25 manat maddi ziyan dəymiş, 1 ədəd 2020-ci ilin iyul ayında 60 manata aldığı 20 metrlik mis elektrik uzadıcısı oğurlanmış, nəticədə ona 60 manat maddi ziyan dəymiş, 1 ədəd 2020-ci ilin iyul ayında 12 manata aldığı 8 metr uzunluğu olan mis elektrik uzadıcısı oğurlanmış, nəticədə ona 12 manat maddi ziyan dəymiş, 1 ədəd 2020-ci ilin iyul ayında 14 manata aldığı 10 metr uzunluğu olan mis elektrik uzadıcısı oğurlanmış, nəticədə ona 14 manat maddi ziyan dəymiş, 1 ədəd 1 il bundan qabaq 170 manata aldığı, işlətdiyi və saz vəziyyətdə olan "BOSCH" markalı 180 dərəcəli laqonda aparatı oğurlanmış, nəticədə ona 170 manat maddi ziyan dəymişdir, 3 ədəd təmirə ehtiyacı olan direl aparatları oğurlanmış, onların yenisi təxminən 40 manatdır, markaları dəqiq yadında deyil, təmir xərclərini çıxdıqda hər birinin dəyəri 15 manat olardı, buna görə də onların oğurlanması nəticəsində ona 45 manat maddi ziyan dəymişdir. 1 ədəd 2 il bundan qabaq 130 manata aldığı, "BOSCH" markalı plastik boru qaynaq apartı oğurlanmış, nəticədə ona 130 manat maddi ziyan dəymiş, 1 ədəd 2020-ci ilin may ayında 28 manata aldığı “LG” markalı, 102 düyümlük televizor üçün nəzərdə tutulan televizor asmaq üçün dəmir aləti oğurlanmış, nəticədə ona 28 manat maddi ziyan dəymiş, 1 ədəd 2020-ci ilin may ayında 7 manata aldığı mikrosxema üçün ütü (payalnik) aparatı oğurlanmış, nəticədə ona 7 manat maddi ziyan dəymiş, 1 ədəd 2020ci ilin iyun ayında 4 manata aldığı elektrik kley tapançası oğurlanmış, təxminən 1 il bundan qabaq 165 manata aldığı içərisində indikator, 3 ədəd kəlbətin, müxtəlif ölçülü 10 ədəd açar, müxtəlif ölçülü 4 ədəd sverlo, ştekerlərdən ibarət olan “Force” markalı alətlər dəsti oğurlanmış, nəticədə ona 165 manat maddi ziyan dəymiş, 2020-ci ilin iyul ayının sonlarında 20 manata aldığı 30 metr uzunluğu olan 4-lük mis naqil olan torbası oğurlanmış, həmin naqil yeni olmuş, oğurlanması nəticəsində ona 20 manat maddi ziyan dəymiş, 2020-ci ilin iyul ayının sonlarında 8 manata aldığı naqilləri sıxmaq üçün 200 ədəd zajim, təxminən 8 kq çəkisi olan mis naqillər oğurlanmış, naqil kimi yararsız olsa da içərisində olan mis metalına görə qiyməti 20 manat olmuş, buna görə də nəticədə ona 20 manat maddi ziyan dəymişdir, 1 ədəd 2019-cu ilin may ayında 12 manata aldığı Stepler oğurlanmış, nəticədə ona 12 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsinə görə DİN-in 102 xidmətinə zəng vurduqdan sonra qonşuluqda yaşayan Şahid2 onun yanına gələrək baş vermiş oğurluq hadisəsini oğlu Təqsirləndirilən şəxs törətdiyini, direl aparatının onların evində olduğunu, şikayət etməməyini, çatışmayan avadanlıqlarını da alıb verəcəyini bildirmişdir. Təxminən 3-4 gün sonra Şahid2 onun yanına gələrək oğlu Təqsirləndirilən şəxs direl aparını evdən götürüb apardığını bildirmişdir. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-yə təqdim etdiyi 01 ədəd üzərində “APT ROYCE W-2107E” və ANGLE GRİNDER, 230 V-50/60 Hz, 950 W, 0-11000r/min, 125 mm sözləri yazılmış bir ədəd kiçik ölçülü laqonda apartı ona məxsus deyildir. Belə ki, onun 4 ədəd laqonda aparatı oğulanmış, 1 ədəd "Dewalt" markalı, 180 dərəcəli laqondası, 1 ədəd "BOSCH" markalı, 115 dərəcəli laqondası, 01 ədəd Rusiya istehsalı olan laqondası, 01 ədəd "BOSCH" markalı, 180 dərəcəli laqonda aparatı oğurlanmışdır. Təqdim edilən laqonda aparatı onlardan biri deyildir, ona görə götürməmişdir. Təqsirləndirilən şəxs ziyanı ödəməyə söz versə də ödəməmiş, bunu həbsdə olması ilə izah etmiş, qohumları isə ona dəymiş ziyanı ödəyə bilməmişlər. Dəymiş ziyanın ödənilməsini istəyir, ziyan ödənilərsə təqsirləndirilən şəxsin tutulmasını istəmir. Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onunla heç bir düşmənçilik ədavətləri yoxdur, münasibətləri normal olmuşdur. 2020-ci ilin avqust ayının əvəllərində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir Yol yaşayış massivində balıq satarkən Təqsirləndirilən şəxs ona yaxınlaşaraq pula ehtiyacının olduğunu, özünə məxsus direl aparatını 15 manata satdığını bildirmişdir. O da direlin Təqsirləndirilən şəxs özünə məxsus olmasına inanmış, həmçinin, Təqsirləndirilən şəxs pula ehtiyacı olduğuna görə onu uzun müddətdir ki tanıdığı üçün 15 manat verib həmin direli Təqsirləndirilən şəxs almışdır. Bir neçə gün sonra həmin direli yoxladıqda direlin işləmədiyini, yararsız olduğunu görüb tullamışdır. Təqsirləndirilən şəxs ona həmin direlin özünə məxsus olduğunu bildirmiş, o da Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıdığı üçün ona inanmış və 15 manat verib həmin direli ondan almışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/4654 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, bazarlarında, internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: 1) 3 il bundan qabaq 300 manata alınmış və istifadədə olmuş, saz vəziyyətdə olan “Dewalt” markalı, 180 dərəcəli laqonda aparatı - 140 manat; 2) 1 il bundan qabaq 120 manata alınmış və istifadədə olmuş, saz vəziyyətdə olan “BOSCH” markalı, 115 dərəcəli laqonda aparatı - 70 manat; 3) 1 il bundan qabaq 60 manata alınmış “BOSCH” markalı, 700 vatt gücündə olan direl aparatı- 30 manat; 4) 4 il bundan qabaq 90 manata alınmış Rusiya istehsalı olan laqonda aparatı - 40 manat; 5) 1 il bundan qabaq uzunluğu 100 metr, 4 mm-lik mis elektrik naqilinin qutusu 32 manata alınmış, 20 metri istifadə edilmiş, qalan 80 metri oğurlanmış mis elektrik naqili - 24 manat; 6) 1 ədəd 2020-ci ilin iyul ayında 60 manata alınmış 20 metrlik mis elektrik uzadıcısı - aydın deyil; 7) 1 ədəd 2020-ci ilin iyul ayında 12 manata alınmış 8 metr uzunluğu olan mis elektrik uzadıcısı- aydın deyil; 8) 1 ədəd 2020-ci ilin iyul ayında 14 manata alınmış 10 metr uzunluğu olan mis elektrik uzadıcısı - aydın deyil; 9) 1 il bundan qabaq 170 manata alınmış, istifadədə olmuş və saz vəziyyətdə olan “BOSCH” markalı 180 dərəcəli laqonda aparatı - 120 manat; 10) 3 ədəd, yeniləri təxminən 40 manata olan, markaları bilinməyən, təmirə ehtiyacı olan, təmir xərcləri çıxıldıqda hər birinin dəyəri 15 manat olan direl aparatları aydın deyil; 11) 2 il bundan qabaq 130 manata alınmış, “BOSCH” markalı plastik boru qaynaq aparatı - 60 manat; 12) 2020-ci ilin may ayında 28 manata alınmış “LG” markalı, 102 düyümlük televizor üçün nəzərdə tutulan televizor asmaq üçün dəmir alət - 15 manat; 13) 2020-ci ilin may ayında 7 manata alınmış mikrosxema üçün ütü(payalnik) aparatı - 5 manat; 14) 2020ci ilin iyun ayında 4 manata alınmış elektrik kley tapançası - 2 manat; 15) təxminən 1 il bundan qabaq 165 manata alınmış içərisində indikator, 3 ədəd kəlbətin, müxtəlif ölçülü 4 ədəd sverlo, ştekerlərdən ibarət olan “Force” markalı alətlər dəsti - aydın deyil; 16) 2020-ci ilin iyul ayının sonlarında 20 manata alınmış 30 metr uzunluğu olan 4-lük, təzə vəziyyətdə mis naqili - 21 manat; 17) 2020-ci ilin iyul ayının sonlarında 8 manata alınmış naqilləri sıxmaq üçün 200 ədəd zajim -aydın deyil; 18)Təxminən 8 kq çəkisi olan, naqil kimi işlətmək üçün yararsız olan, lakin içərisində olan mis metalına görə qiyməti 20 manat olan mis naqilləri(qırıntı kimi) - 64 manat; 19) 2019-cu ilin may ayında 12 manata alınmış stepler - 6 manat. Tədqiqatın nəticəsi olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 13 adda malların 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 597,00 müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Digər 6 adda mallar haqqında kifayət qədər məlumat (markası, ölçüsü, istehsal yeri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. (148) İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 18:30-da tutulmuşdur. (i.v. 49-50) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-213/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, əvvəli xx xxxxxxx 2020-ci ildən hesablanmışdır. (i.v. 97-98) İş materiallarında olan Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 07 il azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02(iki) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. (i.v.105-107, 116-119, 124-142) Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3 və 83.3.4-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluqları ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi təhlükəli residiv sayılır. İş materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 8, mənzil 15-də yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 120-121) İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1949-cu ildə anadan olmuş atası Şahid2 Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 8, mənzil 15də yaşayır. (112) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus əmlakların dəyəri ekspertiza tədqiqatı ilə müəyyən olunmuş dəyərləri, ekspertiza tədqiqatı ilə dəyərləri müəyyən olunmamış əmlakların dəyəri barədə isə Zərərçəkmiş şəxs verdiyi məlumatların əsas götürülməsi qərara alınmışdır. (i.v. 158-166) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-ində göstərilən prosessual normalara əməl edərək, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ona verilən ittihamda göstərilən, zərərçəkmiş şəxsə məxsus əmlakların bəzilərini oğurlamaması, zirzəminin qapısının açıq olması və s. ilə bağlı göstərdiklərinə məhkəmə tənqidi yanaşır və bunu onun özünü müdafiə etmək üçün seçdiyi üsul kimi qiymətləndirir. Çünki onun ona isnad edilən bu əməli törətməsi işin halları, işdəki sübutlarla tam təsdiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ağır ailə vəziyyətini, himayəsində 1949-cu il təvəllüdlü təqaüdçü valideynlərinin olmasını Azərbaycan Republikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan məlumatlara əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətdiyinə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, qanunla nəzərdə tutulmuş qaydada məhkumluqları götürülmədən və ödənilmədən xx xxxxxx 2020-ci il tarixdə, yenidən qəsdən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş hazırkı cinayəti törətmişdir. Bu təhlükəli residiv sayılır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Həmin Məcəllənin CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Qanunun tələbinə görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində, CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu halda ona təyin olunan cəzanın həddi üç il dörd aydan az olmamalıdır. Ancaq məhkəmə hesab edir ki, bu cür cəza təyini təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitini daha da pisləşdirəcəkdir. İşin hallarını, cinayət nəticəsində vurulmuş ziyanın miqdarını, eləcə də təyin olunmuş cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirini, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı təcrübəni nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edərək Təqsirləndirilən şəxs ağır ailə vəziyyətini, himayəsində 1949-cu il təvəllüdlü təqaüdçü valideynlərinin olmasını müstəsna hal kimi qiymətləndirərək ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri, yəni cinayətin təhlükəli residivi nəzərə alınmadan təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-135/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-135/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver