Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-135/2024 17.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 269/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,901 qram narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 12 sentyabr 2023-cü il tarixdə saat 18:05 radələrində həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən “Ruzi” marketin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİnin 1-ci Polis Bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 19:30 radələrində orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə 0,901 qram həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 221 ünvanında yaşayır. Əvvəllər Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2016ci ildə azadlığa buraxılmışdır. Hal-hazırda heç bir əmək fəaliyəti ilə məşğul olmur. Narkotik vasitənin “kakos” adlandırılan heroin növündən istifadə edir. Heroini yandırıb tüstüsünü udma yolu ilə qəbul edir. 11 sentyabr 2023-cü il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Axşam saatlarında Bakı şəhərində 20 Yanvar metrostasniyasının yaxınlığından Sumqayıt şəhərinə qayıtmaq istəmiş, həmin yerdən Sumqayıt şəhərinə gedən taksilərə minərkən bir nəfər şəxs ona təsadüfən yaxınlaşmışdır. Həmin şəxs də Sumqayıt şəhərinə gedəcəyini bildirmişdir. Onunla söhbət zamanı narkotik vasitə satdığını bilmişdir. Bədənində olan ağrıları kəsmək üçün narkotik vasitəni əldə edib qəbul etmək istəmişdir. Ona görə də həmin şəxsdən ona 20 (iyirmi) manatlıq heroin (kakos) verməsini bildirmişdir. Həmin şəxs də üzərində olan 01 (bir) ədəd bükümdə 20 (iyirmi) manatlıq heroini ona vermişdir. Bundan sonra həmin şəxs ondan uzaqlaşıb getmişdir. O da taksi avtomobilinə minib Sumqayıt şəhərinə qayıtmışdır. Səhəri gün 12 sentyabr 2023-cü il tarixdə saat 18:05 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsi “Ruzi” Marketin yaxınlığında piyada hərəkət edən zaman mülki paltarda olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olduğunu soruşduqda polislərə üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobil ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə gətirmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Özü Sumqayıt Regional Vəkillər Bürosunun vəkili Əbülfəz Bunyatovun müdafiəçisi olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçi Əbülfəz Bünyatovun iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf polietiien sellofanda olan qəhvəyi rəngli kütləni çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan kütlənin narkotik vasitə heroin olduğunu, ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda həmin narkotik vasitəni tutulmazdan bir gün əvvəl Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin elekton tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Üzərindən aşkar olunan narkotik vasitəni 11 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhərində 20 Yanvar metrostansiyasımn yaxınlığında tanımadığı şəxsdən əldə etmişdir. Həmin şəxs təxminən 25-30 yaşlarında, arıq bədən quruluşlu, orta boylu, üzü saqallı şəxs olmuşdur. İstər saxlanılan zaman, istərsə də Polis Bölməsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı xüsusi rütbəsi daşıyır. Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 221 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 12 sentyabr 2023-cü il tarixdə Abdul adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Abdul adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ŞPİ-nin 1-ci Polis Bölməsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra onun rəhbərliyi altında 1-ci PB-nin kiçik inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində Ruzi marketin yaxınlığında Təqsirləndirilən şəxs görüb əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə gətirmişlər. 1-ci Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan büküm çıxararaq içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli spesifik iyə malik kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütləni haradan əldə etməsini soruşulduqda sonuncu həmin kütləni 11 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində 20 Yanvar ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manat pul müqabilində əldə eldiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və aşkar edilərək götürülmüş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək saxladığı bildirilsə də, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, X2 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşur. Əgər vardırsa təqdim etməsi təklif edildikdə sonuncu əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan büküm çıxarıb təqdim edir. 01 (bir) ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli sepsifık iyə malik kütlə olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin kütlələrin “kakos” adlanan narkotik vasitə olduğunu və həmin kütləni tutulduqdan bir gün əvvəl Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manat pul müqabilində şəxsi istifadə etmək məqsədilə əldə etdiyini bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilmir. Həmin büküm elektron tərəzidə çəkilərkən çəkisinin 0,95 qram olması müəyyən edilir. Həmin bükümdə olan kütlə ekspertizaya təqdim edilməsi üçün təhqiqatçı tərəfindən 01 (bir) ədəd kağız zərfə qoyularaq qablaşdırılır və DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Zərfin üzəri Təqsirləndirilən şəxs və müdafiəçisi Əbülfəz Bünyatov tərəfindən imzalanır. X2 iştirakçılardan aşkar edilərək götürülmüş kütlənin və elektron tərəzinin qablaşdırılmasma etiraz olub-olmadığını soruşur. İştirakçılar heç bir etirazları olmadığını bildirir. Vəkil Əbülfəz Bünyatov Təqsirləndirilən şəxsdən həmin bükümün özünə məxsus olub-olmamasını, polis əməkdaşları tərəfindən üzərinə qoyulub qoyulmaması, nə məqsədlə üzərində gəzdirməsi və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq və döyülmə olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq və ya döyülmə faktı olmadığını bildirir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4849 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 125 dairəvi möhür əksi əksləri olan "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm “imza” və digər ad, soyad, imza qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,901 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasinin ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi - 0,901 qram, tədqiqata sərf edilən miqdar - 0,050 qram, qalıq - 0,851 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs ambulator-məcburi narkoloji tibbi yoxlamanın 27 sentyabr 2023-cü il tarixli, 6154 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,901 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,851 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxış iclaslarına gəlmədiyi üçün onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və axtarışda olanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-269/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 269/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixədək cəzasından 22 (iyirmi iki) gününü çəkmiş və çəkilməmiş cəzası 02 (iki) il 05 (beş) ay 04 (dörd) gün təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-269/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 02 (iki) gün və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-269/2024 saylı cinayət işi üzrə 02 (iki) gün tutulduğu müddət və çəkmiş olduğu 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası 15 (on beş) gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, X4 cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,901 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,851 qram narkotik vasitə olan heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 89,00 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-269/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 02 (iki) gün və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 269/2024 saylı cinayət işi üzrə 02 (iki) gün tutulduğu müddət və çəkmiş olduğu 22 (iyirmi iki) gün azadlıqdan məhdudlaşdırma cəzası 15 (on beş) gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,851 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 89,00 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “ŞİMAL” Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ013501**********6944 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-135/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-135/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver