Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-136/2024 09.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx xxx 1994-cu ildə Rusiya Federasiyası Orenburq vilayəti Novotroisk şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, 40-ci məhəllədə 45 nömrəli xəstəxananın yaxınlığında yerləşən “Ordubad" marketin qarşısında yerləşən "xxxx" ASC-yə aid bankomatın qarşısına gələrək Zərərçəkmiş şəxs kart hesabından pul çıxarışı etməkdə köməklik göstərəcəyini bildirib saat 14:53 dəqiqədə sonuncuya məxsus olmaqla “Kapital Bank" ASC tərəfınən emissiya edilmiş 510307****7843 PAN nömrəli plastik kartını wi-fı üsulu ilə pul çıxarmaq üçün bankomat qurğusuna yaxınlaşdıraraq hesaba giriş kodunu yaddaşında saxlamış, sonuncuya balansında vəsait olmadığını bildirdiyindən Zərərçəkmiş şəxs bankomatın yanından uzaqlaşarkən hesaba giriş kodunu təkrar daxil edib Zərərçəkmiş şəxs kart hesabına daxil olaraq balansda olan 200 (iki yüz) manat pulunu gizli olaraq çıxarıb elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3- 1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 1023 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Ayrı-ayrı yerlərdə ustalıq etməklə dolanır. Bakı şəhəri sakini Rövşən adlı şəxsi təxminən 01 (bir) il olar tanıyır. Təxminən 7-8 ay bundan əvvəl Rövşən ilə söhbət zamanı ona bildirmişdir ki, o plastik kartın üzərində olan vifı işarəsi ilə bankomata giriş edərək yaşlı və qoca şəxslərin bank kartlarından pullar çıxarır. Rövşən bunun törədilməsi üsülunu ona izah etmişdir. Belə ki, Rövşən ona bildirmişdir ki, bankomatların yaxınlığında dayanıb gözləyir. Hansısa bir yaşlı və ya anlayışı olmayan adam kartdan pul çıxara bilməyəndə ona müraciət edir. Bundan sonra bank kartını bankomata salmadan üzərindəki vifı işarəsini bankomat qurğusunun üzərinə qoyduqda bankomat kodu tələb edir. Pulu çıxarmaq istəyən şəxs də kodu ya onun özünə deyir və yaxud kodu bankomatda yazan zaman gizlincə kodu baxıb öyrənir. Bundan sonra kart sahibinə bankomatda pulun olmadığını və ya yaxud hansısa başqa formada kart sahibinə kartın içərisində pul olmadığını deyərək aldadır və kart sahibi getdikdən sonra kartın içərisində olan pulu çıxardır. Rövşənin həmin pul çıxarma üsulu yadında qalmışdır. Maddi vəziyyəti yaxşı olmadığına görə pula ehtiyacı olmuşdur. 07 oktyabr 2023cü il tarixdə həmin üsul ilə pul çıxarmaq istəmişdir. Ona görə də, Sumqayıt şəhəri, 40-ci məhəllə əraisində yerləşən “Ordubad” marketin sağ tərəfində olan "xxxx" ASC-yə aid bankomatın yaxınlığına gələrək orada gözləmişdir. Saat təxminən 14:50 radələrində bir nəfər orta yaşlı kişi bankomatdan pul çıxarmaqda ona köməklik etməyini xahiş etmişdir. Həmin kişi ondan kartında olan bütün pulu çıxarmağını xahiş eləmişdir. Həmin kişidən plastik kartını alaraq eyni üsulla, yəni kartın üzərində olan vifı işarəsini bankomata yaxınlaşdıraraq saxlamışdır. Həmin vaxtı bankomat kartın kodunu tələb etmişdir. Həmin orta yaşlı kişi kartın kodunu yazan zaman o da kartın kodunu yadında saxlamışdır. Həmin kişiyə kartında kifayət qədər vəsait olmadığını bildirmişdir. Həmin vaxtı kartı bankomatın vifı qəbul edən hissəsinin üzərindən götürməmişdir. Bundan sonra kartı kişiyə vermişdir. Həmin şəxs bankomatın yanından uzaqlaşıb getmişdir. Dərhal kişinin plastik kartının kodunu yazaraq hesaba daxil olmuşdur. Bundan sonra balansda 600 (altı yüz) manat pul olmasını görmüşdür. Lakin ona 200 (iki yüz) manat pul lazım olduğuna görə balansdan 200 (iki yüz) manat pul çıxarıb oradan uzaqlaşmışdır. 12 oktyabr 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları Sumqayıt şəhəri ərazisində marketin qarşısında onu saxlayaraq 3-cü Polis Bölməsinə gətirmişlər. O da törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Həmin vaxtı kartından pul çıxardığı kişinin də polis bölməsində olduğunu görmüşdür. Həmin şəxs onu tanıyaraq polis əməkdaşlarına kartından pul çıxarmaq üçün ona köməklik etmək istəyən şəxs olduğunu bildirmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, karlından 200 (iki yüz) manat pul çıxardığı şəxs Beyləqan rayon sakini Zərərçəkmiş şəxs adlı şəxsdir. Kartın balansına baxan zaman balansda 600 (altı yüz) manat pul olmasını görmüşdür. Lakin 200 (iki yüz) manat pula ehtiyacı olduğuna görə kartdan əlavə pul çıxarmaq istəməmişdir. Ona görə də, cəmi 200 (iki yüz) manat pul çıxartmışdır. Həmin pulu da özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Əvvəllər heç kimin kartından eyni üsulla pul çıxartmamışdır. İlk dəfə belə bir əmələ yol vermişdir. Rövşən adlı şəxsi Bakı şəhər sakini kimi tanımışdır. Rövşənin təxminən 30-35 yaşlarında orta boylu, arıq bədən quruluşlu şəxs olduğunu, yalnız adının Rövşən olduğunu bildiyini, lakin təxminən 5-6 ay olar Rövşəni görməmişdir. Sonradan Rövşən tutulduğunu eşitmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödədiyini və onunla barışıq əldə etdiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Beyləqan rayonu, Bəhruz ünvan 3 ünvanında yaşayır. Gözlərində zəiflik olduğuna görə uzağı görməkdə çətinlik çəkir. Bununla bağlı da müalicə alır. Sumqayıt şəhərində yerləşən “İntermed” xəstəxanasında gözləri müalicə olunur. Müalicə məqsədilə 02 oktyabr 2023-cü ildə Sumqayıt şəhərinə gəlmişdir. Hər gün gündəlik olaraq həkimin müayinəsinə getmiş və həkim gözlərinə iynə vurmuşdur. 07 oktyabr 2023-cü il tarixdə həkim müayinəsinə getmiş və həkim gözlərinə iynə vurmuşdur. Bundan sonra xəstəxanadan çıxmışdır. Sumqayıt şəhəri, 40-ci məhəllə ərazisində yerləşən “Ordubad” marketin qarşısında "xxxx" ASC-yə aid bankomat olmasını görmüşdür. Özünə məxsus 5103 0714 3671 7843 "xxxx" ASC-yə aid kartı vardır. Həmin kartın içərisində 600 (altı yüz) manat pulu olmuşdur. Bankomata yaxınlaşıb həmin pulu çıxarmaq istəmişdir. Ona görə də saat 14:50 dəqiqədə bankomata yaxınlaşıb pul çıxartmaq istəmişdir. Ona görə də, bankomata yaxınlaşıb kartı bankomatın üzərində olan vifı qurğusunun üzərinə qoyaraq kodu yığmışdır. Lakin gözlərinə iynə vurdurduğuna görə gözləri dumanlı gördüyündən balansı görə bilməmişdir. Həmin vaxtı yan tərəfində üzü saqqallı cavan oğlan dayanmışdır. Həmin oğlandan bankomatdan pul çıxarmaqda ona köməklik etməsini xahiş etmişdir. Həmin şəxs bankomatın yanına keçərək balansında 600 (altı yüz) manat pul olduğunu və hamısını çıxarıb çıxarmamağını soruşmuşdur. O da pulun hamısını çıxartmasını bildirmişdir. Bundan sonra həmin şəxs təkrar ona tərəf çevrilərək bankomatda istədiyi qədər vəsait olmadığını demişdir. O da elə başa düşmüşdür ki, bankomatda pul olmadığına görə pulu çıxmamışdır. Ona görə də, bankomatın üzərindən kartı götürüb oradan uzaqlaşmışdır. Bir qədər getdikdən sonra mobil telefonunda olan “Bir bank” mobil tətbiqinə baxan zaman kartından 200 (iki yüz) manat pul çıxarılması ilə bağlı mesaj gəldiyini və balansında cəmi 400 (dörd yüz) manat pul qaldığını görmüşdür. Həmin günü həftənin şənbə günü olduğuna görə banka gedə bilməmişdir. Bundan sonra "xxxx" ASCnin 196 qaynar xəttinə müraciət etmişdir. Qaynar xəttdən müraciətini qəbul edən operator bununla bağlı araşdırma aparılacğını və iş günü başladıqdan sonra qısa zaman ərzində məlumat verəcəklərini bildirmişdir. Bundan sonra 11 oktyabr 2023-cü il tarixdə "xxxx" ASCdən təkrar olaraq ona zəng edərək kartından 200 (iki yüz) manat pul çıxarılması ilə bağlı araşdırma apardıqlarını və araşdırma nəticəsində kartından 200 (iki yüz) manat pulun çıxarıldığını və başqa bir şəxs tərəfindən götürüldüyünü bildirərək Polis Bölməsinə müraciət etməli olduğunu bildirmişlər. Ona görə də, həmin tarixdə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə gedərək bu barədə müraciət etmişdir. Bundan sonra ərizə və izahat yazmışdır. Daha sonra polis əməkdaşı ilə birlikdə bankomatın yerləşdiyi Marketin olduğu yerə gedərək kamera görünütlərinə baxmışlar. Kamera görüntülərinə baxan zaman ona köməklik edən şəxsi tanıyaraq polis əməkdaşına göstərmişdir. Səhəri gün polis əməkdaşları onu təkrar 3-cü Polis Bölməsinə dəvət edərək kartından pul oğurlayan şəxsi müəyyən etdiklərin bildirmişlər. O da polis böməsinə gedən zaman ona köməklik etmək adı ilə kartından 200 (iki yüz) manat pul oğurlayan şəxsin bölmədə olmasını görərək onu tanımışdır. Həmin şəxs bölmədə olan zaman üzr istəyərək onu bağışlamağını bildirmişdir. Həmin vaxtı məlum olmuşdur ki, həmin şəxs Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsdir. Sonradan Rövşənin ailə üzvləri tərəfindən ona dəymiş 200 (iki yüz) manat ziyan ödənilmiş və onunla barışıq əldə edilmişdir. Ona görə də, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi, onunla barışıq əldə edildiyini və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 oktyabr 2023-cü il tarixdə Beyləqan rayon sakini Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edərək 07 oktyabr 2023-cü il tarixdə saat 14:53 radələrində Sumqayıt şəhəri, 40-ci məhəllə ərazisində yerləşən “Ordubad” marketin qarşısında "xxxx" ASC-yə aid bankomatdan pul çıxarmaq istəyən zaman bir nəfər cavan oğlanın köməklik etmək məqsədilə ona yaxınlaşaraq vifi üsulu ilə kartı bankomata salmadan pul çıxara biləcəyini deyib həmin üsul ilə kartından ondan xəbərsiz 200 (iki yüz) manat pul çıxardığını, oradan uzaqlaşıb getdikdən sonra mobil telefonunda Birbank vasitəsilə kartının balansına baxan zaman 200 (iki yüz) manat pul çıxarıldığını müəyyən etdiyini bildirərək həmin şəxsin tapılmasına köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciət əsasında 3-cü Polis Bölməsinin təhqiqatçı Taleh Şahbazov tərəfindən araşdırma başlanmışdır. Araşdırma zamanı Zərərçəkmiş şəxs ilə birlikdə “Ordubad” marketin videomüşahidə kameralarına baxan zaman Zərərçəkmiş şəxs ona köməklik etmək adı ilə pulunu ələ keçirən şəxsi kamera vasitəsilə tanımışdır. Bundan sonra keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin şəxsin Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra İlqar Xələfov polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək 07 oktyabr 2023-cü il tarixdə “Ordubad” marketin yaxınlığında "xxxx" ASC-yə aid bankomatdan tanımadığı şəxsə köməklik etmək adı ilə vifi üsulu kartından 200 (iki yüz) manat pul çıxardığını etiraf elmişdir. Həmin vaxt polis bölməsində olan Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs görüb tanıyaraq onun kartından 200 (iki yüz) manat pul çıxaran şəxs olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material araşdırmanın davam etdirilməsindən ötrü Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs başqa hər hansı bir cinayət törətməsi barədə ona məlumat daxil olmamışdır. İş materiaalrında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-395/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiaalrında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-399/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-395/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri həmin müddətdə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Sumqayıt şəhəri, 40-ci məhəllə ərazisində yerləşən “Ordubad” marketin yaxınlığındakı "xxxx" ASCyə aid bankomatın qarşısında baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona məxsus "xxxx" ASC-yə aid kartdan 200 (iki yüz) manat pulun həmin bankomatdan çıxarılmaqla oğurlandığını göstərmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında 20 noyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, sonuncu 07 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, 40-ci məhəllə ərazisində yerləşən “Ordubad” marketin yaxınlığında olan "xxxx" ASC-yə aid bankomatdan Zərərçəkmiş şəxs məxsus kartdan 200 (iki yüz) manat pulu oğurladığını göstərmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarış cədvəlindən görünür ki, müştəri Zərərçəkmiş şəxs məxsus 51037*****7843 nömrəli X1 Salary kartından 07 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, 40-ci məhəllə 45 nömrəli xəstəxananın yanında yerləşən “Ordubad” Marketin qarşısında yerləşən bankomatdan 200 (iki yüz) manat nağd pul çıxarılmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid kartdan 200 (ikk yüz) manat pul oğurlayan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nə təqdim etdiyi 17 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvlərin tərəfindən ona məxsus "xxxx" ASC-yə aid kartdan oğurladığı 200 (iki yüz) manat pulu ona tam şəkildə geri qaytardığını göstərmişdir. İş materiallarında olan 1 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, törətdiyi əməli səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən edildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından müəyyən edildi ki, “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o həmin maddə üzrə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3- 1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək “həbs” və “ev dustaqlığı” qətimkan tədbirində olduğu 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 24 (iyirmi dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək “həbs” və “ev dustaqlığı” qətimkan tədbirində olduğu 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 24 (iyirmi dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 1023 ünvanı tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “ŞİMAL” Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-136/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-136/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver