Məhkəmə qərarları › İş №1(060)-137/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-137/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-137/2021 21.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Nümayəndə və onun nümayəndəsi Bakı şəhər 4 saylı vəkil Bürosunun vəkili Qanuni nümayəndə, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 onların müdafiəçiləri - Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili X14, Müdafiəçi3, Müdafiəçi1 iştirakları ilə

1. xx.xx.1989-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, subay, ali təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, məhəllə 3158/60, bina 12, mənzil 28-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş

Təqsirləndirilən şəxs3

2. xx.xx.1987-cu il tarixdə Ukrayna, Donetsk vil., Yanakiyev şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Ağdam rayonu İ.Hacıyev küçəsi ev 42-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə 12, mənzil 8-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş

Təqsirləndirilən şəxs1

3. xx.xx.1996-cı il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu, Xəzər qəsəbəsi, Gəncə prospekti ev 105, mənzil 123-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş

Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,

müəyyən etdi:

Elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs3 dostları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs tərəfindən 29 iyul 2020-ci il tarixdə səhər saat 05:30 radələrində Sumqayıt şəhəri Y.Məmmədov küçəsində yerləşən "xxxx" ASC-nin sədri olan Şahid7 qaynatası Şahid8 pul borclu olduğunu və borcunu qaytarmadığına görə Şahid8 maddi cəhətdən sıxıntısını olduğunu xatırlayıb qisas niyyəti və ziyan vurmaq məqsədi ilə həmin ünvanda yerləşən "xxxx" ASC-nin nəzdində Zərərçəkmiş şəxs MMC-nin icarə müqaviləsi əsasında istifadə etdiyi zavodun qarşısına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Şahid3 idarə etdiyi “Mercedes Benz E300 CDİ” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək Şahid3 avtomobildə gözləməsini deyib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə zavoda daxil olub onlara zavodu yandırmalarını deyərək mühafizəçi Şahid2 hadisənin qarşısını almağa imkan verməyib qorxuduraq özü ilə zavodun giriş hissəsində olan Master Vood R” MMC-nin ofisinə aparıb ofisin içərisini dağıtmış, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 isə birlikdə içərisində 1 ədəd 250 manat dəyərində “Samsung” markalı “İnvidia Optimus NP300V5A” modelli kompyuter, 1 ədəd 200 manat dəyərində “Canon Pixma G3411” markalı printer, 1 ədəd 80 manat dəyərində kreslo, 5 ədəd ümumilikdə 150 manat dəyərində taxta ilə hazırlanmış üstü dəri ilə ötürülmüş oturacaqlar, 1 ədəd 150 manat dəyərində qabaq masa, 1 ədəd 100 manat dəyərində iclas masası, 1 ədəd 250 manat dəyərində palet bağlayan aparat, 1500 ədəd 490 manat dəyərində lent sıxıcı dəmir, 400 manat dəyərində 2000 pm qablaşdırma lenti, ümumilikdə 120 manat dəyərində 4 ədəd yanğınsöndürən balon, 1 ədəd 100 manat dəyərində divan olan yardımçı tikilini və laminat istehsal edən sexi özləri ilə gətirdikləri benzinlə yandırıb təmir-tikinti işləri 7308 manat hesablanmaqla Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 9598 manat ziyan vurub əmlakını qəsdən məhv etmişlər. Həmçinin elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1 dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs tərəfindən 29 iyul 2020-ci il tarixdə səhər saat 05:30 radələrində Sumqayıt şəhəri Y.Məmmədov küçəsində yerləşən "xxxx" ASC-nin sədri olan Şahid7 dostu Təqsirləndirilən şəxs3 qaynatası Şahid8 pul borclu olduğunu və borcunu qaytarmadığına görə Şahid8 maddi cəhətdən sıxıntısı olduğuna görə qisas niyyəti və ziyan vurmaq məqsədi ilə dostu Təqsirləndirilən şəxs3 kömək etmək üçün həmin ünvanda yerləşən "xxxx" ASC-nin nəzdində Zərərçəkmiş şəxs MMC-nin icarə müqaviləsi əsasında istifadə etdiyi zavodun qarşısına dostları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ilə birlikdə Şahid3 idarə etdiyi “Mercedes Benz E300 CDİ” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə zavoda daxil olub Təqsirləndirilən şəxs2 ilə birlikdə içərisində 1 ədəd 250 manat dəyərində “Samsung” markalı “İnvidia Optimus NP300V5A” modelli kompyuter, 1 ədəd 200 manat dəyərində “Canon Pixma G3411” markalı printer, 1 ədəd 80 manat dəyərində kreslo, 5 ədəd ümumilikdə 150 manat dəyərində taxta ilə hazırlanmış üstü dəri ilə ötürülmüş oturacaqlar, 1 ədəd 150 manat dəyərində qabaq masa, 1 ədəd 100 manat dəyərində iclas masası, 1 ədəd 250 manat dəyərində palet bağlayan aparat, 1500 ədəd 490 manat dəyərində lent sıxıcı dəmir, 400 manat dəyərində 2000 pm qablaşdırma lenti, ümumilikdə 120 manat dəyərində 4 ədəd yanğınsöndürən balon, 1 ədəd 100 manat dəyərində divan olan yardımçı tikilini və laminat istehsal edən sexi özləri ilə gətirdikləri benzinlə yandırıb təmir-tikinti işləri 7308 manat hesablanmaqla Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 9598 manat ziyan vurub əmlakını qəsdən məhv etmişlər. Həmçinin elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs tərəfindən 29 iyul 2020-ci il tarixdə səhər saat 05:30 radələrində Sumqayıt şəhəri Y.Məmmədov küçəsində yerləşən "xxxx" ASC-nin sədri olan Şahid7 dostu Təqsirləndirilən şəxs3 qaynatası Şahid8 pul borclu olduğunu və borcunu qaytarmadığına görə Şahid8 maddi cəhətdən sıxıntısı olduğuna görə qisas niyyəti və ziyan vurmaq məqsədi ilə dostu Təqsirləndirilən şəxs3 kömək etmək üçün həmin ünvanda yerləşən "xxxx" ASC-nin nəzdində Zərərçəkmiş şəxs MMC-nin icarə müqaviləsi əsasında istifadə etdiyi zavodun qarşısına dostları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1la birlikdə Şahid3 idarə etdiyi “Mercedes Benz E300 CDİ” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə zavoda daxil olub Təqsirləndirilən şəxs1la birlikdə içərisində 1 ədəd 250 manat dəyərində “Samsung” markalı “İnvidia Optimus NP300V5A” modelli kompyuter, 1 ədəd 200 manat dəyərində “Canon Pixma G3411” markalı printer, 1 ədəd 80 manat dəyərində kreslo, 5 ədəd ümumilikdə 150 manat dəyərində taxta ilə hazırlanmış üstü dəri ilə ötürülmüş oturacaqlar, 1 ədəd 150 manat dəyərində qabaq masa, 1 ədəd 100 manat dəyərində iclas masası, 1 ədəd 250 manat dəyərində palet bağlayan aparat, 1500 ədəd 490 manat dəyərində lent sıxıcı dəmir, 400 manat dəyərində 2000 pm qablaşdırma lenti, ümumilikdə 120 manat dəyərində 4 ədəd yanğınsöndürən balon, 1 ədəd 100 manat dəyərində divan olan yardımçı tikilini və laminat istehsal edən sexi özləri ilə gətirdikləri benzinlə yandırıb təmirtikinti işləri 7308 manat hesablanmaqla Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 9598 manat ziyan vurub əmlakını qəsdən məhv etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri Yeni Yasamal 2, məhəllə 3158/60, bina 12, mənzil 28-də ailəsi ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. Şahid7 tanımır, onunla heç bir münasibəti olmamışdır. O, Şahid7 yalnız adını eşitmişdir. Belə ki, Qeys onun nişanlısının atası Şahid8la Sumqayıt şəhəri ərazisində şərikinə mebel zavodu işlədiblər. Onların arasında borc məsələsi qalmış, Şahid7 Şahid8 külli miqdarda borclu qalmışdır. Sonradan onların şərikliyi də pozulmuş, qaynatası Şahid8 Şahid7 pulunu ala bilmədiyi üçün öz borclarını ödəyə bilməmişdir. Bu səbəbdən borc sahibləri mütəmadi olaraq qaynatısıgilin qapısına gəlirmişlər. Bir dəfə də qaynatası evdə olmayanda o, qaynatasıgildə olanda borc sahibləri gəlib səs-küy salmışlar, onun nişanlısl ilə qaynanası bu səbəbdən ağlamışdırlar. Qaynatası Şahid7la şərikli gördükləri işə görə yaşadığı mənzili də girov qoyduğu üçün və işsiz olduğu üçün krediti ödəyə bilmədiyindən bank da evi əllərindən almaq istəmişdir. Bu məsələlər ona çox pis təsir etmişdir. O, daimi olaraq bu məsələ barədə fikirləşirmiş. 28.07.2020-ci il tarixdə təxminən saat 16 radələrində o, nişanlısıgilə getmiş, o, nişanlısıgildə olanda yenə borc yiyələri evə gəlib səs-küy salmışlar. Bütün qonşular səsə-küyə yığışmışlar. O, da təxminən saat 22 radələrində nişanlısıgilin qaldığı Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən evlərindən çıxıb Yasmala evə getmək istəyirmiş. Onun baş vermiş məsələlərlə bağlı kefi olmamış, bu səbəbdən Bakı şəhəri Xətai rayonu Xəzər qəsəbəsində yaşayan dostu Səfərin yanına getmək qərarına gəlmişdir. Bu səbəbdən o, Bakı şəhəri Əhmədli qəsəbəsinə getmiş. O, Əhmədlidə olanda Səfərə zəng etmiş, Səfər isə ona bildirmiş ki, Binəqədidədir, qohumu Fuad gəlib onu öz avtomobili ilə götürəcək. O, da bu səbəbdən dostu Təqsirləndirilən şəxs1 zəng etmişdir. Ona zəng edib Əhmədliyə gəlməsini demiş. Təqsirləndirilən şəxs1 isə ona bildirmiş ki, ona bir neçə gün öncə aldığı ətirin puluna görə ətir yiyəsi gəlib pulu götürəcək, bu səbəbdən gələ bilmir, o, da Rafiqə demiş ki, Rafiq onda Yasamalda həmin uşaqla olsun, gəlib pulunu verəcək. O, Covid19-la bağlı panemiya olduğu üçün sms icazə ilə çıxmış və icazəsinin vaxtı bitmişdir. Bu səbəbdən o, Əhmədlidə dükandan 4 ədəd spirtli içki olan “GO” alıb içmiş, saatın 12 keçməsini gözləmiş ki, yenidən icazə alsın. Saat 12 keçəndən sonra o, yenidən SMS icazə alıb taksi ilə Yasamala gəlmiş, o, Əhmədlidə olanda Səfərlə Fuada da gedib Rafiqi də götürmələrini demiş. X25 yaşadığı ünvandan götürüb onu Yeni Yasamalda yerləşən “Bazarstore” marketin yanında gözləmişlər. O, yolda taksi ilə gələndə Sumqayıta gedib Şahid7 zavoduna ziyanlıq vurmasını fikirləşmişdir. Qeys birdən zavodda olsa onu qorxutsun ki, qaynatasının pulundan biraz versin. O, Fuadın “Mercedes CDİ E300” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş və ona sürməyi demişdir. Onlar yaxınlıqda yerləşən “Günəş” yanacaq doldurma məntəqəsidən Fuadın avtomobilinə 6 manartlıq dizel yanacaq vurmuşlar, sonra isə dükandan spirtli içki olan “GO” alıb avtomobili İnşaatçılar metrostansiyasının qarşısında saxlayıb, yolun kənarında içməyə başlamışlar. Fuad isə içmədiyi üçün avtomobildə əyləşmiş, daha sonra isə kənara çəkilib kiminləsə telefonla danışmışdır. O, artıq spirtli içkinin təsiri altında olmuş, Rafiqlə Səfərə qaynatasının vəziyyətinin pis olduğunu demiş, Sumqayıt şəhərinə gedib zavoda ziyanlıq vurmaq istədiyini demişdir. Rafiqlə Səfər isə onunla birlikdə olduqlarını, onunla birlikdə gedəcəklərini demişdirlər. Daha sonra isə Fuada onları Sumqayıt şəhərinə aparmalarını demişdir. O, Fuada Sumqayıt şəhərinə nə səbəbə getdiyini deməmiş, Sumqayıtda bir nəfərlə görüşəcəyinin və həmin şəxsin ona pul verməli olduğunu bildirmişdir. Fuad onunla razılaşmış, onları Sumqayıt şəhərinə aparmışdır. Sumqayıt şəhərində olarkən o, yolda olarkən benzin alıb Şahid7 məxsus zavodu yandırmağı qərara almışdır. Bu səbədən o, Fuada yanacaq doldurma məntəqəsinə sürməyi demiş, Səfərlə yerdən yerdən adama bir ədəd 2 litrlik butılka tapmışlar və o, Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsindən 2 ədəd 2 litrlik plasmas butılkanı benzin doldurtdurub almışdır. Sonra o, zavodu axtarmağa başlamışlar. İlkin olaraq zavodu tapa bilməmişlər. Yaxınlıqda olan digər zavodun mühafizəçisi Şahid7 zavodunun yerini onlara göstərmiş və onlar zavodu tapıb zavodun qarşısında avtomobili saxlamışlar. O, Fuada düşməməsini, onları gözləməsini demiş, Fuad da avtomobilini arxaya verib saxlamışdır. O, Rafiq və Səfər avtomobildən düşmüşlər, həmin vaxt zavodun adını bilmədiyi mühafizəçisi zavodun giriş darvazasını açmış, o, da mühafizəçiyə yaxınlaşıb bu zavodun Qeysə məxsus olub olmadığını soruşmuş, mühafizəçi ilk öncə inkar etmiş, lakin sonra o, mühafizəçidən həmin yerin ağac emalı zavodu olub olmadığını soruşanda həmin yer olduğunu, Qeys müəllimin də zavodda olmadığını bildirmişdir. O, da mühafizəçiyə buranı dağıdacağını bildirmiş, Səfərlə Rafiq isə onunla birlikdə avtomobildən düşmüşdürlər. Benzin isə Səfərin əlində olmuş, o, Səfərlə Rafiqə gedib hər yanı yandırmağı demişdir. Səfərlə Rafiq də zavodun içərisinə girmişlər. O, isə əlini mühafizəçinin çiyninə qoyub ona bilrikdə zavodun ofis yerinə getmələrini demiş. Mühafizəçi onlardan qorxmuş və mühafizəçi ilə zavodun önündə olan şüşəli ofisin qapısının qarşısına gəlmiş. O, mühafizəçiyə qapını açarla açmağını demiş. Mühafizəçi isə onda açarın olmadığını demiş, o, da ofisin qapısının qarşısında olan dəmir zibil qabını yerdən götürüb ofisin plastik materialdan olan şüşəli qapısının pəncərisini 2 dəfə vurub sındırmış və mühafizəçi ilə içəri daxil olmuşdur. İçəridə ikinci mərtəbəyə qalxmışlar və o, mühafizəçiyə ikinci mərtəbədə olan qapıları açmasını demiş, mühafizçi isə onda açar olmadığını, qapını aça bilmədiyini demişdir. O, da əsəbləşib təpiklə qapıları vurub qırmış, otaqlara daxil olub otaqları dağınıq hala salmışdır. Bir otaqda olan seyfi də yerə itəliyib aşırtmışdır. Onun ofis yerinə daxil olmağının səbəbi oranı dağıdıb Şahid7 ziyan vurmaq olmuşdur. O, ofisdə olan vaxt artıq Səfərlə Rafiq ofisin qarşısına gəlmişlər. Səfər onun yanına gəlmiş, Rafiq isə çöldə dayanıb ətrafı mühafizə etmiş, sonra digər mühafizəçi gəlmiş, Səfər də ofisdən çölə çıxmş, mühafizəçi ilə söhbət etməyə başlamış, daha sonra Rafiq qışqırıb yanğın söndürənlər gəldiyini demiş, Rafiq qaçıb avtomobilin ön sərnişin oturacağında əyləşmiş, o, da ofisdən çıxıb avtomobilə minmiş, Səfər isə o, çıxanda mühafizəçiyə köynəyini çıxartmağı demişdir. Səfər mühafizəçinin köynəyini dartıb çıxartmış və sonra Səfər avtomobilə əyləşmiş və onlar çıxıb getmişlər. Fuad onların zavodu yandırdıqlarını bilməmiş, onlar yolda ona zavodu yandırdıqlarını demişdir. Səfər Keşlədən qız dostunu götürəcəyini demiş, onlar da onunla razılaşmış, keşlə qəsəbəsinə gəlmişlər. Lakin həmin qız gəlməmiş, sonra o, avtomobildə yuxuya getmiş, 28 may metrosu yaxınlığında olduqları zaman uşaqlar bankomatı görüb onu yuxudan oyatmışlar. O, da kartı yoxlayıb kartda pul olmadığını bildirmişdir. Bundan sonra Fuad onları yaşadıqları ünvanlara aparmışdır. X6 zavodu tam yandırıb yandırmadıqlarını soruşmuş, Səfərlə Rafiq isə sexlərin çoxunun dəmir-dümür olduğunu demiş, zavodun qurtarcaq tərəfində olan 2 ədəd sexi benziin ilə yandırdıqlarını, hadisəni törətməsində tamah məqsədi olmamış, o, qaynatasıgilin əzab çəkdiyini gördüyü üçün bu hərəkətlərə yol vermişdir. Səfərlə Rafiq onun zavodu yandırmaq istəməyini öncədən bilməmişlər, lakin onlar zavodu dağıtmaq, ora zərər vurmaq məqsədi ilə Sumqayıt şəhərinə birlikdə getmişlər. Onun zavodu yandırmaq fikrinə Sumqayıt şəhərində yolda olarkən gəlmiş, o, yanacaq doldurma məntəqəsinə girib benzin alanda, artıq Rafiqlə Səfər bilmişlər ki, o, zavodu yandırmaq istəyir. Onların arasında cinayətin törədilməsi istiqamətində hər hansı bir vəzifə bölgüsü, qabaqcadan planlaşdırma olmamışdır.Hər şey zavoda gəldikdən sonra baş vermişdir.Hazırda törətdiyi əməldən peşmandır. Əvvəllər məhkum olunmamışdır. Zavoda dəymiş ziyan özü və dostları tərəfindən mülkiyyətçiyə ödənilmişdir.Odur ki,Məhkəmədən qeyd olunan halları nəzərə alaraq na yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 oğlu ona Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 onun dostudur. Onunla münasibəti yaxşıdır, aralarında heç bir ədavət düşmənçilikləri olmamışdır. Şahid7 tanımır, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs3 ona qaynatası Şahid8la Şahid7 arasında pul məsələsi olduğunu, ailələrində vəziyyətlərinin pis olduğunu demişdir. 28.07.2020-ci il tarixdə saat 23:00 radələrində dostu Ceyhun ona zəng edərək bir neçə gün əvvəl onun üçün qonşuluqdan aldığı ətirin pulunu gətirib verəcəyini bildirmiş və bir neçə dəqiqəyə Yeni Yasamala gələcəyini demişdir. Bir neçə dəqiqə sonra ona zəng edərək onun Əhmədli qəsəbəsinə gəlməyini istəmiş, daha sonra zəng edərək dostu Səfər ilə onun qohumu olan Fuadın avtomaşınla gəlib onu götürəcəyini bildirmişdir. O, da razılaşmışdır. Bir neçə dəqiqə sonra Səfər ilə Fuad sonuncunun idarə etdiyi "Mersedes" markalı avtomaşın ilə gəlib onu yaşadıqları evin qarşısından götürmüşlər. Yaxınlıqda "Bazarstore" mağazasının qarşısında Ceyhunu gözləmişlər. 29.07.2020-ci il tarixdə saat 01-02 radələrində Ceyhun gəlmişdir. O, avtomaşına əyləşmiş, sürücüyə sürməsini bildirmiş və yanacaq doldurma məntəqəsinə daxil olmasını istəmişdir. Yaxınlıqda yerləşən Günəş petrol YDM-dən yanacaq vurduqdan sonra Ceyhun sürücüyə Sumqayıt şəhərinə sürməsini bildirmişdir. Səfər də Sumqayıt şəhərinə nə üçün gedəcəklərini soruşmuşdur. Bu zaman artıq sürücü dairəvi yolda olmuş, Ceyhun sürücüyə dönüb qayıtmasını bildirmişdir. Yeni Yasamala qayıdıb ATS-nin qarşısında Ceyhun sürücüyə avtomaşını saxlamasını bildirmiş. Ceyhun və Səfər avtomaşından düşüb söhbət etmişlər. Dükana daxil olub çıxdıqdan sonra onların "GO" spirtli enerji içkiləri aldıqlarını görmüş. Avtomaşından düşmüş, səkinin qırağında əyləşib həmin spirtli enerji içkisindən içmişlər. Ceyhun qaynatasının vəziyyətinin pis olduğuğunu, Qeysin qaynatasına olan borcunu vermədiyinə görə borc yiyələri qaynatasıgili evdən çıxardacaqlarını demişdir. Onlar söhbət etməyə başlamışlar, söhbət zamanı Ceyhun onlara Sumqayıta Şahid7 zavoduna gedərək oranı dağıdacağını demiş, onlar içkili olmuşlar, həmin vaxt Fuad onlardan aralıda dayanmış, kimləsə telefonla danışırmış, Rafiq Ceyhuna onunla gedəcəklərini demiş, lakin Fuad onların Sumqayıt şəhərinə nə məqsədlə gedəcəklərini bilməmişdir. Ceyhun Fuada Sumqayıt şəhərində bir nəfərlə görüşəcəyini demiş, sonra Ceyhun Fuada onları Sumqayıta aparmığını, ona avtomobilinin yanacağını tökəcəyini demişdir. Ceyhun onların yanına gəlməmişdən öncə də onun mobil nömrəsinə “Vatsap” proqramı ilə də mesaj yazıb Sumqayıt şəhərinə zavoda getmək lazım olduğunu demişdir. O, Səfər və Ceyhunla razılaşdıqdan sonra Sumqayıt şəhərinə yola düşmüşlər. Onlar ilk öncə zavodu axtarmışlar, lakin tapa bilməmişlər. Ceyhun Fuada yanacaq doldurma məntəqəsinə sürməyini demiş, benzin almaq lazım olduğunu bildirmişdir. Yaxınlıqda Səfər və Ceyhun avtomaşından düşƏRƏK iki ədəd 2 litrlik butılka tapmışlar. Sonra da Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən "Lukoil" YDM-ə daxil olub oradan 4 litr benzin almışlar. Pulunu Ceyhun ödəmiş. Onunla Səfər həmin vaxt bilmişlər ki, Ceyhun zavodu yandırmaq istəyir. Benzini Səfər özü ilə götürüb arxa oturacaqda oturmuş, onlar yanacaq doldurma məntəqəsindən çıxıb Metallurq küçəsinə çıxmışlar. Qeys adlı şəxsin istifadəsində olan zavodu axtarmağa başlamışlar. Yaxınlıqda yerləşən başqa zavodun mühafizəçisi onlara həmin zavodu göstərmişdi. Artıq saat 05:20 radələri olmuş, həmin zavodun darvazasına yaxınlaşmışlar. Bu zaman içəridən kimsə zavodun qapısını açmış. Geyimindən həmin şəxsin mühafizəçi olduğu aşkar görünmüşdür. Ceyhun ondan buranın Qeysin zavodu olub olmamasını soruşmuş, mühafizəçi də Qeysin zavodu olduğunu bildirmişdir. Bundan sonra da Ceyhun söhbəti olduğu üçün gəldiyini bildirmiş, içəri daxil olmuş, mühafizəçi etiraz etməmiş, içəri daxil olduqdan sonra Ceyhun mühafizəçiyə onunla işi olmadığını demiş, Səfərə və ona zavodun axır hissəsində olan sexləri yandırmağını bildirmişdir. Benzin də Səfərdə olmuşdur İlk qarşılarına çıxan sexin plastik qapısının pəncərəsinin şüşələrini Səfər yaxınlıqda saxlanan yanğın söndürmə balonu ilə sındırmış. Şüşələri təmziləyib içəri keçmək istəyərkən sol əlini kəsmişdir. O,Səfərə yaxınlaşıb əlini yerdən tapdığı bez parçası ilə sarımış və yerdən tapdığı əlcəyi onun əlinə keçirmişdir. Bundan sonra o, yanğınsöndürmə şitində olan baltanı götürüb qapının qıfılını sındırmış və onlar içəri daxil olmuşlar. Onlar içəri daxil olmuş, Səfər benzini hər tərəfə səpələmiş, həmçinin içəri daxil olanda solda bir ədəd otaq olmuş, Səfər həmin otağın çölünə və içərisinə çöldən benzin tökmüş və onlar içəridən çıxmışlar, o, da yandıranla oranı alışdırmışdır. Bundan sonra digər sexə doğru getmişlər. Səfər digər binanın da pəncərəsinin şüşələrini yanğınsöndürmə balonu ilə sındırmış. Benzini binanın içərisinə və taxtadan olan darvazasına səpələmiş, Səfərin əli kəsildiyi üçün alovu yenə o, alışdırmış və o, Səfərlə birlikdə geri zavodun giriş qapısı istiqamətinə getmişlər. Bu zaman bir neçə dəqiqə əvvəl qapını qırmaq üçün istifadə etdiyi baltanı da özü ilə götürmüş. O, həmin baltanı zavodun giriş qapısına çatmamış yolda otluq sahəyə atmışdır. Zavodun giriş qapısına çatdığı zaman Ceyhunu görməmişlər. Bir qədər irəli keçdikləri zaman isə ofisin qapısının şüşəsinin sındırıldığını görmüşlər. Səfər içəri ofisə daxil olmuş, bu zaman o, Ceyhunun mühafizəçini divara dirəyib söhbət etdiyini və onun yaxasından tutduğunu görmüş, o, qışqıraraq Ceyhun və Səfəri oradan çıxmalarını səsləmiş, lakin onlar içəridə olmuşlar, o, isə çöldə dayanıb, ətrafı mühafizə edirmiş. Fuad isə kənarda avtomobildə oturub bizi gözləyirmiş. Fuad onların zavoda girib zavodda olan sexləri yandırdıqlarını bilməmiş. O, digər mühafizəçinin də gəldiyini görüb avtomaşına doğru getmiş, yenə də Ceyhun və Səfəri səsləmiş, sonra Səfər digər mühafizəçinin də gəldiyini görüb ofisdən çölə çıxıb mühafizəçinin yanına getmiş, bu zaman onun əli onun köynəyinə dəymiş, o, uzaqdan yanğın söndürənləri görüb qışqıraraq yanğın maşınların gəldiyini demiş, Səfərin əli qan olduğu üçün əlinin qanı mühafizəçinin köynəyinə dəymiş, o, yanğınsöndürələrin gəldiyini görüb Fuadı əli ilə çağırmış, Fuad idarə etdiyi avtomobillə onların yanına gəlmiş, o, avtomobilə minmiş, daha sonra Ceyhun da ofisdən çıxıb qaçıb avtomobilə minmişdir. Səfər isə mühafizəçiyə köynəyi çıxartmağını demişdir ki, onun qan izi mühafizəçinin köynəyində qalmasın. Bu səbəbdən mühafizənin əynindən köynəyi dartıb çıxartmış və qaçıb avtomobilə minmiş və onlar çıxıb getmişlər. Fuad onların zavodu yandırdıqlarını bilməmimş, onlar yolda Fuada zavodu yandırdıqlarını demişdir. Ceyhun İsmayıllıya gedəcəklərini demiş, Səfər də Keşlədən onun qız dostunu götürəcəyini demişdir. Onlara Səfərlə razılaşmışlar, keşlə qəsəbəsinə gəlmişlər. Lakin həmin qız gəlməmiş, sonra da 28 may metrosu yaxınlığında olduqları zaman bankomatı görüb Ceyhunu yuxudan oyatmışlar. Ceyhun da yuxudan duran kimi kartda pul olmadığını bildirmişdir. Bundan sonra Fuad onları yaşadıqları ünvanlara aparmışdır. Onun hadisəni törətməyində tamah məqsədi olmamış, o, dostu Təqsirləndirilən şəxs3 kömək etmək məqsədi ilə onunla getmişmidir, əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı o və dostları tərəfindən ödəmişdir. Sonuncu ondan şikayətçi deyildir. Həmçinin əvvəllər məhkum olunmamışdır. Bütün bunları nəzərə alaraq Məhkəmədən ona yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 oğlu ona Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun dostudur, onunla münasibəti yaxşıdır, aralarında heç bir ədavət düşmənçilikləri olmamışdır. Şahid7 tanımır, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs3 ona qaynatası Şahid8la həmin Şahid7 araların pul məsələsi olduğunu, ailələrində vəziyyətlərinin pis olduğunu demişdir. 28.07.2020-ci il tarixdə təxminən saat 23:00 radələrində dostu Ceyhun ona zəng edərək vəziyyətinin yaxşı olmadığını, onunla görüşmək istədiyini demişdir. O, da onunla görüşəcəyini demişdir. Sonra Ceyhun ona zəng edib demiş ki, qohumu Fuadla danışıb, Fuad gəlib onu götürəcək. Fuad gəlib onu götürmüş, sonra o, Fuadla Ceyhunun Rafiq adlı dostunu Yasamalda yaşadığı ünvandan görürmüşlər və Yasamalda Rafiqin yaşadığı ünvanın yaxınlığında olan "Bazarstore" mağazasının qarşısında Ceyhunu gözləmişlər. 29.07.2020-ci il tarixdə saat 02:30 radələrində Ceyhun gəlmiş, avtomaşına əyləşmiş, Fuada sürməyi bildirmiş və yanacaq doldurma məntəqəsinə daxil olmasını istəmişdir. Yaxınlıqda yerləşən Günəş petrol YDM-dən yanacaq vurduqdan sonra Ceyhun sürücüyə Sumqayıt şəhərinə sürməsini demiş, o, da Sumqayıt şəhərinə nə üçün gedəcəklərini soruşmuş, bu zaman artıq sürücü dairəvi yolda olmuş. Ceyhun sürücüyə dönüb qayıtmasını bildirmişdir. Yeni Yasamala qayıdıb ATS-nin qarşısında Ceyhun Fuada avtomaşını saxlamasını demiş, Ceyhunla o, avtomaşından düşmüş və söhbət etməyə başlamışlar. Ceyhun qaynatasının vəziyyətinin pis olduğuğunu, Qeysin qaynatasına olan borcunu vermədiyinə görə borc yiyələri qaynatasıgili evdən çıxardacaqlarını demişdir. Onlar dükana girib bir neçə ədəd "GO" spirtli enerji içkiləri almışlar. Daha sonra yolun kənarında səkinin qırağında əyləşib həmin spirtli enerji içkisindən qəbul etmişlər. Rafiqlə Fuad avtomobildən düşüb onların yanına gəlmişlər. Onlar söhbət etməyə başlamışlar, söhbət zamanı Ceyhun onlara demiş ki, gedib Sumqayıta Şahid7 zavoduna oranı dağıdacaq. Onlar içkili olmuşlar, lakin Fuad içkili olmamış, həmçinin Fuad onlardan aralıda dayanmışdır. X8 gedəcəklərini demişlər. Sonra Ceyhun Fuada onları Sumqayıta aparmağını, ona yanacağını tökəcəyini demiş, lakin Fuad onların Sumqayıt şəhərinə nə məqsədlə gedəcəklərini bilməmiş, Ceyhun Fuada Sumqayıt şəhərində bir nəfərlə görüşəcəyini demişdir. Onlar razılaşdıqdan sonra Fuadın idarə etdiyi Mercedes Benz markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə Sumqayıta yola düşdülər. Bu səfərdə onlar ilk öncə zavodu axtarmışlar, lakin tapa bilməmişlər, Sumqayıt şəhərində ünvanı dəqiq bilmədiyi yerdə Ceyhun Fuada “Lukoil” yanacaq doldurma məntəqəsində avtomobili saxlamasını demiş, Ceyhun avtomobildən düşmüş, onunla Rafiq də avtomobildən düşmüşlər, Ceyhun onlara demiş ki, benzin alıb zavodu yandıracaq. Onunla Ceyhun iki ədəd 2 litrlik butılka tapşlar. Sonra da həmin yanacaq doldurma məntəqəsindən 4 litr benzin almışlar. Pulunu Ceyhun ödəmiş, oradan çıxıb Qeys adlı şəxsin istifadəsində olan zavodu axtarmağa başlamışlar. Yaxınlıqda yerləşən başqa zavodun mühafizəçisi onlara həmin zavodun yerini izah etmişlər. Onlar zavodun qarşısına getmişlər, Ceyhun, o və Rafiq avtomobildən düşmüş, Ceyhun Fuada avtomobili gedib kənarda saxlamasını, birazdan gələcəklərini demişdir. Fuad onların zavoda nə məqsədlə gəldiklərini bilmirmiş. Artıq saat 05:20 radələri olmuş, həmin zavodun darvazasına yaxınlaşmışlar. Bu zaman içəridən kimsə zavodun qapısını açmış, geyimindən həmin şəxsin mühafizəçi olduğu aşkar görünmüş, Ceyhun ondan buranın Qeysin zavodu olub olmamasını soruşmuş, mühafizəçi də Qeysin zavodu olduğunu bildirmiş, bundan sonra da Ceyhun söhbəti olduğu üçün gəldiyini bildirmiş, zavodu yandıracağını demişdir. Ceyhun mühafizəçəni tutub darvazadan İçəri salmış, mühafizəçi onlar 3 nəfər olduqları üçün qorxmuş, içəri daxil olduqdan sonra Ceyhun mühafizəçiyə onunla işləri olmadığını demiş. Ceyhun Rafiqlə ona gedib zavodu yandırmaqlarını bildirmişdir. Avtomobildən düşəndə o, benzini maşından götürmüş, benzin onda olmuş, o, Rafiqlə zavodun sonuna yaxınlaşmış, ilk qarşılarına çıxan sexin plastik qapısının pəncərəsinin şüşəsini o, sındırmış, o, şüşəni təmizləyib içəri keçmək istəyərkən sol əlini kəsmiş, Rafiq də ona yaxınlaşmış, əlini yerdən tapdığı bez parçası ilə sarımış və yerdən tapdığı əlcəyi onun əlinə keçirmişdir. Bundan sonra Rafiq yanğınsöndürmə şitində olan baltanı götürüb qapının qıfılını sındırmış və onlar içəri daxil olmuşlar. Onlar içəri daxil olmuş, o, benzini hər təfə səpələmiş, həmçinin içəri daxil olanda solda bir ədəd otaq olmuş, o, həmin otağın çölünə və içərisinə çöldən benzin tökmüş və onlar içəridən çıxmışlar. Rafiq də yandıranla oranı alışdırmışdır. Sonra onlar digər sexə doğru getmiş, o, həmin binanın da pəncərəsinin şüşələrini sındırmış, benzini binanın içərisinə və taxtadan olan darvazasına səpələmiş, Rafiq də yenə həmin binanı yandıranla yandırmış və o, əlində qalan benzin butılkasını pəncərədən içəri atmışdır. Sonra onlar geri zavodun giriş qapısı istiqamətinə getmiş, bu zaman Rafiq bir neçə dəqiqə əvvəl qapını qırmaq üçün istifadə etdiyi baltanı da özü ilə götürmüş, giriş qapısına tərəf gedərkən yolda otluq sahəyə atmış, zavodun giriş qapısına çatdıqları zaman Ceyhunu görməmiş, o, mühafizəçi butkasına girib mühafizəçinin ağ rəngli Samsung markalı telefonunu götürmüş ki, onlar gedəndən sonra polisə zəng edə bilməsin. Bir qədər irəli keçdiyi zaman isə ofisin qapısının şüşəsinin sındırıldığını görmüşdür. O, içəri ofisə daxil olmuş, bu zaman o, Ceyhunun mühafizəçini divara dirəyib söhbət etdiyini və onun yaxasından tutduğunu görmüş, Rafiq çöldə olmuş, Rafiq qışqıraraq yanğın maşınların gəldiyini demiş, sonra digər mühafizəçinin də gəldiyini görüb o, ofisdən çölə çıxmış mühafizəçinin yanına getmiş, bu zaman onun əli onun köynəyinə dəymiş, onun əli qan olduğu üçün qanı onun köynəyinə dəymiş, həmin vaxt Rafiq Fuadı əli ilə çağırmış, Fuad gəlmiş, Rafiq avtomobilə minmiş, daha sonra Ceyhun da ofisdən çıxıb qaçıb avtomobilə minmişdir. O, isə mühafizəçiyə köynəyi çıxartmağını demiş ki, onun qan izi onun köynəyində qalmasın. O, fikirləşmiş ki, sonra onu birdən qan izi ilə taparlar. Bu səbəbdən mühafizənin əynindən köynəyi dartıb çıxartmış və qaçıb avtomobilə minmiş və onlar çıxıb getmişlər. Onlar avtomobildə olanda Fuad nə baş verdiyini soruşmuş, Fuad tez sürüb oradan uzaqlaşmış, o, həmin vaxt də Keşlədə olan qız dostunu da götürəcəyini demiş, onlar razılaşmışlar ki, çıxıb rayona gedəcəklər, lakin Fuad onları rayona apara bilməyəcəyini demişdir. Onlar Keşlə qəsəbəsinə gəlmişklər, lakin həmin qız gəlməmiş, sonra da 28 may metrosu yaxınlığında olduğuqları zaman bankomatı görüb Ceyhunu yuxudan durquzmuşlar, Ceyhun yuxudan duran kimi kartda pul olmadığını bildirmiş. Bundan sonra Fuad onları yaşadıqları ünvanlara aparmışdır. Onun hadisəni törətməyində tamah məqsədi olmamış, o, dostu Təqsirləndirilən şəxs3 kömək etmək məqsədi ilə onunla getmiş, əməlindən peşmandır. Onun hər hansı bir tamah məqsədi olmamışdır. Mühafizənin telefonunu isə Fuadın avtomobilinə qoymuş, telefon Fuadın avtomobilində qalmışdır. O, zavodda olarkən heç bir mühafizəçini vurmamış, nə o, nə də Rafiq heç kəsi vurmamışlar, onunla Rafiq Ceyhunun zavodu yandırmaq istəməyini öncədən bilməmişlər, lakin onlar zavodu dağıtmaq, ora zərər vurmaq məqsədi ilə Sumqayıt şəhərinə Ceyhunla birlikdə getmişlər. Ceyhun zavodu yandırmaq fikrinə Sumqayıt şəhərinə yolda olarkən gəlmiş, Ceyhun yanacaq doldurma məntəqəsinə girib benzin alanda, artıq Rafiqlə o, bilmişlər ki, Ceyhun zavodu yandırmaq istəyir. Onların arasında cinayətin törədilməsi istiqamətində hər hansı bir vəzifə bölgüsü, qabaqcadan planlaşdırma olmamış, hər şey zavoda gəldikdən sonra baş vermiş, benzin onda olduğu üçün və Ceyhun mühafizəçi ilə başı qarışdığı üçün onunla Rafiq zavodda girib yanğın törətdirlər.Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş maddi ziyanı o və dostları tərəfindən ödənmişdir.Əvvəllər məhkum olunmamışdır. Törətdiyi əməldən peşmandır və Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri 6-cı mikrorayon Kristal Abşeron bina 4 mənzil 24-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır, ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-nin baş mühəndisi vəzifəsində işləyir. "xxxx" ASC-nin nəzdində olan 1000 kv/metr sahəsi olan laminat parket sexini X2 rəhbərlik etdiyi Zərərçəkmiş şəxs MMC tərəfindən icarəyə götürülüb. Sumqayıt Ağac Emalı” ASC-nin sədri Şahid7dur. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Səfər adlı şəxsləri tanımır, onlarla heç bir münasibəti olmamışdır. O, sonradan bilmiş ki, Təqsirləndirilən şəxs3 "xxxx" ASC-nin keçmiş icraçı direktoru Şahid8 qızının nişanlısıdır. O, bildiyinə görə Şahid8la "xxxx" ASC-nin sədri Şahid7la aralarında pul mübahisəsi var. Yanğın nəticəsində dəyən ziyan Zərərçəkmiş şəxs MMC-yə dəymiş, baş vermiş hadisə ilə bağlı bildirmək istəyir ki, 29.07.2020-ci il tarixdə təxminən saat 05:50 radələrində o, Sumqayıt şəhərində yaşadığı ünvanda olarkən ona zavoddan zəng gəlmiş və ona demişlər ki, zavodda yanğın baş verib. O, da evdən çıxıb zavoda getmiş, zavoda gəlib görmüş ki, yanğın söndürənlər Zərərçəkmiş şəxs MMC-yə icarəyə götürdüyü laminat istehsalı sexini və ona bitişik olan köməkçi tikilədə baş verən yanğını söndürürlər. Həmin vaxt orada mühafizəçilər ona demişlər ki, 3 nəfər şəxs zavoda gəlib, həmin şəxslərdən ikisi, adlarını sonradan bildiyi Rafiq və Səfər zavodun içərisinə gedib qeyd etdiyi tikililəri yandırıblar, adını sonradan bildiyim Şahid8 qızının nişanlısı Ceyhun isə Master Vood R” MMC-nin ofisinə girib ofisə dağıdıb. Yanğın söndürən maşın gələndə isə onlar gəldikləri avtomobillə qaçıb gediblər. Mühafizəçi Şahid2 ona həmin vaxt demiş ki, zavodun darvazasının giriş qapısında maşın səsi eşitdiyi üçün o, darvazanı açıb çölə çıxmış, həmin vaxt 3 nəfər ona yaxınlaşmış, Ceyhun ondan buranın Qeysə məxsus olub olmamasını soruşmuş, daha zonra zovodun darvazasından içəri daxil olmuşlar, Ceyhun onu tutub divara dirəmiş, Qeysin ünvanına nalayiq sözlər işlətmişdir. Həmçinin Səfər adlı şəxs isə onu vurub ona xəsarət yetirmişdir. Digər mühafizəçi İsmayıl isə ona demiş ki, Səfər adlı şəxs əlindəki şüşə qırıntısı ilə onun qarnını cızıb xəsarət yetirmişdir. Yanğın söndürənlər yanğını söndürdükdən sonra onlar hadisə yerinə baxıb görmüşlər ki, laminat parket sexində olan paletlər, yanmış paletlərin 4 ədədin içərisində 38400 manat dəyərində 4800 ədəd melomin dekorativ kağız, yəni laminat istehsalı üçün üzlük plyonka yanıb, həmin melomin dekorativ kağızlar yüksək temperaturdan yanıb yararsız hala düşmüşdür. Bundan başqa laminat istehsal edən sexdə paletlərin qarşısında 286 ədəd hazır laminat yanmışdır. Onlar ümumilikdə 11726 manat dəyərindədir, həmin laminatlar 2440mmx1830mm ölçüdə olmuşdur. Həmin laminatlardan 35 ədədi “harelli Ceviz”, 35 ədədi “banu”, 105 ədədi “İstanbul”, 76 ədədi “Antikdark light” və 35 ədədi “Ceviz” modelli olmuşdur. Həmin laminatların hamısı yanıb yararsız hala düşmüşdür. Həmin sexə bitişik olan köməkçi bina isə demək olar ki, tam yanmışdır, həmin binanın içərisində olan sex rəisinin otağı tam yanmışdır, otağın içərisində olan əşyalar da yanmışdır. Həmin otağın içərisində 1 ədəd 600 manat dəyərində “Samsung” markalı İnvidia Optimus NP300V5A modelli notebook kompyuter, 1 ədəd 400 manat dəyərində “Canon” markalı Pixma G3411 modelli printer, 1 ədəd 250 manat dəyərində sex rəisinin dəri materialdan olan kreslosu, 5 ədəd ümumilikdə 300 manat dəyərində taxta ilə hazırlanmış üstü dəri ilə örtülmüş stul, 1 ədəd 450 manat dəyərində taxta ilə hazırlanmış 1,50m x 1m ölüçü qabaq sotulu, 1 ədəd 300 manat dəyərində taxtadan hazırlanmış 1m x 2m ölülü iclas stolu, 5456 manat dəyərində laminat parket istehsal edən press qurğusu üçün 1 ədəd konveyer kəməri, 1 ədəd 980 manat dəyərində laminat parket istehsal edən press qurğusu üçün maye nasosun başlığı, 40 ədəd ümumilikdə 980 manat dəyərində laminat parket istehsal edən press qurğusu üçün kiçik ölçülü (Flat-belt 15x1,70x570 endlos) daxili kəmərlər, 1 ədəd 6000 manat dəyərində laminat parket istehsal edən press qurğusu üçün MFP-250 Frez 4- 067-30-0735, yeni alınmış ümumilikdə 2044 manat dəyərində T-40 6 dəst, 24 ədəd daxili və M-225mm, 6 dəst 12 ədəd xarici silindr üçün salniklər, 13120 manat dəyərində laminat və parket istehsal edən press qurğusunun saclarını yuyulması üçün xüsusi təmizləyici 50lt plasmas qabda olan neft məhsulu, 1 ədəd 268 manat dəyərində akkumlyator yüklənməsi üçün qurğu (stabilizator), 1 ədəd 250 manat dəyərində palet bağlayan aparat olmuşdur, yuxarıda qeyd etdiyim əşyalar yararsız hala düşmüşdür. Sex rəsinin otağı isə dəmir konstruksiya ilə yığılmış, kənarları və üstü iə taxta ilə düzəlmiş idi, həmin otaqda tam yanmışdır. Həmin otağın düzəlməsi 6600 manata başa gəlmişdir. Həmin otaqda da ümumilikdə 700 manat dəyərində otağın plastik qapıdan olan 1 ədəd 1m x2m ölçülü italiya istehsallı qapısı və 2 ədəd 1m x 1m ölçülü italiya istehsallı ədəd pəncərəsi də yanıb yararsız hala düşmüşdür. Həmçinin yardımçı tikilidə sex rəsinin otağının qarşısında ümumilikdə 490 manat dəyərində 1500 ədəd sıxıcı dəmir lent, ümumilikdə 400 manat dəyərində 2000 pm qablaşdırma lenti, 4 ədəd ümumilikdə 240 manat dəyərində yanğın söndürən balonlar və 1 ədəd 100 manat dəyərində oturacaq divan olmuşdur. Onlar da yararsız hala düşmüşdür. Eyni zamanda yardımçı tikilidə olan 2 ədəd paltar dəyişmə otağının plastik qapı və pəncərələri yararsız hala düşmüş, otağın içərisi isə yanğının təsirindən hiss olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs MMC-nin ofisinin plastik qapıdan olan qapısının pəncərəsi sındırılmışdır, ofisin içərisində olan sənədlər dağınıq vəziyyətə salınmışdır. Rəhbərliyin xidməti otağının qapısı çərçivəsində çıxmışdır. Server otağında olan 1 ədəd 650 manat dəyərində kompyuter və video nəzarət kamerasının 6 TLB yaddaş aparatı(hard diski) və 1 ədəd 700 manat dəyərində Amviem 24 kanallı 1080 pHD otürücülü makera DVR24 qurğusunu da yanğın törədən şəxslər özləri ilə aparmışdırlar. Baş vermiş yanğın nəticəsində Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə tərtib olunmuş akta əsasən 91404 manat zərər dəymişdir. İlkin verilmiş aktda isə şirkətə dəymiş ziyan 91304 manat hesablanmışdır, çünki kənim aktda 100 manat dəyərində divan qeyd olunmamışdır. Həmçinin həmin aktda texniki səhv olaraq 1500 ədəd sıxıcı dəmir lentinin ümumi qiyməti 150 manat qeyd edilmişdir. Baş vermiş hadisə nəticəsində ümumilikdə şirkətə 91404 manat maddi ziyan dəymişdir. Eyni zamanda Nümayəndə ifadəsində qeyd etmişdir ki, polis əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra rəhbərlik həmin tikili pis vəziyyətdə olduğu üçün tiklinin içərisini təmizlətditib yanığın qalıqlarını təmizlətdirmişdir, bir hissəsini həmin sexin qarşısına, bir hissəsini isə zavodun həyətində arxa tərəfə yığılmışdır. Bu səbəbdən sex rəisinin otağının və otağında yanmış əşyaların yanıq izi qalmamışdır.Hazıda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır və onlardan şikayətçi deyildir. Məhkəmədə şahid qismində ifadə vermiş Əhmədov X7 Ceyhun Akif oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 4, mənzil 51-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. O, Sumqayıt şəhər DYMİ-nin 20 nömrəli YMH-nin yanğınsöndürmə növbəsinin rəisi vəzifəsində işlədiyini, daxili xidmət kapitanı olduğunu, 28.07.2020-ci il tarixdən 29.07.2020-ci il tarixədək növbədə olduğu vaxt, 29.07.2020-ci il tarixdə saat 05:33-də növbətçi hissədən Sumqayıt şəhəri Yavər Məmmədov küçəsində yerləşən Ağac Emalı zavodunda yanğın baş verməsi barədə məlumat daxil olduğunu bildirmişdir. O, növbədə olan əməkdaşarla birlikdə 2 yanğın avtomobili ilə hadisə yerinə getdiklərini, məlumat daxil olan vaxtdan 4 dəqiqə keçdikdən sonra hadisə yerinə çatdıqlarını, zavodun daxilində olan 2 inzibati binada yanğın olduğunu, həmin inzibati binaların koridorla bir-birlərinə bitişik olduqlarını, solda yerləşən inzibati binanın qapı hissəsi və qapının sağ hissəsində olan pəncərə ətrafında yanğın olduğunu demişdir. O, özünün ilk öncə həmin inzibati binaya kənardan olan pəncərədən daxil olduğunu və içəri daxil olduqda qapının solunda olan boş paddonların yandığını gördüyünü, növbənin şəxsi həyyəti ilə birlikdə həmin yeri söndürdüklərini, digər inzibati binadan da tüstü qalxdığı üçün digər yanğın söndürən avtomobilin şəxsi heyyətinə həmin yerə daxil olub yanğını söndürməsini tapşırdığını, özünün daxil olduğu binada yanğın söndürdükdən sonra digər binaya keçdiyini, həmin ofis tipli binaya daxil olduqda binanın içərisində sol tərəfdə olan sex rəisinin otağının yandığını gördüyünü bildirmişdir. O, həmin otağın dəmir konsrtruksiyadan olduğunu və taxta ilə düzəldiyini demiş, sonra yanğın olan yeri söndürdüklərini, lakin sex rəisinin otağının demək olar ki, daxilinin tam yandığını, həmin sex rəisinin otağında yanmış köhnə tipli masaların, yanmış oturacaqların, bir ədəd kreslo və masanın üzərində notebookla printerin də olduğunu, əlavə olaraq ofisin qarşısında bir ədəd yararsız halda olan divan və yanmış lentlərin olduğunu, ofis olan tikilinin içərisində geyinmə soyunma otağının da olduğunu, sex rəisinin otağında olan yanğın təsirindən həmin otaqların hiss olduğunu və pəncərə qapılarına yüngül zərər dəydiyini demişdir. O, yanğına gəldikdən sonra təxminən 7-8 dəqiqə ərzində hər iki binada olan yanğını söndürdüklərini, 06:15-də hadisə yerini tam təhlükəsiz vəziyyətə gətirdiklərini, hadisə yerində olarkən zavodun mühafizəçilərinin onlara zavodu qəsdən yandırdıqlarını dediklərini, daha sonra isə çıxıb öz hissələrinə getdiklərini demişdir. Ona verilmiş əlavə suallara cavab olaraq laminat sexinə birinci özünün daxil olduğunu, orada yalnız içəridən qapının sol tərəfində olan boş paddonların, yəni paletlərin yandığını, həmin paletlərin içərisində heç nə olmadığını, həmçinin həmin sexdə hər hansı bir laminat yanmadığını, laminatların qapının girişində sağ tərəfə yığıldığını, həmin yerə də yanğın keçmədiyini, sex rəisinin otağında yanğın intensiv olduğu üçün yanğın zamanı konkret olaraq nəyin yandığını müşayət etmək mümkün olmadığını, lakin yanğından sonra hadisə yerində həmin əşyaların izlərini görmədiyini, həmin tikilidə müxtəlif lentlərin olduğunu, həmçinin 4 ədəd yanğınsöndürən balonların və palet bağlayan aparatın qalığının olduğunu, həmin tikilidə sex rəisinin otağının qarşısında yararsız hala düşmüş divanın olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X5 ifadəsindən görünür ki, o da Şahid6 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 16-cı mikrorayon ev 176B-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamışdır. O, ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin sədridir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Səfər adlı şəxsləri tanımır, onlarla heç bir münasibəti olmamışdır. O, sonradan bilmiş ki, Təqsirləndirilən şəxs3 onun rəhbərlik etdiyi ASC-nin keçmiş icraçı direktoru Şahid8 qızının nişanlısıdır. Şahid8 hal-hazırda da onun rəhbərlik etdiyi ASC-nin icraçı direktorudur. Şahid8 yalandan üstünə şər atır ki, guya onun Pənaha 640000 manat məbləğində borcu var. Lakin onun Pənaha heç bir borcu yoxdur. O, 2014-cü ildən "xxxx" ASC-ni yenidən işlətməyə başladanda Şahid8 onunla birlikdə zavodu işlətmək üçün ASC-nin “X30” olan borcundan 200000 manat pul ödəyib, sonradan isə 110000 manat vergi borcunu ödəmişdir. Pənah ümumilikdə ASC-yə 310000 manat pul qoymuşdur, həmin pulu da işlədiyi 6 il müddətində artıqlaması ilə çıxartmışdır. O, rəhbərlik etdiyi ASC-nin nəzdində olan 1000 kv/metr sahəsi olan laminat parket sexini X2 rəhbərlik etdiyi Zərərçəkmiş şəxs MMC-yə icarəyə vermiş. Yanğın nəticəsində dəyən ziyan, Zərərçəkmiş şəxs MMC-yə dəymişdir. Baş vermiş hadisə ilə bağlı bildirmək istəyir ki, 29.07.2020-ci il tarixdə təxminən saat 05:40 radələrində o, Sumqayıt şəhərində yaşadığı ünvanda olarkən onun şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zavoddan zəng gəlmiş və ona demişlər ki, zavodda yanğın baş verib. O, da evdən çıxıb zavoda getmiş, zavoda gəlib görmüş ki, yanğın söndürənlər Zərərçəkmiş şəxs MMC-yə icarə verdiyi, laminat istehsalı sexini və ona bitişik olan köməkçi tikilədə baş verən yanğını söndürürlər. Həmin vaxt orada mühafizəçilər ona demişlər ki, 3 nəfər şəxs zavoda gəlib, həmin şəxslərdən ikisi, adlarını sonradan bildiyi Rafiq və Səfər zavodun içərisinə gedib qeyd etdiyi tikililəri yandırmışlar, adını sonradan bildiyi Şahid8 qızının nişanlısı Ceyhun isə Zərərçəkmiş şəxs MMC ofisinə girib ofisi dağıtmış, yanğın söndürən maşın gələndə isə onlar gəldikləri avtomobillə qaçıb getmişlər. Mühafizəçi Şahid2 ona həmin vaxt demiş ki, zavodun darvazasının giriş qapısında maşın səsi eşitdiyi üçün o, darvazanı açıb çölə çıxmış, həmin vaxt 3 nəfər ona yaxınlaşmış, Ceyhun ondan buranın Qeysə məxsus olub olmamasını soruşmuş, daha zonra zovodun darvazasından içəri daxil olmuşlar, Ceyhun onu tutub divara dirəmiş, onun ünvanına nalayiq sözlər işlətmiş, həmçinin Səfər adlı şəxs isə onu vurub ona xəsarət yetirmişdir. Digər mühafizəçi İsmayıl isə ona demiş ki, Səfər adlı şəxs əlindəki şüşə qırıntısı ilə onun qarnını cızıb xəsarət yetirmişdir. Yanğın söndürənlər yanğını söndürdükdən sonra onlar hadisə yerinə baxıb görmüşlər ki, laminat parket sexində olan paletlər və onun qarşısında hazır laminat yanmışdır. Həmin sexə bitişik olan köməkçi bina isə demək olar ki, tam yanmışdır, həmin binanın içərisində olan sex rəisinin otağı tam yanmışdır, otağın içərisində olan əşyalar da yanmışdır. Həmin otağın içərisində 1 ədəd kompuyter, printer, sex rəisinin dəri materialdan olan kreslosu, 5 ədəd stul, 1 ədəd qabaq sotulu, 1 ədəd iclas stolu, otağın plastik qapıdan olan 1 ədəd qapısı və 2 ədəd pəncərəsi, laminat parket istehsal edən press qurğusu üçün ehtiyyat hissələri, həmin press qurğusunun neft məhsulları, palet bağlayan aparat, müxtəlif növ lentlər, 4 ədəd yanğın söndürən balonlar var idi. Həmin əşyaların hamısı yanmışdır. Həmçinin ofisin plastik qapıdan olan qapısının pəncərəsi sındırılmışdır, ofisin içərisində olan sənədlər dağınıq vəziyyətə salınmışdır. Onun xidməti otağının qapısı sındırılmış, video nəzarət kamerasının yaddaş aparatı və DVR qurğusu da oğurlanmışdır. O, ilkin izahatında bu hadisəni törədilməsində keçmiş şəriki Haqverdi Məmmədovun şəriki Rauf Məmmədovdan şübhələndiyini demiş, lakin sonradan məlum olmuş ki, hadisəni törədən yuxarıda qeyd etdiyi şəxslərdir. Baş vermiş yanğın nəticəsində Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 91304 manat zərər dəymişdir.Hazırda təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyan ödənilmişdir və təqsirləndirilən şəxslərdən hər hansı bir şikayəti yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 48-ci məhəllə, ev 1, mənzil 70-də ailəsi ilə birlikdə yaşayır. O, "Vətən-N" mühafizə xidmətində mühafizəçi kimi çalışır və həmin xidmətin nəzdində müxtəlif obyektlərin mühafizəsini təmin edir. 16.07.2020-ci il tarixdən etibarən isə Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi 1 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati ərazisində mühafizəçi kimi xidmət edir. O, həmin işdə növbəli şəkildə işləyir. 29.07.2020-ci il tarixdə mən iş yoldaşı Şahid1lə birlikdə xidmətdə olmuş, onlar növbə ilə postları dəyişmiş, yəni, xidmətin müəyyən vaxtlarında o, arxa postda olmuş, Şahid1 isə qabaq postda, yəni, zavodun giriş darvazısının qarşısındaki postda olmuşdur. Baş vermiş hadisə ilə bağlı bildirmək istəyir ki, o, hadisəni törədən şəxsləri tanımır, onlarla heç bir münasibəti olmamışdır. 29.07.2020-ci il tarixdə saat 05:15 radələrində "xxxx" ASC-nin giriş qapısında xidmətdə olduğu zaman giriş qapısından kənarda avtomaşının dayanmasının səsini eşitmiş, buna görə də girişdə olan darvazanın piyadalar üçün olan qapısını açmış, bu zaman qapının qarşısında 3 nəfər şəxsin dayandığını görmüş, həmin şəxslərin üçü də orta boylu, qarabəniz, ikisi arıq bədənli, digəri isə kök bədən quruluşlu olmuş, həmin şəxslərdən kök olan onu qapıdan içəri itələmiş və onların üçü də içəri daxil olmuş, həmin üç nəfərdən kök bədən quruluşlu olan onun sinəsindən və qolundan tutmuş, o, sonradan bilmiş ki, həmin şəxsin adı Təqsirləndirilən şəxs3dur. Digər şəxslərin isə hər birinin əlində 2 litrlik butılka olduğunu görmüş. Təqsirləndirilən şəxs3 əli ilə işarə edərək digər şəxslərin qarşıda olan sexi yandırmalarını bildirmişdir. Həmin şəxslər də zavodun həyətinə keçib getmişlər. O, sonradan bilmiş ki, həmin şəxslərdən birinin adı Təqsirləndirilən şəxs1, digərinin isə Səfərdir. Həmin iki nəfər getdikdən sonra Təqsirləndirilən şəxs3 ona Naxçıvanlı olduğunu, adının Hızır olduğunu bildirmiş, habelə ASC-nin müdiri olan Qeys adlı şəxsin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Sonra da Təqsirləndirilən şəxs3 onu itələyərək darvazadan kənara çıxartmışdır. Ceyhun da ondan telefonunu götürmək istədiyini bildirmişdir. Ceyhun da polisə məlumat verdiyini və ya digər mühafizəçi ilə əlaqə saxlayacağını soruşmuş, Ceyhun onun qolundan tutaraq onu ASC-nin ofisinin giriş qapısının qarşısına gətirmiş, qapıda olan plombu əli ilə dartaraq qırmış və daha sora qapının qarşısında olan dəmir zibil qutusu ilə ofisin plastik materialdan olan qapısının şüşələrini sındırmağını bildirmişdir. O, bunu edə bilməyəcəyini dedikdə isə, Ceyhunun özü zibil qutusunu götürərək qapının şüşədən olan hissəsinə vurub plastik qapının şüşəsini sındırmışdır. O, da qorxusundan sakitcə kənarda gözləmş, Ceyhun qapının şüşəsini sındırdıqdan sonra isə qolundan tutaraq onu ofisin içərisinə itələmiş, özü də arxasınca ofisə daxil olmuş, həmin şəxs yenə də müdir Qeysin ünvanına nalayiq söyüşlər söymüş, onu ofisin ikinci mərtəbəsinə qaldırmış, Ceyhun orada olan üç otağın hər birinin qapısını sındırmağını demiş, o, da bunu edə bilməyəcəyini demiş, bundan sonra onun özü birinci qapını təpikləyərək açıb içəri daxil olmuş, onu da içəri keçməyə məcbur etmiş, otaqda stolun üzərində olan əşyaları əli ilə yerə dağıtmış. Daha sonra otaqda olan seyfin qapısını təpiklə vuraraq seyfi yerə aşırtmışdır. Sonra onu otaqdan çıxarmış və digər qapıları təpikləməyə başlamışdır. Bu zaman digər iki şəxsdən biri olan başında çoxlu saçı və üzü saqqallı olan şəxs gəlmiş, həmin şəxsin adının sonradan Səfər olduğunu bilmiş. Onun sol əlindən qan gəldiyini və sarğılı olduğunu görmüş, Səfər ona yaxınlaşmış, həmin vaxt Səfər ona yumruq atmış, o, da kənara çəkilmiş, Səfərin yumruğu onun qulağına dəyib sıyrılıb keçmişdir. Bundan sonra Səfər aşağı düşmüş və qapıdan çölə çıxmışdır. Səfərin çöldə digər mühafizəçi Şahid1lə mübahisə etdiyini görmüş, həmin vaxt digər üçüncü şəxs, yəni Rafiq qışqıraraq yanğın söndürən avomobillərin gəldiyini demiş, Ceyhun da ofisdən qaçıb çıxmış, Səfər isə İsmayıla əynindəki köynəyini çıxartmağını demiş, Səfər isə İsmayılın əynindən köynəyini çıxardıb avtomobil minib qaçıb getmişdirlər. O, sonradan mühafizə otağına baxdığı zaman özünə məxsus olan "Samsung Grand" markalı telefonumun da yerində olmadığını görmüşdür. Onlar qaçıb gedəndə adları yuxarıda qeyd olunan şəxslərin nə əlində nə də ki üzərində kamera yaddaşı və DVR yaddaşı qurğusu olmamış, ofisə ilk öncə onunla Ceyhun girmiş, daha sonra isə Səfər ofisə daxil olmuşdur. Onlardan heç kəs ofisin server otağına girməmişdir. O, ofisin içərisində olduğu üçün konkret olaraq çöldə nəyin baş verdiyini dəqiq görməmiş. Təqsirləndirilən şəxs3 onu vurub ona heç bir xəsarət yetirməmiş, ona heç bir zor tətbiq etməmiş, onlar 3 nəfər olduğu üçün o, qorxmuş, həyəcanlı olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Əliyev X10 Vüqar Nizami oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki, o, Bakı şəhəri Yeni Yasamal 2, məhəllə 3158/60, bina 12, mənzil 28-də ailəsi ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. O, Şahid7 tanımadığını demiş, onunla heç bir münasibəti olmamış, onun yalnız adını eşitmiş, onu tanışı Təqsirləndirilən şəxs3 eşitmiş, Təqsirləndirilən şəxs3 da qohumu Səfərin vasitəsi ilə tanımış, onunla münasibəti normal olmuş, aralarında heç bir ədavət düşmənçiliyi olmamışdır. O, özünə məxsus “Mercedes Benz E300 CDİ” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu, 28.07.2020-ci il tarixdə saat 00:00 radələrində tanışı Ceyhunun ona mesaj yazaraq qohumu Səfəri və onun tanışı olan Rafiqi idarə etdiyi avtomaşınla götürüb Əhmədli qəsəbəsinə gətirməyini, yanacağını tökəcəyini bildirmiş, o da ora gələ bilməyəcəyini demiş, Səfər və Rafiqi götürüb onunla Yeni Yasamalda görüşə biləcəyini demiş, Ceyhun da razılaşmışdır. O, ilk əvvəl Səfəri, sonra da Rafiqi yaşadığı ünvanın yaxınlığından götürmüş və sonra Yeni Yasamalda Bazarstore mağazasının qarşısında Ceyhunu gözləmiş, təxminən saat 02 radələrində Ceyhun gəlib çıxmış, Ceyhun ona yanacaq doldurma məntəqəsinə sürməyini demiş, o da yaxınlıqda yerləşən Günəş petrol YDM-dən yanacaq vurduqdan sonra Ceyhun ona Sumqayıt şəhərinə sürməyini bildirmiş, Səfər də Sumqayıt şəhərinə nə üçün gedəcəklərini soruşmuş, Ceyhun da ona dönüb qayıtmaqlarını bildirmiş və onlar Yeni Yasamala qayıtmış, ATS-nin qarşısında Ceyhun ona avtomobili saxlamağını bildirmişdir. Ceyhun və Səfər avtomaşından düşmüş və söhbət etmiş, dükana girib çıxdıqdan sonra onların "GO" spirtli enerji içkiləri aldıqlarını görmüş, sonra Rafiq də avtomobildən düşmüş, onlar səkinin qırağında söhbət etmiş, o isə ilk öncə avtomobildə oturmuş, daha sonra isə kənarda telefonla danışmışdır. O, Ceyhunla Rafiqi qohumu Səfərə görə tanıdığını, onlarla demək olar ki, güclü tanışlığı olmadığını, həmin vaxtı Ceyhunun kefsiz olduğunu, onun qaynatasının kiməsə borcu olduğu üçün qaynatasıgili evdən çıxaracaqlarını dediyini bildirmişdir. Sonra Ceyhun ona Sumqayıt şəhərinə getmək lazım olduğunu demiş, əlavə olaraq maşınına yanacaq da tökəcəyini deyərək onları Sumqayıta aparmağını xahiş etmişdir. O, ona bir nəfər şəxslə görüşmək lazım olduğunu demiş, o da onunla razılaşmış, Sumqayıt şəhərinə daxil olduqları zaman Ceyhun ona yanacaq doldurma məntəqəsinə sürməyini, benzin almaq lazım olduğunu demiş, o da Ceyhunun benzini görüşəcəyi adama aldığını fikirləşmiş və avtomobili Sumqayıt şəhərində “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında saxlamış, Ceyhunla Səfər avtomobildən düşərək, 2 ədəd 2 litrlik butulka taparaq “Lukoil” yanacaq doldurma məntəqəsinə girmişlər, Ceyhun həmin butulkaları benzinlə doldurdaraq pulunu da ödəmiş, sonra hara gedəcəkləri yeri Ceyhun ona istiqamətləndirmişdir. Ceyhunun Qeysə məxsus zavodun yerini axtardığını, lakin tapa bilmədiyini, yolda başqa bir zavodun mühafiçəçisindən Qeysə məxsus zavodun yerini soruşduğunu, həmin mühafizəçinin də zavodun yerini başa saldığını, bundan sonra Qeysə məxsus olan zavodu tapdıqlarını, onları həmin obyektin qarşısında düşürtdüyünü, Ceyhun, Səfər və Rafiqin avtomobildən düşdüklərini, Ceyhunun ona gözləməyini dediyini bildirmişdir. Onların zavodun qarşısında olarkən darvazanı mühafizəçinin açdığını, onların içəri daxil olduğunu, özünün də bir qədər arxaya avtomobili sürərək avtomaşını arxada geniş yerdə, səkinin qırağında saxladığını, təxminən 15-20 dəqiqə sonra Rafiqin yolun kənarına çıxdığını və avtomaşına işarə edib onu çağırdığını gördüyünü bildirmişdir. O da avtomobili işə salaraq bir qədər irəli gəlmiş, Rafiq maşına əyləşmiş, həmin vaxt Səfərin ofisin qarşısında mühafizəçinin əynindən köynəyini çıxartdığını görmüş, sonra Ceyhun atomaşına əyləşmiş, sonda isə Səfər mühafizəçinin əynindən köynəyi dartıb çıxardıb avtomobilə minmiş, Ceyhun da Səfər maşına minən kimi ona sürməyini bildirmiş, o da avtomaşını sürüb getmişdir. O, avtomobili sürüb gedəndə yanğın söndürən maşınların gəldiyini gördüyünü, nə baş verdiyini soruşduğunu, Səfərlə Rafiqin də zavodda olan sexləri yandırdıqlarını dediyini, həmçinin Səfərin zavoddan çıxanda mühafizə otağından mühafizəçilər polisə zəng etməsin deyə mobil telefon götürdüyünü dediyini və həmin “Samsung” markalı mobil telefonu da avtomobilə skorost olan yerə atdığını demişdir. Ceyhun İsmayıllıya gedəcəklərini demiş, Səfər də Keşlədən onun qız dostunu götürəcəyini demiş və onlar da onunla razılaşaraq Keşlə qəsəbəsinə gəlmişlər. Lakin həmin qızın gəlmədiyini, sonra da 28 may metrosu yaxınlığında olduqları zaman bankomatı görüb Ceyhunu yuxudan durquzduqunu, onun da yuxudan duran kimi kartda pul olmadığını dediyini, bundan sonra hamını yaşadıqları ünvanlara apardığını, sabahısı gün isə polis əməkdaşlarının onun yaşadığı ünvana gələrək, ondan dünən Sumqayıt şəhərinə gəlib gəlməməyini, dünənki Ceyhungilin törətdiyi yanğın barədə soruşduğunu, özünün də polis əməkdaşlarına hər şeyi olduğu kimi danışdığını, həmçinin Səfərin götürdüyü telefonun da avtomobildə qaldığını və polis əməkdaşlarına həmin “Samsung” markalı telefonu təqdim etdiyini bildirmişdir. Ona verilmiş əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Səfərin Şahid7 məxsus zavodu yandırmaq istədiklərini bilmədiyini, onların ona Sumqayıt şəhərinə zavod yandırmağa getdiklərini demədiklərini, Ceyhunun ona bir nəfər adamla görüşəcəyini, bu səbəbdən onları Sumqayıt şəhərinə gətirdiyini, əgər onların zavod yandırmaq üçün Sumqayıt şəhərinə getdiklərini bilsəydi onları Sumqayıt şəhərinə gətirməyəcəyini, Ceyhunun, Rafiqin və Səfərin içkili olduqlarını, onlarla avtomobildə də söhbət etmədiyini, maqnitofona səs verib mahnıya qulaq asdığını, Ceyhun “Lukoil” yanacaq doldurma məntəqəsindən benzin aldığı zaman benzini görüşəcəyi adam üçün aldığını fikirləşdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin “Yanacaq və sürtkü materiallarının tədqiqi ekspertizasının 23.09.2020-ci il tarixli 6/1588 nömrəli rəyindən görünür ki, tədqqiqata təqdim olunmuş, hadisə yerindən götürülmüş albom formasında yarıyanmış kataloq nümunəsi yarıyanmış taxta listləri və torpaq nümunəsi üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Tədqiqata təqdim olunmuş 01 ədəd termiki təsirə məruz qalmış, içərisindən neft qoxusu gələn boş plastik qabın (butulkanın) içərisində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Tədqiqata təqdim olunmuş, hadisə yerindən götürürlmüş yarıyanmış taxta nümunəsi üzərində neft məhsullarına məxsus izlər yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin “Yanğın və texnoloji partlayışların tədqiqi” ekspertizasının 29.09.2020-ci il tarixli 10/2117 nömrəli rəyindən görünür ki, “ünvan 12 ünvanında yerləşən zavodun daxilində olan binalarda yanğının mənbəyi, bir-birindən müstəqil və əlaqəsiz zonalarda, yəni onlardan biri həyətdən binalarla üzbəüz dayandıqda sağ tərəfdə yerləşən binanın daxilində, binaya girişdən sol tərəfdə taxta-metal konstruksiyalardan ibarət olmuş otağın daxilində, digəri isə həyətdən binalarla üzbəüz dayandıqda sol tərəfdə yerləşən binanın daxilində, binaya girişdən sağ tərəfdə döşəmədən yuxarı səviyyədə (taxta altlıqlar yığılmış hissədə) olmuşdur.Göstərilən hallar yanğının kənardan gətirilmiş alışdırma vasitəsinin təsirindən baş verməsini xarakterizə eeən əsas əlamətlərdəndir. Yanğın, neft məhsulundan odlama vasitəsi kimi istifadə edilməklə, kənardan gətirilmiş alışdırma vaitəsinin təsiri ilə müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması(dılması) nəticəsində baş vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə-əmtəəşünaslıq” ekspertizasının 05.10.2020-ci il tarixli 9/3154 nömrəli rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd istifadədə olmuş Vyetnam istehsalı olan boz rəngli “Samsung” markalı, “SM- G530H/DS” (Grand Prime) model mobil telefonun və ***-***-**-**, ***-***-**-** saylı GSM nömrələrin 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 58,00 manat müəyyən edilir. Təqdim edilmiş 10 adda malların 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1580,0 manat, digər 14 adda mallar haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə-mühəndis-texniki” ekspertizasının 09.10.2020-ci il tarixli 10/2100 nömrəli rəyindən görünür ki, smeta üzrə aparılmış hesablamalar nəticəsində Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi 1 ünvanında yerləşən "xxxx" ASC-nin laminat istehsal edən sexində və köməkçi iş otağında baş vermiş yanğın nəticəsində, ziyan dəymiş hissələrin yenidən bərpası üçün yerinə yetirilməli təmir bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 7308 manat məbləğində olduğu müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, baxışın nəticələrini özündə əks etdirən 29.07.2020-ci il tarixli protokol və fotocədvəl tərtib edilərək cinayət işinə əlavə erdilmişdir. Eyni zamanda 30.07.2020-ci il tarixdə müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisə yerindən albom formasında yarıyanmış kataloq nümunəsi, yarıyanmış taxta listləri, torpaq nümunəsi və 01 ədəd termiki təsirə məruz qalmış, içərisindən neft qoxusu gələn boş plastik qab (butulka) istintaq üçün əhəmiyyət kəsb etdiyi üçün tərəfimdən götürülmüşdür. Eyni zamanda baxış zamanı yardımçi tikilidən çıxarılmış və yanğın zamanı yararsız hala düşən əşylara baxış keçirilən vaxt həmin əşyaların içərisində 1 ədəd təkərlikli kreslonun ayaq hissəsinin, 5 ədəd stulun ayaq hissəsinin, 2 ədəd taxta masanın qalıq hissəsinin (taxtadan olan), 1 ədəd palet bağlayan aparatın qalıq hissəsinin yanmış izləri, eyni zamanda yararsız hala düşmüş 4 ədəd yanğınsöndürən balonun, 1 ədəd divanın və müxtəlif növdə ölçülçəsi mümkün olmayan lentlərin olduğunu müəyyən olundu. Baxışın nəticələrini özündə əks etdirən 30.07.2020-ci il tarixli protokol və fotocədvəl tərtib edilərək cinayət işinə əlavə edilmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, 29.08.2020-ci il tarixdə ƏN MEMnin Mühəndis Texniki ekspertizalar şöbəsinin yanğın və texnoloji partlayışların tədqiqi üzrə eksperti Əlihüseyn Süleymanovun iştirakı ilə baxış keçirilmiş, baxış nəticələrini özündə əks etdirən protokol tərtib edilərək cinayət işinə əlavə erdilmişdir. Cinayət işinin materiallarında olan istintaq zamanı şəxsin tanınmaya təqdim edilməsi istintaq hərəkətinin protokolundan görünür ki, istintaq hərəkəti keçirilərkən Şahid2 təqdim olunan 4 nəfər şəxs arasından Təqsirləndirilən şəxs1 göstərərək ifadəsində qeyd etdiyi şəxs olduğunu bildirmişdir. Bu barədə 30.07.2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokol və fotocədvəl tərtib edilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan istintaq zamanı şəxsin tanınmaya təqdim edilməsi istintaq hərəkətinin protokolundan görünür ki, istintaq hərəkəti zamanı Şahid1 təqdim olunan 4 nəfər şəxs arasından Təqsirləndirilən şəxs1 göstərərək ifadəsində qeyd etdiyi şəxs olduğunu bildirmişdir. Bu barədə 30.07.2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokol və fotocədvəl tərtib edilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, 31.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 məxsus “HTC One M” markalı mobil telefona baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 mobil telefonunda olan “Whatsapp” proqramına baxış keçirilərkən o, “Ceka Qaqash” adlı kontaktın Təqsirləndirilən şəxs3 istifadə etdiyini bildirmiş, eyni zamanda Təqsirləndirilən şəxs3la olan yazışmalarını təqdim etmiş və baxış zamanı müəyyən edimişdir ki, 28.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 mesaj yazaraq onunla Sumqayıt şəhərinə zavoda getməyini istəmiş, Təqsirləndirilən şəxs1 da onunla razılaşmış, həmçinin yazılmış mesajlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 28.07.2020-ci il tarixdə saat 23:53-də “Qaraçuxur” adlanan ərazidə olmuş, Təqsirləndirilən şəxs1 vəziyyətinin cox pis olduğunu, qaynatasıgili sabah evdən çölə çıxartdıqlarını demişdir. Həmçinin, 29.07.2020-ci il tarixdə saat 00:55-də Təqsirləndirilən şəxs3 “Ehmedli”, “Xəzər” ərazisində olduğunu, həmin tarixdə saat 02:20-dən sonra Təqsirləndirilən şəxs1 yanına gəlmişdir. Baxışın nəticələrini əks etdirən protokol və fotocədvəl tərtib edilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, araşdırma zamanı Şahid3 Təqsirləndirilən şəxs2 tərəfindən mühafizəçi otağından götürülən və onun avtomobilinə qoyduğu mühafizəçi Şahid2 məxsus „Samsung“ markalı SM-G-530H/DS Grand Prime modelli “**********763” və “**********7650” imei kodlu mobil telefonu könüllü olaraq təqdim etmiş, bu barədə 30.07.2020-ci il tarixli təqdim etmə və baxış keçirilməsi haqqında protokol və fotocədvəl tərtib edilərək cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin materiallarından görünür ki,200730221 saylı cinayət işi 30 iyul 2020-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi polis kapitanı X16 tərəfindən toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi üzrə başlanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 30 iyul 2020-ci il tarixində Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 31 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 31 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 31 iyul 2020-ci il tarixli Qərarından görünür ki, X11 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddəinin əvvəli 30 iyul 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 31 iyul 2020-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddəinin əvvəli 30 iyul 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 12 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar çıxarılmış və təqsirləndirilən şəxs istintaqdan yayındığından onun axtarışı elan olunmuşdur. 17 Sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verilmişdir. 18 sentyabr 2020-ci il tarixində Təqsirləndirilən şəxs2 CM-nin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 19 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 17 sentyabr 2020-ci il tarixindən hesablanmışdır. Təqsirləndirilən şəxs2 19 sentyabr 2020-ci il tarixli ifadəsinin yerində yoxlanması protokolundan görünür ki,o, cinayət hadisəsini necə törətməsini hadisə yerində ətraflı olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti istintaq müddətinin sonunadək yəni 30 dekabr 2020-ci il tarixinədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti istintaq müddətinin sonunadək yəni 30 dekabr 2020-ci il tarixinədək uzadılmışdır. Cinayət işinin materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş 21 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş 21 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş 21 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. 138 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş 0138 saylı arayışdan görünür ki,Təqsirləndirilən şəxs1 D.Bünyadzadə küçəsi 12 saylı evin 8 saylı mənzilində məcburi köçkün kimi məskunlaşmışdır. 211 saylı Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş18 sentyabr 2020-ci il tarixli arayışdan Görünür ki, Təqsirləndirilən şəxs2 Xətai rayonu ünvan 14 ünvanında qeydiyyatdadır və faktiki yaşayır. ünvan 15miş 433 saylı arayışdan görünür ki, X4 Yasamal 2, 3158/60 küçəsi 12 saylı evin 28 saylı mənzilində yaşayır. Yasamal rayonu MKTİB-nin 19 saylı MKİS tərəfindən verilmiş 04 dekabr 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 04 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində CM-nin 177.1,180.1,181.1 və 322.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Məhəmmədəldi oğlunun həbsdə saxlama müddətin 15 gün müddətinə 01.01.2021-ci il tarixinədək uzadılmışdır. Məhkəmənin 26 fevral 2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 19 may 2021-ci il tarixli sazişdən görünür ki, X1 X3 zavoda baş vermiş yanğınla bağlı 9564 (doqquz min beş yüz altmı dörd) manat ödəniş edərək dəymiş ziyanı ödəmiş, o isə öz növbəsində şikayətçi olmayacağını öz öhdəsinə götürür. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid7 tərəfindən verilmiş ərizədən görünür ki,Sumqayıt Ağac Emalı ASC-də 29 iyul 2020-ci il tarixdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar müəssisəyə dəymiş ziyan hadisəni törədən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmişdir. Dəymiş ziyan ödənildiyindən tərəflər arasında barışıq olmuşdur.Təqsirləndirilən şəxslərdən indi və gələcəkdə heç bir şikayət olmayacaqdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və dəymiş ziyanı ödəməsidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal həmçinin onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmamış şəxs olması, törətdiyi əməldən səmimi peşman olmasıdır. Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal əməlində cinayətin qabaqcadan əlbir olan bir qrupp şəxs tərəfindən törədilməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs3 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu müddətdən yəni 30 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar zərərçəkmiş şəxslərlə barışıq əldə etməsidir.Həmçinin CM-nin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamış şəxs olması, törətdiyi əməldən səmimi peşman olması da Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətin qabaqcadan əlbir olan bir qrupp şəxs tərəfindən törədilməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu müddətdən yəni 30 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar zərərçəkmiş şəxslərlə barışıq əldə etməsidir. Həmçinin CM-nin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamış şəxs olması, törətdiyi əməldən səmimi peşman olması da Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu müddətdən yəni 17 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 18.12.2020-ci il tarixli (iş № 1(060)-573/2020) qərarını icra edərək, 28.12.2020-ci il tarixli 1269/2021 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 60 (altmış) saat vaxt sərf etmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 18.12.2021-ci il tarixli (iş № 1(060)-573/2020) qərarını icra edərək, 28.12.2021-ci il tarixli 1270/2021 saylı orderə əsasən vəkil Müdafiəçi3 onun vəkili təyin etmişdir. Müdafiəçi X12 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 60 (altmış) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə hər bir vəkilə görə 360 manat haqqın Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun Kapitalbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Göstərilən hüquqi yardıma görə hər bir vəkilə görə manat (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun Kapitalbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 246,50 manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd samsunq markalı SM_G_530h/DS qrand markalı mobil telefonun Şahid2 qaytarılması nəzərə alınmalı, hadisə yerindən götürülmüş yarıyanmış kataloq nümunəsi,taxta listlər və torpaq nümunələri, içərisindən neft qoxusun gələn boş plastik qablar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 246,50 (iki yüz qırx altı manat əlli qəpik) manat pulun təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd samsunq markalı SM_G_530h/DS qrand markalı mobil telefonun Şahid2 qaytarılması nəzərə alınsın. Hadisə yerindən götürülmüş yarıyanmış kataloq nümunəsi, taxta listlər və torpaq nümunələri, içərisindən neft qoxusu gələn boş plastik qablar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 60 (altmış) saat hüquqi yardıma görə 360 (üç yüz altmış) manatın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və həmin məbləğin Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun "xxxx" ASC -nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 göstərdiyi 60 (altmış) saat hüquqi yardıma görə 360 (üç yüz altmış) manatın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və həmin məbləğin Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun "xxxx"ASC -nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar