Məhkəmə qərarları › İş №1(060)-137/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-137/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-137/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə, saat 16:55-də, Sumqayıt şəhəri, 5ci mikrorayon ərazisində yerləşən ev 132B-nin yaxınlığında Sumqayıt ŞPİ-nin NMB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Pİnə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki qısa ətəkli cins şalvarın sağ yan kiçik cibində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə 0,442 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,903 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 24 avqust 2022-ci il tarixdə, saat 16:40-da, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən ev 132B-nin yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş vəziyyətdə 0,903 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 16:55 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən ev 132B-nin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, Sumqayıt şəhər Pİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirib, üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhəri Pİ-nə dəvət etmişlər. Xidməti otaqların birində təqdim olunmuş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş vəziyyətdə qəhvəyi rəngli kütləni çıxarıb təhqiqatçıya təqdim edərək həmin 1 büküm kütlənin narkotik vasitə bükümü olduğunu, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Narkotik vasitə heroin tərəziyə qoyulub çəkisini ölçülmüş və kütlənin çəkisinin yarım qram olması müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən heç bir fiziki zor və ya təzyiqə məruz qalmamışdır. Bundan başqa o, xx.xx.2022ci il tarixdə, saat 16:40 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən ev 132B-nin yaxınlığında olan zaman polis əməkdaşları onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlayıb Sumqayıt şəhəri Pİnin 3-cü PB-nə dəvət etmişlər. Vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməzdən öncə, ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, pridmet və ya narkotik vasitə vardırsa təqdim etməsi xahiş olunmuş, o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 büküm siqaret kağızına bükülmüş, narkotik vasitə olan heroini çıxardıb masanın üzərinə qoymuşdur. Həmin heroyin elektron tərəziyə qoyulub çəkildikdə çəkisinin 1 qramdan bir az artıq olduğu müəyyən edilmişdir. Saxlanılarkən, ona qarşı heç bir zor tətbiq edilməmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin NMB-nə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon ev 132B-nin yaxınlığında, saat 17:00 radələrində digər polis əməkdaşı ilə birlikdə saxlamışdır. Onlar özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, istintaq hərkətlərinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nə getirmişlər. Xidməti otaqlardan birində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı X23 Həbibova vəkil təqdim etmişdir. Vəkillə təmin olunduqdan sonra video çəkilişlə şəxsi axtarış istintaq hərəkətinin keçirildiyini və ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik vasitə vardırsa təqdim etməsi xahiş olunuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş vəziyyətdə qəhvəyi rəngli kütləni çıxardıb təhqiqatçıya təqdim edərək həmin 1 büküm kütlənin narkotik vasitə olduğunu, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 büküm narkotik vasitə heroinə bənzər kütləni tərəziyə qoyulub çəkisini ölçmüş və kütlənin çəkisinin 0,48 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmış və tərəflər imzalanmışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya təziq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili X1 Qasımovun göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 3-cü PB-nə əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon ev 132B-nin yaxınlığında, saat 16:40-da həmin şəxsi saxlamışlar. Özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3cü PB-nə gətirmişlər. Xidməti otaqlardan birində 3-cü PB-nin baş təhqiqatçısı X24 Həbibova hüquq və vəzifələrini izah edərək hüquqlarının müdafiə olunması məqsədi ilə vəkil təmin olunmuşdur. Təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyini elan edib axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik vasitə vardırsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 büküm siqaret kağızına bükülmüş kütləni çıxarıb masanın üzərinə qoymuşdur və kütlənin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Aşkar olunmuş tündqəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə büküldüyü kağızla birlikdə elektron tərəziyə qoyulub çəkildikdə çəkisinin 1,12 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı, bükümü məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru polis serjantı Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 132B-nin yaxınlığında xx.xx.2022-ci il tarixdə saat 16:40-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona narkotik vasitələrin istifadəsində, saxlanmasında şübhəli bilindiyi üçün saxlanıldığı bildirildi daha sonra isə hüquq və vəzifələr barədə bildiriş, tutulması barədə protokol, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X10 təqdim olundu, video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanıldı və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü, sol yan cibindən 01 ədəd Samsung markalı üzərində ***-***-**-** və xatırlamadığı mobil nömrələr olan mobil telefonu, sol arxa cibindən 1 ədəd 1 manatlıq pul əskinazını çıxarıb təqdim etdi, verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd gümüşü rəngli siqaret kağızında olan bükümdəki maddənin kakos olduğunu, həmin maddəni bu gün, gönorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını, təxminən 3-4 ildir ki, narkotik vasitə istifadə etdiyini bildirdi. Həmin büküm tərəfimdən açılan zamar ort.n içərisindən narkotik vasitə olan heroinə bənzər maddə aşkar olundu. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş 01 ədəd 1 manatlıq pul əskinazı cinayət əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılsada, yuxarıda qeyd olunan mobil telefon əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürülərək tərtib olunmuş protokola əlavə olundu. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə elektron iərəzıdo çəkildi, gümüşü kağızda olan narkotik vasitə olan heroinə bənzər maddə kağızia birlikdə çəkisi 1.12 qram oldu, həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-nin 127 saylı möhürü ilə möhürləndi, üzərində qeydlər aparılaraq imzalandı. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/4509 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №127” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 büküm narkotik vasitə heroinə bənzər maddə: şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, Müdafiəçi-imza, Təhqiqatçı: S.Dadaşov-imza... xx.xx.2022” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,903 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,853 qram heroin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/4386 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksləri olan, “Vət: Təqsirləndirilən şəxs aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,442 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra 0,392 qram heroin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1292 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda, «00106» rəqəmləri yazılmış qovluq müəyyən edilir ki, orada 08 dəqiqə 27 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntünün ilk saniyəsində otaqda polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı polis mayoru, Səbuhi Dadaşov özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli polis əməkdaşlarından da, özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları 3-cü polis bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və kiçik inspekor polis serjantı Şahid2 özlərini təqdim etdikdən sonra digər mülki geyimli şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra təhqiqatçı S.Dadaşov Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirlməsində şübhəli bilindiyi üçün, az öncə özlərini təqdim edən polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini və şüphəli şəxs qismində tutulduğunu bildirib tutma haqqında protokolun surətini, eləcə də, şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim edərək tanış olmasını xahiş edir. Ardınca təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi məqsədi ilə sonuncuya təqdim edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin adları olan siyahıdan seçdiyi vəkil X7 təqdim edir. Rüstəm X2 onun hüquqlarını müdafiə etməsinə etirazı olmadığını bildirdikdən sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyini elan edib axtarış keçirilməzdən öncə, ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik vasitə vardırsa təqdim etməsini xahiş edir. Videogörüntünün 02:08-ci anında Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təhqiqatçıya təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan şeyləri çıxarıb təqdim etməyə davam etməsini xahiş edir. Videogörüntünün 02:44-cü anında Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 büküm siqaret kağızına bükülmüş kütləni və ardınca əynindəki şalvarın sol arxa cibindən 1 ədəd 1 manatlıq əskinası çıxarıb təqdim edərək masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmur. Sonra Təqsirləndirilən şəxs, təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş 1 büküm siqaret kağızına bükülmüş kütlənin “kakos” olduğunu, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını, 3-4 il müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd siqaret kağızı bükümü videogörüntünün 04:10-cu anında təhqiqatçı tərəfindən açıldıqda bükümün içərisində narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli kütlə olması aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tünd-qəhvəyi rəngli, narkotik vasitə heroyinə bənzər kütlə videogörüntünün 04:45-ci anında, büküldüyü kağızla birlikdə elektron tərəziyə qoyulub çəkildikdə çəkisinin 1,12 qram olması müəyyən edilir. Sonra təhqiqatçı, həmin narkotik vasitəyə bənzər kütlə bükümünü məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırır, qablaşdırılmış zərf təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən vəkil Polad Məhərrəmov tərəfindən imzalanır. Təqsirləndirilən şəxs heç bir vəsatət və etirazı olmadığını bildirdikdən sonra onun üzərindən aşkar olunmuş 1 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılır, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülür. Bundan sonra video çəkliş dayandırılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,903 qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq xalis çəkisi 0,853 qram çəkidə narkotik vasitə olan heroin sübut kimi tanınmış və saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin mobil telefon korpusunun kənarları açıq yaşıl, digər hissəsi isə qara rəngli, sadə ekranlı, üzərində düymələr olan “Samsung E1205” markalı mobil telefondur. Həmin mobil telefonu açıb içərisinə daxil olduqda içərisində olan nömrələrin və zəng siyahısının silinmiş vəziyytdə olduğu müəyyən edildi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ********* nömrəsi altında istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 132B saylı yaşayış binasının yaxınlığında xx.xx.2022-ci il tarixdə saat 16:55-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X16 təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs özü əynində olan qısa ətəkli cins şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etdi, həmin büküm tərəfimdən açıldı bükümdə spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan heroin'ə bənzər olan maddənin olduğu müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş maddənin narkotik vasitə “kakos” olduğunu, həmin maddəni Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və üzərində gəzdirdiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 0,48 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş alışqan, Samsung markalı mobil telefon xüsusi qaydada qablaşdırılaraq götürülmüş, Prima markalı siqaret, konfetlər əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1220 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda, «00091» rəqəmləri yazılmış qovluq müəyyən edilir ki, həmin qovluqda 08 dəqiqə 22 saniyədən ibarət videogörüntü var. Həmin video görüntünün ilk saniyəsində otaqda polis forması geyimində olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı, Səadət Qənbərov özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxsdən də, özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirlməsində şiphəli bilindiyi üçün, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirildiyini, onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, Təqsirləndirilən şəxs saxlayıb polis idarəsinə gətirən və hal hazırda onun yanında dayanmış polis əməkdaşlarından da, özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları növbə ilə özlərini təqdim edərək, Sumqayıt ŞPİ-NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, Şahid4 olduqlarını bildirirlər. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi məqsədi ilə sonuncuya təqdim edilmiş Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkillərinin adları olan siyahıdan seçdiyi vəkil X12 təqdim edir. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bir daha qeyd edərək, şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim edib tanış olmasını xahiş edir. Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxsnin üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyini elan edib, axtarış keçirilməzdən öncə, ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, pridmet və ya narkotik vasitə vardırsa təqdim etməsini xahiş edir. Videogörüntünün 01:43cü anında Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş vəziyyətdə qəhvəyi rəngli kütləni çıxardıb təhqiqatçıya təqdim edərək, həmin 1 büküm kütlənin narkotik vasitə bükümü olduğunu, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsnin üzərinə yoxlanış məqsədi ilə axtarış keçirilir və onun üzərindən 1 ədə “Samsung” markalı mobil telefon, 1 qutu siqaret, 1 ədəd alışqan, 2 ədəd konfet aşkar edilir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 büküm narkotik vasitə heroyinə bənzər kütlənin qablaşdırılacağını qeyd edərək, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tünd-qəhvəyi rəngli, narkotik vasitəyə bənzər həmin kütləni videogörüntünün 03:58-ci anında, büküldüyü sellofanla birlikdə tərəziyə qoyulub çəkisini ölçür və kütlənin çəkisinin 0,48 qram olması müəyyən edilir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxsnin üzərindən aşkar olunaraq götürülmüş tünd- qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırır, qablaşdırılmış zərf təhqiqatçı, şüphəli şəxs Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən vəkil Namiq Ağayev tərəfindən imzalanır. Təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 qutu siqareti və 2 ədəd konfeti onun özünə qaytarsa da, 1 ədəd alışqanın kəsici deşici xassəyə malik olduğunu və 1 ədəd mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyini qeyd edərək həmin əşyaları Təqsirləndirilən şəxs qaytarılmayacağmı bildirir. Sonra Təqsirləndirilən şəxs vəkilin suallarım cavablandıraraq, polis əməkdaları tərəfindən heç bir fiziki zor və ya təziqə məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər bükümün özünə məxsus olduğunu bildirir. Bundan sonra video çəkliş dayandırılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,442 qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq xalis çəkisi 0,392 qram çəkidə narkotik vasitə olan heroin sübut kimi tanınmış və saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı MKS tərəfindən verilmiş 1119 saylı, xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailə tərkibi həyat yoldaşı-1981-ci il təvəllüdlü X13, oğlu-2008-ci il təvəllüdlü X17, anası-1954-cü il təvəllüdlü X5, bacısı-1977-ci il təvəllüdlü X14, bacısı oğlu-2002-ci il təvəllüdlü X11 ibarətdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin mobil telefon korpusunun kənarları açıq yaşıl, digər hissəsi isə qara rəngli, sadə ekranlı, üzərində düymələr olan “Samsung E1205” markalı mobil telefondur. Həmin mobil telefonu açıb içərisinə daxil olduqda içərisində olan nömrələrin və zəng siyahısının silinmiş vəziyyətdə olduğu müəyyən edildi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir məlumat aşkar edilmədi. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 4706 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 01 il 06 ay islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-454/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və ya əlavələr edilərək Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, hər birinin ayrı anlıqda ilkin təmiz çəkisi 0,442 qram və 0,903 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində hər birinin ayrı-ayrılıqda qalıq xalis çəkisi 0,392 qram çəkidə və 0,853 qram çəkidə narkotik vasitə heroin və eləcə də, şəxsi axtarış keçirilməsi barədə görüntünü özündə əks etdirən 02 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-137/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 3-16- 17/40/2-1084/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-137/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 50-ci bəndində qeyd olunur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təkrar törədilməsini müəyyən etmişdir Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə, bu qənaətə gələrkən təsirləndirilən şəxsin eyni cinayət əməlini barəsində ibtidai araşdırma aparılmasına baxmayaraq təkrar törətməsini nəzərə almışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ilkin təmiz çəkisi 0,442 qram və 0,903 qram olan və kimyəvi ekspertizalar nəticəsində qalıq qalmış 0,392 qram çəkidə və 0,853 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının ümumi dəyəri 157,00 (bir yüz əlli yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-848/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1643/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və kimyəvi ekspertizalar nəticəsində qalıq qalmış 0,392 qram çəkidə və 0,853 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 157,00 (bir yüz əlli yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar