Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-138/2021 08.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakı ilə, xx xxxx 1974-cü ildə Gədəbəy rayonunun Fərzalı kəndində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Şınıx qəsəbəsində qeydiyyatda olan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 181-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində Zərərçəkmiş şəxs gəlini X3 yaşadığı anası Arzumanova Fəridə Rahib qızına məxsus ünvan 1 ünvanındakı evə nəvələrini gətirib gəlininə verərkən, gəlini və anası ilə aralarında söz mübahisəsi olmuş, sonra evə qayıtdıqda həmin küçədə gəlininin onunla mübahisə etdiyi üçün o, yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə iki dəfə vuraraq ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi kimi xəsarət yetirirərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, təxminən 5 ildən çox müddətdir ki, Etibar adlı şəxslə birlikdə ev təmiri işləri ilə məşğul olmuş, 2020-ci ilin sentyabr ayının əvvələrindən etibarən Etibar və o, Sumqayıt şəhəri, Corat bağları, 33 nömrəli marşurutun yoluna yaxın ərazidə fərdi həyət evində yaşayan Fəridə adlı xanımın evinin təmir işlərinə başlamışlar. Yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində qonşusu Solmazın evini təmir edən zaman Fəridə adlı qadın onları orada görüb onun da yaşadığı evi təmir etmələrini xahiş etmiş, onlar razılaşmış, həmin evin 1 otağını təmir edib qurtarmış, evin ikinci otağını təmir etmiş, xx xxxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində Fəridənin qızı Əminənin evlərinin qarşısında “əmi, dayı qoyma” səsləri ilə qışqırdığını eşitmiş, Etibar və o, evdən darvazanın qarşısına çıxanda sonradan adını bildiyi Əminənin qaynatası Tale adlı şəxsin Fəridə və Əminə ilə mübahisə etdiyini, onları sözlə hədələdiyini, hətta Taleyin Fəridəni əli ilə tutub boğduğunu görmüşdür, o və Etibar onların arasına girərək Taleyin sinəsindən tutub aralamış, həmin vaxt Tale yanı üstə yerə yıxılmış, hadisə yerindən qaçıb getmiş, sonra birlikdə evə keçmişlər. Taleyin göstərdiyi tarixdə yəni, xx.xx.2020-ci il tarixdə nə özü, nədə Etibar onu vuraraq ona hər hansı bədən xəsarəti yetirməmişlər, Tale bununla bağlı qərəzli və yalan ifadə vermiş, Zərərçəkmiş şəxs tibbi müayinə zamanı bədəni üzərində aşkar edilmiş xəsarətləri yerə yıxılması nəticəsində almış, hadisə evlərini təmir etdikləri X2 şəhəri Corat bağları, Göygöl küçəsi, fərdi həyət evinin qarşısında baş vermiş, orada həmin vaxt Tale, Fəridə, Əminə, Etibar və özü olmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 2 övladı var, 1986-cı il təvəllüdlü oğlu Emin 9 il bundan qabaq bir məktəbdə oxuduğu Əminə adlı xanımla rəsmi nigahla ailə həyatı qurmuş, onların bu nigahdan 2 övladı olmuş, Emin təxminən 2020-ci ilin avqust ayından ailəsindən qeyri-rəsmi olaraq ayrılmış, hal-hazırda onunla birlikdə yaşayır. Eminin 2 azyaşlı övladı isə hal-hazırda anası Əminə ilə qalmışdır, Emin uşaqları görmək üçün evlərinə gətirir, 2020-ci il oktyabr ayının əvvəlində Eminin həyat yoldaşı Əminə uşaqları görmək üçün onlara gətirmişdir, Əminə evə qalxmamış, həyətdən uşaqları bloka ötürürərək çıxıb getmişdir. İki gün qaldıqdan sonra nəvələri Davud və Zümrüdü anası Əminəgilin yaşadıqları evə aparmaq üçün taksi çağırmış və onları yaşadıqları Sumqayıt şəhəri, Corat bağları ərazisində “Şirvan” marketin yaxınlığında yaşadıqları fərdi həyət evinə aparmışdır, gəlini Əminənin yaşadığı evə çatanda darvazanın qarşısında ağ rəngli “Mercedes” markalı avtomobil görmüş, nəvəsi Davuddan həmin maşının kimə aid olduğunu soruşmuş, Davud əvvəlcə avtomobilin onlara gəldiyini, lakin sonra isə dəqiq bilmədiyini demişdir, qapını döysə də evin qapısını açan olmamışdır. Darvazanı daşla döydükdən sonra Əminənin anası Fəridə qapını açmış, nəvələrini evə ötürmüş, Fəridəyə gəlini Əminəni çağırmasını və ondan söz soruşacağını deməsini bildirmişdir, Fəridə gedib Əminəni çağırmış, Əminə gəlmiş, onunla hal-əhval tutaraq niyə onlara gəlmədiyini soruşmuş, Əminə onların ailəsi ilə qutardığını dedikdə, ondan bunun səbəbini soruşmuş, bu zaman Fəridə yenə gələrək səs-küy salıb “qızımdan nə soruşursansa, mənim yanımda soruş” demiş, sonra oğlu Eminin arxasıyca danışmışdır. Əsəbləşərək oradan uzaqlaşmış, təxminən 50 metr məsafə getdikdən sonra gəlini Əminəgilin darvazasından çıxaraq arxasınca 2 nəfərin qaçaraq gəldiyini görmüş, lakin həmin şəxslərin nə üçün qaçdıqlarını bilməmiş, dar küçə ilə getdiyi üçün qırağa çəkilib onlara yol vermək istəyən zaman sonradan adını bildiyi Sahib adlı şəxs ona heç bir söz demədən arxadan yumruqla sifətinin sol tərəfinə vurmuş, geri dönüb onlara baxmaq istəyən zaman həmin şəxs yenidən yumruqla sifətininin düz ortasından vurmuş, Sahibdən arxada gələn sonradan adını bildiyi Etibar adlı şəxs ona “ə, şakal” deyərək yaxasından tutaraq divara doğru itələmiş, dizi ilə qarın nahiyəsinə vurmuş, bu zaman zərbədən aşağı doğru əyilmiş, Sahib adlı şəxs təpiklə sol yan nahiyəsindən vurmuş, Etibar adlı şəxs yenidən ona oturmuş vəziyyətdə dizi ilə çənəsindən vurmuş, o da əli ilə Etibarı itələyərək oradan qaçaraq canını onların əlindən qutarmışdır, evə gələrək evdəkilərə baş vermiş hadisəni danışmış, xx xxxxxxx 2020-ci il tarixdə, səhər saatlarında başında ağrılar hiss etdiyi üçün Sumqayıt şəhər TTYX-na müraciət etmiş, xəstəxanada həmin xəsarəti harada aldığını soruşduqda baş vermiş hadisəni danışmış, bundan sonra 1-ci PB-dən ona zəng olunmuş və 1-ci PB-nə ərizə ilə müraciət etmişdir. Hadisə baş verən vaxt orada sonradan adını bildiyi Sahib və Etibar adlı şəxslər olmuş və adını tanımadığı qonşuluqda yaşayan şəxslərdən birinin oradan keçdiyini görmüş, tibbi müayinə zamanı bədəni üzərində aşkar edilmiş “QKBT. Baş beyin silkələnməsi xəsarətlərini Sahib adlı şəxsin ona sifətinə iki dəfə yumruqla vurması nəticəsində almış, bədəni üzərində olan digər xəsarətləri isə Etibar ona yetirmişdir. xx xxxxxxx 2020-ci il tarixdə xəsarət almağı ilə bağlı Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə etdiyi müraciət zamanı aparılan araşdırma ilə əlaqədar polis bölməsində olarkən təhqiqatçı Şamil müəllim həmin 2 nəfər şəxsi ona göstərən zaman həmin şəxsləri tanımış, təhqiqatçıya həmin şəxslərin onu döydüklərini bildirmiş, təhqiqatçı onlardan birinin adı Təqsirləndirilən şəxs və digərinin isə X5 olduğunu demişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1235 saylı rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “QKBT, baş beyin silkələnməsi, almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol gözaltı nahiyənin qançırı, alt çənənin sol hissəsinin sıyrığı”. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. (i.v.11-13) İş üzrə təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 53/1235 əlavə saylı rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: “QKBT, baş beyin silkələnməsi, almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol gözaltı nahiyənin qançırı, alt çənənin sol hissəsinin sıyrığı”. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, özü-özünə yetirməsi istisna edilir, necə ki, kənar şəxs tərəfindən yetirilməsi o cümlədən öz boyu hündürlüyündən yıxılma nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə QKBT. Başbeyin silkələnməsi sağlamlığa yüngül zərərvurmaya aiddir, almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol gözaltı nahiyənin qançırı, alt çənənin sol hissəsinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (i.v. 25-28) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 133) İş materiallarında olan Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 29) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Sumqayıt Şəhər Pİ-nin İŞ-nin müstəntiqi Turan Hacıyev tərəfindən verilmiş arayışdan görünür ki, Müdafiəçi1 cinayət prosesində müdafiəçi qismində 09 (doqquz) saat iştirak etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlu tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 oğluna 36 (otuz altı) manat, Müdafiəçi1 54 (əlli dörd) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında ltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 54 (əlli dörd) manat məbləğində, vəkil Müdafiəçi2 oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində (cəmi 90 manat) pul vəsaitləri dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-138/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-138/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver