Məhkəmə qərarları › İş №1(060)-138/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-138/2022

07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-138/2022 07.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 6-cı məhəllə, Nizami küçəsi, ev 19C ünvanında qeydiyyatda olmaqla, ünvan 1iki yaşamış və halhazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,718 qram, 3,036 qram, ümumilikdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdardda 6,754 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisinə qanunsuz daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə saat 21.00-da Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis bölməsinə gətirilərək Polis Bölməsində xidməti otaqların birində həmin gün saat 21.48-dən etibarən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,718 qram və 3,036 qram, ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 6,754 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o arada psixotrop maddə olan metamfetamindən yandırıb tüstüsünü çəkməklə istifadə etmişdir. O metamfetamindən istifadə etməyə təqribən tutulmamışdan 15 gün öncə başlamışdır. 15 avqust 2021-ci il tarixdə günorta vaxtı yaşadığı yerin yaxınlığında yolun kənarı ilə gedərkən zibil tullantıları atılan yerin yaxınlığına qoyulmuş və səliqəli şəkildə bükülmüş iki ədəd büküm olduğunu görmüşdür. Həmin bükümlərin yolun kənarında olması onun diqqətini cəlb etmişdir. Həmçinin o narkokuryerlərin narkotik vasitələri və psixotrop maddələri bu cür - heç kimin şübhələnmədiyi yerlərə qoyması barədə eşitmişdir. O gedib həmin bükümləri götürüb içərisinə baxdıqda bükümlərdə psixotrop maddə metamfetamin olduğunu görmüş, həmin bükümləri üzərində götürüb saxlamış və daha sonra həmin bükümlərdəki metamfetamindən istifadə etmək istəmişdir. Həmin metamfetamindən az miqdarda istifadə etmişdir. 18 avqust 2021-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllədə olan zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gəlmişdir. Polis Bölməsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş və şəxsi axtarışın videoçəkilişlə keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. O şəxsi axtarışdan öncə şəxsi axtarış keçirilməsi barədə qərarla tanış edilmiş, daha sonra üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. O əynində olan şalvarın cibində psixotrop maddə olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, bir ədəd “İphone X” markalı mobil telefonu, 01 ədəd “Nokia” markalı mobil telefonu, şalvarın sol yan cibində olan 01 ədəd maşın açarını və pultunu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində “şüşə” deyilən psixotrop maddə olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı o üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini üç gün öncə günorta vaxtı yaşadığı ünvanının yaxınlığında zibil tullantılarının yaxınlığında yerdən təsadüfən tapdığını və həmin maddələri götürüb istifadə etmək üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Telefonlara baxış zamanı “İphone X” markalı və “Nokia” markalı mobil telefonlar olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan olunan şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 18 avqust 2021-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1988-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1iki yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 18 avqust 2021-ci il tarixli qərar çıxarılmış, o və Baş İdarənin əməliyyat müvəkkili Orxan Məmmədovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Qərarın icrası ilə bağlı əməliyyat qrupu Sumqayıt şəhərinə yollanmışdır. Əməliyyat tədbirlərinin Sumqayıt şəhəri ərazisində keçirilməsi nəzərə alınmaqla keçirilən əməliyyat tədbirində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının da iştirak etməsi üçün icazə verilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin rəhbərliyinə müraciət edilmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Şahid3 və Şahid2 Sumqayıt ŞPİ-nin rəhbərliyi tərəfindən əməliyyat tədbirinin keçirilməsinə cəlb edilmişdir. Daha sonra Sumqayıt ŞPİ-nin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisinə yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 18.08.2021-ci il tarixdə saat 21:00-da Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsi təklif edilmişdir. Həmin şəxs özünü təqdim etdikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaqda şübhəli olması Təqsirləndirilən şəxs bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin inzibati binasına dəvət edilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş, sonuncu da buna etiraz etmədiyini bildirdikdən sonra barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli zolaqlı şalvarının sağ yan cibindən 1 ədəd "İphone X" markalı, 1 ədəd sadə modelli narıncı rəngli "Nokia" markalı mobil telefonları və 2 ədəd şəffaf sellofan bükümü çıxardıb stolun üzərinə qoyaraq təqdim etmiş, təqdim etdiyi həmin 2 ədəd bükümün içərisində "şüşə", yəni psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Həmin bükümlərin içərisinə baxılanda psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 1 ədəd avtomaşın açarını pultu ilə birlikdə çıxardıb stolun üzərinə qoymuşdur. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyətinə malik olan hər-hansı predmet yaxud əşya aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2 bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, həmin maddələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılaraq zərfə qoyulmuş, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Şahid3 və Şahid2 da istintaqa verdikləri oxşar məzmunlu ifadələrində Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 avqust 2021ci il tarixli 6/3600 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №127 dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,718 qram, 3,036 qram, ümumi təmiz çəkisi 6,754 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi: 6,754 qram, tədqiqata sərf edildi: ümumi 0,1 qram, qalıq 6,654 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 noyabr 2021-ci il tarixli 4387 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alıanması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,654 qram psixotrop maddə olan metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18.08.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-821/2021 saylı, 20.08.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşaq vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və atası X1 İ Qarabağ döyüşlərinin iştirakçısı olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən müəyyən edir. İşin ibtidai istintaqı zamanı toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən olunması məqsədilə BMCMİ-yə ünvanlanmış 24.08.2021-ci il tarixli tapşırığa cavab olaraq verilmiş 20.09.2021-ci il tarixli məktubdan görünür ki, ilkin olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində satış faktı öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin əldə olunma mənbəyini, onun həmin psixotrop maddəni kimdən, necə və hansı şəraitdə əldə etməsini müəyyən etmək məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 18.08.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan qalıq çəkisi 6,654 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan qalıq çəkisi 6,654 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar