Məhkəmə qərarları › İş №1(060)-139/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-139/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-139/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Ağdaş rayonu, Tofiqi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli (himayəsində 2 azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Tofiqi kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 18.09.2020-ci il tarixdə, saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi AE 213703 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 21074 Minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olan zaman sol istiqamətinə dönmə əməliyyatı apararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq sola dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə iştirakçılara maneə yarandığını gördükdə, mümkün olan təhlükəsizlik tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməmiş və idarə etdiyi “Vaz 21074 Minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillin sağ yan hissəsi ilə qarşıdan əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs etibarnamə əsasında AE 058077 seriyalı, ABC kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “Yamaha SZ-RR V 2” markalı, 99 – B 259 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşması nəticəsində ehtiyatsızlıqdan sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gicgahın sümüyü, almacıq çıxıntısının cırılması yarası, alt çənənin əzilmiş yarası kimi dərəcəsinə görə həyat uçun təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Vaz 21074 minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəliyyəti ilə məşğul olmuşdur. 18 sentyabr 2020-ci il tarixdə saat 11:00 radələrində idarə etdiyi Vaz 21074 minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə Hacı Zeynalabdin qəsəbəsindən üzü Sumqayıt şəhəri istiqamətində hərəkət edirkən “Esmira” şadlıq sarayının qarşısından sol tərəfə, yaşadığı evin yerləşdiyi məhləyə dönərkən əks istiqamətli yolla düzünə hərəkət edən motoskleti gözləməmiş və həmin motoskletlə idarə etdiyi avtomobilin sağ yan hissəsi ilə toqquşmuş və motoskletçi xəsarət almışdır. Daha sonra baş vermiş yol-nəqliyyat hadisəndən sonra adını sonra bildiyi Zərərçəkmiş şəxs dərhal xəsatxanya aparılmasını təşkil etmiş, özü isə hadisə yerində qalıb polis əməkdaşlarını gözləmişdir. Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün ona dərmanlar almaq üçün təxminən 500 manat məbləğində pul xərcləmiş və Aslana müalicəsinin aparılması üçün 85 və 110 manat məbləğində nağd pul vermişdir. O özü baş vermiş yol nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almamışdır. O yolun ortasında hərəkətə başlamamış üzərinə gələn “Yamaha SZ-RP V 2” markalı, 99-b-259 nömrəli motosikli təxminən 25-30 metr məsafədən təxminən 50 km/s surətdən bir az cox surətlə hərəkət etdiyini görmüş, lakin sola dönmə əmliyyatını daha cəld həyata keçirə biləcəyini düşünmüş və buna görə avtomobili hərəkətə gətirərək yolun əks istiqamətinə çıxartmış və həmin vaxt idarə etdiyi avtomobilin sağ yan qapısına qarşıdan gələn motociklet toqquşmüşdur. İdarə etdiyi avtomobilin surəti təximən 3-5 km/s olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı o, spirtli içki və digər vasitələrdən istifadə etməmiş, tam ayıq vəziyyətdə olmuşdur. Baş vermiş yol-nəqliyyat hadiəsi zamanı idarə etdiyi avtomobili saxlayıb sol istiqamətə dönmə əməliyyatı aparmamışdan əvvəl “Yamaha SZ-RP V 2“ markalı, 99-B-259 nömrəli motosikldən əvvəl əks istiqamətədə hərəkət edən 30 saylı xətt avtobusu keçdikdən sonra onun ardı ilə hərəkət edən motosikili təxminən 25 metr məsafədən görsə də həmin vaxt yol tam boş olduğu üçün motosikili dayandığı yerdən görmə məsafəsi təxminən 60-70 metr olmuşdur. Lakin həmin motosikl ona yaxınlaşdıqdan sonra təxminən 10-15 metr qalmış ona diqqət yetirib idarə etdiyi avtomobillə sol istiqamətə hərəkətə başlayarkən, hadisə baş vermişdir. Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsindən sonra o, zərərçəkmiş şəxsin ilkiin müalicəsi üçün 500 manat məbləğində ödəniş etdiyini və zərərçəkmiş şəxs sığorta şirkətindən 1500 manat məbləğində pul aldığını, hazırda zərərçəkmiş şəxsə əlavə olaraq hər hansı bir məbləğdə köməklik etməyə maddi imkanının olmadığını, zərərçəkmiş şəxslə barışıq üçün cəhdlər göstərdiyini və himayəsində iki azyaşlı uşağının olduğunu qeyd edərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “Yamaha SZ-RR V 2” markalı, 99-B-259 dövlət qeydiyyat nişanlı motosikli və həmin motosikli idarə etmək üçün ABC kateqoriiyalı sürücülük vəsiqəsi vardır. 18 sentyabr 2020-ci il tarixdə saat 11:00 radələrində idarə etdiyi “Yamaha SZ-RR V 2” markalı, 99-B-259 dövlət qeydiyyat nişanlı motosikllə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə üzü Hacı Zeynalabdin qəsəbəsi istiqamətində 50 km/saat surətlə hərəkət edən zaman “Esmira” şadlıq sarayının qarşısında əks istiqamətdən gələrək sola dönmə əməliyyatı etmək istəyən Vaz 21074 minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil onun keçməyini gözləməmiş və hərəkətini davam etdirdiyi üçün onunla toqquşaraq xəsarət almışdır. Xəsarət aldıqdan sonra Sumqayıt şəhəri TTYX-da müalicə alsa da sürücü sağalmağını bərpa etmək üçün yalnız ona ilkin müalicə xərci kimi 400 manata yaxın məbləğdə köməklik etmiş, sonra isə heç bir köməklik etməmiş, buna görə də onunla barışmamışdır. Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmədiyi üçün sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 18 sentyabr 2020-ci il tarixdə qohumu Təqsirləndirilən şəxsla ona məxsus “Vaz-2107 markalı” avtomobillə Sumqayıt şəhəri istiqamətində hərəkət edərək “Esmira” şadlıq sarayının yaxnlığından keçdikləri vaxt Mehman avtomobili şadlıq sarayın yanında saxladıqdan sonra sol tərəfə dönərkən sağdan gələn Yamaha markalı motosikl Mehmanın idarə etdiyi avtomobilin sağ yan qapısına çırpılmışdır. Baş vermiş hadisədən sonra onlar avtomobildən dərhal düşmüş və motosikletin sürüsünün yerə yıxıldığını görmüşlər. Dərhal motosikletin sürücüsünü yerdən qaldırmağa cəhd etmiş və təcili tibbi yardım çağırmışdır. Lakin, təcili tibbi yardım avtomobili gec gələcəyi üçün orada olan tanışlarına məxsus avtomobillə adını sonra bildiyi Aslanı Sumqayıt şəhər xəstəxanasına aparmışdır. Orada Aslana tibbi yardım göstərilmiş və Aslanın müalicəsi üçün 1000 manata yaxın pul xərcləmişlər. Aslanı xəstəxanaya apardığı vaxt qohumu Mehman yol-nəqliyyat hadisəsi yerində qalmışdır. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Vaz” 2107 markalı avtomobildə Mehmandan və özündən başqa heç kəs olmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 22.09.2020-ci il tarixli, 1168 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağdakı xəsartələr vardır : qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gicgah sümüyü, almacıq sıxıntısının yerdəyişməyən sınığı, sol gicgah nahiyyəsinin yumşaq toxumalarının əziyi, sağ dizin cırılmış yarası, alt cənənin əzilmiş yarası. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmşdırlar, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərəçəkənin Sumqayıt şəhər, TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 18.09.2020-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 8/1902 saylı 26 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz-21074 ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində “Yol hərəkəti haqqında” Azırbaycan Respublikası Qanunun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunusuluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənərə əsasən: Hərəkət üçün təhlükə yaranan anda Yamaha SZ-RR V2 markalı, 99 B 259 dövlət qeydiyyat nişanlı motosikletin toqquşma yerindən 31.3 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbayacn Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Yamaha SZ-RR V 2 markalı 99 B 259 dövlət qedyiyyat nişanlı motosikletin toqquşma yerindən 31,3 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs hərəkətlərində “ Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəninn qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt şəhər Rayonlararası Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 18 sentyabr 2020-ci il tarixli, 5304 saylı aktından görünür ki, X5 (18.09.2020ci il tarixdə) alkoqol sərxoşluğu əlaməti olmamışdır. İş materiallarından görünür ki, X6 adına 23.10.2014-cü il tarixdən 23.10.2024-cü il tarixədək qüvvədə olan AE213703 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. ADN seriyalı 436791 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21074 minik markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. Sumqayıt şəhər 4 saylı notariat ofisinin notariusu X2 tərəfindən 08.07.2020-ci il tarixdə təsdiq edilmiş ƏN-Vİİ № 320737 “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, X7 VAZ 21074 minik markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair idarə etmək hüququnu 15.03.2021-ci ilədək X9 etibar etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X6 əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, X6 əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs X6 şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnaməsindən görünür ki, X12 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12.11.2020-ci il tarixdə verilmiş 346 nömrəli arayışdan görünür ki, X6 himayəsində iki azyaşlı uşaqları-15.06.2018-ci il təvəllüdlü X16 və 21.10.2019-cu il təvəllüdlü X13 vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.11, və 59.1.14-cü maddələrinə əsasən təqsirləndirilən şəxs X6 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasılna yönələn hərəkətini, zərərçəkmiş şəxsin ilkin müalicə xərclərini ödəməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə X6 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə X9 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. X6 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 100 (bir yüz) manat X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs X6 hüquqlarını müdafiəsi üçün vəkil X15 10 (on) saat iştirak etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən X6 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 25.01.2021-ci il tarixli (iş № 1(060)-139/2021) qərarını icra edərək, 27.01.2021-ci il tarixli 37 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli X6 cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. X6 üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki fərdi evi tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası X6 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. X6 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat X4 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən X9 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən təqsirləndirilən şəxs X9 ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar