Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-139/2024 28.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 154/2023 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, axşam saatlarında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə yaşadıqları ünvan 2 ünvanında ailə-məişət zəmnində aralarında baş verən mübahisə zamanı sonuncunu sillə zərbəsi ilə qəsdən vuraraq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 13 il olar Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən bir qız və bir oğlan övladları dünyaya gəlmişdir. Evlilik dövründə dəfələrlə aralarında mübahisələr olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axşam saatlarında işdən evə gələn zaman həyat yoldaşı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsilə dəfələrlə əlaqə saxlasa da, nömrəsinin əngəlləndiyinin şahidi olmuşdur. Bundan sonra evə gəlmiş, evə girən zaman Zərərçəkmiş şəxs mətbəxdə oturaraq telefonla danışmışdır. Onu görən zaman Zərərçəkmiş şəxs oturduğu yerdən ayağa durmuş və o, ondan telefonunu ona verməsini istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs telefonu ona verməkdən imtina etmiş və telefonda anası ilə olan danışıqlarını siləcəyini demişdir. Bundan sonra o, onu yerə yıxaraq məcburiyyət qarşısında telefonu əlindən almışdır. Bunu eləməyinin səbəbi kiminlə danışmasının ona maraqlı olması olmuşdur. Telefonu götürüb qonaq otağına keçdikdə Zərərçəkmiş şəxs cibindən telefonu götürərək hamama girmişdir. Bundan sonra evdə uşaqlar olduğu üçün daha məsələni uzatmamışdır. Təxminən 05 (beş) dəqiqə sonra hamamdan çıxaraq telefonu ona vermişdir. Onun telefonda olan mesajları silmək istəməsi onda şübhə yaratmış və əsəbləşib sillə zərbələri ilə sifətindən vurmuşdur. Evdə uşaqlar olduğu üçün 5-6 sillə zərbəsi vurduqdan sonra dayanmışdır. Bundan sonra Zərərçəkmiş şəxs qardaşına telefonda olan ismarıcları silməsi, ona göstərməməsi barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yuxudan durduqdan sonra uşaqları götürüb anasının yaşadığı evə getməsini tələb etmiş və həmin tarixdən də Zərərçəkmiş şəxs evi tərk edərək getmişdir. Himayəsində 02 (iki) azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şikayət verən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 13 il olar Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən bir qız və bir oğlan övladları dünyaya gəlmişdir. Evli olduğu dövrlər ərzində Təqsirləndirilən şəxs ilə aramızda dəfələrlə mübahisələr olmuş, bu dövr ərzində Təqsirləndirilən şəxs bir dəfə də olsun evin problemləri ilə maraqlanmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axşam saatlarında istifadə etdiyi telefonda nömrəsinin əngəllənməsinə görə Təqsirləndirilən şəxs evə gələrək mübahisə yaratmış, o də istəyərəkdən əngəlləmədiyini, telefonunun qızlarında olduğunu, onun bilmədən edə biləcəyini demişdir. Bundan sonra yumruq və şillə zərbələri ilə başından və sifətindən zərbələr vuraraq onu vurmuş, sonra onu yerə yıxaraq yerdə də bədəninin müxtəlif nahiyyələrindən vuraraq döymüşdür. Döyən zaman ağzından qan gəlmiş və dişi qırılmışdır. Daha sonra uşaqları ilə birlikdə onu evdən qovmuşdur. Bundan sonra o, sosialdan aldığı müavinətin kartı onda olduğu üçün evdən çıxdıqdan sonra kart onun adına olduğu üçün kartı dəyişdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona “Whasapp” platformasında səs formasında ismarıc göndərərək kartı geri qaytarmağını istəmişdir. Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək sonuncunun barəsində qanunamüvafiq cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1943 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: üst çənədə İ-İİ kəsici dişlərin tac hissəsinin sınığı, üst dodağın orta hissəsinin selikli qişasının səthi yarası. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-1,5 ay əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 367 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 4707 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan 3 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 3 saylı MKS tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 02 (iki) azyaşlı uşaq vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-154/2023 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-154/2023 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı bir şəxsi iş Sumqayıt şəhər Probasiya şöbəsinin icraatına daxil olmamışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin təsiri altına düşür, yəni residiv kimi nəzərə alınmır, lakin Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarından müəyyən edildi ki, “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-154/2023 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-154/2023 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmo qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Eyni zamanda zərərçəkmiş şəxs X1 olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatçılıq gətirəri digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxs qadağan edilsin. Hökmün icrası başa çatanadək (uşaqlarla bağlı yeni məhkəmə qərarı olmadıqda) Təqsirləndirilən şəxs uşaqları xx.xx.2013-cü il təvəllüdlü X6 oğlu və xx.xx.2016-cı il təvəllüdlü X2 ilə ünsiyyət yaratmaq istəyi Sumqayıt şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası vasitəsi ilə təmin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs X3 izah edilsin ki, təqsirləndirilən şəxsin üzərinə əlavə vəzifə olaraq onunla hər hansı qaydada ünsiyyət qurmaq qadağası özünün və uşaqlarının Təqsirləndirilən şəxs ilə görüş hüququnu məhdudlaşdırmış istəyi olduğu təqdirdə hökmün icrasına nəzarət edən orqanı yazılı və ya şifahi məlumatlandırmaqla hər zaman ünsiyyət yarada bilər. “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “ŞİMAL” Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-139/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-139/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver