Məhkəmə qərarları › İş №1(060)-14/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-14/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-14/2022 18.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçının nümayəndəsi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X5, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Rusiya Federasiyasında, Kalininqrad vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Neftçala rayonu, Sübh kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1., 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 23 mart 2021-ci il tarixdə saat 09:00-da Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş, 1 ədəd rezin kombinezondan istifadə edərək dənizə girib uzunluğu 50 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd toru suda qurmuş və 24 mart 2021-ci il saat 12:10-dək hər biri 11 manat olmaqla 35 ədəd kefal və 67 ədəd külmə balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1122 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 12:10-da sahilə çıxarkən X9 İdarəsinin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı ondan 1 ədəd rezin kombinezon, uzunluğu 50 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor, 35 ədəd kefal və 67 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 23 mart 2021-ci il tarixdə saat 09:00-da balıq tutmaq məqsədi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmiş və ona məxsus 1 ədəd rezin kombinezondan istifadə edərək dənizə girib jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 50 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm. olan 1 ədəd toru suda qurub evinə qayıtmışdır. 24 mart 2021-ci il tarixdə, saat 11:00-da yenidən Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlib, 1 ədəd rezin kombinezondan istifadə edərək dənizə girmişdir. Saat 12 radələrində Xəzər dənizində qurduğu toru yığarkən görmüş ki, çoxlu kefal və külmə balıqları tutmuşdur. Toru tutduğu balıqlarla birlikdə yığıb sahil istiqamətində hərəkət etməyə başlamışdır. Saat 12:10-da sahilə çıxarkən X9 idarəsinin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizindən torla balıq tutmaq üçün balıqovlama bileti yoxdur. Polis əməkdaşları dəvət edilmiş hal şahidlərinin iştirakı Xəzər dənizinə çıxmaq üçün istifadə etdiyi 1 ədəd rezin kombinezona, jılka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 50 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm. olan 1 ədəd tora və həmin balıqovlama vasitələri ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutduğu 35 ədəd kefal və 67 ədəd külmə balıqlarına baxış keçirib həmin balıqovlama vasitələrini və balıqları götürmüşlər. Sonra baxışın nəticəsi olaraq protokol tərtib edilmiş, həmin protokolu o və digər tədbir iştirakçılar imzalamışlar. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizindən torla balıq tutmanın qadağan edildiyini, yəni bunun cinayət olduğunu bilirmiş, lakin başqa çıxış yolum olmadığından ailəsinə qida əldə etməkdən ötrü həmin cinayəti törətməyə məcbur olmuşdur. Əməlindən peşmandır, mülki iddianı qəbul edir, imkanı olanda ödəyəcəkdir, amma hazırda ödəmək imkanı yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X9 İdarəsinin Sumqayıt xətt polis məntəqəsinin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 24 mart 2021-ci il tarixdə X9 idarəsinin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 50 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 35 ədəd kefal və 67 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 35 ədəd kefal və 67 ədəd külmə balıqlarını 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 50 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə rəsmi icazəsi olmadan Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmağa onun rəsmi icazəsi yoxdur və heç vaxt olmamışdır. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadələr verərək göstərilən xüsusatları təsdiq etdi. Şahid qismində dindirilən X9 İdarəsinin Sumqayıt Xətt Polis Məntəqəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis baş-leytenantı Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 24 mart 2021-ci il tarixdə X9 İdarəsinin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etmişlər. Həmin gün ona məlum olmuş ki, saat 12 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 50 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 35 ədəd kefal və 67 ədəd külmə balıqları aşkar edilərək götürülmüşdür. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib protokol tərtib edilmişdir. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 35 ədəd kefal və 67 ədəd külmə balıqlarını 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 50 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar X9 İdarəsinin Sumqayıt xətt polis məntəqəsinin əməkdaşları tərəfindən götürülmüşdür. Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Mülki iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X8 məhkəmədə çıxış edərək cinayət işi ilə bağlı mülki iddianın təmin olunmasını və 1122 manat məbləğində dəymiş ziyanın Təqsirləndirilən şəxs tutulmasını un xahiş etdi. Cinayət işi materiallarında olan «Baxış keçirilməsi haqqında» 24.03.2021-ci il tarixli protokoldan görünür ki, 24 mart 2021-ci il tarixdə saat 12:00 radələrində X9 İdarəsinin Sumqayıt Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birgə ekoloji cinayətləri qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizindən şəxsiyyəti sonradan müəyyən edilmiş xx.xx.1992-ci ildə Rusiya Federasiyasının Kalininqrad vilayətində anadan olmuş, Neftçala rayonu, Sübh kəndində pasport qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz balıq tutmasını görüb onu saxlamışlar. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 50 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 35 ədəd kefal və 67 ədəd külmə balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür götürülmüşdür. (i.v. 4) Cinayət işi materiallarında olan 24 mart 2021-ci il tarixli qəbzdən görünür ki, X9 İdarəsinin Sumqayıt Xətt Polis Məntəqəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis baş-leytenantı Şahid1 24.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 50 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş toru müvəqqəti saxlamaq üçün qəbul etmişdir. (i.v. 8) Cinayət işi materiallarında olan 24.03.2021-ci il tarixli qəbul aktından görünür ki, "xxxx" MMC X9 İdarəsinin Sumqayıt Xətt Polis Məntəqəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis baş-leytenantı Şahid1 təqdim etdiyi ümumi 11 kq olan, 35 ədəd kefal və 67 ədəd külmə balıqlarını məhkəmə hökmünədək saxlamaq üçün qəbul etmişdir. (i.v. 9) Cinayət işi materiallarında olan 31.03.2021-ci il tarixli Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, balıq ehtiyatlarına vurulan ziyan ümumilikdə 1122 (bir min yüz iyirmi iki) manat təşkil edir. (i.v. 16-17) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Departamentinin 23.04.2021-ci il tarixli iddia ərizəsindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vətəndaş Təqsirləndirilən şəxs barəsində 1122 (bir min yüz iyirmi iki) manat məbləğində iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsindən cavabdehin həmin məbləği iddia ərizəsində qeyd olunan hesablaşma hesabına köçürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi xahiş edilmişdir. (i.v. 45- 46) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin 21/169 saylı 06.04.2021-ci il tarixli məktubundan görünür ki, 06.04.2021-ci il tarixə kimi Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. (i.v. 30) İşdə olan 08.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.02.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddəsi ilə 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəza çəkmə müddətinin əvvəli 22 sentyabr 2016-cı il tarixdən hesablanmışdır. 22.11.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.34-40) Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsindən görünür ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən iki il keçdiyi üçün məhkumluğu ödənilmişdir. Ona görə də, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Cinayət işi materiallarında olan «Baxış keçirilməsi haqqında» 24.03.2021-ci il tarixli protokoldan görünür ki, baxış nəticəsində 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 50 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 35 ədəd kefal və 67 ədəd külmə balıqları müəyyən edilmişdir. Cinayət işi materiallarında olan maddi sübut kimi tanıma və cinayət işinə əlavə etmə haqqında 01.04.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 24.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 50 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 35 ədəd kefal və 67 ədəd külmə balıqlarının maddi sübut kimi tanınması, balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün 24 mart 2021-ci il tarixli qəbul akt ilə "xxxx" MMC-nin direktoru X4 təhvil verilməsi, həmçinin, balıqovlama vasitələrinin isə X9 İdarəsinin Sumqayıt Xətt Polis Məntəqəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis baş-leytenantı Şahid1 saxlanılmasının nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan 2 nömrəli klinik psixiatriya xəstəxanasının 08.04.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir.(i.v 33) İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin 09.04.2021-ci il tarixli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir.(i.v 41) İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” X10 3499 saylı, 24.04.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb.(i.v 56) İş materiallarında olan Neftçala Rayon İHB-nin Yenikənd kənd İƏDÜN-sinin 20.05.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 73) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs tutduğu əməldən peşman olması və barəsində onu müsbət xarakterizə edən xasiyyətnamənin verilməsi məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, yuxarıda qeyd olunan halların məcmusunu nəzərə almaqla işin faktiki hallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Cinayət işi üzrə maddi sübut hesab edilmiş X9 İdarəsinin Sumqayıt Xətt Polis Məntəqəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis baş-leytenantı Şahid1 verilmiş 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 50 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor cinayətin aləti olduğu üçün müsadirə edilib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təhvil verilməlidir. Maddi sübut kimi tanınaraq məhkəmə hökmünədək saxlamaq üçün "xxxx" MMC-yə təhvil verilmiş ümumi çəkisi 11 kq olan 35 ədəd kefal və 67 ədəd külmə balıqları müsadirə edilməli və satılaraq dəyəri dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia-1122 (bir min yüz iyirmi iki) manat məbləğində pul təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə tutulmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəksin və cəzasının əvvəli hökm icra olunduğu andan hesablansın. Hökmün icrası Neftçala Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut hesab edilmiş X9 İdarəsinin Sumqayıt Xətt Polis Məntəqəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis baş-leytenantı Şahid1 verilmiş 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 50 metr, eni 4 metr, gözlərinin ölçüsü 32x32 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor cinayətin aləti olduğu üçün müsadirə edilib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təhvil verilsin. Maddi sübut kimi tanınaraq məhkəmə hökmünədək saxlamaq üçün "xxxx" MMC-yə təhvil verilmiş ümumi çəkisi 11 kq olan 35 ədəd kefal və 67 ədəd külmə balıqları müsadirə edilsin, satılaraq dəyəri dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia-1122 (bir min yüz iyirmi iki) manat məbləğində pul təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə tutulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 120 (bir yüz iyirmi) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun nəfinə köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB**********2500366125 VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar