Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-14/2025 11.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Cəlilabad rayonu, Sadatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Sadatlı kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 7-ci məhəllə, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını təkrarən ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyətinə keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 guya işlədiyi hərbi hissədə gizir vəzifəsinə işə götürülməsinə köməklik edəcəyinə dair yalan vədlər verib inandıraraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 20 Yanvar dairəsi adlanan ərazidə aldığı 1250,0 manat, xx.xx.2023-cü il tarixdə özünə məxsus olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi 4169-7388-2148-0138 nömrəli hesab nömrəsinə sonuncunun Xocavənd rayonu, Hadrut qəsəbəsində yerləşən “Bolmart” marketin daxilində quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 250,0 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Murad” marketin daxilində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə göndərdiyi 400,0 manat, Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanından özünə məxsus 416973******1082 nömrəli hesab nömrəsindən Təqsirləndirilən şəxs məxsus hesab nömrəsinə xx.xx.2023-cü il tarixdə göndərdiyi 1000,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan həmin hesab nömrəsinə göndərdiyi 400,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan həmin hesab nömrəsinə göndərdiyi 100,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan həmin hesab nömrəsinə göndərdiyi 50,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan həmin hesab nömrəsinə göndərdiyi 100,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan həmin hesab nömrəsinə göndərdiyi 300,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan həmin hesab nömrəsinə göndərdiyi 100,0 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “24 Saat” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 200,0 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “24 Saat” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 300,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan özünə məxsus hesab nömrəsindən göndərdiyi 400,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan özünə məxsus hesab nömrəsindən göndərdiyi 400,0 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubad küçəsində quraşdırılmış “mpay" ödəmə terminalı vasitəsi ilə göndərdiyi 150,0 manat, xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ Dükan” adlı marketdə quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 250,0 manat, xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubad küçəsində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 247,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan özünə məxsus hesab nömrəsindən göndərdiyi 50,0 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Murad” adlı marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 700,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan özünə məxsus hesab nömrəsindən göndərdiyi 60,0 manat pulu, ümumilikdə 6.707 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə vahid niyyətlə tanışı X4 hərbi dəftərxanaya işə düzəldilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldararaq, həmin işin görülməsi müqabilində Cahan Nəcməddinovadan 04 may 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən “Kəpəz” hospitalın yaxınlığında 2.000 manat, 14 may 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən “Rahat” marketin içərisində 500,0 manat pulu alaraq, ümumilikdə 2500,0 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək zərərçəkmiş şəxs X4 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə vahid niyyətlə tanışı Zərərçəkmiş şəxs3 hüquq mühafizə orqanlarına texniki işçi vəzifəsinə düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldararaq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs3 təqdim etdiyi özünə məxsus 4169-7388-2148-0138 nömrəli hesab nömrəsinə sonuncunun xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində yerləşən “Araz” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 500,0 manat, xx.xx.2023-cü il tarixdə həmin ünvanda yerləşən terminaldan göndərdiyi 1500,0 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “Araz” marketin daxilində quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 400,0 manat və xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində yerləşən "Araz” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1300,0 manat, ümumilikdə 3700,0 manat məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxs X5 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə vahid niyyətlə tanışı Zərərçəkmiş şəxs4 Əlisəfa qızına dövlət orqanına işə düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldararaq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs4 təqdim etdiyi özünə məxsus 4169-7388-2148-0138 nömrəli hesab nömrəsinə sonuncunun xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mirkorayon ərazisində yerləşən “Gövhər” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 450,0 manat, xx.xx.2023-cü il tarixdə həmin ünvanda yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 150,0 manat, ümumilikdə 600,0 manat məbləğində pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs4 Əlisəfa qızına maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə vahid niyyətlə tanışı Zərərçəkmiş şəxs5 hüquq mühafizə orqanlarına texniki işçi vəzifəsinə düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldararaq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Kristal Abşeron yaşayış kompleksinin qarşısında 700,0 manat, xx.xx.2023-cü il tarixdə isə həmin ünvanda 200,0 manat pulu alaraq, ümumilikdə 900,0 manat məbləğində pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hazırda tək yaşayır, valideynləri isə Cəlilabad rayonu, Sadatlı kəndində yaşayırlar. 2012-ci ilin iyul ayından 2022-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsində işləmişdir. 2022-ci il tarixdə ona rəhbərlik tərəfindən iş yerinin dəyişdirilməsi təklif edildiyindən özü könüllü olaraq ərizə yazıb ordu sıralarından xaric olunmuşdur. İşsiz olduğu dövrdə maddi sıxıntılar yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs1, X6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Əlisəfa qızı və Zərərçəkmiş şəxs5 onun barəsində etdikləri şikayətlə tanış olmuşdur. Həmin şəxslərin ərizələrində göstərdikləri xüsusatlar doğrudur. Belə ki, 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri 20 Yanvar dairəsi adlanan ərazidə tanış olmuşdur. Tanışlıq zamanı Vüsalə ona işindən narazı olduğunu bildirib, ona işə düzəlməsinə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O Vüsaləyə dövlət orqanlarında işləyən tanışlarının olduğunu deyib həmin şəxslərin köməkliyi ilə onu hüquq-mühafizə orqanlarına texniki işçi vəzifəsinə düzəldə biləcəyini demişdir. Niyyəti Vüsalənin pulunu ələ keçirib borclarını ödəmək, ən qısa zaman ərzində iş tapıb işləyərək Vüsalənin pulunu geri qaytarmaq olmuşdur. Vüsalə ondan görüləcək işin müqabilində hansı məbləğdə pul ödəməli olacağını soruşduqda o, Vüsaləyə cəmi 5.000 manat müqabilində işin düzələ biləcəyini demişdir. Hətta vəd vermişdir ki, işlədiyi yerdə əmək haqqısı 1.000 manatdan artıq olacaq. Vüsaləni aldadıb ondan ümumilikdə 6.700 manat pul almışdır. Belə ki, həmin pulun bir qismini Vüsalə ona əlbəəl vermiş, bir qismini öz adına olan kart hesabına göndərmiş, digər qismini isə dostu Elxanın adına olan kart hesabına göndərmişdir. Lakin, Elxanın onun etdiklərindən ümumiyyətlə məlumatı olmamış, Elxanın kartı 2021-ci il tarixdən onda olmuşdur. Vüsalə ona pulları verdikdən sonra demək olar ki, hər gün zəng edib işinin nə yerdə olduğunu soruşurmuş. O, ilk əvvəllər Vüsaləyə işin qısa müddət ərzində düzələcəyini desə də, sonradan artıq Vüsalə ona inanmamağa başlamış və ondan pullarını geri tələb etmişdir. Lakin, onun əlində nağd pul olmadığından Vüsaləyə olan borcunu qaytara bilməmiş və məcbur qalıb Vüsalədən qaçmağa başlamışdır. Beləliklə, Zərərçəkmiş şəxs1 onu işə düzəltmə adı ilə 6.700 manat pul aldığını və qısa müddət ərzində həmin pulu qaytaracağını söz vermişdir. Bundan başqa, o, 2023-cü ilin may ayında X6 ilə tanış olmuşdur. Söhbət əsnasında Cahan Nəcməddinova onu işə düzəldə bilib bilməyəcəyini soruşduqda o, Cahana uzun müddət hərbidə işlədiyini deyib, hərbidə gördükləri barəsində ona yalanlar danışıb etibarını qazanmış və onu hərbi kitabxanaya işə düzəldə biləcəyini demişdir. Cahan ona inanmış və həqiqətən da onu işə düzəldəcəyini düşünmüşdür. Cahan ondan görəcəyi işin müqabilində hansı məbləğdə pul ödəməli olacağını soruşduqda, o, Cahana 3.000 manat pula gərək olacağını demiş və Cahan onunla razılaşmışdır. 2023-cü ilin may ayının 4-də Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən “Kəpəz” hospitalın yaxınlığında Cahanla görüşüb ondan 2.000 manat pul almışdır. Qalan 1.000 manat pulu göndərməsi üçün ona özünə məxsus olan 4169-7388-2148-0138 nömrəli hesab nömrəsini vermişdir. Həmin gün Cahan onun hesab nömrəsinə 500,0 manat pul göndərib cəmi 2.500 manat pul verə biləcəyini demiş və xahiş etmişdir ki, həmin məbləğlə razılaşsın. O, Cahanla razılaşıb göndərdiyi 2.500 manat pulun qarşılığında onun işə düzəlməsinə köməklik edəcəyini desə də, bununla bağlı əlində hər hansı səlahiyyət, o cümlədən belə bir səlahiyyətə malik tanışı olmamışdır. Cahan bir müddət sonra ona işi ilə bağlı suallar verməyə başlamışdır. Eyni qaydada Cahanı aldadıb qısa müddət ərzində işin düzələcəyini bildirsə də, üzərindən müəyyən müddət keçdiyindən artıq Cahan onu aldatdığını başa düşüb pulunu geri tələb etməyə başlamışdır. İlk əvvəl Cahana hər hansı ödəniş edə bilsə də, hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra ona olan borcunu, yəni 2.500 manat pulu tam şəkildə geri qaytarmışdır. Hətta sonra Cahan ölkə hüdudlarını tərk edərək Türkiyə Respublikasına getmişdir. Bundan başqa, 2023-cü ilin avqust ayında Bakı şəhəri 20 Yanvar dairəsi adlanan ərazidə yerləşən şirniyyat dükanında Zərərçəkmiş şəxs3 ilə tanış olmuşdur. Bir neçə dəfə həmin yerə getdikdən sonra Aynurla aralarında münasibət yaranmış və o bilərəkdən Aynura işi ilə bağlı suallar verməyə başlamışdır. Aynur iş yükü və saatının çox olduğunu, qazancın özünə yetmədiyini deyib iş yeri axtardığını bildirmişdir. O, Aynura əvvəllər Müdafiə Nazirliyində çalışdığını və bu səbəbdən xeyli sayda əlaqələrinin olduğunu demiş, istəyəcəyi təqdirdə onu hüquq-mühafizə orqanlarından birinə texniki işçi vəzifəsinə işə götüzdürə biləcəyini bildirmişdir. Aynur tərəddüd etmədən onunla razılaşmış və ondan hansı məbləğdə pul ödəməli olacağını soruşmuşdur. O, Aynura 5.000 manat ödəyəcəyi təqdirdə onu işlə təmin edəcəyini dedikdə Aynur həmin məbləğin çox olduğunu bildirmiş, yekunda o, Aynurla 3.700 manata razılaşmışlar. O, Aynura pulu ödəyə bilməsi üçün özünə məxsus kart hesabını təqdim etmişdir. Aynur xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində onun kart hesabına 3.700 manat pul göndərmiş, o, isə həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Aynur bir müddət sonra pulunu geri tələb etsə də, Aynura ödəniş edə bilməmişdir. Və sonda Aynur onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs4 Əlisəfa qızı ilə 2023-cü ilin oktyabr ayında tanış olmuşdur. Zərərçəkmiş şəxs4 həmin vaxt Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Gövhər” marketdə satıcı işləmişdir. Söhbət əsnasında Yaqut onu normal işlə təmin edə bilib-bilməyəcəyini soruşmuş, o isə digər qadınlara etdiyi təklifi Yaquta da edib, görəcəyi işin müqabilində ondan 3000 manat pul istəmişdir. Yaqut isə pulunun olmadığını, cəmi 600 manat ödəniş edə biləcəyini demişdir. O, həmin pul əldən çıxmasın deyə Yaqutla razılaşıb ona öz hesab nömrəsini vermişdir. Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdə həmin hesab nömrəsinə 450 manat, xx.xx.2023-cü il tarixdə isə 150 manat olmaqla ümumilikdə 600 manat pul göndərmişdir. O həmin pulu öz ehtiyaclarına xərcləmiş, bundan sonra Yaqut ondan israrla işinin düzəlməsini tələb etmişdir. Yaqutu artıq aldada bilməyəcəyini başa düşdüyü üçün onun zənglərinə cavab verməməyə başlamışdır. Bundan sonra Yaqut onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Şikayətdən sonra o, Zərərçəkmiş şəxs4 olan borcundan 400,0 manatını, daha sonra isə 200 manatı geri qaytarmışdır. O, Yaquta dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs5 ilə də 2023-cü ilin oktyabr ayında tanış olmuşdur. Gülər ona işsiz olduğunu dediyi üçün ona hüquq - mühafizə orqanlarına işə düzəlməyi təklif etmişdir. Gülər onunla razılaşdığı üçün xx.xx.2023-cü il tarixdə sonuncunun yaşadığı Sumqayıt şəhəri, Kristal Abşeron yaşayış kompleksinin qarşısında Gülər ona 700,0 manat, bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə isə həmin ünvanda 200,0 manat pul vermiş, o həmin pulları öz ehtiyaclarına sərf etmişdir. Bundan sonra digər zərərçəkənlər kimi Zərərçəkmiş şəxs5 da ondan şikayət etmiş və o, Gülərə olan 900,0 manat borcunu tam geri qaytarmış, ona dəymiş ziyanı ödəmişdir. O, əməlindən peşman olduğunu, azadlıqda olarsa vurulmuş ziyanı 3 ayadək ödəyəcəyini, qeyd edilənlərin nəzərə alınaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 bildirmişdir ki, 2023-cü ilin oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsi adlanan ərazində Anar adlı şəxslə tanış olmuş, daha sonra onunla qeyri-rəsmi evlilik münasibətləri yaranmışdır. Anar tərəfindən ona heç bir ziyan dəymədiyi, Anara verdiyi pulu tam şəkildə olmaqla geri aldığını, Anara qarşı heç bir şikayətinin və tələbinin olmadığını, vaxt verildiyi təqdirdə digər zərərçəkənlərə dəymiş ziyanı hissə-hissə ödəyəcəyini, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə göstərilmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında votsap tətbiqi vasitəsilə video görüntülü dindirilən Zərərçəkmiş şəxs4 Əlisəfa qızı bildirmişdir ki, o, 12 oktyabr 2023-cü il tarixdə təsadüfən Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar adlanan ərazidə Anar adlı şəxslə tanış olmuşdur. Belə ki, o, Sumqayıt şəhərinə gəlmək üçün taksiyə minmiş və Anarın həmin taksinin sürücüsü olmuşdur. Söhbət əsnasında Anar ona yaxın qohumunun yüksək vəzifədə çalışdığını, həmin şəxsin köməkliyi ilə onu dövlət orqanına işə düzəldə biləcəyini söyləmişdir. O, Anara 650 manat məbləğində pul vermiş, lakin, sonradan Anar ona dəymiş ziyanı ödəmiş, pulunu qaytarmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs4 Əlisəfa qızı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ona ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Məhkəmə iclasında votsap tətbiqi vasitəsilə video görüntülü dindirilən zərərçəkmiş şəxs X2 nümayəndəsi Zərərçəkmiş şəxs2 bildirmişdir ki, X6 onun bacısıdır. Cahan Nəcməddinova xx.xx.2023-cü il tarixdə işləmək məqsədi ilə Türkiyə Respublikası İstanbul şəhərinə getmişdir. X7 2022-ci il tarixdə Anar adlı şəxslə tanış olmuş, həmin şəxs ona dövlət orqanına işə qəbul olunmasına dair yalan vədlər vermişdir. Anar ümumilikdə bacısına məxsus 2.500 manat pul vəsaitini ələ keçirmişdir. Cahan polisə şikayət vermiş və bundan sonra Anar 2.500 manat pulu Cahana geri qaytarmışdır. Bacısına dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayətləri olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs X2 nümayəndəsi Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsə qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Anası onkoloji xəstə, oğlu isə xroniki astma xəstəliyindən əziyyət çəkir. Onun işlədiyi müəssisədə işi ağır olduğu üçün o, iş yerini dəyişmək qərarına gəlmişdir. 2023-cü ilin mart ayında Bakı şəhəri, 20 Yanvar dairəsində yerləşən “Velotrek” adlanan ticarət mərkəzinə getmişdir. Niyyəti oradan maraqlanıb özünə əmək haqqısı yüksək, işi isə rahat olan bir iş tapmaq olmuşdur. Qeyd olunan ərazidə adını bilmədiyi, orta yaşlarında bir qadın ona adının sonradan Anar olduğunu bildiyi şəxsin mobil telefon nömrəsini verib, həmin şəxsin ona işə düzəlməsində kömək ola biləcəyini demişdir. O elə həmin gün Anara zəng edib işə düzəlmək istədiyini bildirmiş və ona kömək ola bilib-bilməyəcəyini soruşmuşdur. Anar isə elə telefon danışıqları zamanı ona yaxın qohumunun yüksək vəzifədə çalışdığını, özünün hərbiçi olduğunu deyib onu hərbi sistemdə işlə təmin edə biləcəyini bildirmişdir. O Anarla görüşüb daha ətraflı söhbət etdikləri zaman Anar ona işlədiyi hərbi hissənin təzə korpusunun tikilib istifadəyə verildiyini, həmin korpusda qadınlarında da çalışacağını, artıq bir neçə qadının namizədliyini irəli sürüb müsbət cavab da aldığını deyib onu da həmin işə düzəldə biləcəyini bildirmiş, o, işinin nədən ibarət olacağını və əmək haqqının hansı məbləğdə olacağını soruşduqda Anar işi işə başlayandan sonra öyrənəcəyini, əmək haqqının isə minimum 1000 manat olacağını bildirmişdir. O Anarla razılaşmış və görəcəyi işin müqabilində ona hansı məbləğdə pul ödəməli olacağını soruşmuşdur. Anar isə konkret hər hansı məbləğ deməyərək, işin gedişatında ortaya çıxacaq məsələlərin həlli ilə bağlı ona məlumat verəcəyini, problem yaranacağı təqdirdə isə problemin həlli üçün müəyyən məbləğdə pul ödəməli olacağını demişdir. O Anarla razılaşmış, çünki Anar ona ən çoxu 5.000 manat pulunun çıxacağını demişdir. İlk dəfə xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Anarla Bakı şəhəri, 20 Yanvar Dairəsi adlanan ərazidə görüşərkən Anar ondan ilkin olaraq 1250,0 manat pul almışdır. Həmin pulu o dövlət rüsumu ödəmək üçün ondan götürdüyünü bildirmişdir. Bundan sonra isə Anar ona həm özünə, həm də dostu Elxanın adına olan bank kartlarının 16 rəqəmli şifrəsini göndərib, hər dəfə lazım olacağı təqdirdə qeyd olunan hesablara pul göndərməli olacağını bildirmişdir. O həmin hesab nömrələrinə “million”, “e-manat”, “mpay” adlanan ödəmə terminallarından, həmçinin özümə məxsus bank kartlarından ümumilikdə 6.700 manat pul göndərmişdir. O, ilkin ərizəsində ona 7267 manat ziyan dəydiyini bildirsə də, sonradan dəymiş ziyanı hesabladığını və məbləğin 6700 manat olduğunu müəyyən etmişdir. Ödəmə terminallarından pul göndərməsi ilə bağlı çekləri cinayət işinin materiallarına əlavə edilməsi üçün istintaqa təqdim etdiyini bildirmişdir. Bundan sonra Anar ona işğaldan azad olunmuş ərazilərə ezam olunduğunu, işlərinin çox olması ilə əlaqədar onunla danışa bilməyəcəyini demişdir. O ilk əvvəl Anara inansa da, uzun müddətin keçməsi onda Anarın onu aldatması düşüncəsini yaratmışdır. O, yenidən Anara zəng edib verdiyi pulları geri qaytarmasını tələb etmiş, Anar isə ilk əvvəl ayrı-ayrı bəhanələrlə işin düzələcəyini desə də, son danışıqlar zamanı ona nə pul qaytaracağını, nə də onu işlə təmin edəcəyini demişdir. O da məcbur qalıb Anarın elədikləri barəsində polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs onu hərbiyə gizir vəzifəsinə işə düzəltmək adı ilə aldadaraq ümumilikdə ondan 6.700 manat pul almış, həmin puldan 1250,0 manatını o 2023-cü ilin mart ayının 28-də Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə Anarla görüşüb onun özünə vermiş, xx.xx.2023-cü il tarixdə Anara məxsus olan 4169-7388-2148-0138 nömrəli hesab nömrəsinə Xocavənd rayonu, Hadrut qəsəbəsində yerləşən “Bolmart” marketin daxilində quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə 250,0 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Murad” marketin daxilində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 400,0 manat, yaşadığı ünvan 3 ünvanından özünə məxsus 416973******1082 nömrəli hesab nömrəsindən Anara məxsus hesab nömrəsinə xx.xx.2023-cü il tarixdə 1000,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan həmin hesab nömrəsindən 400,0 manat, xx.xx.2023-cü il tarixdə həmin hesab nömrəsindən 100,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan həmin hesab nömrəsindən 50,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan həmin hesab nömrəsindən 100,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan həmin hesab nömrəsindən 300,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan həmin hesab nömrəsindən 100,0 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “24 Saat” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 200,0 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “24 Saat” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 300,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan özünə məxsus hesab nömrəsindən 400,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan özünə məxsus hesab nömrəsindən 400,0 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubad küçəsində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 150,0 manat, xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ Dükan” adlı marketdə quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 250,0 manat, xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubad küçəsində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 247,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan özünə məxsus hesab nömrəsindən 50,0 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Murad” adlı marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 700,0 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvandan özünə məxsus hesab nömrəsindən 60,0 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 500 manat məbləğində ödəniş edilmişdir. O, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini və şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizədə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 6700 manat məbləğində ziyandan 500 manat ödənildiyini, 6200 manat pul ödənilməli olduğunu, həmin pulu tələb etdiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə şirniyyat dükanında kassir işləyir. 500 manat məbləğində əmək haqqı alır. Lakin, gecə növbəsi olduğundan və iş saatı çox olduğundan iş yerini dəyişmək qərarına gəlmişdir. 2023-cü ilin avqust ayının sonlarında iş yerində Anar adlı şəxslə tanış olmuşdur. Həmin şəxs əvvəlllər hərbiçi olduğunu və bu səbəbdən yüksək vəzifəli hərbiçi dostlarının olduğunu demişdir. Həmin tanışlarının vasitəsilə bir neçə qadının hüquq mühafizə orqanlarına işə düzəlməklərində köməklik etdiyini bildirmişdir. O, Anara iş yükünün ağır, əmək haqqının isə az olduğunu deyib ona da işə düzəlməsində köməklik etməsini xahiş etmişdir. Anar görəcəyi işin müqabilində ondan 5.000 manat pul alacağını desə də, o, həmin pula gücünün çatmayacağını Anara bildirmişdir. Anar isə narahat olmamağını, onu normal bir işlə təmin edəcəyinə vəd vermişdir. Bundan sonra Anar bir neçə dəfə də onun işlədiyi yerə gəlmiş və sonuncu dəfə ondan pulları artıq ona vermə vaxtının yetişdiyini bildirmişdir. O, Anara əlində nağd pul olmadığını, hissə-hissə tapdıqca ona verə biləcəyini demişdir. Anar ona 4169-7388-2148-0138 nömrəli hesab nömrəsini verib, pulları həmin hesab nömrəsinə göndərməsini xahiş etmişdir. İlk dəfə xx.xx.2023-cü il tarixdə yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən “Araz” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsilə onun göndərmiş olduğu hesab nömrəsinə 500,0 manat, xx.xx.2023-cü il tarixdə həmin terminaldan 1000,0 manat, həmin gün yəni xx.xx.2023-cü il tarixdə təxminən yarım saat sonra eyni terminaldan 500,0 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “Araz” marketin daxilində quraşdırılmış “PashaPay” ödəmə terminalından 400,0 manat və xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində yerləşən “Araz” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalından onun hesab nömrəsinə 1300,0 manat pul göndərmişdir. Ümumilikdə o Təqsirləndirilən şəxs onu hüquq mühafizə orqanlarında işə düzəltməsi üçün 3.700 manat pul vermişdir. İlk əvvəl Təqsirləndirilən şəxs qısa müddət ərzində işlərin yekunlaşacağını və onun yeni işinə başlayacağını desə də, sonradan artıq zənglərinə cavab verməmiş, əlaqə saxlamaq mümkün olduqda isə min bir yalanla söhbətdən yayınmağa başlamışdır. O, Təqsirləndirilən şəxs onu aldadaraq 3.700 manat pul vəsaitini ələ keçirdiyini anladığı üçün məcbur qalıb onun barəsində polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs ələ keçirdiyi vəsaitini geri qaytarmasını tələb etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1-2) Zərərçəkmiş şəxs X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə Təqsirləndirilən şəxs onu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi adı ilə aldadıb 2500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə dair ərizə ilə müraciət etmiş, qeyd edilən müraciət xx.xx.2023-cü il tarixdə İdarəyə daxil olmuşdur.(i.v. 7) Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə Təqsirləndirilən şəxs onu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi adı ilə aldadıb 7267 manat məbləğində pul vəsaitini ələ keçirməsinə dair ərizə ilə müraciət etmiş, qeyd edilən müraciət xx.xx.2023-cü il tarixdə İdarəyə daxil olmuşdur.(i.v. 12) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****-0138 nömrəli kart hesabına Xocavənd rayonu, Hadrut qəsəbəsində yerləşən “PashaPay” ödəmə terminalı vasitəsi ilə 250,0 manat ödəniş edilmişdir. (i.v.15) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****-0138 nömrəli kart hesabına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 400 manat ödəniş edilmişdir. (i.v.16) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****-0138 nömrəli kart hesabına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “24 Saat” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 200,0 manat ödəniş edilmişdir. (i.v.17) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****-0138 nömrəli kart hesabına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “24 Saat” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 300,0 manat ödəniş edilmişdir. (i.v.18) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****-0138 nömrəli kart hesabına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubad küçəsində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 150 manat ödəniş edilmişdir. (i.v.19) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə, 4169-73**-****-0138 nömrəli kart hesabına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ Dükan” adlı marketdə quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 250 manat ödəniş edilmişdir. (i.v.20) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****-4323 nömrəli kart hesabına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubad küçəsində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 100 manat ödəniş edilmişdir. (i.v.21) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****4323 nömrəli kart hesabına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubad küçəsində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 47 manat ödəniş edilmişdir. (i.v.22) Qəbzdən görünür ki, 4169-73**-****-4323 nömrəli kart hesabına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubad küçəsində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 100 manat ödəniş edilmişdir. (i.v.23) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****-0138 nömrəli kart hesabına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Murad” adlı marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 700 manat ödəniş edilmişdir.(i.v.24) Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə Təqsirləndirilən şəxs onu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi adı ilə aldadıb 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə dair ərizə ilə müraciət etmiş, qeyd edilən müraciət xx.xx.2023-cü il tarixdə İdarəyə daxil olmuşdur. (i.v. 34) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****-0138 nömrəli kart hesabına Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən“mpay” ödəmə terminalı vasitəsi ilə 200 manat ödəniş edilmişdir. (i.v.37) Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə Təqsirləndirilən şəxs onu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi adı ilə aldadıb 3700 manat məbləğində pul vəsaitini ələ keçirməsinə dair ərizə ilə müraciət etmiş, qeyd edilən müraciət xx.xx.2023-cü il tarixdə İdarəyə daxil olmuşdur. (i.v. 40) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****-0138 nömrəli kart hesabına Abşeron rayonu, Novxanı kəndində yerləşən “Araz” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 500,0 manat ödəniş edilmişdir. (i.v.43) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****-0138 nömrəli hesab nömrəsinə Abşeron rayonu, Novxanı kəndində yerləşən “Araz” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 1000 manat ödəniş edilmişdir. (i.v.44) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****-0138 nömrəli kart hesabına Abşeron rayonu, Novxanı kəndində yerləşən “Araz” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 500 manat ödəniş edilmişdir. (i.v.45) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****-0138 nömrəli kart hesabına Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “Araz” marketin daxilində quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə 400 manat ödəniş edilmişdir (i.v.46) Qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****-0138 nömrəli kart hesabına Abşeron rayonu, Novxanı kəndində yerləşən “Araz” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə 1300 manat ödəniş edilmişdir (i.v.47) Zərərçəkmiş şəxs4 Əlisəfa qızı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə Təqsirləndirilən şəxs onu işə düzəldəcəyi adı ilə aldadıb 600 manat məbləğində pul vəsaitini ələ keçirməsinə dair ərizə ilə müraciət etmiş, qeyd edilən müraciət xx.xx.2023-cü il tarixdə İdarəyə daxil olmuşdur. (i.v. 50) Qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4169-73**-****-0138 nömrəli kart hesabına Sumqayıt şəhəri, 9-cu mirkorayon ərazisində yerləşən “Gövhər” marketin daxilində quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsi ilə saat 15:22-də 150 manat, saat 15:54-də 450 manat ödəniş edilmişdir. (i.v.53) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınaraq, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v.58-67) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 Əlisəfa qızı zərərçəkmiş şəxs qismində tanınaraq, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v.68-77) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v.78-87) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınaraq, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v.88-97) Araşdırma materialının cinayət işinə əlavə edilməsinə dair xx.xx.2023-cü il tarixli qərara əsasən X3 müraciəti əsasında toplanmış HK-1/1485 nömrəli ilkin yoxlama materialının ********* nömrəli cinayət işinə əlavə edilərək araşdırmanın davam etdirilməsi qərara alınmışdır.(i.v. 114-115) Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X2 Anar Hüseynov kimi tanıdığı şəxsin onu hərbi kitabxanaya işə düzəltmək üçün aldadaraq 2500 manat pulunu ələ keçirməsi faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə yeri ünvan 4 ünvanda hündür mərtəbəli yaşayış binasının alt hissəsində üzərində “RAHAT” yazılmış supermarket vardır. Hadisə yerinin fotoşəkli çəkilərək protokola əlavə edilmişdir.(i.v. 122-123) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə X6 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.140) Zərərçəkmiş şəxsin yaxın qohumunun nümayəndə qismində tanınması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs X2 nümayəndəsi qismində tanınmış, həmin tarixdə də zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmişdir. (i.v. 144-150) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qarara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.171-173) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır.(i.v.180-183) Təqsirləndirilən şəxsin qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.184-186) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.189) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələri ilə cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ifadələri, zərərçəkmiş şəxslərin ifadələri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. (i.v.190-200) Zərərçəkmiş şəxs X2 nümayəndəsi Zərərçəkmiş şəxs2 tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli teleqramda onlara dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. (2-ci cild i.v. 49) Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizədə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 6700 manat məbləğində ziyandan 500 manat ödənildiyini, 6200 manat pul ödənilməli olduğunu, həmin pulu tələb etdiyini qeyd etmişdir. (2-ci cild i.v. 61) Zərərçəkmiş şəxs4 Əlisəfa qızı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ona ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. (2-ci cild i.v. 80) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-417/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin onun tutulduğu gündən hesablanması və cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. (2-ci cild i.v.94-96) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli 3-16-xx/xx/25232/2024 nömrəli məktubunda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməmkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanması üçün 3 saylı istintaq təcridxanasına gətirilməsi qeyd edilmişdir. (2-ci cild i.v. 98) Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs Alısən oğlunun özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etməklə özgənin əmlakını təkrarən ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir, o həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, X6 və Zərərçəkmiş şəxs4 dəymiş zərəri ödəməsini, Zərərçəkmiş şəxs1 500 manat, yəni qismən ödəniş etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, vurulmuş zərərin həcmini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs islah edilməsi ona azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilməklə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da mülkiyyətin (əmlakın) qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həm də nəzərə alınsa ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam aradan qaldırmamışdır, bu da bir daha həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə edən vəkillərə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə 180 (bir yüz səksən) manat, X1 göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-14/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-14/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver