Məhkəmə qərarları › İş №1(060)-140/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-140/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-140/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1970-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəza müddəti 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının 01 ay 25 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2sində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, xeyli miqdarda, 11 (on bir) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,067 qram; 0,128 qram; 0,099 qram; 0,100 qram; 0,128 qram; 0,094 qram; 0,113 qram; 0,141 qram; 0,100 qram; 0,083 qram; 0,118 qram, ümumi təmiz çəkisi 1,171 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 19:17-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən Daş bazarının yaxınlığında küçədə saxlanılaraq idarənin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ arxa cibində saxladığı kiçik ölçülü çantanın içərisindən xeyli miqdarda, 11 (on bir) ədəd bükümdə, ayr-ayrılıqda təmiz çəkiləri 0,067 qram; 0,128 qram; 0,099 qram; 0,100 qram; 0,128 qram; 0,094 qram; 0,113 qram; 0,141 qram; 0,100 qram; 0,083 qram; 0,118 qram, ümumi təmiz çəkisi 1,171 qram olan narkotik vasitə heroin və səthində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona sentyabrın 18-i evdən qardaşı oğlu tərəfindən zəng olunmuş və polislərin onu axtardıqları barədə məlumat verilmişdir. Daha sonra o, polis əməkdaşları ilə əlaqə saxlamış və Daş bazarında olduğunu bildirmişdir. Bundan sonra, axşam saat 22:00 radələrində daş bazarı yaxınlığında polis əməkdaşları tərəfindən təzyiq göstərilərək aparılmışdır. İstintaq zamanı ona müdafiəçi təyin olunması təklif olunmuş, o isə imtina etmişdir. İdarəyə gələrkən üzərində 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan olmuşdur. Narkotik vasitə olmamışdır. İstintaq zamanı təzyiq altında olmuş və təqsiri boynuna almağa məcbur edilmişdir. Üzərinə video çəkiliş vasitəsilə axtarış keçirilmiş və narkotik vasitə olan heroin aşkar olunmuşdur. Videoçəkiliş telefon vasitəsilə çəkilmişdir. Ona 3 dəfə elektroşok verilmiş və təzyiq altında qalaraq 11 büküm narkotik vasitənin və elektron tərəzinin ona aid olduğunu bildirmişdir. Elektroşok verənləri ilk dəfə gördüyü üçün onları tanımamışdır. Elektroşok nəticəsində boynunda, bədənində, ayağında cüzi izlər qalmış, lakin bu barədə barəsində həbs seçilərkən məhkəməyə məlumat verməmişdir. Elektroşok idarənin 2-ci mərtəbəsində verilmiş və verən şəxsi ilk dəfə orada görmüşdür. Həmçinin, qeyd etmişdir ki, onun 2017-ci ildə narkotik vasitəni istifadə etməsi ilə bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. Azadlığa çıxdıqdan sonra narkotik vasitə istifadə etməmişdir. Bundan başqa, onun barəsində həbs seçilərkən o, məhkəmə iclasında ona tok verilməsi barədə məlumat vermiş, bükümlərin ona məxsus olmadığını bildirmişdir. Bundan başqa, döyülməsi ilə bağlı heç bir orqana şikayət etmədiyini, müstəntiqə onu CM-nin 234.1-ci maddəsi ilə qeydiyyata almasını söylədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son söz olaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini söyləyib ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə 2022-ci ildə CM-nin 177.2.5-ci maddəsi ilə məhkum olunmuşdur. 2024-cü ilin may ayında azadlığa çıxmışdır. Uzun müddətdir ki, fasilələrlə narkotik maddələr qəbul edir. 18 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində olan zaman orada təsadüfən rastlaşdığı tanımadığı şəxsdən 50 manata 1 ədəd bükümdə heroin almışdır. Həmin heroini özündə olan elektron tərəzidə siqaretin qızılı rəngli kağız bükümlərinə öz dozası miqdarında çəkərək bölmüşdür ki, artıq dozada qəbul etməsin. O, öz dozasını bilmək üçün elektron tərəzidən istifadə edir, çox dozada narkotik vasitə heroin qəbul edəndə pis olur, az dozada qəbul edəndə isə ona bəs etmir. Həmin gün bir neçə bükümdə heroini özünə qəbul etmiş, qalan 11 büküm heroini sellofana qoyub özünün qara rəngli kiçik ölçülü çantasının içərisinə elektron tərəzi ilə birlikdə qoymuş və kiçik çantasını da həmişəki kimi əynində olan şalvarının sağ arxa cibində saxlamışdır. İstəyəndə qalan heroindən hissəhissə özünə qəbul edəcəkdi. xx.xx.2024-cü il tarixdə saat 19:17 radələrində Sumqayıt şəhəri, 18-ci mkr, daş bazarının yaxınlığında küçədə olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt Polis İdarəsinin polis işçiləri olduqlarını bildirmişlər və onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsindən ötrü polis idarəsinə dəvət etmişlər. O, etiraz etməmiş və birlikdə polis idarəsinə gəlmişlər. İdarədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X6 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, əynində olan boz rəngli cins şalvarının arxa sağ cibində saxladığı kiçik ölçülü qara çantasını və əynində olan göy rəngli köynəyinin sağ üst cibində saxladığı 1 ədəd “Magna” markalı siqaret qutusu və 1 ədəd alışqanı təqdim etmişdir. Təqdim etdiyi kiçik ölçülü qara çanta açılan zaman içərisində 1 ədəd elektron tərəzi, həmçinin 1 ədəd şəffaf sellofanın içərisində 11 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümlər aşkar edilmişdir. Verilən suallara cavab olaraq həmin bükümlərin içərisində “kakos”, yəni heroin olduğunu bildirmişdir. Həmin bükümlərin içərisinə baxılanda heroin aşkar olunmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş həmin bükümlər digər elektron tərəziyə qoyulub çəkilən zaman birinci büküm 0,12 qram, ikinci büküm 0,14 qram, üçüncü büküm 0,18 qram, dördüncü büküm 0,19 qram, beşinci büküm 0,22 qram, altıncı büküm 0,15 qram, yeddinci büküm 0,21 qram, səkkizinci büküm 0,15 qram, doqquzuncu büküm 0,16 qram, onuncu büküm 0,20 qram, on birinci büküm 0,17 qram, həmin bükümlərin ümumi çəkisi isə 1,77 qram olmuşdur. Bundan sonra həmin bükümlər və 1 ədəd elektron tərəzi ekspertizaya göndərilməsi üçün kağız paketə qoyularaq qablaşdırılmış və möhürlənmiş, paketin üzərində müvafiq qeydlər aparılmış və tərəflərindən imzalanmışdır. Üzərindən aşkar olunmuş 1 ədəd “Magna” markalı siqaret qutusu və 01 ədəd alışqan özünə qaytarılmışdır. Sonra bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Heroini aldığı şəxsi üzdən görsə tanıyar, adını ünvanını və mobil nömrəsini bilmir. Heç kimə narkotik maddə verməmiş və satmamış, satışı ilə heç vaxt məşğul olmamış, özü qəbul etmişdir. Polis işçiləri onu saxlayan və idarəyə gətirən zaman üzərində şəxsi axtarış keçirilməmiş, sadəcə sorğu-sual olunmuş. Onun üzərində ilk dəfə şəxsi axtarış Sumqayıt ŞPİ-də ona təqdim olunmuş vəkil Elman Musayevin iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmamış, heç bir şikayət və tələbi yoxdur. Üzərində olmuş elektron tərəzi ilə əldə etdiyi narkotik maddələri öz dozası miqdarında dəqiq çəkərək bölürmüş ki, artıq dozada qəbul etməsin. O, öz dozasını bilmək üçün elektron tərəzidən istifadə edir, çox dozada narkotik vasitə heroin qəbul edəndə pis olur, az dozada qəbul edəndə isə ona bəs etmir. Təqsirləndirilən şəxsin verilən ittiham üzrə təqsiri məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona ünvan 3 ünvanda qeydiyyatda olan, Sumqayıt şəhəri Corat qəsəbəsi 170 saylı ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı idarə rəisinə raportla məruzə edərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi xahiş etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da daxil edilmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 18 sentyabr 2024-cü il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 19:17 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci mkr, Daş bazarının yaxınlığında küçədə olmasını görüb və yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğundan üzərində şəxsi axtarış keçirilməsini bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onu polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə idarəyə gəlmiş, idarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdan özünə müdafiəçi seçmiş, müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın arxa sağ cibində saxladığı 1 ədəd kiçik ölçülü qara çantanı və əynində olan göy rəngli köynəyin sağ üst cibində saxlamış olduğu 1 ədəd “Maqna” siqaret qutusu və 1 ədəd alışqanı çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi kiçik ölçülü qara çanta açılan zaman içərisində 1 ədəd elektron tərəzi, həmçinin 1 ədəd şəffaf sellofanın içərisində 11 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümlər aşkar edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində “kakos”, yəni heroin olduğunu, həmin maddələri həmin gün günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən ümumilikdə 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, elektron tərəzini isə narkotik vasitəni istifadə edən zaman miqdarını bilmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükümlər digər elektron tərəziyə qoyulub çəkilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin bükümlər və elektron tərəzi ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs heç bir təzyiq olmamış və müqavimət göstərilməmişdir. Məhkəmənin sualına cavab olaraq Şahid1 bildirmişdir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs evinə gedilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, eyni zamanda Təqsirləndirilən şəxs özü də onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinin özünü müdafiə xarakterli olduğunu bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o məhkəmə iclasında ifadə vermiş digər Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:17-də Sumqayıt şəhəri, 18-ci mikrorayon, Daş bazarının yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.19) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 26) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış video görüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək müdafiəçi təqdim olunmuş, daha sonra isə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın arxa sağ cibində saxlamış olduğu 01 ədəd kiçik ölçülü qara çantanı və əynində olan göy rəngli köynəyin sağ üst cibində saxlamış olduğu 01 ədəd “Maqna” siqaret qutusu və 01 ədəd alışqanı çıxarıb təqdim etmişdir. Daha sonra həmin 01 ədəd kiçik ölçülü qara çanta açılan zaman içərisində 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzinin, həmçinin 01 şəffaf sellofanın içərisində 11 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümlərin olduğu, sonra həmin 11 ədəd büküm açılan zaman hər birinin içərisində qəhvəyi rəngli toz halında olan maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o bükümlərin içərisində olan maddələrin “kakos” olduğunu, həmin bükümlərin saxlanıldığı gün günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən ümumilikdə 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, 01 ədəd elektron tərəzini isə narkotik vasitəni istifadə edən zaman miqdarını müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra onun üzərindən aşkar olunmuş həmin bükümlər tərəziyə qoyulub çəkilən zaman birinci bükümün çəkisinin 0,12 qram, ikinci bükümün çəkisinin 0,14 qram, üçüncü bükümün çəkisinin 0,18 qram, dördüncü bükümün çəkisinin 0,19 qram, beşinci bükümün çəkisinin 0,22 qram, altıncı bükümün çəkisinin 0,15 qram, yeddinci bükümün çəkisinin 0,21 qram, səkkizinci bükümün çəkisinin 0,15 qram, doqquzuncu bükümün çəkisinin 0,16 qram, onuncu bükümün çəkisinin 0,20 qram, on birinci bükümün çəkisinin 0,17 qram, həmin bükümlərin ümumi çəkisinin isə 1,77 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bükümlər və 01 ədəd elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. (i.v.28-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4629 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün № 124” möhür əksi, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs /imza/; Müdafiəçi: Musayev Elman /imza/; Baş təhqiqatçı: Elnur Feyzullayev /imza/” yazılar olan zərfdəki 11 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,067 qr; 0,128 qr, 0,099 qr, 0,100qr, 0,128 qr, 0,094 qr, 0,113 qr, 0,141 qr, 0,100 qr, 0,083 qr, 0,118 qram; ümumi təmiz çəkisi: 1,171 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və 01 ədəd elektron tərəzinin səthində narkotik vasitə - heroin izləri müəyyən edildi. Elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Tədqiqata təqdim edildi ümumi çəki 1,171 qram, nümunə götürüldü cəmi 0,11 qram, 1,061 qram kütlə geri qaytarıldı. Ekspertiza Tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində müəyyən edilmişdir. (i.v.37-42) Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.50-51) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.60-61) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.67-69) Əşyanın maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, 11 bükümdə ümumi təmiz çəkisi 1,171 qram narkotik vasitə heroin (ekspertizaya təqdim olunandan sonra qalıq 1,061qr), üzərində heroinə məxsus izlər olan 01 ədəd gümüşü rəngli elektron tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v.76) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhəri Kalinin Rayon Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli hökmü ilə X9 Sosialist Respublikasının Cinayət Məcəlləsinin 144-cü maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək, barəsində əmlakı müsadirə olunmaqla, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, X9 Sosialist Respublikasının CM-nin 41-cü maddəsinə əsasən əməli xx.xx.1989-cu il tarixli hökm ilə birləşdirilərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli “Amnistiya” qərarının 8-ci maddəsinin “A” bəndinə əsasən cəzadan azad edilmişdir. Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 1-ci və 2-ci hissələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.1995-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2002-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancından dövlət nəfinə 15% pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 66.5-ci maddələrinə əsasən, 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci, 221.3 və 66.3-cü maddələrinə əsasən 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası 05 ilə endirilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəza müddəti 02 il 06 aya endirilmişdir. xx.xx.2024-cü il tarixdə isə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. (i.v.81-85) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-169/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v.86-91) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsin Ambulator X3 barədə xx.xx.2024-cü il tarixli, 6660 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.98-99) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, cinayət işi üzrə dindirmə protokolları, şəxsi axtarış və götürmə haqqında protokol, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı DVD diskə köçürülmüş videogörüntü, götürülmüş maddi sübutlar, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizaların rəyləri, əməliyyat tapşırığına verilmiş cavab, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videotəsvirini əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət işində saxlanılmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 11 bükümdə ümumi təmiz çəkisi 1,171 qram (ekspertizaya təqdim olunduqdan sonra qalıq 1,061 qram) narkotik vasitə heroin və səthində heroin izləri olan 01 ədəd elektron tərəzinin maddi sübut kimi tanınması və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində özünü qismən təqsirli, yəni özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, heç kimə narkotik vasitə vermədiyini və satmadığını, satışı ilə heç vaxt məşğul olmadığını, özünə qəbul etmək məqsədilə əldə etdiyini, elektron tərəzi ilə əldə etdiyi heroini artıq dozada qəbul etməsin deyə, öz dozası miqdarında dəqiq çəkərək böldüyünü göstərməsi ilə bağlı göstərdiyi dəlillər məsuliyyətini yüngülləşdirmək məqsədilə özünümüdafiə xarakteri daşıması kimi tənqidi qiymətləndirilməklə rədd edilməsi və ifadələrinin həmin hissələri iş materiallarına uyğun olmadığından sübut kimi qəbul edilməməsi nəzərə alınmışdır. (i.v.100-107) Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-704/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 (bir) ay 25 (iyirmi beş) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2025-ci il tarixli 3- 16-20-10/2-156 nömrəli məktubunda qeyd edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi baxış zamanı səhhəti ilə bağlı şikayəti olmamış, zədə almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-58/2-21343 nömrəli məktubuna əlavə edilmiş “Tutulmuş və ya həbs edilmiş şəxslərin tibbi müayinədən keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatının kitabı”nın surətindən görünür ki, təqsirləndirlən şəxs xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:35-də MSY-yə gətirilmiş və xx.xx.2024-cü il tarixdə saat 10:50-də MSY-dən çıxarılmışdır. “İlkin tibbi müayinə zamanı aşkar olunmuş xəsarətlər, yaxud şəxsin şikayəti, görülmüş tədbirlər” qrafasında – “Aşkar olunmadı. Şikayəti yoxdur.”; “tibb işçisi tərəfindən keçirilmiş müayinə, aşkar olunmuş xəsarətlər, yaxud şəxsin şikayəti (tarix və saat)” qrafasında – “xx.xx.2024, 15:00. Şikayəti yox.” qeydi yazılmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda on bir ədəd şəffaf sellofan bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0,067 qram; 0,128 qram; 0,099 qram; 0,100 qram; 0,128 qram; 0,094 qram; 0,113 qram; 0,141 qram; 0,100 qram; 0,083 qram; 0,118 qram, ümumi təmiz çəkisi 1,171 qram olan narkotik vasitə heroini və 01 ədəd gümüşü rəngli elektron tərəzini saxlamaqla daşımış, 18 sentyabr 2024-cü il tarixdə saat 19:17-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən Daş bazarının yaxınlığında küçədə saxlanılaraq idarənin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ arxa cibində saxladığı kiçik ölçülü çantanın içərisindən xeyli miqdarda, 11 (on bir) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri çəkiləri 0,067 qram; 0,128 qram; 0,099 qram; 0,100 qram; 0,128 qram; 0,094 qram; 0,113 qram; 0,141 qram; 0,100 qram; 0,083 qram; 0,118 qram, ümumi təmiz çəkisi 1,171 qram olan narkotik vasitə heroin, 01 ədəd gümüşü rəngli elektron tərəzini daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin və tərəzinin olması, bükümlərin sayı onun satış məqsədini təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən götürülmüş içərisində narkotik vasitə olan bükümlərin və elektron tərəzinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu və təqsirini etiraf etməsi üçün ona qarşı təzyiq göstərmələri barədə qeyd etdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən yayınmaq üçün belə ifadə vermişdir. Həmin hallar məhkəmə iclasında araşdırılsa da, təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi ziddiyyətli ifadələri ilə yanaşı, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona elektroşok verilməsi, boynunda, bədənində xəsarət izlərinin olması barədə ifadə versə də, məhkəmə tərəfindən Ədliyyə Nazirliyi 3 saylı İstintaq Təcridxanasına və Sumqayıt ŞPİ-nə verilmiş sorğulara cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs İstintaq təcridxanasına daxil olarkən ilkin tibbi baxış zamanı səhhəti ilə bağlı şikayəti olmamış, zədə almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Həmçinin, Sumqayıt ŞPİnin məktubuna əlavə edilmiş “Tutulmuş və ya həbs edilmiş şəxslərin tibbi müayinədən keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatının kitabı”ndan çıxarışın surətindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs “İlkin tibbi müayinə zamanı aşkar olunmuş xəsarətlər, yaxud şəxsin şikayəti, görülmüş tədbirlər” qrafasında – “Aşkar olunmadı. Şikayəti yoxdur.”; “tibb işçisi tərəfindən keçirilmiş müayinə, aşkar olunmuş xəsarətlər, yaxud şəxsin şikayəti (tarix və saat)” qrafasında – “xx.xx.2024, 15:00. Şikayəti yox.” qeydi yazılmışdır. Qeyd edilənlərdən aydın olur ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı təzyiq edildiyini və bədənində xəsarət izləri olduğunu bildirsə də, məhkəmə tərəfindən verilmiş sorğularla onun bədənində hər hansı xəsarət izi olmadığı və onun səhhəti ilə bağlı şikayətinin olmadığı müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində onun barəsində həbs qətimkan tədbiri seçilərkən verdiyi izahatında “məhkəmə iclasında ona tok verilməsi barədə məlumat verdiyini, bükümlərin ona məxsus olmadığını” söyləsə də, cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 4(060)-300/2024 nömrəli qərarından görünür ki, o, izahat verərək həqiqətən də üzərində narkotik vasitə aşkar olunduğunu, lakin, onu satmaq niyyətinin olmadığını, şəxsi istifadəsi üçün olduğunu bildirmişdir. Qeyd olunanlardan da görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatlar məhkəmə tərəfindən verilmiş sorğulara cavab məktubları və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-300/2024 nömrəli qərarı ilə təkzib edilir. Həmçinin, xx.xx.2024-cü il tarixində şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntüdən aydın olur ki, Təqsirləndirilən şəxs sərbəst şəkildə içərisində bükümlər olan kiçik ölçülü qara çantanı cibindən çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisində “kakos” olduğunu, bükümləri Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 50 manata aldığını, 01 ədəd tərəzini narkotik vasitəni istifadə edən zaman miqdarını müəyyən etmək üçün istifadə etdiyini bildirmiş, bundan başqa, təqsirləndirilən şəxs məhkəməyədək araşdırma müddətində ifadəsində verilən suala qələmlə yazdığı cavabında (iş materialısəhifə 61) özünü 234.1-ci maddə ilə təqsirli bildiyini, ifadənin ucadan oxunduğunu, doğru yazıldığını, imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Qeyd olunanlar Təqsirləndirilən şəxs məhkəmə iclaslarında bildirdiklərinin özünümüdafiə xarakterli olduğunu və törətdiyi əməldən yayınmaq məqsədilə edildiyini təsdiq edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, həmçinin, ibtidai istintaq zamanı verdiyi ifadələrini (üzərindən aşkar edilmiş narkotik vasitəni və elektron tərəzini yalnız şəxsi istifadəsi üçün gəzdirməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ziddiyyyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü və digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin və 01 ədəd gümüşü rəngli elektron tərəzini əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddə ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəza müddəti 02 il 06 aya endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin, o, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6660 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6660 nömrəli rəyini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,061 qram narkotik vasitə heroin və 01 ədəd gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,061 qram çəkidə olan narkotik vasitə heroin və 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 50 saata görə (40 saat 6 manatdan, 10 saat 11 manatdan hesablanmaqla) 350 (üç yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar