Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-141/2021 19.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,868 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vastə olan heroini əldə edib üzərində saxlayıb daşımış və 06 oktyabr 2020-ci il tarixdə saat 15:35 radələrində Sumqayıt şəhəri, Sumqayıt dəmir yolu stansiyası ərazisində Sabunçu st.XPŞ-nin Sumqayıt st.XPM-nin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sabunçu st.XPŞ-nin növbətçi hissəsinə dəvət olunmuş və orada həmin gün saat 16:30-da üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd qəhvəyi rəngli, dəridən hazırlanmış gödəkcənin sol iç cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisindən təmiz çəkisi 1,868 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 4-5 il olar ki, arabir narkotik vasitələrdən istifadə edir. 06.10.2020-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxıb qatarla Bakı şəhərinə getmək istəyərkən Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində, Sumqayıt dəmir yolu vağzalının yaxınlığında yerdən siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm tapmış, həmin bükümün içərisinə baxdıqda tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin olduğunu müəyyən etmişdir. Sonra özü istifadə etmək məqsədi ilə onu əynindəki dəri gödəkçənin sol iç cibinə qoymuş və Sumqayıt dəmir yolu vağzalına getmişdir. Vağzalda əyləşib qatarı gözləyərkən saat 15:35 radələrində bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşı olduğunu və ondan şübhələndiyini bildirərək başqa iki polis əməkdaşını da dəvət etmiş və birlikdə onu Sabunçu st.X3 gətirmişlər. Orada iştirakçıların iştirakı ilə üzərinə baxış keçrilən zaman geymiş olduğu tünd qəhvəyi rəngli dəridən hazırlanmış gödəkcənin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və siqaretin gümüşü kağızına bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli toz halında spesifik iyə malik olan heroinə oxşar maddə aşkar olunmuşdur. Sorğu zamanı o, etiraf edərək həqiqəti, yəni həmin narkotik vasitə olan heroini Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində Sumqayıt dəmir yolu vağzalının yaxınlığında yerdən taparaq şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Ondan aşkar olunmuş narkotik maddə qabalşdırılaraq möhürlənmiş, bu barədə video çəkiliş aparılmış, protokol tərtib edilmiş və imza etmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, o, DYNPİ-nin Sabunçu st.XPŞ-nin Sumqayıt st.XPM-nin xidmət üzrə inspektoru vəzifəsində çalışır, polis kapitanı xüsusi rütbəsi daşıyır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs Məmmnədağa oğlunu əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. 06 oktyabr 2020-ci il tarixdə «Yaşar» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamaqla daşıması barədə daxil olmuş məlumat həmin tarixdə Sabunçu st.XPŞ-nin rəhbərliyinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Yaşar» adlı şəxsin olduğu yer müəyyən edilərək həmin gün Sumqayıt şəhəri ərazisində yerləşən Sumqayıt dəmir yol vağzalının ərazisinə gəlmişlər, orada bir nəfər şəxsin xarici əlamətlərinin «Yaşar» adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşməsini dəqiqləşdirdikdən sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Sabunçu st.XPŞ-nin əməkdaşları olmalarını bildirərək həmin şəxsə özünü təqdim etməsi təklif edilmişdir. Həmin şəxs özünü təqdim edərək xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, məhəllə 41, ev 4, mənzil 20-də pasport qeydoyyatında olan və yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra həmin şəxsi Sabunçu st.XPŞ-nə dəvət etmişlər. XPŞ-də video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş və əgər üzərində daşınması qadağan edilmiş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli dəridən hazırlanmış gödəkcəsinin sol iç cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli toz halında spesifik iyə malik olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdəki narkotik vasitə heroini 06.10.2020-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 12-ci MKR ərazisində yerdən taparaq şəxsi istifadəsi üçün özündə saxlamasını bildirmişdir. Bundan sonra aşkar edilmiş büküm qablaşdırılmaqla zərfin üzəri və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 07 oktyabr 2020-ci il tarixli 6/2080 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Şübhəli şəxs imza Təqsirləndirilən şəxs» yazısı olan zərfdə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,868 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi-1,868 qram, təqdiqata sərf olundu-0,05 qram, qalıq-1,818 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2020-ci il tarixli 2894 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,868 qram narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq DYNPİ Sabunçu st.XPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06.10.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 07.10.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və təqsirini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 06.10.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və DYNPİ Sabunçu st.XPŞ-də saxlanılan qalıq çəkisi 1,868 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06.10.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DYNPİ Sabunçu st.XPŞ-də saxlanılan qalıq çəkisi 1,868 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-141/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-141/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver