Məhkəmə qərarları › İş №1(060)-141/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-141/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-141/2022 23.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin 17.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 03.06.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi, ev 55-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 13/16, mənzil 12-də yaşayan, barəsində Sumqayıt Şəhər Məhkəməsinin 23.01.2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01(bir) ədəd qara rəngli bağlamada təmiz çəkisi 350,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq, üzərində saxlamış, 23.09.2021-ci il tarixdə saat 13:00da Sumqayıt şəhəri, 5-ci məhəllə ərazidə yerləşən mərkəzi poçtun yaxınlığında Sumqayit ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı 01 (bir) ədəd qara rəngli bağlamada təmiz çəkisi 350,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələr istifadə etdiyinə görə dəfələrlə məhkum olunmuş, narkotik vasitələrin istifadəçisi və aludəçisidir. Təxminən 15 ildir ki, müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən narkotik vasitə istifadəçilərinin “nəşə” adlandırdığı marixuana istifadə edir. 23.09.2021-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən Mərkəzi Poçtun yaxınlığındakı ərazidə olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. ŞPİ-nə gətirildikdən sonra xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özünü təqdim etmiş, sonra ona saxlanılmağının səbəbi izah edilmişdir. Daha sonra onu saxlayaraq ŞPİ-yə gətirən polis əməkdaşları özlərini təqdim etmişlər. Ona hüquq və vəzifələrinə dair yazılı bildiriş və vəkillərin siyahısı təqdim edilmiş, təqdim edilmiş vəkillərin siyahısından seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi ona təqdim edilmişdir. Təqdim edilmiş müdafiəçiyə etiraz etməmişdir. Ona üzərində hər hansı saxlanılması və gəzdirilməsi qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməyi təklif edilən zaman sağ əlində olan qara rəngli sellofan torbanı təqdim edib içərisindəkinin “nəşə” olduğunu bildirərək masanın üzərinə qoymuşdur. Ona ünvanlanan suallara cavab olaraq bağlamanın içərisində olan “nəşə”ni sırağagün Quba rayonundan gələrkən təsadüfən söhbət etdiyi şəxsdən 200 manata şəxsi istifadəsi üçün alıb gələcəkdə yavaşyavaş istifadə etmək üçün saxladığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir təziqin olmadığını bildirmişdir. Sellofan torba açıldıqda içərisində yaşıl rəngli ot kütləsi olması müşahidə edilmişdir. Torba elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Həmin narkotik vasitə olan marixuananı üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlaması və satması barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə 23.09.2021-ci il tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən Mərkəzi Poçtun yaxınlığında saxlanılmış və Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs ŞPİ-nə gətirildikdən sonra xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü qarşısında olan Təqsirləndirilən şəxs təqdim edib ona da özünü təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etmiş və ona saxlanılmasının səbəbi izah edilmişdir. Daha sonra o və Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları - Şahid3 və Şahid2 özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edilmiş və o müdafiəçiyə etirazının olmadığını bildirdikdən sonra ona üzərində hər hansı saxlanılması və gəzdirilməsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməyi təklif edilən zaman sağ əlində olan qara rəngli sellofan torbanı təqdim edib içərisindəkinin “nəşə” olduğunu bildirərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq bağlamanın içərisində olan “nəşə”ni sırağagün Quba rayonundan gələrkən təsadüfən söhbət etdiyi şəxsdən 200 manata şəxsi istifadəsi üçün alıb gələcəkdə yavaş-yavaş istifadə etmək üçün saxladığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir təziqin olmadığını bildirmişdir. Həmin sellofan torba açıldıqda içərisində yaşıl rəngli ot kütləsi olması müşahidə edilmişdir. Torba elektro tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə ifadələri tədqiq edilərək elan edilmiş şahidlər Sumqayıt ŞPİ-nin CAŞnin kiçik inspektorları Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. İşə əlavə edilmiş diskin hər iki tərəfi gümüşü rənglidir. Disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra komputerin pəncərsində görsənən 00175 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 09 dəqiqə 39 saniyədən ibarətdir. Görüntünün əvvəlində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü qarşısında olan şəxsə təqdim edib həmin şəxsə də özünü təqdim etməsini bildirir. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilir. Daha sonra Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları özlərini təqdim edir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilir və ona təqdim edilmiş vəkillərin siyahısından seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edilir. Təqsirləndirilən şəxs müdafiəçiyə etirazının olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərində üzərində hər hansı saxlanılması və gəzdirilməsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməyi təklif edilən zaman sağ əlində olan qara rəngli sellofan torbanı təqdim edib içərisindəkinin “nəşə” olduğunu bildirərək masanın üzərinə qoyur. Ona ünvanlanan suallara cavab olaraq bağlamanın içərisində olan “nəşə”ni sırağagün Quba rayonudan gələrkən təsadüfən söhbət etdiyi şəxsdən 200 manata şəxsi istifadəsi üçün alıb gələcəkdə yavaş yavaş istifadə etmək üçün saxladığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir təziqin olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərində olan 1 qutu “Rothmans” markalı siqareti, alışkanı, 3 manat pulu masanın üzərinə qoyur. Həmin sellofan torba açıldıqda içərisində yaşıl rəngli ot kütləsi olması müşahidə edilir. Torba tərəzidə çəkildikdə çəkisinin 0,445 kiloqram olması müəyyən olunur. Daha sonra aşkar olunmuş 1 ədəd bağlama qablaşdırılaraq möhürlənir, 1 qutu “Rothmans” markalı siqaret, alışkan, 3 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılır, videoçəkiliş Zaur Cəfərovun yekun məruzəsi ilə yekunlaşır. Qeyd edilən disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 24.09.2021-ci il tarixli, 7/983 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs.....” yazı və imzalar olan qara rəngli bağlamada təmiz çəkisi 350,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-350,0 qr, tədqiqata sərf edilən miqdar -0,05 qr, qalıq- 349,95 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 19.10.2021-ci il tarixli, 4039 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu(Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, 350,0 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 349,95 qram marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdə tutulmuş, 25.09.2021-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclaslarından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-141/2022 saylı, 21.01.2022-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 123-3252-1222 saylı, 31.01.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Sumqayıt Şəhər Məhkəməsinin 23.01.2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və saxlanılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilmişdir. Ona gərə də, Təqsirləndirilən şəxs barəsində daxil omuş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-141/2022 saylı, 21.01.2022-ci il tarixli axtarış qərarı icra olunmadan geri qaytarılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-45/2022 saylı, 23.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarında olan hökmün surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 17.09.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 03.06.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirilməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat zamanı 23.09.2021-ci il tarixdən 25.09.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 23.02.2022-ci il tarixdən hesablanmalı, Sumqayıt Şəhər Məhkəməsinin 23.01.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 350,0 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 349,95 qram marixuana məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat zamanı 23.09.2021-ci il tarixdən 25.09.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23.02.2022-ci il tarixdən hesablansın. Sumqayıt Şəhər Məhkəməsinin 23.01.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 349,95 qram marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar