Məhkəmə qərarları › İş №1(060)-141/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-141/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-141/2023 19.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalan, Sumqayıt şəhəri, Nizami küçəsi 111-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivi, döngə 60, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə saat 03 radələrində, Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivi, döngə 60, yaşadığı fərdi evdə aralarında beş il yaş fərqi olan, bir müddət əvvəl tanış olduğu və ailə qurmaq məqsədilə evinə gətirdiyi Abşeron rayonu, Novxanı qəsəbə sakini, xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 16 yaşma çatmadığını bilə-bilə sonuncunun öz razılığı ilə cinsi əlaqədə olaraq qızlıq pərdəsinin tamlığını pozmuş, bundan sonra xx.xx.2022-ci il tarixədək bir neçə dəfə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə yuxarıda göstərilən ünvanda cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə təxminən 4 il əvvəl, sonuncunun xalası qızının nişanlısının toyunda iştirak edən zaman tanış olmuş, həmin vaxtdan sonra arabir rastlaşanda hal-əhval tutmuşlar. Təxminən 1 il əvvəl Şəhla ilə mobil telefonla instaqram vasitəsilə əlaqə saxlamağa başlamışlar, aralarında olan dostluq münasibəti sevgi münasibətlərinə çevrilmişdir. Şəhlanı sevdiyi üçün evlənmək niyyətində olmuş və Şəhlaya fikrinin ciddi olduğu demiş, Şəhla onunla münasibət saxlamağı barədə valideynlərinə bildirməmişdir. 2022-ci ilin yay aylarında Şəhlaya demişdir ki, onlara anasını və qohumlarını elçiliyə göndərmək istəyir, Şəhla yaşı az olduğuna görə valideynlərindən utandığını və elçi gəlmələrini istəmədiyini bildirmişdir. Şəhla ona 15 yaşı tamam olduğunu demiş, lakin Şəhlanın 16 yaşı tamam olub-olmadığını dəqiq bilməmiş və bu barədə Şəhladan soruşmamışdır. Şəhla ilə razılaşmışlar ki, el adəti ilə qoşulub qaçsınlar və xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Şəhla ilə əvvəlcədən razılaşdıqları kimi Sumqayıt şəhəri, "Göyərçin" parkında görüşmüşlər, Şəhla demişdir ki, onunla gəlməyi barədə evində heç kimə bildirməmişdir. Onlar birlikdə onun yaşadığı Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivində yerləşən kirayədə yaşadığı evinə gəlmişlər. Şəhla ilə əvvəldən razılaşmışlar ki, anası Səibəyə onun yaşını 17 olduğunu desinlər, çünki anası Şəhlanın azyaşlı olduğunu bilsəydi buna razı olmazdı və onları qovardı. Evdə anası Səibədən başqa heç kim olmamış, anasına Şəhlanı təqdim edərək evlənmək məqsədilə evə gətirdiyini və Şəhlanın 17 yaşı olduğunu söyləmiş, anası buna etiraz etməmiş və onları xoş qarşılamışdır. Sonra anası Şəhlaya valideynləri ilə əlaqə saxlamaq istədiyini demiş, Şəhla hələlik lazım olmadığını, lazım olanda özü deyəcəyini bildirmişdir. Həmin gündən sonra Şəhla ilə birlikdə yaşamağa başlamışlar, Şəhla onunla bir otaqda qalırmış, o, da gündüzlər işləməyə getmiş, axşamlar evdə olmuşdur. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Şəhla ilə birlikdə olan zaman ona cinsi əlaqədə olmağı təklif etmiş, Şəhla onunla cinsi əlaqəyə girməyə razı olmuş və həmin gecə saat 03 radələrində öz yaşadığı otaqda ilk dəfə Şəhla ilə qarşılıqlı razılıq və istəklə təbii yolla cinsi əlaqədə olmuşlar. O, ilk dəfə idi ki, cinsi əlaqədə olurdu və Şəhlanın cinsiyyət üzvündən qan gəldiyini görməmiş, qan axmasını hiss etməmişdir. Həmin gündən sonra evdə Şəhla ilə 4 dəfə, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə təbii yolla cinsi əlaqədə olmuşlar. xx.xx.2022-ci il tarixdə axşam saatlarında bilmişdir ki, anası ilə Şəhla Sumqayıt şəhəri Karvan ticarət mərkəzində paltar alan zaman Şəhlanın qardaşı Şamxal onları görüb atası Pərvizə zəng edərək demiş, Pərviz də gəlib anası və Şəhlanı öz evinə aparmışdır. Bir qədər sonra Şəhla ona yazaraq valideynlərinə hər şeyi danışdığını və atasının onu ekspertizaya aparacağını, onun da anası ilə birlikdə Abşeron rayonu Saray bölməsinə gəlməyini demişdir. O, anası ilə birlikdə Saray bölməsinə getmiş və orada araşdırma zamanı Şəhla ilə bir-birlərini sevdiyini və Şəhla ilə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olaraq onun bakirəliyini pozduğunu səmimi olaraq bildirmişdir. Qaçırandan sonra anasını Şəhlanın atasıgilə göndərmiş, sonradan üzük taxmışlar. Heç vaxt Şəhlanın iradəsinə zidd cinsi əlaqədə olmamış, Şəhla ilə qarşılıqlı istək və razılıq əsasında cinsi əlaqəyə girmiş, Şəhlaya heç vaxtı qeyri-təbii yolla cinsi əlaqədə olmaq və ya əxlaqsız hərəkətlər etməyi məcbur və təklif etməmiş, ümumiyyətlə Şəhlaya heç vaxtı zor tətbiq etməmişdir. Şəhla ilə münasibəti tam ciddi olmuşdur, Şəhlanı sevir, Şəhla ilə yaşı çatanda ailə qurub özünə arvad etmək niyyətindədir. Hazırda Şəhla və valideynləri ilə münasibəti yaxşıdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxxxx 2007-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, hazırda Abşeron rayonu, Novxanı qəsəbəsi, T.Əliyev küçəsi ev 3-də ailə üzvləri ilə birlikdə yaşayır. Natamam orta təhsillidir. Təqsirləndirilən şəxs ilə təxminən 4 il əvvəl, xalası qızının nişanlısının toyunda iştirak edən zaman tanış olmuş, həmin vaxtdan sonra arabir rastlaşanda hal-əhval tutmuşlar. Təxminən 1 il əvvəl Zöhrabla mobil telefonla instaqram vasitəsilə əlaqə saxlamağa başlamışlar, aralarında olan dostluq münasibəti sevgi münasibətlərinə çevrilmişdir. Zöhrab onunla evlənmək niyyətində və fikrinin ciddi olduğu demiş, o da Zöhraba inanmışdır. Zöhrabla münasibət saxlamağı barədə valideynlərinə məlumat verməmişdir. 2022-ci ilin yay aylarında Zöhrab onlara anası və qohumlarını elçiliyə göndərmək istəmiş, lakin o, yaşının az olduğuna görə onlara elçi gəlmələrini istəməmişdir. Sonradan Zöhrabla razılaşmışlar ki, el adəti ilə qoşulub qaçsınlar. xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində heç kimə bildirmədən evdən çıxıb Zöhrabla əvvəlcədən razılaşdıqları kimi Sumqayıt şəhəri, "Göyərçin" parkında görüşmüş, sonra birlikdə Zöhrabın yaşadığı Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivində yerləşən evinə getmişlər. Evdə Zöhrabın anası Səibədən başqa heç kim olmamış, Zöhrab onu evlənmək məqsədilə evə gətirdiyini dedikdə anası buna etiraz etməmiş və onu xoş qarşılamışdır. Evdən özbaşına çıxdığına görə, valideynlərinin onu danlayacaqlarından qorxub onlara özü barədə məlumat vermək istəməmiş, Səibə onun valideynləri ilə əlaqə yaratmaq istəsə də o, vaxtı gələndə özü bildirəcəyini demişdir. Sonra birlikdə həmin evdə yaşamağa başlamış, Zöhrabla bir otaqda qalmışlar. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Zöhrab onunla cinsi əlaqəyə girməyi təklif etmiş, Zöhrabın bu təklifindən sonra o, əvvəlcə utanmış, Zöhrab bunun normal olduğunu və onsuzda onunla ailə quracağını, artıq onu aldığını deyərək onunla cinsi əlaqəyə razı salmış və həmin gecə saat 03 radələrində Zöhrabın yaşadığı otaqda ilk dəfə Zöhrabla öz istəyi ilə təbii yolla cinsi əlaqədə olmuş, Zöhrab onunla cinsi əlaqəyə girmiş və onun qızlıq pərdəsinin tamlığını pozmuş və onun cinsiyyət üzvündən qan gəlmişdir. Sonra onlar yatmışlar. Həmin gündən sonra Zöhrabla yaşadıqları evdə 4-5 dəfə, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təbii yolla cinsi əlaqədə olmuşlar. xx.xx.2022-ci il tarixdə günorta saatlarında qaynanası Səibə ilə Sumqayıt şəhəri Karvan ticarət mərkəzində paltar alan zaman qardaşı Şamxal onu görüb atasına zəng edərək məlumat vermiş, atası da dərhal gəlib onu Səibə ilə birlikdə öz evinə aparmışdır. Evdə valideynlərinə Zöhrabı sevdiyini, Zöhrabla öz istəyi ilə getdiyini və öz razılığı ilə cinsi əlaqədə olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs yeganə şəxsdir ki, onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Zöhrabdan başqa onunla heç kəs cinsi əlaqədə olmamışdır. Zöhrab onun 16 yaşı tamam olmadığını, 15 yaşın içində olduğunu, 9-cu sinifi yenicə bitirdiyini bilirmiş, ona bu barədə özü də demişdir. Zöhrab onun iradəsi əleyhinə onunla heç vaxt cinsi əlaqədə olmamışdır, həmçinin ona qeyri-təbii yolla cinsi əlaqədə olmağa və ya əxlaqsız hərəkətlər etməyə məcbur etməmiş və təklifdə etməmişdir. Qaçdıqdan sonra Zöhrabın valideyni onlara gələrək üzük taxsa da, hazırda onu sevmir və istəmir. Lakin təqsirləndirilən şəxsə heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxs barəsində azalıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, ailəlidir, 3 övladı vardır. xx.xx.2007-ci il təvəllüdlü Məməmdli Şəhla onun ortancıl uşağıdır. Şəhla Novxanı qəsəbəsi 2 saylı tam orta məktəbin 9-cu sinifini bitirmiş, natamam orta təhsillidir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Şəhla onlardan xəbərsiz evdən qaçıb getmişdir. Şəhla əvvəllər də bir neçə dəfə evdən qaçdığına görə buna o, qədər əhəmiyyət verməmiş, düşünmüşdür ki, özü gəlib qayıdar. Lakin Şəhla qayıtmadığından özləri onu bir neçə gün axtarmışlar. xx.xx.2022-ci il tarixdə oğlu Şamxal Sumqayıt şəhərində olan zaman Şəhlanı bir qadınla birlikdə olmasını görüb ona zəng etmiş, o, da təcili Sumqayıta getmiş, Şəhla və yanında olan sonradan adını Səibə bildiyi qadını öz evinə gətirmiş və məlum olmuşdur ki, Şəhla Sumqayıt şəhəri Yaşma deyilən yerdə yaşayan Zöhrab adlı oğlanla evlənmək məqsədilə getmiş, yanında olan qadın da Zöhrabın anasıdır. Həmin vaxtı Səibə də demişdir ki, Şəhla artıq onun gəlinidir. O, Şəhla ilə söhbət edəndə Şəhla Zöhrabı sevdiyi üçün və ailə qurmaq məqsədilə öz istəyi ilə Zöhrabla onun evində cinsi əlaqədə olmuşdur. Şəhla azyaşlı olduğundan, həmçinin Səibə və Zöhrabı tanımadığı üçün baş vermiş hadisə ilə bağlı Saray polis bölməsinə şikayət etmişdir. Bir müddətdən sonra Səibə el adəti ilə Şəhlanı öz oğlu Zöhraba ad etmiş və Şəhlanın yaşı çatandan sonra toy edəcəyini bildirmişdir. Şəhla ilə Zöhrabla cinsi əlaqədə olması ilə bağlı sorğu-sual edərkən Şəhla onlara əminliklə demişdir ki, öz istəyi ilə Zöhrabı sevdiyi üçün ailə qurmaq məqsədilə Zöhrabla cinsi əlaqədə olmuşdur və ona heç bir təsir olmamışdır. Şəhlanın heç bir fiziki və psixi qüsuru olmamışdır və yoxdur. Qızı qaçdıqdan sonra nişan olsa da sonradan qızı Şəhla Zöhrabı istəməmişdir. Təqsirləndirilən şəxslə barışmışlar. Şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, 1971-ci ildə Sumqayıt şəhərində anadan olumuş, ailə qurduqdan sonra Abşeron rayonu Novxanı qəsəbəsində yaşamış, 5 ildir ki, boşanmış, təxminən 3 aydır ki, oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivi, 60-cı döngədə yerləşən fərdi evdə kirayədə yaşayırlar. Yaşadığı həyətdə ev sahibinin təsərrüfatı ilə məşğul olur. Bir müddət əvvəl Zöhrab evdə deyirmiş ki, istədiyi qız var və həmin qızla evlənmək fikrindədir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Zöhrab evə bir yeniyetmə qızla gəlmiş, o, Zöhrabdan qızın kim olduğunu soruşanda, qızın adının Şəhla və yaşının 17 olduğunu, Şəhla ilə bir-birlərini sevdiklərini və onunla evlənəcəyini demişdir. O da Zöhraba heç bir söz deməmiş, Şəhladan kimliyi və yaşının neçə olduğunu soruşmuş, Şəhla 17 yaşında olduğunu və ailə üzvləri ilə birlikdə Abşeron rayonu Novxanı qəsəbəsində yaşadığını söyləmiş, o, Şəhlaya onun valideynləri ilə əlaqə saxlamaq istədiyini demiş, Şəhla hələlik lazım olmadığını, lazım olanda özü ona deyəcəyini bildirmişdir. Şəhlanın fiziki quruluşu və zahiri görkəminə görə onun həqiqətən də 17 yaşında olmasına əmin olmuşdur. O da bir valideyn kimi onları xoş qarşılamış və xeyir-dualarını vermişdir. Həmin gündən sonra Şəhla onlarla qalıb yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Şəhla ona demişdir ki, Zöhrabla cinsi əlaqədə olmuşlar və qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Onlarla qaldığı müddət ərzində Şəhladan bir neçə dəfə valideynləri ilə əlaqə saxlamaq və tanış olmaq istədiyini desə də Şəhla istəməmiş və özü bu barədə ona deyəcəyini bildirmiş, o da Şəhlaya bir söz deməmiş, düşünmüşdür ki, valideynlərindən utanır, hələlik bildirmək istəmir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Şəhla üçün pal-paltar almağa Sumqayıt şəhəri Karvan ticarət mərkəzinə getmişlər, orada olan zaman sonradan adını Şamxal bildiyi Şəhlanın qardaşı onları görüb atasına zəng edərək xəbər vermiş, bir qədər sonra Şəhlanın atası Pərviz gəlib onları evinə aparmışdır. Orada olan zaman o, oğlu Zöhrabın Şəhlanı sevdiyini, Şəhlanın artıq onun gəlini olduğunu və evlənəcəklərini demiş, lakin orada olan zaman ona məlum olmuşdur ki, Şəhlanın 15 yaşın içindədir, 16 yaşı tamam olmamışdır, bilmişdir ki, Şəhla öz həqiqi yaşını ona Zöhrabla birlikdə bildirməmişdir. Buna baxmayaraq o, Şəhlanın valideynlərinə, Şəhlanı oğlu Zöhraba alacağını və yaşı çatanda toy edəcəyini demiş və beləcə razılaşmışlar. 2 gündən sonra Şəhlanı el adəti ilə oğlu Zöhraba ad etmiş və Şəhlanın barmağına nişan üzüyü də taxmışdır. Sonradan bilmişdir ki, Şəhlanın atası Pərviz şikayət etmişdir. Şəhlaya onlarla qaldığı müddət ərzində heç bir təsir olmamışdır, Şəhla mehriban və ünsiyyətcil qızdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 721 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcəyində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Tək-tək hallarda qeyri-təbii yolla cinsi əlaqə zamanı əlamət aşkar olunmursa, bunu məhkəmə-tibbi yolla təyin etmək mümkün deyildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşadığı, Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivi, 60-cı döngədə yerləşən fərdi evin 1-ci mərtəbəsindəki yataq otağında xx.xx.2022-ci il tarixdə saat 03 radələrində ilk dəfə Təqsirləndirilən şəxslə cinsi əlaqədə olduğunu və Zöhrabın onun qızlıq pərdəsini pozduğunu, həmin gündən sonra da evin 2-ci mərtəbəsində yerləşən yarımtəmirli yataq otağında da Zöhrabla cinsi əlaqədə olduğunu yerində göstərərək istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Yaşma bağları yaşayış massivi, 60-cı döngədə yerləşən fərdi evin 1-ci mərtəbəsindəki yataq otağında xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunu və Şəhlanın qızlıq pərdəsini pozduğunu, həmin gündən sonra da evin 2-ci mərtəbəsində yerləşən yarımtəmirli yataq otağında da Şəhla ilə cinsi əlaqədə olduğunu yerində göstərərək istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 17:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 2697 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Ünsiyyətçillik, adaptivlik, konfliktə və mübahisəyə meyilli olmamaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Zərərçəkmiş şəxs ona qarşı əməl törədilərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Zərərçəkmiş şəxs psixi vəziyyətinə görə barəsində edilən hərəkətlərin, o cümlədən onunla cinsi əlaqədə olmanın xarakter və mənasını dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Zərərçəkmiş şəxs ünsiyyətçillik, adaptivlik, konfliktə və mübahisəyə meyilli olmamaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, o, onunla cinsi əlaqədə olmanın xarakter və mənasını anlaya bilər. Zərərçəkmiş şəxs yaşından, fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafından və emosional halından asılı olaraq, qərarın təsviri hissəsində göstərilən hadisə zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 4072 saylı, xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan cinayət işi xx.xx.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-240/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3 maddəsi ilə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci ıl tarixli hökmü ilə 01 il 11 av 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasına məhkum olunmuşdur. Məhkum qanunla müəyyən olunmuş qaydada gəlib qeydiyyatdan keçmədiyindən ona təyin olunan cəzanı çəkməmişdir. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin 330 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinə psixiatrik kabinetinə müraciət etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 144-cü maddəsi ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 149, 150 və 151-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs Şəhlanın ona 15 yaşı tamam olduğunu dediyini, lakın o, Şəhlanın 16 yaşı tamam olub-olmadığmı dəqiq bilmədiyini və bu barədə Şəhladan soruşmadığını, özündə Şəhlanın 16 yaşı tamam olduğunu düşündüyü ilə bağlı göstərdiyi dəlillər məsuliyyətini yüngülləşdirmək məqsədilə özünümüdafiə xarakteri daşıması kimi tənqidi qiymətləndirilməklə rədd edilsin və ifadələrinin həmin hissələri iş materiallarına uyğun olmadığından sübut kimi qəbul edilməmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-852/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-852/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunaraq barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Ərizəni nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasının yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il azadlığın məhdudlaşdırılmasının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Məhkəmə qeyd edir ki, haziki cinayət işi üzrə təqsirləndirilən şəxs faktiki olaraq xx.xx.2022-ci il tarixdə saat 15:20-16:30 radələrində Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin inzibati binasında şahid qismində dindirilmiş, ifadənin yerində yoxlanılması istintaqı hərəkəti keçirilmiş və yalnız 13 oktyabr 2022-ci il tarixdə müstəntiq Mustafa Mustafazadə tərəfindən şəxs barəsində şübhəli şəxs qismində tutulması və müddətin əvvəlinin xx.xx.2022-ci il tarixdən saat 17:00-dan başlayaraq hesablanması barədə protokol tərtib edilmişdir. Göründüyü kimi Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi Mustafa Mustafazadə tərəfindən cinayət törətməkdə bilavasitə şübhəli olan şəxs tutulması rəsmiləşdirilmədən öncə fakitiki saxlanılmış, digər istintaq hərəkətləri aparılmış, yalnız bundan sonra şübhəli şəxs qismində cəlb edilmişdir. Odur ki, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı saxlanıldığı müddət şübhəli şəxs qismində tutulması haqqında protokolda rəsmiləşdirilmiş vaxtdan deyil, onların faktiki saxlanıldığı andan hesablanmalıdır ki, bu da 24 saatdan artıq etdiyi üçün 2 günə bərabər tutulur. Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X2rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Hər hansı şəxsin əlinin qandallanmaması, həbsxana hücrəsinə salınmaması və ya başqa üsulla fiziki baxımdan məhdudlaşdırılmaması faktı azadlıqdan məhrum edilmə halının olub-olmadığının müəyyən edilməsi üçün həlledici amil deyil (M.A. Kiprə qarşı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-852/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1641/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar