Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-141/2024 03.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,925 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 11 oktyabr 2023-cü il tarixdə, saat 09:50-də, Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində yerləşən Tunar marketin yaxınlığında saxlanılaraq Sumqayit ŞPİ-nə gətirilmiş və ŞPİ-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibində siqaret qutusunun içərisində saxlamış olduğu 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 0,925 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir. 11 oktyabr 2023-cü il tarixdə saat 09 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən «Tunar market» adlı mağazanın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək barəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları j|ə polis idarəsinə gəlmişdir. Polis idarəsində olarkən o, şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmuş və vəkil gəldikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onu təqdim etməyi təklif olunduqda, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd LD markalı siqaret qutusunu, sağ yan iç cibindən 16 manat pulu, sol yan cibindən 01 ədəd Samsung və 01 ədəd İNOİ markalı mobil telefonları təqdim etmişdir. Daha sonra 01 ədəd LD markalı siqaret qutusu açıldıqda içərisindən 01 ədəd qızılı rəngli kağız bükümdə ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq o, aşkar olunmuş maddənin psixotrop maddə «şüşə» olduğunu, həmin maddəni bir gün əvvəl Bakı şəhərində Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra aşkar olunmuş maddə təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 1,16 qram olması müəyyən olunmuşdur. Sonra həmin maddə təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüş, həmçinin 02 ədəd mobil telefonları da götürülmüş, 16 manat pul isə özünə qaytarılmışdır. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra protokol tərtib olunmuş və o da bütün iştirakçılar kimi həmin protokolla tanış olub protokola imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. O, psixotrop maddəni aldığı şəxsi tanımır, həmin şəxsdən əvvəllər narkotik vasitə və ya psixotrop maddə almamışdır. O, həmin psixotrop maddəni istifadə etmək üçün üzərində saxlamışdır. O, saxlanılan zaman və ya polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmamış, heç bir psixi təsirə məruz qalmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin X1 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 oktyabr 2023-cü il tarixdə qərəzsiz və etibarlı mənbədən Sumqayıt şəhəri Sülh küçəsində «Pərviz» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Pərviz» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı rəhbərlik tərəfindən o, X1 əməliyyat müvəkkili Şahid2, Təhqiqat şöbəsinin təhqiqatçısı Elnur Feyzullayev, Kriminalistik Tədqiqatlar bölməsinin kriminalisti Asəf Həbibovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupu ilə birlikdə 11 oktyabr 2023cü il tarixdə saat 09 radələrində əldə etdikləri məlumat əsasında Sumqayıt şəhəri Sülh küçəsinə getmişlər. Həmin küçədə olarkən «Tunar market» adlı mağazanın yaxınlığında Təqsirləndirilən şəxs görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsi ilə bağlı məlumat olduğunu bildirib, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə Sumqayıt ŞPİ-yə gəlməyə etiraz etməmişdir. Sonra birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə ondan təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd LD markalı siqaret qutusunu, sag yan iç cibindən 16 manat pulu, sol yan cibindən bir ədəd Samsung və bir ədəd İNOİ markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Təqdim olunmuş siqaret qutusuna baxış keçirilən zaman içərisindən bir ədəd qızılı rəngli kağız bükümdə ağ rəngli kristallik formada psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə «şüşə» olduğunu, həmin maddəni bir gün əvvəl Bakı şəhərində Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra həmin maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 1,16 qram olması müəyyən olunmuşdur. Sonra həmin maddə təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Həmçinin 02 ədəd mobil telefonlar da götürülmüş, lakin 16 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra axtarış ilə bağlı protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin X1 əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1Sahil küçəsində yerləşən “Tunar market”-in yaxınlığında xx.xx.2023-cü il tarixdə, saat 09:50-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X3 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bıldirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd LD markalı siqaret qutusunu, sağ yan iç cibində olan 16 manat pulu və sol yan cibində saxlamış olduğu 01 ədəd “Samsung”, 01 ədəd isə “İNOİ” markalı mobil telefonları təqdim etdi. Daha sonra həmin 01 ədəd LD markalı siqaret qutusu açılan zaman içərisində 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş büküm olduğu müəyyən edildi və həmin büküm tərəfimdən açılan zaman içərisində ağ rəngli kristal şəklində olan maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddənin “şüşə” olduğunu, həmin maddəni dünən Bakı şəhərində Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 1.16 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung”, 01 ədəd isə “İNOİ” markalı mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü, 16 manat pul isə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarıldı. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/5313 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə 1 ədəd kağız kəsiyi bükümdə təmiz çəkisi 0,925 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,875 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə olan «00092» sözləri yazılan MP4 formatlı videogörüntü açıldıqda 08 dəqiqə 24 saniyədən ibarət olduğu müəyyən olunmuşdur. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 11 oktyabr 2023-cü il tarixli protokola əsasən Sumqayıt ŞPİ-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim edəndən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin nəyə görə saxlanılması barədə məlumat verir. Bundan sonra iştirakçılar özlərini təqdim edirlər. Daha sonra şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş təqdim edilir, şübhəli şəxs bildirişlə tanış olandan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya vardırsa könüllü təqdim etməsini bildirdi, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd LD markalı siqaret qutusu, sol yan cibindən 01 ədəd İNOİ markalı və 01 ədəd Samsung markalı mobil telefonları çıxarıb təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparır və şalvarının sağ yan balaca cibindən 16 manat pul aşkar olunur. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusuna baxış keçirir və içərisindən 01 ədəd kağız büküm aşkar olunur, həmin büküm açıldıqda içərisində ağ rəngli kristallik formada maddə olması müəyyən edilir. Təqsirləndirilən şəxs verilən şifahi suallara cavab olaraq aşkar olunmuş bükümdəki maddənin psixotrop maddə «şüşə» olduğunu, onu bir gün əvvəl Bakı şəhərində Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Sonra təhqiqatçı tərəfindən büküm elektron tərəzidə ölçülür və çəkisinin 1,16 qram olması müəyyən edilir. Sonra təhqiqatçı tərəfindən kağız büküm və mobil telefonlar qablaşdırılır, 16 manat pul isə Təqsirləndirilən şəxs qaytarılır. Daha sonra müdafiəçi şübhəli şəxsə suallar verir, sonuncu isə üzərindən aşkar edilmiş maddənin ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmadığını bildirir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirlməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefonlardan biri «Samsung» markalı, biri isə «İNOİ» markalıdır. «Samsung» markalı mobil telefonun qarşı hissəsi sensor ekrandan ibarət olmaqla mobil telefonun arxa hissəsi göy rəngindədir, mobil telefon işlək vəziyyətdədir, üzərində işlənməsinə dair cızıqlar vardır. Mobil telefonun arxa sol yuxarı hissəsində fotoşəkil çəkmək üçün kameraları və mobil telefonu əl-barmaq izi ilə açmaq üçün sensor vardır. Mobil telefonun ıııenyusuna daxil olunub «Qalereya», «SMS», «Vatsap» və digər tətbiqlərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmadı. «İNOİ» markalı mobil telefonun qarşı hissəsi ekran və düymələrdən ibarət olmaqla mobil telefon düymələrlə idarə olunur, sadə və qara rəngli mobil telefondur, mobil telefon işlək vəziyyətdədir, üzərində işlənməsinə dair cızıqlar vardır. Mobil telefonun ıııenyusuna daxil olunub daxil olan və çıxan zənglər, SMS-lər qovluqlarına baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmadı. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olan “Samsung” və “İNOİ” markalı mobil telefonları saz vəziyyətdə müstəntiqdən təhvil almış və bununla bağlı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 7158 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs üzərindən 11 oktyabr 2023-cü il tarixdə aşkar olunmuş 0,925 qram psixotrop maddə metamfetamin və 01 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0,875 qram qalığı təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş, 01 ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-978/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-141/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə məhkəməyə daxilmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstinatq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-141/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, şəxs əvvəllər narkotik vasitə istifadəsinə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, lakin buna baxmayaraq yenidən eyni xarakterli cinayət əməli törətdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertizalar nəticəsində qalıq qalmış 0,875 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 88,00 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-978/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 2087 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertizalar nəticəsində qalıq qalmış 0,875 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88,00 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-141/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-141/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver