Məhkəmə qərarları › İş №1(060)-142/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-142/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-142/2021 04.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 15:05 radələrində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşımaqla saxlamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Xaçmaz ST XPŞ-nin baş Sumqayıt st XPB-nin əməkdaşlarının Azərbaycan Dəmir Yolları QSC-nin Baş Sumqayıt stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılaraq dəvət olunduğu həmin xətt polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki ağ rəngli şalvarın sol ön cibindəki şəffaf rəngli sellofan bükümün içərisindən 0,548 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşımaqla saxlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində valideynləri ilə birlikdə yaşayır, subaydır, hal-hazırda heç bir yerdə işləmir. Meyxana deməyi bacardığı üçün çox vaxt yaşadığı qəsəbədə və qonşu kəndlərin toylarında meyxana deməklə öz cib xərcini qazanır. Hadisədən iki-üç gün öncə Sumqayıt şəhərində yerləşən dəmir yolu vağzalı ərazisində olarkən o, yerdə üç ədəd şəffaf sellofon bükülü olmasını görmüş, maraq xatirinə həmin bükülünü götürüb baxdıqda, orada narkotik vasitə olan heroin olduğunu müşahidə etmiş, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün bükülülərdə olan narkotik vasitəni dərhal tanıdığından, hər üç bükülünü şəxsi istifadəsi üçün götürmüş və olduğu yerdən uzaqlaşmışdır. Bundan bir qədər sonra bükülülərin ikisini ara verə-verə müxtəlif vaxtlarda gizlin və sakit yerlərdə istifadə etmiş, qalan bir bükülüdə olan heroini isə cibində saxlayaraq sonrakı istifadəsi üçün gizlətmək qərarına gəlmişdir. O, heroin bükülüsünü gizlətmək məqsədi ilə şəhər mərkəzindən kənara, Baş Sumqayıt dəmir yolu stansiyası ərazisinə getmiş, stansiya ərazisində iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlayaraq daşıması barədə onlarda əməliyyat məlumatı olmasını bildirərək, onu Baş Sumqayıt st. XPB-nin inzibati binasına dəvət etmişlər. Bölmədə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyini və buna etirazının olub-olmamasını ondan soruşulmuş, etiraz etmədiyini bildirdikdən sonra video çəkiliş aparılmış, ciblərində olan əşyaları çıxardıb qarşısında olan masanın üzərinə qoyması bildirilmişdir. Bu zaman o, əynində olan ağ cins şalvarının ön sol cibində saxlayaraq daşıdığı 01 (bir) ədəd sellofon bükümdə olan heroini çıxardaraq masanın üzərinə qoymuş və bükülüdə narkotik vasitənin olmasını bildirmişdir. Sorğu zamanı o, bir ilə yaxın müddətdə narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmiş, sellofon bükülüdə olan heroini iki-üç gün öncə Sumqayıt şəhəri ərazisində yerləşən dəmir yolu ərazisində olarkən yerdən tapmasını demişdir. Bundan sonra sənədləşmə aparılmış, protokol tərtib olunmuş və o da imzalamışdır. Əməlindən peşmandır, narkotik asılılığından qurtarmaq istəyir, amma dəfələrlə cəhd etsə də azadlıqda buna nail ola bilməmişdir. Mövcud vəziyyətini nəzərə almağı məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadə etməsi, saxlaması və daşıması barədə bölməyə daxil olmuş məlumatla əlaqədar Xanbala bölməyə dəvət edilərkən o, bölmədə olmuşdur. Bölmənin təhqiqatçısı Elməddin Həsənov Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi üçün onu xidməti otağına dəvət etmiş, həmin vaxt təhqiqatçının xidməti otağında əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və polis serjantı Şahid2 iştirakı ilə o, videoçəkilişə başlamış, videoçəkiliş zamanı təhqiqatçı Xanbalaya hüquq və vəzifələrini izah edərək Xanbalaya bu barədə bildiriş vermiş, sonra Xanbalaya üzərində olan pretmetləri qarşısında olan masanın üzərinə qoymasını xahiş etmiş, bu vaxt Xanbala əynindəki ağ cins şalvarının ön sol cibindən bir ədəd sellafon bükülünü təqdim edərək masanın üzərinə qoymuşdur. X2 bükülünün içərisində nə olduğunu soruşmuş, Xanbala həmin bükülüdə narkotik vasitə olduğunu deyərək bükülünü iki-üç gün öncə Sumqayıt şəhəri ərazisində yerdən tapdığını demişdir. Sonra təhqiqatçı Xanbaladan narkotik vasitələrdən istifadə etməsi barədə soruşmuş, Xanbala bir ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini demiş, həmin vaxt təhqiqatçı Elməddin Xanbalanın təqdim etdiyi bir ədəd sellafon bükülüdə olan narkotik vasitəni zərfə qablaşdıraraq ekspertizaya təqdim edilməsi üçün zərfin üzərini möhürləmiş, sonra Xanbalanın üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib etmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində Şahid3 göstərdiklərini təsdiq etdi. Şahid1 istintaq zamanı verdiyi ifadəsində şahidlər Şahid3 və X1 ilə eyni məzmunlu ifadə vermiş, onların göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2020ci il tarixdə saat 15:05 dəqiqədə ADY QSC Baş Sumqayıt stansiyasının ərazisində tutulmuşdur.(i.v 22) İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında" protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əli ilə əynindəki ağ rəngli cins şalvarın ön sol cibindən siqaret qutusunun üzərində olan kiçik tutumlu sellofan torbaya bükülü əşyanı çıxarıb təqdim etmişdir. Həmin şəffaf rəngli kiçik torbacığın içərisinə qoyulmuş sarımtıl kaöız bükülüsü aşkar edilmiş və qeyd olunan kağız bükülüsünü Təqsirləndirilən şəxs və digər şəxslərin iştirakı ilə açıb baxış keçirilərkən orada şabalıdı rəngli maddə aşkar edilmişdir. Şəxsi axtarış keçirilərkən Xanbala Aağamiyev sellofan torbacığın içərisində olan kağızın arasında aşkar edilmiş maddənin narkotik vasitə olduğunu qeyd edərək həmin kütləni 2-3 gün əvvəl Sumqayıt şəhəri ərazisindən tapdığını və özü ilə götürüb xx.xx.2020ci il tarixdə Baş Sumqayıt dəmiryolu stansiyası ərazisinə gəldiyini, stansiya ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını etiraf etmişdir. (İ.V 26-27) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/1938 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "...Təqsirləndirilən şəxs üzərindən...." və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,548 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(i.v 34-35) İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Tutmadan azad etmə və təqsirləndirilən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə" qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:00-da Xaçmaz RPŞ MSY-dən azad edilmiş və barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir.(i.v 55) İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında" protokoldan görünür ki, Xaçmaz st. XPŞ-nin XPN-nin təhqiqatçısı, polis kapitanı X4 xidməti iş otağında Baş Sumqayıt st. XPB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Məmməd oğlu və Baş Sumqayıt st. XPB-nin PPX-nin manqasının polis nəfəri, polis serjantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. X3 özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs anket məlumatlarını deməklə baxışda iştirak edən digər iştirakçılar ona təqdim edilir. X8 Azərbaycan Respublikası CPM-nin 90 və 246-cı maddələrində nəzərdə tutulmuş hüququ və vəzifələri izah edilməklə onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək etirazının və ya şikayətinin olub-olmamasını soruşur, Xanbala Aağmiyev isə şikayətinin olmadığını bildirir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq masanın üzərinə qoysun. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki ağ rəngli cins şalvarının ön tərəfinin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim edir. Həmin bükümü açarkən şabalıdı rəngli maddə aşkar olunur ki, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olmasını etiraf edərək, həmin bükümü 2-3 gün əvvəl Sumqayıt şəhəri ərazisindən tapdığını və özünün istifadəsi üçün işlətdiyini bildirir. Bundan sonra şəxsiaxtarışın keçirilməsi davam etdirilir, lakin Xanbala Aağmiyevin üzərindən digər hər hansı bir əşya, pul və s. aşkar olunmur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm ekspertizaya təqdim edilməsi üçün kağız zərfdə qablaşdırılır.(i.v 59-60) İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Maddi sübut kimi tanınma haqqında" qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 0,548 qram olan, tədqiqat və ekspertiza zamanı sərf olunduqdan sonra qalıq çəkisi 0,498 qram heroin maddi sübut kimi tanınmışdır(i.v 62-63) İş materiallarında olan xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur(i.v 74) İş materiallarında olan DİNnin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 75) İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli 2837 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 76) İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı şəhər poliklinikasının baş həkimi Ağayevin xx.xx.2020-ci il tarixli 818 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur.(i.v 77) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2694 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 81-82) İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Sübutların qiymətləndirilməsi haqqında" qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş 0,548 qram çəkidə narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini təsdiq edən disk maddi sübut kimi tanınmışdır.(i.v 90-94) İş materiallarına əlavə edilmiş, məhkəmə iclasında nümayiş etdirilmiş 1 ədəd diskdə Xaçmaz ST XPŞ-nin baş Sumqayıt st XPB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə heroin olduğunu etiraf etməsi əks etdirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,548 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etdiyi cinayətin ictimai təhlükəliliyi azalmamışdır və o hələ də cəmiyyət üçün təhlükəlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin cəzasını 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Xaçmaz st. XPŞ-nin saxlanc anbarında saxlanılan, çəkisi 0,498 qram narkotik vasitə olan heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək "həbs" qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək Azərbaycan Respublikası ƏN-nin penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Xaçmaz st XPŞ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut –ekspertiza tədqiqatından sonra çəkisi 0,498 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut - əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar