Məhkəmə qərarları › İş №1(060)-142/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-142/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-142/2023 12.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Rusiya Federasiyası Moskva şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək niyyəti ilə özünü “Yaşma” xüsusi təyinatlı qüvvələrinin zabiti və İkinci Qarabağ müharibəsinin qazisi kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs1 "Yaşat" fonduna mühafizəçi vəzifəsinə təyin etdirəcəyini vəd edib sonuncunun ona olan inam və etimadından istifadə edərək əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətinə uyğun olaraq 2021-ci ilin iyun ayının axırlarında ünvan 2 ünvanında yerləşən “Elmar market” mağazasının qarşısında Zərərçəkmiş şəxs1 755 manat pulu alıb vədinə əməl etməyərək özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, vahid qəsdlə əhatə olunan özgənin əmlakını ələ keçirmək niyyəti ilə özünü “Yaşma” xüsusi təyinatlı qüvvələrinin zabiti və “İkinci Qarabağ” müharibəsinin qazisi kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə direktor müavini və sonuncunun bacısı Şahid1 "Yaşat" fonduna operator vəzifəsinə təyin etdirəcəyini vəd edib Zərərçəkmiş şəxs2 ona olan inam və etimadından istifadə edərək əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətinə uyğun olaraq 2021-ci ilin oktyabr ayının axırlarında Sumqayıt şəhəri 2-ci mikrorayon ev 3/6-da yerləşən "Eurosport” idman geyimləri mağazasının qarşısında sonuncudan 400 manat, iki gün sonra həmin ünvanda 400 manat olmaqla cəmi 800 manat pulu Zərərçəkmiş şəxs2 alaraq vədinə əməl etməyərək vahid qəsdlə əhatə olunan özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, vahid qəsdlə əhatə olunan özgənin əmlakını ələ keçirmək niyyəti ilə özünü “Yaşma” xüsusi təyinatlı qüvvələrinin zabiti və İkinci Qarabağ müharibəsinin qazisi kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs4 övladı X16 ali təhsil aldığı Rusiya Federasiyası Volqoqrad İdarəetmə Universitetində hüquqşünaslıq ixtisasının Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsinə (nostrifikasiyası) köməklik edəcəyini vəd edib Zərərçəkmiş şəxs4 ona olan inam və etimadından istifadə edərək əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətinə uyğun olaraq 2021-ci ilin noyabr ayının axırlarında ünvan 3 ünvanının qarşısında sonuncudan 400 manat, bir gün sonra həmin ünvanda 400 manat olmaqla cəmi 800 manat pulu Zərərçəkmiş şəxs4 alıb vədinə əməl etməyərək vahid qəsdlə əhatə olunan özgənin əmlakını ələ keçirərək dələduzluq elmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək niyyəti ilə özünü “Yaşma” xüsusi təyinatlı qüvvələrinin zabiti və İkinci Qarabağ müharibəsinin qazisi kimi təqdim edərək tanışı Zərərçəkmiş şəxs3 İkinci Qarabağ müharibəsinin veteranı kimi Sumqayıt şəhəri 9-10-cu mikrorayonda yerləşən “Kristal Abşeron” yaşayış kompleksində dövlət hesabına mənzillə təmin olunmasına köməklik edəcəyini vəd edib Zərərçəkmiş şəxs3 ona olan inam və etimadından istifadə edərək əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətinə uyğun olaraq 07 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən «Liman» restoranında sonuncudan 800 manat pulu alıb vədinə əməl etməyərək özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, vahid qəsdlə əhatə olunan özgənin əmlakını ələ keçirmək niyyəti ilə özünü “Yaşma” xüsusi təyinatlı qüvvələrinin zabiti və İkinci Qarabağ müharibəsinin qazisi kimi təqdim edərək Zərərçəkmiş şəxs5 Sumqayt şəhəri Novxanı qəsəbəsi ərazisində ucuz qiymətə 0.06 ha torpaq sahəsi almasına köməklik edəcəyini vəd edib Zərərçəkmiş şəxs5 ona olan inam və etimadından istifadə edərək əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətinə uyğun olaraq 2021-ci ilin dekabr ayının axırlarından 2022-ci ilin yanvar ayının axırlarınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda 4 dəfəyə olmaqla cəmi 2442 manat pulu sonuncunun yaşadığı ünvan 5 ünvanından “ABB mobile” mobil tətbiqi vasitəsilə özünə məxsus müxtəlif kart hesablarına köçürülməsi yolu ilə Zərərçəkmiş şəxs5 alıb vədinə əməl etməyərək vahid qəsdlə əhatə olunan özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2007-ci ildə Heydər Əliyev adma Ali Hərbi məktəbə daxil olmuş, 2011-ci ildə həmin məktəbi bitirərək leytenant rütbəsi alaraq Silahlı Qüvvələrin təlim tədris mərkəzinə gedib tağım komandiri sertifikatı almaq üçün həmin mərkəzdə kurs keçmişdir. 2012-ci ildə Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlamışdır. 2014-cü ildə xidməti iş yeri Tərtər rayonunda yerləşən N saylı hərbi hissəyə dəyişdirilmişdir. N-ci ildə isə Güzdək qəsəbəsində yerləşən N saylı hərbi hissəyə xidməti iş yeri dəyişdirilmişdir. 2020-ci ildə ordu sıralarından təxris olunmuşdur. 24 sentyabr 2020-ci il tarixdə könüllü olaraq müharibəyə yollanmış, 27 sentyabr 2020-ci il tarixdə müharibənin başlanmasından 11 oktyabr 2020-ci il tarixədək aktiv döyüş əməliyyatlarında iştirak etmişdir. 11 oktyabr 2020-ci il tarixdə Hadrut qəsəbəsində yaralansa da müharibədə iştirakına davam etmişdir. 10 noyabr 2020-ci il tarixə qədər aktiv döyüş əməliyyatlarında iştirak etmiş, müharibədən sonra başında travmalar olduğundan Silahlı Qüvvələrin hərbi hospitalında uzun müddət müalicə olunmuşdur. 2021-ci ilin yay aylarında Sumqayıt şəhəri Novxanı qəsəbəsində yerləşən “Oreqano” restoranının marketində olan zaman orada satıcı işləyən Zərərçəkmiş şəxs1 ilə təsadüfən tanış olmuşdur. Rəşad ilə söhbət zamanı özünü ona xüsusi təyinatlı “Yaşma 052” saylı hərbi hisəssinin zabiti kimi təqdim edərək İkinci Qarabağ müharibəsində iştirak edərək yaralandığını bildirmişdir. Rəşadla söhbət zamanı o, işin çətinliyindən danışdığına görə ona əgər istəsə tanışları vasitəsilə onu “Yaşat” fondunda mühafizəçi işinə düzəltdirə biləcəyini bildirmişdir. Rəşad ona qəti bir söz deməmişdir. Bu hadisədən təxminən 2 həftə sonra yenidən həmin marketə getmişdir. Həmin vaxtı Rəşadın işdən çıxdığını bilmişdir. Orada olan işçilərdən Rəşadın nömrəsini öyrənərək ona zəng edərək “Yaşat” fondunda mühafizəçi işinə düzəltdirə biləcəyini və aylıq 600 manat maaş alacağını bildirmişdir. Rəşada həmin işə düzəlmək üçün 755 manat pul lazım olduğunu bildirərək həmin pulun 325 manatını dövlət rüsumu olduğunu, 200 manatın sığorta pulu üçün hesablanacağını və 230 manatın mühafizəçi formasına görə verilməli olduğunu bildirmişdir. Rəşad da onunla razılaşmışdır. Bundan sonra 2021-ci ilin iyun ayının axırlarında Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən “Elmar” marketin qarşısında Zərərçəkmiş şəxs1la görüşmüşdür. Həmin vaxtı Rəşad ona 755 manat pul vermişdir. Rəşada bir ay ərzində işin düzələcəyini bildirmişdir. Rəşad da ona etiraz etməmişdir. Lakin iş alınmadığına görə 2022-ci ilin fevral ayının əvvələrində Rəşadın pulunu onun göndərdiyi qardaşına məxsus kart hesabına köçürmüşdür.Bundan başqa Sumqayıt şəhər sakini Qasımov Nəsibi bir neçə ildir ki, tanıyır. Nəsib ilə arasında səmimi münasibət vardır. 2021-ci ilin oktyabr ayında Nəsib onunla əlaqə saxlayaraq qohumlarının korona virus xəstəliyinə yoluxduqlarını və Xırdalan şəhərində modul tipli xəstəxanada müalicə olunduqlarını, lakin onların səhhəti ilə maraqlana bilmədiklərini bildirmişdir. Nəsib onun müharibə iştirakçısı olduğuna və yaralandığına görə xəstəxanada qohumlarının səhhəti ilə maraqlanmağa köməklik edə biləcəyini xahiş etmişdir. Nəsibə bacardığı həddə köməklik edəcəyini bildirmişdir. Bundan sonra Nəsiblə görüşmüşdür. O, Nəsib və sonuncunun qohumu Bahar adlı qızla görüşərək Nəsibin qohumlarının olduğu xəstəxanaya getmişlər. Yolda gedən zaman ona məlum olmuşdur ki, xəstəxanada yatan şəxslər Nəsibin qohumu olan Bahar adlı xanımın valideynləridir. Xəstəxanaya getdikdən sonra həkimlərdən Baharın valideynlərinin durumu ilə maraqlanan zaman onların səhhətlərinin normal olduğunu öyrənmişdir. Bu barədə onlara məlumat vermişdir. Bundan sonra Nəsibin qohumları Bahar və onun Sənubər adlı bacısı ilə arasında səmimi ünsiyyət yaranmışdır. 2021-ci ilin oktyabr ayının axırlarında Sənubər, bacısı Bahar, Nəsib və o birlikdə Sənubərin valideynlərinin yanından xəstəxanadan qayıdırmış. Yolda söhbət etdikləri zaman Sənubər 42 nömrəli orta məktəbdə müəllimə işlədiyini, bacısı Baharın isə işsiz olduğunu demişdir. Sənubər Sumqayıt şəhəri ərazisində hansısa məktəbdə direktor müavini vakant vəzifəsi olsa orda işləmək istədiyini bildirmişdir. Sənubərə Sumqayıt şəhəri 11 saylı orta məktəbdə direktor müavini vəzifəsinə düzəlməsinə köməklik edə biləcəyini bildirmişdir. Bundan başqa Sənubər bacısı Baharın da işsiz olduğunu bildirdiyinə görə onu da “Yaşat” fondunda operator vəzifəsinə işə düzəldə biləcəyini və 800 manat maaş alacağını demişdir. Sənubərə həmin işləri gördüyünə görə 800 manat pul lazım olduğunu bildirmişdir. Sənubər də onunla razılaşmışdır. Həmin ərəfədə 2021-ci ilin oktyabr ayının axırlarında Sumqayıt şəhəri 2-ci mikrorayon ev 3/6-da yerləşən “Eurosport” idman geyimləri mağazasının qarşısında Sənubər ilə görüşmüşdür. Həmin vaxtı Sənubər ona 400 manat pul verərək qalan 400 manat pulu da qısa zaman ərzində verəcəyini bildirmişdir. Sənubərə bir ay ərzində onu 11 saylı orta məktəbə direktor müavini təyin etdirəcəyini, Baharın da “Yaşat” fondunda operator vəzifəsinə təyin etdirəcəyini bildirmişdir. İki gün sonra 2021-ci ilin oktyabr ayının axırlarında 2-ci mikrorayon ev 3/6-da yerləşən “Eurosport” idman geyimləri mağazasının qarşısında Sənubər ilə təkrarən görüşmüşdür. Həmin vaxtı da Sənubərdən qalan 400 manat pulu almışdır. Sonradan iş alınmadığından 2022-ci ilin yanvar ayının əvvəllərində Sənubərin bacısı Bahara 200 manat pul qaytarmışdır. Sonra isə Sənubərə 100 manat pul qaytarmışdır. Sonradan imkanı olmadığına görə Sənubərin qalan 500 manat pulunu qaytara bilməmişdir. Bundan başqa Sənubərin valideynləri xəstəxanada müalicə olunan zaman ondan 350 manat pul almışdır. Həmin pula Sənubərin valideynlərinə müxtəlif bahalı dərmanlar alaraq xəstəxananın adını xatırlamadığı həkiminə vermişdir. Həkim də həmin dərmanların Sənubərin valideynlərinin müalicəsində istifadə etmişdir. Bundan başqa 2021-ci ilin noyabr ayında Sumqayıt şəhəri 42 nömrəli tam orta məktəbə getmişdir. Həmin vaxtı müharibə iştirakçısı kimi məktəb şagirdləri ilə görüşə getmişdir. Həmin tədbir zamanı 42 nömrəli məktəbin təşkilati işlər üzrə direktor müavini Zərərçəkmiş şəxs4 ilə tanışlığı yaranmışdır. Yaqut müəllimə ilə söhbəti zamanı o, oğlu Rəşidin N-ci ildə Rusiya Federasiyası Volqoqrad İdarəetmə universitetində hüquqşünaslıq ixtisasi üzrə ali təhsilini başa çatdırıb diplom aldığını, lakin oğlunun diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmadığını bildirmişdir. Yaqut müəlliməyə oğlunun diplomunun təsdiq olunmasına köməklik edərək oğlunun diplomunun Təhsil Nazirliyi tərəfindən təsdiq olunmasına köməklik edəcəyini bildirmişdir. Yaqut müəlliməni inandırmaq üçün yalandan öz xalası qızının da xarici ölkədə ali təhsil aldığını, onun da diplomunu Təhsil Nazirliyi tərəfindən təsdiq etdirdiyini bildirmişdir. 2021-ci ilin noyabr ayının axırlarında Yaqut müəllimənin yaşadığı ünvan 6 ünvanında yerləşən binanın qarşısında Yaqut müəllimə ilə görüşmüşdür. Həmin vaxtı Yaqut müəllimə ona 400 manat pul vermişdir. Həmin günün səhəri Yaqut müəllimə ilə onun yaşadığı binanın qarşısında təkrar görüşmüşdür. Həmin vaxtı da Yaqut müəllimədən əlavə 400 manat da pul almışdır. Yaqut müəlliməyə bir ay ərzində oğlu Rəşidin diplomunu təsdiq etdirəcəyini demişdir. Sonradan iş alınmadığından ondan aldığı pulu geri qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 Sumqayıt şəhər sakini kimi tanıyır. İlham ilə söhbət zamanı o da müharibədə iştirak etdiyim və yaralandığını demişdir. Cavidə özünü “Yaşma 052” nömrəli hərbi hissəsinin zabiti kimi təqdim etmişdir. Cavid ilə söhbət zamanı ona müharibədə iştirak edən əlilliyi olan şəxslərə dövlət tərəfindən mənzillər verildiyini və müharibə iştirakçılarının Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən Kristal Abşeronun binalarında mənzillə təmin olunacağını bildirərək onun adını mənzil alacaq şəxslərin siyahısına saldıra biləcəyini demişdir. Caviddən bu məqsədlə 800 manat pul istəmişdir. 07 dekabr 2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən Liman restoranında Cavid ilə görüşərək 800 manat pulu ondan almışdır. Lakin iş alınmadığından 27 yanvar 2022-ci il tarixdə Caviddən aldığı 800 manat pulu onun özünə qaytarmışdır. Bundan başqa 2021-ci ilin dekabr ayında Sumqayıt şəhəri Şəhidlər Xiyabanında olan zaman DSX-nin hərbiçisi Zərərçəkmiş şəxs5 ilə tanış olmuşdur. Rəşada özünü “Yaşma 052” saylı xüsusi təyinatlı hərbi hissəsinin hərbiçisi olduğunu və müharibədə yaralandığını bildirmişdir. Rəşadla arasında səmimi münasibət yaranmışdır. Rəşadla söhbət zamanı ona Vətən müharibəsi qazisi olduğuna görə dövlət tərəfindən ona daşınmaz əmlaklar verildiyini və onun adma rəsmiləşdirə biləcəyini bildirmişdir. Rəşad bununla əlaqədar olaraq onunla danışacağını demişdir. Bir neçə gün sonra Rəşad onunla əlaqə saxlayaraq torpaq sahəsi almaq istədiyini bildirmişdir. Rəşada Sumqayıt şəhər Bələdiyyəsindəki tanışları vasitəsilə Novxanı kəndi ərazisində 6 sot torpaq sahəsini 2500 manat pul müqabilində onun adına sənədləşdirə biləcəyini demişdir. Rəşad da onun təklifi ilə razılaşmışdır. Rəşada kart hesabı göndərərək torpaq sahəsinin sənədləşdirilməsi üçün ödəyəcəyi pulları həmin kart hesabına göndərməsini bildirmişdir. Bundan sonra 2021-ci ilin dekabr ayının axırlarından 2022-ci ilin yanvar ayının axırlarınadək olan müddət ərzində Rəşad bir neçə dəfəyə ona göndərdiyi kart hesabına ümümulikdə 2442 manat pul köçürmüşdür. Rəşad hər dəfə pul köçürdükcə bu barədə ona məlumat vermişdir. Rəşada torpağın onun adına sənədləşməsi ilə bağlı işə başladığını və qısa müddət ərzində torpaq sahəsini onun adına sənədləşdirəcəyini demişdir. Bundan bir qədər sonra 2022-ci ilin mart ayının əvvəllərində Rəşad ona verdiyi pulunu geri tələb etməyə başlamışdır. 13 mart 2022ci il tarixdə Rəşada 1000 manat pul qaytarmışdır. 20 mart 2022-ci il tarixdə isə Rəşada olan borcunun qalan hissəsini tam ödəmişdir. Məhkəmədən barəsində cərimə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Abşeron rayonu, Saray qəsəbəsində yaşayır. 2021-ci ilin yay aylarında Sumqayıt şəhəri Novxanı qəsəbəsində yerləşən “Oreqano” retsoranının marketində satıcı işləyən vaxt marketə bir nəfər müştəri gəlmişdir. Müştəri ilə söhbət zamanı Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olmasını bilmişdir. O, özünü xüsusi təyinatlı “Yaşma 052” saylı hərbi hisəssinin kapitan rütbəsində xidmət edən hərbiçisi olduğunu, ikinci Qarabağ müharibəsində iştirak edərək yaralandığını bildirmişdir. Elvin müharibə iştirakçısı olduğuna görə onunla arasında səmimi münasibət yaranmışdır. Elvin söhbət zamanı əgər istəsə tanışları vasitəsilə onu Yaşat fondunda mühafizəçi işinə düzəltdirə biləcəyini bildirmişdir. Elvin bu barədə ona təklif etmişdir. Lakin həmin vaxtı işi olduğuna görə Elvinin təklifinə qəti cavab verməmişdir. Bu hadisədən təxminən 2 həftə sonra işdən çıxmışdır. 2021-ci ilin iyun ayınına axırlarında tanımadığı nömrədən ona zəng gəlmişdir. Zəng edən şəxs Elvin olduğunu deyərək marketə getdiyini və işdən çıxdığını öyrəndiyinə görə onun əlaqə nömrəsini öyrənərək ona zəng etdiyini bildirmişdir. Elvin yenə də əvvəl ona etdiyi təklifi edərək istəsə onu “Yaşat” fondunda mühafizəçi işinə düzəltdirə biləcəyini və aylıq 600 manat maaş alacağını bildirmişdir. Elvin bunun müqabilində 755 manat pul lazım olduğunu, həmin pulun 325 manatının dövlət rüsumu olduğunu, 200 manatın sığorta pulu üçün hesablanacağını və 230 manatın mühafizəçi formasına görə verilməli olduğunu bildirmişdir. O da işsiz olduğuna görə Elvinin təklifi ilə razılaşmışdır. Bundan sonra 2021-ci ilin iyun ayının axırlarında Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən Elmar marketin qarşısında Təqsirləndirilən şəxsla görüşmüş, həmin vaxtı Təqsirləndirilən şəxs xususi təyinatlı hərbiçilərin geyim formasında və onlara məxsus çəkmələrdə onunla görüşə gəlmiş, o, da 755 manat pulu Elvinə vermişdir. Elvin ona işin nə vaxt düzələcəyi barədə dəqiq bir söz deməmişdir. Daha sonra iş alınmamış, 2022-ci ilin fevral ayının əvvəllərində Elvin pulunu qaytarmaq istədiyini bildirdiyindən qardaşı Samir Salahova məxsus Beynəlxalq Banka məxsus debet kartın nömrəsini ona göndərmişdir. Elvin onu işə düzəltməsi üçün ona verdiyi 755 manat pulu Samirin kartına göndərmişdir. Bu hadisədən bir neçə müddət keçdikdən sonra Korrupsiyaya qarşı mübarizə idarəsindən ona zəng edib həmin idarəyə çağırmışlar. Təqsirləndirilən şəxs pulunun qaytarıldığı üçün ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayından tanıyır. Belə ki, həmin vaxt atası Mətləb Şirinov və anası X1 virus (Covid 19) xəstəliyinə yoluxduğuna görə Xırdalan şəhərində modul tipli xəstəxanada müalicə alan vaxtı Təqsirləndirilən şəxs oradan tanımışdır. Həmin vaxtı xəstəxanaya daxil olub valideynlərinin səhhəti ilə maraqlanmaq mümkün olmadığı üçün xəstə yaxınları onlara bildirmişdir ki, əgər hansısa rütbəli və ya vəzifəli şəxs olan tanışları olarsa validyenlərinin son durumu ilə əlaqədar olaraq məlumat öyrənib onlara deyə bilər. Bibisi oğlu X24 bildirmişdir ki, onun bir nəfər hərbiçi tanışı vardır. Nəsib həmin şəxsin xusüsi təyinatlı qüvvələrin Yaşma N saylı hərbi hissənin zabiti olduğunu və “Vətən müharibəsi”ndə iştirak etdiyini və müəyyən nüfuz sahibi olduğunu deyərək onun köməklik edə biləcəyini bildirmişdir. Həmin vaxt Nəsib Təqsirləndirilən şəxsla əlaqə saxlayıb onu çağırmışdır. Bundan sonra bacısı Bahar bibisi oğlu Nəsib və Təqsirləndirilən şəxs valideynlərinin müalicə aldığı xəstəxanaya getmişdir. Elvin xəstəxanada olan zaman həkimlə görüşə bilməsə də valideynlərinin durumu ilə maraqlanmış və həkimlər valideynlərinin səhhətinin normal olduğunu demişlər. Elvin xəstəxanaya gedərkən xüsusi təyinatlı hərbiçilərin geyimini geyinmişdir. Bundan sonra valideynlərinə baş çəkməyə gedən zaman bəzi vaxtlarda Elvin özü də onlarla birlikdə getmişdir. 2021-ci ilin oktyabr ayının axırlarında bacısı Bahar, bibisi oğlu Nəsiblə birlikdə valideynlərinin yanından xəstəxanadan qayıdırmışlar. Həmin vaxt Elvin də onlarla birlikdə olmuşdur. Yolda söhbət etdikləri zaman Elvin onun 42 nömrəli orta məktəbdə müəllimə işlədiyini, bacısının da işsiz olduğunu bilmişdir. Söhbət zamanı Elvin bacısına “Yaşat” fondunda operator vəzifəsinə işə düzəldə biləcəyini və bacısının 800 manat maaş alacağını, onu da Sumqayıt şəhəri 11 saylı orta məktəbə təşkilati məsələlər üzrə direktor müavini vəzifəsinə təyin etdirə biləcəyini bildirmişdir. Elvin bunu özünün tanışları vasitəsilə edəcəyini, işə düzəldəcək şəxslərə isə şirinlik olaraq 800 manat pul verilməli olduğunu demişdir. O da Elvin təklifi ilə razılaşmış, 2021-ci ilin oktyabr ayının sonlarında ilkin olaraq Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən “Eurosport” idman geyimləri mağazasının qarşısında Elvin ilə görüşmüş, həmin vaxtı əri X13 da yanında olmuşdur və 400 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Elvin bir ay ərzində həm onu 11 saylı orta məktəbə direktor müavini təyin etdirəcəyini, həmçinin də bacısının da işə düzələcəyini bldirmişdir. Elvin qalan pulları da qısa vaxt ərzində ona çatdırmağını bildirmişdir. Bundan bir va ya iki gün sonra 2021-ci ilin oktyabr ayının axırlarında təkrarən Elvin ilə eyni ünvanda, yəni “Eurosport” idman geyimləri mağazasının qarşısında görüşmüşlər. Həmin vaxt Elvinə əlavə 400 manat da pul vermişdir. Beləliklə Elvinə ümumilikdə 800 manat pul vermişdir. Daha sonra iş alınmadığından 2022-ci ilin yanvar ayının əvvəllərində Elvin bacısı Şahid1 ilə əlaqə saxlayaraq ona 200 manat pul qaytarmışdır. Bundan bir müddət sonra isə ona 100 manat pul qaytarmışdır. Lakin qalan pulu ödəməmişdir. 2022-ci ilin mart ayının əvvəllərində Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsindən zəng edərək Təqsirləndirilən şəxs onu aldadıb-aldatmaması ilə bağlı maraqlanaraq onu həmin idarəyə dəvət etmişlər. Bundan sonra o, 18 mart 2022-ci il tarixdə həmin idarəyə gedərək ərizə və izahat yazmışdır. Bundan başqa valideynləri xəstəxanada müalicə olunan zaman onların dərmanlarını almaq üçün də Elvinə 350 manat pul vermişlər. Elvin də həmin pulları hansısa məbləğdə dərman almışdır. Həmin vaxt valideynlərinin müalicə olunduğu xəstəxananın həkimi ilə danışan zaman həkim də Elvin tərəfindən dərmanlar alındığını bildirmişdir. Lakin konkret olaraq hansı məbləğdə dərman alınmasını bilmir. Elvin 350 manat dəyərində dərman aldığını özü etiraf etmişdir. Elvin ondan özünün və bacısının işi ilə əlaqədar olaraq 800 manat pul almışdır. Məhkəmə gedişatı zamanı Elvin ona qalan borcunu da ödəmişdir. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, ona qarşı hər hansı tələbi, şikayəti və iddiası yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 42 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından tanıyır. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs işlədiyi orta məktəbə gəlmişdir. Həmin ərəfədə 42 nömrəli məktəbin təşkilati işlər üzrə direktor müavini vəzifəsində işləyirmiş, Elvin Səfər xüsusi təyinatlı qüvvələrin Yaşma N saylı hərbi hissənin kapitan rütbəli zabiti olduğunu və Vətən müharibəsində iştirak etdiyini və yaralandığını bildirmişdir. Elvin xüsusi təyinatlı qüvvələrin hərbi formasında və hərbi çəkmələrində məktəbə gəlmişdir. Həmin vaxtı Elvin məktəbin riyaziyyat müəllimi Zərərçəkmiş şəxs2 qohumu adı ilə məktəbə gəlmişdir. Sənubər müəllimə də Elvin ilə uzaq qohumluq münasibətində olduğunu demişdir. O da Elvin Vətən mühariəsi iştirakçısı olduğuna görə, həmçinin müharibədə yaralandığına görə qazi hərbiçi kimi Elvin ilə məktəb şagirdlərinin görüşünü təşkil etmişdir. Həmin vaxtı Elvin məktəb şagirdləri ilə vətənpərvərlik mövzüsunda çıxışlar etmişdir. Elvin ilə arasında səmimi münasibət yaranmış və ünsiyyətləri olmuşdur. X12 N-ci ildə Rusiya Federasiyası Volqoqrad İdarəetmə üniversitetində hüquqşünaslıq ixtisasi üzrə ali təhsilini başa çatdırıb diplom almışdır. Azərbaycana gəldikdən sonra oğlunun diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmamışdır. Oğlu diplomun təsdiq olunması üçün imtahan vermişdir. Həmçinin bununla bağlı Təhsil Nazirliyinə müraciətləri olsa da oğlu Rəşidin diplomu Təhsil Nazirliyi tərəfindən təsdiq edilmədiyindən, Elvin söhbət edən zaman bunu demişdir. Elvin özünün xalası qızının da xarici ölkədə ali təhsil aldığını, onun da diplomunu Təhsil Nazirliyi tərəfindən təsdiq etdirdiyini bildirmişdir. Elvin oğlu Rəşidin diplomunu təsdiq etdirmək üçün 800 manat pul lazım olduğunu, bu işi Təhsil Nazirliyində işləyən tanışları vasitəsilə edəcəyini bildirmişdir. 2021-ci ilin noyabr ayının axırlarında ünvan 3 ünvanında yerləşən yaşadığı binanın qarşısında Elvin ilə görüşüb ona 400 manat pul vermişdir. Həmin günün səhəri Elvin təkrar onunla əlaqə saxlayaraq qalan 400 manat pulu da təcili olaraq verməyini, ona görə də həmin günü axşam saatlarında Elvin yaşadığı binanın qarşısında görüşüb qalan 400 manat pulu Elvinə vermişdir. Elvin qısa müddət ərzində oğlu Rəşidin diplomunu təsdiq etdirəcəyini demişdir. Elvin diplom təsdiqinin bir ay vaxt ərzində olacağı ilə razılaşmışdır. 2022-ci ilin aprel ayının əvvəllərində Baş Prokurorluğun Korrupsiya qarşı Mübarizə İdarəsindən zəng edərək Təqsirləndirilən şəxs onu aldadıb- aldatmaması ilə bağlı maraqlanaraq onu həmin idarəyə dəvət etmişlər. Bundan sonra 05 aprel 2022-ci il tarixdə həmin idarəyə gedərək ərizə və izahat yazmışdır. Lakin ondan şikayətçi olmamışdır. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı hər hansı bir tələbi və iddiası olmadığını, onunla barışdığını qeyd edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 28 noyabr 2016-cı il tarixdə DSX-nin N Nö-li hərbi hissəsinin MTT bölüyünün tağım komandiri vəzifəsinə təyin edilmişdir. 2022-ci ilin yanvar ayından həmin hərbi hissənin 2-ci CHT komandirinin MPHÜM vəzifəsində xidmətini davam etdirir. 08 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Şəhidlər Xiyabanı yaxınlığında Zəfər bayramı günü münasibətilə keçirilən anım tədbirlərində iştirak edən zaman orada əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı Sumqayıt şəhər sakini ilə tanış olmuşdur. Həmin vaxt 2021-ci ilin növbəti məzuniyyətinə çıxmış və məzuniyyətini Sumqayıt şəhərində keçirirmişdir. Təqsirləndirilən şəxs Şəhidlər Xiyabanına Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinə məxsus hərbi geyimində gəlmiş, özü isə mülki geyimdə olmuşdur. Həmin vaxtı bibisi oğlu X26 həmin vaxt Şəhidlər Xiyabanında olmuşdur. Bibisi oğlu onu Təqsirləndirilən şəxsla tanış etmiş, söhbət əsnasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Vətən müharibəsi qazisidir və bununla əlaqədar olaraq dövlət tərəfindən ona müxtəlif daşınmaz əmlaklar verilmişdir. Elvin adlı şəxsin mobil telefon nömrəsini götürmüşdür. Məzuniyyətdən qayıtdıqdan bir neçə gün sonra Elvinlə əlaqə saxlayaraq torpaq almaq istədiyini bildirmişdir. O isə öz növbəsində Sumqayıt şəhər Bələdiyyəsindəki tanışlıq əlaqələri vasitəsilə Novxanı kəndi ərazisində 6 sot torpaq sahəsini ona dəyərindən çox ucuz qiymətə təşkil edə biləcəyini bildirmişdir. Bu söhbətdən sonra digər 2 qardaşı ilə məsləhətləşib üçünə birlikdə 6 sot torpaq sahəsi alaraq birlikdə ev tikmək qərarına gəlmişlər. Qardaşlarının ailəsi və anası hamısı birlikdə 7 nəfərdən ibarət olmaqla birlikdə Sumqayıt şəhərində 2 otaqlı mənzilində yaşayırlar. Özü isə ailəsi birlikdə Yevlax şəhərində N nömrəli hərbi hissənin hərbi şəhərciyində yaşayır. Ailəlikcə mənzil sıxıntısı çəkdiklərinə görə yaşayış şəraitini yaxşılaşdırmaq üçün torpaq sahəsi alıb ev tikmək qərarına gəlmişdir. Təxminən 1 aydan sonra 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxsla zəngləşib torpaq almaq istədiyini ona bildirmişdir. Təqsirləndirilən şəxs bu məsələni həll edəcəyini bildirərək növbəti gün Təqsirləndirilən şəxs istəyi ilə onun-kart hesabına 776 AZN pul köçürmüşdür. 2022-ci ilin yanvar ayının sonunadək 4 dəfə olmaqla hissə-hissə Təqsirləndirilən şəxs kart hesabına ümumilikdə 2442 AZN pul köçürmüşdür. Bu ərəfədə Təqsirləndirilən şəxs telefonla ona bildirmişdir ki, onun tanışları vasitəsilə ondan alacağı torpağın hər bir sotunu 20000-30000 AZN-nə satıb qazanc əldə edə və daha çox torpaq sahəsi ala bilər. 2022-ci ilin fevral ayı ərzində Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq torpağın hansı formada sənədləşdirilməsi ilə bağlı söhbətlər aparmışdır. 04 mart 2022-ci il tarixdə 2022-ci ilin növbəti məzuniyyətinə çıxıb Sumqayıt şəhərinə gəlmişdir. Təqsirləndirilən şəxsla görüşüb torpağın sənədləşdirilməsi ilə bağlı Sumqayit şəhər İcra Hakimiyyəti və Bələdiyyəsi ilə bağlı dediyi əsassız söz və hərəkətlərindən şübhələnərək dələduzluq yolu ilə pulunu mənimsəmək məqsədilə onu aldatdığı qənəatinə gəlmişdir. Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti və Bələdiyyəsindən də maraqlanıb onun adına heç bir torpaq sənədləşdirilməsinin aparılmadığını öyrənmişdir. 07 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edib torpaq almaq istəmədiyini bildirmiş və pulunun qaytarılmasını tələb etmişdir. Elvin müxtəlif bəhanələrlə 2 gün onunla görüşdən yayınmışdır. 13 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs anasının iştirakı ilə ona 1000 AZN qaytarmışdır. 20 mart 2022-ci il tarixdə isə borcun qalan məbləğini də qaytarmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri 41-ci məhəllə ev 2 mənzil 37-də yaşayır. Hal-hazırda İqtisadiyyat nazirliyində işləyir. “İkinci Qarabağ” müharibəsinin başlanmasının ilk günlərindən müharibənin sonuna qədər iştirak etmişdir. Müharibə zamanı Xocavənd rayonu ərazisində yaralanmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər sakini kimi tanımışdır. Elvinin də müharibədə iştirak etdiyini və yaralandığını bilmişdir. Müharibədən sonrakı dövrdə Elvinlə tanışlığı yaranmışdır. Bundan başqa Elvinin xalası Kifayət Novruzovam yaxından tanıyır və ailəvi dostluq münasibətləri vardır. Elvinlə tanış olduqdan sonra o, özünü Yaşma N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu kimi təqdim etmişdir. Elvin ilə söhbət zamanı müharibədə iştirak edən əliliyi olan şəxslərə dövlət tərəfindən mənzillər verildiyini və müharibə iştirakçılarının Sumqayıt şəhəri 9- 10-cıı mikrorayonda yerləşən “Kristal Abşeron”un binalarında mənzillə təmin olunacağını bildirmişdir. Elvin özünün Bakı şəhərində olan vəzifəli tanışları vasitəsilə onun da adını mənzil alacaq şəxslərin siyahısına saldıra biləcəyini bildirmişdir. Elvin bunun üçün ondan 800 manat pul istəmişdir. Elvin pulu əldə etdikdən sonra 9 gün müddətində evin təhvil veriləcəyini bildirmişdir. 07 dekabr 2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən Liman restoranında Elvin ilə görüşmüşdür. Elvinin bu işi düzəldə bilməyəcəyini hiss etmişdir. Lakin buna baxmayaraq həmin vaxtı Elvinə 800 manat pul vermişdir. Bir müddət keçdikdən sonra mənzil alınması ilə bağlı maraqlanan zaman ona məlum olmuşdur ki. mənzillə dövlət tərəfindən təmin olunmağı üçün əvvəlcə əlilliyi olmalıdır ki, sonradan isə mənzil ilə təmin oluna bilsin. Başa düşmüşdür ki, Elvinin danışdıqları yalandır. Ona görə də Elvindən pulunu geri istəmişdir. 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Dövlət Təhlükəsizlik xidmətinə müraciət eldiyi gün Elvin onun pulunu tam şəkildə geri qaytarmışdır. Bu hadisədən bir xeyli vaxt keçdikdən sonra Korrupsiyaya qarşı mübarizə idarəsindən ona zəng edib həmin idarəyə çağırmışlar. Həmin vaxt məlum olmuşdur ki, Elvin bir neçə nəfər şəxslərə müxtəlif vədlər verib aldadaraq pullarını ələ keçirmiş və onları aldatmışdır. O da izahat verərək Elvinin ondan 800 manat pul aldığını, lakin həmin pulu geri qaytardığını bildirmişdir. Elvinə qarşı heç bir şikayət və tələbi olmadığı ilə bağlı ərizə yazmışdır. Hazırda da Elvinə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq dövründə təqsirləndirilən şəxs barədə heç bir tələbi və şikayəti olmaması barədə ifadə və izahatlarını bir daha ərizəsi ilə təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 16-ci mikrorayon, ev 200 mənzil 3-də ailəsi ilə birlikdə yaşayır. Ali təhsilli olmaqla işsizdir. Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayından tanıyır. Belə ki, həmin vaxt atası Mətləb Şirinov və anası X1 virus (Covid 19) xəstəliyinə yoluxduğuna görə Xırdalan şəhərində modul tipli xəstəxanada müalicə alırmış. Təqsirləndirilən şəxs da həmin vaxtı tanımışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər sakini olduğunu bilmişdir. Həmin vaxtı xəstəxanaya daxil olub valideynlərinin səhhəti ilə maraqlanmaq mümkün olmurmuş və xəstəxanadan onlara valideynlərinin səhhəti haqqında heç bir məlumat vermirlərmiş. Həmin vaxtı orada olan xəstə yaxınları onlara bildirmişdir ki, əgər hansısa rütbəli və ya vəzifəli şəxs olan tanışları olarsa validyenlərinin son durumu ilə əlaqədar olaraq məlumat öyrənib onlara deyə bilər. Ona görə də həmin vaxtı orada olan bibisi oğlu X24 bildirmişdir ki, onun bir nəfər hərbiçi tanışı vardır. Nəsib həmin şəxsin xusüsi təyinatlı qüvvələrin Yaşma N saylı hərbi hissənin zabiti olduğunu və “Vətən müharibəsi”ndə iştirak etdiyini və müəyyən nüfuz sahibi olduğunu deyərək onun köməklik edə biləcəyini bildirmişdir. Həmin vaxt Nəsib Təqsirləndirilən şəxsla əlaqə saxlayıb onu çağırmışdır. Bundan sonra o, bibisi oğlu Nəsib və Təqsirləndirilən şəxs valideynlərinin müalicə aldığı xəstəxanaya getmişdir. Elvin xəstəxanada olan zaman həkimlə görüşə bilməsə də valideynlərinin durumu ilə maraqlanmış və həkimlər valideynlərinin səhhətinin normal olduğunu demişlər. Elvin xəstəxanaya gedərkən xüsusi təyinatlı hərbiçilərin geyimini geyinmişdir. Bundan sonra valideynlərinə baş çəkməyə gedən zaman bəzi vaxtlarda Elvin özü də onlarla birlikdə getmişdir. 2021-ci ilin oktyabr ayının axırlarında bacısı Sənubər, bibisi oğlu Nəsiblə birlikdə valideynlərinin yanından xəstəxanadan qayıdırmışlar. Həmin vaxt Elvin də onlarla birlikdə olmuşdur. Yolda söhbət etdikləri zaman Elvin onun bacısı Sənubərin 42 nömrəli orta məktəbdə müəllimə işlədiyini bilmişdir. Bundan başqa onun da işsiz olduğunu bilmişdir. Söhbət zamanı Elvin ona “Yaşat” fondunda operator vəzifəsinə işə düzəldə biləcəyini və onun 800 manat maaş alacağını bildirmişdir. Bundan başqa bacısı Sənubəri də Sumqayıt şəhəri 11 saylı orta məktəbə təşkilati məsələlər üzrə direktor müavini vəzifəsinə təyin etdirə biləcəyini bildirmişdir. Elvin bunu özünün tanışları vasitəsilə edəcəyini, işə düzəldəcək şəxslərə isə şirinlik olaraq 800 manat pul verilməli olduğunu demişdir. O da Elvin təklifi ilə razılaşmışdır. Həmin ərəfədə, yəni 2021-ci ilin oktyabr ayının sonlarında bacısı Sənubər ilkin olaraq Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən “Eurosport” idman geyimləri mağazasının qarşısında Elvin ilə görüşmüşüb ona 400 manat pulu vermişdir. Elvin bir ay ərzində həm bacısını 11 saylı orta məktəbə direktor müavini təyin etdirəcəyini, həmçinin də onun da işə düzələcəyini bldirmişdir. Elvin bacısına qalan pulları da qısa vaxt ərzində ona çatdırmağını bildirmişdir. Bundan bir va ya iki gün sonra 2021-ci ilin oktyabr ayının axırlarında Sənubər təkrarən Elvin ilə eyni ünvanda, yəni “Eurosport” idman geyimləri mağazasının qarşısında görüşərək qalan 400 manat pulu da ona vermişdir. Beləliklə Elvinə ümumilikdə 800 manat pul vermişdir. Daha sonra iş alınmadığından 2022-ci ilin yanvar ayının əvvəllərində Elvin onunla əlaqə saxlayaraq ona 200 manat pul qaytarmışdır. Qalan pulu isə bacısı ilə aralarında olan haqq-hesabla bağlı özləri həll etmişlər. Lakin qalan pulu ödəməmişdir. 2022-ci ilin mart ayının əvvəllərində Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsindən zəng edərək Təqsirləndirilən şəxs onu aldadıb-aldatmaması ilə bağlı maraqlanaraq onu həmin idarəyə dəvət etmişlər. Bundan sonra o, 18 mart 2022-ci il tarixdə həmin idarəyə gedərək ərizə və izahat yazmışdır. Bundan başqa valideynləri xəstəxanada müalicə olunan zaman onların dərmanlarını almaq üçün də Elvinə 350 manat pul vermişlər. Elvin də həmin pulları hansısa məbləğdə dərman almışdır. Həmin vaxt valideynlərinin müalicə olunduğu xəstəxananın həkimi ilə danışan zaman həkim də Elvin tərəfindən dərmanlar alındığını bildirmişdir. Lakin konkret olaraq hansı məbləğdə dərman alınmasını bilmir. Lakin Elvin özü 350 manat dəyərində dərman aldığını bildirmişdir. Elvin ondan özünün və bacısının işi ilə əlaqədar olaraq 800 manat pul almış və pulu qaytarmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi 20-21-ci mikrorayonlar üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 303 saylı, xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 20-ci mikrorayon, ev 108B/2 ünvanında yaşayır, ailə tərkibi anası-xx.xx.1964-cü il təvəllüdlü X8, həyat yoldaşıxx.xx.1988-ci il təvəllüdlü X9, xalası-xx.xx.1974-cü il təvəllüdlü X3, oğlu-xx.xx.2014-cü il təvəllüdlü X37 oğlu, oğlu-xx.xx.2021-ci il təvəllüdlü X39 oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya xəstəxanasının 221 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Sumqayıt şəhər 2 nömrəli xəstəxananın poliklimika şöbəsinin göndərişi əsasında stasionar müalicədə olmuşdur. Diaqnoz: “Uzun müddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə”. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-9/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan ambulator məhkəmə-psixatrik ekspertizasının 23 avqust 2022ci il tarixli 2264 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs "FƏLAKƏT KEÇİRDİKDƏN SONRA ŞƏXSİYYƏTİN DAVAMLİ DƏYİŞİKLİYİ" (F 62.1) müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (kəllə-beyin travması alması bundan sonra psixi vəziyyətinin dəyişməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatnya Xəstəxanası" X30 "Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, retrograd amneziya" diaqnozu ilə müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının dayamqsızlığı və s.) sübut edir. Təqsirləndirilən şəxs "Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi" qeyd edilir. Təqsirləndirilən şəxs şəxsiyyət dəyişikliyi o dərəcədə ifadə olunmayıb ki, o, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamllı dəyişikliyi” aşkar edilir. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, X17 və X4 barəsində Cinayət Məcəlləsinin 312-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, X10 445 manat pulunun, X11 321 manat pulunun Təqsirləndirilən şəxs tərəfindən etibardan sui-istifadə edib aldadaraq ələ keçirməsi xüsusatı üzrə sonuncu tərəfindən dəymiş ziyan ödənildiyindən həmin xüsusatlar üzrə barəsində Azərbaycan Respublikası İXM-nin 227- ci maddəsi ilə inzibati icraat açılmasından imtina edilmiş, X4 344 manat pulunun Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə talandığına görə sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin İTŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs X14 2000 manat pul müqabilində “Socar” şirkətində sürücü kimi işə düzəldəcəyini vəd etməsi xüsusatı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubliası CM-nin 29, 178.2.2-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs5, X28, X20 və X18 barəsində Azərbaycan Respublikası CM- nin 322-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, X2 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ittiham olunduğu hazırkı cinayət əməllərini məhkumluğu ödənilmədən törətməsi nəzərə alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 21-2/3-1004 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Hərbi Məhkəməsinin 1 -1 (093)- 9/2021 saylı, 22,06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxsoviçin xx.xx.2023-cü il tarixə heç bir ödənişi olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ibtidai istintaq dövründə təqsirlədirilən şəxs barədə heç bir tələbi və şikayəti olmaması barədə ifadə və izahatlarını bir daha bu ərizəsi ilə təsdiq edir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəmişdir. Ona qarşı hər hansı bir tələbi iddiası yoxdur. Onunla barışmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ona hər hansı bir borcu yoxdur. Ona qarşı hər hansı bir tələbi, iddiası yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona qarşı hər hansı tələbi, şikayəti, iddiası yoxdur və gələcəkdə də olmayacaq. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, “Azərbaycan ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalı, “Füzulinin azad olunmasına görə” medal, “Vətən müharibəsi iştirakçısı” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.Nci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxslər və şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun N-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəza növündən nisbətən yüngül, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ cərimə cəzasına nisbətdə daha ağır cəza növü olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxsnın müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxsnın ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilib ödənilməmiş 3000 manat məbləğində cərimə cəzası hökmlərin məcmusu üzrə bu hökmlə təyin olunan cəzaya birləşdirilməli və təyn edilmiş cəzalar müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxsnın məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-854/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 1644 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə olunması Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 həvalə olunmuşdur. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 12 (on iki) saat, Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 72 (yetmiş iki) manat və 108 9bir yüz səkkiz) dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəza Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilib ödənilməmiş 3000 (üç min) manat məbləğində cərimə cəzası ilə hökmlərin məcmusu qaydasında tam birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması və 3000 (üç min) manat məbləğində cərimə cəzaları saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsnın üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 20-ci mikrorayon, ev 108B/2 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat, Müdafiəçi2 göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar