Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-142/2024 08.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhəri 1 sayı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,616 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 16 sentyabr 2023-cü il tarixdə saat 10:20-də Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 10 nömrəli peşə məktəbinin qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,616 qram şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılmamışdan öncə ona əməliyyat müvəkkili Şahid1 onu axtardığı barədə məlumat vermişlər. O, bu barədə evdə olarkən anasına bildirmişdir. 16 sentyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı binadan həyətə düşərkən blokun qarşısında Şahid1 avtomobildə əyləşdiyini görmüş, Şahid1 onu yanına çağırmış və rəisin onu çağırdığını bildirmişdir. Bundan sonra o, Şahid1 avtomobilinə əyləşmişdir. Onlar birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən çayxanaların birinə getmiş və orada oturub birlikdə çay içdikdən sonra Şahid1 digər polis əməkdaşına zəng vuraraq onu çağırmışdır. Həmin polis əməkdaşı onların yanına gəldikdən sonra onlar üçü birlikdə Şahid1 məxsus avtomobilə əyləşərək 42-ci məhəllə ərazisində yerləşən 10 nömrəli peşə məktəbinin yanına gəlmişlər. Orada bir xeyli dayandıqdan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nə getmişlər. İdarədə xidməti otaqların birində polis əməkdaşları ona narkotik vasitə verərək həmin narkotik vasitəni çəkiliş zamanı özünə məxsus olmasını bildirməyini təklif etmişlər. O ilk öncə buna razı olmasa da, əvvəllər məhkum olunarkən polis əməkdaşları tərəfindən döyüldüyü, həmçinin polis əməkdaşları ilə razılaşmadığı halda işgəncə verilməsi ilə bağlı digər şəxslərdən eşitdiklərinə əsasən qorxmuş və onların dedikləri ilə razı olmuşdur. Lakin, ona heç bir fiziki zor tətbiq edilməmişdir. Həmçinin dəvət edilmiş vəkilə də bu barədə heç nə deməmişdir. Vəkil bu barədə ondan soruşsa da narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Çünki, vəkil getdikdən sonra ona qarşı təzyiqlər olmasından qorxmuşdur. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşlarının öncədən təqdim etdiyi narkotik vasitəni cibindən çıxarıb təqdim etmiş və verilən suallara cavab olaraq həmin narkotik vasitəni özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, saxlanılan zaman üzərində mobil telefon olmamışdır və Şahid1 onu evin qarşısından götürməsinin hər hansı şəxs şahidi olmamışdır. O həbsdən çıxdıqdan sonra da narkotik vasitə qəbul etmişdir, əməliyyat müvəkkili Şahid1 ona təklif etmişdir ki, ərazidə narkotik vasitə satan şəxslər barədə məlumat versin, əks halda özünü tutacağını bildirmişdir. O da heç kimin adını vermədiyi üçün onu saxlamışlar. Şübhəli şəxs qismində iki gün saxlanılıb azad edildikdən sonra bu günə kimi olan müddət ərzində heç bir orqana narkotik vasitənin ona məxsus olmaması və həmin narkotik maddənin polis əməkdaşları tərəfindən ona verilməsi barədə şikayət və müraciət etməmişdir. İş istintaqda olarkən müstəniq tərəfindən ona qarşı hər hansı təsir, təzyiq və məcburiyyət olmamışdır. İşin əsl mahiyyəti barədə müstəntiqə şifahi danışmışdır. Müstəntiqin təqdim etdiyi sənədləri isə qeyd etdiyi kimi heç bir təsir və təzyiqə məruz qalmadan könüllü imzalamışdır. Qeyd olunanları nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələri ilə məhkəmə iclasında verdiyi ifadələri arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o istintaq zamanı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olarkən təsadüfən qarşılaşdığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə iyirimi manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə olan, “kakos” adlandırılan heroin almış və sonradan istifadə etmək məqsədilə üzərində saxlamışdır. Sonuncu dəfə 16 sentyabr 2023-cü il tarixdə 10:20-də Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 10 nömrəli peşə məktəbinin qarşısında olarkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib, polis əməkdaşları oluduqlarını, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğundan üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirmişlər. Buna etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getməyə razılıq verdikdən sonra, polis idarəsinə gəmiş, polis idarəsinə gəldikdən sonra isə polis idarəsinin xidməti otaqlarının birinə daxil olmuşlar. Orada hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 ona təqdim edilmiş, ona həmçinin hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş verilmişdir. Bundan sonra vəkilin iştirakı ilə, həmçinin video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi də bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulduqda, buna etirazının olmadığını bildirmiş, daha sonra polis əməkdaşlarının təklifi əynindəki boz rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmiş, həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olarkən adını, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə iyirimi manat pul verərək, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli kağıza bükülmüş bükümün içərisinə baxış keçirilmiş, daha sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə içərisi boş zərfə qoyularaq qablaşdırılmış və üzərində qeydlər aparılaraq götürülmüşdür. Polis əməkdaşları daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmişdir. O da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq protokolu imzalamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satmaq fikri olmamış, narkotik vasitə olan heroini xeyli müddətdir istifadə etdiyindən, həmin narkotik vasitə olan heroinidə şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahid ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin məsul növbətçisi Şahid1 ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin NMB-nə Ehtiram adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra həmin gün saat 10:20də Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 10 nömrəli peşə məktəbinin qarşısında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müwəkkili Şahid2la yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğu üçün saxlanıldığını izah etmişlər. Ona birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğu bildirmişər, Təqsirləndirilən şəxs isə etiraz etmədən onlarla getmişdir. İdarədə xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2, eləcə də Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında və qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Ehtiram Sanyevdan video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub-olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa təqdim edilməsi təklif edildikdə, o əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun əlində saxladığı qara rəngli gödəkcənin ciblərindən birindən əlavə olaraq içərisində siqaret dənələri olan bir ədəd siqaret qutusu aşkar edilmişdir. Ancaq onun üzərindən digər qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə qəhvəyi rəngli, heroinə oxşar maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş maddənin nə olduğunu, hardan nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin “kakos” adlandırılan narkotik vasitə heroin olduğunu, təxminən bir gün əvvəl Corat qəsəbəsi ərazisində olarkən şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş bükümdəki maddə elektron tərəziyə qoyulub çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs hər şeyi könüllü etiraf etmişdir, Təqsirləndirilən şəxs onun yaşadığı evin yanında deyil, Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 10 nömrəli peşə məktəbinin qarşısında saxlamışlar, həmin gün bundan öncə Etiram Sarıyevi görməmişdir. Etiram Sarıyevi 10 ildir ki, tanıyır, heç vaxt onunla oturub çay içməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NBM-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nə Ehtiram adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra həmin gün saat 10:20-də Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 10 nömrəli peşə məktəbinin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğu üçün saxlanıldığını izah etmişlər. Ona birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğu bildirmişər, Təqsirləndirilən şəxs isə etiraz etmədən onlarla getmişdir. İdarədə xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, eləcə də Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında və qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Ehtiram Sanyevdan video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub-olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa təqdim edilməsi təklif edildikdə, o əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun əlində saxladığı qara rəngli gödəkcənin ciblərindən birindən əlavə olaraq içərisində siqaret dənələri olan bir ədəd siqaret qutusu aşkar edilmişdir. Ancaq onun üzərindən digər qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə qəhvəyi rəngli, heroinə oxşar maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş maddənin nə olduğunu, hardan nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin maddənin “kakos” adlandırılan narkotik vasitə heroin olduğunu, təxminən bir gün əvvəl Corat qəsəbəsi ərazisində olarkən şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş bükümdəki maddə elektron tərəziyə qoyulub çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid2 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs hər şeyi könüllü etiraf etmişdir, Təqsirləndirilən şəxs yaşadığı evin yanında deyil, Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 10 nömrəli peşə məktəbinin qarşısında saxlamışlar. Şahid1 zəng vuraraq onu 42-ci məhəllə ərazisinə dəvət etməmişdir, onlar birlikdə idarədən həmin əraziyə getmişlər və Etiram Sarıyevi orada saxlamışlar. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-69-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti otaqların birində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər varsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş, həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin “kakos” olduğunu, həmin maddəni tutulmamışdan bir gün əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çəkilən zaman sellofanla birlikdə çəkisinin 0,74 qram olduğu müəyyən edilmiş, daha sonra həmin maddə xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Müdafiəçinin suallarına Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, narkotik vasitə ona məxsusdur, ona qarşı hər hansı təsir, təzyiq və qanunsuz hərəkət olmamışdır. Cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4914 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124...” dairəvi möhür əksi və “...Vət. Sanyev Ehtiram Tofiq oğlunun üzərindən aşkar edilmiş 1 (bir) büküm maddə; Təqsirləndirilən şəxs - imza, ... imza, Qablaşdırdı: S.Qənbərov - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,616 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,616 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,566 qram qalıq qalmışdır. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat müəyyən edilmişdir. Cinayət işinin 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6692 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 72-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,566 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 106-112-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 78-79-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 01 ay 27 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 83-90-cı vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 01 ay 27 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və şərti azad etmə vaxtı başa çatdığı üçün xx.xx.2023cü ildə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş diskdə olan video görüntülərlə və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə heç bir orqana şikayət və vəsatət verməmiş və həmçinin məhkəmə iclasında ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyi bildirmişdir. Yalnız, ümumi şəkildə bildirmişdir ki, əməliyyatçılardan qorxduğu üçün narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Həmçinin bildirmişdir ki, iş istintaqda olarkən müstəniq tərəfindən ona qarşı hər hansı təsir, təzyiq və məcburiyyət olmamışdır. Müstəntiqin təqdim etdiyi sənədləri heç bir təsir və təzyiqə məruz qalmadan könüllü imzalamışdır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd bükümü təqdim edir. Həmin büküm açılan zaman içərisində narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin heroin olmasını, onu bir gün əvvəl Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Vəkil Sədirxan Sədirxanov şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı təsirə-təzyiqə məruz qalıb qalmaması, narkotik vasitənin ona məxsus olub-olmaması barədə suallar vermiş, Təqsirləndirilən şəxs isə cavabında heç bir təsir və təzyiqə məruz qalmadığını, aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının 01 ay 27 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, şərti azad etmə vaxtı başa çatdığı üçün isə xx.xx.2023-cü ildə Sumqayıt şəhər Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən 16 sentyabr 2023-cü ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halların olmamasını, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onunbarəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdən 18 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 08 fevral 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6692 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,566 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdən 18 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,566 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-142/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-142/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver