Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-142/2025 18.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağdam şəhəri, Ə.Bayramov küçəsi, ev 29-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 15-ci məhəllə, 15 nömrəli yataqxana, otaq 73-də yaşayan, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-195/2025 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən barəsində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hazırki iş üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, psixotrop maddə metamfetamini, narkotik vasitə heroini, qurudulmuş marixuananı və tiryəki əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd ağ rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,273 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 1/56-nın qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,273 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd ağ rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,438 qram ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 18:05 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, köhnə Kotec hamamının qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,438 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda şəffaf rəngli yapışqan lentə bükülmüş təmiz çəkisi 355 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 13/19 saylı yaşayış binasının qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs sol qoltuğunda saxladığı qırmızı rəngli idman gödəkçəsinin sağ qolunun içərisindən şəffaf rəngli yapışqan lentə bükülmüş təmiz çəkisi 355 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd ağ rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,798 qram çəkidə tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 16:18 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-yə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ balaca yan cibindən bir ədəd ağ rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,798 qram çəkidə tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ittihamda qeyd edilənlərin doğru olduğunu və ifadə verməkdən imtina etdiyini bildirmişdir. İbtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağdam şəhəri, Ə.Bayramov küçəsi, ev 29-da qeydiyyatdadır, Sumqayıt şəhəri, 15-ci məhəllə, 15 nömrəli yataqxana, otaq 73-də yaşayır. xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 1/56 saylı yaşayış binasının qarşısında tək piyada hərəkətdə olan zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğunu bildirib, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə bir yerdə polis bölməsinə gəlmişdir. Polis bölməsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. Bundan sonra özü əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini və şalvarının sol yan cibində saxlamış olduğu üzərində ***-***-**-** mobil nömrəsi olan Nokia markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı o, həmin heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Corat qəsəbəsində olarkən tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, daha sonra üzərindən aşkar olunmuş heroin tərəziyə qoyulub çəkilən zaman kağız bükümlə birlikdə çəkisinin 0,35 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin büküm 01 ədəd zərfə qablaşdırılıb üzəri möhürlənmişdir. Bundan başqa, Nokia markalı mobil telefon da zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, köhnə Kotec hamamının qarşısında küçədə tək piyada hərəkətdə olan zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğunu bildirib onu Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə bir yerdə polis bölməsinə gəlmişdir. Polis bölməsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. Bundan sonra özü əynində olan cins şalvarın sağ yan cibindən ağ rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində ağ rəngli kristal halda metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar edilən bir ədəd bükümdə olan kütlə narkotik vasitə olan şüşə olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində olan zaman tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd bükümdəki kütlə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,62 qram olması müəyyən olunmuşdur. Həmin büküm təhqiqatçı tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 13/19 saylı yaşayış binasının qarşısında küçədə tək piyada hərəkətdə olan zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə bir yerdə polis bölməsinə gəlmişdir. Polis bölməsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. Bundan sonra özü sol qoltuğunda saxladığı qırmızı rəngli idman gödəkçəsinin sağ qolunun içərisindən şəffaf rəngli yapışqan lentə bükülmüş bir büküm kütləni təqdim etmişdir. Həmin bükümün orta hissəsindən kəsdikdə içərisində tünd yaşıl rəngli, ot halında, spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin bükümdə olan kütlənin narkotik vasitə olan nəşə olduğunu bildirmişdir. Həmin kütləni bu gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri ərazisində 20 yanvar metrostansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxsdən 300 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi içərisində narkotik vaitə olan marixuanaya bənzər kütlə olan büküm onun iştirakı ilə elektron tərəzidə çəkilmiş, tərəzidə çəkilərkən həmin kütlənin ümumi çəkisinin 0,355 qram olması müəyyən edilmişdir. Həmin bükümdəki kütlə təhqiqatçı tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman səhər saat 09 radələrində tanımadığı bir şəxsdən on manat pul müqabilində bir ədəd bükümdə narkotik vasitə tiryək alıb öz istifadəsi üçün əynində olan boz rəngli şalvarın sağ balaca yan cibində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 16:18 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə, “Vida” mərasim evinin yaxınlığında piyada hərəkət edən zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğunu bildirib Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin polis əməkdaşlarından biri tutulduğu andan əlində mobil telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. Daha sonra polis əməkdaşları onu insanların intensiv hərəkət istiqamətindən kənara çəkib üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə deyilən yerə getmişdir. Yaxınlıqda olan tikilinin yanına getdikdən sonra, üzərində “taxta mebel sexi ***-***-**-**” yazıları yazılmış iki laylı açıq metallik rəngli dəmir qapının qarşısında dayandıqdan sonra polis əməkdaşları bir daha özlərini təqdim edib üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Lakin, şəxsi axtarışa başlamazdan əvvəl polis əməkdaşları ona qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. O, üzərində narkotik vasitə tiryək olduğunu deyib əynində olan boz rəngli şalvarın sağ balaca yan cibindən bir ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş vəziyyətdə olan bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd ağ rəngli bükümdə olan maddə narkotik vasitə olan tiryəkdir, həmin bükümdə olan narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində Corat qəsəbəsində olan zaman tanımadığı bir şəxsdən on manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Daha sonra narkotik vasitə üzərində olan kağız büküm ilə bir yerdə elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,90 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin büküm 01 ədəd zərfə qablaşdırılıb möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmış, həmin sənədlərlə tanış olaraq imza etmişdir. Bundan sonra video çəkiliş dayandırılmışdır. Daha sonra polis əməkdaşları onu müvafiq sənədləşmə aparılması üçün tutulduğu yerdən birbaşa Sumqayıt şəhəri, 18-ci məhəllə, 32/1 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına aparmışlar. Bölməyə çatdıqdan sonra xidməti otaqların birində hüquqlarının müdafiəsi üçün ona müdafiəçi təqdim edilmiş, müdafiəçi dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə yenidən video çəkiliş aparılmaqla üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə tiryəkin qoyulduğu zərfə baxış keçirilməyə başlanmışdır. Öncə bölmənin təhqiqatçısı polis kapitanı X19 özünü təqdim edərək hansı səbəbdən saxlanılmasını bir daha bildirilməklə yanaşı onu, çəkilişdə iştirak edən polis əməkdaşlarını və müdafiəçini təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etdikdən sonra o, bildirişlə tanış olub sualları cavablandıraraq heç bir etirazının olmadığını bildirmişdir. Sonra təhqiqatçı üzərindən polis əməkdaşları tərəfindən aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüş üzəri DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş bağlamanı əməliyyatçıdan alıb içərisindən həmin narkotik vasitə tiryək bükümünü çıxardıb ondan üzərindən aşkar olunan bükümün həmin büküm olub olmadığını soruşmuşdur, o, bildirmişdir ki, bəli həmin bükümdür. Daha sonra həmin bükümdə olan narkotik vasitə tiryək yenidən xüsusi qaydada qablaşdırılaraq zərfə qoyulmuş, zərf möhürlənmiş, təhqiqatçı, müdafiəçi, əməliyyatçılar və onun tərəfindən imzalanmışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiqə və ya işgəncəyə məruz qalmamışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, keçirilən tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə saat 18:05 radələrində Təqsirləndirilən şəxs psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, köhnə Kotec hamamının qarşısında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə Regional Vəkil bürosunun vəkili X2 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özü əynində olan cins rəngli şalvarın sağ yan cibindən ağ rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində ağ rəngli kristal halda narkotik vasitə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd bükümdə olan kütlə narkotik vasitə olan şüşə olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində olan zaman tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdəki kütlə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkildi, çəkisinin 0,62 qram olması müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Osmanov X12 Ramin Rəşid oğlunun ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid4 Mirkamil oğlu ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 1/56 saylı yaşayış binasının qarşısında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə Regional Vəkil bürosunun vəkili X1 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini və şalvarının sol yan cibində saxlamış olduğu üzərində ***-***-**-** mobil nömrəsi olan Nokia markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Corat qəsəbəsində olarkən tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş kütlə tərəziyə qoyulub çəkilən zaman kağız bükümlə birlikdə çəkisinin 0,35 qram olması müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra üzərindən aşkar olunaraq götürülmüş mobil telefon üzərində olan mobil nömrə ilə birlikdə sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 Mirkamil oğlu Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid5 Oktay oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşı Şahid6 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 13\19 saylı yaşayış binasının qarşısında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə Regional Vəkil bürosunun vəkili X5 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özü sol qoltuğunda saxladığı qırmızı rəngli idman gödəkçəsinin sağ qolunun içərisindən şəffaf rəngli yapışqan lentə bükülmüş bir büküm kütləni təqdim etmişdir. Həmin bükümün orta hissəsindən kəsdikdə içərisində tünd yaşıl rəngli, ot halında, spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan nəşə olduğunu, həmin kütləni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri ərazisində 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 300 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vaitə olan marixuanaya bənzər kütlə olan büküm onun öz iştirakı ilə elektron tərəzidə çəkilmiş, tərəzidə çəkilərkən həmin kütlənin ümumi çəkisinin 0,355 qram olması müəyyən edilmişdir. Həmin bükümdəki kütlə təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 242 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid6 Şahid5 Oktay oğlunun ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid7 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 15ci məhəllə, 15 nömrəli yataqxana, otaq 73-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3- cü PB-nin əməkdaşları Şahid7 və Şahid8 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2024cü il tarixdə saat 16:18 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, 18-ci məhəllə, “Vida” mərasim evinin yaxınlığında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxlandığı andan mobil telefon vasitəsi ilə videoçəkiliş aparmışlar. Daha sonra Təqsirləndirilən şəxs insanların intensiv hərəkət istiqamətindən kənara çəkib üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, birlikdə yaxınlıqda olan tikilinin yanına getdikdən sonra, üzərində “taxta mebel sexi ***-***-**-**” yazıları yazılmış iki laylı açıq metallik rəngli dəmir qapının qarşısında dayanmış, bir daha özlərini təqdim edib qanuna müvafiq olaraq üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Lakin, şəxsi axtarışa başlamazdan qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan tiryək bükümü olduğunu deyib əynində olan boz rəngli cins şalvarın sağ balaca yan cibindən bir ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş vəziyyətdə olan bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümü Təqsirləndirilən şəxs alıb həmin bükümdə nə olduğunu soruşmuşlar, Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin narkotik vasitə tiryək olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən əlavə hər hansı əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni haradan, kimdən nə məqsədlə hansı qiymətə əldə etdiyini soruşmuşlar, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində Corat qəsəbəsində olan zaman tanımadığı bir şəxsdən on manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə üzərində olan kağız büküm ilə bir yerdə elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,90 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin büküm 01 ədəd zərfə qablaşdırılıb üzəri möhürlənmişdir. Daha sonra müvafiq sənədləşmə aparılmış, bundan sonra video çəkiliş dayandırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə aparılması üçün tutulduğu yerdən birbaşa Sumqayıt şəhəri, 18-ci məhəllə, 32/1 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına aparmışlar. Bölməyə çatdıqdan sonra xidməti otaqların birində hüquqlarının müdafiəsi üçün ona müdafiəçi təqdim edilmiş, müdafiəçi dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs icazəsi və vəkilin iştirakı ilə yenidən video-çəkiliş aparılmaqla üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə tiryəkin qoyulduğu zərfə baxış keçirilməyə başlanmışdır. Öncə bölmənin təhqiqatçısı polis kapitanı X19 özünü təqdim edərək hansı səbəbdən saxlanıldığını bir daha bildirməklə yanaşı Təqsirləndirilən şəxs, çəkilişdə iştirak edən polis əməkdaşlarını və müdafiəçini təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim etdikdən sonra Təqsirləndirilən şəxs bildirişlə tanış olub sualları cavablandıraraq heç bir etirazının olmadığını bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən tərəflərindən aşkar edilərək və müvafiq qaydada qablaşdırılaraq götürülmüş üzəri DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş bağlamanı açıb içərisindən həmin narkotik vasitə tiryək bükümünü çıxardıb Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümün həmin büküm olub olmadığını soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, bəli həmin bükümdür. Daha sonra həmin bükümdə olan narkotik vasitə tiryək yenidən xüsusi qaydada qablaşdırılaraq zərfə qoyulmuş, zərf möhürlənmiş, tərəflərindən imzalanmışdır. Bundan sonra videoçəkiliş dayandırılmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkilləri Şahid9 və Şahid8 Şahid7 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (1-ci cild i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:05-də Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, köhnə Kotec hamamının qarşısında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (1-ci cild i.v.20) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi, üzərindən sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (1-ci cild i.v. 27) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoluna və və həmin baxış zamanı qeydə alınmış video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə saat 19:47dən saat 19:53-dək şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim edilmiş və Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X6 təqdim olunmuşdur. Vəkilin iştirakı ilə və Təqsirləndirilən şəxs icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmazdan əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs özü əynində olan cins rəngli şalvarın sağ yan cibindən ağ rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Həmin büküm açılmışdır. Bu zaman da həmin bükümün içərisində ağ rəngli, maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs soruşulduğu zaman o, həmin maddənin "Şüşə" olduğunu demişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddənin siqaret kağızı ilə birlikdə çəkisi 0,62 qram olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunan həmin maddəni xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində olan zaman tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. (1-ci cild i.v.29-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4717 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün №128” möhür əksi, “Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs; Müdafiəçi: /imza/ R.Mustafazadə; Təhqiqatçı: /imza/ N.Rəhimov” yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,438 qram olan ağ rəngli, kristalşəkiİli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olundu 0,438 qram; nümunə götürüldü 0,05 qram; 0,388 qram maddə geri qaytarıldı. Ekspertiza xərci 60 manat müəyyən edilmişdir. (1-ci cild i.v.36-40) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona xx.xx.2024-cü il tarixdə, saat 11:50-də elan edilmişdir. (1-ci cild i.v. 52-53) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (1-ci cild i.v.61) Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. (1-ci cild i.v.62-63) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin çəkisi 0,438 qram olan metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatdan sora 0,388 qram qalıq maddə cinayət işinə əlavə edilməklə saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış aparıldığı video görünütünü əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. (1-ci cild i.v.70) Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə birlədirilmiş və ********* nömrə altında istintaq edilmişdir (1-ci cild i.v.73-74) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (1-ci cild i.v.84) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:50-də Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 1/56-nın qarşısında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (1-ci cild i.v.103) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi, üzərindən sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (1-ci cild i.v. 109) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoluna və və həmin baxış zamanı qeydə alınmış video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:50-də Sumqayıt şəhəri, 3-cü mkr, ev 1/56-nm qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlama, daşıma və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanılaraq 3-cü PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əvvəlcə ondan üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmadığı soruşulmuş, belə əşya və predmet varsa könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmiş, təklif əsasında Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli siqaret kağızındakı bükümü və qara rəngli şalvarın sol yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan “Nokia” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılan zaman içərisindəki toz şəkilli qəhvəyi rəngli narkotik maddə olması aşkar edilmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilərkən onun üzərindən hər hansı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilən ağ rəngli siqaret kağızı bükümündəki maddənin narkotik maddə “kakos” olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Corat qəsəbəsində bir nəfər tanımadığı şəxsdən bir bükümünü 10 manat pul ödəməklə satın aldığını, öz şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilən və “kakos” olduğunu bildirdiyi maddənin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən saxlanarkən o cümlədən 3-cü Polis Bölməsinə gətirildikdən sonra ona qarşı hər hansı qanuna zidd hərəkətlərə yol verilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində toz şəkilli qəhvəyi rəngli maddə ağ kağız bükümü ilə birgə elektron tərəziyə qoyularaq çəkilmiş və kağız bükülü ilə birgə çəkisi 0,35 qram olmuşdur. Bundan sonra həmin bükülü kağız zərfə qoyularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırılmış və DİN-in 127 saylı möhrü ilə möhürlənmişdir. (1-ci cild i.v.110-111) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4609 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm...” yazıları olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,273 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edildi 0,273 qram, nümunə götürüldü 0,05 qram, 0,223 qram maddə geri qaytarıldı. Ekspertiza xərci 80 (səksən) manat müəyyən edilmişdir. (1-ci cild i.v.119-123) Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona xx.xx.2024-cü il tarixdə, saat 11:00-da elan edilmişdir. (1-ci cild i.v. 135-136) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (1-ci cild i.v.142-144) Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. (1-ci cild i.v.145-146) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,273 qram olan heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,223 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. (1-ci cild i.v.156) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli və ********* nömrəli cinayət işləri xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. (1-ci cild i.v.167-168) Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə birləşdirilmiş və ********* nömrə altında istintaq edilmişdir. (1ci cild i.v.172-173) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (1-ci cild i.v.176) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:30-da Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 13/19 saylı yaşayış binasının qarşısında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (1-ci cild i.v.195) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi, üzərindən sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (1-ci cild i.v. 202) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:30-dan 13:41-dək Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona narkotik maddələrin üzərində gəzdirməsində, qəbulu və dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu bildirərək, ona növbədə olan Sumqayıt Regional Vəkil Bürosunun vəkili X11 təqdim olunmuş və həmin vəkilə etiraz etdiyi təqdirdə şəxsi vəkili varsa, dəvət oluna biləcəyi təklif olunuşdur. Təqsirləndirilən şəxs növbədə olan vəkil X3 onun hüquqlarını müdafiə etməsinə etirazı olmadığını bildirmiş, sonra Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunaraq buna etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə ona üzərində olan qanunsuz daşıdığı əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs sol qoltuğunda saxladığı qırmızı idman gödəkçəsinin sağ qolunun içərisindən şəffaf rəngli yapışqan lentə bükülmüş bir kütləni təqdim etmişdir. Həmin bükülünü orta hissəsindən kəsdikdə içərisində tünd yaşıl rəngli, ot halında, spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər kütlə aşkar olunmuşdur. Ondan həmin bükümdə olan kütlənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan “nəşə” olduğunu bildirmişdir. Ondan həmin kütləni haradan əldə etməsi və nə məqsədlə üzərində saxlaması soruşduqda, həmin narkotik vasitəni bu gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri ərazisində «20 yanvar» stansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 300 (üç yüz) manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan “marixuana”ya bənzər kütlə olan büküm onun öz iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Tərəzidə çəkilərkən həmin kütlənin ümumi çəkisinin 0,355 qram olması müəyyən edilmişdir. Həmin bükümdə olan kütlə maddi sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq DİN-in 242 saylı möhürü ilə möhürlənmişdir. (1-ci cild i.v.204-205) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1622 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir büküm kütlə...” yazı və imzalar olan bir ədəd polietilen bağlamada bir ədəd üzəri skoçla bağlanmış sellofanda təmiz çəkisi 355 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata qəbul edildi 355 qram; nümunə götürüldü 0,05 qram; 354,95 qram kütlə geri qaytarıldı. Ekspertiza xərci 70 manat müəyyən olunmuşdur. (1-ci cild i.v.215-219) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona xx.xx.2024-cü il tarixdə, saat 09:50-də elan edilmişdir. (1-ci cild i.v. 231-232) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (1-ci cild i.v.240) Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. (1-ci cild i.v.241-242) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin çəkisi 355 qram olan marixuana maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 354,95 qram qalıq çəkisi saxlanılması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış aparıldığı video görünütünü əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. (1-ci cild i.v.247) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 xx.xx.2024-cü il tarixli, 1717 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmadı. ( 2-ci cild, i.v. 4-6) Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə birlədirilmiş və ********* nömrə altında istintaq edilmişdir. (2-ci cild, i.v.9-10) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (2-ci cild, i.v.20) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:18-də Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Vida” mərasim evinin yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (2-ci cild i.v.40) Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2024cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid9 təqdim etdiyi əşyalara baxış keçirilməsi və götürmə aparılması qərara alınmışdır. (2-ci cild i.v. 46) Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 11 oktyabr 2024-cü il tarixdə, saat 16:18 dəqiqədə Sumqayıt şəhəri, 18-ci məhəllə, Vida mərasim evinin yaxınlığında olan zaman saxlanılaraq üstü yoxlanılmış, əynindəki qara rəngli şalvarın balaca, sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə tiryəkə bənzər kütlə aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş, eləcə də bu barədə tərtib olunmuş zərf və 01 ədəd DVD disk aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd zərfə baxış keçirilmişdir. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan 1 (bir) ədəd zərfdən, tiryəkə bənzər kütlə aşkar olunaraq həmin maddə yenidən qablaşdırılıb möhürlənmişdir. (i.v.47-48) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4876 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, AR DİN “Zərflər üçün №127” möhür əksi, “Təhqiqatçı: Araz Əliyev /imza/; Müdafiəçi: /imza/ İ.Kazımov; Vətəndaş: Təqsirləndirilən şəxs /imza/; Əməliyyat müvəkkili: /imza/ Şahid7; Əməliyyat müvəkkili: /imza/ Şahid9” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,798 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edildi 0,798 qram; 0,05 qram nümunə götürüldü, 0,748 qram geri qaytarıldı. Ekspertiza xərci 60 manat müəyyən edildi. (2-ci cild, i.v.54-58) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona xx.xx.2024-cü il tarixdə, saat 10:00-da elan edilmişdir. (2-ci cild, i.v. 74-75) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (2-ci cild, i.v.83-86) Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (2-ci cild, i.v.88-89) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,798 qram olmuş narkotik vasitə tiryək maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,748 qram çəkidə narkotik vasitə tiryək saxlanması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, “şəxsi axtarış və götürmə” haqqında xx.xx.2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişii əks etdirən 01 ədəd DVD disk cinayət təqibi üzə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmişdir. (2-ci cild, i.v.91-92) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 6623 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (2-ci cild, i.v.101-102) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (2-ci cild, i.v.107) Sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,273 qram olan narkotik vasitə heroinin, ilkin çəkisi 0,438 qram olan psixotrop maddə metamfetaminin, ilkin çəkisi 355 qram olan narkotik vasitə qurudulmuş marixuananın, ilkin çəkisi 0,798 qram olan narkotik vasitə tiryəkin miqdarının ekspert rəylərinə uyğun nəzərə alınması, 5 ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. (2-ci cild, i.v.109-123) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavələr edilməklə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. (i.v.127-129) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (i.v.137-140) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-195/2025 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda Məhkəmənin sorğusuna cavab olaraq qeyd edilmişdir ki, məhkum Təqsirləndirilən şəxs ona Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-195/2025 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi ilə bağlı qeydiyyatdan keçməmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(060)-23/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini, narkotik vasitə olan heroini, qurudulmuş marixuananı və tiryəki əldə etmə, saxlama və daşıma cinayətlərini təkrar törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar törətməsini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-195/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt Probasiya şöbəsinin məktubuna əsasən qeyd edilən cəzanın icrası ilə bağlı Təqsirləndirilən şəxs Probasiya şöbəsində qeydiyyatdan keçməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-195/2025 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 01 (bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)- 195/2025 nömrəli iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 10 (on) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki iş üzrə həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, hazırda həbsdə olması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 6623 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,388 qram psixotrop maddə metamfetamin, 0,223 qram narkotik vasitə olan heroin, 354,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,748 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-195/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 01 (bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti hazırki hökmlə təyin edilmiş 01 (bir) il 4 (dörd) müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-195/2025 nömrəli iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 10 (on) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hazırda Təqsirləndirilən şəxs başqa iş üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,388 qram psixotrop maddə metamfetamin, 0,223 qram narkotik vasitə olan heroin, 354,95 qram qurudulmuş marixuana, 0,748 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-142/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-142/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver